Cəlil Məmmədquluzadə
«Ölülər» «Mola Nəsrəddin» kimi, baltanı dibindən vuran bir pyesidir». Üzeyir Hacıbəyli.
Ölülər
Ş e y x N ә s r u l l a h – 45 yaşında.
Ş e y x Ә h m ә d – onun şagirdi, 40 yaşında.
H a c ı H ә s ә n – şәhәrdә mötәbәr bir hacı, 50 yaşında.
K ә r b ә l a y I F a t m a x a n ı m – onun övrәti, 40 yaşında.
İ s g ә n d ә r – onun oğlu, 22 yaşında.
C ә l a l – onun kiçik oğlu, 10 yaşında.
N a z l ı – onun qızı, 12 yaşında.
Z e y n ә b – Hacı Hәsәnin qaravaşı, 20 yaşında.
Ә l i – Hacı Hәsәnin nökәri, 18 yaşında.
H a c ı B ә x ş ә l i – 45 yaşında.
H a c ı K ә r i m – 50 yaşında.
H a c ı K a z ı m – 50 yaşında.
M ә ş ә d i O r u c – 35 yaşında.
M ә ş ә d i O r u c u n a n a s ı – 50 yaşında.
M i r B a ğ ı r a ğ a – 35 yaşında.
H e y d ә r a ğ a – teleqrafçı, 45 yaşında.
Ә l i b ә y – dilmanc, 30 yaşında.
M i r z ә H ü s e y n – müәllim, 40 yaşında.
K ә r b ә l a y ı V ә l i – 35 yaşında.
D ö r d n ә f ә r q ı z – Şeyx Nәsrullahın övrәtlәri: hәr biri 13-14 yaşında.
A z a r l ı l a r, a r v a d l a r, m ü s a f i r l ә r, c a m a a t.
Әhvalat vaqe olur İrәvan şәhәrlәrinin birindә, iyirmi il bundan irәli.
Mündəricat [ redaktə ]
- Birinci məclis
- İkinci məclis
- Üçüncü məclis
- Dördüncü məclis
- Ölülər
- 1909-cu ilin əsərləri
- 1909-cu ilin pyesləri
Naviqasiya menyusu
- Bu səhifə sonuncu dəfə 17 oktyabr 2018 05:15 tarixində redaktə edilib.
- Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.
- Gizlilik siyasəti
- Vikimənbə haqqında
- Məsuliyyətdən imtina
- Mobil görüntü
- Tərtibatçılar
- Statistikalar
- Kuki məlumatı
Cəlil Məmmədquluzadə
«Ölülər» – M.-nin məşhur tragikomediyası. Bədii xüsusiyyətləri və problemləri ilə dünya dramaturgiyasının klassik nümunələri sırasına daxil olmuşdur. 1909 ildə yazılmış «Ö.» komediyası mövzu orijinallığı, ideya zənginliyi ilə bərabər, bədii vasitələri, janr xüsusiyyətləri və s. cəhətlərdən də kamil bir bədii sənət incisidir. «Ö.»-i kəskin bəşəri problemləri yüksək sənətkarlığla canlandıran bir dramatik əsər kimi dram, faciələrə məxsus keyfiyyətləri ehtiva edən, dramatik ünsürlərə malik bir məzhəkə, həyati faciəni, dəhşətli həqiqəti gbstərən komediya, yaxud tragikomediya, satirik komediya adlandırmışlar. Pyesin janrına aid olan bu mülahizələrin hnç biri təsadüfi deyildir və «Ö.»-ə xas olan xüsusiyyətlərlə bu və ya digər cəhətdən bağlıdır. Dramatik, komik, lirik, tragik ünsürlərin üzvi vəhdətinin yaratdığı əlvanlıq əsərin yüksək bədiiliyini təmin edir. Bədii əsərlərin, xüsusilə, dramatik növün də janr spesifikasını əsərdəki konfliktin həlli müəyyən edir. «Ö.» əlbəttə, komediyadır. Komediyanın əsasında tənqid və gülüş, dayanır. Bunlar da növlərinə və mahiyyətinə gbrə müxtəlifdir. Gülünc, mənasız, yaxud islah edilə bilən vəziyyətlərin və xarakterlərin estetik qiymətləndirilməsi yumorun və ya yüngül kinayənin əsasını təşkil edir. Satiranın qarşısında isə daha kəskin, daha sərt vəzifə durur. O, acı kinayə, sarkazm vasitəsilə təkcə gülünclüyü deyil, həm də təhlükəli olan ictimai naqisliyi, bəlaları ifşa edir. Komikliyin inikas etdirilməsi növlərindən biri qroteskdir. Sarkazm və qroteskin vəzifəsi ictimai bolanın cəmləşmiş, mübaliğəli obrazının yaradılması, karikatur təsvir dərəcəsinədik böyüdülməsidir. Satirada və qroteskdə ictimai təhlükəli qüsurlar ifşa olunduğuna görə burada komiklik bir sıra hallarda tragizmlə birləşir. Ona görə də «O.»-in satirik komediya və ya tragikomediya adlandırılması onun mahiyyətini təhrif etmir, əksinə, dəqiqləşdirir. «Ö.» tematikası, obrazları, bədii ümumiləşdirmələri ilə satirik komediyanın yeni, orijinal bir nümunəsidir.
“Ölülər” pyesindən səhnə;rollarda M.Şeyxzamanov-Hacı Həsən ağa, Ə.Əliyeva-Kəblə Fatma, Abbas Rzayev-Hacı Kərim, Sadıq İbrahimov-Hacı Baxşəli, Cabbar Əliyev-Hacı Kazım, İsmayıl Osmanlı-Məşədi Oruc, Mustafa Süleymanov-Kəblə Vəli (1966). |
«Ö.»-də ötəri, qeyri-ciddi, təsadüfi uyğunsuzluqlardan, məzəli əhvalatlardan söhbət getmir, burada əyləndirici bir şey yoxdur. «Ö.»-dəki komizm bir xalqın taleyi ilə bağlı olan dərin ictimai uyğunsuzluğun, ölü şüurla ağıl, mənəvi korluqla gözüaçıqlıq, ifrat xurafat və fanatimlə sağlam düşüncə, həqiqətlə mistika arasındakı dərin, barışmaz ziddiyyətin məhsuludur. Əsərdəki komizmin mahiyyətindəki tragizm isə ağıl sahibinin tək və köməksiz, nadan fanatiklərin isə çoxsaylı və güclü olmasından irəli gəlir. Elə bu gerçəkliyin aşkarlanmasının nəticəsi kimi «Ö.» Azərb. ziyalılarının maarifçi nəslinə mənsub olan ifçası, mübariz İsgəndər obrazı ilə də əlamətdardır. İsgəndər zəmanəsinin, mühitinin, vəziyyət və imkanının yol verdiyi şəkidə hərəkət edən inqilabçı deyil, ifçası, real vəziyyəti sərrast və kəskinliklə qiymətləndirən mübariz ziyalı obrazıdır. Əsərdə ikinci obraz epoxal tip səviyyəsinə qaldırılan, ifsa hədəfi seçilən məşhur Şeyx Nəsrullahdır. Şeyx Nəsrullah avamların, kor fanatiklərin, mütilərin əksəriyyət təşkil etdiyi bir mühitdə dini, imanı quldurluq alətinə çevirən, nəfsinin və ehtirasının qulu olan bir tipdir. Mənəvi ölülər və onların dünyasında at çapan Şeyx Nəsrullaha qarşı dayanan isə zülmət səltənətində bir nur, ayıq, biri şüur, təmiz əxlaq, yüksək mənəviyyat mücəssəməsi olan İsgəndər dayanmışdır.
«Ö.» Azərb. dramaturgiyasında ümumiləşmiş, kütləvimonumental obraz yaradılması baxımından da əlamətdardır. M.F.Axundovun «Hekayəti-Molla İbrahimxəlil kimyagər» komediyasındakı «nuxulular», M.-nin öz əsərlərindəki «intelligentlər», «abrazovannılar», «ziyalı qardaşlar» monumental-kütləvi obrazlılığın ilkin örnəkləri idi. Ölülər obrazı isə kütləvi monumentalizmin kamil nümunəsidir. Monumental obrazın yaradılmasında bir sıra zümrə, peşə nümayəndələrini və ya silkə mənsub olanları təmsil edən ayrı-ayrı fərdlərin simasında ştrixlər, betallar, əsas əlamətlər toplusu – monumental bir obrazı tamamlayır. Buna görə də monumental obraz tək-tək fərdlər və ya adlarla – «ölülər», «intelligenlər», «danabaşlar», «ölü canlar», «nuxulular» – ünvanı ilə məşhurlaşır, tanınır.
“Ölülər” pyesindən səhnə;rollarda M.Şeyxzamanov-Hacı Həsən ağa, Ə.Əliyeva-Kəblə Fatma, Abbas Rzayev-Hacı Kərim, Sadıq İbrahimov-Hacı Baxşəli, Cabbar Əliyev-Hacı Kazım, İsmayıl Osmanlı-Məşədi Oruc, Mustafa Süleymanov-Kəblə Vəli (1966). |
«Ö.»-in ilk oxunuşu 1913 ildə Şuşada keçirilmişdi. Əsər təriflənmiş, lakin mövhumat yuvası Şuşada səhnəyə qoyulmasının tezliyi qeyd edilmişdi.
1916 il aprelin 29-da Bakıda, Tağıyev teatrında əsərin ilk tamaşası oldu. Tamaşanın rej. H.Ərəblinski idi. İsgəndər rolunda M.Əliyev, Şeyx Nəsrullah rolunda Əliqulu Nəcəfov çıxış edirdi. Tamaşa çox böyük müvəffəqiyyət qazandı. Bakıda nəşr olunan «Açıq söz» qəzetinin 1 may 1916 il sayındakı «Ölülər» haqqında təəssürat məqaləsində deyilirdi: «Cümə günü Tağıyev teatrı bir ədəbiyyat bayramı keçirdi. Mola Nəsrəddinin əsəri – təhriri olan «Ölülər» draması tamaşa edilirdi». SOnra məqalədə göstərilir ki, hər pərdənin arasında müəllif alqışlarla səhnəyə çağırılıb təbrik olunurdu. Mətduat, ədəbiyyat, məktəb və səhnə işçiləri düzülüb müəllifi alqışlarla çağırdılar. «Müəllif səhnəyə çıxışca bir alqış tufanı qopdu». «Açıq söz»u müxbiri bu təntənədəki gölkəmli tamaşaçılara müraciətlə öz təəssüratlarını bildirmələrini xahiş edir. Onlar deyirlər:
«Şeyx Nəsruallahın öllüləri diriltməsi yalansa da, «Ölülər»in ölü fikirləri diriltməsinə şübhə ola bilməz». Sultan Məcid Qənizadə;
«Ölülər» son komediyalarımız içində parlaq bir mövqe tutar. «Ölülər»də sənətkaranə bir dirilik, mahiranə bir incəlik var […] «Ölülər» mühərrirində bəzən Qoqol ruhu yaşar». Hüseyn Cavid:
«Artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilabi bu drama müsəlman həyatında böyük rollar oynayacaqdır». Doktor N.Nərimanov;
«Ölülər» draması zəyatdan alınmış, iqtidarla yazılmış, tam təsir bəzş edən bir əsərdir». Nəcəf bəy Vəzirov;
«Ölülər» «Mola Nəsrəddin» kimi, baltanı dibindən vuran bir pyesidir». Üzeyir Hacıbəyli.
Tamaşa haqqında Nəcəf bəy Vəzirovun «Dərviş», Seyid Hüseynin «Kazımoğlu» imzalı müsbət məqalələri, habelə N.Nərimanov, M.Ə.Rəsulzadə, X.İbrahim, S.E.İbrahimov, O.Orucov, M.Həsənov və başqalarının rəyləri çap olunmuşdu. Rəylərin bəziləri (S.E.İbrahimov, M.Həsənov, O.Orucov) aşkar səhv və qərəzli idi. Bunu M.-nin Bakıdan Naxçıvana – Q.Şərifova 3 may tarixli məktubu da təsdiq edir.
Q.Məmmədli qeyd edir ki, Azər. qadınları «Ö.» pyesində qadın hüquqlarını müdafiə etdiyi üçün M.-yə ipək səccadə təqdim etmişdilər.
Komediya elə həmin ilin iyununda Daşkənddə «Kolizey» teatrında (özbək dilində), iyul ayında Petrovsk (Mahaçqala – red.) şəhər teatrında, avqustda Vladiqafqazda, 1917 ildə Tiflisdə, Gəncədə, Naxçıvanda və s. şəhərlərdə tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır.
«Ö.» 1916 il avqustun 17-də Şuşada Natəvanın Xanbikənin evindəki qız məktəbində ğamaşaya qoyulmuşdu. Tamaşaya Həmidə xanım və qızı Minadan başqa qadın gəlməmişdi. Bəy tayfasından tamaşaya yalnız Ə.Haqverdiyevin əmisi oğlanları gəlmimişdilər.
«Ö.»-i gözü götürməyənlərin barəsində – ədəbiyyatşünas Lətif Hüseynzadə yazır ki, 1918 il martın 26-da Naxçıvan ş.-də «Ö.» gündüz «İmdad» teatr cəmiyyəti tərəfindən oynandıqdan sonra qeyri-məlum şəxslər cəmiyyətin yerləşdiyi otağın qapısındakı qıfılı sındırıb içəri girmiş, truppaya məxsus geyim, pərdə, əşya, parik və s. götürülüb aparmış, bəzi şeyləri yandırmışlar. Gedərkən masanın üzərində belə bir yazı qoymuşlar: «Bir daha «Ölülər» əsərini oynamış olsanız, özünüzü də öldürəcəyik». Belə xuliqanlıq, hədə-qorxu sonralar başqa şəhər və kəndlərdə də olmuşdu.
1920 ilin yayında Türküstan cəbhəsi I Ordu siyasi idarəsi yanındakı «5 nömrəli müsəlman truppası» Aşqabad ş.-ndə «Ö.» pyesini tamaşaya qoymuşdu. İsgəndər rolunun ifaçısı Rzaqulu Abdullayev, Şeyx Nəsrullah – Cəfər Tahirov, Hacı Həsən – Əziz Cavadov, Müəllim – Qulam Məmmədli, Şeyx Əhməd – Yədulla Rzayev, Kəblə Fatma – Yəhya İsmayılov idi. Birinci tamaşa gecəsi salondakı dindar və mövhumatçılar etiraz səsi qaldırıb hay-küy salmışlar. R.Abdullayev səhnə qarşısında əsər haqqında məlumat verməklə onları sakit etməyə günlərdə də bir neçə dəfə göstərilmişdir.
1921 il mayın I-də «Ö.» pyesinin ilk dəfə Təbrizdə tamaşaya qoyulması Cənubi Azərb. mədəniyyəti tarixində mühüm hadisə olmuşdur. Bu barədə Həmidə xanım, Münəvvər Məmmədquluzadə, Səməd Mövləvi, Əli Azəri, Qulam Məmmədli və b. müəlliflərin xatirələrində və məqalələrində məlumat verilir. Mirzə Cəlinin tanışı, naxçıvanlı ziyalı Əkbər Abbasov Təbriz teatrında «Ö.» tamaşasını göstərmək üçün pərdədən sonra səhnəyə çıxan ədib qurultulu alqışlanmışdır. Xoşagəlməz hadisə bu olmuşdu ki, polis Şeyx Nəsrullah rolunu oynayan Əli Azərini tutmaq istəmişdi. Məşhur ədəbiyyatşünas, maarifçi Hacı Məhəmməd Naxçıvani onu teatrın dal qapısından qaçırıb, evinə aparmışdı.
Ölülər
Camaatın cahilliyindən istifadə edərək və dini əlində bəhanə tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçı Şeyx Nəsrullah, onun köməkçisi Şeyx Əhməd cəmiyyətin bütün rəzilliklərini görən və onların səbəblərini anlayan kefli İsgəndər, “ölü dirilərmi?” şübhəsində çaşbaş qalmış Hacı Həsən ağa “Ölülər” pyesinin bədii personajlarıdır. C.Məmmədquluzadə əsərdə camaatın cahilliyini, avamlığını, elmsizliyini və mərifətsizliyini tənqid edir. Pyesdə Kefli İsgəndər fırıldaqçı Şeyx Nəsrullaha qarşı qoyulur.
Oxşar kitablar
Poçt qutusu
Cəlil Məmmədquluzadə
Cild : Yumşaq
Ölülər
Cəlil Məmmədquluzadə
Cild : Yumşaq
Danabaş kəndinin əhvalatları
Cəlil Məmmədquluzadə
Cild : Yumşaq
İblis
Hüseyn Cavid
Cild : Yumşaq
Rəylər
Rəy yaz
Ünvan: Bakı, Tbilisi prospekti, 76
Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.