Press "Enter" to skip to content

Cəlil Məmmədquluzadənin hekayələri gürcü dilinə tərcümə olunub

Bütün şüurlu həyatı ilə Azərbaycan xalqına, onun azad və xoşbəxt gələcəyinə xidmət edən, öz maarifçilik ideyaları ilə nadanlığa, səfalətə, savadsızlığa qarşı qələmilə mübarizə aparan Cəlil Məmmədquluzadənin “HEKAYƏLƏR” kitabına onun, əsasən, uşaq və yeniyetmələr üçün qələmə aldığı hekayələri toplanıb. Şübhəsiz ki, yüz ilə yaxın bir dövrdə rəngarəngliyini, bədii yükünü, ideya hədəfini itirməyən hekayələr yenə də oxucuların böyük marağına səbəb olacaq. Kitabda böyük Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”, “Qurbanəli bəy”, “Poçt qutusu”, “Konsulun arvadı” və s. hekayələri yer alıb.

Cəlil məmmədquluzadənin hekayələri

AZƏRBAYCAN MİLLİ &nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ AZƏRBAYCAN MİLLİ &nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp ELMLƏR AKADEMİYASI

HUMANİTAR ELMLƏR BÖLMƏSİ –>

  • Ana səhifə
  • Haqqımızda
  • Xəbərlər
    • Bütün xəbərlər
    • Konfranslar, iclaslar
    • Mühüm hadisələr
    • Görüşlər
    • Yeni nəşrlər
    • Müsahibələr, çıxışlar
    • Yubileylər
    • Maraqlı məlumatlar

    Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələsi
    İyn 19, 2019 | 02:45 / Müsahibələr, çıxışlar

    Oxunub 1465 dəfə

    Baba MƏHƏRRƏMLİ
    AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosen

    XX əsrin əvvəllərində Azərbaycan mətbuatında ədəbi dil uğrunda mücadilə gedirdi. Bu mücadilənin önündə dayanan ziyalılarımızdan biri böyük yazıçı, dramaturq, şair, publisist, ictimai xadim Cəlil Məmmədquluzadə idi. Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyyatının ən nəhəng nümayəndələrindəndir. Onun əsərləri Azərbaycan ədəbiyyatının parlaq incilərindəndir. Cəlil Məmmədquluzadə irsinin görkəmli tədqiqatçısı, akademik İsa Həbibbəyli haqlı olaraq Cəlil Məm-mədquluzadəni “Azərbaycan milli istiqlal ədəbiyyatının sərkərdəsi” adlandırır. XX əsrin əvvəllərində milli mətbuatda Ömər Faiq Nemanzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd Cavad, Üzeyir Hacıbəyli və digər ziyalılar ana dilinin müdafiəsinə qalxmışdılar. Çünki həmin dövrdə Azərbaycan ədəbi dilinin statusu dəqiq müəyyənləşdirilməmişdi. Bir çox ziyalılar osmanlı türkcəsini ədəbi dil statusunda görürdülər. “Molla Nəsrəddin” jurnalının əsas mövzularından biri məhz ana dilinin saflığı problemi idi. XX əsrin əvvəllərində Azərbaycanda ədəbi dil məsələsi ən aktual problemlərdən birinə çevrilmişdi. O dövrün ziyalıları arasında hansı dilin ədəbi dil olması uğrunda kəskin mübarizə gedirdi. Bəziləri osmanlı türkcəsini ədəbi dil kimi qəbul edir, bəziləri isə digər dillərə meyl etməklə doğma ana dilinə ögey münasibət bəsləyirdilər. Cəlil Məmmədquluzadənin yaradıcılığında ortaq türk ədəbi dili, ana dilinin saflığı, əlifba məsələsi aparıcı mövzular idi. Cəlil Məmmədquluzadə cəmiyyətdə sözün rolunu, dilin əhəmiyyətini yüksək qiymətləndirirdi. Təsadüfi deyil ki, böyük demokrat ədib yazırdı: “Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf gedir, amma söz qalır”. Yazıçı janrından asılı olmayaraq müxtəlif ədəbi növlərdə yazdığı əsərlərində ana dilinin saflığı probleminə toxunmuşdur. Ana dili məsələsi Cəlil Məmmədquluzadənin dram əsərlərində də həssas mövzulardan biri idi. “Anamın kitabı” tragikomediyasında məhz bu problemin əks olunduğunu görürük. Bu əsərdə rus dilinə meylli Rüstəm bəy, fars dilinə meylli Mirzə Məhəmmədəli, türk dilinə meylli Səməd Vahid obrazlarının timsalında ədib XX əsrin əvvəllərində bəzi ziyalıların ana dilinə biganə münasibətini ürək yanğısı ilə təsvir etmişdir. Ədib bu əsərdə Gülbaharın, çobanların, Zəhrabəyimin danışıqlarının timsalında sadə xalq danışıq dilinə olan məhəbbətini ifadə etmişdir. Yazıçı “Dəli yığıncağı” tragikomediyasında xalqın dilində danışa bilməyən Doktor Lalbyuz, Həzrət Əşrəf kimi insanları tənqid edirdi. Əsərdə Hacı Nayib deyir: “Hacılar, burada bir vacib məsələ var ki, öndan ötəri də həzrət Əşrəf sizi buraya dəvət edib, amma and verirəm sizi qollu Həzrət Abbasa, burada, əgər mümkünsə türkcə danışmayaq, çünki Həzrət Əşrəfin mənə qeyzi tutar”. Müəllif Hacı Cəfər Kompaninin dili ilə də Hacı Əşrəf kimi ana dilində danışmağı özünə ayıb bilən məmurları ifşa edir: “Doğrusu, Hacı ağa, peyğəmbərə and olsun, Həzrət Əşrəfin dilini biz başa düşmürük. Bəs buna görə biz əhd edirik ki, Həzrət Əşrəfin xidmətinə bundan sonra heç danışmayaq, heç danışmayaq”. XX əsrin əvvəllərində əlifba məsələsi də böyük önəm daşıyan mövzulardan biri idi. Ziyalılar arasında həm ərəb əlifbasının, həm də latın əlifbasının tərəfdarları var idi. Cəlil Məmmədquluzadə yenilikçi ziyalı kimi latın qrafikasının tərəfdarlarından idi. O, ərəb əlifbasının yazıda bir çox problemlər yaratdığını öz felyetonlarında tez-tez qeyd edirdi. “Molla Nəsrəddin” jurnalının 1908-ci il, 19-cu sayında “Dil” adlı felyetonda ərəb qrafikası ilə yazılmış məktubda bir hərf yanlışlığının nə qədər faciə yaratdığı göstərilir: “Mən indiyə kimi inciyirdim o müsəlmanlardan ki, öz dillərini bilə-bilə bir-birinə rus dilində məktub yazırlar. Amma indi incimərəm. Darülfünu qurtarmış cavanlarımızın hamısı rus dilində yazı-pozu eləyirlər – müsəlmanca savadı olanlar da eləyir, olmayanlar da eləyir. Əvvəla mən buna razı olmazdım, amma indi razıyam. Hətta qəzetə müdirlərimizdən bizə indiyədək bir neçə kağız gəlib. Bunların hamısı rusca yazılıb. Müəllim rəfiqlərimiz də rusca kağız yazırlar. Az qalıb mollalarımız da rus dilində irsal-mərsul edərlər, amma eləmirlər, məhz ondan ötür ki, rusca bilmirlər. Bu işlərə əvvəllər mən də təəccüb edirdim, amma indi eləmirəm. Səbəbi var. ” Felyetonda qeyd olunur ki, ərəb əlifbası ilə Molla Cəfərə göndərilən məktubda yazılan “Anama de ki, Fatmanın oğlu oldu” xəbəri “Anama de ki, Fatmanın oğlu öldü” şəklində anlaşılmışdır. XX əsrin 20-ci illərində yeni latın əlifbası ilə nəşr olunan əsas qəzetlərdən biri “Yeni yol” qəzeti idi. Qəzetdə latın əlifbası təbliğ olunurdu. Həmin qəzetin baş redaktoru Cəlil Məmmədquluzadə idi. Bu qəzetin ilk sayı 22 sentyabr 1922-ci ildə nəşr olunmuşdu. “Molla Nəsrəddin” jurnalının 1924-cü il tarixli, 6-cı sayında “Hazırın naziri” imzası ilə yazılan “Təzə əlifba” felyetonunda bəzi ziyalıların vaxtilə latın əlifbasının əleyhinə çıxdıqları, sonra isə ona tərəfdar olduqları göstərilir. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın nümayəndələri arasında Cəlil Məmmədquluzadə də vardı. XX əsrin əvvəllərində türk xalqları arasında ortaq bir ədəbi dilin zəruriliyini böyük ədib çox yaxşı başa düşürdü. Cəlil Məmmədquluzadə yazırdı: “Həm tək bircə Qafqaz türkləri üçün ümumi bir dil məsələsinin həlli hələ səhvdir, pəs Osmanlı türkləri, pəs Krım və Qazan tatarları, pəs Türküstan və Özbəkistan, pəs İran azərbaycanlıları. Pəs biz bunu etiraf edirik ki, əvvəl-axır türk kütlələri üçün ədəbi dilə və ümumi imlaya çox böyük ehtiyac vardır. Və etiqadımız da bundadır ki, bir belə dil gec-tez vücuda gələcəkdir”. Ədibin felyetonlarının bir qismində öz ana dilində danışmağı ar bilən ziyalılar tənqid olunurdu. Təsadüfi deyil ki, Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalının ilk nömrəsində (Tiflis, 1906, 7 aprel) “Sizi deyib gəlmişəm” adlı felyetonunda ana dili məsələsinə toxunmuşdu: “Məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dilində danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır. Hərdənbir ana dilində danışmaqla keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?” Cəlil Məmmədquluzadə bir sıra hekayələrində də ana dili məsələsinə toxunmuşdur. Onun “Şeir bülbülləri”, “Sirkə” hekayələri dil mövzusundadır. “Şeir bülbülləri” hekayəsində evində farsca “nadir kitablar” kolleksiyası yığan bir ziyalının ailəsində nə xanımının, nə də oğlunun anlamadığı qəzəllər oxuması tənqid atəşinə tutulur. Halbuki həmin evdə bir qız uşağına sadə ana dilində nağıl söyləyən Zeynəb arvadın danışığı hamı tərəfindən çox rahat başa düşülür. Yəni bu müqayisəni verməklə böyük ədib öz ana dilinə xor baxan üzdəniraq “ziyalıları” tənqid edirdi. “Sirkə” hekayəsində isə balıq sözünü düzgün tələffüz edə bilməyən ziyalılar tənqid olunur. Burada müəllif göstərir ki, balıq sözünü balıx deyil, balık kimi yanlış tələffüz etməyə cəhd edən ziyalılar osmanlı türkcəsinin tərəfdarlarıdır. Hekayədə Əhməd Fitrət kimi milli sözlərimizi süni olaraq osmanlı türkcəsinin tələffüzünə uyğun olaraq yanlış tələffüz edənlər əsas tənqid hədəfidir: “Mən üzümü Əhməd Fitrətə tutub dedim: – Necə yəni nəyin səbəbi? Axı səndən soruşurlar ki, biz ki, dörd Azərbaycan balaları ki, oturub burada balıx yeyirik, nə səbəbə biz balığa “balıq” deyək, “balıx” deməyək?” Yazıçının müxtəlif əsərlərində gah rus, gah fars, gah ərəb, gah da osmanlı türkcəsinə aid sözlərin yersiz işlənməsi tez-tez tənqid olunur. Ədib “Danabaş kəndinin əhvalatları” povestinin “Bir yüngülvari müqəddimə” adlanan hissəsində ərəb sözləri ilə nitq söyləyən axundu tənqid atəşinə tutaraq Lağlağı Sadığın dili ilə ərəb mənşəli ləqəb sözünü deyil, xalq danışıq dilinə aid ayama sözünü işlətməklə ana dilinə sonsuz sevgisini ifadə edir. Halbuki axund ayama sözünü avam sözü hesab edir, ləqəb sözünün işlənməsini təşviq edir: “Sadıq bir az duruxub cavab verdi ki, lağlağı onun ayamasıdı. Axund təəccüblə dübarə soruşdu: – Olan, ayama nədi, qəribə avam adamsınız! Sadıq səbəbini soruşanda axund bizi başa saldı ki, lağlağı Sadığın ayaması deyil, ləqəbidi. Amma avam sözüdür, ləqəb ərəb sözüdür. Axırda axund bərkdə-bərk bizə tapşırdı ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb deyək”. Canlı xalq dilinin varlığını qoruyub saxlamağı təbliğ edən böyük ədib bütün yaradıcılığı dövründə dil məsələsinə həssaslıqla yanaşmışdır. Cəlil Məmmədquluzadənin əsərlərinin dili xalq danışıq dilinə çox yaxındır. Onun əsərlərində kötək yemək, dəmə qoymaq, ləzzət aparmaq, əlində maya tutmaq, başını girləndirmək, ovutmaq, quylamaq, yavıqlaşmaq, qısnamaq, dılğır, ləyən, pəyə, çömbəlmək, sin, dadaş, ayama tipli xalq danışıq dilinə məxsus ifadə və sözlər, frazeologizmlər onlarladır. Cəlil Məmməduquluzadə şəxsiyyətinə qarşı son zamanlar aparılan ədalətsiz kampaniyalar qeyri-sağlam düşüncənin təzahürüdür. Cəlil Məmmədquluzadənin əsərləri Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi misilsiz bədii sənət nümunələridir. Bütün varlığı ilə Azərbaycan xalqına xidmət edən, Azərbaycan ədəbiyyatına yeni janrlar bəxş edən, yeni ədəbi məktəb yaradan, tənqidi realizmin banisi olan Cəlil Məmmədquluzadə ruhuna ehtiram və sevgi hər bir ziyalının mənəvi borcudur. “Vətən, vətən, vətən! Dil, dil, dil! Millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəni-noi bəşər üçün özgə nicat yolu yoxdur” – deyən Cəlil Məmmədquluzadə doğma xalqının rifahı və istiqlalı üçün çalışmışdır. Əsərlərində daima Azərbaycan xalqının maariflənməsini təbliğ edən Cəlil Məmmədquluzadə irsi hər zaman millətimizin gələcəyinə işıq salacaqdır. 525.az

    © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ict.az saytına istinad zəruridir.

    Cəlil Məmmədquluzadənin hekayələri gürcü dilinə tərcümə olunub

    Tbilisi. 5 noyabr. REPORT.AZ/ Noyabrın 5-də Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin gürcü dilinə tərcümə olunmuş hekayələrindən ibarət “Poçt qutusu” kitabının təqdimatı olub. “Report”un Gürcüstan bürosu xəbər verir ki, kitabın müəllifi ədəbiyyatşünas-tədqiqatçı, tərcüməçi Almaz Mirzəoğludur (Almaz Maşov). O, C.Məmmədquluzadənin ən maraqlı və dərin mənalı 13 hekayəsini gürcü dilinə çevirdikdən sonra “Poçt qutusu” adlı yeni kitab kimi nəşr etdirib. Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru İrma Ratiani mərasimdə bildirib ki, dövrünün realist tənqidçisi C.Məmmədquluzadənin hekayələrinin gürcü dilinə tərcümə olunması Azərbaycan və gürcü xalqları arasında mədəni, elmi əlaqələrin inkişafına töhfədir. O, belə bir kitabı ərsəyə gətirdiyinə görə, müəllifə minnətdarlıq edib. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bir zamanlar Tbilisidə yazıb yaratmış ədiblərimiz – M.F.Axundzadə və C.Məmmədquluzadənin yaradıcılığından söz açıb. M.F.Axundzadəni Şərqdə komediya janrının, C.Məmmədquluzadəni isə tragikomediyanın baniləri adlandıran akademik deyib ki, onların yazdıqları hekayələr, komediya və dram əsərləri millətin maariflənməsində mühüm rol oynayıb. Gürcüstanın tənqidçi alimi Levan Breqadze, Gürcüstan Elmlər Akademiyasının akademiki Rain Metreveli, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, ədəbiyyatşünas alim Bədirxan Əhmədov və başqaları çıxış edərək “Poçt qutusu” kitabındakı hekayələr barədə fikirlərini bölüşüb, C.Məmmədquluzadənin yaradıcılığından söz açıblar. Almaz Mirzəoğlu deyib ki, elmi tədqiqat və tərcümə işlərini bundan sonra da davam etdirəcək. O, yaradıcılığına verilən qiymətə görə minnətdarlıq edib. Kitabın elmi redaktoru İrma Ratiani, nəşriyyat redaktorları gürcü tədqiqatçısı Nariman Yasağaşvili (Naro Qolxeli) və Mirzə Məmmədoğludur. Tədbirdə filologiya elmləri doktoru, professor, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının (Orxan Paşa) gürcü dilinə tərcümə olunmuş “Yağmur qoxusu” adlı şeirlər kitabının da təqdimatı olub. Çıxış edənlər M.Qasımlının yaradıcılığından söz açıb, onun yaradıcılığında Vətənə, xalqa, millətə sevginin əsas yer tutduğunu qeyd ediblər. Kitabdakı şeirləri gürcü dilinə Mirzə Məmmədoğlu və tanınmış gürcü şairi mərhum Avto Çxaidze tərcümə ediblər. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva, Azərbaycanın və Gürcüstanın yazıçılar birliklərinin üzvləri, elm, ictimayyət xadimləri iştirak ediblər.

    Hekayələr

    Bütün şüurlu həyatı ilə Azərbaycan xalqına, onun azad və xoşbəxt gələcəyinə xidmət edən, öz maarifçilik ideyaları ilə nadanlığa, səfalətə, savadsızlığa qarşı qələmilə mübarizə aparan Cəlil Məmmədquluzadənin “HEKAYƏLƏR” kitabına onun, əsasən, uşaq və yeniyetmələr üçün qələmə aldığı hekayələri toplanıb. Şübhəsiz ki, yüz ilə yaxın bir dövrdə rəngarəngliyini, bədii yükünü, ideya hədəfini itirməyən hekayələr yenə də oxucuların böyük marağına səbəb olacaq. Kitabda böyük Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”, “Qurbanəli bəy”, “Poçt qutusu”, “Konsulun arvadı” və s. hekayələri yer alıb.

    Oxşar kitablar

    Mauqli

    Redyard Kipling

    Cild : Yumşaq

    Şahzadə və dilənçi

    Mark Tven

    Cild : Yumşaq

    Zaman maşını

    Herbert Corc Uells

    Cild : Yumşaq

    Safdil Qreqin gündəliyi

    Jeff Kinney

    Cild : Yumşaq

    Al-qırmızı etüd – Şerlok Holms (Sherlock Holmes) macəraları

    Artur Konan Doyl

    Cild : Yumşaq

    The Adventures of Tom Sawyer

    Mark Tven

    Cild : Yumşaq

    Keçmiş zamanların yeniyetməsi

    Fransua Moriak

    Cild : Yumşaq

    Heklberri Finnin Macəraları

    Mark Tven

    Cild : Yumşaq

    Stokda yoxdur

    Safdil Qreqin gündəliyi- Səbrin son damlası

    Jeff Kinney

    Cild : Qalın

    Əlində kitab olan qız

    Qanun Nəşriyyatı

    Cild : Yumşaq

    Sual verməyi öyrən

    Günel Kərimova

    Cild : Yumşaq

    Dördlərin işarəsi- Şerlok Holms (Sherlock Holmes) macəraları

    Artur Konan Doyl

    Cild : Yumşaq

    Doktor Cekil və cənab Haydın qəribə hekayəsi

    Robert Louis Stevenson

    Cild : Yumşaq

    Bir incidir İstanbul

    Yusuf Dursun

    Cild : Yumşaq

    Seçilmiş hekayələr

    Astrid Lindqren

    Cild : Yumşaq

    Qavroş

    Viktor Hüqo

    Cild : Yumşaq

    Visteriya – Locda Hadisə – Şerlok Holms (Sherlock Holmes) macəraları

    Artur Konan Doyl

    Cild : Yumşaq

    Pollianna

    Elinor Porter

    Cild : Yumşaq

    Stokda yoxdur

    Vəhşi it Dinqo və ya ilk məhəbbət haqqında

    Ruvim Frayerman

    Cild : Yumşaq

    Türk qəhrəmanlıq dastanları

    V.M.Jirmunski

    Cild : Qalın

    Özümüz zillətdə, xəyalımız cənnətdə

    Branko Çopiç

    Cild : Yumşaq

    Qulliverin səyahəti

    Jonathan Swift

    Cild : Yumşaq

    Treysi Bikerin hekayəsi

    Jaklin Vilson

    Cild : Yumşaq

    İcadları və elmi ixtiraları

    Nikola Tesla

    Cild : Yumşaq

    Rəylər

    Aysu 13 October 2020

    Rəy yaz

    Ünvan: Bakı, Tbilisi prospekti, 76

    Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.