Press "Enter" to skip to content

Xudavəng monastırının dini varisləri geri qayıtdı – Monastra vaiz təyin olunub VİDEO

Nümayəndə heyəti əvvəlcə Şuşanın qala divarlarına baxıb. Din xadimlərinə məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, yenilməzlik simvolu olub. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Udinler – Wikipedia

Udilər [2] , Udinlər [3] [4] [5] [6] [7] (udicə Udi, Uti [8] [9] , rus. Удины, ing. Udi people) — Şərqi Qafqazda ən qədim xalqlardan biri. [10] Udilər Oğuz rayonunun inzibati mərkəzi olan Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Udilər eləcə də Rusiyada, Gürcüstanda (Kaxetinin Oktomberi kəndində), Qazaxıstanda, Ukraynada və başqa ölkələrdə yaşayırlar.

Udilər udi dilində danışırlar. Udilər arasında eləcə də azərbaycan, rus, gürcü və başqa dillər geniş yayılmışdır. Dinləri xristianlıqdır.

Mündəricat

  • 1 Adlandırılması
  • 2 Udi dili
    • 2.1 Dialekti
    • 2.2 Qədim yazısı
    • 5.1 Udilər Azərbaycanda
    • 5.2 Udilər Rusiyada

    Adlandırılması

    Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olmuşdur. [11] Adları çox güman ki qədim qaynaqlarda sadalanan utilərlə əlaqədardır. Həmçinin Qafqaz Albaniyası dövründə Albaniyanın qərbi və cənub-qərbi ərazilərini (təxmini olaraq indiki Qarabağ ərazisi və ona yaxın mahallar) əhatə edən Uti vilayəti də mövcud idi. Bəzi tarixçilər udiləri hətta qədim qutilərlə əlaqələndiriblər.

    Əsas məqalə: Udi dili

    Udilərin dili — Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir [12] .

    Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün yalnız Azərbaycan ərazisində mövcuddur. Udi dilinin əlifbası yoxdur.

    Dialekti

    Udi dilinin üç dialekti var: Nic, Oğuz (Vartaşen), Oktomberi (Gürcüstanda kənd).

    Nic dialekti 3 hissəyə bölünür: aşağı, aralıq və yuxarı. Belə ehtimal var ki, bu hissələr özləri də Tovuz rayonunun Kirzan (indiki Hunanlar) kəndi kəndi və Qarbağdandan (Tərtər rayonunun SeysulanBuruc (indiki Həsənqaya) kəndləri) olan müxtəlif udi qruplarının özlərinin ayrı dialektlərindən əmələ gəlmişlər. Bu tayfalar sonradan əsrlər boyu yaşadıqları ərazilərin ermənilərlə məskunlaşdırılması nəticəsində Nic və Oğuz ərazilərinə köçmüşlər. [8]

    Vartaşen dialekti isə öz növbəsində 2 hissəyə bölünür: Vartaşen və Oktomberi (Zinobiani) [13] .

    Qədim yazısı

    Əsas məqalə: Alban əlifbası

    Keçmişdə udilər yalnız Qafqaz Albaniyasının ərazisində qeydə alınmışdır. Tarixən Günəşə, Aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul etmiş və bu günə kimi dinlərini saxlamışlar.

    Udilərin qədim yazısının əsasını Alban əlifbası tutur. Əlifba V əsrdə yaradılmışdır, 52 hərfdən ibarət idi [14] . Tarixi proseslər nəticəsində bu əlifba tədricən istifadədən çıxıb unuduldu.

    1996-cı ildə Misirin Sinay yarımadasında yerləşən Müqəddəs Yekaterina kilsəsində Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü Zaza Aleksidze gürcü-alban əlyazmasını (palimpsest) tapmışdır [15] [16] . Bu əlyazmada gürcü dilində yazılmış mətnin altında alban dilində yazılar aşkar edilmişdir. Bu yazıların şifrinin açılması yalnız udi dilinin istifadəsi ilə mümkün olmuşdur [17] . “Beləliklə, bir çox alimlərin fikrincə, Qafqaz Albaniyasının yazılı dili kimi udi dili sayıla bilər, daha dəqiq olsaq müasir udi dilinin əcdadı — qədim udi dili.” [14] [18] . 2009-cu ildə qeyd olunan əlyazmanın deşifrəsi ayrıca kitab kimi nəşr olunub [19] .

    Maks Tilke – Şəkidən olan udi qadın milli geyimdə,1910

    Udilərin ulu babaları Qafqaz Albaniyası tayfalarından biri olan utilər olmuşdur [9] . Udilərə aid ilk məlumat hələ 2500 il bundan əvvəl verilmişdir. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsr yunan müəllifi Herodotun “Tarix” əsərində məlumat var. Marafon döyüşünü (e.ə. 490-cı ildə yunan-fars döyüşü) təsvir edən müəllif göstərir ki, fars ordusunda, XIV satrapın tərkibində utilərin əsgərləri də vuruşurdular. E.ə. l əsrdə yaşamış Strabonun “Coğrafiya” əsərində Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatında utilərdən danışılır.

    Udi sözünə termin kimi ilk dəfə Böyük Plininin (l əsr) “Həqiqi tarix” əsərində rast gəlinir. Ptolemeyin (ll əsr) “Coğrafiya” əsərində, Xəzər dənizinin ətrafında müxtəlif tayfaların, o cümlədən udilərin yaşadığı göstərir. Udilər haqqında bəzi məlumatlara Qay Pliniy Sekunda, Aziniy Qvadrat və bir çox başqa qədim müəlliflərin əsərlərində rast qəlmək olar. Utilər Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfalarından biridir.

    Utilər haqqında daha ətraflı VIII əsrdə yaşamış Moisey Kalankatuklunun “Alban tarixi” [20] əsərində məlumat verilmişdir. O, özünü uti tayfalarına aid edir. O, Aranda 26 alban tayfalarının olması haqda məlumat verir: “Onun (Aranın) oğlundan Uti, Qardman, Çavdey, Qarqar knyazlıqları yaranmışdır”.

    Udilər Qafqaz Albaniyasının yaradıcısı olan 26 tayfadan biri olmaqla, həm də Qafqaz Albaniyasında başlıca rol oynayan tayfalardan biri idi [21] . Buna görə də Qafqaz Albaniyasının payxtaxtları Qəbələ və Bərdə udilərin tarixən yaşadığı yerlər olub. Tarixən udilər daha çox Xəzər dənizindən Qafqaz dağlarınacan Kür çayının həm sağ, həm də sol tərəfində məskunlaşmışdılar. Qafqaz Albaniyasının viləyətlərindən biri isə Uti adlanırdı. Qafqaz Albaniyasının ərəblər tərəfindən zəbt ediləndən sonra udilərin yaşadığı ərazilər və udilərin sayı azalır [21] .

    Vll əsrdə ərəblərin işğal etdikdə və bütün ölkəni Ərəb xilafətinə qatanda əhalinin böyük hissəsinə, o cümlədən utilərə islam dinini qəbul etdirirlər. Lakin onların bir hissəsi əvvəlki inamlarını saxlayırlar. Hələ VI əsrdə Avtokefal Alban Kilsəsini güclə öz tabeliyinə cəlb etmək cəhdlərinin olmuş, VII əsrdə Ərəb xilafətinin icazəsi ilə Erməni – Qriqoryan kilsəsinin tərkibinə daxil edilmişdir. Alban katolikosunun qalmasına baxmayaraq, aktiv olaraq alban – xristianların etnik köklərinin dəyişdirilməsi və erməniləşdirilməsi siyasəti gedirdi. Nəticədə, Dağlıq Qarabağda onlar bütovlükdə öz dil və mədəniyyətlərini itirmiş oldular. Qəbələ və Oğuz ərazisində udilər öz adət — ənənlərini və dillərini (yazısız) qoruyub saxlaya bilmişlər.

    Ehtimal etmək mümkündür ki, Şəki xanı Hacı Çələbi xanın vaxtında (1747–1755) Şəki xanlığı ərazisində cəmi 3 udi kəndi olub: 1. Vartaşen, 2. Cəlut, 3. Nic [22] . Rusiya İmperiyasının Cənubi Qafqazı işğal etməsi zamanı da udilər əsasən Şəki xanlığının ərazisində yaşayırdılar.

    1824-cü ildə əhalinin siyahıyaalınması zamanı Nic kəndində (Bum mahalı; indiki Nic kəndi, Qəbələ rayonu) 1997 nəfər, (müsəlmanlar: 341 nəfər; qriqoryan udilər: 1656 nəfər), Vartaşen kəndində (Şəki mahalı; indiki Oğuz şəhəri, Oğuz rayonu) 3203 nəfər (müsəlmanlar: 282; qriqoryan udilər: 1067; pravoslav udilər: 706; yəhudilər: 1148) və Cəlut kəndində (Şəki mahalı; indiki Calut kəndi, Qəbələ rayonu) isə 1048 nəfər (müsəlmanlar: 218; qriqoryan udilər: 830) qeydə alınmışdır [23] ki, buna əsasən həmin vaxt Şəki xanlığı ərazisində azı 4,259 nəfər udinin yaşadığı məlum olur. Amma nəzərə alınmalıdır ki, bu siyahıyaalma sənədlərində bütün müsəlmanlar “tatar”, qriqoryan xristianlar “erməni”, pravoslavlar isə “gürcü” kimi qeydə alınmışdır.

    XIX əsrin ortalarında Şəki xanlığı ərazisində cəmi 3 udi [24] kəndinin olması barədə məlumat verən mənbə isə nuxalı İohanes Muradxanov və Qriqor Mıkırtıçan Tarasanov tərəfindən 1815-ci ildə qələmə alınmış və Bütün Rusiya ermənilərinin arxiyepiskopuna göndərilmiş məktubdur [25] . Burada həm də göstərilir ki Hacı Çələbi xan dövründən həmin vaxta qədər bu kəndlərə “din ipəyi” adlı xüsusi vergi tətbiq edilirmiş və həmin kəndlərin sakinləri vaxtaşırı olaraq bu verginin ləğv olunması istiqaməmətində cəhdlər ediblər, lakin o vaxta qədər istədiklərinə nail ola bilməyiblərmiş.

    Fransız yazıçı Aleksandr Düma 1858-ci ilin ikinci yarısından 1859-cu ili birinci yarısına qədər Qafqazda olmuş və özünün “Qafqaz səfəri” əsərində, udinlər haqqında danışmışdır:

    Moiz Xoresadze özünün «Gürcülərin tarixi» adlı kitabında udinlərdən danışır. Lakin onların mənşəyini qarışıq salır və bilmir ki, bu dildə danışanları hansı millətə aid etsin. Çamçyans adlı bir erməni taciri Venada nəşr olunmuş «Ermənistanın tarixi» adlı əsərində onların (yəni udinlərin) adını çəkir. Və nəhayət keçən il Rusiya Elmlər akademiyasının üzvlərindən biri udin dilinə aid bütün abidələri və bu dildə oxunan bütün mahnıları mümkün qədər toplayıb aparmaq üçün Peterburqdan Qafqaza göndərilmişdi. Bu adam orada nəinki öz latın dilini, hatta rus dilini belə unudaraq, heç bir şey əldə etmədən Peterburqa əliboş qayıtmışdır.

    Udinlər sayca cəmi üç minə yaxın olar. Onların heç biri saylarının na vaxtsa çox və ya az olduğunu bilmir. Bu tayfa iki kənddə yaşayır. Bunlardan biri Nuxanın 40 kilometrliyində yerləşən Vartaşen kəndidir. İkincisi isə Vartaşenin 30 kilometrliyində Şamaxı istiqamətindədir.

    Udinlərin bir qismi yunan, digar qismi isə islam dininə etiqad bəsləyirlər. Mən bu udinlərdən heç olmasa bir nəfərini görmək arzusunda olduğumu bildirdim. Knyaz Tarkanov dərhal bu işlə məşğul oldu və tezliklə bir nəfər udin gəldi. Bu, itibaxışlı, qarasaqqallı, otuz yaşlarında qarabuğdayı bir adam idi. O, Nuxa məktəblərindən birində müəllimdir. Mən ondan öz dilləri və millətləri haqqında bildiyini danışmağı xahiş etdim. O mənə cavab verdi ki, onlar dünyanı su basandan sonra Nuh peyğəmbərin oğlan nəvələrindən birinin nəslindən əmələ gəlmişdir və onların danışdığı dil də müasir adamlara ona görə tanış deyil. Həqiqətən o, çox qədimdir və bu qəbilə başçılarından ən hörmətlisinin dilidir.

    Aleksandr Düma, “Qafqaz səfəri”. Udinlər. Qoç döyüşü. Tatar (Azərbaycan) rəqsi və və güləş.

    1878-ci ildə çap olunmuş bir kitabda isə göstərilir ki Nuxa qəzasının erməni-qriqoryan əhalisindən yerli hesab olunanları udilərdir. Onlar yalnız Nic və Vartaşen kəndlərində yaşayırlar və öz dillərində danışırlar. Udi dili başqa heç bir kənddə işlədilmir. Udilərin yazısı yoxdur, onlar [26] erməni danışıq dilində yazırlar və dini ayinləri erməni kilsə dilində yerinə yetirirlər.

    Bəzi kəndlərdə — Sultan Nuxa (indiki Soltannuxa, Qəbələ rayonu), Mıxlıqovaq (Qəbələ rayonu), Erməni Carlu (indiki Corlu, Qəbələ rayonu), Mirzəbəyli (Qəbələ rayonu), Bayan (Oğuz rayonu), Vardanlı (indiki Kərimli, Oğuz rayonu), Malıx (Oğuz rayonu) və Yenikənd (konkretləşdirilməyibdir, həm Qəbələdə həm də Oğuzda bu adda kəndlər var; lakin çox güman ki Oğuz rayonundakı Yenikənd haqda söhbət gedir) kəndlərində, ermənilər (udilər? — red.) tatar (yəni azərbaycan) dilində danışırlar və bu dili ana dili hesab edirlər. Bu mənbədə Cəlut kəndi erməni kəndi kimi göstərilir və qeyd edilir ki bu kənddə Qarabağdan köçüb gələn ermənilər yaşayırlar və onlar Qarabağ və Xoydan köçüb gələn ermənilərin məskunlaşdığı digər kəndlərdə olduğu kimi erməni dilində danışırlar. Mənbədə həmçinin qeyd edilir ki, Vartaşen kəndində pravoslav udilərin 113 evi var və onların sayı 606 nəfərdir. [27] .

    1836-cı ildə rus pravoslav kilsəsi və Rusiya idarəçiliyi alban katolikosunun taxtını və dəftərxanasını ləğv etdikdən sonra, udi – xristianlar erməni kilsəsinin tam təsiri altına düşürlər. XIX əsrin sonlarında bütün etnik udilər ancaq iki kəndə, Vartaşen və Nic kəndlərinə köçürülürlər. Bununla əlaqədar olaraq Nicdə Tovuzdan və Qarabağdan köçən udilərin ayrıca məhəllələri yaranmışdı. 1922-ci ildə Vartaşendəki pravoslav udilərin bir hissəsi Gürcüstandakı Zinobiani kəndinə köçürlər. SSRİ-dəki kollektivləşdirmə prosesi zamanı bir çox udilər kəndlərdən Bakı, Yevlax, Şəki və Mingəçevir şəhərlərinə qaçırlar, sənədləşdirmə zamanı isə özlərini erməni kimi qələmə verirdilər. [28]

    Azərbaycanda islam dininin yayılması və türk dilinin inkişafı ilə əlaqədar, Azərbaycan xalqının uzunmüddət formalaşması ilə vahid – azərbaycanlı etnosu yaranmışdır. Lakin udi – xristianlar bu günkü günümüzə qədər etnik qrup kimi öz dillərini, maddi və mənəvi mədəniyyətlərini qoruyub saxlamışlar. Udi dili Qafqazın Nax-Dağıstan dil ailəsinə aiddir. Udilər Azərbaycan xalqının əcdadlarından biri hesab edilir.

    1992-ci ildə Azərbaycan Respublikasının prezidenti “Azərbaycan Respublikasında mövcud olan milli azlıqların, azsaylı xalqalrın və etnik qrupların hüquq və azadlıqlarının qorunması, onların dil və mədəniyyətlərinin qorunması və inkişafı” barədə fərman imzalamışdır. Bu sənəd keçmiş sovet respublikaları içərisində qəbul olunmuş sənəddir.

    313-cu il udilər tərəfindən xristianlığın qəbul edilməsi tarixi sayılır [29] . Bu tarixdə alban çarı Urnayr xaç suyuna salınma adətini qəbul etmiş və xristianlıq Qafqaz Albaniyasının rəsmi dininə çevrilmişdir. Qafqaz Albaniyasının əhalisinin xristianlaşma dövründən başlayaraq udilər Alban kilsəsinə mənsubdur. Başqa xalqlar kimi, xristianlığı qəbul etdikdən sonra, udilər yeni xristian ayinlərlə bərabər köhnə adət və ənənələri qoruyub saxlmışdırlar. Məsələn, evlərdə sönməz ocaq saxlamaq atəşpərəstlikdən qalmış ənənədir. Udi xristianlar olduqca tez-tez dualarını Aya döndərirdilər və öz dinini saxlayan Qafqaz Albaniyasının yeganə xalqıdır.

    10 aprel 2003-cü ildə Azərbaycanda Alban-udi xristian icması qeydiyyatdan keçmişdir. [30] .

    Artım dinamikası

    Udilərin sayı haqqında ən həqiqətəuyğun məlumat 20-ci əsrin son 25 ilinə təsadüf edilir. Dünyada udilərin sayı: 1880-cı il — 10 min, 1897-cı il — 4 min, 1910-cu il — 5900, 1926-cı il — 2500, 1959-cu il — 3700, 1979-cu il — 7000, 1989-cu il — 8652 nəfər olmuşdur.

    Udilər Azərbaycanda

    1989-cu il siyahıyaalınmasına görə Azərbaycanda 6.125 nəfər udi yaşayırdı. [31] 27 yanvar-3 fevral 1999-cu ildə aparılmış siyahıyaalmaya əsasən Azərbaycan Respublikasında 4.152 nəfər: Qəbələ rayonunda 3962 nəfər və Oğuz rayonunda 104 nəfər [32] olmaqla) udi qeydə alınmışdır.

    Udilər Rusiyada

    Rusiya Federasiyasında 2002-ci il siyahıya alımasına əsasən 3721 nəfər özlərini udi kimi təqdim etmişdir. Onlardan 2078 nəfəri (1114 kişi, 964 qadın) şəhər əhalisi, 1643 nəfəri (829 kişi, 814 qadın) kənd əhalisidir. Rusiyada udilərin ən çox qeydiyyata alındıqları yer Rostov vilayətidir [33] .

    Həmçinin bax

    İstinadlar

    1. ↑”Ethnic Groups of Georgia: Censuses 1926 – 2002″ (PDF) (ingilis) . European Centre for Minority Issues Caucasus. Archived from the original on 2015-11-22 . İstifadə tarixi: 2015-11-22 . .
    2. ↑ “Udilər”.Qəmərşah Cavadov, Rauf Hüseynov. 1996, Bakı
    3. ↑ Удинлəр, сəhифə 420. // Азәрбајҹан Совет Енсиклопедијасы. IX ҹилд: Спутник – Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1986.
    4. ↑ Uu, səh. 397. // Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild (SŞTUÜVYZ). Redaktor: Əliheydər Orucov; Tərtibçilər: Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə. Təkrar nəşrə hazırlayanı, təkmilləşdirəni və redaktoru: Ağamusa Axundov. Bakı: Şərq – Qərb, 2006, 712 səhifə. ISBN 9789952340266
    5. ↑ Əhali. Xalq. Dil. Din. — Əhali, səhifə 95. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. “Azərbaycan” cildi. Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
    6. ↑ 4. Azərbaycan əhalisinin etno – demoqrafik quruluşu və onun dəyişilməsi meylləri, səhifə 59. // Azərbaycan Respublikası əhalisinin dinamikası və quruluşu: əsas demoqrafik və etno – demoqrafik dəyişikliklər (1897 – 2007-ci illər). Müəllif: iqtisad elmləri doktoru Ş. M. Muradov; Redaktor: iqtisad elmləri namizədi A. Q. Gözəlova. Bakı: “Elm”, 2008, 240 səhifəArxivləşdirilib 2014-11-13 at the Wayback Machine. ISBN 5806617114 (az.) (ing.) (rus.)
    7. ↑ Bölmə 2: Demoqrafik göstəricilər, səhifə 80. // Azərbaycanın Statistik Göstəriciləri 2015 (statistik məcmuə). Müəllifi: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Məcmuənin ümumi rəhbəri: Həmid Bağırov; Məcmuənin hazırlanması üçün məsul şəxs: Rafael Süleymanov. Bakı — 2015, 814 səhifə. ISBN 5-86874-232-9
    8. 12“Udilər. I.Kuznecov”. 2015-05-07 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2010-05-04 .
    9. 12“Н. Г. Волкова. Удины // Народы России: Энциклопедия. М., 1994. С. 346–347” (PDF) . 2022-03-20 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2010-05-04 .
    10. ↑”Удины // Народы Кавказа. Том 2. М., 1962″ (PDF) . 2019-11-05 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2010-05-03 .
    11. ↑ V. Minorsky. Caucasica IV. Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 15, No. 3. (1953), pp. 504–529.
    12. ↑”Языки Российской Федерации и соседних государств: Энциклопедия. Том 3. М., 2005. Талибов Б. Б. (при участии Майсака Т. А.) Удинский язык. С. 178–187″ (PDF) . 2022-01-21 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2010-05-04 .
    13. ↑ Voroşil Gukaşyan. “Udincə- Azerbajanca-Rusca Lügət”, Elm, Baki, 1974. стр. 251
    14. 12“Г. А. Климов. Агванский (кавказско-албанский) язык//Языки мира: Кавказские языки. М., 1999, стр. 459” (PDF) . 2021-08-30 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2010-05-05 .
    15. ↑ Jost Gippert, Wolfgang Schulze. Some Remarks on the Caucasian Albanian Palimpsests // Iran and the Caucasus 11 (2007)
    16. ↑”Заза Алексидзе. Выступление на конференции // Институт рукописей Академии Наук Грузии”. 2015-05-10 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2010-05-05 .
    17. ↑Интерпретация языка Албанского Палимпсеста найденного на Синае
    18. ↑”Zaza Alexidze “Discovery and Decipherment of Caucasian Albanian Writing ” ” (PDF) . 2011-07-21 tarixində orijinalından (PDF) arxivləşdirilib . İstifadə tarixi: 2010-05-05 .
    19. J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé. The Caucasian Albanian Palimpsests of Mount Sinai. Brépols, 2009. ISBN 978-2-503-53116-8
    20. ↑”Movses Kalankatuci “История страны Алуанк” (в 3-х книгах)”. 2018-06-12 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2010-05-03 .
    21. 12“К. В. Тревер К вопросу о культуре Кавказской Албании (доклад на XXV Международном конгрессе востоковедов, 1960 год)”. 2018-06-12 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2010-05-04 .
    22. ↑ 1815-ci ildə nuxalı İohanes Muradxanov və Qriqor Mıkırtıçan Tarasanov tərəfindən Bütün Rusiya ermənilərinin atxiyepiskopuna göndərilən məktuba bax: Акты, собранные Кавказской археографической комиссией, Тифлис, 1874Arxivləşdirilib 2021-05-10 at the Wayback Machine
    23. ↑ Камералное описание жителей города Нухи и Шекинской провинции за 1824 год, составленоно капитаном Харченновым и поручиком Скоржинским. Dövlət Tarix Arxivi, fond 24; № 1, s/v.162
    24. ↑ Mənbədə bu kəndlər erməni kəndi kimi təqdim olunur.
    25. ↑”Акты, собранные Кавказской археографической комиссией, Тифлис, 1874″. 2021-05-10 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2012-11-03 .
    26. ↑ Mümkündür ki, burada “onlar” sözü yalnız qriqorian məzhəbli udinlərə aiddir, — Red.
    27. ↑ Материалы для изучения эконимическаго быта государственных крестьян Закавказскаго края, Тифлис, 1878, стр.: 19–21
    28. ↑”İqor Kuznetsov “Udilər ” “. 2015-05-07 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2010-05-04 .
    29. ↑”КАВКАЗСКАЯ АЛБАНИЯ. Фарида Мамедова (профессор, доктор наук)”. 2020-01-07 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2010-05-05 .
    30. ↑”Албано-Удинская Христианская Община Азербайджана”. 2022-08-23 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2010-05-04 .
    31. ↑ Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1989 года.: Национальный состав населения по республикам СССР: Азербайджанская ССРArxivləşdirilib 2011-07-28 at the Wayback Machine—Источник: Рабочий архив Госкостата России.Таблица 9с. Распределение населения по национальности и родному языку.
    32. ↑”Arxivlənmiş surət”. 2010-11-13 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2009-04-19 .
    33. ↑ 2002-ci il üçün Rusiya Federasiyasında siyahıya alma. Nəticə, 4-cü cild, kitab 3.

    Xarici keçidlər

    • UdilərArxivləşdirilib 2009-02-09 at the Wayback Machine (rusca, English)
    • “Orayin” udi mədəni-maarif cəmiyyətiArxivləşdirilib 2009-04-26 at the Wayback Machine
    • Udilərə və udi dilinə həsr olunan sayt. Udi dilinə, tarix və etnoqrafiyasına aid məqalə və kitablar, udi dilində əsərlər
    • John M. Clifton: The Sociolinguistic Situation of the Udi in Azerbaijan. SIL International, 2005.Arxivləşdirilib 2012-10-02 at the Wayback Machine
    • Udilər (English)

    Xudavəng monastırının dini varisləri geri qayıtdı – Monastra vaiz təyin olunub VİDEO

    Alban-udin xristian icmasının üzvləri Kəlbəcərdəki Xudavəng monastrında olublar. SİA-nın məlumatına görə, din xadimləri monastrda dini ayinlər icra ediblər. Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari Xudavəng monastırının vaizi təyin olunub.

    Azərbaycan Alban-udin xristian icmasının sədri Robert Mobili bildirib ki, bu yerlərə qayıtmağımıza görə şəhidlərimizə borcluyuq: “Kəlbəcər bizim üçün adi yer deyil, Kəlbəcərdə çoxlu sayda Alban məbədləri var. Biz bu gün Xudavəng məbədinə gəlmişik. Biz burda Alban kilsəsinin dini varisləri kimi iştirak edirik, kilsədə dini ayinləri icra edirik”.

    Qeyd edək ki, Kəlbəcərdəki Xudavəng monastır kompleksi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub olub. Mövcud mənbələrə görə, Xudavəng monastırı İsa Məsihin həvarisi (apostolu) Faddeyin şagirdi Dadi tərəfindən yaradılıb. Bu isə monastırın Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərdən biri olduğunu sübut edir. Ərazi Qafqaz Albaniyasının müasir Qarabağın aran və dağlıq vilayətinin “Rostok” adlı bölgəsinə aid idi. Bu bölgə müasir Kəlbəcər rayonunu əhatə edirdi.

    Gürcüstanın din xadimləri Şuşa şəhəri ilə tanış olublar VİDEO

    Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə ölkəmizə səfərə gələn Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarından sonra Şuşa şəhərində olub.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

    Nümayəndə heyəti əvvəlcə Şuşanın qala divarlarına baxıb. Din xadimlərinə məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, yenilməzlik simvolu olub. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

    Gürcüstanlı din xadimləri sonra Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi ilə tanış olub, Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Onlar şəhər və güllələnmiş heykəllər barədə məlumatlandırılıb. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

    Qonaqlar daha sonra Bülbülün ev-muzeyinə gəlib, görkəmli musiqiçinin uşaqlıq illərinə aid şəkillərə, şəxsi əşyalarından ibarət ekspozisiyaya baxıblar.

    Gürcüstandan gəlmiş din xadimləri Şuşa şəhərində Yuxarı Gövhər Ağa, Çuxur Məhəllə və Seyidli məscidlərinə baxış keçiriblər. Məlumat verilib ki, qədim Şuşada 17 məhəllə olub. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan bu tikililər, o cümlədən məscidlər də erməni vandalizminə məruz qalıb.

    Nümayəndə heyəti Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə də tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər. Sonda Cıdır düzündə şükür namazı qılınıb.

Comments are closed, but trackbacks and pingbacks are open.