Sumqayıtda qadını cinsi əlaqədə olmadığı üçün öldürən şəxsə hökm oxundu – Təfərrüatlar Video
Saat 21 radələrində o, qardaşı ilə birlikdə qadının qaldığı ünvana yollanıb. Mənzilə tək qalxıb, Sahib aşağıda gözləyib.
Cm-in 180.1-ci maddəsi hökm
Məhkəmə hakimiyyətinin və Vəkillər Kollegiyasının cinayətkar iş birliyinə hüquqi qiymət verilmir
Hüquqçuların dilində jarqona çevrilən “ölü qanun” , “ölü maddə” anlayışı hansısa qanunun və ya qanun, məcəllə maddəsinin tətbiq edilməməsini göstərir. Düzdür, bizdə Konstitusiyanın özünün “ölü” olması, işləməməsi söz qonusudur, amma hər halda bu maddələr kimlərəsə tətbiq edilir. Elə maddələr var ki, heç tətbiq edilməsi yada düşmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 295-ci ( “Bilə – bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma”) maddəsi belə “ölü” maddələrdən sayılır. Nadir hallarda ədalətsiz hökm çıxarılması araşdırılır, amma mülki xarakterli ədalətsiz qətnamə, qərar(dad) çıxarılmasına Cinayət Məcəlləsinin 295.1 maddəsi ilə qiymət verilməsi həyata keçirilmir . Oysa CM-in 295.1 maddəsində hakimlərin bilə – bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarmasının BEŞ MİN MANATDAN SƏKKİZ MİN MANATADƏK CƏRİMƏ və ya ÜÇ İLƏDƏK MÜDDƏTƏ AZADLIQDAN MƏHRUMETMƏ İLƏ CƏZALANDIRILMASI doğrulanıb.
Məhkəmə Hüquq Şurasının məsləhətçi səviyyəsində saxta-doğru qərarı yoxlamaq hüququnun olmamasını bildirərək hərəkətsizlik etməsini birtəhər anlamaq olar. Eləcə də, yuxarı instansiyaların aşağı instansiyaların saxtalığını qüvvədə saxlamalarının qeyri-prosessual sifarişlə baş verməsi şübhə doğurmur. Bəs baş prokurorluğa nə gəlib? Niyə üzərinə qoyulan görəvi yerinə yetirmir? Axı ədalətsiz məhkəmə qərarları ilə vətəndaşın azadlıq və insan hüquqları – azadlıq , məhkəmə təminatı hüququ pozulur! Konkret fakt: Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlqar Cabbarov 15.02.2019 tarixli SAXTA qərardadla 1-ci dərəcəli Qarabağ qazisinin DİN-ə qarşı iddiasını mümkün saymayıb . CM-in 295.1 maddəsi ilə tövsif edilməli olan cinayətkar saxtalığı e-məhkəmə portalı sübut edir : “15.02.2019-CU İLDƏ İCLAS NÖVBƏTİ TARİXƏ TƏYİN EDİLDİ”. İclasın növbəti tarixə təyin edilməsi 15.02.2019-cu ildə qərar qəbul edilmədiyinin , qərardadın saxtalığının birbaşa sübutu olsa da, 3-cü ildir saxtalıqdan ziyan çəkən vətəndaşın hüquqlarının bərpası üçün heç bir addım atılmır. Hətta Vəkillər Kollegiyası da özünün intizam komissiyasının üzvü Əlirza Həbilovun timsalında istintaq -ittiham orqanına vəkillik yolunu tutub. Özü də də cinayətkar saxtalıqla. İndiyədək heç bir məhkəmə instansiyası, heç bir hakim Əlirza Həbilovun DİN-in adından səlahiyyətli nümayəndə və vəkil ediləbilməzliyi bir yana, heç etibarnaməsinin olmamasına belə hüquqi qiymət verməyib. Əksinə, hakimlər, “ali” instansiyalar canla – başla saxta vəkilin qeyri-prosessual göstərişi ilə saxta qərarlar çıxarıblar. İndi sıra baş prokurordadır : SAXTA QƏRARLAR QƏBUL EDƏN HAKİMLƏRİN CİNAYƏT MƏCƏLLƏSİNİN 295-Cİ MADDƏSİ İLƏ MƏSULİYYƏTƏ CƏLB EDİLMƏSİ ÜÇÜN MƏHKƏMƏ HÜQUQ ŞURASINA müraciət etmək onun səlahiyyətindədir. Milli Məclisin 1-ci vitse-spikeri, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynliyə şikayət edən Qarabağ qazisinə hakimlərin toxunulmazlığının ləğv edilməsi və vəkilin məsuliyyətə cəlb edilməsi məsələlərinin Milli Məclisin və deputatların səlahiyyətlərinə aid olmadığı bildirilib. Fikrimizcə, Milli Məclis şikayəti aidiyyatı üzrə səlahiyyətli orqana göndərməlidi(r) .
Cinayət Məcəlləsinin 295-ci maddəsinin saxta qərardad qəbul edən hakim İlqar Cabbarova və digər hakimlərə tətbiq edilməsi qaçılmazdır. Sadəcə, bu qaçılmazlığı səlahiyyətli baş prokuror gerçəkləşdirməlidir. Azərbaycan Respublikasının Konstitusiyası, “Prokurorluq haqqında” qanunun tələbi belədir. Hakimləri qanunsuzluğa şirnikləndirən saxta səlahiyyətli nümayəndə və vəkil Əlirza Həbilovun məsuliyyəti isə daha ağırdır. Anadolu türkləri demiş, ağırlayan olsa. ..
Sumqayıtda qadını cinsi əlaqədə olmadığı üçün öldürən şəxsə hökm oxundu – Təfərrüatlar + Video
2020-ci il martın 5-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 29/4, mənzil 51-də üzərində boğulmaya xarakterik xəsarətlə 23 yaşlı Günay Əliyevanın meyiti aşkar edilib. Araşdırma zamanı, onun həmin evdə 2019-cu ilin dekabr ayından kirayədə yaşaması məlum olub.
Yenisabah.az xəbər verir ki, mərhumun istifadəsindəki mobil telefonun “WhatsApp” proqramında qeydə alınan giriş və çıxış zənglərinə, ismarıclarına, eləcə də telefonun yaddaş kartındakı şəkillərə baxış keçirilib.
Sumqayıt şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Günay Əliyevanın ölümünə boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş asfiksiya səbəb olub.
Ayın 6-da Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən 23 yaşlı Kamran Quliyev Bakı şəhərində saxlanılıb.
İş üzrə dindirilmiş Kamran Quliyev bildirib ki, marixuana və metamfetamindən istifadə edib. Həmin gün Günaya, onunla cinsi əlaqədə olmaq üçün 30 və ya 40 manat pul verib. Amma bundan sonra qadın əlaqədə olmaq istəmədiyini deyib. Bu zəmində aralarında mübahisə başlayıb. Quliyevin sözlərinə görə mübahisə zəminində Günay onu təhqir edib. Bu zaman isə o, Hamam otağına daxil olaraq əlləri ilə Günayı divara sıxıb. Boğazından tutub, silkələyərək, sakit durmasını və onu söyməməsini tələb edib.
Günayın ağırlaşdığını hiss edərək, onu buraxıb. Huşunu itirdiyinin düşünüb. Yerə yıxılandan sonra, üzünə su vurub. Lakin qadın ayılmayıb. Onun öldüyünü görərək, qorxub, mənzili tərk edib. Kamran Quliyev qeyd edib ki, Günay Əliyevanı qəsdən öldürmək istəməyib. Sadəcə sonuncu onu təhqir etdiyinə görə əsəbləşib əlləri ilə boğazından tutub, silkələyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Xalidə Əliyeva ifadəsində göstərib ki, 2019-cu ilin yanvar ayında xəbər tutub ki, qızının İlham Adlı şəxslə qeyri-rəsmi ailə həyatı quraraq, onunla sumqayıtda yaşayıb. Günay evlərinə qayıtmaq istəməyib, yaşadığı ünvanı dəqiq deməyib. İlhamla niyə qeyri rəsmi nighda olduğunu soruşduqda isə, qızı İlhamın valideynlərinin onların ailə qurmalarını istəmədiklərini bildirib. Bir müddətdən sonra Günay İlhamla birlikdə evə gəlib, yoldaşını onlarla tanış edib. Qızına, əri ilə gəlib, onların evdə yaşamasını təklif etsə də, lakin Günay razı olmayaraq, İlhamın Sumqayıtdan işə gedib-gəlməyin daha rahat olduğunu deyib. Anası həmçinin qeyd edib ki, Günayın heç kəslə düşmənçiliyi və ədavəti olmayıb. Qətlin səbəbini bilmir.
Şahid qismində dindirilmiş İlham Qiyasbəyli bildirib ki, il yarım əvvəl Xırdalan şəhərində çay evi işlədən vaxtlarda Günayla tanış olub. Aralarında yaxın münasibət yaranıb, müxtəlif ünvanlarda kirayədə yaşayıblar. Günay ona pul müqabilində heç kimlə görüşmədiyini deyib. Hadisədən 1 ay 20 gün əvvəl qadın 4-cü mikrorayona köçüb.
O, tez-tez həmin ünvana gedərək Günayla spirtli içki qəbul edib, onunla cinsi əlaqədə olub. Ailəsindən kənarda yaşamasına baxmayaraq, qadın ailə üzvləri ilə əlaqə saxlayıb. Martın 4-də qardaşı Sahib və dayısı oğlu Rahimlə birlikdə Günaygildə olub. Növbəti gün səhər işə gedib və saat 10-11 radələrində qardaşı Sahibə zəng edib Günayla birlikdə işə gedib-getmədiyini soruşmuş, çünki sonuncu “Koroğlu” metrostansiyasının yanında şirniyyat alğı-satqısı ilə məşğul olub və qadını da özü ilə ora işləməyə aparmaq istəyib. Sahib ona Günaya zəng etdiyini, lakin onun cavab vermədiyini deyib.
Saat 21 radələrində o, qardaşı ilə birlikdə qadının qaldığı ünvana yollanıb. Mənzilə tək qalxıb, Sahib aşağıda gözləyib.
Qapını döysə də, açan olmayıb. Sonra qapının açıq olduğunu görüb. Günay heç vaxt qapını açıq qoymayıb. Hamam otağının qapısını açanda qadının yerdə, baş nahiyəsinin sağ divara tərəf, hərəkətsiz vəziyyətdə olduğunu görüb.
Əynində qara rəngli qısaqol mayka və idman şalvarı olub. İlkin olaraq huşunun getdiyini zənn edib, dərhal aşağıdan qardaşını çağırıb. Birlikdə Günayı hamam otağından dəhlizə çıxartıblar, əli ilə ona toxunduqda bədəninin soyuq olduğunu hiss edib. Qardaşı TTY zəng edib.
Məhkəmə iclasında Kamran Quliyev özünü təqsirli bilməyib. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.
Məhkəmə nəticəyə gəlib ki, Kamran Quliyevin törətdiyi əməl CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə
düzgün tövsif edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Quliyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
“Məhkəmələr Cinayət Məcəlləsinin 66.5 və ya 67-ci maddəsi üzrə cəza təyin edərkən fərqli yanaşmalar sərgiləyir”
E-huquq.az-ın məlumatına görə, hakim müraciətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş edib.
Həmin müraciəti təqdim edirik:
“Barəsində cəza təyin edilməklə ittihamedici hökm çıxarılmış təqsirləndirilən şəxs, sonradan Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif edilən bir neçə əməlin törədilməsində də təqsirləndirilərkən, həmin əməllərdən bir qismi barəsindəki hökm qüvvəyə minməzdən əvvəl törədilmiş, bir qismi isə barəsindəki hökm qüvvəyə mindikdən sonra törədilmiş olduqda, bu zaman həmin şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və ya 67-ci maddəsi üzrə cəza təyin edilməsi məsələsində çətinliklər yaranır.
Belə ki, şəxs barəsində əvvəlki hökm olan, yəni CM-nin 179.3.2-ci maddəsi ilə cəza təyin edilməklə qüvvəyə minmiş ittihamedici hökm olduğu təqdirdə, həmin şəxsin qeyd edilən hökmün çıxarılmasından (qüvvəyə minməsindən) əvvəl də bir neçə epizod üzrə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma əməlləri törətməsi ilə yanaşı, həmin hökm qüvvəyə mindikdən sonra da bir neçə epizod üzrə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma əməlləri törətməsi müəyyən edilir va hökmdən əvvəlki və hökmdən sonrakı həmin vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma epizodları üzrə əməllərinə görə CM-nin 213.3-cü maddəsi ilə vahid ittiham aktı tərtib edildikdə, həmin ittiham aktı üzrə cinayət işinə baxılarkən, şəxsin təqsiri sübuta yetirildikdə, cəza təyini məsələsində məhkəmələr tərəfindən müxtəlif yanaşmalar sərgilənir və həmin yanaşmalara uyğun da müxtəlif hökmlər çıxarılır.
Baxmayaraq ki, təqsirləndirilən şəxsin CM-nin ayrı-ayrı maddələrində nəzərdə tutulmuş bir neçə əməlin törədilməsi nəticəsində, bu əməllərin bir qismi (yeni bir maddə üzrə) onun barəsindəki hökm çıxarılmazdan əvvəl, yəni həmin hökm qüvvəyə minənədək (Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən hökm qüvvəyə minənədək), bir qismi isə (digər maddə üzrə) hökm qüvvəyə mindikdən sonra törədilmişdirsə, belə vəziyyətdə cəzaların təyin edilməsi qaydası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 25.06.2003-cü il tarixli Qərarının 17-ci bəndində izah edilmişdir, lakin yuxarıda göstərilən vəziyyətdə, cəzanın təyin edilməsi məsələsi CM-də dəqiq tənzimlənməmişdir, bununla bağlı izah mövcud deyildir.
Bu cür hallarda cəzalar aşağıdakı fərqli formalarda təyin edilir.
1) Belə ki, bir qism yanaşmaya görə məhkəmələr hesab edirlər ki, belə vəziyyətdə yalnız CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Hesab edirlər ki, necə ki, məhkəmənin icraatında olan ittiham aktındakı cinayət əməllərinin bir qismi təqsirləndirilən şəxsin barəsindəki qüvvəyə minmiş hökmdən əvvəl törədilmişdir, belə olduğu təqdirdə də hər bir halda, cəza hər bir əmələ görə deyil, cəza CM-nin maddəsinə görə təyin edilməli olduğundan, həmin əməllər isə CM-nin vahid bir maddəsi ilə tövsif edildiyindən, cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Ona görə də hesab edirlər ki, bu cür vəziyyətdə baxmayaraq ki, ittiham aktındakı əməllərin bir qismi hökm qüvvəyə mindikdən sonra törədilsə də, belə vəziyyətdə CM-nin 67-ci maddəsinə əsasən, cəzanın təyin edilməsi, həmin təqsirləndirilən şəxsin vəziyyətini hökm qüvvəyə minməzdən əvvəlki cinayətlərə münasibətdə ağırlaşdırır. Ona görə də bu cür yanaşma zamanı, hətta belə bir vəziyyətdə hökm qüvvəyə mindikdən sonrakı vaxtda törədilmiş cinayətlərə görə residiv əmələ gəlsə belə, məhkəmələr CM-nin 66.5-ci maddəsinə əsasən cazanın təyin edilməli olduğu qənaətinə gəldikləri üçün, residivin olmadığı qənaətinə gəlirlər və residiv nəzərə alınmır.
Yəni bu cür yanaşma üzrə son nəticədə məhkəmənin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxsə CM-nin 213.3-cü maddəsi üzrə cəza təyin edilir, sonra isə CM-nin 66.5 ci maddəsinə əsasən təyin edilmiş həmin cəza, məhkumun barəsindəki əvvəlki hökmlə təyin edilən cəza ilə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edirlər.
Bu cür yanaşma zamanı şəxs barəsində CM-nin 67-ci maddəsinin tətbiqinə əsas verən cinayət əməllərinə münasibətdə, cəza təyin etmə CM-nin ümumi prinsipləri ilə uzlaşmır, həmçinin hökm qüvvəyə mindikdən sonra törədilmiş cinayətlərə görə şəxsin əməlində residivin olması baş verərsə, residivin nəzərə alınmamasına gətirib çıxarır.
2) Digər yanaşma isə bundan ibarətdir ki, şəxsin barəsindəki hökm qüvvəyə minməzdən əvvəl də cinayət törətməsi müəyyən olsa da belə, necə ki vahid ittiham aktındakı eyni maddə ilə tövsif edilən cinayətlərin bir qismi də hökm qüvvəyə mindikdən sonra törədilmişdir, belə vəziyyətdə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törətməsi halı baş verdiyi üçün, şəxsə cəza CM-nin 67-ci maddəsi üzrə təyin edilir. Ona görə də belə vəziyyətdə hökmdən əvvəlki cinayətlərin olması əhəmiyyət kəsb etmir, CM-nin 67-ci maddəsi üzrə cəzanın təyin edilməsi, hökmdən əvvəlki cinayətləri də əhatə edir. Hətta belə bir vəziyyətdə hökm qüvvəyə mindikdən sonrakı vaxtda törədilmiş cinayətlərə görə residiv əmələ gəlirsə, həmin residiv də nəzərə alınır.
Digər bir problem bundan ibarətdir ki, şəxsə hökmlə təyin edilmiş cəzasını çəkib qurtardıqdan sonra, müəyyǝn edilir ki, şəxsin həmin hökmdən əvvəl töretdiyi cinayət əməli aşkar edilir və həmin əmələ görə şəxsə ittiham verilərək, yeni cinayət işi məhkəmənin icraatına verilir. Bu vəziyyətdə şəxsin əməli təsdiq edildiyi təqdirdə, təqsirli bilindiyi həmin əmələ görə cəza birmənalı olaraq CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Lakin bu vaxtə da məhkəmələr tərəfindən fərqli yanaşmalar sərgilənir.
1) Belə ki, bir qism hakimlər hesab edirlər ki, artıq əvvəlki hökmə əsasən təyin edilmiş cəza çəkilib qurtardığı üçün, sonradan aşkar edilmiş və məhkəmənin icraatında olan həmin cinayət işi üzrə şəxsə cəza adi qaydada, yəni təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilir. Əvvəlki hökm üzrə cəza çəkilib qurtardığı üçün, yeni hökmlə təyin edilmiş cəza CM-nin 66.5-ci maddəsinə əsasən, məhkumun barəsindəki əvvəlki hökmlə təyin edilən cəza, nə daha ciddi cəza ilə əhatə edilir, nə də təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Yəni, əvvəlki hökm üzrə təyin edilmiş cəza çəkilib qurtardığı üçün yeni iş üzrə cəza təyini zamanı nəzərə alınmır və qəti cəza təyin edilmir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmır.
Halbuki, CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.
Bu zaman məhkumun hüququ pozulmuş olur.
Misal üçün. Şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (və ya 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir).
Həmin hökm üzrə cəza çəkilib qurtardıqdan sonra müəyyən edilir ki, şəxs həmin hökmdən də əvvəl başqa bir əməl törətmişdir, həmin əməl CM-nin 178.2.4-cü maddəsinin tərkibini yaradır. Cinayət işi açılır, həmin əmələ görə şəxsə CM-nin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülür və cinayət işi məhkəməyə göndərilir. Yəni, cinayət işi açılan zamanı şəxs əvvəlki hökmlə təyin edilmiş cəzasını çəkib qurtarmış olub.
İşə məhkəmədə baxılır və şəxsə cəza təyin etmə məsələsi zamanı şəxs yenə də CM nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinir və şəxsə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilir (və ya 03 il azadlıqdan məhrumetmə cəzası təyin edilir). Bu zaman əvvəlki hökmlə təyin edilmiş cəza çəkilib qurtardığı üçün, yeni hökmlə təyin edilmiş cəza ilə CM-nin 66.5-ci maddəsinə əsasən nə əhatə edilir, nə qismən və ya tamamilə toplanır, nə də yekun cəzadan əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilmiş hissəsi çıxılır.
Bu zaman faktiki olaraq nəticə etibarilə şəxs cinayətlərin məcmusuna səbəb olan CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindəki əməlləri üzrə 06 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkmiş olur (və ya 06 il azadlıqdan məhrumetmə cəzası çəkmiş olur). Halbuki bu zaman şəxs qanunsuz olaraq CM-nin 178.2.2, 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın son həddində də artıq cəzalanmasına səbəb olur, həm də azadlığın məhdudlaşdırılması cəzasının həddi barədə CM-nin 52-1.4-cü maddəsində müəyyən edilmiş hədd aşılır. Halbuki, həmin maddəyə əsasən, azadlığın məhdudlaşdırılması 06 aydan 05 ilədək müddətə təyin edilir.
Bu cür yanaşma “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 25.06.2003-cü il tarixli Qərarının 16-cı bəndində izah edilmiş tələblərə də ziddir.
Belə ki, həmin Qərarın 16-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz.
2) Digər yanaşma isə bundan ibarətdir ki, belə bir vəziyyətdə çəkilmiş cəza CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza müddətinə hesablanmalı olduğundan, məhkəmənin icraatında olan həmin cinayət işi üzrə şəxsə cəza adi qaydada, yəni təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilir, bundan sonra CM-nin 66.5-ci maddəsinə əsasən, əvvəlki hökmlə təyin edilmiş cəza çəkilmiş olsa da, həmin cəza yeni hökmlə təyin edilən cəza ilə toplanır (əhatə etmə yolu ilə və ya qismən və ya tamamilə) cəza təyin edilir, bundan sonra həmin qəti cəzadan əvvəlki hökmlə təyin edilərək çəkilmiş cəza çıxılır və qəti cəza təyin edilir. Bu cür yanaşma sərgiləyən hakimlər, cəzanı aşağıdakı kimi təyin edirlər.
Yuxarıdakı misal üzrə cəza artıq aşağıdakı kimi təyin edilmiş olur. Yəni, cinayət işinə məhkəmədə baxılır və şəxsə cəza təyin etmə məsələsi zamanı şəxs yenə də CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinir və şəxsə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilir (və ya 03 il azadləqdan məhrumetmə cəzası təyin edilir). Bundan sonra əvvəlki hökmlə şəxsə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilərək çəkilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası (və ya 03 il azadlıqdan məhrumetmə cəzası) çəkilib qurtarsa da, həmin təyin edilmiş cəza (çəkilib qurtarmış cəza) yəni, hökmlə təyin edilmiş cəza ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılır və yekun olaraq şəxsə 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilir (və ya 04 il azadlıqdan məhrumetmə cezası təyin edilir). Bundan sonra təyin edilmiş həmin cəzadan əvvəlki hökmlə təyin edilmiş və artıq çəkilib qurtarmış cəza çıxılır və beləliklə də şəxsin üzərində qəti olaraq 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış olar (və ya 01 il azadlıqdan məhrumetmə cəzası saxlanılmış olur) Bu cür cəzatəyinetmə zamanı həm şəxsin hüquqları qorunur, həm də CM-nin tələbləri pozulmur.
Lakin qanunvericiliklə dəqiq müəyyən edilmədiyi üçün, müraciətdə göstərilən yaranmış bu cür vəziyyətlərdə, həmin qeyri-müəyyənlik müxtəlif cür nəticələnir.
Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında “hüquqi müəyyənlik prinsipinin əhəmiyyəti vurğulanmışdır. Qərarlarında qeyd edilmişdir ki, Konstitusiya hüququnun doktrinasi hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz aksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.
Yuxarıda göstərilənlər baxımından qanunvericilikdə aydınlıq gətirilmədiyi və birmənalı müəyyən edilmədiyi üçün, məhkəmənin icraatında olan bu cür işlərin cəza təyini mərhələsində çətinliklər yaranır.
Bununla da müraciətdə qoyulmuş məsələlərə aydınlıq gətirilməklə, CM-nin 66.5 və 67 ci maddələri üzrə yaranmış vəziyyətlərdə cəza təyini məsələlərində hüquqi müəyyənlik prinsipi təmin edilmiş olar. Barəsində cəza təyin edilməklə ittihamedici hökm çıxarılmış təqsirləndirilən şəxsin həmin hökm qüvvəyə minməzdən əvvəl və qüvvəyə mindikdən sonra da Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif edilən bir neçə əməlin törədilməsində də təqsirləndirildiyi cinayət işi üzrə cəza təyin etmə zamanı, həmçinin məhkumun hökmlə təyin edilmiş cəzasını çəkib qurtardıqdan sonra birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edildiyi hallarla əlaqədar, cinayətlərin və hökmlərin məcmusu üzrə cəza təyini zamanı müraciətin mətnində göstərilən qeyri-müəyyənliklər nəzərə alınmaqla CM-nin 66.5 və 67-ci maddələri əlaqəli şəkildə şərh edilsin”.
Konstitusiya Məhkəməsi Plenumu işi icraata götürüb, müraciətə aprelin 15-də baxılacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.