Press "Enter" to skip to content

Generalın adından istifadə edən “Lombard Mazbura”ya hökm oxundu

Ötən gün Vahid İsayevlə birgə həbs olunmuş Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürova da hökm oxunub.

Mehdi Səlimzadənin köməkçisi həbs olundu – FOTO

Ona qarşı ilk olaraq Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312.2 rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

İbtidai araşdırmanın sonunda təqsirləndirilən şəxsin əməli Cinayət Məvəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 178-ci( dələduzluq) maddəsinə tövsif edilib.

Sabiq icra nümayəndəsi barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilib, 40 gün sonra ev dustaqlığına buraxılıb.

Ötən gün Vahid İsayevlə birgə həbs olunmuş Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürova da hökm oxunub.

Rəşad Şükürov da rüşvət verməyə təhrik etməkdə təqsirli bilinib, lakin məhkəmə təqsirləndirilən şəxslə bağlı yumşaldıcı halları nəzərə alaraq ona 3 il sınaq müddəti seçilməklə şərti cəza verib.

Qeyd edək ki, Vahid İsayev Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadənin dövründə başçının köməkçisi vəzifəsində çalışıb. Mehdi Səlimzadə isə ötən il işdən çıxarılıb.

Generalın adından istifadə edən “Lombard Mazbura”ya hökm oxundu

BAKU.WS-in Qafqazinfo-ya istinadla məlumatına görə, 1960-cı il təvəllüdlü M.Əliyeva Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin dələduzluq maddəsinin dörd bəndi (178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4) ilə ittiham edilib. Məhkəmənin hökmü ilə ona dörd il üç ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

İş üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Həmin şəxslər müxtəlif vaxtlarda M.Əliyeva və oğluna onların işlətdikləri lombardlarda qızıl-zinət əşyaları verib, faizlə pul götürdüklərini, lakin daha sonra bütün pulları faizləri ilə birgə geri qaytarsalar da, qızıllarını ala bilmədiklərini deyiblər. Şikayətçilər həmçinin qeyd ediblər ki, M.Əliyeva tanınmış generallardan birinin adını çəkərək vətəndaşların etibarını qazanıb və daha sonra itib, aldığı qızılları geri qaytarmaqdan yayınmağa başlayıb.

O da məlum olub ki, Mazbura Əliyeva bir çox şəxslərə özünü Nəzakət adı ilə təqdim edib.

Zərərçəkmişlərdən bəziləri işə rayon məhkəməsində deyil, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını, onlara ümumilikdə külli miqdarda ziyanın dəydiyini, cinayət işinin qanunla müəyyən edilmiş maddəyə uyğun, yəni 178.3.2-ci maddəsi ilə açılmadığını deyiblər.

M.Əliyeva isə ifadəsində özünü qismən təqsirli bilib:

“25 ilə yaxın bu işlə məşğul olmuşam, heç kimin pulunu yeməmişəm. Əgər dələduzluq etmişəmsə, niyə indi evsiz, işsizəm? 2018-ci ildə mənə pul atdılar. 10.04.2017-ci il tarixdə isə bizim maşından qızıl-zinət əşyaları və pul oğurlandı. Bunlara görə həmin vaxt polisə şikayət etmişdik. Türkiyədən qızıl daşımaq məsələsinə qoşuldum, işi başsız buraxdım. Olmamağımdan istifadə etdilər. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün mənə vaxt vermələrini, şikayət etməmələrini xahiş etmişəm. Əmlakımı satıb onların pulunu qaytarmaq istəmişəm, lakin həbs olundum. İmkansızlıqdan iki anasız nəvəmi Mərdəkanda uşaq evinə verdim. Mənə hansı cəza verilməsindən asılı olmayaraq, azadlığa çıxsam, dəymiş ziyanı ödəyəcəm. Mənə borclu olan şəxslər var. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə imkanım yoxdur”.

Qeyd edək ki, bir müddət əvvəl iş adamı Vüqar Bəkirov da M.Əliyevanın ona qarşı dələduzluq etdiyini, 500 min manat dəyəri olan brilyantlarını ələ keçirdiyini bildirmişdi. O, həmçinin iddia etmişdi ki, M.Əliyevanın arxasında Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov dayanır.

Onu da əlavə edək ki, Müşfiq Abbasov barəsində Səbail Rayon Məhkəməsinin hökmü ilə üç il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib. Belə ki, Müşfiq Abbasov İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın ona qarşı hazırladığı sui-qəsdlə bağlı cinayət işini araşdırıb. Bu işdə bir çox saxtakarlığa yol verdiyi müəyyən edilib. Bundan sonra Müşfiq Abbasov prokurorluq orqanlarından xaric olunub.

“Hacı Mazan”a qarşı dələduzluq edən keçmiş klinika direktoru azadlığa buraxılıb

“Hacı Mazan”a qarşı dələduzluq edən keçmiş klinika direktoru azadlığa buraxılıb Ali Məhkəmədə Medi Sina” klinikasının keçmiş direktoru, dələduzluqda və mənimsəmədə təqsirləndirilən Muğdət Həşimovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

27 Mart , 2019 13:29

https://static.report.az/photo/05c30b2a-9a9b-46f9-9ec3-b1d2a6dab27e.jpg

Ali Məhkəmə də “Medi Sina” klinikasının keçmiş direktoru, dələduzluqda və mənimsəmədə təqsirləndirilən Muğdət Həşimovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. “Report”un xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, M.Həşimovun kassasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, mülki iddiaçı ”Aygün-C” MMC-nin M.Həşimova qarşı mülki iddiasının təmin edilməsinə aid hissədə ləğv edilib. Həmçinin Cinayət Məcəlləsinin (CM) 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi üzrə icraata xitam verilib. Qərarda bildirilib ki, təqsirləndirilən şəxs barəsində CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 ildən 6 ilə endirilib. Həmin cəza CM-in 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. M.Həşimov dərhal cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. İttiham aktına əsasən, “Medi Sina” klinikasının direktoru M.Həşimov iş adamı, “Aygün-C” MMC-nin direktoru Ramazan Zeynalova (“Hacı Mazan“) qarşı 70 min manatlıq dələduzluq edib. Bundan başqa, M.Həşimov 2012-2014-cü illərdə “Medi-Sina” MMC-nin direktoru vəzifəsində işləyərkən ümumilikdə, 193 min manat dəyərində tibbi avadanlıq və ləvazimatları 2014-cü ilin sentyabr ayında “Xırdalan Tibb Mərkəzi” MMC-nin məsul əməkdaşlarına və istintaqa məlum olmayan şəxslərə satıb, əldə etdiyi vəsaiti özünün şəxsi ehtiyaclarına sərf etməklə “Aygün-C” MMC-yə məxsus qeyd olunan külli miqdarda pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək mənimsəyib. “Hacı Mazan“ müqavilə əsasında klinikanı M.Həşimova icarəyə verib. Qeyd edək ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Həşimov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib. Daha sonra o, Ali Məhkəməyə müraciət edib.

Comments are closed, but trackbacks and pingbacks are open.