Press "Enter" to skip to content

Cm-in 180.2.4-cü maddəsindən həmin məcəllənin 180.1-ci maddəsinə hökm

Bakı şəhəri 4 №-li Vəkil Bürosunun vəkili,

Cm-in 180.2.4-cü maddəsindən həmin məcəllənin 180.1-ci maddəsinə hökm

Məhkəmə instansiyalarında mülki işlərə baxılarkən, rast gəlinən mübahisəli məsələlər – Hüquqşünas şərhi

Şəfayət HƏSƏNOV

Bakı şəhəri 4 №-li Vəkil Bürosunun vəkili,

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü

“Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilmsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanı ilə bağlı məhkəmə hüquq sistemində geniş islahatlara başlanıb.

İslahatlarda əsas məqsəd məhkəmələrin fəaliyyətlərində ədalət, qanunçuluq, qərərsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsiplərinin gözlənilməsinin, eləcə də Azərbaycan Respublikasının Konstitusiyası və Qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə riayət edilməsinin təminidir.

Bununla bağlı, ilk növbədə, məhkəmə təcrübəsində mülki işlərə baxılarkən müddətlərin hesablanması, müddət pozuntuları və s. mübahisəli məsələlərin şərh edilməsini zəruri hesab edirəm.

Azərbaycan Respublikasının Mülki Prossesula Məcəlləsinin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Məhkəmə qətnaməsi elan olunana kimi tərtib olunmalıdır (MPM-nin 227.1-cu maddəsi).

Eyni zamanda müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırılmalıdır. Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Sədrlik edən eyni zamanda işdə iştirak edən şəxslərin əsaslandırılmış qətnaməni nə vaxt ala biləcəklərini elan etməlidir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 2.4-cü bəndinə əsasən Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq isə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Həmin Plenum qərarının 7-ci bəndinə əsasən Apellyasiya instansiya məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilməməsi və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir (MPM-nin 227.2 və 227.3-cü maddəsi).

Birinci instansiya məhkəməsində çıxarılmış qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minmiş hesab edilir.

Qərardada gəldikdə, məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianın baxılmamış saxladıqda, eyni zamanda Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır (MPM-nın 263.2 m.).

MPM-nin 263.6-cı maddəsinə əsasən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi bu Məcələyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir.

Eyni zamanda MPM-nin 266-cı maddəsinə müvafiq olaraq məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxa­rıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiy­yəti olan digər şəxslərə rəsmi qaydada verilir.

Bu Məcəlləyə müvafiq olaraq şikayət verilə bilən qərardadlar işdə iştirak edən şəxslərə və aidiyyəti olan digər şəxslərə rəsmi qayda­da verilərkən, bu barədə məhkəməyə məlumat verilməlidir.

Əgər qərardaddan şikayət verilmişdirsə, MPM-nin 267-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid ol­duğu digər şəxslər şikayət vermək hüququna malikdirlər.

Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

Şikayətin verilmə müddətinə gəldikdə, MPM-nin 268-ci maddəsinə müvafiq olaraq şikayət qərardad tərəfə təqdim rəsmi qaydada verildikdən sonra 10 gün müddə­tində verilir.

Qərardad, ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərar­dadın elan olunduğu vaxtdan hesablanır.

Qeyd etməyi zəruri hesab edirəm ki, birinci instansiya məhkəməsinin qətanaməsindən Apellyasiya və Kasassiya şikayəti verilə bilər.

MPM-nin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər.

Apellyasiya şikayəti verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir.

MPM-nin 363-cü maddəsinə müvafiq olaraq Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:

1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu im­zalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa;

2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;

3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdik­dən sonra verilmişdirsə;

4. Apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa;

5. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.

6. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad­dan şikayət verilə bilər.

Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində gös­tərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs ye­nidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraci­ət edə bilər.

Apellyasiya şikayətləri Bakı və Regionlarda olan ixtisaslaşmış Apellyasiya Məhkəmələrinin Mülki Kollegiyasıba göndərilir.

Kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Kollegiyasının işə baxmış birinci instansiya məhkəməsi vasitəsi ilə göndərilir.

Apellyasiya instansiya Məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə ərizəçi və maraqlı şəxslər şikayət verə bilərlər.

MPM-nin 405-ci maddəsinə əsasən Apellyasiya Məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:

1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətinə;

2. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə.

MPM-nin 408-ci maddəsinin müvafiq olaraq aşağıdakı hallarda kasassiya şiakyətləri qaytarılır:

1. kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamış­sa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstəril­məyən şəxs tərəfindən imzalanmışsa;

2. şikayət qətnamə və qərardadı qəbul etmiş məhkəmə vasitəsi ilə göndərilməmişsə;

3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;

4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülmək­lə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsa­tət verilməsi təmin olunmamışsa;

5. kassasiya şikayətində maddi və prosessual hüquq nor­malarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;

6. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qə­rardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olmuşsa;

408.2. Bu Məcəllənin 408.1.1 və 408.1.3- 408.1,5-ci maddələ­rində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya ins­tansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya ins­tansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarıl­ması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instan­siya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasi­ya instansiyası məhkəmələri tərəfindən qaytarılır.

Kassasıya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

1. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəmə­si tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiya­sı məhkəməsinə şikayət verilə bilər.

2. Bu Məcəllənin 408.1.1-408.1.6-cı maddələrində göstəri­lən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yeni­dən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

MPM-nin 409-cu maddəsinə müvafiq olaraq.

Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasi­ya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətinə kassasiya instansiyası məhkəməsinə göndərilir.

Mülki Prosessual qanunvericilikdə istər Apellyasiya (MPM-nin 363-cü maddəsi), istərsə də kasassiya şikayətində (MPM-nin 408-ci maddəsi) qeyd edilən əsaslara görə birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra qeyd edilən hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya və ya kasassiya şikayəti verə bilər.

Apellyasiya instansiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır.

Əgər Apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilir və Apellyasiyanın münkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Eyni zamanda MPM-nin 385-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün aşağıdakılar əsas hesab edilir.

Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edil­miş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

4. birinci instansiya məhkəməsinin qətnamədə göstəril­miş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərin­dən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamə­si yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Nəzərə almaq lazımdır ki, Apellyasiya instansiyalarında MPM-nin 263.6-cı maddəsinə əsasən məhkəmə tərəfindən qərardad işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilməlidir.

Fikrimcə, Apellyasiya Məhkəməsinin belə halda tərəflərin iştirakları təmin edilmədən, onların və ya nümayəndələrinin vəsatətləri dinlənilmədən təkbaşına və ya bir neçə hakimin iştirakı ilə baxıb qərardad qəbul edilməsi düzgün deyildir. Bu, kobud prosessual pozuntu hesab edilməlidir.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalıdır.

“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, Konstitusiyanın 127-ci maddəsinə əsasən Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

Göründüyü kimi, birmənalı olaraq Apellyasiya Məhkəməsi bütün hallarda apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən Konstitusiyanın 127-ci maddəsi və Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum qərarının tələblərinə riayət etməlidir.

Odur ki, qeyd edilən mübahisəli məsələlərə ya Ali Məhkəmə və ya da Konstitusiya Məhkəməsi tərəfindən aydınlıq gətirilməsi zəruridir.

“Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanının 3.8-ci bəndində qeyd edildiyi kimi, Mülki işlərə, habelə İnzibati Xətalara, İqtisadi və İnzibati Mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəyişdirilməsi məhkəmə prosesi, tərəflərin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi ilə bağlıdır.

Məhz buna görə də Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli Qanununa əsasən MPM-də aşağıdakı məzmunda 97.4.1-ci maddəsində əlavə edilmişdir.

MPM-nin 97.4.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüquqna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obtyekti kimi qəbul etmədikdə, bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

MPM-nin yeni redaksiyada verilmiş 101-ci maddəsi ekspert rəyi, 101.1-ci maddəyə əsasən işdə iştirak edən şəxslərin təşəbbüsü ilə ekspertizanın aparılması və s. qeyd edilmişdir. Bunları geniş şərh etməyə ehtiyac duymuram. Lakin burada mübahisə doğuran bir məsələni qeyd etməyi zəruri hesab edirəm.

“Eleketron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 09 mart 2004-cü il tarixli Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.

Həmin Qanunun elektron imza və elektron sənədin hüquqi qüvvəsi haqqında 3-cü maddəsinə əsasən:

3.1. Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz.

3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

3.3. Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.

3.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq qaydada imzalanmış elektron sənəd şərtlərə cavab verən hesab edilir.

Odur ki, bütün hallarda istər məhkəmə ekspertizası (mühasibat, əməttəşünaaslıq, sənədlərin texniki və xətşünaslıq və s. ekspertizalar) tədqiqat üçün həmin Qanunun 3.1-ci maddəsində qeyd edilən formada hazırlanmış sənədlər ekspertiza tədqiqatı üçün yararlı hesab edilmir.

Eyni zamanda, bütün hallarda həmin Qanunun 3.4-cü maddəsində qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu qanunun 3.2-ci və 3.3-cü maddələrinə müvafiq qaydaa imzalanmış elektron sənəd şərtlərə cavab verən hesab edilir. Bu, eyni zamanda məhkəmə aktlarına da şamil edilməlidir.

MPM-ə edilən yeni dəyişikliyə əsasən aşağıdakı məzmunda əlavə edilən 418.6-cı maddəsinə görə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

01 mart 2020-ci il tarixdə Mülki Prosessual Məcəllədə qüvvəyə minən maddələrin tətbiqi, fikrimcə, mülki işlərin tam və ətraflı, qərəzsiz həllinə şərait yaradacaqdır.

Mübahisəli məsələlərdən biri də prosessual müddətlərin müəyyən edilməsi və hesablanması məsələsidir.

MPM-nin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü hesab edilir.

Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən bir qayda olaraq 2 (iki) istirahət günü olan beş günlük iş həftəsi müəyyən edilir.

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq Nazirlər Kabineti tam iş vaxtının müddəti çərçivəsində altı günlük iş həftəsi müəyyən edilə bilər.

Əmək Məcəlləsinin 105, 107-ci maddəsinin müvafiq olaraq bayram, səsvermə və ümümxalq hüzn günləri qeyri iş günləri hesab edilir.

Bütün instansiyada olan məhkəmələr beşgünlük iş həftəsində fəaliyyət göstərir.

Əgər qərardad sonuncu iş günü, yəni beşinci gün göndərilibsə və tutaq ki, Novruz Bayramı günlərinə düşübsə burada müddəti 10 gün nəzərdə tutulan qərardadın qeyri-iş günündə 5 günü itir. MPM-nin 130.2-ci maddəsinə əsasən prosessual müddətin keçməsi prosessual vəzifələrin yerinə yetirməkdən azad etmir. Belə zidiyyətli məqamların necə tənzim edilməsi isə Mülki Prosessual qanunvericilikdə ətraflı qeyd edilməmişdir.

Odur ki, bu məsələyə aydınlıq gətirməklə yanaşı, fikrimcə, qərardaddan şikayət vermə müddətinin artırılmasını məqsədəmüvafiq hesab edirəm.

Hələ birinci instansiya və ya Apellyasiya Məhkəməsinin qərardadından şikayət verilərkən və iddiaçının və ya cavabdehin şikayətinə etiraz edildikdə, vaxt itkisinə görə, 10 gün müddətində bunları etmək mümkün olmur.

Odur ki, məsələlərə aydınlıq gətirilməlidir.

Beləliklə də, “Məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında” qeyd edilən firmanın tələblərinə uyğun olaraq mülki və cinayət prosessual məcəllələrdə və digər normativ aktlarda edilən dəyişikliklər, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi ədalət mühakiməsinin obyektivliyinə və müdafiə institutunun təkmilləşdirilməsinə şərait yaradacaqdır.

Cm-in 180.2.4-cü maddəsindən həmin məcəllənin 180.1-ci maddəsinə hökm

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin

68.2 və 83-cü maddələrinin şərhedilməsiilə bağlı Bakı şəhəri

22 dekabr 2010-cuil Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hakimi Turqay Hüseynov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədr əvəzi Şahin Yusifov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov, Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Qəzənfər Bayramlının iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin, mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən E.Məmmədovun barəsində işə baxılarkən müəyyən edilmişdir ki, o, Nəsimi rayon məhkəməsinin 28 avqust 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 31 yanvar 2008-ci il tarixli qərarına əsasən onun cəzasının çəkilməmiş hissəsi 4 ay 15 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir.

Bundan sonra E.Məmmədov oğurluğa cəhd etdiyinə görə Nəsimi rayon məhkəməsinin 17 iyul 2008-ci il tarixli hökmü ilə 200 manat cərimə cəzasına, hökmlərin məcmusu qaydasında qəti olaraq 4 ay 15 gün müddətinə azadlığın məhdudlaşdırılması və 200 manat cərimə cəzasına məhkum edilmişdir. 16 avqust 2009-cu il tarixdə E.Məmmədov oğurluq etdiyinə görə CM-in 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. İstintaq orqanı E.Məmmədovun Nəsimi rayon məhkəməsinin hökmü ilə oğurluğa görə məhkum olunduğunu, hökmlərin məcmusu qaydasında təyin olunmuş azadlığın məhdudlaşdırılması və cərimə cəzasının müstəqil icra olunduğunu və məhkumluğun ödənilməsini əsas götürərək, onun əməlində təkrarlıq əlamətinin olmaması nəticəsinə gəlmiş və tərəfindən törədilmiş oğurluğu CM-in 177.2.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 177.1-ci maddəsi ilə tövsif etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı müraciətdə məhkəmə CM-in 68.2-ci maddəsinə əsasən E.Məmmədova Nəsimi rayon məhkəməsi tərəfindən təyin edilmiş qəti cəzanın müstəqil icra olunmasını göstərərək, məhkumluğun ödənilməsi müddətinin axımının qəti cəzanın çəkilib qurtardığı, yaxud hər bir cinayətə görə ayrılıqda çəkib qurtardığı vaxtdan hesablanmasına aydınlığın gətirilməsini xahiş etmişdir.

Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiya Məhkəməsi son 3 ildə məhkumluqla əlaqədar 3 qərar qəbul etmiş və bu qərarlarda məhkumluğun mahiyyəti, cinayətlərin və hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin məqsədləri, residivin təbiəti açıqlanmışdır.

CM-in 83-cü maddəsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci və 25 may 2009-cu il tarixli qərarlarında qeyd edilmişdir ki, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir.

Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət – ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir. Göstərilən üç əsasdan (cinayət, ittiham hökmü və cəza) birinin olmaması məhkumluğun olmasını istisna edir.

Bununla belə Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» 25 may 2009-cu il tarixli qərarına əsasən məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.

Belə tədbirlərin sırasına qanunverici cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların təyin edilməsini də aid etmişdir.

Müraciətdə qaldırılan məsələyə gəldikdə isə ilk növbədə CM-in 68-ci maddəsinin mahiyyətinin açıqlanması böyük əhəmiyyət kəsb edir.

CM-in 68.1-ci maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə:

– intizam xarakterli hərbi hissədə saxlamanın bir günü;

– azadlığın məhdudlaşdırılmasının iki günü;

– islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü;

– ictimai işlərin səkkiz saatı bərabər tutulur.

CM-in 68.2-ci maddəsində isə elə cəza növləri nəzərdə tutulmuşdur ki, onların müəyyən hallarda CM-in 68.1-ci maddəsində nəzərdə tutulduğu qaydada toplanması mümkün deyildir.

Belə ki, CM-in 68.2-ci maddəsinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, habelə cərimə və ya əmlak müsadirəsi növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda onlar müstəqil icra olunur.

Bu maddənin mətnindən göründüyü kimi qanun cinayətlərin və hökmlərin məcmusu üzrə həmin maddədə nəzərdə tutulmuş müxtəlif növ cəzaların toplanmasını istisna etmir. Belə halda isə CM-in 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq vahid qəti cəza müəyyən olunur.

Lakin nəzərə almaq lazımdır ki, cinayətlərin və hökmlərin məcmusu üzrə təyin edilmiş həmin cəzalar o halda müstəqil icra olunmalıdır ki, onlar əsas cəza kimi təyin edilmiş olsunlar. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, cərimə və ya əmlak müsadirəsi cəza növlərinin əlavə cəza kimi təyin edilməsi öz-özlüyündə onların əsas cəzadan müstəqil icra olunmasını tələb edir.

CM-in 83-cü maddəsinə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanır.

Konstitusiya Məhkəməsinin Plenumu belə mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı başqa yanaşma ona gətirib çıxara bilər ki, şəxs qəti cəzanı hələ çəkdiyi dövrdə onun törətdiyi müvafiq cinayətlər və məhkum edildiyi müvafiq hökmlər üzrə cəza müddətləri artıq qurtarmış və məhkumluğunun ödənilmə müddətinin axımı başlanmış olur. Bu isə məhkumluğun ödənilməsi müddətinin axımının başlanması cəzanın çəkilib qurtarması və ya cəzanı çəkməkdən azad edilmə ilə əlaqələndirən CM-in 83.3 və 83.4-cü maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir.

Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən edilən həmin hüquqi mövqe CM-in 68-ci maddəsində nəzərdə tutulmuş cəzaların cinayətlərin və hökmlərin məcmusu üzrə toplandığı hallara da aiddir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A A L D I :

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən Fərhad Abdullayev

Sumqayıtda sahibkar qadına qarşı quldurluq edən qohumların cəzası azaldılıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Polad Abasov və Eldar Muradovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. “Report”un xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Məhkəmə hər iki şəxsin əməlini Cinayət Məcəlləsinin (CM) 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsindən həmin Məcəllənin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsinə tövsif edilməsi barədə qərar qəbul edib. P.Abasovun 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasını 4 il, E.Muradovun isə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasını 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirib. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılılıb. İttiham aktına əsasən, P.Abasov özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu E.Muradovla 14 fevral 2016-cı il tarixdə “VAZ-21099” markalı 10-KJ-929 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacıbala küçəsi 78 ünvanında yerləşən Nəciyeva Şəfayət Xanqulu qızına məxsus ərzaq mağazasının yanına gəliblər. P.Abasov həmin avtomobili qohumu Bəxtiyar Sarıyevdən müvəqqəti sürmək adı ilə götürüb. Mağazanın qarşısına gələn zaman E.Muradov avtomobildən yerə düşüb. Bu zaman Ş.Nəciyeva mağazanın qapısını bağlayarkən əlindəki əl çantasını mağazanın yanında olan taxta yeşiklərin üzərinə qoyub. O, qadının çantasını götürərək maşına əyləşib və ərazidən uzaqlaşıblar. Nəticədə hər iki şəxs Ş.Nəciyevanın 1430 manat pulunu, 35 manat dəyərində əl çantasını quldurluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Abasov 8 il və E.Muradov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.

Comments are closed, but trackbacks and pingbacks are open.