Konversi Sentimeter ke Inci
Mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri dələduzluqdur.
ƏDV əvəzləşməsi: 175.1-ci yoxsa 175.4-cü maddə?
Sual: Müəssisə həm ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad olunan əməliyyatlar aparır. Əgər müəssisə hər iki sahənin uçotunu ayrı-ayrılıqda aparırsa ədv-yə cəlb olunan əməliyyatlara görə əldə etdiyi VHF-ları tam əvəzləşdirə bilər? Xahiş edirəm bu haqda ətraflı izah və istinad verəsiz.
Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq aparılmalıdır.
Bax: Vergi Məcəlləsinin 175-ci maddəsi.
konversi Sentimeter ke Inci
Catatan: Hasil pecahan dibulatkan mendekati 1/64. Untuk jawaban yang lebih akurat silahkan pilih ‘desimal’ dari opsi di bagian atas hasil.
Catatan: Anda dapat meningkatkan atau mengurangi tingkat keakuratan jawaban ini dengan memilih jumlah angka signifikan yang diperlukan dari opsi di bagian atas hasil.
Catatan: Untuk hasil desimal murni silahkan pilih ‘desimal’ dari opsi di bagian atas hasil.
Konversi Sentimeter ke Inci
cm * 0.39370
Sentimeter
Sentimeter adalah satuan panjang dalam sistem metrik, yang sama dengan seperseratus meter.
1 cm sama dengan 0.39370 inci.
Konversi Sentimeter ke Inci
cm * 0.39370
Inci
Inci adalah satuan penjang yang pada dasarnya digunakan pada sistem imperial dan sistem pengukuran yang biasa digunakan Amerika, merepresentasikan 1/12 kaki dan 1/36 yard.
Tabel Sentimeter ke Inci
Increments
Sentimeter | Inci |
---|---|
0 cm | 0.00 in |
1 cm | 0.39 in |
2 cm | 0.79 in |
3 cm | 1.18 in |
4 cm | 1.57 in |
5 cm | 1.97 in |
6 cm | 2.36 in |
7 cm | 2.76 in |
8 cm | 3.15 in |
9 cm | 3.54 in |
10 cm | 3.94 in |
11 cm | 4.33 in |
12 cm | 4.72 in |
13 cm | 5.12 in |
14 cm | 5.51 in |
15 cm | 5.91 in |
16 cm | 6.30 in |
17 cm | 6.69 in |
18 cm | 7.09 in |
19 cm | 7.48 in |
Sentimeter | Inci |
---|---|
20 cm | 7.87 in |
21 cm | 8.27 in |
22 cm | 8.66 in |
23 cm | 9.06 in |
24 cm | 9.45 in |
25 cm | 9.84 in |
26 cm | 10.24 in |
27 cm | 10.63 in |
28 cm | 11.02 in |
29 cm | 11.42 in |
30 cm | 11.81 in |
31 cm | 12.20 in |
32 cm | 12.60 in |
33 cm | 12.99 in |
34 cm | 13.39 in |
35 cm | 13.78 in |
36 cm | 14.17 in |
37 cm | 14.57 in |
38 cm | 14.96 in |
39 cm | 15.35 in |
Sentimeter | Inci |
---|---|
40 cm | 15.75 in |
41 cm | 16.14 in |
42 cm | 16.54 in |
43 cm | 16.93 in |
44 cm | 17.32 in |
45 cm | 17.72 in |
46 cm | 18.11 in |
47 cm | 18.50 in |
48 cm | 18.90 in |
49 cm | 19.29 in |
50 cm | 19.69 in |
51 cm | 20.08 in |
52 cm | 20.47 in |
53 cm | 20.87 in |
54 cm | 21.26 in |
55 cm | 21.65 in |
56 cm | 22.05 in |
57 cm | 22.44 in |
58 cm | 22.83 in |
59 cm | 23.23 in |
- Meter ke Kaki
- Kaki ke Meter
- Inci ke Sentimeter
- Sentimeter ke Inci
- Millimeter ke Inci
- Inci ke Millimeter
- Inci ke Kaki
- Kaki ke Inci
Website ini dimiliki dan dikelola oleh Wight Hat Ltd. ©2003-2018.
Syarat-syarat & ketentuan kami yang berlaku bisa diakses dengan klik disini.
Sementara ini setiap upaya telah dikerahkan untuk memastikan keakuratan kalkulator dan tabel satuan metrik yang disediakan situs ini, kami tidak bisa menjamin atau bertanggung jawab untuk setiap kesalahan yang dibuat. Jika anda menemukan kesalahan dalam situs ini, kami akan sangat berterima kasih apabila anda bisa memberitahukan kepada kami dengan menghubungi kontak yang terdapat di bagian atas situs ini dan tentunya kami akan berusaha mengoreksi sesegera mungkin.
halaman ini terakhir diperbaharui:: Min 22 Jul 2018
Cm-in 185.2.4-cü maddəsi hökm
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Bülleteni (Dərc olunma tarixi: 30.06.2015, Nəşr nömrəsi: 2)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI
Mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır.
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Cinayət qanunvericiliyi də mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə olunmasını nəzərdə tutur.
Mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri dələduzluqdur.
Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmişdir ki, bu kateqoriyadan olan cinayət işlərinə məhkəmələr tərəfindən baxılarkən qanunvericiliyin tələblərinə əsasən riayət edilir.
Bununla yanaşı, bir sıra hallarda həm ibtidai araşdırma orqanları, həm də məhkəmələr tərəfindən işin bütün faktiki hallarının araşdırılmasına lazımi diqqət yetirilmir, cinayətin bütün iştirakçılarının məsuliyyətə cəlb edilmələri, faktiki rüşvətxorluq cinayətinin törədilməsində vasitəçi qismində iştirak etmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi, təqsirləndirilən şəxslər barəsində cəza tədbirinin seçilməsi, cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi məqsədilə verilmiş mülki iddiaların həlli məsələlərində səhvlərə yol verilir, həmçinin mülki mühakimə icraatı qaydasında həll edilməli olan mübahisələr dələduzluq kimi qiymətləndirilərək əsassız və qanunsuz ittiham hökmləri çıxarılır.
Məhkəmələrin fəaliyyətində qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması, dələduzluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDI:
1. Qeyd edilsin ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra — CM-nin) IX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.
Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər.
2. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.
Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər.
3. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər.
Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir.
4. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.
Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. [1]
5. Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun.
Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.
6. Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 320.2-ci maddələri ilə tövsif edilir.
Belə halda, bilə-bilə həmin məqsəd üçün təqsirləndirilən şəxsə saxta sənədlər verən şəxs dələduzluğa köməkçiliyə (CM-nin 32.5, 178-ci maddələri ilə) və sənədləri saxtalaşdırmaya (CM-nin 320-ci maddəsi ilə, vəzifəli şəxs olduqda isə CM-nin 313-cü maddəsi ilə) görə cinayətlərin məcmusu qaydasında məsuliyyət daşımalıdır.
Şəxsin saxta sənəd hazırlaması və həmin sənəddən istifadə etməklə özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirmək məqsədi güdməsi, lakin ondan asılı olmayaraq bu niyyətini həyata keçirmək imkanında olmaması müəyyən edildikdə, onun əməli rəsmi sənədləri saxtalaşdırma (CM-nin 320.1-ci maddəsi) və işin hallarından asılı olaraq, habelə CM-nin 28.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla dələduzluğa hazırlıq və ya dələduzluğa cəhd etmə kimi (müvafiq olaraq CM-nin 28,178.3, 178.4-cü və ya 29,178-ci maddələri ilə) qiymətləndirilməlidir. [2]
7. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır.
Şəxsin bank və ya digər kredit təşkilatı ilə qanunvericiliyə uyğun olaraq bağlanmış müqaviləyə əsasən depozit hesabında saxlanılan, yaxud da borc müqaviləsinə əsasən başqa şəxsə verdiyi pul vəsaiti bankdan, kredit təşkilatından və ya borc alandan dələduzluq yolu ilə ələ keçirildikdə iş üzrə zərər çəkmiş şəxs qismində həmin pul vəsaitinə sahiblik edən bank, digər kredit təşkilatı və ya borc alan tanınır.
8. Məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlsin.
İzah edilsin ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir.
9. Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, əldə etmə və ya satma zahiri cəhətdən dələduzluq cinayətinin əlamətlərinə oxşar olsa da, belə əməllər xüsusi norma kimi çıxış edən CM-nin 204-cü maddəsi ilə tövsif olunmalıdır.
Saxta pulun, xarici valyutanın və ya qiymətli kağızların satılması o zaman dələduzluq kimi qiymətləndirilə bilər ki, onlar aşkar formada əslindən fərqlənsinlər və həmin pulun, valyutanın və qiymətli kağızların dövriyyədə istifadə edilməsi istisna edilsin. Bu zaman təqsirləndirilən şəxsin qəsdinin aşkar surətdə məhdud şəxslər dairəsinin aldadılmasına yönəlməsi sübut edilməlidir.
Bununla yanaşı, saxta lotereya bileti əsasında uduş (pul, əmlak) əldə etmə CM-nin 204-cü maddəsinin dispozisiyası ilə əhatə olunmadığına görə, belə əməl də CM-nin 178-ci maddəsi ilə tövsif olunmalıdır.
10. Dələduzluq hədə-qorxu ilə tələb etmə cinayətindən (CM-nin 182-ci maddəsi) onunla fərqlənir ki, dələduzluğun törədilməsi zamanı zərər çəkmiş şəxsin iradəsinə aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə, CM-nin 182-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zamanı isə zərərçəkmişə ünvanlanmış hədə-qorxu (zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakının tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətləri etməyi tələb etmə) vasitəsilə təsir göstərilir. Dələduzluq maddi tərkibli cinayət olduğundan, həmin cinayət əmlak (əmlaka olan hüquq) ələ keçirildikdən sonra təqsirkarın ona sərəncam vermək imkanının yarandığı andan, hədə-qorxu ilə tələb etmə isə formal tərkibli cinayət kimi müəyyən edildiyindən, təqsirkar tərəfindən yuxarıda sadalanan hərəkətlərin edildiyi andan əmlakın (əmlaka olan hüququn) ələ keçirilib-keçirilməməsindən və ya əmlak xarakteri daşıyan hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq başa çatır.
11. Yalnız özgə əmlakını və ya əmlaka olan hüququ ələ keçirmək məqsədilə bank və digər kommersiya təşkilatını yaratmış, lakin sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyətində olmayan şəxsin əməli dələduzluq cinayətinin tərkibi ilə tam əhatə olunduğundan belə əməllərin əlavə olaraq CM-nin 193-cü maddəsi ilə (yalançı sahibkarlıq) tövsifinə ehtiyac yoxdur. Belə şəxsin əməli o halda əlavə olaraq CM-nin 193-cü maddəsi ilə tövsif edilir ki, kommersiya təşkilatını yaratmış şəxsin niyyəti özgə əmlakını ələ keçirməklə yanaşı, həm də xeyli və ya külli miqdarda gəlir əldə etmək üçün kredit almağa, rüsumlardan azad olmağa və ya digər əmlak mənfəəti əldə etməyə, yaxud da qadağan edilmiş fəaliyyəti gizlətməyə yönəlmiş olsun.
12. Şəxsin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla standartlara uyğun olmayan xidmət göstərərək və ya məhsul (məsələn, yeyinti məhsulları, içkilər və sair) istehsal edərək onların qiymətinə təsir göstərən əsl keyfiyyəti və xüsusiyyətləri barədə məlumatları mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlardan, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslərdən və ya istehlakçılardan gizlətməklə onlara xidmət göstərməsi və ya məhsulları satması həm dələduzluq, həm də qanunsuz sahibkarlıq (CM-nin 192-ci maddəsi) kimi qiymətləndirilməlidir.
Eyni əməllər qanuna müvafiq olaraq qeydiyyata alınmış mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən törədildikdə və istehlakçıya vurulmuş ziyan xeyli miqdar təşkil etdikdə həmin əməllər istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma kimi qiymətləndirilərək CM-nin 200-ci maddəsi ilə tövsif edilir.
Qanunsuz olaraq (qeydiyyata alınmadan) sahibkarlıq fəaliyyəti göstərən şəxs malın qiymətinə təsir göstərən malın keyfiyyəti və digər xüsusiyyətləri barədə yalan işlətməklə, etibardan sui-istifadə etməklə mal satdığı və bunun ehtiyyatsızlıqdan istehlakçının ölümünə və yaxud sağlamlığına ağır zərər vurulmasına səbəb olduğu hallarda əməl cinayətlərin məcmusu qaydasında qanunsuz sahibkarlıq və dələduzluqla yanaşı, həm də ehtiyatsızlıqdan adam öldürməni və yaxud ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmanı nəzərdə tutan, müvafiq olaraq Cinayət Məcəlləsinin 124 və ya 131-ci maddələri ilə tövsif olunmalıdır. [3]
13. Adsız qiymətli kağızların təqdim edilərək onların əsasında əmlakın ələ keçirilməsi məqsədilə həmin qiymətli kağızların gizli talanması dələduzluq cinayətinin tərkibini yaratmır və bu kimi hallarda təqsirkarın əməli başa çatmış gizli talama, yəni oğurluq kimi qiymətləndirilir. Belə qiymətli kağızları talamış şəxsin sonradan onların əsasında hər hansı məbləğdə pul vəsaiti alması təqsirkarın oğurlanmış əmlaka sərəncam verməsi hesab edilir.
14. Özgənin adına olan sənədlər (məsələn bankın əmanət kitabçası, pensiya vəsiqəsi, adlı qiymətli kağızlar və sair) əsasında qanunsuz olaraq pensiyaların, müavinətlərin, banklara yerləşdirilmiş vəsaitlərin ələ keçirilməsi o halda aldatma yolu ilə törədilmiş dələduzluq kimi qiymətləndirilir ki, təqsirkar bu zaman kredit təşkilatının əməkdaşını özünün həmin sənədlərin sahibi olmasına inandırmış olsun. Bu sənədlər (qiymətli kağızlar) təqsirkar tərəfindən oğurlandıqda şəxsin əməli işin hallarından asılı olaraq, həm də CM-nin 326.1 və ya 326.2-ci maddəsi ilə tövsif edilməlidir.
Eyni ilə hər hansı sosial ödənişlər və ya müavinətlər almaq hüququna malik olmayan şəxsin belə hüququnun olması haqqında müvafiq orqanlara yalan məlumatlar verərək həmin məlumatlar əsasında ödənişləri və ya müavinətləri alması da dələduzluq kimi qiymətləndirilir, bu halda rəsmi sənədlərin saxtalaşdırılması və ya onlardan istifadə edilməsi müəyyən edildikdə isə əlavə olaraq CM-nin 320.1 və ya 320.2-ci maddəsi ilə tövsif edilir.
15. Şəxs saxta ödəniş tapşırığı ilə banka və ya digər kredit təşkilatına müraciət edərək və ya həmin bankla (kredit təşkilatı ilə) şərtlərini yerinə yetirmək niyyətində olmadığı kredit müqaviləsi bağlayaraq müəyyən məbləğdə pul vəsaitlərini nağd şəkildə əldə etdikdə, yaxud da həmin pul vəsaitlərinin özünün və ya başqa şəxslərin bank hesabına köçürülməsinə nail olduqda onun bu əməlləri dələduzluq kimi qiymətləndirilir.
Bu yolla ələ keçirilmiş pul vəsaitləri təqsirkarın və başqa şəxsin bank hesabına köçürüldüyü və ya nağd şəkildə əldə edildiyi andan cinayət başa çatmış hesab edilir.
16. Şəxs tərəfindən kredit müəssisələrinin hesablarında saxlanılan pul vəsaitlərinin həmin təşkilatların məlumat bazalarına girməklə, müvafiq proqramlarda dəyişiklik etməklə və ya zərərli proqramlardan istifadə etməklə öz hesabına, yaxud da elektron kartına köçürülməsi, habelə oğurlanmış və ya saxtalaşdırılmış elektron hesab (kredit) kartından istifadə etməklə bankomat vasitəsilə pul vəsaitlərinin ələ keçirilməsi dələduzluq hesab edilmir və belə hallarda əməl oğurluq kimi qiymətləndirilməli, işin halları buna əsas verdikdə isə həm də əlavə olaraq CM-nin 271 və ya 273-cü maddəsi ilə tövsif edilməlidir.
17. Cinayət Məcəlləsinin 178.3, 178.4-cü maddələrində nəzərdə tutulmuş xüsusi tövsifedici əlamətlərlə başqalarının əmlakının ələ keçirilməsində istifadə olunması üçün qiymətli kağız sayılmayan saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini satış məqsədilə hazırlama, əldə etmə və ya satma CM-nin 205-ci maddəsi ilə yanaşı, həm də dələduzluğa hazırlıq kimi qiymətləndirilməlidir. Şəxs başqasının əmlakını ələ keçirmək məqsədilə belə kartlardan və ya başqa ödəniş sənədlərindən istifadə etdikdə, lakin ondan asılı olmayan səbəblərə görə əmlakı ələ keçirə bilmədikdə onun əməli dələduzluğa cəhd kimi tövsif edilir. [4]
18. CM-nin 178.3-cü maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin törədilməsi yolu ilə uduşun alınması üçün və ya satış məqsədilə qiymətli kağızlara aid edilməyən saxta lotereya biletlərinin hazırlanması həmin cinayətə hazırlıq (CM-nin 28,178.3-cü maddələri), belə biletlərin satışı və ya onların əsasında uduşun alınması isə başa çatmış dələduzluq kimi qiymətləndirilir.
19. Dəlduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma hallarından fəqləndirilməli və bu zaman nəzərə alınmalıdır ki, bu cür ziyan vurmanı zərərin miqdarından asılı olaraq cinayət və yaxud inzibati xəta kimi təsnif edən müvafiq olaraq Cinayət Məcəlləsinin 184-cü maddəsi və İnzibati Xətalar Məcəlləsinin 227-1-ci maddəsi Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə ləğv edildiklərinə görə, artıq belə əməllər vurulmuş ziyanın nə qədər təşkil etməsindən asılı olmayaraq mülki məsuliyyətə səbəb olan hüquq pozuntusu kimi nəzərdən keçirilməlidir.
Nəzərə almaq lazımdır ki, dələduzluqdan fərqli olaraq aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma zamanı dələduzluğun mütləq əlaməti olan nəticə – özgə əmlakının və ya əmlaka olan hüququn ələ keçirilməsi baş vermir, əmlak mülkiyyətçinin və ya onun sahibinin sərəncamından çıxmır, lakin bununla belə ona maddi zərər vurulur, yaxud da şəxs əmlakın adi şəraitdə mülki dövriyyəsi nəticəsində əldə edə biləcəyi gəlirdən məhrum olunur.
Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmaq üçün şəxs saxta sənədlərdən istifadə etdikdə, ödəniş vasitəsi kimi saxta pulla hesablaşdıqda, vəzfəli şəxsin səalhiyyətlərini mənimsədikdə, ümumiyyətlə belə əmlak ziyanı vurma halları digər cinayət xarakterli əməllərin törədilməsi ilə müşayiət olunduqda, şəxsin (cinayət məsuliyyətini şərtləndirən bütün zəruri əlamətlər olduğu təqdirdə) Cinayət Məcəlləsinin müvafiq olaraq 320.2, 204, 310-cu maddələri və yaxud CM-in Xüsusi hissəsinin müvafiq əməli nəzərdə tutan digər maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi istisna edilmir. [5]
20. Təqsirkar şəxs tərəfindən aldatma və ya etibardan sui-istifadə etmə əmlaka əlçatanlığı təmin etmək məqsədi ilə tətbiq edildikdə və bu halı əmlakın mülkiyyətçisi və ya sahibi müəyyən etdikdən sonra da təqsirkar zərər çəkmiş şəxsin iradəsinə zidd olaraq əmlakın ələ keçirilməsi və ya onu özünün və ya digər şəxslərin sərəncamında saxlanılması üçün aşkar hərəkətlər etdikdə onun əməli bu hərəkətlərin xarakterindən və ictimai təhlükəliliyindən asılı olaraq soyğunçuluq və ya quldurluq kimi qiymətləndirilməlidir (məsələn, şəxsin mobil telefondan zəng etmək adı ilə onu mülkiyyətçidən və ya sahibindən götürməsi, zərərçəkmiş əmlakının geri qaytarılmasını tələb etdikdən dərhal sonra hadisə yerindən qaçması, yaxud da telefonu özündə saxlamaq məqsədi ilə zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməsi və ya belə zorakılıq tətbiq edəcəyi ilə hədələməsi).
21. Məhkəmələrin diqqətinə çatdırılsın ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxış edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi).
22. Şəxs özünəməxsus əmlakı, yaxud əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun olmasını ehtimal edərək onu aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirdikdə təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilə bilməz və belə hallarda müvafiq əsaslar olduqda həmin şəxs özbaşınalığa görə, yəni CM-nin 322-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilər.
23. Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur.
Şəxsin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətməsini təşkil etmiş, yaxud onu bu əməli törətməyə təhrik etmiş və ya ona kömək göstərmiş digər şəxslərin əməlləri müvafiq olaraq CM-nin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə CM-nin 178.2.3-cü maddəsi ilə tövsif edilir.
24. Məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Məhkəmələrə izah edilsin ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-nin 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 310-cu maddələri ilə tövsif edilir.
25. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldatma və ya etibardan sui-istifadə etmə yalnız bunu dərk edərək əmlakı və ya əmlaka olan hüququ təqsirkara könüllü olaraq vermiş fəaliyyət qabiliyyətli şəxsə qarşı tətbiq edilə bilər. Bu baxımdan müəyyən səbəblərdən (məsələn, azyaşlı, alkoqol və narkotik sərxoşluğu vəziyyətində olması, psixikasının pozulması və sair) baş verən hadisələrin mahiyyətini, yəni əmlakının əlindən çıxmasını dərk edə bilməyən şəxsin aldadılaraq əmlakının ələ keçirilməsi dələduzluq yox, oğurluq (CM-nin 177-ci maddəsi) kimi qiymətləndirilməlidir.
26. Vətəndaşların pulunu və ya digər əmlakını ələ keçirmək məqsədilə, narkotik vasitə, psixotrop, güclü təsir edən və ya zəhərli maddələr adı ilə hər hansı başqa vasitə və ya maddələri satan şəxslərin əməli dələduzluq kimi tövsif olunmalıdır. Belə halda alıcıların zərər çəkmiş şəxs qismində tanınmaları istisna olunur və onlar qanunda nəzərdə tutulmuş əsaslar olduqda, narkotik vasitələrin, psixotrop, güclü təsir edən və ya zəhərli maddələri əldə etməyə cəhdə görə məsuliyyətə cəlb oluna bilərlər.
27. Məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz.
Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir.
Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər.
Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir.
28. Şəxsin başqasının adına rəsmiləşdirilmiş borc və ya kredit müqaviləsi əsasında alınmış pul vəsaitini etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirdiyi hallarda, belə müqavilələrin bağlanmasında qanunsuzluğa yol verilməmişdirsə, cinayət işi üzrə zərər çəkmiş şəxs qismində müqavilə tərəfi olan kreditor (bank, digər kredit təşkilatı və ya borc vermiş fiziki şəxs) yox, adına müqavilə rəsmiləşdirilmiş şəxs tanınır.
Bu halda kreditorla adına müqavilə rəsmiləşdirilmiş şəxs arasında yaranmış mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Mübahisə kreditorun xeyrinə həll edildikdə, dələduzluq cinayətinin törədilməsi nəticəsində zərər çəkmiş (adına müqavilə rəsmiləşdirilmiş) şəxs ona vurulmuş zərərin ödənilməsi ilə bağlı həm cinayət, həm də mülki mühakimə icraatı qaydasında təqsirkara qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
29. Kirayə müqaviləsi üzrə götürülmüş əmlakın qaytarılmaması o halda CM-nin 178-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır ki, təqsirləndirilən şəxs əvvəlcədən aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakı əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətində olsun.
30. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq məhkəmələrə izah edilsin ki, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun.
Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl – xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda – külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə – xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir.
Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin ikinci cümləsində təsbit olunmuş cinayət məsuliyyətinin yaranmasını şərtləndirən zərərin minimal məbləğinə (ziyanın 100 manatdan artıq məbləğdə olmasına) dair tələb müstəsna olaraq oğurluq cinayətinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş hallarına aiddir və dələduzlq cinayətinə münasibətdə tətbiq edilmir. [6]
31. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir.
Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir.
32. CM-nin 17.1-ci maddəsinə əsasən, CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qanunun bu tələbi baxımından, şəxs CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətləri törətdikdə o, həmin əməllərə görə CM-nin müvafiq maddələri ilə təqsirli bilinir və ona cinayətlərin məcmusu üzrə deyil, başa çatmış cinayətə görə vahid cəza təyin edilir.
33. Şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir.
Dələduzluğun törədilməsi nəticəsində ələ keçirilmiş əmlakın dəyərinə dair mübahisə yarandıqda onun dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsasında, belə əmlak məhv edildikdə və ya itirildikdə isə iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilir.
Məhkəmələr nəzərə almalıdırlar ki, dələduzluq cinayəti zərər çəkmiş şəxsə məxsus olan və dəyərinə görə daha qiymətli əmlakın bundan ucuz əmlakla əvəz edilməsi yolu ilə törədildikdə, təqsirkarın əməli əmlakların qiymətlərində olan fərqə əsasən yox, ələ keçirilmiş əmlakın dəyərinə uyğun olaraq tövsif edilir. Belə hallarda əmlakların dəyəri arasındakı fərq zərərin ödənilməsi zamanı nəzərə alına bilər.
34. CM-nin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-nin 178.2.1-ci maddəsi) hesab edilir.
Bir və ya bir neçə dələduzluğun törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən həmin cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq hesab olunur (CM-nin 178.3.1-ci maddəsi).
Məhkəmələrə tövsiyə edilsin ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir.
Məhkəmələr nəzərə almalıdılar ki, CM-nin 32.2-ci maddəsinə əsasən dələduzluğun müəyyən səbəblərdən (yaşına, anlaqsız olmasına görə və sair) cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslər tərəfindən törədilməsini təşkil etmiş şəxs həmin cinayətin icraçısı hesab edilir.
35. Məhkəmələrə izah edilsin ki, dələduzluğun təkrar törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir.
Bu zaman nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndi ilə CM-in 16.3-cü maddəsində göstərilən hallar bu bənddə göstərilən cinayətlərin, o cümlədən dələduzluğun təkrar törədilməsini yaradan cinayətlər sırasından istisna edildiyinə görə, əvvəllər törətdiyi (Cinayət Məcəlləsinin 177-183-cü, habelə 213-3, 217, 227, 232, 235-ci mddələrində nəzərdə tutulmuş) hər hansı bir və ya bir neçə cinayətə görə cinayət məsuliyyətindən azad olunmuş, məhkumluğu ödənilmiş və yaxud götürülmüş şəxslərlə yanaşı, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməyən və götürülməyən şəxs tərəfindən də Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, dələduzluq cinayətinin təkrar törədilməsi hesab edilmir.
Cinayət Məcəlləsinin 18-ci maddəsində göstərilən cinayətlərin residivini şərtləndirən zəruri əlamətlər olduqda, sonuncu hal cinayətlərin residivi kimi qiymətləndirilməli və təqsirkara cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin qaydaları əsasında təyin edilməlidir. [7]
36. Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin.
Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir.
Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir.
İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir.
Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir.
Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir.
Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir.
Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir.
Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır.
Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərər çəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi yalnız dələduzluq kimi qiymətləndirilir. Belə halda təqsirkar rüşvətxorluqda vasitəçi kimi iştirak etmədiyindən əmlakı ələ keçirilmiş şəxs zərər çəkmiş, cinayət təqibi zamanı mülki iddia verdikdə isə — həm də mülki iddiaçı kimi tanınmalıdır.
37. Dələduzluğun mülkiyyət əleyhinə olan cinayət növlərinin biri olmasını nəzərə alaraq məhkəmələrə izah edilsin ki, bu cinayətlərə dair işlərə baxarkən törədilmiş əməlin CM-nin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş bir maddəsindən digərinə tövsif edilməsi o şərtlə mümkündür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 318.1-ci maddəsinin tələblərinə əməl edilsin və təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşdırılmasına yol verilməsin.
38. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir.
Bu zaman nəzərə alınmalıdır ki, təqsirkar tərəfindən dələduzluq yolu ilə zərərçəkmişin xarici valyuta ilə pul vəsaiti ələ keçirildikdə zərərin hökmün və ya məhkəmənin digər yekun qərarının icra edildiyi gündə Azərbaycan Manatının həmin valyutaya münasibətdə məzənnəsi nəzərə alınmaqla manatla ödənilməsi qərara alınmalıdır.
39. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. [8]
40. Məhkəmələrə tövsiyə edilsin ki, dələduzluqla bağlı cinayət işlərinə baxarkən işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırsınlar və belə araşdırma nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslə zərər çəkmiş kimi tanınmış şəxs arasında mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə kimi mülki mühakimə icraatı qaydasında həll edilməli olmasını, bu səbəbdən şəxsin əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, habelə dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin dələduzluq cinayətinin törədilməsinə səbəb olduğunu və şərait yaratdığını müəyyən etdikdə dövlət orqanlarının, o cümlədən cinayət təqibini həyata keçirmiş orqanların vəzifəli şəxsləri haqqında xüsusi qərarların çıxarılmasını və bu qərarların tabeçilik qaydasında müvafiq dövlət və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilməsini təmin etsinlər.
40. Nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. [9]
Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur.
Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür.
Dövlət büdcəsinə qanunla müəyyən edilmiş pul vəsaitləri cinayət nəticəsində vurulmuş zərər ödənildikdən və zərərçəkmiş şəxslə barışıq əldə edildikdən sonra ödənilməlidir, buna qədər ödənilmiş vəsaitlər isə zərərçəkmiş şəxslə barışıq əldə olunmadığı və bu səbəbdən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmadığı hallarda ödənişi həyata keçirmiş şəxsə qaytarılmalıdır.
Dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir.
İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir.
Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2, 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün CM-in 73-1.1, 73-1.2, 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir.
Bundan yeganə istisna hazırki qərarın 36-cı bəndində göstərilən şəxsin dələduzluqla yanaşı rüşvət verməyə təhrik etmə cinayətini törətməkdə ittiham olunması və bununla əlaqədar əmlakından məhrum olunmuş şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınmaması halıdır ki, bu xüsusiyyət (şəxsin zərərçəkmiş qismində tanınmaması) Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini (ziyanın ödənilməsini və zərərçəkmişlə barışığın əldə olunmasını) qeyri-mümkün etməklə, təqsirləndirilənin barəsində dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə institutunun tətbiq edilməsinin də qarşısını alır.
Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad etmə birinci instansiya məhkəməsi hökm çıxarmaq üçün müşavirə otağına gedənədək və yaxud hökm apellyasiya qaydasında mübahisələndirildikdə, apellyasiya instansiyası məhkəməsi yekun qərar çıxarmaq üçün müşavirə otağına gedənədək tətbiq edilə bilər.
Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət məsuliyyətindən azad etmə institutu hökmün qanuni qüvvəyə minməsindən sonra meydana gələn hallara görə deyil, yalnız əvvəlki məhkəmə instansiyalarında bu məsələ ilə bağlı buraxılmış məhkəmə səhvlərinin düzəldilməsi üçün tətbiq edilə bilər.
Hökm qanuni qüvvəyə mindikdən sonra Cinayət Məcəlləsinin 73-1.1 və ya 73-1.2-ci maddələrində göstərilən hallar meydana gəldikdə isə cəza çəkən şəxs Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə müvafiq olaraq cəzadan azad edilməlidir. [10]
41. Bu qərarın qəbul edilməsi ilə əlaqədar olaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci il tarixli Qərarı qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri
Ramiz Rzayev
Bakı şəhəri, 11 iyun 2015-ci il
Comments are closed, but trackbacks and pingbacks are open.