Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib
Sual: Xuliqanlığın törədilməsi zamanı təqsirkar şəxs silah və ya silah qismində istifadə olunan əşyaları yalnız nümayiş etdirdikdə, yaxud həmin əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə hədə-qorxu gəldikdə, yaxud onun silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsinin və ya özgənin əmlakının məhv etməsinin və ya zədələməsinin qarşısı alındıqda, təqsirkarın bu kimi əməlləri necə tövsif edilməlidir? Cavab: İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 221.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər etməsi bu şəxsin qeyd edilən maddə ilə cinayət məsuliyətinə cəlb edilməsinə səbəb olur. CM-nin 221.2-ci maddəsində isə eyni əməllərin, yəni həmin Məcəllənin 221.1-ci maddəsində təsbit edilmiş xuliqanlıq əməllərinin bir qrup şəxs və ya təkrar törədilməsinə, habelə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Əsas müddəaları 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-nin 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Bu maddənin məzmunundan görünür ki, şəxsin CM-nin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir: əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-nin 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-nin 221.2-ci maddəsi); belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi; şəxsin 2-ci bənddə göstərilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi. CM-nin 221.1-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi gedişində zor tətbiq etmə dedikdə, zərər çəkmiş şəxslə təmasda olmaqla ona fiziki ağrının yetirilməsi və ya onun döyülməsi, yaxud sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlərin yetirilməsi və ya sağlamlığına yüngül zərərin vurulması başa düşülür. Xulaqanlığın törədilməsi zamanı zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır xəsarətin yetirilməsi, habelə onun qəsdən öldürülməsi CM-nin 221.1-ci maddəsinin əhatə dairisəndən çıxır və belə halllarda əməl xuliqanlıqla yanaşı həm də xuliqanlıq niyyətilə zərər çəkmiş şəxsin sağlımlığına az ağır və ağır zərərin vurulması, yaxud onun həmin niyyətlə qəsdən öldürülməsi kimi qiymətləndirilərək müvafiq olaraq CM-nin CM-nin 221.1 və 221.2-ci maddəsi ilə yanaşı həm də 127.2.3 və ya 126.2.4, yaxud da 120.2.2-ci maddəsi ilə tövsif edilir. Əmlakı məhv etmək dedikdə isə mülkiyyət formasından asılı olmayaraq əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülür. CM-nin 221.3-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşaiyət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər, və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək olsun. Əks təqdirdə, yəni yuxarıda göstərilən üç haldan birinin müəyyən edilməməsi törədilmiş əməlin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsinə əsas vermir. Xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə müxtəlif üsullarla (silahı nümayiş etdirməklə, odlu silahdan havaya atəş açmaqla və sair) zərər çəkmiş şəxsə hədə qorxu gəlmə yalnız psixi zorun tətbiq edilməsinə dəlalət edir, bu isə CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş “zor tətbiq etmə” anlayışının əlamətlərini ehtiva etmir. Belə olan halda, xuliqanlığın törədilməsi zamanı təqsirkar şəxsin silah və ya silah qismində istifadə olunan əşyaları yalnız nümayiş etdirməsi, yaxud həmin əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə hədə-qorxu gəlməsi, yaxud onun silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsinin və ya özgənin əmlakının məhv etməsinin və ya zədələməsinin qarşısının başqa şəxslər tərəfindən alınması, habelə qeyd edilən əşyaları tətbiq etmiş şəxsin onun iradəsindən asılı olmayan digər səbəblərdən zərər çəkmişə şəxsə zor tətbiq edə, əmlakı zədəyə və ya məhv edə bilməməsi hallarında əməl CM-nin 221.3-cü maddəsi ilə deyil, işin hallarından asılı olaraq CM-nin 221.1 və 221.2-ci maddəsi ilə tövsif edilir.
Xuliqanlıq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı sual və onun cavabı

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
27 Oktyabr , 2021 17:20
https://static.report.az/photo/5d4db576-e000-3ac4-9ef4-8b4ad1c1b34f.jpg
Rövşən Əkbərov
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Report” xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib. Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. Belə ki, məhkəmə R.Əkbərovdan 40 min 10 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb. Eyni zamanda məhkəmə R.Əkbərovun hərbi rütbəsini və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. “Report” xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Rüstəm Zülfüqarov müdafiə çıxışı edib. O, R.Əkbərova bəraət verilməsini xahiş edib. Daha sonra təqsirləndirilən şəxs də son söz deyib. O, məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə müşavirəyə yolanıb. Xatırladaq ki, prokuror R.Əkbərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. R.Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cm-in 221 və 127-ci maddələri hökm
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. Müdafiəçi bildirib ki, B.Hacıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci və 289.1-ci maddələri ilə yeni ittiham elan olunub.
Qeyd edək ki, buna qədər ictimai fəal barəsində CM-in 221.1-ci maddəsi (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə təqsirli bilinirdi. Yeni maddəyə əsasən, o, CM-in 221.2.2.-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə təqsirli bilinib.
B.Hacıyev barəsində daha bir ittiham isə CM-in 289.1-ci maddəsidir (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə).
Sözügedən maddələr üzrə ən ağır cəzalar müvafiq olaraq 3 il və 6 ay müddətə azadlıqdan məhrum etmədir.
Qeyd edək ki, B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.
Son xəbərlər
- 21:09 | Saakaşvili Zelenskiyə kömək etmək istəyir
- 20:52 | Kim Çen In internetdən istifadə edənlərə ölüm cəzası verdi
- 20:51 | Son sutkada heç kim vaksin vurdurmayıb
- 20:48 | Bu gün 4 nəfər yoluxub
- 20:35 | İlham Əliyev Almaniyada iş adamları ilə görüşdü – Fotolar
- 20:25 | Rusiya taxıl müqaviləsini 60 gün uzatmağa razılaşıb
- 20:13 | Manaf Ağayevin oğlu həbs edildi
- 19:46 | Gürcüstanda hakimiyyət bu halda dəyişə bilər
- 19:37 | Şirvan RİH-dən iməciliklə bağlı iddialara reaksiya
- 19:28 | Qəbələdə meşədəki yanğın söndürüldü – Video + Yenilənib
- 19:23 | Azərbaycan “Avroviziya”da bu mahnı ilə çıxış edəcək – Video
- 19:19 | Polşa Saakaşvilinin müayinəsi üçün həkim göndərməyə hazırdır
- 19:03 | 39 il sonra “Oscar”da – Fotolar
- 19:01 | Ölümlər artır, problem hələ də qalır.
- 18:57 | Keniyada iki futbolçunu ildırım vurub öldürdü
- 18:31 | “Rusiya Ukraynadakı məqsədlərə hərbi yolla nail ola bilər”
- 18:21 | Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
- 18:18 | ADY ağacəkmə aksiyası keçirdi – Fotolar
- 18:11 | Dövlət imtahanı ilə bağlı nazirlikdən – Açıqlama
- 17:53 | Qərbi Azərbaycan İcması bəyanat yaydı
- 17:29 | Ermənistan XİN-in mətbuat katibi istefa verdi
- 17:23 | Sudan qeyri-qanuni istifadə halları aşkarlandı – Video
- 17:07 | Rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalandı
- 16:42 | Məhkəmə İmran Xanın həbsinə yeni order verdi
- 16:42 | Azərbaycanlı döyüşçü finalda ermənini məğlub etdi – Video
- 16:41 | “Qarabağ” – “Qalatasaray” matçı bu tarixdə keçirilə bilər
- 16:34 | Edillidəki məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi
- 16:06 | Ukrayna Navalnı barədə filmə “Oskar” verilməsini pislədi
- 16:05 | Sakinlər su probleminə görə yolu kəsdi – Saxlanılanlar var
- 16:00 | Məqsəd Nicat Lənkəranskini öldürmək olub – Rəsmi açıqlama
- 15:54 | Rusiya Mərkəzi Asiya ölkələrinin çempionatında oynayacaq
- 15:38 | İndoneziyada torpaq sürüşməsi 46 nəfərin həyatına son qoydu
- 15:35 | “Bu, korsikalılar üçün təhqirdir”
- 15:00 | Putin Kadırovla görüşdü – Video
- 14:58 | Samir Salam saxlanıldı
- 14:42 | Türkiyədəki zəlzələdə 7 minə yaxın əcnəbi ölüb
- 14:39 | İlham Əliyev Almaniyaya getdi – Fotolar
- 14:19 | “Protezi dəyişdirilməlidir, pul yoxdur” – Fotolar
- 14:04 | “Avropa Parlamenti maraqlarla idarə olunur”
- 14:01 | “Bu, həyatımın konserti oldu” – Video
- 14:00 | AccessBank Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramından təşəkkürnamə aldı
- 13:55 | “Azərlotereya”nın baş sponsorluğu ilə beynəlxalq konfrans keçirildi – Fotolar
- 13:51 | Paşinyan Putinə zəng etdi
- 13:47 | Nazirdən dövlət imtahanının ləğvi ilə bağlı xəbərə – Reaksiya
- 13:46 | “Oskar”da çəkilən bu video viral oldu
- 13:39 | Astarada qadın keçmiş əri tərəfindən öldürüldü
- 13:36 | “Pandemiyadakı distant təhsilin nəticələrini mayda görəcəyik”
- 13:30 | Şahzadənin dəbdəbəli toyundan – Video – Fotolar
- 13:21 | İlaxır çərşənbədə hava necə olacaq?
- 13:17 | “Həkim diplomu alıb harada oxuduğu bəlli olmayanlar var” – Nazir
Comments are closed, but trackbacks and pingbacks are open.