Press "Enter" to skip to content

Gəlin dərdləşək

Azərbaycan Respublikasının yeni cinayət qanunvericiliyinin əvvəlki Qanundan fərqli olaraq cəzanı yüngülləşdirici hallar olduqda cəzanın təyin olunmasının yeni qaydasını müəyyən etmişdir.

Cm-in 263.1-ci maddəsi hökm

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi hüquq normalarının qaydaya salınmış sistemi kimi Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən sosial dəyərləri və ictimai münasibətləri müdafiə altına alaraq, sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etmək, insan və vətəndaş hüquq və azadlıqlarının, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaq, habelə cinayətlərin qarşısını almaq kimi funksiyaları həyata keçirir.

Göstərilən vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həmçini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7-ci maddəsinə əsasən fərd ictimai təhlükəli əməlinə və onun şəxsiyyətə, cəmiyyətə və dövlətə ziyan vuran nəticəsinə müəyyən psixi münasibəti mövcud olduqda məsuliyyət daşıya bilər.

Cinayət Məcəlləsinin 14-cü maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkətin və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır.

Cəza dövlətin cinayətkara törədilmiş cinayətə görə tətbiq edilən tənbeh tədbirində ifadə olunan qanunla tənzimlənən cinayət hüquqi, spesifik cavab redaksiyası kimi çıxış edir.

Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunan və həmin şəxs barəsində cinayət qanunu ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasında və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarət olmaqla məhkəmə hökmü ilə təyin edilən cinayət hüquqi xarakterli tədbirdir.

Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq hazırlanmış yeni Cinayət Məcəlləsinə cəzanın sisteminə mütərəqqi əlavə və dəyişikliklər edilərək, müasir dövrün tələblərinə uyğun olaraq mövcud reallıqlara uzlaşmayan sürgün, köçürmə, vəzifədən çıxarma, ictimai məzəmmət, müstəsna cəza tədbiri olan ölüm cəza kimi bir sıra cəza növləri qanundan çıxarılmış, əlavə cəza qismində tətbiq edilən əmlak müsadirəsinin məzmununda əsaslı dəyişikliklər edilmişdir.

Yeni Qanun müsadirə edilməli olan əmlakın dairəsini kəskin şəkildə məhdudlaşdıraraq məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrlə, habelə cinayət yolu ilə əldə edilmiş əmlaka qarşı yönəldilməsini nəzərdə tutmuşdur.

Qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır.

Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir.

Azərbaycan Respublikasının yeni cinayət qanunvericiliyinin əvvəlki Qanundan fərqli olaraq cəzanı yüngülləşdirici hallar olduqda cəzanın təyin olunmasının yeni qaydasını müəyyən etmişdir.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən CM-nin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda, yəni cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində edilmiş əmlakın axtarışına və tapılmasına kömək etdikdə, həmçinin cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərildikdə, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərəri könüllü olaraq ödədikdə və ya aradan qaldırdıqda, zərərçəkmiş şəxsə razılıq əldə etməyə cəhd etdikdə, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlər etdikdə və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz.

Bu halda CM-nin Xüsusi hissəsinin konkret maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğu hallarda dörddə üçü daha ciddi cəza növünün maksimum müddətinə və həcminə aid olur, az ciddi cəza növü isə sanksiyanın yuxarı həddində də təyin oluna bilər.

Cinayət Qanunun humanizm prinsipinə uyğun olaraq qanunverici Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən edilmiş daha yüngül cəza təyin edilməsinə imkan verir.

Qanun işin müstəsna halları sayılan anlayışını müəyyən etmir. Ona görə də belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir.

Qanun cinayətə görə müəyyən edilmiş cəzanı daha yüngül cəza təyin edilməsinin üç formasını müəyyənləşdirmişdir.

a)cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi;

b)cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi;

v)təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməməsi.

Cinayət Məcəlləsinin 62-ci maddəsinin mənasına görə qanunla ayrı-ayrı cinayətlərə görə cərimədən müəyyən müddətə azadlıqdan məhrumetməyədək alternativ cəzalar nəzərdə tutulduğu hallarda həmin cinayətlərə görə cərimə artıq ən yüngül cəza növü kimi müəyyən edildiyindən burada daha yüngül cəza təyin edilə bilməz. Bu zaman məhkəmə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az ciddi cəza təyin edilməsi, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsi prinsipini tətbiq edə bilər.

Yeni cinayət qanunvericiliyini əvvəlki Qanundan fərqli olaraq cinayətə hazırlığa və cinayət etməyə cəhdə görə cəza təyin etmənin yeni qaydalarını müəyyən etmişdir ki, bu qaydalara əsasən cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından, cinayət etməyə cəhdə görə isə cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətlərə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

Qeyd olunan məsələ ilə əlaqədar məhkəmələr tərəfindən qanunvericiliyindən düzgün tətbiq olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin iş planına uyğun olaraq 2001-ci ildə və 2002-ci ilin birinci yarısında baxılmış işlər üzrə cinayət cəzasının tətbiqi təcrübəsi ümumiləşdirilmişdir.

Statistik məlumatların müqayisəli təhlili deməyə əsas verir ki, 2001-ci ilə nisbətən 2002-ci ildə respublika məhkəmələri tərəfindən məhkumlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzası nəzərəçarpacaq dərəcədə azalmış, buna müvafiq olaraq məhkumlar barəsində tətbiq olunmuş həbslə əlaqədar olmayan digər cəzaların sayı və kütləsi çoxalmışdır.

Belə ki, 2001-ci ildə respublika üzrə ümumi məhkum olunanların 48 faizinə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduqları halda, 2002-ci ildə ümumi məhkum olunanların 37,2 faizi haqqında azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir.

Bu, ir tərəfdən respublika cəza təyini siyasətinin humanistləşməsi ilə əlaqədardırsa, digər tərəfdən isə bunu 2001-ci ilə nisbətən 2002-ci ildə respublika üzrə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilənlərin sayının azalması ilə izah etmək olar.

Belə ki, 2001-ci ildə respublika üzrə məhkum olunanların 12,2 faizi ağır cinayətlərə görə, 4,2 faizi isə xüsusilə ağır cinayətlərə görə məhkum olduqları halda, 2002-ci ildə respublika üzrə ümumi məhkum olunanların 6,7 faizi ağır cinayətlərə görə, 2,1 faizi isə xüsusilə ağır cinayətlərə görə məhkum olunmuşdur.

Məhkəmə təcrübəsinin ümumiləşdirməsi göstərir ki, məhkəmələr cinayət törətmiş şəxslər barəsində cəza növünü əsasən düzgün təyin edirlər.

Bununla yanaşı, müəyyən edilmişdir ki, məhkəmələr bəzən cəza təyini zamanı törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, işin vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları lazımi qaydada nəzərə almamış, cəzanın fərdiləşdirilməsi ilə əlaqədar qanunun tələblərinə həmişə əməl olunmamış, Azərbaycan Respublikası CM-nin 60, 62, 63, 66, 67, 69 və 70-ci maddələri tətbiq olunarkən qanun pozuntularına yol verilmişdir.

Məhkəmə təcrübəsindən bir neçə misal gətirək: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hökmü ilə R.Əsədullayev AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 150 misli miqdarında cərimə cəzasına, CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona təyin olunmuş cəzalar CM-nin 66-cı maddəsinə əsasən əhatə olunmaqla üzərində qəti olaraq 3 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış və haqqında CM-nin 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza şərti hesab olunmuşdur.

Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər daxil olmaqla, az ciddi cəzanı, daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsinə yol verilir.

Lakin məhkəmə CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulan əməlin az ağır cinayət əməli olmasını nəzərə almamış, məhkuma CM‑nın 66.3-cü maddəsi əsasında təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin etməli olduğu halda yuxarıda qeyd olunduğu kimi Qanunun tələbini pozaraq təyin olunmuş cəzaları əhatə etmək yolu ilə toplamışdır.

Eyni xarakterli qanun pozuntusuna həmin məhkəmə tərəfindən baxılmış S.Bəhlulovun CM-nin 128-ci və 132-ci maddələri təqsirləndirilməsinə dair, Nərimanov rayon məhkəməsinin N.Mitroşkina və A.Mitroşkinanın AR CM-nin 29, 177.2.2, 177.2.2. və 177.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işərinə də baxılarkən yol verilmişdir.

Lənkəran rayon məhkəməsinin hökmü ilə Q.Məmmədov AR CM-nin 221.1 maddəsi ilə 9 ay, 315.1 maddəsi ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.3 maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə birləşdirilərək, o, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Q.Məmmədov məhkum edilmişdir ona görə ki, o, 13 iyun 2001-ci il tarixdə saat 16 radələrində Şərifovun ailəsi ilə yaşadığı Lənkəran şəhəri, Səttarxan küçəsi, 31 saylı evin həyət qapısının qarşısında ev sahiblərini “doğramaqla”, “kəsməklə” zor tətbiq edəcəyi hədəsi ilə hədələmiş, sonra isə əlindəki əşya ilə həyət qapısını döyüb açmağı tələb etmiş və nəticədə səs-küyə qonşular hadisə yerinə toplaşmışlar. Həmin hərəkətləri ilə, o, ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etmiş və vətəndaşların üzərində zor tətbiq edəcəyi hədəsi ilə bağlı olan xuliqanlıq etmişdir.

Bundan sonra o, 13 iyun 2001-ci il tarixdə, saat 16-20 radələrində baş vermiş həmin hadisə ilə əlaqədar daxil olmuş məlumat əsasında Məmmədovun həyətinə polis əməkdaşları ilə birlikdə gələn Lənkəran RPŞ-nin rəisi müavini Y.F.Rəhimovun xidməti vəzifəsini yerinə yetirilməsinə mane olaraq yumruğu ilə vuraraq mətbəxin pəncərəsinin şüşəsini sındırmış və həmin sınıq şüşə parçası ilə öz sifətindən vurmağa cəhd göstərmişdir. Orada olan vətəndaşlar onun bu hərəkətinin qarşısını alarkən şüşə parçası ilə vena damarlarını kəsməklə, özünə qəsd edəcəyini bildirmiş, beləliklə o, hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmişdir.

Məhkəmənin hökmündən prokurorluq apellyasiya protesti verərək məhkuma cəza çəkmə müəssisəsinin növünü düzgün müəyyən edilməsini, ona ciddi rejim əvəzinə xüsusi rejim təyin edilməsini göstərib, hökmün dəyişdirilməsini xahiş etmişdir.

İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi məhkuma cəza çəkmə müəssisəsinin növünü düzgün təyin etməmişdir.

Belə ki, AR CM-nin 56.1.4-cü maddəsinə əasən məhkumlara xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkilməsi cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə təyin edilir.

Q.Məmmədovun törətdiyi əməl cinayətlərin xüsusi təhlükəli yox, təhlükəli residivini yardır. Belə ki, o, əvvəllər qəsdən cinayət törətməyə görə dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, onun məhkumluğa yalnız son iki cinayət üzrə ödənilməmişdir. Lənkəran rayon məhkəməsinin 04.09.1994-cü il tarixli və AR Ali Məhkəməsinin CİÜMK-nın 10 sentyabr 1992-ci il tarixli hökmləri üzrə məhkumluqlar müddət keçirdiyinə görə ödənilmişdir.

AR CM-nin 10.3-cü maddəsində cinayət etmiş şəxsin vəziyyətini yaxşılaşdıran cinayət qanunun geriyə qüvvəsinin olması müəyyən edilmişdir. Məhkumluğun ödənilməsi qaydalarını müəyyən edən AR CM-nin 83-cü maddəsi, 01.09.2000-ci ilə kimi qüvvədə olmuş CM-nin 53-cü maddəsinə nisbətən cinayət etmiş şəxsin vəziyyətini yüngülləşdirir. Belə ki, bu maddədə məhkumluğun ödənilməsi müddəti axımının yeni cinayət törədilməsi nəticəsində kəsilməsi qaydası müəyyən edilmişdir. Hazırda qüvvədə olan müddəaya görə hər bir cinayət üzrə məhkumluq müddəti müstəqil hesablanmalıdır. Bu baxımdan yuxarıda qeyd edilmiş 2 hökm üzrə müddətlər keçdiyindən Q.Məmmədovun həmin cinayətlər üzrə məhkumluqları ödənilmiş hesab olunur.

Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Odur ki, bu məhkumluqlar Q.Məmmədovun əməlinin xüsusi təhlükəli residiv sayılması üçün əsas götürülə bilməz.

AR CM-nin 56.1.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, məhkuma azadlıqdan məhrumetmə növündə cəza çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində təyin edilir. Ona görə də Q.Məmmədova cəza çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməli idi.

Şərh olunanlara əsasən Apellyasiya Məhkəməsinin qərarı ilə Q.Məmmədov haqqında hökm dəyişdirilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır.

Cabbarov Bərdə rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan respublikası Cm-nin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə təqsirli bilinib, şərti maliyyə vahidinin üç min beş yüz misli miqdarında cərimə cəzasına, CM-nin 228.1 maddəsi ilə təqsirli bilinib, aylıq qazancının iyirmi faizi dövlət gəlirinə tutulmaqla iki il müddətinə islah işləri cəzasına, CM-nin 237.1 maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin beş yüz misli miqdarında cərimə cəzasına məhkum edilmiş, həmin məcəllənin 66-cı maddəsinə əsasən təyin edilmiş cəzalar tam toplanmaqla o, qəti olaraq aylıq qazancının iyirmi faizi dövlət nəfinə tutulmaqla iki il müddətinə islah işləri və şərti maliyyə vahidinin dörd min misli miqdarında, yəni iyirmi iki milyon manat cərimə cəzasına məhkum edilmişdir.

Birinci instansiya məhkəməsi H.İ.Cabbarovun barəsində ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, o, 2000-ci ilin fevral ayının 14-dən 15-nə keçən gecə saat təxminən 3 radələrində Bərdə rayonunun Gərənə kəndində yaşayan Teymurov Çingiz Cəmşid oğlunun həyətindəki tövləsinə daxil olub. Ç.Teymurova məxsus olan bir baş 2.000.000 manat dəyərində inəyini oğurlamaqla özgəsinin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Cabbarov Hafiz İdris oğlu təkrarən özgəsinin əmlakına sahib olmaq məqsədi ilə 2001-ci ilin fevral ayının 16-dan 17-nə keçən gecə, saat təxminən 2 radələrində Bərdə rayonunun Saatlı kənd sakini S.Mehdiyev ilə qabaqcadan əlbir olub qrup halında Bərdə rayonunun Gərənə kəndinə yaşayan R.Əhmədovun həyətindəki tövlədən bir baş 2.000.000 manat dəyərində inəyini oğurlayaraq özgəsinin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, H.Cabbarov təkrarən özgəsinin əmlakına sahib olmaq məqsədilə 2001-ci ilin aprel ayının 29-dan 30-na keçən gecə saat 2 radələrində Saatlı kənd sakini N.Bayramov və S.Mehdiyev ilə qabaqcadan əlbir olub qrup halında Gərənə kəndində yaşayan A.Zeynalovanın həyətindəki tövləsindən A.Zeynalovaya məxsus olan 600.000 manat dəyərində qoyunlarını və 300.000 manat dəyərində 3 baş quzularını, cəmi 900.000 manat dəyərində qoyub-quzularını oğurlayaraq özgəsinin əmlakını gizli olaraq talamışlar. Bundan başqa, H.Cabbarov təkrarən özgəsinin əmlakına sahib olmaq məqsədi ilə 2001-ci ilin may ayının 24-dən 25-dək keçən gecə saat təxminən 3 radələrində Saatlı kənd sakinləri N.Bayramov və S.Mehdiyev ilə qabaqcadan əlbir olub qrup halında Gərənə kəndində yaşayan Y.Ağayevin həyətindəki tövləsinə daxil olub Y.Ağayevə məxsus olan bir baş 900.000 manat dəyərində inəyini oğurlamaqla özgəsinin əmlakını gizli olaraq talamışlar. Bundan əlavə, H.Cabbarov naməlum mənbədən 7.62 mm kalibrli zavid üsulu ilə hazırlanmış sandıqlı “Karabin” yivli odlu silahı, 412 ədəd 7.62 mm kalibirli döyüş sursatı olan patronları əldə etmiş, 26 may 2001-ci il tarixdə Bərdə rayon PŞ-nın əməkdaşları tərəfindən tutulana qədər yaşadığı Bərdə rayonunun Saatlı kəndində yerləşən evinin həyətindəki əl damında saxlamışdır. Bundan əlavə, H.Cabbarov yaşadığı saatlı kəndində yerləşən həyətyanı torpaq sahəsindəki qanunsuz olaraq 7 ədəd ümumi çəkisi 430 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə bitkiləri əkmiş, yetişdirilmiş və kultivasiya etmiş, 25 may 2001-ci il tarixdə Bərdə rayon PŞ-nin əməkdaşları tərəfindən həmin 7 ədəd narkotik xassəli çətənə bitkiləri onun həyətindən aşkar edilib götürülmüşdür.

Bərdə rayon məhkəməsinin hökmünün H.Cabbarova aid hissəsindən Azərbaycan Respublikası Baş prokurorluğu apellyasiya protesti verərək, apellyasiya protestində birinci instansiya məhkəməsinin H.İ.Cabbarovun bir qrup şəxslərlə dəfələrlə oğurluq etməsini, bundan əlavə, onun qanunsuz odlu silah və döyüş sursatı saxlamasını, qanunsuz narkotik xassəli bitkiləri kultivasiya etməsini kifayət qədər nəzərə almayaraq ona cinayətlərinin ağırlığına və şəxsiyyətinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etdiyini göstərib, hökmün dəyişdirilməsini və H.İ.Cabbarova cinayət qanununun təqirli bilindiyi hər üç maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını xahiş etmişdir.

İşə apellyasiya protesti əsasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi H. Cabbarova cəza təyin edərkən, onun bri qrup şəxslərlə dəfələrlə oğurluq etməsini, onun qanusnzu odlu silah və döyüş sursatı saxlamasını, qanunsuz narkotik bitkiləri kultivasiya etməsini kifayət qədər nəzərə almamış, ona cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir.

Şərh olunanlara əsasən Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək H.Cabbarovun cəzası ağırlaşdırılmışdır.

Bundan əlavə, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hökmü ilə Ağayev Nofəl İktay oğlu AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidi məbləğinin iki yüz misli miqdarında cəimə cəzasına məhkum edilmişdir.

Hökmdən baş prokurorluq apellyasiya protesti verərək, apellyasiya protestinə onunla əsaslandırmışdır ki, N.O.Ağayev əvəllər məhkum olunduğu üçün onun yenidən qəsdən cinayət törətməsi cinayəti residivi yaratmış, bu hal ona cəza təyin edilərək nəzərə alınmamış, həmçinin CM-nin 67.1-ci maddəsinin tələbləri pozularaq əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi bu cəza ilə birləşdirilməmişdir.

İşə apellyasiya qaydasında baxılrakən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi cinayət qanunu normasını düzgün tətbiq etməmişdir.

Belə ki iş materiallarından görünür ki, N.O.Ağayev Kəpəz rayon məhkəməsinin 29 yanvar 2002-ci il tarixli hğkmü ilə Azərbaycan respubliaksının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, o həmin cəriməni ödəməmiş, onun məhkumluğu ödənilmədən, yenidən qəsdən adı çəkilən cinayət əməlini törətmişdir.

Azırbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə onun hazırkı cinayət əməlinin törətməsi cinayətin residivini yardır. Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivinə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daah ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.

Məhkəmə, N.O.Ağayevə cərimə cəzası təyin etməklə qanunun bu tələbini pozmuşdur.

Məhkəmə həmçinin CM-nin 67.1-ci maddəsinin də tələbini pozmuş, yəni əvvəlki hökmlə təyin edilmiş cəza bu hökmlə təyin olunmuş cəza ilə tam və ya qismən birləşdirilməmişdir.

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin qərarı ilə Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 16 aprel 2002-ci il tarixli hökmü dəyişdirilərək, Ağayev Nofəl Oktay oğluna Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsilə 6 ay müddətinə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla islah işi cəzası təyin edilmiş, əvvəlki hökmlə təyin olunmuş, şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən bu cəza ilə tamamilə birləşdirilərək, üzərində qəti cəza şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə və 6 ay müddətinə aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla islah işi cəzası saxlanılmışdır.

Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hökmü ilə S.Səfərov AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 67.1 maddəsi tətbiq edilməklə, 1 iyun 2000-ci il tarixdə Ağdam Qarnizonu hərbi məhkəməinin hökmü ilə ona təyin olunmuş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən yeni hkmlə təyin edilmiş cəza ilə birləşdirilərək üzərində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona 3 il müddətinə azadlıqdan məhrum üetmə cəzası təyin edilmişdir.

Məhkəmənin hökmünə əsasən S.Səfərov məhkum edilmişdir ona görə ki, o, 30 oktyabr 2001-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Dərnəgül qəsəbəsi 510-cu sahədə yerləşən “Tural” kafesində gözətçinin otağlından vətəndaş V.Mövludova məxsus olan dəri gödəkçəsini gizli yolla oğurlayaraq talan etmişdir.

Hökmdən Azərbaycan Respublikası Baş prokurorluğu apellyasiya protesti verərək birinci instansiya məhkəməsinin hökmünü məhkuma AR CM-nin 65.2-ci və 67.4-cü maddələrinin tələblərinə uyğun cəza təyin etməklə dəyişdirilməsini xahiş etmişdir.

Cinayət işi materiallarından görünür ki, S.Səfərovun əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Bununla belə, birinci instansiya məhkəməsi S.əfərova cəza təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmişdir.

Belə ki, AR Cİ-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. S.Səfərov Ağdam rayon məhkəməsinin hökmü ilə ona təyin edilmiş və icrası təxirə salınmış 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkməmişdir. Ona görə də qəti cəza bu cəzadan az olmamalıdır. Məhkəmə isə cinayət qanununun bu tələblərini pozraq S.Səfərova qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir.

Bundan əlavə, iş materiallarından görünür ki, S.Səfərov Bakı qarnizonu hərbi məhkəməsinin 24 dekabr 1999-cu il tarixli hökmü ilə AR Cm-nin 207-ci maddəsinin 1 hissəsi ilə təqirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan respublikası Milli Məclisinin 10 dekabr 1999-cu il tarixli amnistiya haqqında qərarının 3.2-ci bəndini tətbiq edilərək təyin edilmiş cəzanı çəkməkdən azad olunmuşdur. 30 oktyabr 2001-ci il tarixdə, yəni sonuncu cinayəti töədən vaxt onun həmin cinayətə görə məhkumluğu ödənilməmişdir. Ar CM-nin 83.3.3-cü, 83.4-cü maddələrinə əsasən bunun üçün 3 il vaxt keçməlidir. Lakin S.Səfərovun amnistiya aktına əsasən azad edildiyi vaxtdan sonuncu cinayəti törətdiyi vaxta qədər isə təxminən 2 il müddət keçmişdir. Bu isə məhkumun ödənilməsi üçün kifayət deyildir.

AR CM-nin 18.2.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda cinayətlərin residivi yaranır. Eyni zamanda CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. CM-nin 177.1-ci maddəsinin sanksiyasında müəyyən eidlmiş daha ciddi cəza növünün, yəni azadlıqdan məhrumetmə növünün son həddi isə iki ildir. Bu həddin üçdə ikisi 1 il 4 ay təşkil edir. Beləliklə, S.Səfərovun törətdiyi əməl təhlükəli residiv kimi qiymətlnədirilməklə, ona 1 il 4 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməli idi.

Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunun bu göstərişlərinə əməl etməmişdir.

Azərbaycan respublikası Apellyasiya məhkəməsinin qərarı ilə Nərimanov rayon məhkəməsinin S.əfərovun AR CM-nin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair 5 fevral 2002-ci il tarixli hökmü ilə cinayət qanunu norması düzgün tətbiq edilmədiyindən dəyişdirilərək S.Səfərova həmin maddə ilə 1il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, AR CM-nin 67-ci maddəsinə əsasən 1iyun 2000-ci il tarixli Ağdam qarnizonu hərbi məhkəməsinin hğkmü ilə ona təyin olunmuş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən axırıncı hökmlə təyin olunmuş cəza ilə birləşdiriəərk ona qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

Bundan əlavə, Bərdə rayon məhkəməsinin 13 noyabr 2001-ci il tarixli hökmü ilə Həsənov Tahir Hümbət oğlu AR Cm-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilərək ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.

Məhkəmə T.Həsənova cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza təyin etdiyinə görə Azərbaycan Respublikası Baş prokurorluğu hökmdən apellyasiya protesti verərək, hökmün dəyişdirilməsini, yəni Cm-nin 62-ci maddəsinin hökmdən xaric edilərək T.Həsənova maddənin sanksiyası daxilində real cəza təyin olunmasını xahiş etmişdir.

Həmin cinayət işinə apellyasiya protesti əsasında baxılarkən müəyyən edilmişdir ki, binrinci instansiya məhkəməsi T.Həsənova cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan məhkuma yüngül cəza təyin etmişdir.

Göstərilənlərə əsasən Apellyasiya məhkəməsinin 6 may 2002-ci il tarixli qərarı ilə T.Həsənov haqqında Bərdə rayon məhkəməsinin hökmü dəyişdirilmiş, yəni Cm-nin 62-ci maddəsi hökmdən xaric edilərək, T.Həsənova təyin olunmuş cəza ağırlaşdırılmışdır.

Bərdə rayon məhkəməsinin hökmü ilə A.Ələkbərov AR Cm-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinib, haqqında CM-nin 62-ci maddəsi tətbiq edilərək iki il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

Məhkəmənin bu hökmündən Baş prokurorluq apellyasiya protesti verərək birinci instansiya məhkəməsinin A.Ələkbərovun haqqında CM-nin 62-ci maddəsini düzgün tətbiq etməməsini göstərib, həmin maddənin hökmdən xaric edilməsini və A.Ələkbərova real cəza təyin olunmasını xahiş etmişdir.

İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi A.Ələkbərovun haqqında CM-nin 62-ci maddəsini kifayət qədər qanunu əsaslar olmadan tətbiq etmişdir. Buna görə də Apellyasiya məhkəməsinin qərarı ilə A.Ələkbərovun haqqındakı Bərdə rayon məhkəməsinin hökmü dəyişdirilərək hökmdən 62-ci maddənin tətbiqi xaric edilmişdir.

Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqində Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimləri tərəfindən də səhvlərə yol verilmişdir.

Qaradağ rayon məhkəməsinin hökmü ilə S.Bədəlov, R.İsayev CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, hər ikisinin haqqında CM-nin 62-ci maddəsi tətbiq olunmaqla, onların hərbiri 160 saat ictimai işlər cəzasına məhkum edilmişdir.

Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza və yaxud da xüsusi hissənin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsini nəzərdə tutur.

Həmin iş üzrə təqsirləndirilən şəxslərə istinad edilən əmələ görə məsuliyyəti nəzərdə tutan CM-nin 177.2.21-ci maddəsinin sanksiyasında cinayət qanunvericiliyi ilə müəyyən edilmiş ən yüngül cəza növünü, yəni cərimə cəzasının nəzərdə tutulmasına baxmayaraq, məhkəmə onların haqqında CM-nin 62-ci maddəsini tətbiq etməklə onlara maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasından ağır cəza, yəni ictimai işlər cəzası tətbiq etməklə Qanunun tələbini pozaraq təqsirləndirilən şəxslərin vəziyyətini ağırlaşdırmışdır.

Eyni xarakterli qanun pozğunluğuna həmin məhkəmədə M.Nəcəfov və R.Mahmudovun CM-nin 177.2.1-ci maddəsi ilə təqirləndirilmələrinə dair cinayət işi üzrə cəza təyini zamanı da yol verilmişdir.

Xətai rayon məhkəməsi F.Əliyevin CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə Gəncə şəhəri Nizami rayon məhkəməsi N.qasımovun CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə Binəqədi rayon məhkəməsi F.Əhmədovun CM-nin 178.2.2-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işlərinə baxarkən eyni xarakterli qanun pozğunluğuna yol vermişlər.

Daşkəsən rayon məhkəməsinin hökmü ilə R.mürsəlov CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə. 131.2-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla üzərində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və haqqında CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, ona 2 il sınaq müddəti müəyyən edilməklə cəza şərti hesab olunmuşdur.

Məhkəmə həmin iş üzrə Cm-nin 66.3-cü maddəsinin tələbini pozaraq, hökmdə təyin olunmuş cəzalar qismən toplanması qərarına gəlsə də, faktiki olaraq təyin olunmuş cəzaları toplanaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir.

Təsvir olunan qanun pozğunluğuna yol verildiyi üçün prokurorluğun apellyasiya protestinə əsasən Apellyasiya məhkəməsinin qərarı ilə Daşkəsən rayon məhkəməsinin hökmü dəyişdirilərək məhkuma təyin olunmuş cəzalar qismən toplanılmışdır.

Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan respublikası Məhkəməsinin hökmü ilə A.süleymanov və E.Süleymanov CM-nin 120.1-ci maddəsi və 15.94-cü maddəsinin 4-cü bəndi ilə təqsirli bilinərək, A.Süleymanov 10 il müddətinə, E.Süleymanov isə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir ona görə ki, onlar qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, E.Mikayılov və A.Süleymanovadan qisas almaq və onları ağırlaşdırıcı hallarda qəsdən öldürmək məqsədilə 6 aprel 2000-ci il saat 9 radələrində özləri ilə balta və bıçaq götürərək onların müvəqqəti yaşadıqları Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən bağ evinə gələrək, E.Süleymanov atası A.Süleymanovun köməyi ilə baxısı Aygün Süleymanovanı baltanın arxa hissəsi ilə bir dəfə, E.Mikayılovu isə baltanın kəsici hissəi ilə bir neçə dəfə vurub onlara ağır dərəcəli bədən xəsarəti yetirib, onların hər ikisini ölmüş bilib hadisə yerindən qaçıb getmişlər. Xəstəxanada göstərilən tibbi yardım nəticəində A.Süleymanovanın həyatı xilas edilmiş, E.Mikayılov isə 14 aprel 2000-ci il tarixdə ölmüşdür.

Respubliak baş prokuroluğu təqsirləndirilən şəxslərətəyin olunmuş cəzaların yüngüllüyündən Apellyasiya Məhkəməsinə apellyasiya protesti vermiş və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin qərarı ilə məhkəmə hökmü dəyişdirilərək E.Süleymanova 14 il müddətinə, A.Süleymanova isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur.

Apellyasiya Məhkəməsi CM-nin 15.94-cü maddəsinin 4-cü bəndi ilkə E.Süleymanova 14 (on dörd) il, A.Süleymanova 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edərkən Azərbaycan respubliaksı Cm-nin (yeni redaksiya ilə) 10.3 və 63.3-cü maddələrinin tələblərini kobud surətdə pozaraq qanunda nəzərdə tutulmayan cəza təyin etmişdir. Belə ki, Azərbaycan respublikası CM-nin 63.3-cü maddəsinin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu məcəllənin xüsusi hissəsinin müvafiq madəində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin şərhinə görə əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən və yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzanı çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir.

Ona görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kolleksiyasının qərarı ilə A.Süleymanov və E.Süleymanov haqqında Apellyasiya məhkəməsinin qərarı dəyişdirilmiş, A.Süleymanov və E.Süleymanov ayrı-ayrılıqda CM-nin 15.94-cü maddəsinin 4-cü bəndi ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

Ümumiləşdirmə ilə əlaqədar işlərin öyrənilməsi nəticəsində müəyyəm edilmişdir ki, bəzi məhkəmələr əməlin tövsif edildiyi maddənin sanksiyasında müəyyən fəaliyyətlə məşğul olunma hüququndan məhrumetmə növündə əlavə cəzaların mütləq qaydada nəzərdə tutulmasına baxmayaraq, bu məsələni hökmdə müzakirə etmədən, yəni konkret halda CM-nin 62-ci maddəsini tətbiq etmədən əsassız olaraq təqsirləndirilən şəxslər barəsində maddənin sanksiyasında nəzərdə tutlan əlavə cəzanı tətbiq etməmişlər. belə qanun pozğunluğuna üzuli rayon məhkəməsində Ə.ştüymurovun AR Cm-nin 263.1-ci maddəsi, H.Şükürovun Ar CM-nin 263.2-ci maddəsi, A.Zülfüqarovun AR CM-nin 263.1-ci maddəsi ilə itiahm olunmalarına dair cinayət işlərinə baxılarkən yol verilmişdir.

Azərbaycan Respublikasının yeni cinayət qanunvericiliyində cəzanı ağırlaşdıran halların dairəsində mühüm dəyişikliklər edilərək onların sayı və məzmunu genişləndirilmişdir. Qanunun tələbinə əsasən cəzanı yüngülləşdirən halların fərqli olaraq cəzanı ağırlaşdıran halların dairəsi ciddi olaraq qanunla məhdudlaşdırılmışdır. Ona görə də konkret cinayətə görə cəza təyin edilərkən qanunda nəzərdə tutulmayan hallar cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

Eyni zamanda Cinayət Məcəlləsinin xüsusi hissəinin müvafiq maddəində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.

Lakin bəzi məhkəmələr tərəfindən qanunun bu tələbi pozularaq cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar, cza təyin edilərkən təkrarən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilmişdir.

Məsələn, Tovuz rayon məhkəməsinin hökmü iıə S.Tağıyev AR CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, haqqında CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzası 1 il sınaq müddəti ilə cəza şərti hesab edilmişdir.

Həmin iş üzrə təqsirləndirilən şəxsin cinayəti qulluq borcunu yerinə yetirən şəxsə qarşı törətməsi onun təqsirləndirildiyi CM-nin 315.1-ci maddəsinin tərkibinin əlaməti kimi nəzərdə tutulduğu halda məhkəmə buna səhvən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirmişdir.

Gəlin dərdləşək !

Zaman təbib deyil, o sadəcə insanı kədərlə yaşamağa vərdiş etdirir…

Həbsimin səbəbi siyasi mövqeyimdir

12 Yanvar 2014 06:45, “AZADLIQ”

«Mən hansısa cinayət törətdiyimə və ya hansısa avtoqəzada təqsirim olduğuna görə həbs edilməmişəm»

Qurban Məmmədov

Əziz Həmvətənlər! Hörmətli bacı və qardaşlarım! Məhkəməm getdiyi, həbs olunduğum və ya mənə hökm oxunduğu günlərdə bəzi qəzetlərdə gedən məlumatlardan görürəm ki, 1998-ci ildə olduğu kimi, indi də mənim həbsim barədə dəqiq məlumat verilmir. Bu məlumatların bəzisi qəsdlə səhv verilsə də, bir çoxu məlumatsızlıqdan, dəqiq informasiyanın olmamasından qaynaqlanır.

Əziz dostlar! Hörmətli oxucu! Burada yazdıqlarımı başa düşmək üçün hüquqşünas, kriminalist olmağa ehtiyac yoxdur. Sağlam, vicdanlı və namuslu olmaq yetər.
Diqqət edin: hadisə mexanizmi dəqiq olmasa, ölçülər dəqiq və ya tam olmasa, rəy obyektiv və qanuni ola bilərmi?
Hadisədə 2-ci maşının iştirakını sübut edən dəlili isə yalnız 03 iyun 2013-cü ildə əldə etdim və 04 iyunda həbs ediləcəyimi əvvəlcədən bildiyimə görə, səhər-səhər “facebook”da bu barədə məlumat verib, həbsxana geyimində Nəsimi rayon prokurorluğuna getdim.
03 iyunda isə saat 23:00-dan sonra “Nissan Teana”nın sürücüsü X.Z.Bayramovla hadisə barədə telefonla 7 dəqiqə 23 saniyə danışıb, danışığımızı yazdım. Mən bunu müstəntiq M.Qiyasovun rəsmi razılığı ilə etdim. O buna niyə icazə verdi? Bu gün də bilmirəm. Ya vicdanı onu narahat etdi deyə, ya da mənim yalan danışdığıma həqiqətən inanıb belə bir sübut əldə edə biləcəyimə inanmadı deyə! Allah bilir!
Həmin telefon söhbətində Xanlar Bayramov etiraf etdi ki, maşınlar dəyib bir-birinə, zərərçəkmişin də ayağı iki maşının arasında qalıb. Bu telefon söhbəti internetə yerləşdiriləndən sonra, istintaqın bu faktı qəbul etməkdən başqa yolu qalmadı.

Hörmətli həmvətənlər! Başınızı çox ağrıdıb, vaxtınızı çox almayım.
Aralarında 1 mm məsafə olan iki predmet, iki maşın, iki nəsə, bir-birinə dəymiş hesab edilə bilərmi? Bəs 2 metr, 4 metr məsafədə necə?
Hakim Emin Mehdiyev, həm zərərçəkmiş və şahidlərin “maşınlar arasında 2-4 metr məsafə olması barədə” ifadələrini düz hesab edir, həm də maşınların bir-birinə dəyməsi barədə, həm X.Z.Bayramovun ifadəsini, həm də ekspertiza rəyini düz, mötəbər hesab edir.
Məhkəmədə ifadə verən yol nəqliyyat hadisələri üzrə ekspert Polad Ismayılov qəti olaraq bildirdi ki, ittiham tərəfinin çəkdiyi sxemlər, topladığı materiallar, eləcə də zərərçəkmiş və şahidlərin ifadələrində təsvir etdikləri hadisə mexanizmində Qurban Məmmədovun maşınının, həm zərərçəkmişin ayağının üstündən keçməsi, həm də ondan 1 metr sonra “Nissan Teana”nın arxa sağ qanadına dəyməsi mümkün deyil və tam istisna edilir. Çünki həmin mexanizmlərdə maşınlar arasında ən azı 1,34 metr məsafə var.
Bir sözlə, mənə böhtan atıldığı istintaqın özünün topladığı materiallarla tam sübut edilib.
Ancaq məqsəd Qurban Məmmədovu susdurmaq idi, əsl təqsirkarı tapmaq yox.

Mənə qarşı prokuror Elçin Nağıyevin ən tutarlı dəlili isə zərərçəkmişi xəstəxanaya aparmağım və ona maddi yardım göstərməyimdir.
Əvvəla, təbiidir ki, hər kəs gördüyü faktı, hadisəni öz şəxsi dünyagörüşünə, səviyyəsinə, ailə tərbiyəsinə və əxlaqına görə dəyərləndirir.
Ikincisi isə, mən ibtidai istintaqda verdiyim ilk izahatımda göstərdiyimi sizə də çatdırmaq istəyirəm.

1.Zərərçəkmişə tibbi yardım göstərmək, onu xəstəxanaya aparmaq hər bir sürücünün, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 15-ci bəndində və 4-cü hissəsinin 2-ci bəndində nəzərdə tutulan vəzifəsi və insanlıq bocudur. Həm də qanunda deyilmir ki, qəzanı yalnız sən törədibsənsə aparmalısan. Istənilən qəzada tibbi yardıma ehtiyacı olan vətəndaşlara yardım etmək sürücünün vəzifəsidir.

2.Hadisə anında “Nissan Teana”nın sürücüsü guya mənim maşınımın arxaya hərəkət etdiyini görüb maşınını saxladığını mənə bildirmişdi. Məhkəmədə isə hadisə yerində maşınını niyə saxlamasını heç bir ağlabatan məntiqlə izah edə bilmədi. O, hadisə yerindən çıxıb gedəndən sonra, mən ayağını qucaqlayıb yerdə zarıya-zarıya qalan adamı xəstəxanaya aparmalı deyildimmi?

3.Mən hadisədə özümün də təqsirli olub-olmadığıma tam əmin deyildim və araşdırmanın nəticələrini gözləməli idim. Çünki 2-ci maşın çıxıb getmişdi və nəzarət kameralarının çəkilişlərini əldə edə bilmirdim.

4.Zərərçəkmiş ikinci maşının tapılmadığını, ortaya çıxmadığını və ona məndən başqa yardım edə biləcək adamın olamadığını görüb, hadisə barədə mənə hərdən bir versiya deyirdi. Mən isə tutarlı sübut əldə edənə qədər ona inanmağa və ya özümü inanmış kimi göstərməyə məcbur idim. Zərərçəkmiş 2-ci maşının onu vurub mənim maşınıma sıxdığını, kasıb olduğunu, bir körpə qızı olduğunu, köməyə ehtiyacı olduğunu və məni 10-cu cəzaçəkmə müəssisəsindən tanıdığını deyəndə, mən ona bildirdim ki, ona zəruri köməyi göstərəcəyəm, narahat olmasın. Araşdırma nəticəsində günah məndə olsa, verdiyim pul halal xoşu olsun, yox, günah 2-ci maşında olsa, mən reqres iddiası yolu ilə pulumu o maşının sürücüsündən alacağam.

5.Təsəvvür edin ki, 2-ci maşın hadisə yerini tərk edib, mən də zərərçəkmişi vaxtında xəstəxanaya çatdırmamışam, o da qanaxmadan hadisə yerindəcə ölüb. Görün bu halda “dostlarımız” nələr edərdi?

6.Mən zərərçəkmişə zəruri yardım etdim. Onu pulla ələ almaq fikrim olmuşdusa, ona istədiyini sonadək verərdim. 20 PB-nin keçmiş rəisi Sahib Babayev mənə bildirəndə ki, onlarda dəqiq məlumat var, P.Abbasovun ayağı iki maşının arasında qalıb, ondan sonra da mən P.Abbasova yardım edirdim.
15 dekabr 2012-ci ildə, birdən-birə P.Abbasov mənim özümü inandırmağa çalışdı ki, ona başqa maşın dəyməyib, mənim maşınım onu vurub. Onda mən dərhal müstəntiqə mesaj yazıb tələb etmişəm ki, zərərçəkmişi yenidən dindirib obyektiv araşdırma aparsınlar.

Bu, həmin vaxtlar idi ki, mən müxalifətin yeganə səsi olan “Azərbaycan saatı” verilişində ölkədəki haqsızlıqlar əleyhinə tənqidi çıxışlar edir, “Obyektiv TV”də jurnalist Tapdıq bəylə müsahibədə hakimiyyətin “aministiya aktı”nı ifşa edir, “Kanal-13″də Aynur Imranqızı ilə müsahibədə total rüşvətxorluq və korrupsiyadan danışır və ”Azadlıq”, “Reytinq” və s. qəzetlərdə rejimin əleyhinə tənqidi müsahibələr verirdim. Məhkəmədə “Son söz”ümdə qeyd etdiyim kimi, siyasi rəqiblərinin tövlələrinin axurunda silah, din xadimlərinin cibində narkotik tapan, müxalifət nümayəndələrinin yataq səhnələrini gizlincə çəkib dünyaya göstərən, “dostlarımın” da içində olduğu bu “çətə” niyə məni ifşa etmək üçün, dövlətin vəsaiti hesabına quraşdırılmış nəzarət kameralarının çəkilişlərini ortaya çıxarmır?
Çünki mən hansısa qəzada təqsirim olduğuna görə yox, rüşvət, korrupsiya və monopoliya siyasətinə qarşı çıxdığım üçün, siyasi mövqeyimə görə həbs edilmişəm – girov götürülmüşəm. Xalqım bilməlidir. Mən və bütün siyasi məhbuslar faktiki olaraq girovluqdayıq. Bütün məsuliyyət də ölkə rəhbərinin üzərindədir. Çünki bu olanlardan Ilham Əliyevin xəbərsiz olduğuna inanacaq qədər sadəlövh deyiləm.
Hüquqşünas olmayanlar hüquqşünaslardan soruşsunlar:

1.Azərbaycan tarixində bu günədək CM-nin 263.1-1-ci maddəsi ilə məndən başqa kiminsə haqqında həbs qətimkan tədbiri seçilibmi? Ikinci maddə mənə həbsimin 3-cü ayında verilib.

2.Mənə ittiham elan edilmiş CM-nin 263.1-1-ci və 299.1-ci maddələrin hansındasa “ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli 3 il azadlıqdan məhrum etmə cəzası” nəzərdə tutulubmu? CM-nin 263.1-1-ci maddəsində 3 ilə qədər məntəqə tipli cəza (CM-nin 56.1.1-ci maddəsi), 299.1-ci maddəsində isə maksimum 6 ayadək ümumi rejimli cəza nəzərdə tutulub (CM-nin 56.1.2-ci maddəsi).

3.CM-nin hansı maddəsində nəzərdə tutulub ki, 6 ay ümumi rejimli cəza ilə 3 və ya 5 il məntəqə tipli cəza birləşdiriləndə, məntəqə tiplinin – müddəti, ümumi rejimlinin isə – rejimi götürülməklə, yekun cəza verilir? Belə bir maddə Cinayət Məcəlləsinə daxil edilibmi?
Əziz həmvətənlər… Tutaq ki, mən həqiqətən həmin qəzanın baş verməsində təqsirkaram və təqsirim məhkəmə istintaqı ilə tam sübuta yetirilib. Mənə verilən cəzanın maksimum həddi nə qədər ola bilər? CM-nin 60-cı maddəsinə əsasən, “bu Məcəllənin: 59.1.10-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin 3/4-dən artıq ola bilməz”.

CM-nin 59.1.10-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan birincisi “cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi”dir. Hesab edək ki, həmin maddədə göstərilmiş: “cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi” kimi yüngülləşdirici halları ittiham tərəfi nəzərə almır və onları zərərçəkmişin yalan ifadə verməsi üçün ələ alma cəhdi kimi qiymətləndirir və mənə qarşı CM-nin 299.1-ci maddəsi ilə ittiham vermək üçün istifadə edir. Bəs, “tibbi yardım göstərmək” necə olsun? Əgər bu gün mənim bu hərəkətim də “zərərçəkmişi ələ almaq” kimi qiymətləndirilirsə, bundan sonra hansı sürücü zərərçəkmişə tibbi yardım göstərər, onu xəstəxanaya çatdırar? Təbii ki, tibbi yardım göstərməyimi ittiham tərəfi dana bilmir və bunu etmək imkanında da deyil. Çünki ortada mötəbər sübutlar var. Onda niyə bəs CM-nin 60-cı maddəsinin tələblərinə əməl edilmir? Məhkəmə əgər CM-nin 263.1-1-ci maddəsini daha ciddi cəza hesab edirsə və CM-nin 299.1-ci maddəsini həmin maddə ilə əhatə edirsə, onda mənə maksimum 2 il 3 ay azadlıqdan məhrum etmə cəzası verilə bilərdi, 3 il yox.

Ancaq mənim siyasi mövqeyimdən qəzəblənən bu adamların kindən, nifrətdən gözləri kor olub, qanunları da açıq şəkildə taptalamaqdan çəkinmirlər.
Bunu qeyd etməklə demək istəmirəm ki, mənə ağır cəza verilib və 2 il 3 ay verilsəydi qanuni olardı. Qətiyyən. “Dostlarımız”ın həyasızlığını, özümün də siyasi məhbus olduğumu sübut etmək üçün bunu Sizin diqqətinizə çatdırıram. Təqsirsiz adam üçün cəzanın 1 günlə 10 ilinin fərqi yoxdur. Istənilən halda qanunsuzdur.

Hörmətli oxucu! Dəyərli həmvətənlər!

Bütün bu qanunsuzluqlar mənim siyasi məhbus olduğumu bir mənalı olaraq sübut edir. Onu da bilməyinizi istəyirəm ki, mənə və başqa siyasi məhbuslara qarşı ona görə belə açıq, həyasızcasına qanunsuzluqlar edilir ki, əslində bununla sizə, başqa vətəndaşlarımıza, xüsusilə də, gənclərə mesaj verilir: “baxın, bizim üçün qanun yoxdur, hüquqşünas Qurban Məmmədova qarşı, ilahiyyatçı Tale Bağırzadəyə, hadisədən sonra Ismayıllıya getmiş Ilqar Məmmədov və Tofiq Yaqubluya, günahları sadəcə sözün düzünü yazmaq olan Əvəz Zeynallı və Sərdar Əlibəyliyə və onlarla gühahsız gəncə bu qanunsuzluqları, bu zalımlıqları ediriksə, gör sizə nə edərik!”.
Məqsəd sizi, cəmiyyəti xofda saxlamaq, qorxutmaq, öz cinayətkar əməllərini arxayın bir şəkildə davam etdirməyə imkan verən şərait yaratmaqdır.

“Qorxaq min dəfə ölər” – deyib atalarımız. Indiki rəzil həyata dözməkdəndirsə, siyasi məhbus kimi zindanlarda mücadilə vermək daha şərəflidir. Qorxudan xilasın yolu var: qorxunun üstünə getmək, onu qucaqlama, eyniləşmək.
Mən sizi şərəfli həyata səsləyirəm! Allah xalqımıza kömək olsun! Amin.

11.10.2013

Əziz Həmvətənlər! Hörmətli bacı və qardaşlarım! Məhkəməm getdiyi, həbs olunduğum və ya mənə hökm oxunduğu günlərdə bəzi qəzetlərdə gedən məlumatlardan görürəm ki, 1998-ci ildə olduğu kimi, indi də mənim həbsim barədə dəqiq məlumat verilmir. Bu məlumatların bəzisi qəsdlə səhv verilsə də, bir çoxu məlumatsızlıqdan, dəqiq informasiyanın olmamasından qaynaqlanır.

Tam məsuliyyətim və səmimiyyətimlə bəyan edirəm: mən hansısa cinayət törətdiyimə və ya hansısa avtoqəzada təqsirim olduğuna görə həbs edilməmişəm.

Həbsimin səbəbi siyasi mövqeyim, haqsız və ədalətsiz davranan sistemə, dövlətimizi, vətənimizi, millətimizi sevməyən zehniyyətə-anlayışa qarşı dözümsüzlüyümdür.

Mən ölkədə total rüşvətxorluq, korrupsiya və monopoliya piramidası yaradan, məhkəmə, qanunverici və icraedici orqanın içinə sızaraq ələ keçirən, vətənimizi və millətimizi təhdid altında saxlayan, dövlətçiliyimizə zərər vuran və baş aşağılığı gətirən bir “ÇƏTƏ”yə loyallıq göstərə bilmərəm. Bu, mənim aldığım ailə və məktəb tərbiyəsinə, siyasi dünya görüşümün və siyasi əxlaqımın formalaşmasında müstəsna rolu olan Elçibəy əxlaqına ziddir. Ali iradə və sağlam məmurlarımız bu “çətə”dən qurtula bilmədikləri üçün xalqla onların arasında uçurumlar yaranıb. Ictimai barışıq bizə mütləq şərtdir. Bunun yolu da təmizlənməkdən, paklaşmaqdan keçir. Mənim və mənim kimi haqsız yerə uydurma metodlarla tutulanların həbsini istəyən və həbs elətdirən də məhz bu “çətə”dir.

“Çətə” ali iradəni, cəmiyyəti, beynəlxalq aləmi bizlər haqqında yanlış məlumatlandırır, yönləndirir… Bizlər haqsızlığı, ədalətsizliyi, rüşvətxorluğu, monopoliyanı və s. tənqid ediriksə, qəbul etmiriksə, baş qaldırırıqsa, bunları “xain, qeyri-milli ünsür, düşmən…” olduğumuz üçün etmirik, dövlətimizi, vətənimizi, millətimizi çox sevdiyimiz üçün edirik.

Vaxtilə duz-çörək kasdiklərim, yoldaşlıq etdiklərim belə qorxaraq, imtina edə bilməyərək mənim istintaqımı aparır, zərərçəkmişin adından “Qurban Məmmədov məni ölümlə təhdid edir” məzmunlu yalandan şikayət ərizəsi yazır, Milli Məclisə yalan teleqram göndərir (məhkəmədə zərərçəkmiş bu yalan ittihamı bilmədən ifşa etdi), məhkəmədən haqqımda həbs qətimkan tədbiri seçilməsini tələb edir və mənim haqqımda başdan-ayağa uydurma bir ittiham hazırlayaraq altına qol çəkirsə, başqalarından nə gözləyim. Bir vaxtlar, “müxalifətdəki yeganə dostum Qurban Məmmədovdur” deyən, ən ali postlarda oturan “dostlarım” uğradığım haqsızlığa gözünü, qulağını, dilini, hətta ağlını bağlaya bilirsə, başqalarından nə gözləyim.

Bəli, bir vətəndaşımızın ayağının sınmasında mənim idarə etdiyim avtomaşının da iştirakı olub. Hadisə 27 sentyabr 2012-ci ildə Vaqif prospekti 9 ünvanında yerləşən “Medikal Plaza” klinikasının qarşısında baş vermişdi. Ancaq qəzanın baş verməsində, mənim maşınımın arxaya hərəkət edərək parklanması üçün əmrlər verən “stoyanşik”in – “parklanma işini həyəta keçirən” həmin şəxsin ayağının sınmasında mənim heç bir təqsirim olmayıb və 1 il 3 ay davam edən istintaq və məhkəmə prosesində mənim təqsirim sübuta yetirilməyib.

Təqsir isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin (DMNX) rəisi Yusifov Cavanşir Əmiralı oğlunun 10 AA 737 dövlət nömrə nişanlı “Nissan Teana” markalı xidməti avtomaşınının sürücüsü Bayramov Xanlar Zaman oğlunda, yaxud da, məni səhv əmrləri ilə yanlış yönləndirən “stoyanşik”in özündə olub. Bu, ibtidai istintaqda və məhkəmə prosesində toplanmış və araşdırılmış mötəbər sübutlarla artıq öz təsdiqini tapıb.

Hadisəni məhz 20-ci PB-nin “çətə”yə məruzə etməsi ilə sonrakı “proses” başlayıb. Daha sonra, “siz istintaqı lazımi şəkildə aparın, gedişata görə istifadə edə biləcəyimiz səviyyəyə gətirin” təlimatı verilir. Gedişat və konyunktura istintaqın sürətləndirilməsi və qarışıqlaşdırılması zərurətini ortaya çıxarır… nəticə bəllidir.

Hadisənin baş verdiyi yerin 3-4 metrliyində (TŞ3-098 saylı fırlanan) kamera (quraşdırılıb və hadisə anında işlək vəziyyətdə) olub.

Siz necə fikirləşirsiniz: siyasi rəqiblərinin yataq səhnələrini heç bir abır-həya, heç bir əxlaq və dəyər gözləmədən, gizlincə çəkib teleefir vasitəsi ilə millətə nümayiş etdirənlər, mənim təqsirimi sübut edə biləcək belə bir qanuni çəkilişi efirlərə verməzdimi, gündə 10-15 dəfə müxtəlif kanallarda fırladıb məni ifşa etməzdilərmi?

Mən istintaqın birinci günündən klinikaya oğlumun əməliyyat edilməsi üçün gəldiyimi bildirmişəm. Əməliyyat saat 13:00-da olmalı idi və olub. Biz əməliyyatdan 20-30 dəqiqə əvvəl gəlmişdik. Deməli, istintaq ən azı oğlumun əməliyyat vaxtını klinikadan öyrənib hadisənin dəqiq və ya 10-15 dəqiqə o tərəf-bu tərəfə, təqribi vaxtını müəyyənləşdirə bilərdi. Həmin nəzarət kamerasının çəkilişlərini təkzibedilməz sübut kimi mənim əleyhimə istifadə edə bilərdi. Bəs niyə bunu etmirlər?

Çünki texnika bəzi insanlar kimi rüşvət ala bilmir, vicdanını və namusunu satmır.

Elə klinikanın girişində quraşdırılmış və hadisə yerini tam öz fokus məsafəsində saxlayan kameraların da çəkilişlərindən əsl həqiqəti müəyyən etmək olardı.

Görünür, nəzarət kameralarının çəkilişlərinin məqsədlərinə yaramadığını görən “çətə” nökərləri sübutları saxtalaşdırmaq yolunu tutublar.

Hadisə vaxtını yox, hadisədən sonra, yəni 13:30-15:30 radələrinin çəkilişlərini alıb dedilər ki, hadisə anı düşməyib, guya kameranın qarşısını ağac kəsib(. ).

Həmin çəkilişi mənim qanuni yolla əldə etmək imkanımın olmadığını bilən, deməli, hadisəni ikinci bir maşının törətdiyini sübut edə bilməyəcəyimə arxayın olan “ittiham tərəfi” ibtidai istintaqın 3-cü ayından başlayaraq, əvvəllər 1 dəfə qətl hadisəsinə, 1 dəfə narkotik qəbul etdiyinə, 1 dəfə də narkotik satdığına görə məhkum edilmiş, buna görə də polis orqanlarının əlində istənilən vaxt şantaj alətinə çevrilə biləcək zərərçəkmişin vasitəsi ilə saxta hadisə mexanizmi uydurmağa başladılar: “hadisədə 2-ci bir maşın iştirak etməyib, heç bir maşın arxadan gələrək mənim maşınımın sol qabaq qanadına dəyməyib və ümumiyyətlə, zərərçəkmişə heç bir maşın toxunmayıb, zərərçəkmiş hətta yerə yıxılandan sonra belə heç bir maşına təmas etməyib”.

22 dekabr 2012-ci ildə verdiyi ifadəsində zərərçəkmiş Abbasov Pərviz Imran oğlu göstərir ki, ikinci maşınla mənim maşınımın arasında 3-4 metr məsafə olub, hətta etiraf edir: “maşınlar yaxın olsaydı, Qurban Məmmədovun maşınının qabaq sol qanadı ilə o maşının qabaq sağ qanadı toqquşardı”.

Həqiqətdə də hadisə elə belə olub. Həmin maşın öz qabaq sağ qanadı (bəlkə də təkəri) ilə zərərçəkmişi mənim maşınımın qabaq sol təkərinə sıxaraq xəsarət yetirib.

Ancaq bəzilərinə (“şah”a xidmət bəhanəsi ilə) əsl təqsirkar yox, əllərinə göydən düşən bu fürsəti dəyərləndirməklə Qurban Məmmədovu susdurmaq lazım idi. Bu oyunda təəssüf ki, vaxtilə duz-çörək kəsdiyim bəzi “dost”larım da, onlara tapşırılan vəzifəni layiqincə icra edərək, iştirak etdilər. Yenə sağ olsunlar ki, Tale Bağırzadədə olduğu kimi narkotiklə şərləmək, Əvəz Zeynallı, Sərdar Əlibəyliyə qarşı olduğu kimi ağlagəlməz oyunlar düşünməyiblər.

Uydurduqları versiyanın sübut bazasını bərkitmək üçün hadisədən 5 ay sonra, 1 gündə 3 nəfər də yalançı şahid düzəltdilər: Hüseynov Rəhbər Qubad oğlu (o da “Ağçiçəyim” gül dükanının qarşısında “stoyanşik”dir), Mansurov Isa Mürsəl oğlu (əvvəl məhkəmədən şəxsiyyətini gizlədib Azərbaycanda heç vaxt işləmədiyini desə də, Ali Məhkəmənin 29 iyul 2008-ci il tarixli qərarı ilə sübut etdim ki, bu adam 20-ci Polis Bölməsinin sahə müvəkkili işləyib və 2008-ci ildə təqaüdə çıxandan sonra yalançı şahid, hal şahidi rolunda istifadə edilir) və Abdullayev Seymur Siyasət oğlu.

Hər 3 şahidin dili ilə istintaq sübut etməyə çalışdı ki, 2-ci maşınla mənim maşınımın arasında ən azı 2, ən çoxu 4 metr məsafə olub. Deməli, o maşın nə mənim maşınıma, nə də zərərçəkmişə dəyə bilməzdi.

Bağışlayın və üzrlü hesab edin ki, öz şəxsi işimlə bağlı sizin qiymətli vaxtınızı alıram. Ancaq nəzərə alın ki, bu qanunsuzluq hər birinizə qarşı və hər an ola bilər. Təcrübə toplamaq və anında hazır olmaq üçün bu iyrənc, qanunsuz hərəkətlərin quraşdırılma mexanizmi barədə məlumatlı olmanızda fayda var.

Bu adamlar cəzasız qalacaqlarına o qədər əmindirlər ki, maşınların bir-birinə dəyməsi faktını ibtidai-istintaqın sonunda da olsa, qəbul etməyə məcbur olsalar da və bu faktı 2-ci maşının sürücüsü etiraf etsə də, keçmiş polis işçisi olmuş Isa Mansurov həyasızcasına və gülə-gülə məhkəmədə bildirdi ki, maşınlar arasında məsafə 4 metr olub, yəni onlar bir-birinə dəyməyib və zərərçəkmişin ayağının üstündən Qurban Məmmədovun maşınının qabaq təkəri hellənərək keçəndə o şəxsən öz gözləri ilə görüb. Budur Azərbaycan polisinin əxlaqı (yaxşılar məni bağışlasın). Ondan da böyük həyasızlığı hakim Emin Mehdiyev və dövlət ittihamçısı Elçin Nağıyev edərək onun bu ifadəsini mötəbər sübut hesab etdilər.

Qəzada ikinci maşının iştirakını sübut etməkdə tək qalmışdım. Həmin maşın hadisə yerini tərk edib getmiş, hadisə barədə polisə xəbər verməmiş, kimliyini mənə bildirməmişdi və istintaq onu tapmaqda maraqlı deyildi.

Ancaq həmin maşının sürücüsünün telefon nömrəsini bilirdim. Haradan? Hadisə yerini tərk edib, “müdir apardığını” deyəndə (mən maşının arxa sağ oturacağında əyləşmiş Cavanşir Yusifovu tanımışdım) və məni inandıranda ki, guya, mən “stoyanşik”in əmri ilə maşını arxaya hərəkət etdirəndə o görüb və dayanıb, onda mən dərhal öz telefon nömrəmi ona verib demişdim ki, “eyb etməz, araşdırılar, günah məndə olsa, sizə dəyən zərəri də ödəyərəm”. Həmin gün o mənə zəng etməsəydi, onu heç bu günədək də tapa bilməzdim, çünki nə maşınının nömrəsinə fikir vermişdim, nə telefon nömrəsini bilirdim.

Ancaq Cavanşir Yusifov vasitəsilə tapa bilərdim. Hətta polisə də onun adını verə bilərdim ki, C.Yusifovun xidməti maşınıdır. Ancaq bir hüquqşünas kimi hansı qüvvələrlə üz-üzə gəldiyimə və onların əxlaqına yaxşı bələd idim. Əldə ciddi sübut olmadıqca mən həmin maşın barədə dəqiq bir söz demədim və istintaqın birinci günündən tələb etdim ki, nəzarət kameralarının çəkilişləri tələb edilsin, baxılsın. Texnika olan yerdə insanın şahidliyinə ehtiyac yoxdur.

Mənim ciddi sübutlara sahib olmadığıma əmin olan rəqib, 2013-cü ilin 20 aprelində, müstəntiq Miraqil Qiyasovun uydurduğu hadisə mexanizmi əsasında yol-nəqliyyat hadisələri ekspertizası təyin etdi və rəy aldı ki, “piyada” (. ) Pərviz Abbasova xəsarət yetirilməsində mən günahkaram. Ancaq həmin qərarda göstərilməyib ki, zərərçəkmişin ayağı sınmaqla bərabər, həm də maşınlar toqquşub və hətta “Nissan Teana”nın arxa sağ qanadında (əslində bu da yalandır, çünki maşınların qabaq tərəfləri dəymişdi) zədə var. Başqa sözlə, hüquqi dildə ifadə etsək, qərarda hadisənin başvermə mexanizmi və hadisə yerinin ölçüləri ekpertizaya düz və tam təqdim edilməyib. O vaxt bunu edə də bilməzdilər, çünki mən hələ istintaqa maşının hadisədə iştirakını təsdiq edən sübut təqdim etməmişdim və istintaq özü də bunu müəyyənləşdirməmişdi. Ancaq məhz həmin qərar əsasında alınmış rəyə əsaslanaraq, 30 may 2013-cü ildə mənə CM-nin 263.1-1-ci maddəsi ilə ittiham verildi. Bütün şahid ifadələri və zərərçəkmişin ifadələri də elə həmin hadisə mexanizminə uyğunlaşdırılmışdı. Yəni hadisədə 2-ci maşın iştirak etməyib, mən maşınımı arxaya hərəkət etdirərkən “piyada”nı (. ) unudub vurmuşam.

4,237 dəfə ümumi oxunub, 2 dəfəsi bu günə aiddir.

Cm-in 263.1-ci maddəsi hökm

Kürdəmir prokurorluğu məhkəmənin qərarını niyə icra etmir-ŞİKAYƏT

Məhkəmə öz qərarını Azərbaycan dövlətinin adından çıxarır. Və bu qərarın diğər inzibati orqanlar, vəzifəli şəxslər, yaxud vətəndaşlar tərəfindən icrası mütləqdir. Lakin bəzi hallarda bu icra olunmur. Redaksiyamıza şikayət ünvanlayan, Kürdəmir şəhəri, A.Mustafayev küçəsi, ev 25 ünvanında yaşayan Həsənov Vidadi Seyidağa oğlu bildirir ki, Kürdəmir rayon Prokurorluğu Şirvan Apellyasiya Məhkəməsinin qərarının icra etmir. Şikayətçi KİV vasitəsilə prezident İlham Əliyevə və baş prokuror Zakir Qaralova müraciət yayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli Azərbaycan Respublikasının Prezidenti.
Hörmətli Azərbaycan Respublikasının Baş Prokuroru.

Şirvan Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərarıyla, mənim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işinə xitam verilmiş və barəmdə Kürdəmir Rayon Məhkəməsinin 06 fevral , 2019-cu il tarixli 1(041)-18/2019 saylı qərarı ləğv edilmiş, mənim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə əməlimdə cinayət tərkibinin olmaması ilə bəraət verilmiş, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən yol nəqliyyat hadisəsinin digər iştirakçısı olan “Hyundai Sonata” markalı, 33 BD 360 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Abasov Əlihəsən İftixar oğlunun yol nəqliyyat hadisəsində təqsirliliyi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kürdəmir rayon Prokrorluğuna göndərilməsini Hökm etmişdir.

Hörmətli Azərbaycan Respublikasının Prezidenti.

Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 10 dekabr, 2019-cu il tarixli Hökmünün çıxmasından 2 ay 15 gün keçməsinə baxmayaraq, Kürdəmir rayon prokurorluğu Şirvan Apellyasiya Məhkəməsininin göndərdiyi hökmə əhəmiyyət vermir. Heç bir hərəkət etmir və heç bir araşdırma aparmır. Mən dəfələrlə Kürdəmir Rayon Prokurorluğuna gedərək hökmün icrası ilə maraqlansam da, mənə heç bir cavab verilmir və belə olan halda görünür ki, Kürdəmir Rayon Prokurorluğu mənim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham verdiyi cinayət işini təzədən araşdırmaq istəmir və avtoqəza törətmiş Qasımov Gündüz Qəşəm oğlunu bu və ya digər yolla məsuliyyətdən kənarda qoymaq istəyir.

Hörmətli Azərbaycan Respublikasının Prezidenti.

İşin faktiki halları barədə bildirim ki, mənə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki,istintaq orqanının və birinci instansiya məhkəməsinin qənaətinə görə mən, 31 avqust 2018-ci il tarixdə saat 20:00 radələrində, qeydiyyat şəhadətnaməsi Həsənova Rəna Seyidağa qızının adına olmaqla, etibarnamə ilə idarə etdiyim VAZ 21154 markalı, 50 CC 783 dövlət qeydiyyat nişanlı avtomaşınla Kürdəmir şəhəri, Bakı prospekti ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 3-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin. 1-ci bəndinin tələblərini pozaraq, yəni eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməli və yaşayış məntəqələri daxilində saatda 60 klometrdən çox olmayan sürətlə, yaşayış zonalarında və həyət ərazilərindəosə 20 klometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, həmin vaxt yolun sağ tərəfində yerləşən Kürdəmir Süd Emalı Zavodunun qarşısından çıxaraq əks istiqamətində dönmə hərəkəti edən qeydiyyat şəhadətnaməsi Abasov Ali İftixar oğlunun adına olmaqla, Abasov Əlihəsən İftixar oğlunun etibarnamə ilə idarə etdiyi “Hyundai Sonata” markalı, 33 BD 360 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq, ehtiyatsızlıqdan törətdiyim yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı avtomaşının sürücüsü Əlihəsən Abasova alın nahiyəsinin və sol saidin sıyrıqları kimi dırəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər vurmuşam və idarə etdiyi avtomaşında olmuş sərnişin Qasımov Gündüz Qasım oğlu isə, sağ said sümüklərinin aşağı üçdə bir hissəinin qapalı yerdəyişmə sınığı, sağdan V soldan İİ qabırğanın qapalı sınığı, sağ qaşarası nahiyəsinin sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbən olan sağlamlığa az ağır zərərvurma xəsarəti almış,”Hyundai Sonata” markalı, 33 BD 360 dövlət qeydiyyat nişanlı avtomaşına isə ümumilikdə 7140 (yeddi min yüz qırx)manat maddi ziyan dəymişdir.
Kürdəmir Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli Hökmündən narazı qaldığım üçün həmin hökmdən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiysa şikayəti verərək şikayətində göstərmişəm ki, Kürdəmir Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qərarı işin faktiki halları ətraflı araşdırılmadan çıxarılmışdır. Mən latın qrafikası ilə yazıb oxumağı bacarmadığım halda işə aid olan bütün sənədlər mənə mütəxəsis dəvət edilmədən imzalandırılmışdır. Məhkəmə prosesi zamanı mənə məlum olmuşdur ki, yol nəqliyyat hadisəsi zamanı idarə etdiyim avtomobilin hərəkət sürəti mənim izahatında 75 km/saat, Qasımov Gündüz Qasım oğlunun izahatında 100 km.saat göstərilmişdir. Proses zamanı Qasımov Gündüz Qasım oğlu həyacanlı olduğundan əvvəl sürətin 100 km.saat olduğunu səhvən dediyini göstərmiş, həqiqətən sürəti saatda 75 klometr olduğunu bildirmişdir. Lakin bu qərarda öz əksini tapmamışdır. Əslində mənim idarə etdiyim avtomobilin sürəti 60 klometr saat olmuşdur. Bu faktı yol nəqliyyat hadisəsi zamanı mənim sərnişinim olmuş Qasımov Gündüz Qasım oğlu təsdiq edə bilər. İşin istintaqı zamanı keçirilmiş yol nəqliyyat hadisələri ekspertizası tərəfindən verilmiş elspert rəyi işin hallarına uyğun deyil. Ekspertə işin halları və hadisənin mexanişmi barədə düzgün məlumat verilməmişdir. İş üzrə rəy vermiş müstəqil ekspertin rəyi işin hallarına uyğun olmuş, bu rəylə hadisənin Hyunday markalı avtomobilin sürücüsü Abasov Əlihəsən İftixar oğlunun təqsiri üzündən baş verdiyi müəyyən edilmişdir. Kürdəmir rayon məhkəməsində onun hüquqlarını müdafiə edən vəkil işin hallarının müəyyən edilməsinə yönəlmiş çoxsaylı vəsadətlər versə də, heç bir vəsatət edilməmişdir.Avtomobil yolları Dövlət Agentliyi tərəfindən yol nəqliyyat hadisəsi baş vermiş yolla bağlı məlumat məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Həmin arayışdan görünür ki, onun hərəkətdə olduğu yol baş yol, digər avtomobilin hərəkət etdiyi yol isə baş yola bitişik ərazi olmuşdur. Mən qeyd edilənlərə istinad edərək Kürdəmir rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və barəmdə bəraət hökmü çıxarılmasını xahiş etmişəm.
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl Həmid oğlunun sədrliyi ilə) 10 dekabr 2019-cun il tarixli (iş -1(106)-229/2019) Hökmü ilə Həşimov Vidadi Seyidağa oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işinə xitam verilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli 1(0410 saylı qərarı ləğv edilərək, Həşimov Vidadi Seyidağa oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması ilə bəraət verilməsinə, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən yol nəqliyyat hadisəsinin digər iştirakçısı olan “Hyundai Sonata” markalı, 33 BD 360 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Abasov Əlihəsən İftixar oğlunun yol nəqliyyat hadisəsinin baş verməsində təqsirliliyi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kürdəmir rayon Prokurorluğuna göndərilməsi barədə hökm çıxarmışdır.

Hörmətli Azərbaycan Respublikasının Prezidenti.
Yuxarıda qeyd etdiyim ki, Şirvan Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli Hökmünün Kürdəmir Rayon Prokurorluğuna göndərilməsində 2 ay 15 gün keçməsinə baxmayaraq, Kürdəmir Rayon Prokurorluğu heş bir hərəkət etmir, təqsirli şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması üçün tədbir görmür.
Onuda qeyd edim ki, məni Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinməyim barədə ittiham aktını Kürdəmir Rayon Prokuroru təsdiq edib məhkəməyə göndərmişdir.Buna görə hesab edirəm ki, Kürdəmiçr Rayon Prokurorluğu çalışır ki, Abbasov Əlihəsən İftixar oğlu məsuliyyətdən kənarda qalsın.

Hörmətli Azərbaycan Respublikasının Prezidenti.

Sizə müraciət edərək Xahiş edirəm, göstərdiklərimi nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəmısinin 10 dekabr 2019-cu il tarixli Qərarının Kürdəmir Rayon Prokurorluğunda araşdırılaraq qanuna müvafiq tədbir görülməsi barədə əlaqədar şəxslərə göstəriş verəsiniz.

Ərizəyə Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10.12.2019-cu il tarixli Qərarın
Surətini və digər sənədlərin surətini əlvə edirəm.

Həşimov Vidadai Seyidağa oğlu.”

Comments are closed, but trackbacks and pingbacks are open.