Press "Enter" to skip to content

O CİNAYƏTİ NAHAQDAN TÖRƏTMƏMİŞDİM – Lamiyə DANIŞDI – VİDEOLAR- FOTOLAR

Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur:

Cm-in 317-1-ci maddəsi hökm

Azərbaycan Respublikası adından

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Fikrət Babayev (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Mübariz Zeynalovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,

mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim F.Babayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 313-1.1-ci maddəsinə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 306.1-ci maddəsinin şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmişdir.

Müraciətdə göstərilir ki, E.Həbibov və C.Vəliyev N.Məmmədova 13200 manat məbləğində pulun ödənilməsinə dair Quba rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 26 may 2006-cı il tarixli qətnaməsini üzürsüz səbəbdən icra etmədiklərinə və məhkəmə icraçısının qanuni tələblərini yerinə yetirmədiklərinə görə həmin məhkəmənin 9 aprel 2010-cu il tarixli qərarına əsasən İXM-in 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək barələrində 30 (otuz) manat inzibati cərimə tətbiq edilmişdir. Qətnamənin icrası üçün yeni müddət verilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə aktını qərəzli olaraq icra etmədiklərinə görə Quba rayon məhkəməsinin 23 fevral 2012-ci il tarixli hökmü ilə CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər.

Hökmdən verilmiş apellyasiya şikayətində məhkumların əməllərində cinayət tərkibinin olmaması, Quba rayon məhkəməsinin 26 may 2006-cı il tarixli qətnaməsini qərəzli olaraq icra etməmələrinin və qətnamənin icrasına maneçilik törətmələrinin sübuta yetirilməməsi əsası ilə onlara bəraət verilməsi xahiş edilmişdir.

Müraciətdə qeyd olunur ki, İXM-in 313-1.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki, hüquqi və vəzifəli şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunurlar.

CM-in 306.1-ci maddəsinin tələblərinə görə isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

Müraciət edənin qənaətinə görə CM-in göstərilən maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün təqsirləndirilən şəxsin İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib-edilməməsi dispozitiv şərt kimi göstərilməmişdir.

Bu baxımdan İXM-in 313-1.1-ci maddəsinə münasibətdə CM-in 306.1-ci maddəsinin rəsmi şərh edilməsi qeyd olunan məsələyə dair vahid məhkəmə təcrübəsinin formalaşmasına zəmin yaradacaqdır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 125-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirirlər.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Məhkəmələr və hakimlər haqqında” Qanun) 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər.

Konstitusiyanın 129-cu maddəsinin I və II hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40).

Həmçinin Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35).

Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri)

“İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər.

Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir.

Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir.

Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş – borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir.

Borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizənin verilməsi istisna edilməməlidir (“İcra haqqında” Qanunun 15-ci maddəsi).

Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir.

Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir.

Həmin müddəaları davam etdirən “İcra haqqında” Qanunun 82.3-cü maddəsinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir.

Göstərilən maddələrin məzmunundan göründüyü kimi, məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, icra xidmətinin rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur.

Qeyd olunmalıdır ki, göstərilən hüquqi tənzimləmə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli Qərarında da əks olunmuşdur. Qərarda göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur.

CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur:

• məhkəmə aktlarını qərəzli icra etməmə;

• məhkəmə aktlarının icrasına maneçilik törətmə.

Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir.

Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir.

Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.

Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir.

Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar:

– məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;

– borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;

– borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;

– borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi;

– borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması.

Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi).

Məhkəmə aktının qərəzli icrasına mane olmaq anlayışı altında isə şəxsin dövlət orqanı, yerli özünüidarəetmə orqanı, dövlət və bələdiyyə idarəsi, kommersiya və ya digər təşkilat tərəfindən məhkəmə aktının vaxtında icra edilməməsi üçün qəsdən maneə törədilməsi başa düşülməlidir. Belə maneə müxtəlif yollarla həyata keçirilə bilər:

– şəxs tərəfindən tabeçiliyində olan şəxslərə məhkəmə qərarını icra etməmək barədə göstəriş, sərəncam və əmrlər verilməsi;

– icra məmurunun və ya məhkəmə qərarını icra etmək səlahiyyəti olan şəxsin məhkəmə qərarını icra etməsinə maneələr yaradılması;

– məhkəmə qərarının icra edilməsi üçün zəruri olan sənədlərin təqdim edilməməsi;

– məhkəmə qərarını icra etməli olan şəxslərə məlumatların, o cümlədən təşkilat və bank hesablarının yerləşdiyi yer barədə məlumat verilməməsi;

– məhkəmə qərarının icra edilməsinin qarşısını alan və ya onun icrasını mümkünsüz edən tədbirlər görülməsi.

Qeyd edilən hərəkətlər nəinki məhkəmə qərarını icra etmək səlahiyyəti olan şəxs tərəfindən, həmçinin məhkəmə qərarının icra olunmamasında maraqlı olan digər subyektlər tərəfindən də edilə bilər.

Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.

Yuxarıdakıları nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr Fərhad Abdullayev

Bakı şəhəri, 2 oktyabr 2012-ci il

“O CİNAYƏTİ NAHAQDAN TÖRƏTMƏMİŞDİM” – Lamiyə DANIŞDI – VİDEOLAR- FOTOLAR

Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirli bilinən Lamiyə Quliyevanın işi üzrə Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib. Hakim Qədim Babayevin sədrliyilə keçirilən məhkəmə prosesində Lamiyə Quliyeva da iştirak edib. O, prosesə 4 aylıq oğlu ilə birlikdə qatılıb.

Xatırladaq ki, bu məhkəmə prosesi Lamiyə Quliyevanın törətdiyi qətlə görə cəzasının başa çatmasına az qalmış onun barəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsilə çıxarılmış hökm üzrə keçirilir. Xətai Rayon Məhkəməsinin 2010-cu ilin avqustunda çıxardığı hökmə əsasən Lamiyə Quliyevaya daha 5 il 6 həbs cəzası verilib. Ruslan Aslanovun qətlinə görə 2003-cü ildən həbsdə olan Lamiyə Quliyevanın ötən ilin oktyabrında həbsxanada uşaq dünyaya gətirməsi xəbəri təxminən ay yarım əvvəldən başlayaraq mətbuatın müzakirə mövzusuna çevriləndən sonra Baş Prokurorluq Xətai Rayon Məhkəməsinin sözügedən hökmündən apellyasiya protesti verdi. Baş prokurorun müavini apellyasiya protestində cəzanın ağırlığını vurğulayaraq, hökmün dəyişdirilməsini istəyib.

Məhkəmənin ilkin baxış iclasında Lamiyə Quliyeva, vəkili Fəxrəddin Mehdiyevlə yanaşı, iş üzrə zərərçəkmiş qismində tanınan Aysel Ağayeva, onun nümayəndəsi Sücəddin Hacıbalayev də iştirak edirdi.

Qeyd edək ki, Aysel Ağayeva qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində nəzarətçi işləyib. Cinayət işinin materiallarında Lamiyə Quliyevanın nəzarətçini çayniklə vurduğu iddia olunur. Məlumata görə, Aysel Ağayeva cəzaçəkmə müəssisəsindən çıxarılıb. Özü də dünənki məhkəmə iclasında bildirdi ki, hazırda özəl şirkətdə çalışır. O eyni zamanda, apellyasiya protestinin surətini almadığından, sənədlə tanış olmadığını, məhkəmə barədə isə telefon zəngi vasitəsilə xəbər tutduğunu deyib.

“Bizə protesin surəti göndərilməyib. Telefonla bizi çağırıblar, gəlmişik. Hiyə gəlmişik, hansı səbəbdən gəlmişik – bilmirik. Xahiş edirik, bizə imkan verin, apellyasiya protesti ilə tanış olaq, fikrimizi bildirək”, – deyə Ağayevanın nümayəndəsi bildirib.

Musavat.comun məlumatın görə, hakim elə iclasda apellyasiya protestini zərərçəkmiş və nümayəndəsinə təqdim edib.Bundan sonra Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev bir sıra vəsatətlər qaldırıb. Vəkil məhkəmə prosesində iştirak edən media nümayəndələrinə foto və video çəkiliş aparmağa icazə verilməsini istəyib: “Bilirsiniz ki, Lamiyə Quliyeva ətrafında baş verənlər ictimai maraq kəsb edir. Xahiş edirik, jurnalistlərin bu məsələni obyektiv işıqlandırmasına şərait yaradasınız, onların foto və video çəkilin aparmasına icazə verəsiniz”.

Hakim Qədim Babayev vəsatəti təmin etməyib: “Çəkilişə zərurət yoxdur”.

Vəkilin digər vəsatəti prosesin qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsi haqda olub. Fəxrəddin Mehdiyev bildirib ki, prokurorluq cəzanın ağırlığını əsas gətirərək, hökmün dəyişdirilməsini istəyib. Onlar isə ümumiyyətlə, bu cinayət işi üzrə Lamiyə Quliyevaya bəraət verilməsini istəyirlər: “Bu məhkəmə Lamiyə Quliyevanın uzunmüddətli məhkumluq həyatına son qoyulmasına şərait yarada bilər. Lamiyə Quliyevanın barəsində 317-ci maddə üzrə bəraət hökmü çıxarılmalıdır. Bu ittiham əsasında Xətai Rayon Məhkəməsinin çıxardığı hökm tamamilə əsassızdır, bir nəfərin ziddiyyətli ifadələrindən başqa heç bir sübuta söykənmir. Təsəvvür edin, həmin iş üzrə əvvəlcə Xətai Rayon Prokurorluğunda CM-nin 221.2-ci maddəsilə cinayət işi başlanıb, daha sonra cəzanın ağırlaşdırılması baxımından 221.3-cü maddəyə keçiriblər. Sonra da ümumiyyətlə, 317.2-ci maddə ilə ittiham irəli sürüblər və bununla da hökm çıxarıblar. Lamiyə Quliyevanın həmin hökmdən apellyasiya şikayəti vermək hüququ məhdudlaşdırılıb. Şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair Xətai Rayon Məhkəməsinə verdiyi ərizə də təmin olunmayıb. Həmin qərardan verilən apellyasiya şikayəti də rədd edilib. Lamiyə Quliyevanın 2003-cü ildə birinci cinayəti üzrə ona verilmiş 10 il azadlıqdan məhrumetmə cəzası 2013-cü ildə başa çatıb. 2010-cu ildə CM-nin 317-ci maddəsilə hökm çıxarılarkən əvvəlki cinayət üzrə qalmış müddət də hesablanıb və birləşdirilərək 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bununla da kifayətlənməyərək, sonradan 2013-cü ildə CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə yeni bir ittiham irəli sürülüb. Birinci instansiya məhkəməsi həmin ittiham üzrə Lamiyə Quliyevaya bəraət verib. Lakin prokurorluq bəraət hökmündən Bakı Apellyasiya Məhkəməsinə protest verib. Apellyasiya məhkəməsi protesti təmin edib və Lamiyə Quliyevaya daha altı 6 il 6 ay əlavə cəza təyin edib. Həmin qərardan Ali Məhkəməyə verdiyimiz kassasiya şikayəti təmin olundu və birinci instansiya məhkəməsinin bəraət hökmü qüvvədə saxlanıldı. Yəni, bunlar Lamiyə Quliyevanın başına gələnlərdir.

CM-nin 317-ci maddəsi üzrə çıxarılmış hökmə baxandan ziddiyyətlərdən başqa bir şey görmək mümkün deyil. Lamiyə Quliyevanın təqsirsizlik prezumpsiyası açıq-aşkar pozulub. Ona görə də xahiş edirəm, müəyyən məsələlərə aydınlıq gətirilməsi üçün apellyasiya baxışı məhkəmə istintaqı aparılmaqla keçirilsin”.

Fəxrəddin Mehdiyev eyni zamanda, Lamiyə Quliyevanın barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırıb: “Özünüz də görürsünüz ki, məhkəmə zalında körpə uşaqla necə əziyyət çəkir. Həbs şəraitində uşağı saxlamaq çətindir. Xahiş edirəm, ali humanizm prinsiplərini rəhbər tutaraq, onun barəsində həbs-qətimkan tədbiri başqa bir qətimkan tədbirilə əvəz edəsiniz”.

Lamiyə Quliyevanın vəkilinin qaldırdığı vəsatətlərə münasibəti belə olub: “Mən artıq anayam, övladımı azadlıqda böyütmək, ona azadlıqda normal tərbiyə vermək istəyirəm. İstəmirəm ki, mənim kimi həbsxanada böyüsün. Mən elədiyim əmələ görə çox peşmanam. O əməli mən azyaşlı olanda törətmişəm. O zaman cəmi 15 yaşım vardı. Bütün həyatım, gəncliyim məhv oldu. Doğrudur, peşmanam, amma mən o cinayəti nahaqdan törətməmişdim. Bütün həyatımı məhv elədi. Övladıma gəlincə, mən 17 il “srok” altında ana olmaq qərarı verdim. Xahiş edirəm, cəmiyyət məni qınamasın. Məni həyat, ayrı-ayrı insanlar buna məcbur elədi. Dövlət orqanlarından, prezidentdən xahiş edirəm. (bu yerdə Lamiyə Quliyeva hönkürərək ağlayır-red.) mənim 15 yaşımdan cəza çəkdiyimi nəzərə alaraq, buraxsınlar. Mən çox yorulmuşam. “

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Abbas Abbasov, eləcə də zərərçəkmişin nümayəndəsi Sücəddin Hacıbalayev prosesin məhkəmə istintaqı aparılmadan keçirilməsini istədi. Zərərçəkmişlər Lamiyə Quliyevanın həbsdən buraxılmasına etiraz etməsə də, prokuror bu vəsatətin də əleyhinə oldu.

Məhkəmə qısa müşavirədən sonra vəsatətlərin heç birinin təmin olunmadığı haqda qərarı elan etdi.

İş üzrə məhkəmə baxışı fevralın 20-nə təyin olundu.

Onu da qeyd edək ki, Lamiyə Quliyeva məhkəmə zalından çıxarılarkən onu müdafiə edənlərə minnətdarlığını bildirdi: “Ədalətli insanların hər birinə minnətdaram”.

Məhkəmədən sonra ANS-ə danışan Lamiyə Quliyeva isə bir çox məsələlərə aydınlıq gətirib. Özündən siyasi silah kimi istifadə olunmasını söyləyən məhbus qadın ANS-in xüsusi əməkdaşına gündəmi zəbt edən həbsxanada dünyaya gətirdiyi uşağından söhbət açıb.“Mən artıq anayam, övladım var. İstəməzdim ki, o da burada mənim kimi məhbus həyatı yaşasın. Artıq bir yaşında onun hər şeyi dərk edən bir vaxtı olacaq. O, hələ heç nə bilmir, hər şeydən xəbərsizdir. Körpəm 4 aylıqdır. İstərdim ki, o, hər şeyi dərk edən bir vaxtda azadlıqda olsun”, – deyə Lamiyə Quliyeva bildirib.

Lamiyə Quliyevanın məhkəməsindən – REPORTAJ

Teleqraf.com xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesə çoxlu sayda Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, vəkillər, ictimayyət nümayəndələri gəlib.

Lamiyə Quliyeva müşahidə altında azyaşlı uşağı ilə birlikdə məhkəmə zalına gətirilib. Proses başlanan kimi Lamiyə Quliyevanın anket məlumatları dəqiqləşdirilib. Hakim bildirib ki, Lamiyə Quliyevanın barəsində Cinayət Məcəlləsinin 317.2.-ci maddəsi ilə məhkum edilməsi ilə bağlı çıxarılan hökmdən Baş Prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərov apelyasiya protesti verib.

Daha sonra cinayət işi üzrə zərərçəkmiş, 4 saylı cəza çəkmə müəssisəsinin nəzarətçisi Aysel Ağayevanın vəkili Sücəddin Hacıbalayev bildirib ki, prokurorluğun verdiyi vəsatətlə tanış olmayıblar. Onun sözlərinə görə, protestdə nə yazılmasından da xəbərləri olmayıb: “Prokurorluğun protestinin sürəti bizə verilməyib. Bu səbbədən də şikayətlə tanış deyilik. Bizə şikayətlə tanış olmağa şərait yaradılmasını xahiş edirəm”.

Aysel Ağayeva da vəkilinin fikirləri ilə razı olduğunu qeyd edib. Hakim bildirib ki, protestlə tanış olmaq üçün tərəflərə bütün tərəflərə şərait yaradılıb. Onun sözlərinə görə, prokurorluğun protesti poçt vasitəsilə tərəflərə göndərilib: “Zərərçəkmiş tərəf iddia edirsə onlar protestlə tanış deyil. Onlara protestlə tanış olmaları üçün şərait yaradılacaq”.

Bundan sonra Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edib. O, bildirib ki, Lamiyə Quliyevanın məsələsi ictimailəşib: “Məhkəmə zalında çoxlu sayda KİV nümayəndələri, vəkillər və digər tanınmış şəxslər iştirak edir. Bu səbəbdən işin obyektiv araşdırılması üçün mətbuat işçilərinə məhkəmə zalında diktofondan istifadə etməyə, həmçinin foto və video çəkilişlərə aparmağa icazə verilsin”.

Hakim isə jurnalistlərin məhkəmə zalında diktofondan, video və video çəkilişdən istifadə etməsinin qadağan olduğunu bildirib. O, qeyd edib ki, məhkəmə prosesi açıq keçirilir, jurnalistlərdə qeydlərini apara bilərlər: “Onlara qeydlərini aparmağı heç kim qadağan etmir. Amma diktofondan istifadə etmək, video və foto çəkiliş aparmaq qadağandır”.

Daha sonra çıxış edən prokuror Abbas Abbaslı apelyasiya protestinin dəlillərini müdafiə etdiyini bildirib. O, qeyd edib ki, apelyasiya protestinə məhkəmə istintaqı aparılmadan, cinayət işinin dəlilləri araşdırılmadan baxılmalıdır.

Fəxrəddin Mehdiyev daha sonra bir neçə vəsatətlə çıxış edib. O, bildirib ki, prokurorluğun protestinə qismən istintaq aparılmaqla baxılmalıdır: “Biz prokurorluğun verdiyi bu protesti yüksək qiymətləndiririk. Çünki bu şikayət Lamiyə Quliyevanın azadlığa çıxması üçün böyük imkan yaradıb. Amma Xətai rayon Məhkəməsi tərəfindən Lamiyə Quliyevanın barəsində Cinayət Məcəlləsinin 317.2-ci maddə ilə hökm çıxararkən qanun pozuntusuna yol verilib. Çünki məhkəmə Lamiyə Quliyevanın barəsində bəraət hökmü çıxarmalı idi. Amma ədalətsiz qərar qəbul edərək Lamiyə Quliyevanın barəsində ittiham hökmü çıxarılıb”.

Vəkil qeyd edib ki, həmçinin Lamiyə Quliyevanın təqsirsizlik prizumsiyası pozulub. Fəxrəddin Mehdiyevin sözlərinə görə, məhkəmə tərəfindən Lamiyə Quliyevanın təqsiri sübuta yetirilməyib. Həmin vaxt Lamiyə Quliyevanın hökmdən apelyasiya şikayəti vermək hüququ da pozulub. Sonradan apelyasiya şikayətinin verilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edilsə də, müraciətə müsbət cavab verilməyib. Lamiyə Quliyevanın apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi ilə bağlı şikayətinin təmin olunmaması barədə qərar qəbul edilib. Qərardan Bakı Apelyasiya Məhkəməsinə və Ali Məhkəməyə şikayət edilsə də, apelyasiya və kasasiya şikayətləri də təmin edilməyib”.

Fəxrəddin Mehdiyev bildirib ki, Lamiyə Quliyevanın cəzası 2013-cü ildə başa çatıb. Onun sözlərinə görə, həmin il Lamiyə Quliyevanın cəzası 6 ilə qədər artırılıb. Vəkil əlavə edib ki, Lamiyə Quliyevaya əlavə olaraq Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə cinayət işi qaldırılıb: “Lakin həmin işə baxan hakim cinayət işi üzrə bəraət verib və bu da Lamiyə Quliyevanın cəzasının daha da ağırlaşdırılmasının qarşısını alıb. Amma burada Cinayət Məcəlləsinin 317.1-ci maddəsi ilə aparılan cinayət işinin taleyindən söhbət gedir. İşə baxılarkən bir sıra ziddiyyətli məqamlar olub. Bu səbəbdən də şikayət qismən də olsa məhkəmə istintaqı ilə baxılmalıdır”.

Fəxrəddin Mehdiyev daha sonra Lamiyə Quliyevanın barəsində olan həbs qəti imkan tədbirinin dəyişdirilməsi və onun barəsində başqa yerə getməmək barədə qəti imkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edilməsi barədə vəsatət verib.

Məhkəməyə uşağı ilə qatılan Lamiyə Quliyeva çıxış edərək azadlığa buraxılmasını xahiş edib: “Mən uşağımı azadlıqda böyütmək istəyirəm. Peşmanam. Cinayəti nahaqdan törətməmişəm, səbəb vardı. Gəncliyim hədər gedib. Məni bunları etməyə həyat məcbur etdi, insanlar məcbur etdi. Xahiş edirəm, heç kim məni qınamasın. Mən artıq yorulmuşam. Xahiş edirəm, məni azadlığa buraxın”.

Aysel Ağayeva və onun vəkili zalda onlara işlə tanış olmağa şərait yaradılmassını və bundan sonra vəsatətlərlə bağlı münasibətlərini bildirəcəklərini deyiblər. Zalda bir neçə dəqiqəlik fasilə elan olunub və zərərçəkmiş tərəfə işlə tanış olmağa şərait yaradılıb.

İşlə tanış olandan sonra Aysel Ağayevanın vəkili bildirib ki, vəsatətlərin müzakirəsini məhkəmənin səalhiyyətinə aiddir. Vəkil bu səbəbdən də məsələni məhkəmənin mülafizəsinə verdiklərini deyib. Aysel Ağayeva da vəkilini fikri ilə razı olduğunu bildirib. Prokuror isə vəkilin apelyasiya protestinə məhkəmə istintaqı ilə aparılması ilə bağlı vəsatətini əsassız olduğunu deyib. O, bildirib ki, birinci məhkəmə instansiyasında cinayət işi hərtərəfli araşdırılıb, şahidlər dindirilib. Prokuror apelyasiya instansiyasında işə məhkəmə istintaqı ilə baxılması üçün əsas görməyib. Prokuror Lamiyə Quliyevanın barəsində seçilmiş həbs qəti imkan tədbirini olmadığını deyib.

Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər vəsatətlərin təmin olunmaması ilə bağlı qərarı açıqlayıblar. Məhkəmə baxışı istintaq aparılmadan fevralın 20-nə təyin olunub.

Məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verən Lamiyə Quliyevanın anası Kifayət Quliyeva deyib ki, məhkəmənin ədalətli keçiriləcəyinə inanır: “Qızım barəsində bəraət hökmünün çıxarılması gözləyirəm. O, boş-boşuna türmələrdə çürüyür”.

Qeyd edək ki, Baş Prokurorluq 4 saylı cəzaçəkmə müəssisində saxlanan məhkum Lamiyə Quliyeva ilə bağlı Xətai Rayon Məhkəməsinə protest verib. Protestə əsasən Lamiyə Quliyevaya onun məhkum olunmasına dair hökmdən şikayət etmək hüququnun tanınması istənilib. Xətai Rayon Məhkəməsi protesti təmin edib. Lamiyə Quliyeva onun 5 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökmdən şikayət vermək hüququ qazanıb.

Lamiyə Quliyeva 2003-cü ildə Aslan Aslanovun oğlunun qətlə yetirilməsinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin müddət 2013-cü ildə bitib. Lakin 2012-ci ildə L.Quliyevaya yenidən ittiham elan olunub və Xətai Rayon Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə ümumilikdə 15 il 6 ay müddətinə cəzaya məhkum olunub.

Lamiyə Quliyevaya ümumilikdə 3 dəfə ittiham irəli sürülüb. Quliyeva 2003-cü ildə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilərək 10 il azadlqıdan məhrum edilib.

2012-ci ildə Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham olunaraq 5 il 6 ay əvvəlki hökmlə təyin olunmuş cəzanın üstünə gəlinib. Bundan 1 il sonra, 2013-cü ildə o Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittihama olunub.

İşə Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimov üçüncü ittiham üzrə bəraətverici əsaslarla hökm çıxarıb. Lakin prokurorluq protest verib, Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev həmin hökmü ləğv edib. Beləliklə, Lamiyə Quliyevanın cəzası 6 il 6 ay artırılıb. Ali Məhkəmənin hakimi Hafiz Nəsibov Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.

Hacı Zeynalov

Comments are closed, but trackbacks and pingbacks are open.