Məmməd İbrahimə qarşı yeni ittiham irəli sürülüb
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Cm-in 317-2-ci maddəsi hökm
Məhkuma qarşı daha ağır ittiham irəli sürülməli olduğundan hökm ləğv edilmiş, iş yeni məhkəmə baxışına göndərilmişdir (ixtisarla)
Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hökmünə əsasən Ş.Gözəlov Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə təqsirli bilinib, iki il müddətinə azadlıqdan məhrumetməyə məhkum olunmuş, həmin məcəllənin 70-ci maddəsi tətbiq edilərək təyin olunmuş cəza iki il sınaq müddətinə şərti hesab edilmişdir. Birinci instansiya məhkəməsi Ş.Gözəlov haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, o, Novxanı bağlarında S.Yusifzadəyə məxsus olan 513 saylı bağda bağban işlədiyi müddət ərzində qanunsuz olaraq narkotik xassəli xaşxaş bitkisi əkib, aqrotexniki qaydada qulluq etməklə yetişdirmişdir. 30 may 2002-ci il tarixdə Bakı Baş Polis İdarəsi MCMŞ-nin əməkdaşları bağ sahəsində 23.550 ədəd, xalis çəkisi 67 kq olan narkotik xassəli xaşxaş bitkisi aşkar edib götürmüşlər.
Hökmdən Azərbaycan Respublikasının Baş prokuroru apellyasiya protesti vermişdir. Apellyasiya protestində göstərilir ki, təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verildiyi üçün hökm ləğv edilməli və cinayət işi birinci instansiya məhkəməsinə yeni məhkəmə baxı.ına göndərilməlidir.
Apellyasiya Məhkəməsi hesab etmişdir ki, hökm ləğv olunmaqla cinayət işi birinci instansiya məhkəməsinə yeni baxışa göndərilməlidir.
Belə ki, Apellyasiya protestində göstərildiyi kimi, işin faktiki hallarına əsasən, Gözəlov tərəfindən becərilib, yetişdirilmiş narkotik xassəli xaşxaş bitkilərinin sayı 23.550 ədəd olmaqla külli miqdar təşkil edir. Buna görə də təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsifetmiş, dövlət ittihamçısı məhkəmə baxışında bu ittihamı müdafiə etmiş, təqsirləndirilən şəxsə qarşı daha ağır ittiham irəli sürülməsi barədə Azərbaycan Respublikası CRMnin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada vəsatət qaldırmamışdır.
Baş prokuror cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin əsaslara görə iş üzrə çıxarılmış hökmün ləğv edilməsi və işin yeni məhkəmə baxışına qaytarılması barədə protest vermişdir. Apellyasiya Məhkəməsində dövlət ittihamçısı Ş.Gözəlova qarşı daha ağır ittiham irəli sürülməsinə tərəfdar çıxmış və protestin təmin edilməsini xahiş etmişdir.
Protest AR CRM-nin 391.8-ci və 391.9-cu maddələrinin tələblərinə uyğun olduğundan Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmişdir. Hökm ləğv olunmaqla iş yeni məhkəmə baxışına göndərilmişdir.
NƏQLİYYAT VASİTƏSİNİ ONU İDARƏ ETMƏK HÜQUQU OLMAYAN ŞƏXSƏ VERİLMƏSİ CİNAYƏT MƏSULİYYYƏTİNƏ SƏBƏB OLMUR
(çıxarış)
Dəvəçi rayon məhkəməsinin hökmü ilə R.Abbasov Azərbaycan Respublikası CM-nin 267.3-cü maddəsi ilə təqsirli bilinib üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, haqqında Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzası 3 il sınaq müddətində şərti hesab edilmişdir.
r.Abbasov ona görə məhkum edilmişdir ki, o, 2 iyun2001-ci il tarixdə saat 21.00 radələrində Sumqayıt şəhərindən özünəməxsus idarə etdiyi “VAZ-2107” markalı avtomaşında tanışı V.Nurullayevlə birlikdə Quba şəhərinə qayıdarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini kobud surətdə pozaraq avtomaşını Siyəzən rayonu ərazisindən Quba şəhərinə qədər idarə etməyi minik avtomobillərini idarə etmək hüququ olmayan V.Nurullayevə həvalə etmişdir. Saat 22.00 radələrində V.O.Nurullayev Bakı-Rostov avtomobil yolunun Dəvəçi rayonu ərazisindən keçən 137-ci kilometri ilə Quba şəhəri istiqamətində hərəkət edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq əks istiqamətdə gələn T.Məhərrəmovun idarə etdiyi “Mersedes-300 E” markalı avtomaşının hərəkət zolağına çıxaraq toqquşmuş, nəticədə T.Məhərrəmovun idarə etdiyi avtomaşında olan sərnişin V.İsmayılov və “Vaz-2107” markalı avtomaşını idarə edən V.Nurullayev ölmüş, “Mersedes 300 E” markalı avtomaşında olan sərnişin Z.Mirzəyev isə sağlamlığa yüngül zərər vuranbədən xəsarəti almışdır.
Toqquşma nəticəsində “VAZ-2107” markalı avtomaşında sərnişin kimi olan olan və təqsirləndirilən R.Abbasov da çoxlu sayda bədən xəsarəti almışdır.
İşə məhkum R.Abbasov və zərərçəkmiş T.Məhərrəmovun apellyasiya şikayətinə əsasən baxan AR Apellyasiya Məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktik hallarına uyğun deyildir və məhkəmə cinayət qanunu normasını düzgün şərh etmişdir. Belə ki, əvvəla, Azərbaycan Respublikası CM-nin 267.3-cü maddəsinin dispozisiyasının tələbinə görəbu cinayətin subyekti kimi sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları nəzərdə tutulur.
Məhkəməyədək icraat materialları və hökmdən görünür ki, istintaq və məhkəmə R.R.Abbasovun məhz sərnişin kimi nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozmasını qəbul etmişdir.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 35-ci hissəsində sərnişin anlayışı verilmiş, qanunun 41-ci maddəsində isə sərnişin vəzifələri müəyyən edilmişdir. Bu normalara görə sərnişin nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyəti olmayan şəxs olmaqla hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat idarə etməkdən yayındırmamalıdır.
Bu hallar nə iş materiallarında, nə də hökmdə müəyyən edilməmişdir. Yəni, R.R.Abbasov sərnişin kimi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində göstərilən vəzifəsini icra etmiş, konkret olaraq hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat idarə etməkdən yayındırmamışdır.
Adı çəkilən Qanunun 33-cü maddəsində yol hərəkətinin digər iştirakçılarının adları sadalasa da, sürücü də bu sıralara daxil edilmişdir.
Lakin R.R.Abbasovun təqsirli bilinib cəzaladırıldığı CM-nin 267.3-cü maddəsinin özü CM-nin 263 və 264-cü maddələrində nəzərdə tutulmuş şəxslərin, yəni sürücülərin u maddə ilə məsuliyyətini istisna edir.
Birinci instansiya məhkəməsi “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə istinad edərək qanunun bu tələbini pozmuşdur. Çünki adı çəkilən Qanunun 37-ci maddəsi maddəsi mexaniki nəqliyyat vasitəsi sürücünün vəzifələrinə həsr olunmuşdur. Sürücülərin isə R.Abbasova verilən CM-nin 267-ci maddəsi ilə cinayət məsuliyyəti daşımasını qanunverici özü istisna edir.
Digər tərəfdən həm istintaq, həm də məhkəmə belə nəticəyə gəlmişlər ki, R.R.Abbasov özünəməxsus maşını sürücülük hüququ olmayan V.Nurullayevə verməklə qanunun tələbini pozmuş, sonuncu isə yuxarıda göstərilən hadisəni törətmişdir. Hadisə nəticəsində V.Nurullayev öldüyü üçün istintaq orqanı onun haqqında cinayət işinə xitam vermişdir.
Avtonəqliyyatı idarə etmək hüququ olmayan şəxsə avtonəqliyyatı sürmək üçün verməyə görə qanunda məsuliyyət nəzərdə tutulmamasına baxmayaraq, birinci instansiya məhkəməsi qanunu düzgün şərh etməmiş, əsassız olaraq R.Abbasova CM-nin 267.3-cü maddəsi ilə məhkum etmişdir.
Şərh olunan halları nəzərə alan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə çıxardığı hökmü əsassız və qanunsuz olduğu üçün ləğv etməklə, R.Abbasovun əməlində Azərbaycan Respublikası CM-nin 267.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti tərkibi olmadığı üçün CRM-nin 42.1.2-ci maddəsinə əsasən ona bəraət vermişdir.
İŞİN DÜZGÜN HƏLLİ ÜÇÜN MÜHÜM ƏHƏMİYYƏT KƏSB EDƏN SÜBUTLAR TƏDQİQ EDİLMƏKLƏ QİYMƏTLƏNDİRİLMƏDİYİNDƏN APELLYASİYA MƏHKƏMƏSİNİN QƏRARI LƏĞV EDİLMİŞDİR
Nəsimi rayon məhkəməsinin hökmü ilə İ.Ələkbərov Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
1.Ələkbərov ona görə məhkum edilmişdir ki, satış məqsədi olmadan, qanunsuz olaraq, naməlum mənbədən narkotik vasitə olan o.64 qram tiryək əldə edib özündə saxlamışdır. 12.III.2001-ci ildə saat 16.00 radələrində Bakı şəhəri, 20 Yanvar küçəsində yerləşən notariat kontoru yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq Bakı şəhəri Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinə gətirilib üstü axtarılarkən qeyd edilən tiryək 100 manatlıq əskinasa bükülmüş vəziyyətdə gödəkcəsinin sağ cibində aşkar edilmişdir.
Apellyasiya Mıhkəməsinin qərarından verdiyi kassasiya şikayətində mıhkum İ.Ələkbərov həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, o, narkoman deyildirvə narkotik vasitə əldə etməmişdir. Narkotik vasitə olan tiryəki onun cibinə pozğun həyat tərzi keçirən keçmiş arvadı İ.Zeynalovanın gəzdiyi polis işçisi E.Əliyev qoymuşdur. Onun əleyhinə ifadə vermiş şahidlərin – E.Əliyev, İ.Zeynalova və N.Məmmədovanın ifadələrini məhkəmə ətraflı araşdırmamış və onlara düzgün hüquqi qiymət verməmişdir.
İşdən görünür ki, məhkum İ.Ələkbərov 12.III.2001-ci ildə təxminən saat 16.00 radələrində Bakı şəhəri 20 Yanvar küçəsindəki notariat kontorunun yaxınlığında küçədə mülki paltarda olan Bakı Baş Polis İdarəsinin əməkdaşı E.Əliyev tərəfindən saxlanılmış, yolun qarşı tərəfində dayanmış “Mersedes” və “Jiqulu” markalı avtomaşından düşən və mülki paltarda olan digər 2 nəfər polis işçisinin köməkliyi ilə avtomaşına otuzdurulmuş və Bakı BPİ-nə aparılmışdır. Orada hal şahidlərinin iştirakı ilə İ.Ələkbərovun gödəkçəsinin sağ cibindən 100 manatlıq əskinaza bükülmüş vəziyyətdə narkotik vasitə çıxması barədə protokol yazılmışdır. Sonradan ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, həmin maddə 0,64 qram çəkidə tiryəkdir. İ.Ələkbərov protokolu imzalamaqdan imtina etmişdir.
İ.Ələkbərov ibtidai istintaq dövründə və hər iki məhkəmə iclasında verdiyi bütün ifadələrində narkotik vasitə olan tiryək əldə etdiyini inkar edərək göstərmişdir ki, tiryək oun cibinə pozğun həyat tərzi keçirən keçmiş arvadı İ.Zeynalovanın gəzdiyi Bakı BPİ-nin əməkdaşı E.Əliyev qoymuşdur. Belə ki, o, hadisə günü iş yerinə gedərkən saat 15-16 radələrində küçədə sonradan tanıdığı mülki paltarda olan polis işçisi E.Əliyev onu saxlamış, əlini cibinə salmış, nə edəcəyini soruşduqda “sən axtarışdasan” deyib sağ əlini tutaraq yolun qarşı tərəfində dayanmış “Mersedes” və “Jiquli” markalı avtomaşınlardan düşən digər iki nəfər polis işçisinin köməkliyi ilə zorla avtomaşına oturmaqla Baş Polis İdarəsinə aparılmışdır. E.Əliyev mobil telefonla danışa-danışa küçədə onu saxlayarkən səsdən danışanın keçmiş arvadı olduğunu başa düşmüşdür. Avtomaşına oturandan sonra da həmin şəxs ona zəng etdikdə E.Əliyev “arxayın ol, hazırdır” deyə cavab vermişdir. Polis İdarəsinə aparılarkən keçmiş arvadını Dilbər adlı Rəfiqəsi ilə küçədə dayanmış başqa “Jiquli” markalı maşından onlara tərəf baxdığını görmüşdür. E.Əliyev sağ əlindən yapışdığına görə cibinə nə qoyulduğunu yoxlaya bilməmişdi. Baş Polis İdarəsində protokol yazılmışdır ki, guya onun cibindən narkotik vasitə çıxmışdır. Bu, həqiqətə uyğun olmadığından protokolu imzalamamışdır.
Məhkum İ.Ələkbərovun ifadələri ibtidai istintaq və məhkəmə iclasları zamanı nəinki təkzib olunmamış, əksinə, xeyli dərəcədə öz təsdiqini tapmışdır. Belə ki, protokolun tərtib edilməsində iştirak edənlərin hamısı təsdiq etmişlər ki, İ.Ələkbərov protokolu imzalamaqdan imtina edərkən bunu narkotik vasitənin ona aidiyyəti olmaması ilə izah etmişdir. Şahid E.Əliyev Apellyasiya Məhkəməsinin iclasındakı ifadəsində avtomaşına oturduqdan sonra ona zəng edildiyini, zəng edənə “hazırdır, aparıram” cavabını verdiyini təsdiq etmiş və izah etmişdir ki, guya bu sözləri təsadüfən demişdir.
İ.Ələkbərovun ifadəsinin keçmiş arvadı İ.Zeynalova ilə onu tutan polis işçisi E.Əliyev arasında hadisə vaxtı telefon söhbəti olması barədəki hissəsi də iş materialları ilə, o cümlədən məhkəmə qərarları ilə təkzib edilməmişdi. Eyni zamanda telefon danışıqlarına hüquqi qiymət verilərkən çıxarılan nəticə inandırıcı surətdə əsaslandırılmamışdır.
Belə ki, İ.Ələkbərovun həmin məzmundakı ifadələrindən sonra ifadələri alınan həm İ.Zeynalova, həm də E.Əliyev ilkin ifadələrində göstərmişlər ki, onlar tanış deyillər və heç vaxt bir-birinə zəng vurmamışlar. Lakin İ.Zeynalovaya məxsus və E.Əliyevin işlətdiyi mobil telefonlardan bir-birinə zənglər olması barədə 23.IV.2001-ci ildə istintaq orqanına məlumat daxil olduqdan sonra onlar hər ikisi ifadələrinə düzəlişlər etmişlər. İ.Zeynalova 25.IV.2001-ci ildə evdən bayıra çıxmamışdır. Həmin gün rəfiqəsi N.Məmmədova ona baş çəkməyə gələndə özünün mobil telefonu xarab olduğu üçün onun telefonundan istifadə edib. Ola bilsin ki, onu məxsus telefondan rəfiqəsi N.Məmmədova E.Əliyevə zəng edib. E.Əliyev də onun dediklərini təsdiq edərək 2.VI.2001-ci il tarixli ifadəsində göstərmişdir ki, alverçi kimi tanıdığı və qızıl saatını satmaq üçü verdiyi N.Məmmədova hadisə günü həqiqətən onun mobil telefonuna zəng vurmuşdur. Lakin hansı telefondan zəng vurduğunu bilmir. O, yenə də İ.Zeyalovanı tanıdığını inkar etmişdir.
İ.Zeynalovanın rəfiqəsi N.Məmmədova da onların ifadələrini ilk dəfə verdiyi 26 aprel tarixli və sonrakı ifadələrində təsdiq edərək göstərmişdir ki, E.Əliyevlə tanışdır, 12.III.2001-ci ildə rəfiqəsi İ.Zeynalova xəstələndiyi üçün bütün günü onun yanında olmuş, martın əvvəlindən özünəməxsus mobil telefon xarab olduğu üçün rəfiqəsinin telefonundan bir neçə dəfə E.Əliyevə zəng vurmuşdur. Onun ifadələrindən, habelə İ.Zeynalovu qohumlarının ifadələrində belə çıxır ki, İ.Zeynalova martın 12-də bütün günü evdə xəstə vəziyyətdə yatdığından hadisə yerində ola bilməzdi.
Lakin hər üç şahidin yəni E.Əliyev, İ.Zeynalova və N.Məmmədovanın mobil telefonla əlaqədar ifadələri iş materialları ilə uyğunluq təşkil etmir. Martın əvvəlindən hadisə gününədək N.Məmmədovanın mobil telefonunun işləyib-işləməməsi xüsusi olaraq yoxlanması da, “Azərsell”dən alınan məlumatlardan görünür ki, İ.Zeynalovaya və N.Məmmədovaya məxsus telefonlarla həmin dövrdə müntəzəm olaraq əlaqə saxlanmışdır. Belə ki, həmin telefonlarla qarşılıqlı surətdə bağlantıların sayı martın birində 7, ikisində 19, onunda 5, on birində 5, on ikisində 3, on üçündə 4, on dördündə 23, on beşində 8 dəfə və s. olmuşdur. “Azərsell”dən verilən məlumat fevralın 27-dən martın 16-dəolan dövrü əhatə edir və həmin məlumatdan görünür ki, rəfiqələr hər gün bir neçə dəfə bir-birinə zəng vurmuşlar.
N.Məmmədovanın telefonu ilə həmin vaxtlar E.Əliyevin istifadə etdiyi telefonla da əlaqə saxlanmışdır. Bu telefonlardan qarşılıqlı surətdə martın 12-də bir dəfə, 13-də dörd dəfə zəng edilmişdir.
Göründüyü kimi, N.Məmmədovaya məxsus telefonun martın əvvəllərindən etibarən guya xarab olması, bu səbəbdən də onun rəfiqəsi İ.Zeynalovaya məxsus telefondan istifadə etməsi barədə hər üç şahidin ifadələri səmimi deyildir. Bunun səbəbi isə məhkəmə tərəfindən aydınlaşdırılmadığı kimi həmin ifadələrə düzgün hüquqi qiymət verilməmişdir.
Yei məhkəmə baxışı zamanı N.Məmmədovaya məxsus mobil telefonla bağlı “Azərsell”dən müvafiq sorğu edilməklə göstərilən vaxtda onun işləyib-işləməməsi aydınlaşdırılaraq bu məsələ barəsində hər üç şəxsin ifadələrinə düzgün hüquqi qiymət verilməlidir.
Şahid İ.Zeynalovanın xəstə olduğu üçün 12.III.2001-ci ildə bütün günü evdə olması barədə özünün, qohumlarının və rəfiqəsi N.Məmmədovanın ifadələri də ciddi şübhə doğurur. Belə ki, işdən görünür ki, 12.III.2001-ci ildə İ.Zeynalovaya məxsus mobil telefondan yaşadığı mənzildəki telefona 3 dəfə zəng vurulmuşdur. Belə çıxır ki, xəstə vəziyyətdə öz mənzilində yataqda olan İ.Zeynalova öz mobil telefonundan mənzil telefonuna zəng vurmuşdur. Bu isə inandırıcı deyildir. İ.Zeynalova yalnız mənzildən kənarda olduiğu təqdirdə yaşadığı mənzilə zəng vura bilərdi və məhkum İ.Ələkbərov keçmiş arvadı İ.Zeynalovanı hadisə yerində gördüyünü deməklə məhz bunu iddia edir.
Məhkəmə isə bütün günü xəstə vəziyyətdə öz mənzilində yataqda yatan İ.Zeynalovanın mobil telefonundan mənzilinə, faktiki olaraq özü-özünə zəng vurmasının səbəbini araşdırmamışdır. Nəzərə almaq lazımdır ki, bütün ifadələrində bildirmişdir ki, xəstə vəziyyətdə yatarkən mobil telefonu yanında olmuşdur və rəfiqəsi N.Məmmədova onun yanında həmin telefondan istifadə etmişdir. Yeni məhkəmə baxışı zamanı bu məsələ ətraflı araşdırılmaqla ona hüquqi qiymət verilməlidir.
Nəhayət işdən görünür ki, İ.Ələkbərovu tutub polisə aparmış polis işçisi E.Əliyev hadisə günü, ondan əvvəl və sonra dəfələrlə məhkuş İ.Ələkbərovun keçmiş arvadı İ.Zeynalova ilə nüntəzəm olaraq telefon əlaqəsi saxlamışdır. “Azərsell”in isə tikilmiş məlumatından görünür ki, 2001-ci il fevralın 27-dən martın 13-nədək olan dövrdə E.Əliyevlə İ.Zeynalova bir-birinə 46 dəfə, o cümlədən martın 11-də 5 dəfə, 12-də 8 dəfə, 13-də 8 dəfə zəng vurmuşdur. Bu zənglərin 5-i İ.Ələkbərovun tutulduğu vaxta, yəni 12.III.2001-ci ildə saat 16.00 radələriə təsadüf edir. İ.Ələkbərov da bütün ifadələrində məhz həmin vaxt E.Əliyevin mobil telefonunda keçmiş arvadı İ.Zeynalovanın səsini eşitdiyini iddia edir.
Bu məlumatlar E.Əliyev və İ.Zeynalovun bir-birini tanımamaları, telefon
əlaqələri saxlamamaları barədəki ifadələrinin səmimiliyini şübhə altına alır. Yei məhkəmə baxışı zamanı fevralın 27-dən əvvəlki 10-15 gün üçün “Azərsell”dən məlumatlar əldə etməklə həmin ifadələrin həqiqətə nə dərəcədə uyğun olması bir daha dəqiqləşdirilməlidir.
İşdən görünür ki, İ.Ələkbərov tutularkən, habelə ibtidai istintaq zamanı bir sıra qanun pozuntularına da yol verilmişdir. Onun heç bir qanuni əsas olmadan yholda tutulub polisə aparılması AR CRM-nin 148-ci maddəsinin tələblərinə ziddir. E.Əliyev göstərmişdir ki, guya İ.Ələkbərovun narkotika əldə etməsi barədə onda əməliyyat məlumatı olmuşdur, bu səbəbdən də digər polis işçiləri ilə birlikdə həmin əməliyyatı keçirmişdir. Belə vəziyyətdə aydın deyilir ki, onlarda belə məlumat vardısa, həmin günü, heç olmazsa, ibtidai istintaq dövründə narkotik maddə aşkar edilməsi üçün İ.Ələkbərovun mənzilində və iş yerində niyə axtarış aparılmamışdır.
İ.Ələkbərovun 12.III.2001-ci ildə saat 15-16 radələrində tutulması danılmaz faktdır. Buna baxmayaraq onun tutulması haqqında protokol 13.III.2001-ci ildə saat 20.15-də, yəni təxminən 29 saatdan sonra tətbiq edilmişdir ki, bu da CPM-nin 153-cü maddəsinin tələblərinin kobud surətdə pozulması deməkdir.Həm də tutma protokolu İ.Ələkbərovu faktiki tutan BPİ-nin polis işçiləri tərəfindən deyil, Nəsimi rayon Pİ-nin müstəntiqi tərəfindən tətbiq edilmişdir. Bu müddət ərzində Bakı BPİ-də hal şahidlərindən izahatlar alınsa da, İ.Ələkbərovdan heç bir izahat alınmamışdır. Tutulan zaman təbii ki, İ.Ələkbərov müdafiəçi ilə təmin edilməmişdir. İşdə diqqəti cəlb edən digər presessual qanun pozuntularına da yol verilmişdir. Bu qeyd edilənlər işə baxacaq məhkəməyə əsas verir ki, konkret məsələlərin aydınlaşdırılması zamanı polis işçilərinin ifadələrinə təqidi yanaşsın.
Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi isə tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməklə CPM-nin 416.0.1-ci maddəsinin tələblərini pozmuşdur. Bu isə məhkəmə qərarının ləğv edilməsinə qauni əsas verir.
Bu səbəblərdən də İ.Ələkbərovun işi üzrə AR Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməklə iş yeni tərkibdə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Məmməd İbrahimə qarşı yeni ittiham irəli sürülüb
Məmməd İbrahim
Məmməd İbrahim
AXCP sədrinin müşaviri Bakı İstintaq Təcridxanasına köçürülüb
Üç illik həbs cəzası başa çatdığı gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimə qarşı yeni ittiham irəli sürülüb. Bu barədə onun oğlu Turan İbrahim bildirib. Oğlu deyir ki, 2 gün əvvəl guya yastığının altında bıçaq tapıldığına görə Məmməd İbrahim karserə salınıb. M.İbrahim etiraz əlaməti olaraq aclığa başlayıb. Amma sentyabrın 28-də cəzaçəkmə müəssisəsinin rəisi M.İbrahimin oğlunu qəbul edib və atasının sentyabrın 29-da azad ediləcəyinə inandırıb. Səhər ailə üzvləri və partiya yoldaşları M.İbrahimi qarşılamaq üçün gəldikdə onlara bildiriblər ki, o, Bakı istintaq təcridxanasına aparılıb. Bunun səbəbi açıqlanmayıb. Sonradan fəalın oğluna bildiriblər ki, M.İbrahimə qarşı CM-in 317-2.1-ci maddəsi ilə (penitensiar müəssisədə qadağan edilmiş əşyanın saxlanması) ittiham irəli sürülüb. Bu maddə ilə onu 6 aya qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Məhkəmə M.İbrahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Həbsxana rəhbərliyinin davranışından narazı olan AXCP tərəfdarları cəzaçəkmə müəssisəsi qarşısında “Azadlıq!” şüarı ilə etiraz aksiyası keçiriblər.
Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və sonradan CM-in 221.2.2-ci maddəsi ilə (xuliqanlıq, polisə müqavimət göstərməklə törədildikdə) 3 il müddətinə azadlıqdan həbs edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Panoya kopyala Kopyala
Ana səhifə ▸ Xəbərlər ▸ Məmməd İbrahimə qarşı yeni ittiham irəli sürülüb
Xəbərlər
- Şagirdlərlərin imtahanlarda qeyri-etik yoxlanıldığı iddia olunur 13 Mart 2023
- Saatlıda susuzluğa etirazın rezin güllələrlə yatırıldığı bildirilir 13 Mart 2023
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəis müavini və şöbə rəisi həbs olundu 13 Mart 2023
Dəstək verin
Meydan TV Azərbaycanın media məkanındakı alternativ səsidir! İşimizin davamlı olması üçün sizin də köməyinizə ehtiyacımız var. Meydan TV-yə aylıq və ya birdəfəlik yardımlarla dəstək olun.
Cm-in 317-2-ci maddəsi hökm
15.07.11 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair
15 iyul 2011-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Fərhad Kərimovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,
mütəxəssis Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Mürvət Həsənovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra – Ali Məhkəmə) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı müraciətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 37.4, 39.1.9 və 40.2-ci maddələrinin şərh edilməsini xahiş etmişdir.
Müraciətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ə.Cəfərov torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq N.Çernyavkoya ayrılmış 200 kv.m torpaq sahəsini özbaşına tutmuş və orada qanunsuz tikinti işləri aparmışdır. Buna görə, Ə.Cəfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 188-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.
Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 01 iyul 2010-cu il tarixli qərarı ilə Ə.Cəfərov CM-in 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2010-cu il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır.
Dövlət ittihamçısı kassasiya protestində qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, CM-in 188-ci maddəsi üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirildiyindən həmin Məcəllənin 73-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi CPM-in 37.4, 37.6 və 39.1.9-cu maddələrinin tələblərinə ziddir.
Müraciətdə göstərilmişdir ki, CPM-in 37.4-cü maddəsinə görə, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə, CM-in 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. CPM-in 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Ali Məhkəmənin qənaətinə görə, göstərilən hər iki hüquq normalarının şərtləri CPM-in 40.2, 43.3 və 45.5-ci maddələrinin, eləcə də CM-in 73-cü maddəsinin şərtləri ilə qeyri-müəyyənlik yaradır və maddi-hüquq normasının tətbiqini məhdudlaşdırır.
Ali Məhkəmənin Cinayət kollegiyası hazırkı iş üzrə məhkəmələrin qəbul etdikləri qərarlarda və kassasiya protestində istinad edilən prosessual hüquq normalarının şərh edilməsini zəruri hesab etmişdir.
Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu cinayət və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş barışıq institutunun mahiyyətinin, onun hüquqi nəticələrinin açıqlanmasını zəruri sayır.
Yeni qanunvericilik hüquq-mühafizə orqanlarının fəaliyyətinin istiqamətlərini məqsəd baxımından dəyişdirmiş, cinayətkarlıqla mübarizəni deyil, hər bir vətəndaşın qanunsuz qəsdlərdən qorunmasını ön plana çəkmişdir.
Bir çox ölkələr cinayət məsuliyyətinə alternativ tədbirlərin tətbiqinə səy göstərir. Bu tədbirlər istintaq-məhkəmə sisteminin iş yükünün azaldılması, cinayət-icra müəssisələrinin yüklənilməməsi ilə bərabər cinayətdən zərər çəkmiş şəxslərin hüquqlarının və dövlətin maraqlarının təmin olunmasına xidmət edir.
Xarici dövlətlərin cinayət-ədliyyə sistemində tətbiq olunan alternativ tədbirlərin iki əsas modelini göstərmək olar. Birinci model – transaksiya adlanan “Niderland – Belçika” modelidir. Bu modelin mahiyyəti ondan ibarətdir ki, istintaq orqanları (prokurorluq, polis) hər bir konkret halda şəxsin dövlət xəzinəsinə pul məbləğini ödəyəcəyi təqdirdə, onu cinayət məsuliyyətindən azad edərək, barəsində cinayət təqibini dayandırırlar.
1935-ci ildə Belçikada yaranmış transaksiya xırda iqdisadi cinayətlərə görə öz təqsirini mübahisələndirməyəcəyi halda, təqsirləndirilən şəxs barəsində məhkəmə araşdırılmasının ləğvinə xidmət etməli idi.
Belçikada transaksiya institutu özünün tam təsdiqini 1984-cü ildə tapmışdır. Həmin vaxtdan transaksiya beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan hər bir cinayət əməlinə görə tətbiq edilir. Transaksiya cinayət prosesinin yalnız məhkəməyədək olan mərhələlərində tətbiq oluna bilər. Prokurorluq ödəniləcək pulun məbləğini və onun ödəmə müddətini müəyyən etdikdən sonra göstərilən məbləğin ödənilməsi təklifini təqsirləndirilən şəxsə göndərir. Şəxs bu məbləği ödəməkdən imtina etdiyi halda cinayət təqibi ümumi qaydada davam etdirilir.
Belçikadan fərqli olaraq, Niderlandda bu institutun tətbiqi 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan cinayətlərə mümkündür.
Xarici ölkələrin cinayət hüququnda geniş yer almış ikinci model mediasiya adlanır. Bu model ən müxtəlif variantlarda mövcuddur (sadə və kompleks). Həmin modelə əsasən, təqsirləndirilən şəxs vurulan zərəri ödəyəcəyi təqdirdə, onu zərərçəkmiş şəxslə barışdırmaq üçün vasitəçi prosedurlardan istifadə olunur.
Bu sistemin vacib xüsusiyyəti ondan ibarətdir ki, mediasiya barışıq olub- olmaması barədə passiv konstatasiyanı deyil, cinayət-hüquqi mübahisənin həlli üçün səlahiyyətli subyektlərin vasitəçiliyi ilə aktiv tədbirlərin görülməsini nəzərdə tutur. Məsələn, Belçikada mediasiya 20 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan bütün cinayətlərə tətbiq oluna bilər. Təqsirləndirilən şəxs tərəfindən aşağıda göstərilən hərəkətlər yerinə yetirilərsə cinayət işinə xitam verilə bilər: zərər ödənildikdə, müalicə kursu keçdikdə, ixtisas təhsili aldıqda və s.
Hal-hazırda mediasiya bu və ya digər variantda Almaniya, Avstriya, Portuqaliya, Fransa və başqa ölkələrdə də mövcuddur.
Sadə mediasiya qismində Azərbaycan Respublikasının cinayət qanunvericiliyində CM-in 73-cü maddəsi çıxış edir. Bu normaya görə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.
Cinayət təqibinin növləri açıqlanmadan barışıq institutunun hərtərəfli təhlilinə nail olmaq mümkün deyil.
Cinayət təqibinin anlayışı CPM-in 7.0.4-cü maddəsində verilmişdir. Həmin maddəyə görə cinayət təqibi – cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir.
Cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi CPM-in müddəalarına uyğun üç növə bölünür: xüsusi, ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilən cinayət təqibi (CPM-in 37.1-ci maddəsi).
Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında CM-in 147-ci (böhtan), 148-ci (təhqir), 165.1-ci (tövsifedici əlamətlər olmadan müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (tövsifedici əlamətlər olmadan ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində nəzərdə tutulmuş cinayətlər üzrə həyata keçirilir.
Cinayət-prosessual qanunvericiliyi zərər çəkmiş şəxsə imkan verir ki, yuxarıda qeyd olunan cinayət əməlləri ilə onun hüquqlarına və qanuni maraqlarına zərər yetirildiyi halda, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət etməyi və xüsusi ittihamı müdafiə etməyi özü həll etsin (CPM-in 41.7 və 87-ci maddələri). Məhz buna görə də belə işlər xüsusi ittihamlı işlər adlanır.
Xüsusi ittihamlı işlər üzrə cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında başlanır və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir (CPM-in 37.2-ci maddəsi).
Bu hal həmçinin CPM-in 41.7-ci maddəsində də öz təsdiqini tapmışdır. Həmin maddəyə görə xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməsi və ya ondan imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu zaman xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir.
CPM-in 39.1.9-cu maddəsinə görə isə zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.
Beləliklə, CPM-in 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır.
CM-in 73-cü maddəsində nəzərdə tutulmuş zərər çəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə institutu CPM-in 37.2-ci maddəsində nəzərdə tutulan prosessual barışma institutundan fərqlənir.
Bu fərq aşağıdakılardan ibarətdir:
– Zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması nəticəsində təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsilə əlaqədar cinayət işinə xitam verilməsinin əsaslarının və şərtlərinin müəyyənləşdirilməsi cinayət hüququnda və cinayət prosesində dispozitivlik prinsipinin (cinayət prosesi subyektinin özünün maddi və prosessual hüquqlarından istifadə etmək imkanının) gücləndirilməsi kimi çıxış edir. Lakin CM-in 73-cü maddəsində bu prinsip CPM-in 37.2-ci maddəsindən fərqli şəkildə özünü biruzə verir. Xüsusi ittihamlı işlərdən fərqli olaraq, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə dispozitivlik prinsipi cinayət işinin başlanılması mərhələsinə təsir göstərmir. Cinayət işinin başlanılması və ya başlanılmamasına dair qərar bu halda adi qaydada və ümumi əsaslarla qəbul edilir;
– CPM-in 37.2-ci maddəsi zərər çəkmişə cinayətlərin məhdud dairəsi üzrə (cəmi 4 cinayət) təqsirləndirilən şəxsin cəzalandırılmasını və ya onun cinayət məsuliyyətindən azad edilməsini tələb etmək hüququnu verir.
CM-in 73-cü maddəsi isə bütün böyük ictimai təhlükə törətməyən cinayətlərə şamil edilir;
– CPM-in 37.2, 39.1.9 və 41.7-ci maddələri imperativ xarakter daşıyır və zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması, sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır.
CM-in 73-cü maddəsində isə imperativ norma ifadə edilməmişdir. Bu maddəyə müvafiq olaraq dispozitivliyin təsiri ictimailiklə bir müstəviyə qoyula bilməz. Belə ki, aralarında barışığa gəlmiş zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin iradələrini ifadə etmələri işə xitam verilməsinə dair qərarın qəbul edilməsinə səbəb olmur, sadəcə səlahiyyətli orqanlar tərəfindən belə qərarın qəbul edilməsini mümkün edən şərtlərdən biri qismində çıxış edir. Qanun belə qərarın qəbul edilməsini səlahiyyətli orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir.
– CPM-in 37.2-ci maddəsi barışıq əsasında cinayət məsuliyyətindən azad edilməsi üçün təqsirləndirilən şəxsdən cinayət nəticəsində zərər çəkmişə dəymiş ziyanın əvəzinin ödənilməsini və ya vurulmuş zərərin aradan qaldırılmasını tələb etmir.
CM-in 73-cü maddəsinə əsasən isə bu cür əvəzin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin ən vacib şərtlərindən biridir;
– CPM-in 37.2-ci maddəsi barışıq nəticəsində hətta əvvəllər cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad olunmasını istisna etmədiyi halda, CM-in 73-cü maddəsi cinayət məsuliyyətindən azad edilmənin əsas şərtlərindən biri kimi təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini nəzərdə tutur.
Göründüyü kimi, CM-in 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin dörd şərtini müəyyən etmişdir:
– barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən;
– təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətmiş;
– təqsirləndirilən şəxs zərər çəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış;
– təqsirləndirilən şəxs zərər çəkmişlə barışmış olmalıdır.
Göstərilən şərtlərin dördü də mövcud olduqda təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilər.
CM-in 73-cü və CPM-in 37-ci maddələrinin əlaqəli təhlilindən müəyyən edilir ki, CM-in 73-cü maddəsində ictimai-xüsusi və ictimai ittihamlı işlər üzrə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasından danışılır, çünki xüsusi ittihamlı işlər üzrə belə barışma əldə edildikdə cinayət təqibi tam istisna olunur.
CPM-in 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi CM-in 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197.1 və 201.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir.
Bu maddəyə görə göstərilən cinayətlər üzrə cinayət təqibi zərər çəkmiş şəxsin şikayətinə əsasən və ya CPM-in 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə başlanır.
Qanunverici müəyyən etmişdir ki, ictimai-xüsusi ittiham qaydasında zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması heç də bütün hallarda cinayət təqibinə xitam verilməsi üçün əsas ola bilməz.
Belə ki, CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə CM-in 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz.
Burada nəzərə alınmalıdır ki, CPM-in 37.3-cü madəsində sadalanan, ictimai-xüsusi ittihamlı işlərə aid olan CM-in 127.1, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197.1 və 201.1-ci maddələrində göstərilmiş cinayətlər böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, qalan maddələrdə göstərilmiş cinayətlər isə az ağır və ya ağır cinayətlərə aiddir.
Məhz buna görə də qanunverici CPM-in 37.4-cü maddəsində nəzərdə tutmuşdur ki, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraatın gedişində zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması yalnız CM-in 73-cü maddəsində göstərilmiş hallarda cinayət təqibinə xitam verilməsinə səbəb ola bilər.
Qeyd edildiyi kimi, CM-in 73-cü maddəsinin tətbiqi dairəsi digər şərtlərlə yanaşı, yalnız böyük ictimai təhlükə törətməyən cinayətləri əhatə edir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CPM-in 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən cinayət təqibinə xitam verilə bilər.
CPM-in 37.3-cü maddəsində sadalanan digər cinayətlər az ağır və ya ağır cinayətlərə aid olduğundan (CM-in 127.2-ci (tövsifedici əlamətlərlə qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (işgəncə vermə), 149.1-ci (zorlama), 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə), 157.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənzil toxunulmazlığını pozma), 158.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma) maddələri) ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz.
İctimai ittiham qaydasında cinayət təqibi böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə də həyata keçirilir. Cinayət-prosessual qanunvericiliyində ictimai ittiham qaydasında cinayət təqibi zamanı zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması əsasında icraata xitam verilməsinə heç bir məhdudiyyət qoyulmamışdır. Əksinə, CPM-in 40 və 43-cü maddələrinin müddəalarına görə bu əsaslarla ictimai ittiham qaydasında cinayət təqibinin həyata keçirilməsi və ya ona xitam verilməsi istisna olunmur. Həmin maddələrin tətbiqi ilə bağlı “cinayət məsuliyyətindən və cəzadan azad etmə” anlayışlarına aydınlıq gətirilməsinə ehtiyac yaranır.
Nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cəzadan azad etmə isə, məhkum olunmuş şəxsə cəzanın tətbiq edilməməsini və yaxud cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini nəzərdə tutur.
Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, bu institutlar (cinayət məsuliyyətindən azad etmə və cəzadan azad etmə) aşağıdakılara görə fərqlənir:
– cinayət mühakimə icraatının mərhələlərinə görə;
– bu cür qərar qəbul etmək səlahiyyətinə malik olan şəxslərin və orqanların dairəsinə görə.
Cinayət məsuliyyətindən azad etmə həm məhkəməyədək mərhələdə, həm də məhkəmə baxışı mərhələsində mümkündür. Cəzadan azad etmə isə yalnız məhkəmə baxışı mərhələsində mümkündür.
Cinayət məsuliyyətindən prokurorun razılığı ilə təhqiqatçı və müstəntiq, habelə məhkəmə azad edə bilər. Cəzadan azad etmə isə məhkəmənin müstəsna səlahiyyətidir.
Cinayət məsuliyyətindən azad etmə müvafiq olaraq cəzadan azad etməni də əhatə edir. Bu zaman cinayət məsuliyyətindən azad etmənin ilkin anı – məhkəməyədək mərhələ, son anı – hökm elan olunanadək məhkəmə baxışı mərhələsidir. Bu mərhələdən sonra isə söhbət yalnız cəzadan azad etmədən gedə bilər.
Cinayət məsuliyyətindən və cəzadan azad etmə halları CM-in IV bölməsində nəzərdə tutulmuşdur. Bu bölmə iki fəslə bölünmüş: on birinci fəsil – cinayət məsuliyyətindən azad etmə, on ikinci fəsil isə cəzadan azad etmə hallarını nəzərdə tutmuşdur. Cinayət məsuliyyətindən azad etmənin əsasları CM-in 72-75-ci, cəzadan azad etmənin əsasları isə CM-in 76-80-cı maddələrində göstərilmişdir.
Qeyd edildiyi kimi, cəzadan azad etmə şəxs barəsində ittiham hökmü çıxarıldıqdan sonra tətbiq edilən cinayət-hüquq institutudur. Belə olduqda isə CM-in 76-80-cı maddələrində nəzərdə tutulmuş cəzadan azad etmə hallarında cinayət təqibinə xitam verilməsi məntiqsiz görünür.
Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CPM-in 40.1-ci maddəsində cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə halları cinayət əməli törətmiş şəxsin CM-in 72-75-ci maddələrində təsbit edilmiş cinayət məsuliyyətindən azad edilməsini ehtiva edir.
Cinayət məsuliyyətindən azad etmə halları CM-in 72-75-ci maddələri ilə yanaşı, həmin Məcəllənin 20-ci (cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə); 21-ci (ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməklə bağlı cinayət məsuliyyətindən azad etmə); 30.2-ci (cinayət törətməkdən könüllü imtina etməklə əlaqədar cinayət məsuliyyətindən azad etmə) və 81.2-ci (amnistiya aktı ilə cinayət məsuliyyətindən azad etmə) maddələrində də nəzərdə tutulmuşdur. CPM-in tələblərinə görə bu maddələrdə sadalanan halların mövcudluğu cinayət təqibinin həyata keçirilməməsi üçün əsas ola bilər.
CM-in 20, 21, 75 və 81.2-ci maddələrində göstərilən hallar ümumiyyətlə cinayət təqibini istisna edir. Belə ki, CPM-in 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.12-ci maddələrinin imperativ xarakterinə əsasən yuxarıda göstərilən hallardan hər hansı biri aşkar olunduqda şəxs barəsində cinayət təqibi başlanılmır, artıq başlanmış icraat gedişində aşkar olunduqda isə cinayət təqibinə xitam verilir.
Bundan fərqli olaraq, CM-in 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda cinayət işinin başlanılmaması və ya ona xitam verilməsi təhqiqatçının, müstəntiqin və ya prokurorun vəzifəsi deyil, hüququdur və bu hüququn həyata keçirilməsinin öz xüsusiyyətləri vardır.
Belə ki, CPM-in 40.2-ci maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72-74-cü maddəsində nəzərdə tutulmuş aşağıdakı hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər:
40.2.1. səmimi peşmançılıq çəkdikdə;
40.2.2. zərər çəkmiş şəxslə barışdıqda;
40.2.3. şərait dəyişdikdə.
Bu maddədən göründüyü kimi zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda cinayət təqibinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında təhqiqatçının və ya müstəntiqin qərarı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla mütləq razılaşdırılmalıdır.
Məhkəmə baxışı gedişində isə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması zamanı cinayət təqibinə xitam verilməsinin qaydaları CPM-in 43-cü maddəsində təsbit olunmuşdur. Məcəllənin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.
Məhkəmə baxışı gedişində CPM-in 40.2.2-ci maddəsində göstərilmiş hal müəyyən edildikdə məhkəmə müdafiə tərəfinin razılığı ilə bu əsasla cinayət təqibinə xitam verə bilər.
Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən CM-in 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda cinayət təqibi icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə isə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər.
Bununla belə, zərər çəkmişin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır.
Göstərilən hallardan başqa cinayət əməlinin obyektinin xarakterinin də nəzərə alınması vacibdir. Məsələn, ictimai təhlükəsizliyə və ictimai qaydaya qarşı və ya dövlət hakimiyyəti əleyhinə olan cinayət işlərində tərəflərin barışması nəticəsində cinayət təqibinə xitam verilməsi CM-in 73-cü maddəsinin tələbləri ilə uyğunsuzluq təşkil etmiş olardı. CM-in 73-cü maddəsinin mənasına görə cinayət məsuliyyətindən azad edilmə yalnız konkret şəxslərin hüquqlarına və qanuni maraqlarına qəsd edən cinayətlər üzrə yolveriləndir. Buna görə də, məsələn, ədalət mühakiməsi əleyhinə olan işlərdə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə CM-in 73-cü maddəsinin tələblərinə cavab verməyən kimi qəbul edilməlidir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:
– CPM-in 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır;
– CPM-in 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. CPM-in 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz;
– Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən CM-in 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda yuxarıda göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz.
3. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik edən Fərhad Abdullayev
Comments are closed, but trackbacks and pingbacks are open.