Press "Enter" to skip to content

Cm-nin 177.2.5-ci maddəsi hökm

Məmmədov Samir Bəhlul oğlu Ağır Cinayətlərə dair işlər üzrə respublika məhkəməsinin 25 iyun 2003-cü il tarixli hökmü ilə (hakim Ə.Abbasov) CM-nin 177.2.2-ci, 177.2.3-cü. 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə, 177.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə üzərində qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və haqqında CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir.

Cm-nin 177.2.5-ci maddəsi hökm

Bakı şəhər sakini Quliyev Əfqan Bəhlul oğlu “Təzadlar” qəzeti redaksiyasına göndərdiyi şikayət məktubunda Masallı rayon Məhkəməsi hakiminin hüquq tarixində bəlkə də rast gəlinməyən özbaşınalığından yazır.

Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi cənab Fuad Ələsgərova və Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova ünvanlı müraciəti təqdim edirik:

“Çox hörmətli Fuad müəllim!
Hörmətli Fikrət müəllim!

Masallı rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, № 1(05)-070/2020 saylı hökmü ilə avtomobilimi qarət etməklə mənə külli miqdarda ziyan vurmaqda (avtomobildə olan qızıl-zinyət əşyalarımız və pulumuzu ələ keçirməklə) təqsirləndirilən şəxs Səmədov Nurlan Rafiq oğlu Azərbaycan Respublikası CM-nin 177.2.4, 177.2.5, 178.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkən müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Masallı rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, № 1(05)-070/2020 saylı hökmü aşağıda qeyd olunanlara görə əsassızdır və ləğv edilməlidir.
Bildirirəm ki, nə istintaq dövründə, nə də ki, məhkəmə istintaqının gedişində cinayət işi obyektiv araşdırılmayıb. Bununla bağlı Məhkəmə-Hüquq Şurasına, Baş Prokurorluğa, ölkə rəhbərinə dəfələrlə müraciət etmişəm və mətbuatda ictimailəşdirmişəm. Məhkəmə qərarında 3-cü səhifəsində göstərilir ki, Nurlan Səmədov “İstisu” sanatoriyasında “Mədə bulağı” deyilən ərazidə tikintidə günü 20 (iyirmi) AZN-ə işləmiş və meşəlik ərazisində özünə yatmaq üçün yer düzəldərək həmin yerdə də gecələmişdir. Nurlan Səmədovun kimin yanında günü 20 (iyirmi) AZN işləməsini və meşə ərazisində gecələməsini heç bir fakt təsdiqləmir.
Avtomobilim qarət olunan gün Nurlan Səmədovun işdə olub-olmamasını və nə vaxt Bakıdan qayıtması barədə dəfələrlə vəsatət verib, iş sahibinin məhkəməyə dəvət olunmasını tələb etsəm də, hakim bunu təmin etmədi.
Yenə 3-cü səhifədə də yazılır ki, Nurlan Səmədov yerdən dəmir parçası tapıb sol arxa qapısının şüşəsini sındırmış, sonra da dəmir parçasını əraziyə atmışdır. Nurlan Səmədovun avtomobilimin şüşəsini sındırdığı dəmir parçası maddi sübut kimi ortada yoxdur.
Qərarın 4-cü səhifəsində yazılır: “O, hadisəni törətdikdən sonra tanımadığı şəxsin avtomobilinə əyləşib Bakı şəhərinə getmişdir”.
Məhkəmə gedişi zamanı Nurlan Səmədova sual verərək “İstisu” ərazisindən Masallı şəhərinə hansı rəngli maşınla gəldiyini soruşduqda o qırmızı rəngli “Jiquli” markalı maşınla gəldiyini bildirdi. Məhkəməyə təqdim etdiyin diskə köçürülmüş kamera görüntülərində qırmızı rəngli “Jiquli” avtomobilinin ətrafında kifayət qədər şübhəli məqamlar vardır. Hakim bu görüntüləri araşdırmağa belə cəhd etmədi. Digər tərəfdən 4-cü səhifədə yazılır ki, Əfqan Quliyevə məxsus avtomobildən oğurluq cinayət əməlini tək törətmişdir.
Hakimə təqdim etdiyim video diskdə isə daha bir neçə nəfərin qırmızı rəngli “Jiquli” markalı avtomobildə şübhəli kimi qeydə alınır.
4-cü səhifədə yazılır: İbtidai istintaq zamanı və hal-hazırkı vaxta kimi polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixoloji təsir göstərilməmişdir.
Bildirirəm ki, Nurlan Səmədov istintaq təcridxanasından 6 (altı) dəfə mənə zəng etmişdir. Hər dəfə o, polis şöbəsində bu işin zorla boynuna qoyulduğunu bildirmişdir.
Məhkəmə qərarının 6-cı səhifəsində yazılır ki, arvadım Lalənin, oğlum Kamranın və qızım Günayın ümumvətəndaşlıq pasportu oğurlanan sumkanın içində olmuşdur. Bildirirəm ki, qızım Quliyeva Günay Əfqan qızının ümumiyyətlə ümumvətəndaşlıq pasportu yoxdur. Bu, bir daha hakimin qeyri-obyektiv olduğunu təsdiq edir.
Qərarın 8-ci səhifəsində yazılır ki, Göytəpə polis bölməsinin sahə müvəkkili Vahid Bayramovun ümumvətəndaşlıq pasportlarını necə tapması barədə məhkəmədə ifadəsi elan olunmuşdur.
Qərarın 9-cu səhifəsində yazılır ki, məhkəmə istintaqı zamanı tədqiq edilən mötəbər sübutlar üzrə təqsirləri tam sübuta yetirmişdir.
– Məhkəmə mötəbər sübut dedikdə, görəsən nə nəzərdə tutulur? Ortada heç bir maddə dəlil və sübut yoxdur. Avtomobildən götürülmüş əl izləri Nurlan Səmədovun olduğunu təsdiq etmir. Verdiyim vəsatətlər təqdim etdiyim kamera görüntüləri tam araşdırılsaydı, avtomobilinin kim tərəfdən qarət olunması və qızıl-zinət əşyalarının kimdə olması sübuta yetərdi. Hakim nəyə görəsə bunları araşdırmaqda maraqlı deyildi.
Qərarın 11-ci səhifəsində yazılır: Masallı RİHB-nin Masallı şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Nurlan Səmədov yaşadığı yer üzrə müsbət xarakterizə olunur.
– Qərarın 3-cü səhifəsində isə yazılır ki, Nurlan Səmədov 2019-cu ilin yanvar ayından Bakı şəhərində, Zabrat qəsəbəsində qardaşıgildə yaşamışdır.
Deməli, son yeddi ayı o, Bakı şəhərində yaşamışdır. Belə bir halda Masallı şəhər İƏD-nin verdiyi xasiyyətnamə nə dərəcədə etibarlıdır və məhkəmənin qərar qəbul edən zaman bunu nəzərə alması nə dərəcədə doğrudur?
– Avtomobilim, 28.07.2019-cu il tarixdə gündüz saat 1500-1700 radələrində qarət olunub. Nurlan Səmədovun verdiyi izahatda bildirir ki, avtomobili qarət etdikdən sonra Bakı şəhərinə getmiş, 29.07.2019-cu il tarixdə isə yenidən Masallı rayonuna qayıtmışdır. Bu qədər qızıl-zinət əşyasının gecəynən satıb qayıtması özündə çoxlu şübhələr doğurur. Bu o deməkdir ki, bu hadisəni bir neçə şəxs birlikdə törədib, ya da ki, Nurlan Səmədovun boynuna qoyulub.
Bütün bunlar barədə məhkəməyə təqdim etdiyim vəsatətlərdə, mətbuatda çıxışlarımda, yuxarı instansiyalara yolladığım şikayətlərdə və məhkəmənin son iclasına təqdim etdiyim son sözdə ətraflı izah vermişəm.
Azərbaycan Respublikasının SPM-nin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edib, yeni hökm və ya qərar çıxarmağa haqlıdır.

Xahiş edirəm, Səmədov Nurlan Rafiq oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.4, 177.2.5, 178.2.2 və 326.2-ci maddəsi ilə məhkum edilməsinə dair Masallı rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, № 1(05)-07/2020 saylı hökmü ləğv edilməsi, bu işin obyektiv araşdırılması və avtomobilinin kimlər tərəfindən qarət olunması dəqiq müəyyənləşdirilməsi və mənə dəymiş maddi ziyan tam ödənilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz”.

Redaksiyadan: inanırıq ki, zərərçəkmişin şikayəti ən azı Şirvan Apellyasiya Məhkəməsində təmin ediləcək, bu məhkəmə qərarı ləğv edilərək təkrar araşdırılmaya veriləcək.

Cm-nin 177.2.5-ci maddəsi hökm

“Dünyanın əksər ölkələrində aparılmış müşahidələr göstərir ki, keçmiş məhkumların əksəriyyəti sosial inteqrasiya prosesinə keçə bilmirlər. Onları cəmiyyətə yenidən qaytarmaq çətin olur. Səbəblər hər şeydən öncə onların özlərini tapa bilməməsidir”.

Bunu keçmiş məhkumların yenidən həbsi ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Qeyd edək ki, son vaxtlar ölkədə cinayət törədən keçmiş məhkumların sayı xeyli artıb. Demək olar ki, hər gün vaxtı ilə məhbus həyatı yaşamış bir və ya bir neçə nəfərin yenidən cinayət törətməsi ilə bağlı məlumat alırıq. Keçmiş məhkumların adlarının kriminal hadisələrdə tez-tez hallanması məhkumların cəzaçəkmə müəssisələrində islah prosesini gündəmə gətirir.

Maraqlıdır, keçmiş məhkumların kriminal hadisələrdə adlarının tez-tez hallanması nə ilə bağlıdır? Cəzaçəkmə müəssisələrində olduqları dövrdə yaxşı islah olunmayıblar, yoxsa ehtiyac onları bu cür yaşamağa məcbur edir?

Deputatın sözlərinə görə, məhkumluq həyatından sonra məhbusların iş tapması müşkül məsələyə çevrilib:

“Hər şeydən öncə qeyd edim ki, bu təkcə bizim ölkədə müşahidə olunan hal deyil. Reallıq bunu deyir. Bəllidir ki, insan cinayət törədərək həbsə düşdükdə iş yerini itirir. Həbsdən çıxandan sonra onun iş tapması çox çətin olur. Təsadüfi deyil ki, BMT çərçivəsində də keçmiş məhkumlara münasibətdə davranış məsələsi həmişə müzakirə obyekti olub. Keçmiş məhkumların cəmiyyətə inteqrasiyası, yenidən sosiallaşması məsələsi ilə bağlı tövsiyələr olub, müzakirələr aparılıb. Bu, qlobal bir problemdir”.

E.Mirbəşiroğlu qeyd edib ki, keçmiş məhkumların yenidən cinayət törətməsini şərtləndirən səbəblər oxşardır:

“Düşünürəm ki, bu barədə ümumi danışmaq lazımdır. Həmin insanlar mənəvi, psixoloji cəhətdən azadlığa uyğunlaşa bilmirlər. Hesab edirəm ki, həbsdə olan zaman onlarla daha çox mənəvi-psixoloji işlərin aparılması vacibdir. Psixoloji cəhətdən onlarda zəiflik olduğundan yenidən cinayətə əl atırlar. Stabilliyi təmin etmək lazımdır. Həbsdən çıxan insanların işlə təmin olunması istiqamətində addımlar atılsın – əsas məsələ bununla bağlıdır. Onların məşğulluğu təmin olunmalıdır. O zaman statistikada da ciddi bir fərq olacaq”.

Elşad Mirbəşiroğlu əlavə edib ki, uzun müddətdən sonra artıq həbsxana onların həyatına çevrilir:

“Bu, aparılan tədqiqatların nəticəsidir. Onlar azadlıqda yaşaya bilmirlər. Ona görə də cinayətə meyilli olurlar. Məhkumlar da Azərbaycan cəmiyyətinin üzvləridir. Onlara daha həssas yanaşmaq lazımdır. İnsanlar həbsdə olduqları dövrdə müəyyən peşələrə yiyələnə bilərlər. Azad olanlar arasında da maarifləndirmə işlərinin aparılması vacibdir. Çalışmalıyıq ki, həbsdən çıxan insanlar cəmiyyətə inteqrasiya oluna bilsinlər. Yadlaşdırıb, özümüzdən kənarlaşdırmamalıyıq. O zaman inteqrasiya daha asan olacaq”.

Vəkil Gülnar Nəzərli isə əlavə edib ki, onların başqa bir məşğuliyyəti olmadığına görə yenidən həmin cinayətə üz tuturlar:

“Hesab etmirəm ki, onlar cəzaçəkmə müəssisələrində islah olunmurlar. Oğurluq, zorlama, dələduzluqla cəza çəkən insanlar azadlığa çıxdıqdan sonra başqa məşğuliyyətləri olmadığına görə yenidən həmin işə əl atırlar. Narkotik alverinə yüngül dolanışıq kimi baxanlar da var.

Adam fikirləşir ki, o tutulsa, itirəcəyi bir şey yoxdur. Oğurluqla tutulanların əksəriyyəti yenidən həbs olunur. Çünki adam başqa işi bacarmadığını düşünür”.

G.Nəzərli qeyd edib ki, bunun həbsxanadakı islah prosesi ilə bağlılığı yoxdur:

“Məhkəmələrdə də bunun şahidi oluruq. Üç-yeddi il cəzasını çəkir, yenidən narkotikə üz tutur. O rahatlığı onda tapır. Bacardığı iş budur. Məcburiyyətdən və ya qəsdən cinayət törədənlər var. Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə oğurluq, 234-cü maddəsi ilə narkotik, 178-ci maddəsi ilə dələduzluq edənlər var. Bu silsilədən olan cinayəti törətmiş insanlar adətən islah olunmur. Özünü başqa cür təsdiq edə bilmədiklərindən yenidən bu yola əl atırlar”.

Nəzrin Vahid

Cm-nin 177.2.5-ci maddəsi hökm

“Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.” Heydər Əliyev

Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illik yubileyinə həsr olunmuş “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda keçirilən Beynəlxalq Konfransda Azərbaycan Respublikası Ali Məhkəməsi sədri Ramiz Rzayevin çıxışı /15.02.2023
Ramiz Rzayev: “Ali Məhkəmənin fəaliyyəti ilə bağlı aparılan islahatlar özünü doğruldur” – MÜSAHİBƏ /26.01.2023
“İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda konfransda Azərbaycan Respublikası Ali Məhkəməsi sədri Ramiz Rzayevin çıxışı /16.06.2022
Çingiz Əsgərov: “Avropa Məhkəməsinə şikayət sayı insan hüquqlarının göstəricisi hesab edilə bilməz” – Müsahibə /23.02.2022
“Vəkil işini vicdanla görürsə, məhkəmə cəriməsindən qorxmamalıdır” – Müsahibə /30.06.2021
Azərbaycan məhkəmə sisteminin inkişafının “yol xəritəsi” /20.05.2019
“Məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi başlayır” – Müsahibə /14.02.2014
Respublikanın məhkəmələri tərəfindən oğurluğa, soyğunçuluğa və quldurluğa dair 2003-cü ildə baxılmış cinayət işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi

Respublikanın məhkəmələri tərəfindən oğurluğa, soyğunçuluğa və quldurluğa dair 2003-cü ildə baxılmış cinayət işləri üzrə məhkəmə təcrübəsinin

Ü M U M İ L Ə Ş D İ R İ L M Ə S İ
(İxtisarla)
Mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır.

Maddi nemətlərə sahibliklə əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olan mülkiyyət münasibətləri hüquqla tənzimlənərək hüquqi forma kəsb edir və konkret mülkiyyətçinin öz əmlakı barədə sahiblik, istifadə və sərəncam səlahiyyətlərini əks etdirən hüquq münasibətlərinə çevrilir.

Mülkiyyət əleyhinə yönəldilmiş cinayətlər şəxsin mülkiyyətə olan hüquqlarının qanunazidd olaraq pozulmasında və həmin əmlakın mülkiyyətçisinə ziyan vurmaqda ifadə olunur.

Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar mülkiyyət anlayışı yeni məna kəsb etmişdir.

Mülkiyyətin mühafizəsi sahəsində konstitusion müddəalar mülkiyyətə qarşı cinayətkar qəsd edilərkən mülkiyyətin növündən asılı olaraq, belə əməllərə fərqli hüquqi qiymət verilməsi barədə əvvəllər mövcud olan təcrübəni aradan qaldırmağa imkan vermişdir.

Konstitusiyanın müddəalarına uyğun olaraq qəbul edilmiş yeni cinayət qanunvericiliyi mülkiyyətinin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə olunmasını təmin etmiş, əvvəlki qanunvericilikdən fərqli olaraq oğurluq, soyğunçuluq və quldurluqla əlaqədar yeni tövsifedici əlamətlər müəyyənləşdirilmiş, eləcə də cəza siyasətində köklü dəyişikliklər edilmişdir.

Mülkiyyət əleyhinə olan cinayətlər sırasında özgənin əmlakının talanması əsasən Azərbaycan Respublikası CM-nin 177-ci, 180-cı və 181-ci maddələrində təsbit olunmuşdur.

Mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgənin əmlakını tamah məqsədilə hüquqa zidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisini və başqa sahibinə ziyan vurmaqla götürülməsi və ya başqa şəxsin mülkiyyətinə yönəldilməsindən ibarət olan hərəkətlər başa düşülür.

Talamanın ən geniş yayılmış formasından biri oğurluqdur. Oğurluq obyektiv cəhətdən özgənin əmlakını gizli talamada ifadə olunur. Bu zaman təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir.

Götürmənin gizliliyi dedikdə, cinayət aktının həm mülkiyyətçidən, həm də digər şəxslərdən (əlbəttə, oğurluğun birgə iştirakçılarından başqa) xəbərsiz, xəlvəti həyata keçirilməsi başa düşülür.

Əgər təqsirkar özgənin əmlakını gizli talağına əmindirsə, lakin ona məlum olmayan kənar şəxs hadisənin şahidi olmuşdursa, bu halda əməl oğurluq kimi qiymətləndirilməlidir.

Qanunun mənasına görə gizli oğurluq törədən şəxs özgənin əmlakını götürmə üzrə hərəkətinin aşkar olunduğunu bilərək cinayətkar qəsdin davam etdirilməsindən imtina edirsə və cinayət yerindən uzaqlaşırsa, bu əməl oğurluğa cəhd kimi CM-nin 29-cu. 177-ci maddələri üzrə tövsif edilməlidir. Lakin şəxs əməlinin aşkar olunduğunu bildikdən sonra cinayəti davam edirsə və götürdüyü əmlakla birlikdə hadisə yerindən uzaqlaşmağa çalışırsa, əməl özgənin əmlakını açıq talama, yəni soyğunçuluq kimi tövsif edilməlidir.

Oğurluğa görə məsuliyyəti nəzərdə tutal CM-nin 177.2-ci maddəsində gizli oğurluğun tövsifedici əlamətləri nəzərdə tutulmuşdur. CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxsin anlayışı CM-nin 34.2-ci maddəsində ümumi şəkildə verilmişdir. Lakin oğurluq cinayətində bu tövsifedici əlamətin özünə məxsusluqları vardır.

Təhlil olunan tərkibdə qabaqcadan əlbir olma dedikdə, iki və ya daha artıq şəxsin birgə oğurluq törətmək üçün əməlin törədilməsinədək razılığa gəlmələri başa düşülür. Belə razılıq cinayətdən əvvəl istənilən anda (cinayətə hazırlıq və ya cinayətə cəhd mərhələsində). lakin hər bir halda özgənin əmlakını götürməyə bilavasitə yönəlmiş hərəkətlərdən əvvəl əldə edilməlidir.

Əks təqdirdə – razılıq əmlakın götürülməsi prosesində əldə edildikdə qabaqcadan əlbir olma əlaməti istisna edilir və bu halda CM-nin 177.2.1-ci maddəsinin tərkibi yaranmır.

Təhlil edilən tövsifedici əlamətin mövcud olması üçün daha bir mühüm şərt oğurluğun qabaqcadan əlbir olan ən azı iki icraçı tərəfindən (birgə icraçılıqla) törədilməsidir.

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən oğurluqda təhrikçi, köməkçi və ya təşkilatçı qismində iştirak etmiş şəxslərin əməli CM-nin 32-ci, 177.2.1-ci maddəsi ilə tövsif edilir. Birgə icraçıların əməllərinin tövsifi üçün əlavə olaraq CM-nin 32-ci maddəsinə istinad etməyə ehtiyac qalmır.

Oğurluğun başqa formalarının tövsifedici əlaməti kimi təkrarlığın anlayışı CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndində çox geniş mənada verilmişdir.

Belə təkrarlıq təkcə eyni cinayətin təkrar törədilməsi nəticəsində deyil, həm də CM-nin 177-185-ci. Habelə 217-ci, 227-ci. 232-ci və 235-ci maddələrində nəzərdə tutulan əməllərdən hər hansı birinin törədilməsindən sonra oğurluq edildikdə yaranır.

Oğurluğun başqa tövsifedici əlamətlərindən biri də yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilən oğurluqdur.

Qeyd olunan yerlərə oğurluq məqsədilə qanunsuz daxil olma zamanı təqsirkar maneələri aradan qaldırmaq və talamaq istədiyi əmlakı götürmək üçün əlavə səylər göstərir, mənzilin və ya başqa tikilinin qapısını, pəncərəsini sındırır, divarını, döşəməsini, tavanı dağıdır, bir sözlə zərərçəkmişə əlavə maddi ziyan vurur ki, bu da qeyd olunan üsulla törədilən oğurluğun ictimai təhlükəliliyini daha da artırır. Təhlil olunan əlamət qanunda oğurluqla yanaşı, soyğunçuluq və quldurluğun da tövsifedici əlamətləri kimi nəzərdə tutulmuşdur.

Qanunun mənasına görə müxtəlif vasitələrdən (məsələ. Qarmaq, ilgəh, maqnit və s.) istifadə etməklə, habelə xüsusi öyrədilmiş heyvanlardan (itlərdən) və quşlardan (məsələn, göyərçinlərdən) istifadə etməklə, eləcə də öz hərəkətlərinin mənasını dərk etmək qabiliyyətində olmayan azyaşlılardan və ruhi xəstələrdən istifadə etməklə binadan və s. saxlanc yerlərindən əmlakın götürülməsi də təhlil olunan tövsifedici əlamət üzrə talama hesab edilməlidir.

Əməlin təhlil edilən əlamət üzrə tövsif edilməsi üçün talama niyyəti yaşayış sahəsinə. binaya və sair saxlanc yerinə daxil olmadan əvvəl yaranmalıdır. Ona görədə qanuni yolla, o cümlədən xoş niyyətlə qeyd edilən yerlərə daxil olmuş şəxsdə talama niyyəti artıq həmin yerdə olarkən yarandıqda əməl təhlil olunan əlamət üzrə tövsif edilə bilməz.

Həmçinin daxil olma qanunsuz olsa da, başqa əməlin törədilməsi üçün daxil olmuş təqsirkarın girdiyi yerdə olarkən orada olan hər hansı əmlakı götürmək niyyətinin yaranması və bu niyyətin icra edilməsi də CM-nin 177.2.3-cü maddəsi üzrə tövsif edilə bilməz. Məsələn, qəsdən adam öldürmə məqsədilə yaşayış sahəsinə daxil olmuş şəxs zərərçəkmişi öldürdükdən sonra onda “xoşuma gələn” hər hansı əmlakı götürmək niyyəti yaranırsa və o, həmin əmlakı qanunsuz olaraq götürərsə, digər tövsifedici əlamətlər olmadıqda onun əməli cinayətlərin məcmusu qaydasında CM-nin 120.1-ci və 177.1-ci maddələri üzrə tövsif olunmalıdır.

Qanunun mənasına görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, binaya, anbara və ya sair başqa saxlanc yerlərinə girməklə, o cümlədən oğurluq törədilməsindən ibarət əməlin tövsifi bəzi özünə məxsusluqlara malikdir.

Belə hallarda rolların qabaqcadan razılaşdırılması bölgüsünə əsasən qapının, pəncərənin sındırılması ilə. Başqa üzvlərin yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerinə daxil olmasına, habelə oradan talan əmlakının çıxarılmasına kömək etmiş şəxsin əməli də, həmin şəxs qeyd olunan yerlərə girməsə belə, birgə icraçılıq kimi qiymətləndirilməli və əməl CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə tövsif edilməlidir. Hər iki tövsifedici əlamətin mövcud olması təqsirkarlara cəza təyin edilərkən nəzərə alınmalıdır.

Azərbaycan Respublikası CM-nin 177.3-cü maddəsində oğurluğun xüsusilə tövsifedici əlamətləri kimi oğurluğun mütəşəkkil dəstə tərəfindən. külli miqdarda ziyan vurmaqla və əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədilməsi nəzərdə tutulmuşdur.

Mütəşəkkil dəstənin ümumi anlayışı CM-nin 34.3-cü maddəsində, külli miqdarda ziyan anlayışı isə CM-nin 177-ci maddəsinin qeydində ətraflı surətdə verilmişdir.

Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş xüsusilə tövsifedici əlamətin mövcud olması üçün şəxsin əvvəllər CM-nin 177-ci maddəsinin qeydinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini iki dəfə və ya daha çox törətməsi və bu əməllərə görə məhkumluq qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş olmalıdır.

Özgə əmlakının talanması cinayətlərinin nisbətən ağır forması CM-nin 180-cı maddəsində nəzərdə tutulan soyğunçuluq, yəni özgənin əmlakını aıq talamadır.

Soyğunçuluğun obyekti öz sosial-iqtisadi məzmununa görə özgə əmlakını talamanın digər formalarının obyektləri ilə üst-üstə düşür. Lakin qeyd etmək lazımdır ki, CM-nin 180.2.4-cü maddəsinə görə özgənin əmakını açıq talama insanların həyatıvə ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilə bilər. Buna grə də cinayətdən zərərçəkmiş şəxsin sağlamlığı təhlil edilən cinayətin əlavə obyekti kimi qəbul edilməlidir.

Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir. Həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir bə bu cinayət çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq etməklə müşayiət olunur. əgər təqsirkar şəxs gizli şəkildə başladığı oğurluq hərəkətlərinin aşkar xarakter aldığını dərk edərək əmlakı ələ keçirmək və ya əldə saxlamaq üçün hərəkətini davam etdirirsə, onda onun əməli soyğunçuluq kimi tövsif olunmalıdır.

Təqsirkar özünün özgənin əmlakını talamadan ibarət olan cinayətkar hərəkətlərinin kənar şəxslər tərəfindən müşahidə edildiyini hesab edirsə, lakin həmin şəxslər təqsirkarın hərəkətinin mahiyyətini dərk etmirlərsə, əməl yenə də soyğunçuluq kimi tövsif edilməlidir.

Təqsirkar şəxs gizli oğurluq kimi başladığı hərəkətlərinin kənar şəxlərə məlum olduğunu aşkar etdikdən sona yaxalanmaqdan qorxaraq oğurladığını atıb hadisə yerindən qaçırsa, onun əməli özgə əmlakını gizli olaraq talamaya cəhd kimi, CM-nin 29-cu. 177-ci maddələri ilə tövsif edilməlidir.

Cinayət Məcəlləsinin 180.2-ci maddəsində sadalanan tövsifedici əlamətlərdən dördüncüsü, yəni insanın həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə istisna olmaqla qalan əlamətlərin olması gizli talamanın eyni adlı tövsifedici əlamətləri ilə üst-üstə düşür.

İnsanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə dedikdə, şəxsən orqanizminə həyat və ya sağlamlığı üçün təhlükəli olmayan maddələr yeridilməsi, vurma, döymə və ya qəsdən sağlamlığa yüngül zərər vurma, zərərçəkmişin azadlığını məhdudlaşdırma, həyat və ya sağlamlıq üçün təhlükəli olmayana fiziki ağrılar yeritmə başa düşülməlidir.

Belə zor həm əmlakın götürülməsinə maneçilik edən şəxslərin müqavimətini qırmaq, həm də götürülmüş əmlakı əldə saxlamaq və aradan çıxmaq məqsədilə tətbiq edilə bilər. ona görə də həm əmlakın mülkiyyətçisinə, həm də kənar şəxslərə belə zor tətbiq edilməsi təhlil edilən tövsifedici əlaməti əmələ gətirir.

Əvvəlki CM-dən fərqli olaraq, hazırda qüvvədə olan CM-nin oğurluğa görə məsuliyyəti nəzərdə tutan 177-ci maddəsində psixi zor tətbiq etmə bu cinayətin tövsifedici əlaməti kimi nəzərdə tutulmadığından bu cür əməl CM-nin 180.1-ci maddəsi ilə sadə soyğunçuluq kimi tövsif edilməlidir.

Özgənin əmlakını soyğunçuluq yolu ilə ələ keçirmə zamanı təqirkar zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurursa, onun əməli cinayətlərin məcmusu qaydasında CM-nin 180.2.4.-cü və 126-cı və ya 127-ci maddələrindən biri ilə tövsif olunmalıdır.

Özgə əmlakını talamanın daha təhlükəli formasından biri də CM-nin 181-ci maddəsində nəzərdə tutulmuş quldurluqdur.

Quldurluq özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. Basqın dedikdə təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluğun tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə – özgə əmlakını ələ keçirməyə yönəlsin.

Quldurluq zamanı tətbiq edilən fiziki zorakılıq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarsa, əməl CM-nin 181.3.3-cü maddəsi ilə tövsif edilməlidir. Əgər fiziki zorakılığın tətbiqi ilə əlaqədar zərərçəkmiş şəxsin sağlamlığına yetirilmiş ağır zərər onun ölümü ilə nəticələnirsə, onda əməl cinayətlərin məcmusu qaydasında CM-nin 126.3-cü və 181.3.3-cü maddələri ilə tövsif olunmalıdır.

Quldurluq basqını törətmiş qabaqcadan əlbir olan bir qrup təqsirli şəxsin qəsdi ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiq olunması əhatə edilmirsə, o zaman onlardan yalnız biri silah və silah qismində istifadə edilən predmet ttəbiq etsə belə, bütün qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşımalıdırlar.

Bir qrup şəxsin özgə əmlakını oğurlamaq barədə qabaqcadan razılığa gəldiyi hallarda birgə icraçılardan hər hansı biri əldə edilmiş razılıqdan kənara çıxaraq soyğunçuluq və ya quldurluq kimi hüquqi qiymət verilən əməl törətmişsə, belə əməl müvafiq olaraq CM-nin 180-cı və 181-ci maddəsi ilə tövsif edilməlidir.

Cinayət törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs anlayışından fərqli olaraq, mütəşəkkil dəstə özünün sabitliyi, tərkibində təşkilatçının və birgə cinayətkar fəaliyyət üçün əvvəlcədən hazırlanmış planın olması, cinayətin törədilməsinə hazırlıq və cinayətkar niyyətinin həyata keçirilməsi zamanı qrup üzvləri arasında funksiyaların bölüşdürülməsi ilə xarakterizə olunur.

Bu cinayətlərin mütəşəkkil dəstə tərəfindən törədilməsi qənaətinə gələrkən, bütün birgə iştirakçıların hərəkətləri, onların törədilmiş əməldə rolundan asılı olmayaraq, CM-nin 32-ci maddəsinə istinad edilmədən, birgə icraçı kimi tövsif edilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin iş planına uyğun olaraq respublika məhkəmələri tərəfindən 2003-cü ildə baxılmış oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi ümumiləşdirilmişdir.

Ümumiləşdirmə ilə əlaqədar cinayət işlərinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan cinayət işlərinə baxılarkən qanunvericiliyin tələblərinə əsasən düzgün əməl edilmişdir.

Bununla yanaşı, müəyyən edilmişdir ki, bu növ cinayət işlərinə baxılarkən bəzi məhkəmələr tərəfindən işin halları tam və obyektiv surətdə araşdırılmamış, təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifində səhvlərə yol verilmiş, cəzanın fərdiləşdirilməsi ilə əlaqədar qanunun tələblərinə həmişə dürüst əməl olunmamış, törədilmiş cinayətə görə işin bütün halları, təqsirkarın şəxsiyyəti, cinayətin ictimai təhlükəlilik dərəcəsi lazımi səviyyədə nəzərə alınmadan və qanuni əsaslar olmadan təqsirləndirilən şəxslər barəsində yüngül cəza və ya şərti məhkumluq tətbiq edilmiş, bəzi hallarda təqsirləndirilən şəxslərin müdafiə hüquqları pozulmuş, bəzi hallarda isə cinayət işinin əsassız olaraq ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarılması hallarına yol verilmişdir.

Statistik məlumatlardan görünür ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə respublikanın birinci instansiya məhkəmələri tərəfindən Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə 1054 nəfər, 180-cı maddəsi ilə 159 nəfər, 181-ci maddəsi ilə 157 nəfər məhkum olunmuşdur.

Statistik məlumatların müqayisəli təhlili göstərir ki, CM-nin 177-ci maddəsi ilə məhkum olunanların sayı 2001-ci ilə nisbətən 2003-cü ildə 383 nəfər, yəni 25,1 faiz, CM-nin 181-ci maddəsi ilə məhkum olunanların sayı 17 nəfər, 9,8 faiz azalmış, lakin CM-nin 180-cı maddəsi ilə məhkum olunanların sayı 33 nəfər, yəni 24,3 faiz çoxalmışdır.

Bu qəbildən olan cinayətlərə görə məhkum edilənlərin tərkibinin təhlili göstərir ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə CM-nin 177-ci maddəsi ilə məhkum olunanların 45 nəfəri, yəni 4,3 faizi, CM-nin 180-cı və 181-ci maddələri ilə məhkum edilənlərin isə müvafiq surətdə 2 nəfəri, yəni 1,3faizi qadınlar olmuşdur.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə CM-nin 177-ci maddəsi ilə mәhkum edilənlərin 99 nəfəri, yəni 9,4 faizi, 180-cı maddə ilə məhkum edilənlərin 12 nəfəri, yəni 7,8 faizi, 181-ci maddə ilə məhkum edilənlərin 16 nəfəri, yəni 10,1 faizi cinayət törədərkən yetkinlik yaşına çatmamış gənclər olmuşdur.

Öyrənilmiş cinayət işlərindən görünür ki, CM-nin 177-ci maddəsi ilə məhkum edilənlərdən 348 nəfəri. yəni 33 faizi, 180-cı maddəsi ilə məhkum edilənlərin 54 nəfəri, yəni 35,3 faizi. 181-ci maddə ilə məhkum edilənlərin isə 67 nəfəri, yəni 42,7 faizi əvvəllər məhkum olunmuş şəxslər olmuş, CM-nin 177-ci maddəsi ilə məhkum edilənlərdən 204 nəfərinin, yəni 19,3 faizinin, 180-cı maddəsi ilə məhkum edilənlərdən 22 nəfərinin, yəni 14.4 faizinin və 181-ci maddəsi ilə məhkum edilənlərdən isə 42 nəfərinin, yəni 26,8 faizinin əvvəlki cinayətlərə görə məhkumluqları ödənilməmişdir.

Bu müddətdə CM-nin 177-ci maddəsi ilə məhkum edilənlərdən 23 nəfəri, yəni 2,2 faizi, 180-cı maddə ilə məhkum edilənlərdən 2 nəfəri, yəni 1,3 faizi və 181-ci maddəsi ilə məhkum edilənlərdən 1 nəfəri, yəni 0,6 faizi əvvəlki cinayətə görə onlara təyin olunmuş cəzalarını çəkib qurtarmamış yenidən cinayət törətmişlər. Bunlardan 20 nəfəri koloniya məntəqələrində cəza çəkən məhkumlar, 6 nəfəri isə xüsusi komendaturalarda cəza çəkən şəxslər olmuşdur.

Qeyd olunduğu kimi, mülkiyyət əleyhinə yönəldilmiş cinayətlər şəxsin mülkiyyətə olan hüquqlarının qanuna zidd olaraq pozulmasında və həmin əmlakın mülkiyyətçisinə ziyan vurmaqda ifadə olunur. Ziyan bütün hallarda bu qəbildən olna cinayətlərin obyektiv cəhətinin zəruri ünsürü kimi müşayiət olunur.

Bu baxımdan, məhkəmələr tərəfindən mülkiyyət əleyhinə yönəldilmiş cinayət işlərinə baxılarkən ziyanın ödətdirilməsi məsələsi mühüm əhəmiyyət kəsb edir.

Ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, respublikanın məhkəmələri tərəfindən oğurluq, soyğunçuluq və quldurluqla əlaqədar 2003-cü ildə baxılmış cinayət işləri üzrə cəmi 6.722014213 manat ziyan müəyyən edilmiş, bu ziyandan 1.279127919 manatı, yəni 19 faizi dövlətə, 5.442886294 manatı, yəni 81 faizi isə ayrı-ayrı vətəndaşlara vurulmuşdur. İşlərin öyrənilməsi göstərir ki, cinayət nəticəsində vurulmuş ziyanın əqirkar şəxslərin hesabına ödətdirilməsi kimi mühüm məsələyə məhkəmələr tərəfindən lazımi səviyyədə fikir verilməmişdir.

Belə ki, bu cinayətlər nəticəsində dövlətə vurulmuş ziyandan 754.362.993 manatı, yəni 59 faizi, ayrı-ayrı vətəndaşlara vurulmuş ziyandan 2.274080520 manatı, yəni 41.8 faizi istintaq zamanı ödənildiyi halda, dövlətə vurulmuş ziyandan 14.621992 manatı, yəni cəmi 1,1 faizi. ayrı-ayrı vətəndaşlara vurulmuş ziyandan isə 147.324.360 manat, yəni 2,7 faizi məhkəmə baxışı zamanı ödətdirilmiş, dövlətə vurulmuş ziyandan 510.142.954 manat, yəni 39.9 faizi, ayrı-ayrı vətəndaşlara vurulmuş ziyandan isə 3.021481414 manat, yəni 55,5 faizi ödətdirilmiş qalmışdır.

Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi göstərir ki, oğurluq, soyğunçuluq və quldurluqla bağlı respublikanın məhkəmələri tərəfindən 2003-cü ildə nəticə verilən işlər üzrə təqsirli şəxslər barəsində cəza təyinetmənin ümumi prinsiplərinə əsasən düzgün əməl olunmuşdur.

Bununla yanaşı, müəyyən edilmişdir ki, bəzi məhkəmələr tərəfindən cəza təyin edilməsinin və şərti məhkum etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-cü və 70.2-ci maddələrinin tələbləri kifayət qədər nəzərə alınmamış, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar lazımi qaydada nəzərə alınmadığından, təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifində səhvlərə yol verildiyindən, cəzaçəkmə müəssisəsinin növü düzgün müəyyən edilmədiyindən və habelə sair maddi və prosessual hüquq normaları pozulduğundan həmin işlər üzrə birinci instansiya məhkəmələrinin yekun aktları yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilmiş və ya dəyişdirilmişdir.

Belə ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə oğurluğa görə CM-nin 177-ci maddəsi ilə məhkum edilmiş 1054 nəfərdən 127 nfəri, yəni 12 faizi soyğunçuluğa görə, CM-nin 180-cı maddəsilə məhkum edilmiş 153 nəfərdən 30 nəfəri. yəni 19,6 faizi quldurluğa görə, CM-nin 181-ci maddəsi ilə məhkum edilmiş 157 nəfərdən 93 nəfəri, yəni 59, faizi apellyasiya şikayəti vermiş, CM-nin 177-ci maddəsi ilə məhkum edilənlərdən 2 nəfər haqqında hökmlər ləğv edilmiş, 59 nəfər barəsində hökm dəyişdirilmiş, CM-nin 180-cı maddəsi ilə məhkum edilənlər barədə ləğv edilən hökm olmamış, 17 nəfər barəsində hökm dəyişdirilmiş, CM-nin 181-ci maddəsi ilə məhkum olunanlar barəsində də ləğv edilən hökmlər olmamış, 27 nəfər haqqında hökmlər dəyişdirilmişdir.

Bu müddətdə qeyd olunan cinayət işləri üzrə prokurorluq tərəfindən 53 nəfər haqqında apellyasiya protesti verilmiş, 40 nəfər haqqında apellyasiya protesti təmin olunmuşdur.

Ümumiləşdirmənin əhatə etdiyi dövrdə oğurluq, soyğunçuluq və quldurluqla bağlı cinayət işləri üzrə məhkum edilənlərdən 47 nəfəri Apellyasiya Məhkəməsinin qərarlarından kassasiya şikayəti vermiş, kassasiya şikayəti əsasında Apellyasiya Məhkəməsinin qərarı bir nəfər haqqında ləğv edilmiş, 12 nəfər haqqında dəyişdirilmişdir.

Yuxarıda şərh olunduğu kimi, birinci instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifində və cəza təyini məsələlərində səhvlərə və onun pozuntularına yol verildiyindən yuxarı instansiya məhkəmələri tərəfindən belə qərarlar dəyişdirilmiş və ya ləğv edilmişdir.

Bunları aşağıdakı misallardan daha aydın görmək olar:

Məmmədov Samir Bəhlul oğlu Ağır Cinayətlərə dair işlər üzrə respublika məhkəməsinin 25 iyun 2003-cü il tarixli hökmü ilə (hakim Ə.Abbasov) CM-nin 177.2.2-ci, 177.2.3-cü. 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə, 177.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə üzərində qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və haqqında CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir.

S.Məmmədov təqsirli bilinib məhkum olunmuşdur və ona görə ki, o, 2001-ci ilin yanvar ayının 25-də, saat 21 radələrində Bakı şəhəri R.Muxtarov küçəsi 37 saylı evin pəncərəsinin şüşəsini sındırıb, qanunsuz olaraq mənzilə daxil olub, həmin mənzildə kirayənişin yaşamış İsveçrə vətəndaşı Marsel Burdiyə məxsus 66.995.200 manat məbləğində əmlakını oğurlamaqla ona külli miqdarda ziyan vurmuşdur.

Bundan başqa, S.B.Məmmədov təkrarən özgəsinin əmlakını gizli yolla talamaq məqsədilə, 09.08.2002-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Ü.Hüseynov küçəsi 14 saylı mənzilin pəncərəsindən qanunsuz olaraq mənzilə daxil olub, ev sahibi İsmayılova Asya Tofiq qızına məxsus 20.334.910 manat məbləğində əmlakını oğurlayaraq ona xeyli miqdarda ziyan vurmuşdur.

Bundan əlavə, o. təkrarən özgəsinin əmlakını gizli yolla talamaq məqsədilə, 17 sentyabr 2002-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Ü.Hüseynov küçəsi 8 saylı evin pəncərəsindəki dəmir barmaqlığı əli ilə aralayıb mənzilə daxil olub, həmin mənzildə kirayinişin yaşayan İsveçrə vətəndaşı Barbara Qerlaxa məxsus pulunu və qızıl əşyalarını oğurlayaraq zərərçəkmiş şəxsə 23.221.260 manat dəyərində, yəni xeyli miqdarda ziyan vurmuşdur.

Dövlət ittihamçısı məhkəmənin hökmündən apellyasiya protesti verərək, təqsirləndirilən şəxsə məhkəmə tərəfindən cəza təyin edilərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və ziyanın ödənilməsi nəzərə alınmadan məhkuma həddindən artıq yüngül cəza təyin edilməsini və əsassız olaraq mülki iddianın baxılmamış saxlanılmasını göstərib, hökmün dəyişdirilib, ona daha ağır cəza təyin olunmasını, eyni zamanda məhkumun əməlinin CM-nin 177.3.2-ci maddəsi ilə tövsif olunmasını xahiş etmişdir.

İşə apellyasiya protesti əsasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi S.Məmmədova yüngül cəza təyin etməklə, onun barəsində CM-nin 70-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır.

Buna görə də Apellyasiya Məhkəməsinin 25 iyun 2003-cü il tarixli qərarı ilə (hakim Q.Kərimov) S.Məmmədov haqqındakı hökm dəyişdirilərək, hökmün nəticəvi hissəsindən “CM-nin 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə S.Məmmədovun üzərində qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın və CM-nin 70-ci maddəsinə əsasən S.Məmmədova təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin” sözləri xaric edilərək, S.Məmmədovun üzərində 5 il 5 ay 23 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmaqla prokurorluğun protesti təmin edilmişdir.

Apellyasiya Məhkəməsinin birinci instansiya məhkəməsi tərəfindən məhkum S.Məmmədova təyin olunmuş cəzanın yüngüllüyü barədə gəldiyi nəticə işin hallarına və törədilmiş cinayətin xarakterinə tam surətdə uyğundur.

Lakin istər prokurorluğun apellyasiya protestində və istərsə də Apellyasiya Məhkəməsinin həmin iş üzrə qərarında S.Məmmədovun əməlinin CM-nin 177.3.2-ci maddəsi ilə əhatə olunması və məhz bu əsasa görə hökmün nəticəvi hissəsindən CM-nin 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü və 66.3-cü maddələrinin xaric edilməsini düzgün hesab etmək olmaz.

Belə ki, yuxarıda şərh olunduğu kimi, S.Məmmədov ayrı-ayrı vaxtlarda ayrı-ayrı şəxslərə məxsus müxtəlif evlərdən üç dəfə qanunsuz olaraq mənzilə daxil olmaqla oğurluq etmiş, birinci dəfə 2001-ci il yanvar ayının 25-də Bakı şəhərində yaşayan İsveçrə vətəndaşı Marsel Burqiyə məxsus 66.995.200 manatlıq, yəni külli miqdarda əmlakını, ikinci dəfə 9 avqust 2002-ci ildə isə təkrarən A.İsmayılovanın mənzilindən 20.334.910 manatlıq, yəni xeyli miqdarda əmlakını, üçüncü dəfə isə 17 sentyabr 2000-ci ildə yenə də İsveçrə vətəndaşı Barbara Qerlaxanın yaşadığı mənzildən ona məxsus 23.221.260 manatlıq, yəni xeyli miqdarda şəxsi əmlakını gizli yolla talamaqla oğurlamışdır.

Göründüyü kimi, S.Məmmədov 25 yanvar 2001-ci il tarixdə qanunsuz olaraq Marsel Burqinin mənzilinə daxil olaraq onun 66.995.200 manat dəyərində, yəni külli miqdarda əmlakını oğurlamaqla CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.

Qeyd olunduğu kimi, S.Məmmədov birinci oğurluqdan sonra müxtəlif vaxtlarda təlrarən qanunsuz olaraq, iki nəfərin də mənzilinə daxil olub, onların hər birinin ayrı-ayrılıqda xeyli miqdarda əmlakını talamaqla CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir.

Hesab edirik ki, konkret halda məhkum S.Məmmədovun əməli CM-nin 177.3.2-ci maddəsi ilə yanaşı, həm də 177.2-ci maddəsi ilə tövsif olunmalı idi.

Başqa bir misal:

Xızı rayon məhkəməsinin 12 mart 2003-cü il tarixli hökmü ilə (hakim H.Qəribov) Həsənov Hikmət Həsənbala oğlu CM-nin 177.2.1-ci, 177.2.3-cü maddəsilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum olunma cəzasına məhkum olunmuş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş cəza 2 il sınaq müddəti ilə şərti hesab edilərək o, məhkəmə zalından azad edilmişdir.

Məhkəmənin hökmü ilə H.Həsənov ona görə təqsirli bilinmişdir ki, o, həmkəndlisi Xızı rayonu, Giləzi qəsəbə sakini Novruzov Elçin Elman oğlu ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub qrup təşkil edərək, 5 yanvar 2003-cü il tarixdə Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan İbrahimov Telman Zaman oğlunun həyətindəki saxlanc yeri olan tövləsinə qanunsuz olaraq daxil olub, oradan 900.000 manat dəyərində bir baş iribuynuzlu malını gizli olaraq oğurlamışdır.

Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək məhkəmənin H.Həsənova cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alınmasını, onun haqqında CM-nin 70-ci maddəsinin tətbiqi üçün qanuni əsaslar olmamasını göstərib hökmün H.Həsənova aid hissəsinin dəyişdirilib, CM-nin 70-ci maddəsinin tətbiqinin hökmdən xaric edilməsini xahiş etmişdir.

İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi H.Həsənova cəza təyin edərkən, əsasən cəzanı yüngülləşdirən halları nəzərə almış, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə əhəmiyyət verməmiş, onun haqqında əsassız olaraq CM-nin 70-ci maddəsini tətbiq etmişdir. Buna görə də Apellyasiya Məhkəməsinin 22 may 2003-cü il tarixli qərarı ilə Xızı rayon məhkəməsinin 12 mart 2003-cü il tarixli hökmünün H.Həsənova aid hissəsi dəyişdirilərək CM-nin 70-ci maddəsi hökmün nəticəvi hissəsindən xaric olunmaqla ona maddənin sanksiyası həddində cərimə cəzası təyin edilmişdir.

Qanunla ayrı-ayrı cinayətlərə görə cərimədən müəyyən müddətə azadlıqdan məhrum etməyədək alternativ cəzalar nəzərdə tutulduğu hallarda həmin cinayətlərə görə cərimə artıq ən yüngül cəza növü kimi müəyyən edildiyindən burada daha yüngül cəza növündə keçilməsi prinsipi əsasında daha yüngül cəza təyin edilə bilməz. Bu zaman məhkəmə CM-nin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməməsi prinsiplərini tətbiq edə bilər.

Ümumiləşdirilmə nəticəsində müəyyən edilmişdir ki, Qanunun bu norması bəzi məhkəmələr tərəfindən düzgün tətbiq olunmamışdır.

Belə ki, Ağır Cinayətlərə Dair İşlər üzrə respublika məhkəməsinin 9 oktyabr 2003-cü il tarixli hökmü ilə (hakim S.Kərimov) Quliyev Rusteveli İbrahim oğlu CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.4-cü maddələri ilə təqsirli bilinib üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Ağayev Sədaqət Sarı oğlu CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.4-cü maddələri ilə təqsirli bilinib üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə haqqında CM-nin 70-ci maddəsi tətbiq edilərək bir il sınaq müddəti ilə cəzası şərti hesab edilmiş, Ağaməmmədov Əlövsət Həsən oğlu, Paşayev Mehman Yelmar oğlu 177.2.1-ci, 177.2.2-ci, 177.2.4-cü maddələri ilə təqsirli bilinib haqlarına CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına. Qasımov Ədalət Qasım oğlu CM-nin 177.2.1-ci, 177.2.4-cü maddələri ilə təqsirli bilinib haqqında CM-nin 62-ci maddəsi tətbiq edilməklə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işi cəzasına, Orucov Paşa Kirman oğlu, Camalov Akif Hüseynxan oğlu, Mehrəliyev İlyas Məhəmməd oğlu, Abbasov Vüqar İdris oğlu, Alməmmədov Əfqan Qənaət oğlu CM-nin 177.2.1-ci, 177.2.4-cü maddələri ilə təqsirli bilinib haqlarında CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər.

İş üzrə çıxış edən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv olunmasını və bütün məhkumların cinayət əməllərini CM-nin 29-cu, 177.3.2-ci maddəsinə tövsif etməyi, onlara həmin maddənin sanksiyası hüdudlarında cəza təyin etməyi xahiş etmişdir.

Məhkumlar V.İ.Abbasov, İ.M.Mehrəliyev, A.Q.Alməmmədov, M.Y.Paşayev, Ə.H.Ağaməmmədov, R.K.Orucov, R.İ.Quliyev apellyasiya şikayəti verib hökmün qanunsuz və ədalətsiz olmasını göstərib onlara bəraət verilməsini xahiş etmişlər.

İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi məhkumların cinayət əməlini düzgün olaraq CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.4-cü maddələri ilə tövsif etmişdir.

Lakin məhkəmə məhkum R.Orucovun, Ə.Qasımovun, İ.Mehrəliyevin, Ə.Ağaməmmədovun, N.Camalovun, M.Paşayevin, A.Abbasovun və A.Alməmmədovun haqqında CM-nin 62-ci maddəsini tətbiq edib onlara azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə qanunun tələbini pozmuşdur.

Belə ki, məhkumlara istinad edilən CM-nin 177.2-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasından daha yüngül, yəni cərimə cəzası nəzərdə tutulduğundan, məhkəmə qeyd olunan məhkumlar barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə, onlara azadlığın məhdudlaşdırılması cəzası tətbiq etməkdə haqlı olmamış, yəni onların vəziyyətini ağırlaşdırmışdır.

Buna görə də Apellyasiya Məhkəməsinin 24 dekabr 2003-cü il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə respublika Məhkəməsinin göstərilən məhkumlar barəsində hökmü dəyişdirilmiş, yəni hökmün nəticəvi hissəsindən CM-nin 62-ci maddəsinin tətbiqi xaric olunmaqla, məhkumlara istinad edilən maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzası tətbiq olunmuşdur.

Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində cəzanı ağırlaşdıran halların siyahısı konkret surətdə şərh olunmuşdur. CM-nin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.

Ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, bəzi məhkəmələr tərəfindən qanunun bu norması düzgün tətbiq edilməmişdir.

Belə ki, Ağır Cinayətlərə Dair İşlər üzrə respublika Məhkəməsinin 2 aprel 2003-cü il tarixli hökmü ilə E.Mahmudov və V.Əliyev CM-nin 177.3-cü maddəsi ilə məhkum olunmuşlar. Ona görə ki, onlar qabaqcadan əlbir olub, qrup təşkil edərək, oğurluq məqsədilə 2002-ci ilin oktyabr ayının 4-dən 5-nə keçən gecə saat 2 radələrində Bakı şəhəri D.Səfərov küçəsi 7 saylı evin 52 saylı mənzilinə qanunsuz daxil olaraq Y.Kərimova məxsus cəmi 128.639.425 manat dəyərində əmlakını gizli olaraq talayıb, zərərçəkmişə külli miqdarda ziyan vurmuşlar. Təsvir olunan cinayət əməlini törətdiklərinə görə məhkəmənin hökmü ilə onların hər biri 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər.

Məhkəmə məhkumlara cəza təyin edərkən cinayətin tamah məqsədilə edilməsini qanunsuz olaraq cəzanı ağırlaşdıran hal hesab etmişdir.

Apellyasiya Məhkəməsinin 1 iyul 2003-cü il tarixli qərarı ilə məhkəmənin hökmü dəyişdirilmiş cinayətin tamah məqsədilə edilməsinin cəzanı ağırlaşdıran hal kimi hesab edilməsi hökmdən xaric edilmişdir.

Eyni xarakterli qanun pozuntusuna Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hakimi E.Rəhimovun sədrliyi ilə M.Hüseynovun CM-nin 177.2.2-ci və 177.1.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə də baxılarkən yol verilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.