VM-nin 58.8.2-ci maddəsi xərcə silinmiş mallara tətbiq edilə bilərmi
Əməlimdən çox peşmanam. Atamla barışmışıq. Özüm II qrup əliləm, eyni zamanda talassemiya xəstəsiyəm. Himayəmdə üç yetkinlik yaşına çatmayan uşağım var. Çox xahiş edirəm, bütün bunlar nəzərə alınaraq mənə yüngül cəza verilsin”.
Oğlu tərəfindən maşını yandırılan ata: “Yanında oturub isinirdi”
BAKU.WS Kriminalqafqaz-a istinadla xəbər verir ki, hadisə ötən ilin noyabrında rayonun kəndlərindən birində baş verib. Belə ki, atası ilə birlikdə yaşayan 1982-ci il təvəllüdlü Zöhrab Məmmədov (şərti) maşınını ona vermədiyi üçün atasından qisas almaq məqsədilə “Ford Transit” markalı mikroavtobusun üzərinə benzin tökərək yandırıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Avtomobilin sahibi Səhrab Məmmədova (şərti) 12 min manat zərər dəyib.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Qəbələ Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Zöhrab Məmmədov bildirib ki, hadisə baş verən gün o, içkili olub və atası ilə mübahisələri düşüb:
“Atam mikroavtobusla sərnişin daşıyaraq qazanc əldə edirdi. Ona dedim ki, maşını başqalarına yox, mənə versin, sürüm. Sərnişin də daşıyaram. O isə avtomobili heç vaxt mənə verməyəcəyini bildirdi. Buna görə aramızda mübahisə düşdü. Daha sonra mən evdən çıxıb kafeyə getdim. Evdə də içki içmişdim, kafedə də pivə içdim. Sonra evə gəldim. Çox əsəbi idim və qərara gəldim ki, atamın maşınını yandırım. Gecə saat 03 radələrində həyətə düşdüm. Avtomobilin üzərinə benzin tökərək alışqanla yandırdım. Daha sonra atam, anam və həyat yoldaşım pəncərədən maşının yandığını görüb kimin etdiyini soruşdular. Dedim ki, özüm etmişəm. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin işçiləri gəldilər və yanğını söndürdülər. Daha sonra polislər gəlib məni bölməyə apardılar. İzahatımı aldılar.
Əməlimdən çox peşmanam. Atamla barışmışıq. Özüm II qrup əliləm, eyni zamanda talassemiya xəstəsiyəm. Himayəmdə üç yetkinlik yaşına çatmayan uşağım var. Çox xahiş edirəm, bütün bunlar nəzərə alınaraq mənə yüngül cəza verilsin”.
Hadisə zamanı zərərçəkən Səhrab Məmmədov məhkəmədəki ifadəsində bildirib ki, hazırda oğlu ilə barışıb və onunla bağlı heç bir tələbi yoxdur:
“Həmin gün o, içkili idi və məndən maşını istədi. Elə içkili olduğuna görə maşını ona vermədim. Gecə nəvəm gəlib məni oyadaraq dedi ki, maşın yanır. Mən də durub baxanda gördüm ki, Zöhrab yanan maşının yanında durub isinir.
O maşını altı il əvvəl almışdım. Onunla sərnişin daşıyırdım. Oğlum isə onu yandırdı. Mənə 12 000 manat dəyərində zərər dəydi. Onu alanda oğlumun mənə köməkliyi dəyməmişdi”.
Qəbələ Rayon Məhkəməsinin hökmü ilə Zöhrab Məmmədov CM-nin 186.2.2-ci maddəsi ilə (əmlakı qəsdən yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla məhv etmə və ya zədələmə) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra isə CM-nin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilərək iki il sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunub.
VM-nin 58.8.2-ci maddəsi xərcə silinmiş mallara tətbiq edilə bilərmi?
Sual: Səyyar vergi yoxlaması zamanı satılmış malların alışını təsdiq edən müvafiq sənədlər olmadığı üçün vergi ödəyicisinin həmin malların alışı ilə bağlı xərcləri vergi orqanı tərəfindən nəzərə alınmayaraq bəyannamədə həmin xərclər azaldılmışdır. Belə olan halda əlavə olaraq Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi (58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında) tətbiq edilə bilərmi? Həmçinin qeyd edim ki, həmin mallar satıldığı üçün faktiki olaraq yoxdur və inventarizasiya aparılsa aşkar edilməyəcək.
Malların əskik gəlməsi gəlir və ya xərc öhdəliyi yaradırmı.
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi ilə müəyyən edilmiş maliyyə sanksiyası səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin yalnız sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadığı halda tətbiq edilir.
Sevdiyi qızla cinsi əlaqədə olub telefona çəkdi — DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATLARI
Sevdikləri qızların intim səhnələrin yaymaqları ilə hədələyərək pul tələb edən gənclər cəzalarının azaldılmasını istəyirlər.
“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunan Qocayev Leysan Temraz oğlu və Əlizadə Orxan Elxan oğlunun məhkəmə prosesi iyul ayının 17-də Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.
Belə ki, iki gənc sevdikləri qızlara qarşı iyrənc plan qursalar da sonda həyatlarının bir neçə ilini dəmir barmaqlıqlar arxasında keçirməli olublar. Gənclər yetkinlik yaşına çatmayan qıza qarşı zor tətbiq edərək onun videogörüntüsünü çəkiblər. Daha sonra isə onu şantaj edərək pul tələb ediblər.
Şəki Ağır Cinayətlər Məhkəməsində 1995-ci il təvəllüdlü Leysan Qocayev və 1996-cı il təvəllüdlü Orxan Əlizadənin Cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Leysan Qocayev Cinayət Məcəlləsinin (CM) 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinib.
O, CM-nin 150.2.1-ci maddəsi ilə bəraət alıb, digər maddələrlə isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Orxan Əlizadə isə yalnız CM-nin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
O.Əlizadə CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət alıb.
İttihamda yazılır ki, Leysan Qocayev sevdiyi, yetkinlik yaşına çatmayan Axundova Afaq Akif qızının başqa oğlanlarla görüşməsini əsas gətirib, ondan qisas almağı planlaşdırıb.
Bu məqsədlə L.Qocayev sevdiyi qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Dostu Orxan Əlizadə ilə isə qabaqcadan əlbir olaraq A.Axundova barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb edib.
Belə ki, L.Qocayev sevdiyi qıza zəng edərək onu anası ilə tanış etmək adı altında özünün yaşadığı Mingəçevir şəhərindəki evə dəvət edib. Həmin evə dostu Orxan da sevdiyi qızla gəlib.
Comments are closed, but trackbacks and pingbacks are open.