Xədicə İsmayılın kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb
Milli.Az xəbər verir ki, ötən il iyunun 20-də Bakı ş. sakini Tural Kazımov Suraxanı r/n 32-ci polis bölməsinə təslim olaraq arvadı Maya Xeyrişlini (1991-ci il təv.) qısqanclıq zəmnində öldürdüyünü bildirməklə, qadının istifadəsində olmuş mobil telefonu polislərə təqdim edib. Araşdırma zamanı, telefonun müvafiq bölməsində çoxlu sayda oğlan adlarının olması, elə həmin gün Tural Abbasov soyadlı şəxsdən sms və 1 dəfə zəng gəlməsi müəyyən edilib. Hadisə yerinə baxış zamanı məlum olub ki, cinayət Qaraçuxur qəsəbəsi, E.Bəkirov küçəsindəki 33 №i evdə baş verib. Maya Xeyrişlinin meyiti mətbəx otağında aşkar edilib.
Arvadın xalatında gizlətdiyi telefonu düşdü, kişilərlə yazışmaları üzə çıxdı – Suraxanıdakı qətlin təfərrüatı – FOTO
Milli.Az xəbər verir ki, ötən il iyunun 20-də Bakı ş. sakini Tural Kazımov Suraxanı r/n 32-ci polis bölməsinə təslim olaraq arvadı Maya Xeyrişlini (1991-ci il təv.) qısqanclıq zəmnində öldürdüyünü bildirməklə, qadının istifadəsində olmuş mobil telefonu polislərə təqdim edib. Araşdırma zamanı, telefonun müvafiq bölməsində çoxlu sayda oğlan adlarının olması, elə həmin gün Tural Abbasov soyadlı şəxsdən sms və 1 dəfə zəng gəlməsi müəyyən edilib. Hadisə yerinə baxış zamanı məlum olub ki, cinayət Qaraçuxur qəsəbəsi, E.Bəkirov küçəsindəki 33 №i evdə baş verib. Maya Xeyrişlinin meyiti mətbəx otağında aşkar edilib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Maya Xeyrişlinin ölümünə – boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.
İstintaqla müəyyən edilib ki, Tural Kazımov axşam saat 20 radələrində işdən yaşadığı evə gəlib, mətbəx otağında kresloda əyləşib. Arvadı oturduğu divandan, yerdə olan paltarları əyilib, götürərkən, xalatının açıq qalan ön hissəsindən “Huawei” markalı mobil telefon düşüb. Bunu görən Tural dərhal telefonu yerdən götürüb. Həmin nömrəyə Tural adlı şəxsdən zəng gəlib, o cavab verdikdə sonuncu əlaqəni kəsib. Kazımov naməlum şəxsin kim olması, onun mobil telefon işlətməsinə qadağa goyduğu halda nə vaxtdan gizlincə telefon işlətməsi ilə bağlı Mayanı sorğu-sual edib. Yoldaşı cavab vermədiyindən, onun xəyanət etməsinə əmin olub, bu səbəbdən qısqanclıq zəmnində divanda oturan qadının boğazını əlləri ilə tutub, sıxmaqla qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilən Tural Kazımov 2006-cı ildə Maya Xeyrişli ilə ailə həyatı qurduğunu, həmin nigahdan üç övladı olduqlarını bildirib. Arvadı heç yerdə işləməyib, özü xırda ticarətlə məşğul olub. Mayaya telefon işlətməyə icazə verməyib. Həmin axşam həyətdə oynayan uşaqların, mübahisə etmələrini görməməsi üçün, mətbəx otağının qapısını içəridən bağlayaraq, pəncərənin pərdəsini çəkib. İlk olaraq yoldaşını oturduğu yerdə sinəsindən tutub, silkələyərək telefonun haradan çıxmasını və həmin şəxsin kim olmasını soruşub, lakin sonuncu cavab verməyib. Hirsləndiyindən əlləri ilə boğazından sıxıb ki, cavab versin. 1-2 dəqiqə keçəndən sonra arvadının əlində halsızlaşdığını görüb, dərhal əlini boğazından çəkib. Maya ağzı üstə döşəməyə yıxılıb.Sonra qardaşı Vüsala və Məhəmmədə zəng vurub, Mayanı öldürdüyünü bildirərək, evə gəlmələrini deyib. Məhəmməd evə gəlib təcili yardıma zəng vurub, həkimlər gələrək arvadının öldüyünü təsdiq ediblər. Sonra Vüsalla birlikdə bölməyə gedib.
Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə T.Kazımov 10 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən dövlət ittihamçısı protest, məhkum isə apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.(Publika.az)
Milli.Az
Xədicə İsmayılın kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb
Bakı. 14 mart. REPORT.AZ/ Jurnalist Xədicə İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin edilən sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair ərizənin təmin edilməməsi ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb. “Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas martın 16-na təyin edilib. İşə hakim Əhməd Nurməmmədovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin (CM) 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona CM-nin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə bəraət verilib. Hökmə əsasən, X.İsmayıl digər maddələr üzrə 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ötən il mayın 25-də Ali Məhkəmə X.İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu CM-nin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Daha sonra X.İsmayıl CM-nin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb. Xatırladaq ki, X.İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra X.İsmayıl Ali Məhkəməyə müraciət edib.
Xədicə İsmayıl: ‘Qanunun qulağından dartmaq çətinləşib’
İyulun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın müraciətinə baxılıb.
Jurnalist CM-nin 192-ci (qanunsuz sahibkarlıq) maddəsilə ona verilmiş cəzanın dekriminallaşdırılmasını istəyir.
Çünki Cinayət Məcəlləsinə edilən və iyunun 1-dən qüvvəyə minən dəyişikliklə 192-ci maddənin dispozisiyası konkretləşdirilib.
Əvvəl həmin maddədə “dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərmə”dən bəhs olunurdusa, dəyişiklikdən sonra konkret göstərilib ki, söhbət vergi orqanında qeydə alınmaqdan gedir.
X.İsmayıla CM-nin 192-ci maddəsilə verilən ittihamda yazılıb ki, o, Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmədən xarici mediada fəaliyyət göstərib.
“YENƏ DƏ XOŞ ARZULARLA?
Əgər qanuna edilmiş dəyişiklik vətəndaşın vəziyyətini yüngülləşdirirsə, bu halda, qanunun geriyə qüvvəsi var və tətbiq olunmalıdır.
X.İsmayılın bu barədə müraciətinə Bakı Ağır Cinayətlər Məhkəməsində bu və digər ittihamlarla onun barəsində hökm çıxarmış, Ramella Allahverdiyevanın sədrliyilə, Tamilla Nəsrullayeva və Novruz Kərimovdan ibarət hakimlər kollegiyası baxılıb.
Məhkəməyə yazılı müraciətinin sonunda jurnalist “Ən xoş arzularla” ifadəsini əlavə edib. Ramella Allahverdiyeva bugünkü məhkəmə iclasının əvvəlində bu məqama diqqət yetirib: “Yenə də xoş arzularla?”
Hakimin sualına jurnalist belə cavab verib: “Ramella xanım, bizim arzularımız həmişə xoşdur. Təəssüf ki, sizin niyyətləriniz xoş deyil”.
HƏR GÜN YENİ VİDEOLAR BURADA –
“BOŞLUQDAN MƏNƏ QARŞI İSTİFADƏ ELƏDİNİZ”
X.İsmayıl müraciətini məhkəmədə bir daha əsaslandırıb:
“Mənə qarşı həm bu, həm də digər ittihamlar onsuz da qanunsuz idi. Sizin imkanınız vardı ki, bu qanunsuz ittihamları təsdiqləməyib, barəmdə bəraət hökmü çıxarasınız. Amma eləmədiniz. Başa düşürəm ki, o vaxt sifariş elə idi. Sonradan dəyişdi və Ali Məhkəmə bunu elədi. 192-ci maddəyə gəlincə, o vaxt qanunun qulağından dartıb, oradakı boşluqdan mənə qarşı istifadə eləmişdiniz. İndi qanunun qulağından dartmaq çətinləşib. Çünki dəyişiklikdən sonra konkretləşdirilib. Xahiş edirəm, qanunun geriyə qüvvəsini tətbiq edəsiniz”.
Ötən il X.İsmayılın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən dövlət ittihamını müdafiə edən Ramazan Hadıyev Füzuli rayonuna prokuror təyin olunub. Bugünkü məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror işlə kifayət qədər tanış olmadığını əsas gətirərək, araşdırma aparmaq üçün vaxt istəyib. Bu səbəbdən də məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Xatırladaq ki, X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist 2015-ci il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Bu il mayın 25-də Ali Məhkəmədə mənimsəmə və vəzifədən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verilib. Yerdə qalan 192-ci maddə üzrə 3 il, 213-cü maddə üzrə 2 il cəza verilib və CM-nin 66-cı maddəsi tətbiq edilməklə, qəti olaraq, 3 il 6 ay cəza təyin olunub. Bu cəza da şərti hesab olunub və jurnalist həbsdən buraxılıb.
AzadlıqRadiosu ©
– MÜTLƏQ hiperlinklə istinad verilməlidir.
– İcazə olmadan fotolarımızı təkrar dərc etməyin.
İstifadə şərtləri ƏTRAFLI BURADA
Comments are closed, but trackbacks and pingbacks are open.