Press "Enter" to skip to content

Cm-nin 221.2.1 və 127.2.3-cü maddələri hökm

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin Xasməmmədovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin Maliyyə və büdcə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Rövşən Muradovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini, Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Xəlilovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13, 29-cu maddələri və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsi baxımından şərh edilməsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən (bundan sonra – Konstitusiya Məhkəməsi) xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, Ağstafa rayon məhkəməsinin 10 avqust 2012-ci il tarixli qətnaməsi ilə mərhum F.Mehdiyevdən miras qalan və həmin rayonun Dağ Kəsəmən kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və həmin sahədə yerləşən fərdi yaşayış evinə onun 5 nəfər vərəsəsinin hər birinin 1/5 hissədə miras payı olduğu müəyyən edilmiş, vərəsələrdən K.Mehdiyevin, R.Mehdiyevanın, K.Vəliyevanın, S.Xəlilovanın, həmçinin vəfat etmiş vərəsə E.Mehdiyevin qanun üzrə vərəsəsi R.Mehdiyevanın həmin torpaq sahəsinə və evə 1/5 hissədə mülkiyyət hüquqları tanınmışdır.

Bundan sonra K.Mehdiyev, R.Mehdiyeva, K.Vəliyeva və S.Xəlilova R.Mehdiyevaya qarşı iddia ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən mübahisəli evin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişlər.

Ağstafa rayon məhkəməsinin 5 iyul 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

İddiaçılardan K.Mehdiyev birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək həmin məhkəmə aktının ləğv edilməsi və iddianın bütövlükdə təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

Müraciətdə qeyd olunmuşdur ki, Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir.

Həmin normalarda ümumi mülkiyyətdən çıxmaq istəyən mülkiyyətçinin ümumi əmlakdakı payına naturada ayrılma, pul və ya digər kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi zamanı mülkiyyətçinin razılığının alınması zəruri şərt kimi müəyyən olunmuşdur. Lakin Mülki Məcəllənin 220.6-cı maddəsində ümumi əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edərkən məhkəmənin mülkiyyətçilərin hamısının və ya bir neçəsinin, yaxud payının ayrılmasını tələb edən mülkiyyətçinin razılığının nəzərə alınmasına dair müddəa nəzərdə tutulmamışdır, bu isə qanunvericiliyin tətbiqində qeyri-müəyyənlik yaranmasına səbəb olmuşdur.

Göstərilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 220.6-cı maddəsinin “bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər” müddəasının və həmin Məcəllənin 221-ci maddəsinin “əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır” müddəasının Konstitusiyanın 13 və 29-cu maddələri, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri).

Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir.

Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər.

Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər.

Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.

Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:

1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;

2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.

Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir.

Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir.

Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi).

Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir.

Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.

Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər.

Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil.

Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı.

Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur.

Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda.

Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.

Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur.Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir.

Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər.

Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin III hissəsi, 29-cu maddəsinin II hissəsi və 71-ci maddəsinin II hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).

Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir.Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 29 oktyabr 2010-cu il tarixli Qərarında hüquqların təminatının mütənasibliyi ilə əlaqədar qeyd etmişdir ki, Əsas Qanun hüquq və azadlıqlarla yanaşı onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, . tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.

Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.

Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr Fərhad Abdullayev

Cm-nin 221.2.1 və 127.2.3-cü maddələri hökm

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Zaur Abdullayevin (1983-cü il təv.) CM-nin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 127.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 228.4 (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə), Rəşad Qubuşovun (1990-cı il təv.) və Turan Qubuşovun (1983-cü il təv.) CM-nin 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Ittiham aktına əsasən, 2013-cü il avqustun 18-nə keçən gecə saat 03 radələrində Xəqani küçəsi 14/16 ünvanında fəaliyyət göstərən “Troya” gecə klubunda kütləvi dava baş verib, nəticədə xəsarət alan Bakı ş. sakinləri Səbuhi Şərəfov (1990-cı il təv.) və Orxan Cümşüdov (1988-ci il təv.) xəstəxanaya çatdırılsa da, Şərəfov aldığı bıçaq xəsarətlərindən vəfat edib. Həmin gün Səbail RPİ 39-cu polis bölməsi əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Abdullayev saxlanılıb.

Faktla bağlı Səbail rayon prokurorluğunda cinayət işi qaldırılıb, istintaqın gedişatında xuliqanlıq hərəkətlərinə görə cinayət məsuliyyətinə Turan Qubuşov və onun əmisi oğlu Rəşad cəlb olunublar, lakin onların barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməyib.

İstintaqla müəyyən edilib ki, Zaur Abdullayev “Troya” klubunda mühafizəçi işləyib, onunla Səbuhi Səfərov arasında əvvəl bir neçə dəfə mübahisə olub. Buna kluba gələn Səfərovun özünü pis aparması və Abdullayevin onu həmin obyektdən çölə çıxarması səbəb olub. Buna görə Səbuhi Zaurdan qisas almaq qərarına gələrək avqustun 18-də Rəşad və Turanla həmin kluba gəlib. Zaur Səbuhi ilə əlbəyaxa olan zaman, qəsdən öldürmək məqsədi ilə əlində olan bıçaqla, qaraciyər nahiyəsindən güclü zərbə vuraraq Şərəfovu ağır yaralayıb, nəticədə sonuncu “Medi Club” tibb mərkəzində xarici və daxili kütləvi qanitirmədən vəfat edib.

Öz növbələrində Rəşad Qubuşov və Turan Qubuşov xeyli sayda insanın istirahət etdiyi zala daxil olduqdan sonra, vətəndaşların üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri ediblər. Turan zalın girişində dayanmış Zaura hücum edərək, sol əli ilə vurub, onu yerə yıxıb, Rəşad isə yumruqla, habelə özü ilə gətirdiyi bıçaqdan istifadə etməklə ona, sağlamlığa yüngül zərər vuran xəsarət yetirib. Onların hər ikisini kənarlaşdırmağa çalışan klubun işçilərinə məhəl qoymadan birlikdə Abdullayevin üzərinə getməklə, bir qrup şəxs halında qərəzli xuliqanlıq cinayəti törədiblər.

Məhkəmə prosesində Zaur Abdullayev ittiham üzrə özünü qismən təqsirli bilərək, “Troya” barında mühafizəçi işlədiyini bildirib. Onun sözlərinə görə, hadisədən sonra bara polislər gəlib, o isə avtomaşını ilə evə gedib, bir qədər yatıb, çünki özünü pis hiss edib. Səhər ona məlum olub ki, bıçaqla vurduğu Səbuhi xəstəxanada keçinib.

Polisdə işləyən Nicat adlı dostuna zəng edib, hadisəni ona danışıb və xahiş edib ki, birlikdə polis bölməsinə getsinlər. Nicat isə, ona hazırda Quba rayonunda olduğunu, lakin iş yoldaşlarına zəng edərək, onu qarşılayacaqlarını deyib. Sonra o, 39-cu bölməyə yollanıb və bölmə rəisi onu qəbul edib. Abdullayev göstərib ki, maşınında bıçaq olsa da, kəsici aləti özü ilə bara gətirməyib. Dava vaxtı Səbuhini vurduğu bıçağı barda yerdən tapıb, ona ələ gəlib ki, alət Şərəfovun əlindən düşüb. Həmin bıçağı evə qayıdanda Novxanıda, dəniz kənarına atıb.

Təqsirləndirilən Rəşad Qubuşov və Turan Qubuşov ittiham üzrə özlərini qismən təqsirli hesab ediblər.

Zərərçəkən Eldar Şərəfov ifadəsində göstərib ki, oğlu restoranda ofisiant işləyib, Rəşadı onun dostu kimi tanıyıb, Səbuhinin Zaurla hər hansı ədavəti olmasından xəbəri olmayıb. Ayın 18-də klinikadan zəng edərək Səbuhinin özünü pis hiss etdiyi bildirilib. Ora gəldikdə bilib ki, oğlu əməliyyat olunub və ona təcili qan lazımdır.

Axşama yaxın başqa xəstəxanadan lazım olan qanı tapıb gətiriblər, buna baxmayaraq həkim onlara Səbuhinin rəhmətə getdiyini bildirib. Zərərçəkən təqsirləndirilən şəxsin düzgün iş görmədiyini qeyd etməklə, vurğulayıb ki, əgər o səmimi etiraf etsəydi ki, oğlunu o vurub, onu bağışlayardı.

Məhkəmənin hökmü ilə Zaur Abdullayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub,
Rəşad Qubuşov və Turan Qubuşov isə məhkəmə zalından həbs olunaraq hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

İş üzrə dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən şəxslər apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Qərara əsasən Zaur Abdullayevin əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib, 127.1 və 228.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunub və ona 10 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Turan Qubuşovun əməli CM-nin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsinə tövsif olunub, 3 il azadlıqdan məhrumetmə cəzası 2 il islah işləri
cəzası ilə əvəz edilib, Rəşad Qubuşova aid hissədə hökm dəyişdirilmədən saxlanılıb. oxu.az

Ölkə.Az

Mehkeme baslayir: Lamiye azadliga cixa biler

Fevralin 13-de Baki Apelyasiya Mehkemesinde hakim Qedim Babayevin sedrliyi ile mehkum Lamiye Quliyevanin isi uzre mehkemeye hazirliq iclasi kecirilecek. Saat 12:30-a teyin edilen iclas aciq elan olunub. Bas Prokurorluq mehkum Lamiye Quliyevanin 2010-cu ilde Cinayet Mecellesinin 317.2-ci maddesi ile olan mehkeme hokmunun agirligina gore apellyasiya protesti ve muddetinin berpa olunmasi ucun vesatet verib.

Fevralin 3-de verilen vesatete bir gun sonra 4 sayli cezacekme muessisesinde Xetai rayon Mehkemesinin hakimi Habil Memmedovun sedrliyi ile baxilib. Dovlet ittihamcisi qisminde Eldar Balakisiyev cixis edib. Apelyasiya muddetinin berpa olunmasi ile bagli vesatet temin edilib. Protestin baxilmasi ucun Baki Apelyasiya Mehkemesine gonderilmesi barede qerar qebul olunub. Prosesde Lamiye Quliyeva ve onun vekili Fexreddin Mehdiyev istirak edibler.

Lamiye Quliyevanin “yuklenmesi” qerari elimizde.

Yada salaq ki, L.Quliyeva ve nisanlisi olmus Vuqar Eliyev 2003-cu ilde hebs edilibler. Her iki sexs o dovrde Semkirin icra bascisi olmus Aslan Aslanovun oglu Ruslan Aslanovu qetle yetirmekde ittiham olunublar. Quliyeva 10 il muddetine, Eliyev ise omurluk azadliqdan mehrum edilibler.

L.Quliyevanin hebs muddeti 2013-cu ilin mayinda bitmeli ve o azadliga cixmali idi. Amma 2010-cu ilin mayinda Xetai Rayon Prokurorluguna Penitensiar Xidmetden senedler daxil olub. Hemin senedlere esasen 2010-cu il mayin 13-de L.Quliyevanin baresinde xuliqanliq maddesi ile cinayet isi baslanmasina qerar verilib.

Qerarlari oxuduqca mehkum qadinin bir-birinin ardinca “yuklenmesi” goz onune gelir

Hemin “Cinayet isi baslamaq barede” qerari elde etmisik ve oldugu kimi teqdim edirik:

“Xetai rayon prokuroru, bas edliyye musaviri Yusif Eli oglu Ildirimzade vetendas Quliyeva Lamiye Sahib qizinin xuliqanliq hereketleri barede Azerbaycan Respublikasi Edliyye Nazirliyinin Penitensiar Xidmetinden daxil olmus materiali nezerden kecirib mueyyen etdim:

Edliyye Nazirliyinin Penitensiar Xidmetinden daxil olmus senedlerin mezmunundan gorunur ki, 27 aprel 2010-cu il tarixde, saat 22 radelerinde Penitensiar Xidmetin 4 sayli Cezacekme Muessisesinde ceza ceken Quliyeva Lamiye Sahib qizi ictimai qaydanin qorunmasi uzre vezifeni yerine yetiren muessisenin nezaretcisi, edliyye bas cavusu Agayeva Aysel Aydin qizina qarsi muqavimet gostererek, ictimai qaydanin kobud suretde pozmaqla meiset esyalarini sonuncunun uzerine ataraq xuliqanliq etmisdir.

Gorunduyu kimi, Quliyeva Lamiye Sahib qizinin emelinde Azerbaycan Respublikasi CM-in 221.2.2-ci (xuliqanliq) maddesinde nezerde tutulan cinayetin elametleri vardir. Odur ki, onun baresinde hemin madde ile cinayet isi baslanib, ibtidai istintaq aparilmasi zeruridir.
Yuxarida gosterilenleri nezere alib ve Azerbaycan Respublikasi CPM- nin 84, 209 ve 210-cu maddelerini rehber tutaraq qerar verdim:

– Quliyeva Lamiye Sahib qizi baresinde Azerbaycan Respublikasi CM-nin 221.2.2-ci maddesi ile cinayet isi baslansin. Cinayet isi aidiyyeti uzre ibtidai istintaq aparilmasi ucun RPI-nin Istintaq sobesine gonderilsin”.

1 ay sonra Lamiye Quliyevanin veziyyetini agirlasdiran daha bir qerar qebul olunub!
Texminen 1 ay sonra netice etibari ile mehkum qadinin veziyyetini agirlasdiran daha bir qerar verilib. “Cinayet emelinin tovsif edilmesi ve cinayet isinin aidiyyeti uzre gonderilmesi barede qerar” adlanan sened 16 iyun 2010-cu ilde tertib olunub. Xetai RPI-nin istintaq sobesinin mustentiqi, polis bas leytenanti Racif Almazovun tertib etdiyi senedde yazilib:

“Icraatimda olan 105534 sayli cinayet isinin materiallarini nezerden kecirib mueyyen etdim:
27 aprel 2010-cu il tarixde, saat 22 radelerinde Penitensiar Xidmetin 4 sayli Cezacekme Muessisesinde ceza ceken Quliyeva Lamiye Sahib qizi ictimai qaydanin qorunmasi vezifesini yerine yetiren hemin muessisenin nezaretcisi, edliyye bas cavusu Agayeva Aysel Aydin qizina qarsi muqavimet gostererek, ictimai qaydani kobud suretde pozmaqla meiset esyalarini sonucunu uzerine ataraq xuliqanliq etmisdir.

Hemin fakt gore 13 may 2010-cu ilde Xetai Rayon Prokurorlugu terefinden CM-nin 221.2.2-ci maddesi ile cinayet isi baslanib. Istintaq aidiyyeti uzre Xetai RPI-nin istintaq sobesine gonderilib.

13 may 2010-cu ilde cinayet isinin istintaqi mene hevale edildiyine gore terefimden icraata qebul edilib istintaq aparilib”.

Daha bir tovsif .

“19 may 2010-cu il tarixde cinayet emeli CM-nin 221.7. 2 maddesinden CM-nin 221.3-cu maddesine tovsif edilmis ve 20 may 2010-cu ilde Quliyeva Lamiye Sahib qizi teqsirlendirilen sexs qisminde celb edilerek ona hemin madde ile ittiham elan edilmisdir. CM-nin 221.3-cu maddesi ile teqsirlendirilen, 22.12.2003-cu tarixde CM-nin 120.2.1, 120.2.3, 120.2.4 (qesden adam oldurme) ve 177.2.1(ogurluq) maddeleri ile 10 il muddetine mehkum olunmus ve Penitenisiar Xidmetinin 4 sayli Cezacekme Muessisesinde ceza ceken Quliyeva Lamiye Sahib qizi Xetai Rayon Mehkemesinin 21 may 2010-cu il tarixli qerari ile 3 sayli Istintaq Tecridxanasina kocurulmusdur.

Aparilmis istintaq zamani mueyyen edilmisdir ki, 22.12.2003-cu il tarixde CM-nin 120.2.1, 120.2.3, 120.2.4 ve 177.2.1 maddeleri ile 10 il muddetine mehkum olunmus ve Azerbaycan Respublikasi Edliyye Nazirliyinin Penitensiar Xidmetinin 4 sayli ceza cekme muessisesinde ceza ceken mehkum Quliyeva Lamiye Sahib qizi 27 aprel 2010-cu il tarixde saat 22 radelerinde ceza cekdiyi 4 sayli ceza cekme muessisesinin ayaq yolunda hec bir sebeb olmadan ictimai qaydanin qorunmasi uzre vezifeni yerine yetiren edliyye bas cavusu Agayeva Aysel Aydin qizi ile mubahise edib dalasaraq ictimai qaydani kobud suretde pozub, cemiyyete aciqca hormetsizlik ifade eden hereketler edib, sese hadise yerine toplasan sexslere ehemiyyet vermeyerek onlarin gozu qarsisinda sonuncunu nalayiq soyuslerle soyub tehqir etdikden, doymekle hedeledikden sonra Aysel Agayevanin nezaretci otagina getmesini gorub onun arxasinca nezaretci otagina daxil olmus ve oz hereketlerini davam edib islah olunmasina mane olaraq, ictimai vezifelerini yerine yetirmesine gore nezaretci Aysel Agayevadan intiqam almaq meqsedile sonuncunu nalayiq soyuslerle soyub tehqir etmis, qaz plitesinin uzerinde olan, icerisinde qaynar su ile dolu cayniki goturub silah qisminde istifade ederek Aysel Agayevanin uzerine atib. Caynikin Aysel Agayevaya deymediyini gorub qaynar su dolu olan ikinci cayniki goturub Aysel Agayevanin uzerine atib ve ona sol budun asagi ½-nin bayir sethine 3,0×2,0 sm olcude qancirla neticelenen, saglamliga zerer vurmayan xesaret yetirerek qerezli hereketler, yeni xuliqanliq etmis ve cezacekme muessisesinin normal fealiyyetini pozaraq CM-nin 317.2-ci maddesi ile nezerde tutulmus cinayet emelini toredib.

Teqsirlendirilen sexs Quliyeva Lamiye Sahib qizinin qeyd edilen cinayet emellerini toretmesi zerercekmis sexsin, sahidlerin ifadeleri, ekspertiza reyi ve isde olan diger senedlerle tam tekzib edilmez qaydada subuta yetirilmisdir”.

Daha bir tovsif ve is Xetai Rayon Prokurorluguna gonderilib

“Ona gore teqsirlendirilen sexs Quliyeva Lamiye Sahib qizinin emeli CM-nin 221.3-cu maddesinden CM-nin 317.2-ci maddesine tovsif edilmeli ve cinayet isi istintaq aidiyyeti uzre Xetai Rayon Prokurorluguna gonderilmelidir”.

Prokurorluga gonderilen “tekzibedilmez” subutlarla zengin qerar.

Belece tovsif qerarlari bir–birini evezlemekle is agirlasdirilaraq polisin selahiyyet cercivesinden cixarilib ve aidiyyati uzre Xetai Rayon Prokurorluguna gonderilib. Orada “tekzibedilmez” esaslarla Quliyevanin istintaqi davam etdirilib. Ittiham akti tertib olunaraq Xetai Rayon Mehkemesine gonderilib ve onun ceza muddeti 5 il 6 ay artirilib. Eger hemin CM-nin 221-ci – xuliqanliq maddesi 317-ci – cezacekme muessisesinin normal fealiyyetini pozma – maddesine tovsif edilmeseydi, L.Quliyevanin cezasi maksimum 2 il artirila bilerdi. Gorunur, Lamiye Quliyevaya xususi munasibet gosteren sexs bunu nezere alib ve onu mehkeme qarsisina daha agir madde ile cixarilmasi ve cezalandirilmasina nail olub. Bu adi “yukleme” taktikasidir.

Baki Apelyasiya Mehkemesinde mehz bu is uzre cixarilmis hokmden verilmis proteste baxilacaq.

Lamiyeni novbeti defe “yukleyibler”

Lamiye Quliyevani novbeti defe 29 may 2013-cu ilde “yukleyibler”. Hemin tarixde Xetai rayon prokuroru Penitensiar Xidmetin Daxili Tehqiqat Sobesinde toplanmis materiali nezerden kecirib: “L.Quliyevanin diger mehkum Elmira Agabala qizi Idrisovadan hede-qorxu ile pul teleb etmesi faktina gore” tertib olunan senede yazilib:

– Edliyye Nazirliyinin Penitensiar Xidmetinin Daxili Tehqiqat Sobesinden daxil olmus materialdan gorunur ki, 4 sayli cezacekme muessisesinde ceza ceken mehkum Quliyeva Lamiye Sahib qizi 2011-ci ilin fevral ayindan 2012-ci ilin oktyabr ayinadek ayri-ayri vaxtlarda diger mehkum Elmim Idrisovaya her 100 manata gore 15 gun erzinde 50 manat faiz qaytarmaq sertile kullu miqdarda borca pul vermis, amma sonuncu aldigi pullari vaxtinda qaytara bilmediyinden mehkum Lamiye Quliyeva diger mehkum Elmira Idrisovaya verdiyi borc pullarin qaytarilmasini onun sexsiyyeti uzerinde zor tetbiq edeceyi hedesi ile teleb etmisdir”.

Bunu oxuyan prokuror bele bir qerar verib:

– Gorunduyu kimi, mehkum Quliyeva Lamiye Sahib qizinin emelinde Azerbaycan Respublikasi CM 182.1-ci (hede-qorxu ile teleb etme) maddesinde nezerde tutulan cinayetin elameti vardir. Odur ki, onun baresinde hemin madde ile cinayet isi baslanib, ibtidai istintaq aparilmasi zeruridir.

Belece L.Quliyeva novbeti defe prokurorluq mustentiqleri ve mehkeme hakimleri qarsisinda dayanmali olub. Amma Xetai Rayon Mehkemesinin hakimi bir qadin mehkumun bunca yuklenmesine goz yuma bilmeyib. Onun etirazlarina, isde zererceken kimi adi kecen qadinin kimliyine diqqet yetirerek L.Quliyevaya beraet verib. Bu hokmden verilmis protest Baki Apelyasiya Mehkemesinde temin olub ve L.Quliyevanin cezasi 6 il 6 ay artirilib. Ali Mehkemeye edilen sikayet ise Xetai rayon Mehkemesinin hokmunun quvvede saxlanilmasi ile sonuclanib. Belece L.Quliyeva novbeti defe “yuklenmekden” yaxa qurtara bilib.
13 fevralda kecirilecek mehkeme digerlerinden ferqlidir. Bu proses 12 ilden artiq ezab-eziyyetlere, mehrumiyyetlere, isgencelere, alcaldilmalara ducar edilmis qadinin azadliga aparan yolda son mehkeme qapisidir.

Musavat.com

Comments are closed, but trackbacks and pingbacks are open.