Press "Enter" to skip to content

BURADA REKLAMINIZ OLA BİLƏR

6 aylıq ümumi rejimli cəza + 3 illik məntəqə tipli cəza = 6 aylıq ümumi rejimli cəza.

Gəlin dərdləşək !

Zaman təbib deyil, o sadəcə insanı kədərlə yaşamağa vərdiş etdirir…

“Göy” və “Milli”nin fərqi.

” 2 iş üzrə, ayrı-ayrı, 10 min “milli” və 10 min “göy” aldığınız rüşvəti məcmu qaydada qəti olaraq 20 min “göy” kimi (indiki kursla) qəbul edərsinizmi?”

Hörmətli xanımlar və bəylər!

Mənə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmayan cəza veriblər: ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il azadlıqdan məhrum etmə.

İttiham edildiyim maddələrin heç birində belə cəza növü yoxdur. CM-nin 263.1.-1-ci maddəsində maksimum 3 il məntəqə tipli, 299.1-ci maddəsində isə maksimum, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 ay azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Bu gün qüvvədə olan AR-nın CM-də cinayətlərin məcmusu qaydasında cəzaların təyin edilməsi zamanı məntəqə tipli cəzanın ümumi rejimli cəzaya keçməsi kimi bir qayda nəzərdə tutulmayıb.

CM-nin 66.1-ci maddəsinə əsasən, “cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və qismən toplamaq yolu ilə qəti cəza təyin edir”.

Məsələn, CM-nin 263.1-1-ci maddəsi ilə 3 il məntəqə tipli, CM-nin 299.1-ci maddəsi ilə 6 ay ümumi rejimli cəza, təyin edilirsə, toplama yolu ilə qəti cəza belə müəyyən edilir:

3 il məntəqə tipli cəza + 6 ay ümumi rejimli cəza = məntəqə tipli 3 il qəti cəza.

Çünki, CM-nin 66.2-ci maddəsinə əsasən, “qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz”.

Yuxarıdakı misalda 3 il məntəqə tipli cəza 6 aylıq ümumi rejimli cəzadan “daha ciddi cəza” hesab edilib deyə, nəticədə maksimum məntəqə tipli 3 illik müddət alınıb.

CM-nin 56-cı maddəsində cəzaçəkmə müəssisələrinin növünün – rejimin yüngüldən ağıra doğru düzülüşünü nəzərə alsaq, onda deməli, müddətindən asılı olmayaraq ümumi rejimli istənilən cəza, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 (beş) ildən artıq olmayan məntəqə tipli istənilən cəzadan daha ciddi cəza hesab edilməlidir.

Bu məsələdə qanunvericinin mövqeyi başa düşüləndir. Çünki qəsdlə törədilmiş cinayətlə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə cəzaların müddəti də, cəzaların çəkilməli rejimi də, elə həmin cinayətləri törədənlərin şəxsiyyəti də fərqləndirilməlidir.

Bu mövqedən yanaşıb CM-nin 299.1-ci maddəsini daha ciddi cəzalı hesab etsək, onda CM-nin 66.1-ci maddəsi ilə qəti cəza belə olacaq:

6 aylıq ümumi rejimli cəza + 3 illik məntəqə tipli cəza = 6 aylıq ümumi rejimli cəza.

Yox, əgər qanunverici ağırlıq dərəcəsinə görə CM-nin 263.1-1 və 299.1-ci maddələrini eyni qrupa aid etsəydi, onda hesablama belə olardı:

6 aylıq ümumi rejimli cəza + 3 illik məntəqə tipli cəza = 6 ayı ümumi rejimli, 2 il 6 ayı məntəqə tipli olan 3 il qəti cəza.

Ancaq CM-nin 299.1-ci maddəsi həmin məcəllənin 15.2-ci maddəsinə əsasən, “böyük ictimai təhlükə törətməyən cinayət” hesab edilir.

CM-nin 263.1-1-ci maddəsi isə, həmin Məcəllənin 15.3-cü maddəsi ilə “az ağır cinayətlər” qrupuna daxildir. Yəni qanunverici CM-nin 263.1-1-ci maddəsini 299.1-ci maddədən ağır hesab edir. Təbiidir ki, CM-nin 66-cı maddəsi tətbiq edilib cinayətlərin məcmusuna görə cəza təyin ediləndə də, daha ciddi cəza kimi CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan 3 illik məntəqə tipli cəza əsas götürülməlidir.

Bu kiminsə xoşuna gəlməyə, siyasi maraqlarına cavab verməyə bilər.

AR Konstitusiyasının 28-ci maddəsinin 2-ci hissəsinə əsasən, “azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada… məhdudlaşdırıla bilər”.

Bu gün bizim qanunvericilikdə “məntəqə tipli cəzanın ümumi rejimli cəza ilə toplanması və ya əhatə edilməsi zamanı qəti cəzanın hamısının ümumi rejimliyə çevrilməsi” kimi bir qayda nəzərdə tutulubmu?

CM-nin 1.3-cü maddəsinə əsasən, “cinayət məsuliyyətini müyyən edən və cinayət törətmiş şəxsin cəzalandırımasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər”.

Mən bu Məcəlləyə daxil edilmiş və 3 il ümumi rejimli cəza nəzərdə tutan hansı cinayəti törətmişəm və ya ittiham edildiyim CM-nin 263.1-1 və 299.1-ci madəsinin hansında 3 il ümumi rejimli cəza nəzərdə tutulub və ya hımin maddələrin sansiyalarında nəzərdə tutulan cəzaların CM-nin 66-cı maddəsinə uyğun, toplanması zamanı qəti cəzanın hamısının ümumi rejimli olması barədə 1 qayda, 1 qanun bu Məcəlləyə daxil edilbmi?

CM-nin 5.1-ci (qanunçuluq prinsipi) maddəsinə əsasən, “əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət – hüquqi xarakterli tədbilər yalnız bu Məcəllə ilə müəyyən edilir”.

İstənilən cinayət xarakterli əmələ görə “cəza və digər cinayət – hüquqi xarakterli tədbir” AR Ali Məhkəməsi Plenumunun, AR Konstitusiya Məhkəməsinin qərarları ilə yox, yalnız bu Məcəllə ilə müəyyən edilir!

Sual: Məntəqə tipli cəzalarla ümumi rejimli cəzaların toplanması zamanı, müddətin – məntəqə tiplidən, rejimin isə – ümumi rejimli cəza növündən götürülməsi kimi bir cəza təyin etmə qaydası bu Məcəllə ilə müəyyən edilibmi?

Budurmu, beləmi olur qanunçuluq.

CM-nin 41.1-ci maddəsində “cəza” anlayışını qanunverici belə izah edir: “cəza – cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdi”. Göründüyü kimi, yalnız bu Məcəllə, yəni AR-nın CM ilə müyyən edilən məhrumiyyətlər cəza kimi verilə bilər cinayət törədən şəxsə, başqa heç bir məhrumiyyət cəza hesab edilə bilməz və şəxsə qarşı tətbiq edilə bilməz. Yenə də soruşuram: bu Məcəllə ilə, mənə verilən ittihamların hansında 3 il ümumi rejimli azadlıqdan məhrum etmə cəzası kimi məhrumiyyət müəyyən edilib?

CM-nin 55.1-ci maddəsində də qanunverici “müəyyən müddətə azadlıqdan məhrum etmə” cəzasını “məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunması” kimi izah edir. Yəni, azadlqdan məhrum etmə cəzası 2 ayrılmaz tərkib hissəsindən ibarətdir: müəyyən müddət + rejim, cəzaçəkmə müəssisəsinin növü. Müdəti və rejimi bu Məcəlləyə daxil edilməmiş heç bir cəza ilə şəxs cəzalandırıla bilməz. Hər bir əmələ görə yalnız bu Məcəllədə – AR CM-də nəzərdə tutulan cəza verilə bilər. Cəza isə yuxarıda qeyd etdiyim kimi, müddətdən və rejimdən ibarətdir ki, bunlardan heç birini hakim bu Məcəllədə yazıldığından fərqli qaydada tətbiq edə bilməz, dəyişdirə bilməz.

CM-nin 56.3-cü maddəsinə əsasən, “cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1 – 56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir”. Maddənin məzmunundan göründüyü kimi, rejim – cəzaçəkmə müəssisəsinin növü məhkəmə tərəfindən, yalnız Məcəllədə göstərilən qaydalara uyğun (56.1.1 – 56.1.5) müəyyən edilə bilər, hakimin öz istəyinə görə və ya Ali Məhkəmə Plenumunun, eləcə də Konstitusiya Məhkəməsinin qərarına, yaxud da siyasi iradənin istəyinə uyğun olaraq yox. Həmin CM-nin 56.1.1 – 56.1.2-ci maddəsində isə, mən ittiham edildiyim 263.1-1-ci maddəsinin cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində, 299.1-ci maddəsinin 6 aylıq azadlıqdan məhrum etmə cəzasının isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulub. Çünki, yuxarıda artiq qeyd etdiyim kimi, CM-nin 5.1-ci maddəsinə (qanunçuluq prinsipi) əsasən, “... əmələ görə cəza … yalnız bu Məcəllə ilə müəyyən edilir”.

Cəzaçəkmə müəssisənin növünün dəyişdirilə bilməsinin hüquqi əsasları CM-nin 56.4-cü maddəsində nəzərdə tutulub. Orada da “cinayətlərin məcmusu zamanı cəza təyin edilərkən rejimin dəyişməsi” və ya “bir cəzanın müddətinin, o biri cəzanın isə rejiminin alınması ilə yekun cəza təyin edilməsi” kimi əsaslar yoxdur. Maddə konkretdir və şəxslərin vəziyyətinin ağırlaşmasına səbəb olan heç bir təfsirə yer yoxdur: yalnız “cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz edildikdə” (CM-nin 56.4.1-ci maddəsi) və “qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı” (CM-nin 56.4.2- maddəsi) cəzaçəkmə müəssisəsinin növü dəyişdirilə bilər. Qanunverici burada “yalnız” sözünü işlətməklə başa salır ki, bu göstərilən 2 qaydadan başqa heç bir halda rejim dəyişdirilə bilməz. Onda bəs mənə CM-nin 263.1-1-ci maddəsi ilə verilmiş cəzanın rejimini hansı qanuna görə dəyişib məhkəmə?

Bəllidir: siyasi fəaliyyətimdən, siyasi mövqeyimdən narahat olan qüvvələrin “tapşırıq qanunu” ilə.

CM-nin 58.1-ci maddəsinə əsasən, “… şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir … ”.

CM-nin Xüsusi hissəsində – 263.1-1-ci maddəsində azadlıqdan məhrumetmə cəzasının müddəti 3 (üç) ilədək (3 aydan başlayaraq), rejimin növü isə, Məcəllənin Ümumi hissəsində – 56.1.1-ci maddədə məntəqə tipli kimi nəzərdə tutulub.

Xüsusi hissədə – 299.1-ci maddədə 3 aydan 6 ayadək müddət, Ümumi hissədə – 56.1.2-ci maddədə ümumi rejim müəyyən edilib.

Təqsirim sübut edilmiş olsa belə, CM-nin 60-cı maddəsinə əsasən, CM-nin 59.1.10-cu maddəsi nəzərə alınmaqla mənə 2 il 3 aydan artıq müddətə cəza verilə bilməz. Ona görə ki, zərərçəkmişə tibbi yardım göstərməyim, onu öz maşınımla xəstəxanaya aparmağım danılması mümkün olmayan bir faktdır. CM-nin 60-cı maddəsində də deyilir ki, əgər “təqsirləndirilən şəxs zərərşəkmişə tibbi və ya digər yardım göstəribsə”, ona maddədə göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq cəza verilə bilməz.

Yəni, belə: CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cəzanın son həddi 3 ildir (36 ay). 36 ayın da dörddə üçü 27 ay (2 il 3 ay) edir.

Bunların mənə olan nifrəti gözlərini elə kor edib ki, yazılı qanunları da belə açıq şəkildə pozurlar. Bir məhbus Naxçıvanda doğulduğumu biləndə bunu çox obrazlı şəkildə belə ifadə etdi: “onlar səni həm də vətənə xəyanətdə təqsirli biliblər deyə, 9 ay da artıq verdiriblər”.

Yox, əgər zərərçəkmişə tibbi yardım göstərmək də “onu ələ almaq” kimi qiymətləndiriləcəksə, onda bundan sonra qəza yerindən qaçıb zərərçəkmişə yardım etməyən sürücüləri qınamağa dəyməz!

Bəz Nəsimi rayon məhkəməsinin hakimi Emin Mehdiyev CM-nin Ümumi hissəsində olan hansı maddəyə istinad edərək mənə cinayətlərin məcmusu qaydasında 3 il ümumi rejimli azadlıqdan məhrum etmə cəzası təyin edib? Belə bir maddə varmı? Yox.

Təkcə bu rejim və müddət məsələsi mənim siyasi məhbus olduğumu sübut etmirmi? Dünyanın hansı ən geri qalmış ölkəsində şəxsə qanunda göstərilməyən cəza növü verilir? Bunlar məni nəinki qanunsuz həbs ediblər, şərləyib tutublar, həm də mənə qanunda nəzərdə tutulmayan cəza veriblər.

Demək istəmirəm ki, mənə verilən cəzanın yalnız rejimi qanunsuzdur.

Mən təkcə bu rejim məsələsi ilə bağlı indiki siyasi rejimin qanunlara, insan haqlarına və vətəndaş hüquqlarına saymazyana münasibətini sizə göstərmək istədim. Həbsimin ,ümumiyyətlə, qanunsuz olması barədə apellyasiya şikayətimdə və kassasiya şikayətimdə əsaslı dəlil və sübutlarımı göstərmişəm.

Sonda, “cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edərkən rejimin dəyişməsinin” qanunsuz olduğunu Azərbaycan hakimlərinə və hakimiyyətinə başa salmaq üçün, onların anlaya biləcəyi bir dildə misal demək istəyirəm.

2 iş üzrə ayrı-ayrı 10 min “milli” və 10 min “göy” aldığınız rüşvəti məcmu qaydada qəti olaraq 20 min “göy” kimi (indiki kursla) qəbul edərsinizmi?

Gülürsən, ay qırışmal !

Dolların kursu manatı aşan kimi rüşvət də “göy”lə alınacaq. Hələ ki, “milli” sevgiləri aşıb-daşır. Bax: CM-nin 263.1-1-ci maddəsi “göy”, 299.1-ci maddəsi “milli”dir, hörmətli hakimlər! İndi anladınız yəqin!

P.S. AR Konstitusiya Məhkəməsi özünün 18 iyun 2013-cü il tarixli Qərarını dərhal qüvvədən salmalı, AR Milli Məclisi isə bu problemi təcili həll edərək CM-nin 66-cı maddəsinə “məntəqə tipli cəzalarla ümumi rejimli cəzaların toplanması və ya əhatə edilmə yolu ilə qəti cəza təyin edilərkən cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi qaydası”nı nizama salan yeni bənd əlavə etməlidir, əgər özlərini bu xalq tərəfindən seçilmiş hesab edirlərsə.

Saat 04:20. 17 dekabr 2013

Məmmədov Qurban Cəlal oğlu

4,445 dəfə ümumi oxunub, 2 dəfəsi bu günə aiddir.

Tərtərdə maşını dirəyə çırpan şəxsin sürücülük hüququ yox imiş – TƏFƏRRÜAT

Tərtərdə ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Hətəmov Tahir Əvəz oğlu 08.02.2023-cü il tarixdə saat 01 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə Tərtər rayonu, Hüsənli kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında olan beton dirəyə çırpılıb. O, aldığı xəsarətlərdən Ağdam rayon Mərkəzi Xəstəxanasında ölüb.

Fakt üzrə Tərtər RPŞ-də CM-nin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Tarix: 9 Fevral 2023, 09:25
Xəbər lenti

  • Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub – YENİLƏNDİ 13 Mart 21:01
  • Müğənni Manaf Ağayevin oğlu həbs edildi 13 Mart 20:09
  • Əkrəm Əylisli: “Kişinin ayağını yuyan qadınlar xoşbəxtdir” 13 Mart 20:07
  • Rusiya və Azərbaycan səfirləri iki ölkə arasında əlaqələrin gücləndirilməsini müzakirə ediblər 13 Mart 19:33
  • “Satışdakı ucuz kolbasalar murdar ət və donuz dərisindən hazırlanır” 13 Mart 19:32
  • “Rəşad Dağlı indi yada düşdü?!“ – Meyxanaçı 13 Mart 19:30
  • Azərbaycanın builki “Avroviziya” mahnısı təqdim olunub – “Tell me more” 13 Mart 19:14
  • Bakıda gənc qız itkin düşüb 13 Mart 18:46
  • Əli İnsanov hərəkətə keçdi 13 Mart 18:33
  • Elçin Babayev tənqid edildi – “İnkişaf etmiş ölkələri qoyaq, öküzlə yer şumlayan zamanla ayaqlaşaq?” 13 Mart 18:26
  • “Kristal Abşeron” metro tuneli üzərində bina tikib? – Ekspert bu cür binaların qanunsuz olduğunu açıqladı 13 Mart 18:09
  • İcma sədri: Ermənistan rəhbərliyi ilə danışıqlara başlamaq üçün təkliflər gözləyirik 13 Mart 18:07
  • “Məşədi Dadaş” məscidinə yeni imam təyin edilir? 13 Mart 17:42
  • Uşaqlarının gözü qarşısında keçmiş arvadının boğazını kəsən şəxsə 17 il 6 ay cəza verildi 13 Mart 17:12
  • Hərbi xidmətə çağırışla bağlı rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalanıb 13 Mart 17:07
  • Türkan Vəlizadə: “Mənə kişi lazımdır” – VİDEO 13 Mart 17:01
  • “Maşın bir bəhanədir” mahnısı ilə bir anda məşhurlaşan şəxs danışdı – VİDEO 13 Mart 16:55
  • Azərbaycanın Əməkdar artisti qarajda xəstəlikdən əzablar içində ölüb – VİDEO 13 Mart 16:54
  • Siqaret çəkənlərin NƏZƏRİNƏ! – 50 manat cərimə yazılacaq 13 Mart 16:52
  • Azərbaycanda “Kərimə” dövləti quracaqlarını bildirənlər saxlanıldı 13 Mart 16:50
  • Bakıda qəribə elan: Bu məkana ancaq oliqarxlar buraxılır 13 Mart 16:44
  • Deputat: “İran yaddan çıxartmamlıdır ki, Azərbaycan daha 1990-cı illərin Azərbaycanı deyil…” 13 Mart 16:42
  • Parkda qayçı ilə gənc oğlanın çənəsi niyə kəsilib? – TƏFƏRRÜAT 13 Mart 16:38
  • “Qarabağ”la “Qalatasaray” bu tarixdə Bakıda qarşılaşacaq 13 Mart 16:37
  • Deputat əyilən binaya görə “Kristal Abşeron”u tənqid etdi: “Başdansovdu iş görürlər. ” 13 Mart 16:33
  • Ombudsman Edillidə aşkarlanan kütləvi məzarlıqlarda aparılmış araşdırmalarla bağlı hesabat hazırlayıb 13 Mart 16:32
  • DİN aksiya ilə bağlı açıqlama yaydı 13 Mart 16:26
  • 39 yaşlı müəllim əməliyyatdan sonra niyə ölüb? – AÇIQLAMA 13 Mart 16:14
  • “Embawood” alqı-satqıya görə məhkəməyə üz tutdu 13 Mart 16:07
  • Bakıdakı atışma ilə bağlı 2 nəfər həbs edildi 13 Mart 16:01
  • Deputat: “Araşdırılmalıdır ki, İTV niyə bu istiqamətə ayrıca, xüsusi, əlahiddə diqqət göstərir” 13 Mart 15:51
  • ““Kristal Abşeron”nun binaları bir-birinə yaxın, sıx və qarışıq bir formada inşa olunub” 13 Mart 15:48
  • Azərbaycan və Türkiyənin İsraildəki səfirləri görüşdü 13 Mart 15:45
  • DTX məhkəmənin ölmüş elan etdiyi terrorçunu tutub ölkəyə gətirdi 13 Mart 15:43
  • Bu müraciət çoxunun xətrinə dəydi, dostu danışdı: “Hacı Şahinin ailəsi buna məcbur idi. ” 13 Mart 15:17
  • Samir Salam saxlanıldı 13 Mart 15:14
  • İş yoldaşını daşla vuraraq öldürən şəxsə 10 il 6 ay cəza verildi 13 Mart 15:10
  • Plagiat layihə, sponsor tərəfkeşliyi və ya çörəyi ver çörəkçiyə. 13 Mart 15:00
  • Məhkəmə piyadanın ölümündə günahlandırılan sürücü ilə bağlı hökm çıxardı 13 Mart 14:56
  • Bakıda şirkət işçisi faciəvi şəkildə ölüb 13 Mart 14:53
  • Gündüz Əliyev vəzifəsindən azad edildi 13 Mart 14:48
  • Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə getdi – FOTOLAR 13 Mart 14:38
  • Tikinti şirkətinin işçiləri “ağacı budayırıq” deyib, bu hala saldılar – FOTO 13 Mart 14:26
  • Astarada qadın qətlə yetirilib 13 Mart 14:20
  • Kəlbəcərdə daha 45,5 kv/km sahə “AzerGold”un ixtiyarına veriləcək 13 Mart 14:10
  • Toy şənliyində qonşusunu öldürmək istəyənə cəza verildi 13 Mart 14:06
  • Natiq Bayramova vəzifə verildi 13 Mart 14:03
  • “İnvestAz Asset Management”in lisenziyasının müddəti başa çatıb 13 Mart 13:46
  • Oğlu Baloğlan Əşrəfovun vəsiyyətini oxudu 13 Mart 13:39
  • AccessBank Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramından təşəkkürnamə aldı – FOTO 13 Mart 13:36
  • “Bizimkilər 50 min ödəyir, Mahsun isə burada pulsuz reklam olunur” 13 Mart 13:31
  • Səməd Seyidov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə müraciət edib 13 Mart 13:29
  • Elm və təhsil naziri: “Sənədində axund, imam yazılan şəxs bizə müraciət edir ki, mənə diplom ver” 13 Mart 13:28
  • Tələbələrə xoş xəbər: Dövlət imtahanları. 13 Mart 13:24
  • Sabah külək əsəcək 13 Mart 13:23
  • Təyyar Hüseynli: ““Surroqat ana” İslam dinində birmənalı haramdır” 13 Mart 13:04
  • Vətəndaşların 80 faizindən çoxu ölkənin iqtisadi vəziyyətini yaxşı və orta qiymətləndirib – SORĞU 13 Mart 12:55
  • Gəncədə ər arvadını qətlə yetirdi 13 Mart 12:46
  • Qorxmaz Hüseynov “Azərsu”nu evdən idarə edir 13 Mart 12:41
  • Vətəndaşların ən çox şikayət etdiyi sığorta şirkətləri – SİYAHI 13 Mart 12:27
  • “Kristal Abşeron”un tikdiyi “Qobu Park-2”nin sakinləri təhlükə ilə üz-üzədirlər: Bina əyilib – VİDEO 13 Mart 12:24
  • Tanınmış hotel şirkəti məhkəməyə verdi 13 Mart 12:20
  • “Burada mənə heç nə olmaz, bilmirsiniz ki, lənkəranlıyam?” – Mahsun Kırmızıgül 13 Mart 12:17
  • Nurlana Əliyevanı məhkəməyə çağıran sabiq şöbə müdiri xəstəxanaya yerləşdirilib 13 Mart 12:15
  • Səhiyyə Nazirliyi: “Qara su” korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir” 13 Mart 12:10
  • Kərpic zavodunda fəhlənin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb 13 Mart 12:07
  • Şirvan ŞİH: İməclik sakinlərin könüllü iştirakı ilə keçirilib, məcburiyyətdən söhbət gedə bilməz 13 Mart 12:04
  • Aqil Abbas: “İranla müharibə istəmirik, diplomatik dillə başa salacağıq” 13 Mart 12:00
  • Qadın müğənniyə görə iki əmioğlu tutuldu 13 Mart 11:54
  • İcra başçısının intihar etmiş köməkçisinin atası danışdı: “Mağazadan bazarlıq edib, sonra. ” 13 Mart 11:53
  • Vəfat edən professor məşhur nazirin yeznəsi, tanınmış polkovnikin isə qardaşı imiş – FOTO 13 Mart 11:44
  • İlham Əliyev: “Ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir” 13 Mart 11:42
  • Bakıda silahlı insidentə görə tutulan şəxs barəsində qərar verildi 13 Mart 11:39
  • “Azəriqaz” bu şirkətlə bağlı məhkəməyə müraciət etdi 13 Mart 11:34
  • BDU rektoru: “Reytinqlərdə geri qalmağımızın səbəbi zəifliklə yox, digərlərinin çox sürətli inkişafı ilə bağlıdır” 13 Mart 11:29
  • PA Qarabağ ermənilərinin nümayəndələrini Bakıya dəvət etdi 13 Mart 11:29
  • Azərbaycan Prezidenti Roma Papasını təbrik edib 13 Mart 11:20
  • Hacı Şahinin yaxın dostu ilə SON YAZIŞMASI – VİDEO 13 Mart 11:14
  • Gələcəyi olmayan banklar – ADLAR 13 Mart 11:05
  • Bu nazirliyə yeni səlahiyyət verildi 13 Mart 11:01
  • “Azərsu” qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edib? 13 Mart 10:59
  • Azərbaycanda oteldə meyiti tapılan 20 yaşlı qızla bağlı yeni məlumat 13 Mart 10:49
  • Prokurorluq icra başçısının köməkçisinin intiharını araşdırır 13 Mart 10:43
  • İranda təhlükəsizlik qüvvələri tərəfindən oğurlanan İsveç vətəndaşı edam olunacaq 13 Mart 10:41
  • Emin Əmrullayev: “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var” 13 Mart 10:38
  • DYP səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib 13 Mart 10:23
  • Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq 13 Mart 10:21
  • Bakıda ürəktutmasından ölən sürücü polis rəisinin qohumudur 13 Mart 10:05
  • Bakıda sürücünün ölməsi nəticəsində baş verən qəzada xəsarət alan şəxslərin adları məlum olub 13 Mart 09:37
  • Deputat: “Postcəhalət dövrü nadanlığa qarşı durmalıdır” 13 Mart 09:25
  • Şamaxı sakini toyda ürəktutmasından dünyasını dəyişib 13 Mart 09:10
  • Oteldə gənc qadın ölüb 13 Mart 09:09
  • DYP-dən xəbərdarlıq 13 Mart 09:08
  • Salyanda saxlanılan narkokuryerdən 5 kiloqramdan artıq heroin götürülüb 13 Mart 09:07
  • Yod çatışmazlığını aradan qaldıran məhsullar açıqlandı 13 Mart 08:42
  • Üç milyon “cihad həbi” saxlanıldı 13 Mart 08:38
  • Bakıda qardaşına 4 bıçaq zərbəsi vuran şəxs hökmdən narazıdır 13 Mart 08:35
  • Toydan qayıdan avtomobillər qəza törətdi, iki nəfər öldü – FOTO 13 Mart 08:29
  • Rüşvətə görə tutulan sabiq vəzifəli şəxsdən xəbər var 13 Mart 08:27
  • Sabiq prorektorun oğlu yenidən məhkəmə qarşısında 13 Mart 08:23
  • Putin həqiqətən xərçəng xəstəsidir? 13 Mart 08:14
  • Bakıda avtomobil qəzası olub, xəsarət alan var 13 Mart 08:12
  • “Oskar” mükafatında ilin ən yaxşı filminin adı bəlli oldu 13 Mart 07:59
  • Saakaşvili ölüm ayağındadır 13 Mart 00:59
  • İrana “işlədikləri” üçün tutulan şəxslər görün kimlərdir – FOTO 13 Mart 00:00
  • Vilayət Eyvazov: “Daxili Qoşunlar istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir” – VİDEO 12 Mart 23:25
  • Mahsunun konsertində şəhid Anarın ifası. – VİDEO 12 Mart 23:23
  • “Zəng vurub yardım istədi” – Kərim Təranədən danışdı 12 Mart 23:20
  • İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi – FOTO 12 Mart 23:18
  • Afaqın səhhətində problem yarandı 12 Mart 23:17
  • Danışarkən edilən fərqli üz, əl-qol hərəkətləri xəstəlikdir, yoxsa vərdiş? 12 Mart 22:59
  • Beynəlxalq internet xəttində iki böyük qəza olub 12 Mart 22:57
  • “Hacı Şahin ölümündən sonra cəhalətin katalizatoruna çevrilib” 12 Mart 22:27
  • Aynişanı Orxanla nə birləşdirir? 12 Mart 22:10
  • Hərbi qulluqçumuz həlak oldu 12 Mart 22:00
  • DOST 1 milyon manata ofis icarəyə götürür 12 Mart 21:28
  • 39 yaşlı müəllim əməliyyatdan sonra vəfat etdi 12 Mart 21:17
  • Salyanda partlayış: Xəsarət alan var 12 Mart 21:15
  • Hacı Şahin müsahibəsində İranla bağlı nələr deyib? – VİDEO 12 Mart 20:20
  • Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ: vəziyyət dəyişir. – XƏBƏRDARLIQ 12 Mart 19:35
  • Zaurdan verilişini qınayanlara SƏRT CAVAB 12 Mart 19:30
  • Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyat – Saxlanılanlar var 12 Mart 19:11
  • Türkiyədə daha bir zəlzələ oldu 12 Mart 19:06
  • Zahid Oruc Hacı Şahinin vəfatından yazdı 12 Mart 18:24
  • Hikmət Hacıyev: Ermənistan məqsədli şəkildə sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır 12 Mart 18:21
  • Son sutkada koronavirusa yoluxanların sayı 12 Mart 17:59
  • Beynəlxalq Uzunömürlülük Konqresi “Viva La Vida” – FOTOLAR 12 Mart 17:20
  • Əhalinin nəzərinə: Martın 18-dən etibarən… – ŞAD XƏBƏR 12 Mart 16:54
  • Nigar Camal: “Məni argetinalı və braziliyalı xanımlara oxşadırlar. ” – VİDEO 12 Mart 16:47
  • Buraxılış imtahanı keçirildi 12 Mart 16:42
  • Natiq Cəfərli: “Hərf tanıyan hər kəs monitor arxasında “şir”ə döndü, ciddi mövzular trollandı” 12 Mart 16:01
  • Hacı Şahindənsə gedib şəhidlərimizi ziyarət etsinlər. – İlahiyyatçı 12 Mart 15:45
  • “Su qıtlığının günahkarları iri biznesmenlərdir” – VİDEO 12 Mart 15:44
  • Zəlzələ ilə bağlı çıxışı gündəm oldu: “Bir nəfər istefa vermədi. ” – VİDEO 12 Mart 15:34
  • Sabah görmə məsafəsi məhdudlaşacaq 12 Mart 15:23
  • Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqay ilə görüşdü – YENİLƏNDİ 12 Mart 14:50
  • Eynulla Fətullayev Hacı Şahinlə bağlı fotodan yazdı: “Belə dövr etsə, xalqımız peyğəmbərini də elan edəcək, əlvida, Avropa” 12 Mart 14:38
  • Deputat: “İranın Azərbaycanın hava məkanını pozması regionda formalaşan çövrək düzəni pozmaq cəhdidir” 12 Mart 14:25
  • Mehman Sadıqov vəfat etdi 12 Mart 14:07
  • “Xoşqədəmə möhtac qalmaq bir xalqın yaşadığı ən son rəzillik olardı” – Şərif Ağayar 12 Mart 13:58
  • Bakıda icra başçısının köməkçisi intihar etdi 12 Mart 13:56
  • Bakıda güclü külək əsəcək 12 Mart 12:48
  • Ərdoğan gedir, Bakı tək qalacaq – Ermənilər sevinir 12 Mart 12:05
  • Eldar Qocayev vəfat etdi – FOTO 12 Mart 11:44
  • Giləzidə hərbi sursat aşkar edildi 12 Mart 10:58
  • Təbrizdə güclü partlayış olub, ölənlər və yaralananlar var 12 Mart 09:47
  • Bakıda bloqer pələnglə şəkil çəkdirdi, müzakirələrə səbəb oldu – “Yırtıcılığı yoxdur” – VİDEO 12 Mart 09:18
  • “Qohumlar arasında, tələbə yoldaşlarım, o qədər oğlan var idi ki, mənimlə evlənmək istəyirdi” 12 Mart 09:08
  • “Ekoloji cinayətə son” – Xankəndi-Laçın yolunda etiraz aksiyası 91 gündür davam edir 12 Mart 09:03
  • Sabunçuda söküləcək binadan çıxmaq istəməyən sakinlə bağlı rayon icra hakimiyyətindən AÇIQLAMA 12 Mart 08:42

Cm-nin 263-cü maddəsi hökm

Yevlax rayon sakini olan Şahmar Yusubov 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

“Ölkə.Az”-a verilən məlumata görə, apellyasiya şikayətinə Bakı Apellyasiya məhkəməsinin hakimi Abid Abdinbəyovun sədrliyi ilə baxılıb, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Növbəti məhkəmə baxışı aprel ayının 5-və təyin edilib.

Xatırladaq ki, Ş.Yusubova 25 yanvar tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Yusubov Şahmar Adil oğlu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək

5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

İttihama görə, hadisə ötən il 2017-ci il iyulun 18-də saat 18:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Yevlax rayon sakini Şahmar Yusubov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ələddin Əsgərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Hadisədən sonra saxlanılan Şahmar Yusibovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Şahmar Yusibov milliyyətcə qaraçıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.