Press "Enter" to skip to content

Rəb dili

XVI əsrin birinci yarısında Amerikada ispan koloniyalarının idarəetmə sisteminin ümumi cəhətləri formalaşır: Yeni İspaniya (Meksika, Mərkəzi Amerika, Venesuela və Karib dənizi adaları) və Peru vitse-krallığı (bura Braziliyanı çıxmaq şərtilə Cənubi Amerikanın qalane əraziləri daxil idi) yaradılır. Vitse-krallar ispan əyanları içərisindən seçilirdi, onlar koloniyada 3 illiyə göndərilirdi, burada torpaq ala bilməz, sahibkarlıqla məşğul ola bilməzdilər. Vitse-kralların fəaliyyətinə «Hindistan Şurası» nəzarət edirdi.

“Şərq-Qərb”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqları

Strateji baxımdan mühüm geosiyasi məkanda – Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlər boyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır. Əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatları qədər yeni dividendlər qazanmaq şansı yaratmışdır. Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev mövcud reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi düzgün dəyərləndirərək, ötən 25 ildə bundan həm yeni neft strategiyasının, həm də transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində başlıca amil kimi məharətlə istifadə etmişlər. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır.

Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Şərq-Qərb”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqları” sərlövhəli analitik məqaləsində yer alıb. Trend məqaləni təqdim edir.

Bir qədər əvvəl yazdığım “Əsrin müqaviləsi” – Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə” adlı məqalədə ölkəmizdə təməli ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulmuş yeni neft strategiyası və onun uğurlu nəticələrindən geniş danışmışdım. Bugünkü məqalədə isə həyata keçirilən siyasi strategiyanın digər mühüm istiqamətindən – Azərbaycanın üçüncü minillikdə beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi ilə bağlı 1993-cü ildən həyata keçirilən dövlət siyasəti və onun görünən nəticələri haqqında bəhs etmək istəyirəm.

Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi siyasəti, qeyd etdiyim kimi, dövlətin 1993-cü ildən xarici iqtisadi və geosiyasi əlaqələr sahəsində həyata keçirdiyi iki əsas strateji xətdən biri olmuşdur. Mütəxəssislər bu prosesdə Azərbaycanın fəaliyyətində müşahidə olunan bir neçə mühüm istiqaməti xüsusi qeyd edirlər. Bunlar:

– Avropa, Qara dəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionları arasında iqtisadi, ticari, nəqliyyat və logistika əlaqələrinin inkişafından;

– Çin və Avropa İttifaqı arasında ən qısa quru yolu üzərində qurulan multimodal dəhlizin inkişafından;

– “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qurulmasından;

– Böyük İpək Yolu çərçivəsində tranzit yüklərin cəlb edilməsindən;

– Logistika və ticarət infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və tənzimləyici stimullar sayəsində regionda bu sahə üzrə Azərbaycanın daha cəlbedici qovşaq olmasından;

– Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və TASİM layihələri vasitəsilə Böyük İpək Yolunun rəqəmsallaşdırılmasından;

– müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsindən;

– yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasətdən;

– çoxmodallı (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanmasından və s. ibarətdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 16 ildə neftdən gələn gəlirlərin də bir qismini cəlb etməklə, ilk növbədə, ölkəni xarici aləmlə bağlayan əksər avtomobil və dəmir yolları, hava və su nəqliyyatı infrastrukturları, quru, hava və su nəqliyyatına aid kommunikasiyalar, rabitə-informasiya texnologiyaları modernləşdirilmiş, yenidən qurulmuş, yaxud hazırda qurulur. Azərbaycanın üç telekommunikasiya peyki – “Azərspace-1”, “Azersky” və “Azərspace-2” orbitə çıxarılmış, Xəzər dənizinin dibi ilə Avropanı Asiya ilə birləşdirəcək kommunikasiya vasitələrinin çəkilişinə start verilmişdir. Azərbaycanın regional və beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinin dəstəklənməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizi qısa müddətdə Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevirmişdir.

XX əsrin son onilliyində Avropa İttifaqının maliyyə yardımı, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi səyi ilə reallaşdırılan “İpək Yolu” (TRASEKA) layihəsinə əlavə dəstək olaraq, Azərbaycanın təşəbbüsü-liderliyi ilə inşa olunan və 2017-ci il oktyabrın 30-da istismara buraxılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Trans-Avropa-Asiya dəmir yolları şəbəkələrini birləşdirmiş, bununla da qədim İpək Yolunun polad magistrallar üzərində bərpası işi başa çatdırılmışdır.

Məlumdur ki, TRASEKA layihəsinin də əsas təşəbbüskarlarından biri ümummilli lider Heydər Əliyev olmuşdur. Məhz onun təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş və yekunda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Bakı Bəyannaməsi və Çoxtərəfli Saziş” imzalanmış, TRASEKA-nın Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınmışdır. Həmin dövrdə bəzi regional və beynəlxalq dairələrin əsassız qısqanclığına baxmayaraq, TRASEKA layihəsinin qədim İpək Yolu üzərində yenidən qurularaq əksər region ölkələri üçün çox böyük əhəmiyyət kəsb etməsi sübuta yetirilmişdir. Bu layihənin cəlbediciliyi, ilk növbədə onunla ölçülürdü ki, o, eyni zamanda, Rusiyanın, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın daha əlverişli dəhliz vasitəsilə Avropa və dünya bazarlarına, o cümlədən geriyə çıxışını asanlaşdırırdı, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafına, dünya iqtisadiyyatı ilə inteqrasiyasına mühüm şərait yaradırdı.

TRASEKA layihəsi işə düşəndən, xüsusən BTQ istifadəyə veriləndən sonra Çindən başlayaraq Orta Asiyaya, Cənubi Qafqaza, sonra da Türkiyə vasitəsilə Avropaya, o cümlədən geriyə daşınan yüklərin çatdırılması müddəti dəniz daşımalarına nisbətən iki dəfədən çox qısalmışdır. Mütəxəssislərin fikrinə görə, bu dəhliz hazırda Avropanı Asiya ilə birləşdirən ən əlverişli, qısa və təhlükəsiz nəqliyyat dəhlizi hesab olunur. Onun vasitəsilə son illərdə daşınan malların həcmi bir neçə dəfə artmış və BTQ qitələri bağlayan ən əlverişli nəqliyyat körpüsü rolunu oynamağa başlamışdır.

Əsas qayəsi regionda və dünyada iqtisadi əlaqələrə, rifaha, sülhə, sabitlik və təhlükəsizliyə xidmət etməkdən ibarət olan BTQ vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, bu ərazidə yaradılan Azad Ticarət Zonası və s. mühüm infrastruktur layihələri Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi rolu oynamışdır. Azad Ticarət Zonası yaxın gələcəkdə beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, həm də yerli istehsalın təşviqi, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasına müstəsna xidmət göstərəcəkdir. Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır. Hazırda Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

BTQ layihəsinin ölkəmiz üçün digər geosiyasi üstünlüklərindən biri də ondan ibarətdir ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu da müvafiq surətdə qardaş dövlətlər arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Digər məsələ bu layihənin yaxın gələcəkdə Naxçıvan Muxtar Respublikasına qədər uzadılmasıdır. Layihə çərçivəsində Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə şərait yaradacaqdır.

Azərbaycanın üçüncü minilliyin əvvəlindən xüsusi maraq göstərdiyi, son illərdə fəal şəkildə qoşulduğu və bundan sonra funksionallığı ciddi şəkildə yüksələn başqa bir transmilli nəqliyyat layihəsi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi hesab olunur. Qeyd etmək istəyirəm ki, TRASEKA layihəsində olduğu kimi, Azərbaycan Respublikasının “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşulması təşəbbüsü də ümummilli lider Heydər Əliyevə məxsusdur. Məhz onun razılığı əsasında 2001-ci ildən başlayaraq Azərbaycan Respublikasını təmsil edən nümayəndələr Rusiya və İranın müvafiq qurumları ilə bu istiqamətdə müzakirələrə qoşulmuşlar. 2004-cü il mayın 19-21 Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan nümayəndə heyəti Moskva şəhərində keçirilən Rusiya və İran dəmir yolu rəhbərlərinin müşavirəsinə qatılmış və üçtərəfli razılığa müvafiq olaraq “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə Beynəlxalq Konsorsiumun yaradılmasında iştirak etmişdir. Sonrakı dövrdə hər üç ölkənin dəmir yollarına tranzit yük axınının cəlb edilməsi, birgə layihə-axtarış işlərinin görülməsi, ümumi məsələlərin və birgə işlərin əlaqələndirilməsi istiqamətindəki fəaliyyəti təmin olunmuşdur. 2005-ci il iyulun 24-27-də Tehran şəhərində və 2005-ci il fevralın 9-da Bakıda “Şimal-Cənub” nəqliyyat dəhlizinin tikintisi, gələcək istismarı, beynəlxalq konsorsiumun yaradılması və maliyyələşdirilməsi üsulları, hər bir tərəfin tikintidə payı, qoyulacaq əsaslı vəsaitin qaytarılması yolları və digər məsələlər müzakirə edilmiş və razılığa gəlinmişdir.

Məlum olduğu kimi, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək “Şimal-Cənub” nəqliyyat dəhlizi haqqında ilk razılaşma aktı Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanmışdır. Azərbaycan, qeyd edildiyi kimi, bu sazişə beş il sonra – 2005-ci ildə qoşulmuşdur. Sonrakı illərdə, ümumilikdə, 13 dövlət bu sazişə imza atmış və müvafiq olaraq ratifikasiya etmişdir. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır.

Mütəxəssislərin fikrinə görə, “Şimal-Cənub” nəqliyyat dəhlizinin əsas məqsədi, ilk növbədə, cənubdan – Hindistandan başlayaraq Rusiyaya, Şimali və Qərbi Avropaya, eləcə də Körfəz ölkələrinə daşınan yüklərin çatdırılma müddətini azaltmaq, daşıma qiymətlərini ucuzlaşdırmaq və dəhlizin funksionallığını artırmaqdan ibarətdir. Dəhliz bir neçə əsas istiqamət: Hindistan-Rusiya-Qafqaz-Körfəz ölkələri; Mərkəzi Asiya-Körfəz ölkələri; Xəzər dənizi-İran İslam Respublikası-Körfəz ölkələri və s. üzrə yükdaşıma fəaliyyətini nəzərdə tutur. Bu istiqamətlər içərisində Azərbaycan üçün ən maraqlı istiqamət yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirilməsi, sonra qatar və avtomobillərlə İranın mövcud dəmir və avtomobil yolu ilə Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir və avtomobil yoluna ötürülməsi və burdan da Azərbaycan vasitəsilə Rusiyaya, Şimali Avropa ölkələrinə və s. çatdırılmasıdır. Hazırkı marşrut üzrə (Süveyş kanalı) malların çatdırılma vaxtı 45-60 gündür, “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə isə bu müddətin 14-20 gün olması gözlənilir.

Azərbaycan Hökuməti “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, sonrakı müddətdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması prosesində fəal rol oynamış, ölkənin hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilməsinə nail ola bilmişdir. Dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində yaxın müddətdə gözlənilən yük daşımalarının həcmi təxminən birinci mərhələdə – 3 milyon ton, ikinci mərhələdə – 5-8 milyon ton və üçüncü mərhələdə – 15 milyon ton nəzərdə tutulur ki, buna nail olmaq istiqamətində də ciddi addımlar atılır. Hazırda mövcud nəqliyyat dəhlizinin reallaşması üzrə işlər çox intensiv şəkildə gedir və Azərbaycan hissəsində proses artıq son mərhələyə qədəm qoymuşdur. Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər olan 8,3 kilometr yeni yolun, Astaraçay üzərindəki körpü və İran ərazisindəki 1,4 kilometr yolun tikintisi tamamlanmışdır. Bu dəhlizin Qəzvin-Rəşt (175 km) hissəsinin tikintisi ilə bağlı İran tərəfi ilə danışıqlar aparılır və işlər başlanmaq üzrədir. Azərbaycan bu dəmir yolunun tikintisinin maliyyələşdirilməsində də iştirak edir. Rəsmi Bakı İran tərəfinə bəhs olunan dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit ayırmağı nəzərdə tutub. Digər bir istiqamət – Şimal istiqaməti üzrə, Samur çayı üzərindən Samur (Azərbaycan) – Yaraq Qazmalar (Rusiya) avtomobil körpüsünün inşası və dəmir yolu xətlərinin genişləndirilməsi ətrafında iş gedir. Dəhlizin önəmli hissəsi olan Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib.

Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulmaqla, ilk növbədə, özünün həm Rusiya, həm də İranla quru sərhədinin əlverişli coğrafi xarakteristikasından səmərəli istifadə edərək üçtərəfli regional əməkdaşlığı inkişaf etdirmək və mövcud şəraitdən bəhrələnərək yeni-yeni dividendlər əldə etmək istəyir. Bundan başqa, Azərbaycan gələcəkdə bu istiqamətdə qonşu Gürcüstanın ərazisini və kommunikasiyalarını da işə salmaqla “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur. Bu sahədə ən önəmli rolu, ilk növbədə, BTQ, Bakıdan Gürcüstandan keçməklə Türkiyəyə qədər uzanan avtomobil yolları, Xəzər dənizində və Qara dənizdə Azərbaycanın inşa etdiyi limanlar, o cümlədən Türkiyə və Gürcüstan ərazisindəki dəniz və dəmir yolu limanları oynayacaqdır. Dəhlizin yaradacağı imkanlardan Azərbaycanla yanaşı, Rusiya, İran, Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları da istifadə edəcəklər.

Bundan başqa, xüsusi qeyd edilməlidir ki, “Şimal-Cənub” dəhlizi layihəsi Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası ərazisində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək, beynəlxalq yüklərin bu istiqamətə daha çox miqdarda axınına təkan verəcək. Azərbaycanın bu dəhlizdən gözləntiləri xüsusən çoxdur. “Şimal-Cənub” nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya və Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.

Son dövrlərdə “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin keçəcəyi regiondakı fərqli qütblər arasındakı geosiyasi rəqabətin daha da kəskinləşməsi fonunda, Azərbaycan həm özünün multikultural və sabit ictimai-siyasi cəmiyyət həyatı ilə, həm də yürütdüyü balanslı xarici siyasət və tərəfdaşlıq kursu ilə xüsusi iqtisadi-siyasi dividendlər qazanmağı hədəfləyir. Bu hədəflərin ən mühümü, iqtisadi sahədə fəaliyyətin şaxələndirilməsi, post neft dövründə ölkəmiz üçün qeyri-neft sahəsindəki fəaliyyətdən əlavə gəlir mənbəyi əldə etməkdirsə, siyasi və geosiyasi sahədə regionda müstəqil siyasət yürüdən dövlət imicini qorumaq, regionda və dünyada bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə, təhlükəsizlik sahəsində hamılıqla beynəlxalq hüquq normalarına əməl etmək və s. ibarətdir.

Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin xüsusi əhəmiyyətini nəzərə alaraq, son dövrdə İran və Rusiya istiqamətində yeni kommunikasiyaların yaradılmasına xeyli investisiya yatırmışdır ki, bu da ölkənin beynəlxalq aləmdəki etibarlı tərəfdaş imicini gücləndirmişdir. Bundan əvvəl, ölkəmizin liderliyi ilə BTQ-nin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilib istifadəyə verilməsi, bu məkanda azad iqtisadi zonanın yaradılması, Azərbaycanı bir tərəfdən Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), digər tərəfdən Cənubi Asiyanı (İran və Hindistan) Şimalla birləşdirən nəqliyyat qovşağının mərkəzinə çevirmişdir. Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər “Şimal-Cənub” layihəsinin reallaşması işini bir qədər gecikdirsə də, bu problemin Azərbaycanla bağlı olmadığı aydındır. Azərbaycan Respublikası öz öhdəsinə düşən bütün infrastruktur layihələrini uğurla həyata keçirmiş və istismara qəbul etmişdir.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor

Ərəb dili

Özüm Misirdə kurs və Səudiyyədə universitet təhsili almışam. Ərəb dilinin düzgün oxumaq, danışmaq, dinləmək məharətlərini online olaraq öyrədirəm. Qiymət danışıla bilər.

Ərəb dilini öyrənmək istəyirsiz? Təcrübəli müəllim axtarırsınız? O zaman artıq vaxt itirmədən bizə müraciət edin. Çünki yalnız bizimlə birgə siz qısa bir müddətdə və ən əsası keyfiyyətli bir şəkildə dünyanın ən qədim

Zinyət Tədris Mərkəzində Ərəb dili kursları. Ərəb dili kursları. Dərslər təcrübəli müəllim tərəfindən keçirilir. Dərslər həftədə 3 dəfə 1 saat və ya 2 dəfə 1.5 saat keçirilir. İlk dərs yoxlama dərsi hesab olunur və

XANIMLAR ÜÇÜN Ərəb dili dərsləri.Sıfırdan danışıq səviyyəsinə kimi. Ünvan:Həzi Aslanov

“Max Group Edu Center” dünyada uğurla sınanmış effektiv BERLITZ METODU əsasında xarici dilləri tədris edir. BERLITZ metodu danışıq və dinləmənin inkişafına yönələn metoddur. BERLITZ metodunun əsas

0-dan keçirilən dərslər Sərbəst Danışıq 100 % Gözəl Tərcümə 100% Qısa vaxtda əla nəticə 100% Qurani-Kərimin öyrənilməsi 100% Qurani-Kərimi sərbəst oxumaq 100% 3000-4000 arası söz bazasına sahib olmaq 4 ay

Allahin adi ile salam olsun! Men Shehla Hesenova 58 yashim var. Baki Dovlet Universitetinin Sherqshunasliq Fakultesini bitirmishem. Ereb dili uzre ixtisaslashmisham. Ereb dilini qisa muddetde yuksek seviyyede oyredirem.

Ərəb dili tədrisi. Kurslara qeydiyyat başladı. Tədris fərdi və qrup şəklində olur. Qeyd edək ki dərslər həm online həmçinin təhsil mərkəzində keçirilir. Kursu bitirən tələbələrə yekun imtahan göstəricisi ilə SERTİFİKAT

Zinyət Tədris Mərkəzində Ərəb dili kursları. Ərəb dili kursları. Dərslər təcrübəli müəllim tərəfindən keçirilir. Dərslər həftədə 3 dəfə 1 saat və ya 2 dəfə 1.5 saat keçirilir. İlk dərs yoxlama dərsi hesab olunur və

Allahin adi ile salam olsun! Men Shehla Hesenova 58 yashim var. Baki Dovlet Universitetinin Sherqshunasliq Fakultesini bitirmishem. Ereb dili uzre ixtisaslashmisham. Ereb dilini qisa muddetde yuksek seviyyede oyredirem.

Sizdə,Ərəb dilində müfəssəl şəkildə bu dilə yiyələnmək istəyirsinizsə,gecikmədən dərslərimizə qoşula bilərsiniz.Dərslərimiz sürət proqramı və indevidual şəkildə keçirilir.Dərslər ,online – əyani,fərdi və qrup şəkilində

Eziz xanimlar bize muraciyyet ederek sizde Ereb elifbasini oyrenib Qurani uzden oxuya bilersiz.Eger dahada derine gedmek qramatika luget ve s.(exlaq eqaid islam haqqinda bilgiler)menimsemek istesez bize muraciyyet ede

Allahin adi ile salam olsun! Men Shehla Hesenova 58 yashim var. Baki Dovlet Universitetinin Sherqshunasliq Fakultesini bitirmishem. Ereb dili uzre ixtisaslashmisham. Ereb dilini qisa muddetde yuksek seviyyede oyredirem.

Ərəb dilinizi inkişaf etdirin, biznesinizi dünyaya açın! Müasir dövrdə şəxsi biznesin qurulması, yəni sahibkarlıq fəaliyyəti olduqca aktualdır. Qloballaşan dünyada isə istənilən sahədə, xüsusən də sahibkarlıq sahəsində

Ərəb dili – Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Bu dil qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək

Zinyət Tədris Mərkəzində Ərəb dili kursları. Ərəb dili kursları. Dərslər təcrübəli müəllim tərəfindən keçirilir. Dərslər həftədə 3 dəfə 1 saat və ya 2 dəfə 1.5 saat keçirilir. İlk dərs yoxlama dərsi hesab olunur və

Allahin adi ile salam olsun! Men Shehla Hesenova 58 yashim var. Baki Dovlet Universitetinin Sherqshunasliq Fakultesini bitirmishem. Ereb dili uzre ixtisaslashmisham. Ereb dilini qisa muddetde yuksek seviyyede oyredirem.

DOSTLAR ƏRƏB DİLİNİ XƏDİCƏ MÜƏLLİMƏ İLƏ ÖYRƏNMƏK ARTIQ ÇOOOX ASANDIR 0- DAN başlayıb BƏLƏDÇİ OLMAQ 100% Sərbəst Danışıq 100 % Gözəl Tərcümə 100% Qısa vaxtda əla nəticə 100% Qurani-Kərimin öyrənilməsi 100%

Allahin adi ile salam olsun! Men Shehla Hesenova 58 yashim var. Baki Dovlet Universitetinin Sherqshunasliq Fakultesini bitirmishem. Ereb dili uzre ixtisaslashmisham. Ereb dilini qisa muddetde yuksek seviyyede oyredirem.

Ərəb dili kursu İndi bir Ərəb gəlsə rahat danışa bilərsən? Sualına düşünmədən Hə! Cavabı vermək istəyirsənsə tam da doğru elanı oxuyursan. Dərslər yüksək ixtisaslı müəllimlər tərəfindən xüsusi dərs metodika ilə

Allahin adi ile salam olsun! Men Shehla Hesenova 58 yashim var. Baki Dovlet Universitetinin Sherqshunasliq Fakultesini bitirmishem. Ereb dili uzre ixtisaslashmisham. Ereb dilini qisa muddetde yuksek seviyyede oyredirem.

Səlamun Aleykum,ərəb hərifləri və quran oxumaqı örgənmək isdəyən muraciyət edə bilər

Men Shehla Hesenova 58 yashim var. Baki Dovlet Universiteti ereb dili bolmesini bitirmishem. Uzun iller Baki Dovlet Universitetinde ve turk litseylerinde ereb dili uzre muellime ve tercumechi ishlemisem. Ereb dilini

Allahin adi ile salam olsun! Men Shehla Hesenova 58 yashim var. Baki Dovlet Universiteti ereb dili bolmesini bitirmishem. Uzun iller Baki Dovlet Universitetinde ve turk litseylerinde ereb dili uzre muellime ve

Kurs ərəb dilinin əsasları ilə danışıq kursudur, Azərbaycanda bir ərəb tərəfindən verilir. Universitet tələbələri və hazırlıq illərinə və ərəb dilini qısa müddətə endirimli qiymətlərlə öyrənmək istəyənlər üçün nəzərdə

Zinyət Tədris Mərkəzində Ərəb dili kursları. Ərəb dili kursları. Dərslər təcrübəli müəllim tərəfindən keçirilir. Dərslər həftədə 3 dəfə 1 saat və ya 2 dəfə 1.5 saat keçirilir. İlk dərs yoxlama dərsi hesab olunur və

Başlanğıc səciyyəsindən ərəb dili öyrədirəm. Qısa bir zamanda danışığı və oxumağı öyrənə bilərsiz.

Hər yaş qrupuna, azərbaycan və rus bölməsi olmaqla ərəbcə danışıq dili və qrammatikasını öyrənmək istəyənlər üçün xüsusi dərs proqramı ilə ərəb dilinin öyrədilməsi.Quran oxumaq istəyənlər üçün Quran oxuma dərsləri.

Ərəb dili kursları

Ərəb dili kursları üçün Kurslar.az saytını seçin!
Kurslara yazılsanız, ərəb dilini daha tez öyrənə bilərsiniz. Kurslar.az saytı sizə peşəkar kurslara yazılmaq imkanı yaradır. Elanlarını yerləşdirdiyimiz kurslardan biri ilə əlaqə saxlayaraq, vaxt itirmədən ərəb dilini öyrənməyə başlaya bilərsiniz. Bunun üçün saytın “Xarici dil kursları” kateqoriyasına daxil olmalı, ardınca isə “Ərəb dili” alt-kateqoriyasına keçid etməlisiniz. Hər kateqoriyaya uyğun elanı onlayn tap az vaxt sərf et.
Ərəb dilinin bir neçə növü var. Bunlar müasir standart ərəb dili, klassik ərəb dili (əl Quran) və ya danışıq dilidir. Bu dili öyrənməyə başlamamışdan öncə hansı ərəb dilini öyrənmək istədiyinizə qərar verməlisiniz.
Müasir standart ərəb dili. Yalnız bir ərəb dilində danışan bir ölkə ilə maraqlanmasanız, ən etibarlı variant, Modern Standard Arabic kimi tanınan ərəb dilinin klassik variantını öyrənməkdir. Bu dil bütün ərəb bölgəsində danışılır, lakin ümumiyyətlə istifadəsi rəsmi yazı və məzmunlarla məhdudlaşır, məsələn ədəbiyyat, qəzetlər, təhsil, radio / televiziya xəbər proqramları, siyasi çıxışlar və s.
Klassik ərəb dili (Al Quran). Orta əsr ərəb və ya islamşünaslıq mövzusunda daha çox maraqlanırsınızsa, Klassik ərəb / əl-Quran ilə bağlı bir kurs sizin ehtiyaclarınıza uyğun olacaqdır. Bu mühazirə müqəddəs Qurani-Kərimdə, klassik dini ərəb dilində, hüquqi və intellektual mətnlərdə və Müasir Standard Ərəb dilinin kökü olan ərəb dilində öyrənilir.
Sözlü ərəb. Ərəb bölgəsində yaşamağı və ya müəyyən bir ərəb bölgəsi və ya bir ölkə ilə məşğul olmağı planlaşdırırsınızsa, Modern Standard Arabic ümumiyyətlə ehtiyaclarınıza cavab vermir. Ərəblər yerli ləhcəni ana dili kimi danışırlar və ləhcələr arasındakı fərqlər hər iki tərəfdə qarışıqlıq yaradacaq qədər vacibdir. Ümumiyyətlə, beş əsas dialekt ailəsi var, onların hər biri ölkə, şəhər, qonşuluq və hətta dinə görə alt ləhcəyə malikdir: Körfəz ərəb ləhcəsi, İraq ərəb ləhcəsi, Levantine Ərəb / Syam ləhcəsi, Misir ərəb ləhcəsi və Məğrib ərəb ləhcəsi.
Ərəb əlifbasını öyrənin. Ərəb yazısını əvvəlcə başa düşmək çətin görünə bilər və bəzi insanlar ərəb sözlərinin transliterasiyalarına güvənərək onu öyrənməməyə çalışırlar. Bu yalnız gələcəkdə problemlər toplayacaqdır. Transliterasiyanı görməməzlikdən gəlmək və əvvəldən orijinal yazıdan istifadə etmək daha yaxşı olar.

Kurslar məlumatlar

Kurslar.az Bakida kurslar və Azərbaycanda kurslari bir yerə toplayan onlayn platformadır. Saytda müxtəlif kurslar ve təlimlər tapa bilərsiz. Kurslari saytda yerləşdirmək pulsuzdur. Onlayn Kursu sayta elavə edəndə kurs haqqında ətraflı məlumat və kursun qiymətini yazın. Müxtəlif kateqoriyada olan kursları sayta yerləşdirmək mümkündür. Rus dili, İngilis dili , Xarici dil kursları, Sürücülük kursları, Biznes təlimlər, Seminarlar, Onlayn kurslar, suruculuk kurslari, imtahana hazirliq ve abituriyent kurslari, komputer kurslari, proqramlasdirma ve dizayn kurslari.
© 2016 KURSLAR.AZ | info [@] kurslar.az | Bizimlə əlaqə

Böyük coğrafi kəşflər və müstəmləkə sisteminin yaranması. Avropa sivilizasiyasinin Amerika qitəsinə yayılması

XV əsrin ortaları – XVII əsrin birinci yarısı Böyük Coğrafi Kəşflər Avropada ilkin kapital yığımı prosesi ilə bağlı olmuşdur. Yeni ticarət yollarının və ölkələrin mənimsənilməsi, kəşf olunmuş torpaqların talan edilməsi bu prosesin inkişafına imkan yaradırdı.

XV əsrdə Böyük Coğrafi Kəşflərin pionerləri Pireney yarımadası ölkələri – İspaniya və Portuqaliya olmuşlar. XIII əsrdə ərəblərdən öz ərazilərini geri alan portuqallar XIV-XV əsrlərdə ərəblərlə müharibənin Şimali Afrikada davam etdirir və bu müharibələrin gedişində böyük donanma yaradırlar.

Portuqallların coğrafi kəşflərinin I mərhələsi (1418-1460) şahzadə Dənizçi Enrikenin adı ilə bağlıdır. XV əsrin 20-30-cu illərində portuqallar Madeyra, Kanar və Azor adalarını kəşf etmiş və Afrikanın qərb sahilboyunadək gəlib çıxmışlar. Onlar Bahador burnunu keçərək Qvineya (1434) və Yaşıl Burun adalarına, 1462-ci ildə Siyerra-Leoneyə çatırlar. 1471-ci ildə portuqallar Qanada zəngin qızıl ehtiyatları aşkar edirlər.

XV əsrin II yarısında baş verən uzaq dəniz səyahətləri elm və texnikadakı uğurlar sayəsində mümkün olmuşdur. XVI əsrin sonunadək portuqallar təkcə kəşflərin sayına görə irəlidə getmirdilər. Onların səyahətlər gedişində qazandıqları biliklər başqa ölkələrin dənizçilərinə dəniz axınları, küləklərin istiqamətləri və s. haqqında qiymətli məlumatlar vermiş oldu. Xəritələrə yeni torpaqların salınması kartoqrafiyanın inkişafına imkan verdi. Portuqal xəritələri dəqiqliyinə görə seçilirdi. Bir çox ölkələrdə portuqalların dəniz səyahətlərinin hesabatları təkrar nəşr olunurdu. XVI əsrin əvvəllərində meydana çıxan xəritələrdə tropiklər və ekvator xəttləri, həmçinin enlik şkalaları qeyd olunur.

Yerin kürəşəkilli olması haqqında təlimdən çıxış edərək italyan astronomu və kosmoqrafı Paolo Toskanellinin tərtib etdiyi xəritədə Asiyanın sahilləri Atlantik okeanının qərb sahilboyunda yerləşdirilir: o, hesab edirdi ki, Avropa sahillərindən qərb istiqamətində üzməklə Hindistana çatmaq olar. İtalyan alimi 12 min km səhvə yol verib Yerin ekvator boyu uzunluğunu düzgün verməmişdi. Onun bu böyük səhvi böyük kəşfə gətirib çıxardı.

XV əsrin sonuna doğru naviqasiya cihazları təkmilləşir, yeni gəmi növü – karavella meydana çıxır; karavella həm küləyin istiqamətində, həm də əksinə saatda 22 km sürətlə üzə bilirdi.

2. Xristofor Kolumb. Amerika qitəsinin kəşfi.

XV əsrin sonu ispanlar da yeni ticarət yolları axtarışında idilər. 1492-ci ildə ispan hökmdarları Ferdinand və İzabellanın yanına genuya dənizçisi Xristofor Kolumb (1451-1506) gəldi. Kolumbun gəncliyi haqqında məlumat azdır. O, Genuyada toxucu ailəsində anadan olmuşdu, gəncliyində bir neçə dəniz səyahətində iştirak etmişdi, astronomiya və coğrafiyanı gözəl bilirdi. Kolumb Atlantikadan keçməklə Hindistana çatmağın layihəsini əvvəlcə portuqal monarxına təqdim etmişdi, lakin həm ondan, həm də sonra ingilis və fransıx monarxlarından yox cavabı almışdı. Portuqallar bu zaman Hindistana Afrikanı keçməklə yolu kəşf etmək ərəfəsində idilər, ona görə V Alfonsu Kolumbun təklifini qəbul etməmişdi. İngiltərə və Fransanın isə ekspedisya təşkil etmək üçün kifayət dərəcədə dəniz qüvvələri yox idi.

İspaniyada isə Kolumbun planını həyata keçirmək üçün şərait əlverişli idi. 1492-ci ildə Qranadanın işğalı və ərəblərlə müharibənin sona yetməsi ilə ispan monarxiyasının iqtisadi vəziyyəti xeyli ağırlaşmışdı. Xəzinə boşalmışdı, monarxiyanın satmaq üçün boş torpaqları yox idi, ticarətdən gələn gəlirlər az idi. Zadəganların (idalqo) böyük bir qismi vəsaitsiz qalmışdı; onlar iqtisadi fəaliyyəti bəyənmir və yalnız müharibəni gəlir mənbəyi hesab edirdilər. İspan idalqoları yeni işğallara hazır idilər. Hakimiyyət də bu narahat zadəganların İspaniyadan uzaqlaşmasında maraqlı idi. Digər tərəfdən, ispan sənayesi yeni bazarlara ehtiyac duyurdu. Öz coğrafi mövqeyi və ərəblərlə uzunmüddətli savaşı səbəbindən İspaniya XV əsrə Aralıq dənizi ticarətindən ayrı düşmüşdü. Hindistana Afrikanı üzməklə gedən yol isə ispanlar üçün bağlanmışdı, çünki bu istiqamətdə hər hansı bir hərəkət İspaniyanı Portuqaliya ilə toqquşması demək idi.

Başqa sözlə, Kolumbun layihəsinin ispan sarayı tərəfindən qəbul olunması üçün şərait var idi. Bu ideya katolik kilsəsi və Avropanın məşhur Salaman universiteti tərəfindən də dəstəklənir. İspan hökmdarları və Kolumb arasında müqavilə (kapitulyasiya) bağlanır; müharibəyə görə dənizçi kəşf olunacaq torpaqların vitse-kralı təyin olunurdu, admiral titulu alırdı, ona yeni mülklərin gəlirinin 1/10-u, ticarətdən gələn gəlirin 1/8-ini almaq hüququ verilirdi.

3 avqust 1492-cü ildə Sevilya yaxınlığındakı Palos limanından 3 karavelladan ibarət donanma cənub-qərbə istiqamət götürdü. Kanar adalarını keçəndən sonra, Kolumb eskadranı şimal-qərb istiqamətinə yönəltdi və bir neçə gündən sonra Sarqas dənizinə çatdı. Burada gəmi bir neçə günlük passat zonasına düşdü – dənizçilərin arasında yaranan ruh düşgünlüyü qiyam təhlükəsi yaratdı. Oktyabrın əvvəllərində heyətin təzyiqi ilə Kolumb kursu cənub-qərbə dəyişməli oldu. 12 oktyabr 1492-ci ildə nəhayət ki, quru sahəsi göründü, donanma Baham adalarından birinə (ispanların «San-Salvador» adı verdiyi Quanaxani adasına) yaxınlaşdı. I səyahətin gedişində (1492-1493) Kolumb Kuba adasını kəşf etdi.

Kubanı Yaponiya sahillərindəki adalardan biri kimi qəbul edən Kolumb qərbə doğru hərəkət etdi və Haiti (Espanyola) adasını da kəşf etdi. Haiti sahillərində Kolumb ən böyük gəmisini itirdi və heyətin qalan hissəsini Espanyolada qoydu. Burada istehkam və qala tikildi. Espanyoladakı qala – «Navidad» (Milad günü) Yeni dünyada ispanların ilk məskəni oldu.

1493-cü ildə Kolumb İspaniyaya döndü və burada böyük hörmətlə qarşılandı.

Kolumb Amerikaya daha 3 səyahət etdi: 1493-1496, 1498-1500, 1502-1504-cü illərdə. Bu səyahətlər gedişində Kiçik Antil adaları, Puerto-Riko, Yamayka, Trinidad adaları kəşf edildi. Kolumb ömrünün sonunadək hesab edirdi ki, o, Hindistana qərb yolunu tapıb; ona görə də XVI əsrin sonunadək rəsmi sənədlərdə West Hind (Qərbi Hindistan) adına rast gəlinir. Lakin səyahətləri zamanı Kolumb zəngin qızıl ehtiyatları tapa bilmədi. Kolumbun düşmənlərinin sayı isə getdikcə artırdı. 1500-cü ildə Kolumb vəzifəsinin yerinə yetrilməsində yol verdiyi səhlənkarlıqlara görə həbs olunaraq İspaniyaya gətirildi. Kraliçanın birbaşa təsiri ilə Kolumb azad edildi, titulları ona qaytarıldı.

Özünün sonuncu səyahətində Kolumb böyük kəşflər etdi: o, Kubadan cənuba materikin sahilboyusunu aşkar etdi. Karib dənizinin cənub-şərb sahillərini 1500 km boyunca öyrəndi. Sübut olundu ki, Atlantik okeanı «Cənub dənizindən» və Asiya sahillərindən torpaqla ayrılırıb. Beləkilə, Kolumb Atlantik okeanından Hind okeanına keçidi tapa bilmədi.

Kraliça İzabellanın vəfatından sonra Kolumb ispan sarayında böyük dəstəkdən məhrum oldu. Onun İspaniyadakı əmlakı müsadirə edilərək satıldı. 1506-cı ildə Kolumb dilənçi vəziyyətində vəfat etdi. Onun ölümü haqqında xəbər yalnız 27 il sonra dərc olunmuşdu.

3. Hindistana dəniz yolunun kəşfi. Portuqalların müstəmləkə işğalları.

1497-ci ildə Afrikanı üzüb keçməklə Hindistana dəniz yolunu axtarmaq üçün Vasko da Qamanın təşikl edildi. Ümid burnunu ötüb keçən portuqal dənizçiləri Hind okeanına çıxdılar. Afrika sahilləri ilə şimala hərəkət edən Vasqo de Qama Mozambikdəki ərəb ticarət faktoriyalarına gəlib çıxdı. 1498-ci ilin mayında ərəb dənizçisinin köməyilə eskadra İspaniyanın Kalikut limanına çatdı. Bu səyahət bütünlükdə 1 ay çəkmişdi. Səyahətin gedişində heyətin 2/3-ü həlak olmuşdu.

Vasko da Qamanın bu uğuru Avropada böyük əks-səda doğurdu. Böyük itkilərə baxmayaraq, məqsədə nail olunmuşdu. Tezliklə portuqallar ərəbləri Hind okeanından sıxışdırıb çıxararaq ləniz ticarətini öz əllərinə aldılar. Portuqallar çox qəddar idilər, Hindistanın sahilboyu vilayətləri, Malakka və İndoneziya əhalisini vəhşicəsinə istismar edirdilər.

Hindistanın özündə portuqallar sahilboyu məntəqələri tutmaqla kifayətlənirdilər. Hindistanla ticarət portuqal kralının inhisarı elan olunmuşdu. Daha sonra portuqallar Hindistana qərb yolunu da axtarmağa başladılar. XV əsrin sonu – XVI əsrin əvvəllərində Florensiyalı dənizçi və astronom Ameriqo Vespuççinin rəhbərliyi ilə ekspedisiya Amerika sahillərinə səyahət etdi. II səyahət zamanı portuqal eskadrası Braziliya sahillərinə çıxdı. 1501-ci ildə Vespuççi Braziliya sahillərini tədqiq edən ekspedisiyada iştirak etdi və belə bir nəticəyə gəldi ki, Kolumb Hindistan sahillərini yox, yeni bir qitəni kəşf etmişdir. 1515-ci ildə Almaniyada «Amerika» adı salınan qlobus və xəritələr meydana çıxdı.

4. Hindistana qərb yolunun kəşfi. İlk dünya səyahəti.

Vespuççinin fərziyəsi Magellanın dünya səyahəti (1519-1522) nəiticəsində qəti şəkildə təsdiqlənir.

Fernando Magellan portuqal zadəganlarından olmuşdur. Gənc yaşlarında bir neçə dəfə Molukka adalarına səyahətdə iştirak etmişdi. O hesab edirdi ki, qərbə doğru hərəkət edərək və yeni kəşf olunmuş qitəni cənubdan keçərək Molukka adalarına çatmaq olar. Bu zaman artıq məulm idi ki, Panama fərzəxindən qərbə «Cənub dənizi», yəni Sakit okean yerləşir. İspan höküməti də onun bu layihəsinə maraq göstərirdi. Magellanla ispan kralı arasında başlanmış müharibəyə görə, yeni torpaqlardan gələcək gəlirlərin 1/20-i Magellana verilirdi.

20 sentyabr 519-cu ildə 5 gəmidən ibarət eskadra İspaniyanın San-Lukar limanından qərbə istiqamət götürdü. 1 ay sonra donanma Amerika qitəsinin cənub ucqarına çatdı və indi Magellanın adını daşıyan boğaz boyu 3 həftə üzdü. 1520-ci ilin noyabrında eskadra Sakit okeana çıxdı. Hava sakit olduğu, külək isə əlverişli əsdiyi üçün Magellan bu okeana belə ad verdi. 3 ay bu okeanda üzən heyətin böyük bir hissəsi aclıqdan və xəstəlikdən tələf oldu. Yalnız 6 mart 1521-ci ildə dənizçilər Mariann adalarından birinə gəlib çatdılar. Burada su və ərzaq ehtiyatı götürən Magellan qərbə doğru hərəkəti davam etdirərək Filippin adalarına çatdılar – bu adalardan birində yerlilərlə toqquşmada Magellan həlak oldu. D`Elkanonun komandanlığı ilə yerdə qalan 2 gəmi xeyli miqdarda ədviyyat ehtiyatı götürərək yola düzəldi. 6 sentyabr 1522-ci ildə eskadra San-Lukara çatdı. Heyətin 253 üzvündən cəmi 18-i sağ qalmışdı.

Yeni kəşflər İspaniya ilə Portuqaliya arasında əvvəlki ziddiyytələri daha da kəskinləşdirdi. Uzun müddət hər iki ölkənin mütəxəssisləri yeni açılmış adaların dəqiq öyrənilməməsi səbəbindən ispan və portuqal mülklərinin sərhədlərini dəqiq müəyyənləşdirə bilmirdilər. Nəhayət, 1529-cu ildə əldə olunan razılaşmaya görə, İspaniya Molukka adalarına olan iddialarından əl çəkirdi, Filippin adaların üzərində olan hüququ isə saxlayırdı (ispan şahzadəsi, gələcək kral II Filippin şərəfinə adalar belə adlandırılmışdı).

5. Karib hövzəsinin müstəmləkəşdirilməsi. Meksikanın və Perunun işğalı.

1510-cu ildən başlayaraq Amerikanın işğalının yeni mərhələsi – qitənin daxili rayonlarının müstəmləkələşməsi başlayır. XVII əsrin ortalarınadək davam etmiş bu mərhələ tarixşünaslaqda «konkusta» (işğal) adlanır. 1510-cu ildə konkustadarların Panama boğazını keçməsi və qitədə istehkamlar qurması bu mərhələnin başlanğıcını qoyur. 1513-cü ildə Vasko Nunyes Balboa Sakit okean sahillərinə çıxır və sahildə Kastilya kralının bayrağını sancır. 1519-cu ildə Amerika qitəsində ilk şəhər – Panama salınır.

1517-1518-ci illərdə Ernando de Kordoba və Xuan Qrixalvanın dəstələri Yukatan yaramadasının sahillərinə çıxır və burada mayyalıların dövləti ilə rastlaşır. İstər hərbi cəhətdən konkistadorlardan zəif olmaları, istərsə də şəhər-dövlətlər arasındakı mübarizə mayya dövlətinin işğalını asanlaşdırır. Yerli əhalidən ispanlar öyrənirlər ki, qiymətli metallar buraya şimaldan – astek ölkəsindən gəlir. 1519-cu ildə bu torpaqları ələ keçirmək üçün Kortesin başçılığı ilə dəstə göndərilir.

Astek dövləti Meksika körfəzi sahillərindən Sakit okean sahillərinədək uzanırdı. Ölkənin mərəkəzi Mexiko vadisi idi. Mayyalılardan fərqli olaraq, asteklər mərkəzləşmiş dövlət yarada bilmişdilər. Lakin hakimiyyət uğrunda mübarizə dövləti zəiflətmişdi. Hərçənd ki, Meksikanın tam işğalı 200 il çəkmişdi. Mayyalıların isə ispanlar tərəfindən yalnız 1697-ci ildə, yəni Yukatana hücumdan 173 il sonra ələ keçirilmişdi. Meksika, həqiqətən, ispanların ümidini doğrultmuşdu: burada zəngin qızıl və gümüş yataqları var idi. Hindulardan isə tikintidə və mədən işlərində vəhşicəsinə istifadə olunurdu. Təkcə 50 il ərzində yerli əhali 4,5 milyondan 1 milyona azalmışdı.

Meksikanın işğalı ilə eyni vaxtda ispan konkistadorları əfsanəvi «qızıl ölkəsi» Eldoradonu Cənubi Amerika sahillərində də axtarırdılar. 1524-cü ildə indiki Kolumbiya ərazisinin işğalı başladı,burada Santa-Marta limanının əsası qoyuldu. Buradan ispan konkistadoru Ximenes Kesada Maqdalena çayı boyu üzü yuxarı üzərək Boqota platosuna çıxdı. Burada yaşayan tayfalar arasında toxa əkinçiliyi, dulusçuluq və toxuculuq inkişaf etmişdi. Xüsusilə çibça tayfası zərgərlik məmulatları ilə məşhur idi. Ən iri knyazlığı ələ keçirən Kesada 1536-cı ildə Santa-Fe de Boqota şəhərinin özülünü qoydu.

Müstəmləkəçiliyin ikinci istiqaməti Panama boğazından Amerikanın Sakit okean sahili boyu ərazilərinə yönəlmişdi. Burada Peru və ya Biru ölkəsi avropalıları cəlb edirdi. Bu dəstələrdən birinə ispan tacirlərindən biri Fransisko Pisarro başçılıq edirdi. 1524-cü ildə o, həmyerlisi Diyeqo Almaqro ilə birgə Amerikanın qərb sahilboyu ərazilərinə istiqamət alaraq müasir Ek-vador ərazisinə gəlib çıxır. Zəngin əkin sahələri, böyük həcmdə lama ehtiyatları Pisarronu cəlb edir. İspaniyaya dönən Pisarro 1531-ci ildə kralla müqavilə imzalayır və konkistador dəstəsinin başçısı – adelantado titulu qazanır. 1532-ci ildə Pisarronun dəstəsi Ekvadora gəlib çıxır və qısa müddətdə burada əhalini tabe edə bilir. Elə həmin il ispanlar Peruya daxil olur. Demək olar ki, müqavimətə rast gəlməyən Pisarro ink dövlətinin mühüm mərkəzi – And dağlıq rayonunda yerləşən Kaxamarkaya çatır. Şəhərin başçısı əsir alınır, ispanlar tərəfindən yeni hakim təyin olunur. 1535-ci ildə Lima şəhərinin əsası qoyulur. Perunun ərazisinin işğalı 40 il çəkir.

1535-1537-ci illlərdə adelantado Diyeqo Almaqro Çiliyə yürüşə başlayır. Lakin bu zaman konkistadorlar arasında nifaq başlayır: onun gedişində Pisarro, Diyeqo Almaqro həlak olur. Çilinin işğalı Pedro Valdiveya tərəfindən davam etdirilir. Burada yaşayan araykan qəbilələri böyük müqavimət göstərdiklərindən, Çilinin cəmi işğalı yalnız XVII əsrin sonu başa çatır. 1515-ci ildən başlayaraq Paraqvayın işğalı baş verir.

Əgər I mərhələdə konkistadorlar əvvəlki dövrlərdə yığılmış qiymətli metalları ələ keçirirdilərsə, 1530-cu ildən başlayaraq Meksika, Peru və müasir Boliviya ərazisində zəngin ehtiyatların sistemli istismarı başlayır.

Bu dövrdən başlayaraq kolonlaşmanın xarakteri də dəyişir. İşğalçılar yeni torpaqların təsərrüfat mənimsənilməsindən imtina edir və məskunlar üçün zəruri olan hər bir şey qızıl, gümüş müqabilində Avropadan gətirilir. Amerika koloniyalarına müstəsna olaraq zadəganlar gedirdi. Onların əlində Amerikanın böyük qızıl və gümüş ehtiyatı toplanır və həmin ehtiyatlar daha çox ispan krallarının hərbi avanturalarına sərf olunur. Təsadüfi deyil ki, ispanlar Meksikada, Peruda və s. digər rayonlarda hindu icmalarını saxlayır və icmaçıların əməyindən geniş istifadə edirlər. İcma başçıları isə vergi və mükəlləfiyyətlərdən azad olunur, yerli əyanlar ispan kralına xidmətə cəlb olunur.

1512-ci ildən başlayaraq hinduların köləliyə cəlb edilməsini qadağan edən qanunlar verilir. Formal olaraq onlar ispan kralının təbəələri sayılırdı, xüsusi «tributo» vergisi ödəməli və mükəlləfiyyətlər daşımalı idilər. XVI əsrin 20ci illərinin sonlarından başlayaraq hinduların istismarının xüsusi forması – enkomyenda meydana gəlir. İlk dəfə o, Meksikada E.Kortes tərəfindən tətbiq edilir. Enkomyenda torpaq üzərində mülkiyyət hüququ vermirdi. Onun sahibi – enkomendero enkomyendanın ərazisində yaşayan hindu-icmaları istismar etmək hüququ alırdı. Enkomendero yerli əhalinin xristianlaşdırılmasına çalışmalı, «tributo»nun vaxtlı-vaxtında ödənilməsinə nəzarət etməli idi.

XVI əsrin birinci yarısında Amerikada ispan koloniyalarının idarəetmə sisteminin ümumi cəhətləri formalaşır: Yeni İspaniya (Meksika, Mərkəzi Amerika, Venesuela və Karib dənizi adaları) və Peru vitse-krallığı (bura Braziliyanı çıxmaq şərtilə Cənubi Amerikanın qalane əraziləri daxil idi) yaradılır. Vitse-krallar ispan əyanları içərisindən seçilirdi, onlar koloniyada 3 illiyə göndərilirdi, burada torpaq ala bilməz, sahibkarlıqla məşğul ola bilməzdilər. Vitse-kralların fəaliyyətinə «Hindistan Şurası» nəzarət edirdi.

Koloniyalarla ticarət «Sevilya ticarət palatası»nın (1503) nəzarəti altında idi. O, bütün mallara gömrük müəyyən edir, rüsumları toplayır və köçürülmə proseslərini nəzarət altında saxlayırdı. İspaniyanın digər şəhərləri Sevilyanın vasitəçiliyi olmadan Amerika ilə ticarət aparmaq hüququndan məhrum idilər. İspan koloniyalarında əsas təsərrüfat sahəsi dağ-mədən sənayesi idi. Bununla əlaqədar vitse-kralların mühüm vəzifəsi mədənləri işçi qüvvəsi ilə təmin etmək idi. Vitse-kral həm də hərbi və məhkəmə hakimiyyətinə malik idi.

İspan koloniyalarında iqtisadiyyatın birtərəfli inkişafı qitənin gələcək inkişaflarına böyük ziyan vururdu: əhali kütləvi sürətdə qırılır, əkin sahələri yararsız hala düşürdü. Tədricən ispan məskunları içərisində xüsusi qrup yaranır ki, onlar koloniyalarda doğulmuşdu, burada daimi yaşayırdı və metropoliya ilə demək olar ki, əlaqəsi yox idi. Bunlar yerli əhaliyə qarışmışdılar və «kreollar» adlanırdılar.

Kolonlaşma şəraitində hindu etnik qruplarının və qəbilələlərinin sürətlə assimilyasiyası və dillərinin ispan dili tərəfindən sıxışdırılması baş verir. Belə ki, mədənlərdə müxtəlif hindu tayfaları işlədiyindən, onlar üçün ümumi dil ispan dili olur. Eyni zamanda ispan məskunlarının hindu əhali ilə qarışması prosesi – metisləşmə gedir, metislərin sayı sürətlə artır. XVII əsrin ortalarında bir çox rayonlarda avropalıların zəncilərlə nigahından çoxsaylı mulat əhalisi yaranır. Bu, Karib sahilboyu ərazilər, Kuba və Haiti üçün səciyyəvi idi – çünki bu ərazilərdə plantasiya təsərrüfatı hökmran idi və həmin plantasiyalara Afrikadan kölələr gətirilirdi. Öz sosial və hüquqi statusuna görə avropalılar, hindular, metislər, mulatlar, zəncilər bir-birindən kəskin fərqlənirdi. İnsanın cəmiyyətə mövqeyi ilk növbədə onun etnik və irqi əlamətlərinə görə müəyyən olunurdu. Nisbətən bərabərhüquqlu olanlar – kreollar idi. Metislərə isə icmada yaşamaq, torpaq sahibi olmaq, silah daşımaq qadağan olunurdu; amma onlar mükəlləfiyyətlərdən və «toributo»dan azad idilər. İspan Amerikası şəhərlərində metislər və mulatlar əhalinin böyük əksəriyyətini təşkil edirdilər.

6. Portuqaliyanın müstəmləkələri.

Portuqal mülklərində təşəkkül tapmış müstəmləkə sistemi isə özünəməxsus cəhətlərə malik idi. 1500ci ildə portuqal dənizçisi Pedru Alvariş Kabral Braziliya sahillərinə çıxdı və bu ərazini portuqal kralının əmlakı elan etdi. Braziliyada, bəzi sahilboyu rayonları çıxmaq şərtilə, oturaq əkinçi əhali yox idi; azsaylı hindu qəbilələri isə ölkənin dərinliklərinə çəkilmişdilər.

Braziliyaada qiymətli metallar və ispan ehtiyaltarı az idi. Burada müstəmləkəçiliyin ikinci mühüm amili ticarət kapitalının daha yüksək inkişafı idi. Braziliyanın mütəşəkkül koloniyalaşdırılması 1530cı ildən başlayır və sahilboyu rayonların təsərrüfat mənimsənilməsi formasında gedir. Sahilboyu ərazilər 13 kapitaniyaya bölünür və onların sahibləri bütün hakimiyyəti ələ keçirir. Lakin Portuqaliyada əhali o qədər çox olmadığından, müstəmləkələrin məskunlaşması da zəif gedir. Kəndli-məskunların olmaması, yerli əhalinin isə azlığı təsərrüfatın feodal qaydaları ilə qurulmasını qeyri-mümkün edir. Plantasiya sisteminin mövcüd olduğu rayonlarda təsərrüfatın təşkili zəncilərin istismarına əsaslanırdı. XVI əsrin II yarısından başlayaraq afrikalı kölələrin gətirilməsi sürətlə artır. 1583-cü ildə müstəmləkədə 25 min ağdərili məskun, milyonlarla qul yaşayırdı. Metisləşmə burada geniş yayılmamışdı; portuqal mədəniyyətinin yerli əhaliyə təsiri isə məhdud idi. Portuqal dili də hakim ola bilmədi, hindu və portuqalların ünsiyyəti üçün xüsusi dil – «lenqua jeral» yaranır. Lenqua jeral dilində Braziliyanın bütün əhalisi sonrakı 2 əsr ərzində danışır.

7. Müstəmləkələşmə və katolik kilsəsi.

Amerikanın müstəmləkələşməsində katolik kilsəsi də böyük rol oynamışdır. Amerikanın kəşfi və işğalı papalıq tərəfindən yeni xaç yürüşü olaraq qəbul edilmişdi və bu yürüşün məqsədi yeril əhalinin xristianlaşdırılması idi. Bununla bağlı ispan kralları missionerlik fəaliyyətinə rəhbərlik və kilsə tikintisi hüququnu qazanır. Kilsə ən iri torpaq mülkiyyətçisinə çevrilir. XVI əsrin I rübündə Amerikaya ən müxtəlif rahib orderlərinin nümayəndələri gəlir və qitədə böyük nüfuz qazanır. Onlar burada öz qəsəbələrini – missiyalarını yaradırlar. Sonralar missiyalarda hindu uşaqları üçün məktəblər təşkil olunur, missiyalarda qarnizonlar da yerləşdirilir. Beləliklə, missiyalar ispan mülklərinin sərhəd məntəqələrinə çevrilir.

Katolik missionerlər xristian mədəniyyətini yerli mədəniyyətlərlə sintezdə yaymağa məcbur olurdular. Məsələn, Mexiko şəhəri yaxınlığında dağıdılmış hindu məbədinin yerində Mariya Qvadelupa kilsəsi salınmışdı və kilsənin ikonalarında Mariya hindu qadını sifətində təsvir olunurdu.

8. Böyük Coğrafi Kəşflərin nəticələri.

Böyük Coğrafi Kəşflər öz nəticələrinə görə də əvvəlki dövrlərin kəşflərindən seçilirdi. Belə ki, Böyük Coğrafi Kəşflər nəticəsində coğrafi biliklərlə yanaşı, dünya və dünya xalqları haqqında elmlərin inkişafı üçün imkan yaranır. Avropalıların öz qitələrindən kənarda yaşayan xalqlar, onların mədəniyyəti və tarixi haqqında bilgiləri yaranır və inkişaf edir. Qərbi Avropa ölkələrinin sənaye və ticarətinin genişlənməsi, maliyyə sisteminin, bank və kredit işinin yeni formalarının yaranması üçün də Böyük Coğrafi Kəşflərin rolu əvəzedilməz olmuşdur.

«Qiymətlər inqilabı» və onunla bağlı olan kapitalın ilkin yığımı prosesi də Böyük Coğrafi Kəşflərlə əlaqəlidir. Belə ki, Amerika qitəsindən külli miqdarda qızılın və gümüşün Avropaya axması burada qızılın qiymətinin aşağı düşməsinə, digər məhsulların, o cümlədən ərzaq məhsullarının qiymətinin isə kəskin şəkildə artmasına (bəzi ölkələrdə 3-4 dəfə), yəni «qiymətlər inqilabı»na gətirib çıxarmışdı. Bu hadisə də öz növbəsində kapitalın ilkin yığımının əsas mənbələrindən biri olmuşdur.

Böyük Coğrafi Kəşflər Avropa ilə Amerika arasında daimi əlaqələrin yaranmasına səbəb oldu. Eyni zamanda bu kəşflər yerli əhalinin tabeçilik altına salınmasına, onların mədəniyyətinin bir çox hallarda məhvinə, kəşf olunmuş torpaqların müstəmləkələşdirilməsinə səbəb olur. Böyük Coğrafi Kəşflərin ən böyük nəticələrindən biri də müstəmləkə sisteminin yaranmasıdır.

Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında

  • Teqlər:
  • Amerika tarixi
  • , böyük coğrafi kəşflər
  • , boyuk cografi kesfler
  • , Amerikanin kesfi
  • , Amerikanın kəşfi
  • , ilk coğrafi kəşflər

Comments are closed, but trackbacks and pingbacks are open.