Press "Enter" to skip to content

Cənubi qafqaz dövlətləri beynəlxalq münasibətlər sistemində

“Avropa geosiyasi seçim qarşısında” adlanan IV fəsildə bütövlükdə Avropa İttifaqı ilə bağlı məsələlər təhlil olunur. Burada problemə iki aspektdən – Avropa İttifaqı daxilində baş verən proseslər və onun xarici siyasəti və qonşuları ilə münasibətləri aspektindən nəzər salınır, təşkilatın qlobal gücə çevrilmək ambisiyaları təhlil olunur.

“Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” kitabı çap edilib

“Biz dünya siyasətinin bütün sirlərini açırıq”. Bu şüar altında iki ildən artıqdır fəaliyyət göstərən Newtimes.az analitik-informasiya portalının “Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” adlı növbəti nəşri çapdan çıxıb. Kitab Newtimes.az analitik-informasiya portalının məqalələr toplusu əsasında tərtib olunub.

AzərTAc xəbər verir ki, nəşrin layihə rəhbəri və baş redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur.

Əsas məqsədi dünya siyasətini, beynəlxalq və dövlətlərarası münasibətlər sahələrində baş verən hadisələri, prosesləri, atılan addımları təhlil edərək onların mahiyyəti haqqında oxuculara tərəfsiz, obyektiv, əsaslandırılmış mövqe bildirmək olan Newtimes.az analitik-informasiya portalı özünə böyük oxucu marağı cəlb edə bilib. Təkcə onu demək kifayətdir ki, gün ərzində nəinki Azərbaycandan, həm də digər ölkələrdən portala daxil olan izləyicilərin sayı 20 min nəfərdən artıqdır. Portalın 4 dildə – Azərbaycan, rus, türk və ingilis dillərində fəaliyyət göstərməsində məqsəd də məhz baxışları fərqli cəmiyyətləri təmsil edən oxucularla paylaşmaqdır.

Newtimes.az-ın beynəlxalq nüfuzu da gündən-günə artır. Ötən dövr ərzində dünyanın bir sıra “beyin mərkəzləri” və analitik-informasiya qurumları ilə əməkdaşlıq əlaqələri yaradılıb. Onların sırasında Türkiyənin Beynəlxalq Siyasət Akademiyası (UPA), Avrasiya İncələmələri Mərkəzi (AVİM), ABŞ-ın “İrs” Fondu, Strateji Düşüncə İnstitutu, Rusiyanın Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzi, Beynəlxalq Tədqiqatlar İnstitutu və Hərbi-Siyasi Araşdırmalar Mərkəzi, Xəzər Əməkdaşlığı İnstitutu, Ukraynanın Qlobal Transformasiyalar İnstitutu, Litvanın Geosiyasi Tədqiqatlar Mərkəzi, Birləşmiş Ərəb Əmirliklərinin Orta Şərq və Körfəz Hərbi Təhlil İnstitutu var. ABŞ-ın “Jamestown” Fondu, Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəzi, Amerika Neft İnstitutu, Mərkəzi Asiya və Qafqaz İnstitutu, Geosiyasi Təhlil və Monitorinq Mərkəzi kimi analitik qurumların nəşrləri, “Foreign Policy Magazine”, “Central Asia and the Caucasus”, “Uluslararası Hukuk ve Politika”, “Akademik Perspektif”, “Forbes”, “Newsweek”, “Международные процессы” jurnalları, həmçinin “Wikipedia” beynəlxalq elektron ensiklopediyası, “History of Truth” (ABŞ), İnosmi.ru, Russia.Post.su, Politobzor.net, Oilru.com (Rusiya), Centrasia.ru, Respublika-kz.info (Qazaxıstan), Fergananews.com (Özbəkistan), Kyrgyztoday.kg (Qırğızıstan) kimi saytlar portalın materiallarına müraciət edirlər.

2013-cü ildə portalın məqalələri kitab halında Azərbaycan dilində “Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər” və rus dilində “Кто прав тот и силнее?” adı ilə çap edilib. Bu da Azərbaycan media məkanında elektron kütləvi informasiya vasitələri arasında özünəməxsusluğun göstəricisidir.

Son bir il ərzində dünyada baş verən geosiyasi proseslərin intensivliyinin xeyli artması, böyük dövlətlər arasındakı ziddiyyətlərin daha da kəskinləşməsi, ikili standartların tətbiqinin isə geniş miqyas alması fonunda ictimai rəyə məqsədyönlü şəkildə ötürülən informasiyalar baş verən proseslərin obyektiv və real mənzərəsini təsvir etməyi əngəlləyir. Bütün bunları nəzərə alaraq, Newtimes.az analitik-informasiya portalı onunla əməkdaşlıq edən azərbaycanlı və xarici mütəxəssislərin dünya siyasətinin müvafiq aspektlərini araşdıran məqalələrindən ibarət yeni toplunu çap etdirib. Ön söz və beş fəsildən ibarət olan “Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” adlı kitab əvvəlki nəşrdəki ideyaları daha da inkişaf etdirməklə yanaşı, qlobal geosiyasətin bir sıra yeni meyillərini də üzə çıxarır.

“Geosiyasətdə dəyişiklik – “güc mərkəzinin” Qərbdən Şərqə doğru hərəkəti” adlı birinci fəsildə XXI əsrdə dəyişikliyə uğramış geosiyasi mühitdə yeni “güc mərkəzləri” kimi çıxış etməkdə iddialı olan Rusiya və Çinin, həmçinin mühüm regional aktorlar olan Türkiyə və İranın xarici siyasətinin təhlilinə geniş yer verilir, ABŞ-ın bu dəyişiklik prosesini əngəlləmək cəhdlərinin əsas məqamları araşdırılır. Xəzər regionu, Mərkəzi Asiya və Yaxın Şərq qlobal liderlik uğrunda mübarizənin həlledici regionları kimi təqdim olunur.

Hazırda müasir geosiyasətdə baş verən proseslər əsasən ABŞ, Rusiya və Çinin həmin proseslərdə oynadığı rolla müəyyənləşir. Bu baxımdan, “Müasir dünya nizamı – böyük dövlətlərin siyasi xətləri” adlı II fəsil müasir dünya nizamı çərçivəsində böyük dövlətlərin həyata keçirdiyi siyasətlərin əsas xətlərinin təhlilinə həsr edilib. Burada xüsusən ABŞ-ın qeyd olunan böhranlara münasibətdə atdığı addımların xarakteri, həmçinin onun öz xarici siyasətində nümayiş etdirdiyi ikili standart və ədalətsizlik hallarının mahiyyəti araşdırılır.

Eyni zamanda, bu fəsildə müasir dövrümüzdə olduqca aktual olan bir sıra məsələlərə – beynəlxalq böhranlar, ərzaq problemi, nüvə silahı, ayrı-ayrı dövlətlərə tətbiq edilən iqtisadi sanksiyalar kimi mövzulara xüsusi diqqət yetirilir, bu problemlərin arxasında dayanan real səbəb və məqsədlər, ümumi qanunauyğunluqlar tədqiq olunur.

Müasir dövrümüzdə qlobal və regional səviyyədə cərəyan edən hadisələri sivilizasiyalar və dinlərarası münasibətlərin mahiyyətinə varmadan izah etmək çətindir. Mövcud reallıq bir çox proseslərin əsasında dayanan bu münasibətlərin obyektiv şəkildə təhlil olunmasını tələb edir. “Sivilizasiyalar və dinlərarası münasibətlər: dialoq, yoxsa qarşıdurma?” adlı III fəsildə bu məsələyə xüsusi diqqət yetirilir.

“Avropa geosiyasi seçim qarşısında” adlanan IV fəsildə bütövlükdə Avropa İttifaqı ilə bağlı məsələlər təhlil olunur. Burada problemə iki aspektdən – Avropa İttifaqı daxilində baş verən proseslər və onun xarici siyasəti və qonşuları ilə münasibətləri aspektindən nəzər salınır, təşkilatın qlobal gücə çevrilmək ambisiyaları təhlil olunur.

Kitabın sonuncu – V fəslində Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslər tədqiq olunur və “Cənubi Qafqaz: dönmə nöqtəsinə doğru” adlanır. Bu çərçivədə Cənubi Qafqazda dönüş yarada biləcək yeni geosiyasi balansın əlamətləri, həmçinin region dövlətləri tərəfindən irəli sürülən yeni əməkdaşlıq modelləri nəzərdən keçirilir və regiondakı geosiyasi tendensiyalar üçün həlledici xarakter daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə xüsusi yer verilir. Ukraynada baş vermiş proseslər fonunda Dağlıq Qarabağ münaqişəsinə münasibətin hələ də ikili standartlardan kənara çıxa bilməməsi, bu münaqişəyə fərqli münasibətin göstərilməsi, həmçinin müəyyən dairələrin Ermənistana havadarlıq etməsi konkret faktlarla əsaslandırılır və tənqid olunur.

Newtimes.az analitik-informasiya portalı yarandığı dövrdən etibarən müasir beynəlxalq münasibətlər sistemində mövcud olan bir sıra meyillərə qarşı mübarizə aparmağı özü üçün prioritet müəyyən edib. Bunlardan birincisi dünyada baş verən proseslərdə ədalət prinsipinin pozulması və ikili standartların tətbiqidir. Digər problem isə dünyada informasiya təminatında mövcud olan və konkret maraqların təmin olunmasına xidmət edən monopoliya ilə əlaqəlidir. Bu mənada, beynəlxalq münasibətlər sistemində başlıca dəyərlərdən biri olan ədalət prinsipinin qorunub saxlanması, ikili standartlardan imtina edilməsi, baş verən proseslərə münasibətdə ədalətli mövqe formalaşdırılması, bu proseslərin əsl mahiyyətinin oxucuya çatdırılması, həmçinin qeyd edilən məsələlərə münasibətdə yerli media məkanında vahid mövqenin təmin olunması Newtimes.az analitik-informasiya portalının xüsusi diqqət yetirdiyi məsələdir. Təqdirəlayiqdir ki, Qərb mətbuatının özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanı “İslam Dövləti” kimi qələmə vermək cəhdlərinə portalın etirazı bir sıra yerli KİV-lər tərəfindən fəal şəkildə dəstəklənib.

Newtimes.az analitik-informasiya portalının hazırkı məqalələr toplusu onun elmi-siyasi müzakirələrə növbəti töhfəsidir. Düşünmək olar ki, məqalələr toplusu müvafiq sahənin tədqiqatçıları və oxucular üçün həm elmi-nəzəri, həm də siyasi-praktiki baxımdan əhəmiyyətli mənbə rolunu oynayacaq.

Milli.Az

Beynəlxalq münasibətlərdə parlamentin rolu

SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş bir çox ölkələrin təcrübəsi cəmiyyətin hər hansı bir sahəsini-demokratiya və insan hüquqlarının inkişafını, yaxud iqtisadi inkişafı prioritet kimi müəyyən edən ölkələrin sonda mürəkkəb və qeyri-adekvat nəticə ilə üzləşmələri barədə nəticə çıxarmağa əsas verir. Yalnız cəmiyyətin bütün sahələri, xüsusilə demokratik və iqtisadi vektorlar, diplomatik əlaqələr paralel inkişaf etdikdə bütün sosiumun davamlı tərəqqisini təmin etmək olar. Məhz buna görə də Prezident İlham Əliyevin siyasətində demokrtatik dəyərlərin inkişafı və implementasiyası ilə yanaşı, Azərbaycan dünya iqtisadi sisteminə dərin inteqrasiyası prinsipi, iki və çoxtərəfli diplomatik münasibətlərin inkişafı əsas yer tutur. Azərbaycanın müstəqil dövlət kimi bütün sahələrdə əldə etdiyi uğurlar bu fikri tam təsdiq edir. Dünyanın inkişaf etmiş ölkələri böhrandan əziyyət çəkdiyi bir zamanda ölkəmiz böyük nailiyyətlər qazanır. İqtisadiyyat inkişaf edir, cəmiyyətin bütün sahələri üzrə islahatlar davamlı həyata keçirilir, demokratik təsisatlar daha da möhkəmlənir. Bütün bunlar Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı dövlət quruculuğu konsepsiyası əsasında reallaşdırılır. Konstitusiyaya əsasən Azərbaycanın dövlət quruculuğunun təməlinə qoyulan dəyərlər inkişaf etmiş demokratik dövlətlərin kvintessensiyasını təşkil edir. Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyil. Ulu öndər Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcud olduğu, ölkə daxilində destruktiv qüvvlərin fəallaşdığı bir şəraitdə elmi cəhətdən əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirə bildi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu öndər ölkənin xarici siyasətinin bütün əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin istiqamətlər üzrə siyasi-diplomatik fəaliyyətin məzmunu və məqsədini müəyyənləşdirdi. Onun konkret tövsiyyələri və tapşırıqları əsasında xarici siyasətdə bir-birinin ardınca uğurlar əldə edildi.

Bu gün Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə aparılan uğurlu və hücum xarakterli diplomatiya buna əyani sübutdur. Beynəlxalq münasibətlər sahəsində Prezidentin fəaliyyəti Konstitusiyada müəyyənləşdirilib və prezident respublikaları üçün qəbul olunan standartlara uyğundur. O, Azərbaycanın xarici siyasətinə rəhbərliyi həyata keçirir, danışıqlar aparır, beynəlxalq müqavilələr imzalayır, Ali baş komandan kimi hərbi münaqişə zamanı dövlətin qanunlarını və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə üçün silahlı qüvvələrin tətbiqini, neytrallığın elan olunmasını, saziş və sülh imzalanmasını həyata keçirir. Parlament respublikasında xarici siyasətin həyata keçirilməsində əsas rol hökümətin üzərinə düşür. Parlament isə beynəlxalq müqavilələrin ratifikasiya olunması ilə dövlətin xarici siyasi fəaliyyətini təmin edir. Ancaq beynəlxalq əlaqələrin (beynəlxalq hüquq normaları əsasında) rəsmi orqanı olmayan parlament birbaşa xarici ölkələrin hökumətlərinə müraciət edə bilməz. Eyni zamanda, digər ölkələrin parlamentləri ilə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsində, parlamentlərarası ittifaqların işində birgə iştirak edə bilməz. Parlament Monteskyonün ayırdığı üç hakimiyyətdən birini – qanunvericilik hakimiyyətini həyata keçirir. O, xalqın mandatını almış nümayəndələrdən ibarətdir və xalqın mənafelərini ifadə edir. Dünya parlamentlərinin başlıca xüsusiyyətlərini özündə ehtiva edən Azərbaycan parlamentini – Milli Məclisi digər dövlət hakimiyyəti orqanlarından fərqləndirən başlıca xüsusiyyət məhz onun nümayəndəlik xarakterinin olması və qanunvericilik hakimiyyətinin yalnız bu orqan tərəfindən həyata keçirilməsidir. Bu gün tam məsuliyyətlə qeyd edə bilərik ki, respublikamızda demokratik, dünyəvi və hüquqi dövlət quruculuğunun qanunvericilik bazasının yaradılmasında Azərbaycan parlamenti – Milli Məclisi öz töhfəsini verməkdədir. Azərbaycan Respublikasının parlamenti siyasi sistemdə qanunvericilik institutu kimi cəmiyyətin siyasi proseslərinə güclü təsir edir. Milli Məclisin fəaliyyətində ölkənin müstəqilliyi, milli mənafeyi, milli təhlükəsizliyi əsas yer tutur. Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmlənməsində, dövlətlərarası münasibətlərin genişlənməsində Milli Məclisin rolu getdikcə artır.

Milli Məclisin qəbul etdiyi “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunu dövlətin beynəlxalq əlaqələrdə münasibətlərini nizamlayır. Parlamentlərarası münasibətlər beynəlxalq hüquq normaları əsasında qurulur. Həmin normalar BMT-nin nizamnaməsində, ATƏT-in Helsinki Aktında, Paris Xartiyasında, Avropa Şurasının sənədlərində öz əksini tapmışdır. Milli Məclis milli tələbata cavab verən beybəlxalq konvensiyaları qəbul edir. Konvensiyaların qəbul edilməsi parlamentin beynəlxalq aləmdə nüfuzunu artırır. Beynəlxalq konvensiyaları qəbul etmədən parlamentlərarası əalqələrin yaradılması çətin problemlərlə qarşılaşır. Parlamentlərarası əlaqələr müxtəlif formalarda təzahür edir. Ayrı-ayrı ölkələrin parlamentləri ilə ikitərəfli əlaqə, dünyanın tanınmış parlament rəhbərlərinin Milli Məclisə dəvət olunması, parlamentlərarası təşkilatlara üzv olmaq, həmin təşkilatların iclaslarında iştirak etmək təcrübəsi geniş yayılmışdır. Azərbayca respublikasının Milli Məclisi aşağıdakı parlamentlərarsı təşkilatların işində iştirak edir: Avropa Parlament Birliyi, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası(AŞPA), MDB Parlament Assambleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, NATO Parlament Assambleyası. Azərbaycan parlamenti parlamentlərarası təşkilatların yaradılmasında da fəal iştirak edir. Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında Azərbaycan Respublikası Milli Məclisinin fəal iştirakı qeyd olunmalıdır. Eyni zamanda, beynəlxalq parlament təşkilatlarında Azərbaycan parlamentarilərinin apardıqları uğurlu əməkdaşlıq nəticəsində bu təşkilatlarda ölkəmizin milli maraqları, xüsusilə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsbət qərarlar qəbul olunmuşdur. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2001 – 2003-cü illərdə ölkə parlamentinin AŞPA-da nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti və büro üzvü olarkən Azərbaycanın mövcud problemləri, ölkəmizdə aparılan demokratik islahatlarla bağlı Avropa parlamentarilərinə faktlarla məlumat verir, ölkəmizin xeyrinə müsbət qərarların qəbul olunmasına nail olurdu. AŞPA-nın vitse-prezidenti kimi cənab İlham Əliyev Azərbaycan torpaqlarının işğal olunmuş ərazilərində Ermənistan dövlətinin, erməni silahlı qüvvələrinin narkotik maddələr əkib-becərdiklərini, nəzarətsiz ərazilərdən narkotranzit kimi istifadə etdiklərini və onların insan alveri ilə bağlı cinayət əməllərini rəsmi faktlarla ifşa edərək, Avropa parlamentarilərində obyektiv rəy formalaşdırmışdır. Cənab İlham Əliyevin parlament fəaliyyətində əsasını qoyduğu belə cəsarətli və hücum xarakterli diplomatiya ənənəsi bu gün də uğurla davam etdirilir. Bu, istər beynəlxalq təşkilatlarında, istərsə də ölkələrarası parlament əməkdaşlığında deputatlarımızın fəaliyyətində özünü göstərir. Parlamentərarası əlaqələr vasitəsi ilə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsidə bariz nümunə kimi Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban Əliyevanın Milli Məclisi deputatı və Azərbaycan-Fransa parlamentlərarası işçi qrupun rəhbəri olarkən iki ölkə arasında olan əlaqələrin inkişafını misal göstərmək olar. İki ölkə münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməyi böyük olmuşdur. Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransad təşkil edilən mərasimlər, Azərbaycanın bu ölkəyə daha da yaxşı tanıdılmasına, mədəniyyətimizin təbliğinə xidmət etmişdir. Bu prosesi mənalandıran keçirilən mədəniyyət tədbirlərinin təkcə paytaxt Parisdə deyil, Fransanın məşhur şəhərlərində də təşkil olunmasıdır. Xüsusilə, Fransanın məşhur Luvr muzeyində islam mədəniyyətinə həsr olunan bölmələrin yaradılmasına ölkəmizin verdiyi dəstəklə bir daha öz əksini tapdı. Bu addım təkcə iki ölkənin mədəni-hümanitar əlaqələri ilə məhdudlaşdırmaq olmaz. Bu, həm də hər iki ölkənin dünya mədəniyyətinin mühüm parçası olan islam mədəniyyətinin qorunmasına verdikləri töhfədir. Ümumiyyətlə, 1999-cu ildən etibarən Avropa ölkələri ilə parlamentlərarası əməkdaşlıq intensiv inkişaf etməyə başladı. Bu sahədə münasibətlərin əsas istiqamətlərində biri 2000-ci ilin aprelində ilk toplantısı keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində əməkdaşlıq təşkil edir. Parlament əməkdaşlığı Komitəsinin ilk iclasında “Qafqaz ölkələrinin Avropa İttifaqına üzvlüyünə doğru: Avropa Parlamentindən yeni çağırış” adlı sənədin müzakirəsi münasibətlərdəki irəliləyişin təzahürü idi.

Beləliklə parlamentin fəaliyyəti Ulu öndər Heydər Əliyevin Milli İnkişaf Modelinə uyğundur. Müstəqil Azərbaycan Respublikasının parlamenti 20 ildən artıq müddət ərzində ölkəmizin daxili, ictimai-siyasi həyatında, o cümlədən ölkəmizin beynəlxalq əlaqələrinin formalaşmasında müstəsna fəaliyyət göstərmişdir. Parlament öz fəaliyyətində müasir demokratik ənənələri və prinsipləri başlıca inkişaf prioriteti kimi qarşısına məqsəd qoymuşdur. Azərbaycan parlamenti bütün regional və beynəlxalq strukturların aktiv iştirakçısı olmaqla, dünya dövlətlərinin qanunverici orqanları işərisində xüsusi nüfuza malikdir. Bunu Milli Məclisin 2018-ci ildə Bakıda Azərbaycan parlamentinin 100 illiyi ilə əlaqədar keçrdiyi beynəlxalq tədbirdə səslənən fikirlərdə bir daha görmək olar. Bir sözlə, parlamentin fəaliyyəti onu deməyə əsas verir ki, dövlətimizin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulmuş hədəflərə çatması üçün qanunvericiliyin təkmilləşdirilməsi işində, beynəlxalq hüquq normalarının ratifikasiyasında, ikitərəfli çoxtərəfli beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.

Zaur Adıgözəlov

Milli Məclis Aparatının eksperti, fəlsəfə doktoru

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Beynəlxalq münasibətlərin müasir problemləri və BMT

Monoqrafiyada müasir dövrdə olan problemlərdən güc siyasətinin tətbiqi, hərbi müdaxilə, beynəlxalq münaqişələr, beynəlxalq terrorizm kimi qlobal problemlər, ABŞ-ın Avrasiya siyasətinin, natosentrizm siyasətinin mahiyyəti, BMT ilə əməkdaşlıq edən regional və ya subregional təşkilatlarda hakim mövqe tutan dövlətin, məsələn ATƏT-də, MDB-də Rusiyanın və ya NATO-da ABŞ-ın geopolitik maraqları araşdırılır, BMT-nin əsas və ixtisaslaşmış qurumlarının fəaliyyətinin gücləndirilməsi, islahatların keçirilməsi zəminində beynəlxalq münasibətlərin müasir problemlərinin həlli yolları göstərilir.

Read Article Download
Read Article Download

Related Papers

“Türk dünyası gənc tədqiqatçılar dərnəyi”nin Araşdırmaları

Становление узбеков как народа и формирование государственных традиций в Центральной Азии имеют давнюю историю. Узбеки создали свое государство, уничтожив самое могущественное государство эпохи. За это время сражения Тимуридов и узбеков за Мавераннахр имеет особое значение. В статье будет обсуждаться история развития этих отношений. The formation of Uzbeks as a people and the formation of state traditions in Central Asia have a long history. The Uzbeks created their own state, destroying the most powerful state of the era. During this time, the battles of the Timurid and Uzbeks for Maverannahr have a special meaning. The article will discuss the history of the development of these relations.

Download Free PDF View PDF
Read Article Download

Sorry, preview is currently unavailable. You can download the paper by clicking the button above.

Comments are closed, but trackbacks and pingbacks are open.