Press "Enter" to skip to content

ABŞ-ın Cənubi Qafqaz siyasəti: həqiqət inkar olunanda

“27 sentyabr bütün şəhidlərimizin Anım Günüdür. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycanda Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb”. Bunu “Report”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib. Onun sözlərinə görə, bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir: “Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişikliklər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər”. Komitə sədri qeyd edib ki, məhz Azərbaycan Ordusunun şücaəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik məharəti ilə torpaqlarımız qısa müddətdə – 44 gündə minimum itkilərlə düşmən işğalından azad edilməsi xalqımızda böyük sevinc və qürur hissi yaşatdı: “Hərbi quruculuq işi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji prioritetlərindəndir. Prezident İlham Əliyev demişdir: “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir.” Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu”. “Mən hər zaman qazilərin yanında olacağam” deyən Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş olub. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında olan şəhidlərin banklar qarşısında kredit öhdəlikləri silinmişdir. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olmuşdur. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar – “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri, habelə “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim olunub, – komitə sədri vurğulayıb. Ə.Əmiraslanov bildirib ki, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilib: “Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib. Azərbaycan Prezidenti tərəfindən əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi olan “YAŞAT” Fondu yaradılmışdır. İndiyədək Fondda 62 milyon manatdan çox vəsait toplanmışdır. Azərbaycan xalqı şəhidlərimizin intiqamını düşməndən döyüş meydanında aldı və onların qanı yerdə qalmadı. Azərbaycan “Dəmir yumruq”la yazılan Zəfər Səlnaməsi ilə dünya miqyasında nümunə sayıla bilər. Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə fikrimi yekunlaşdırmaq istəyirəm. Cənab Prezident İlham Əliyev yüksək tribunadan bir daha bəyan etdi ki: “Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram. Sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır. Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır. Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcək”.

Komitə sədri: “Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır”

Komitə sədri: “Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır” “27 sentyabr bütün şəhidlərimizin Anım Günüdür.

24 Sentyabr , 2021 10:54

https://static.report.az/photo/fb2452e0-90c3-3e0a-9194-f7c7ae48ac08.jpg

Əhliman Əmiraslanov

ABŞ-ın Cənubi Qafqaz siyasəti: həqiqət inkar olunanda.

Dünyada gedən geosiyasi proseslər Amerikanın yeni şəraitdə oynaya biləcəyi rolu ilə bağlı analizləri də aktuallaşdırır. Moskva Karnegi Mərkəzinin ABŞ-ın Cənubi Qafqazdakı siyasətinin təhlilinə həsr edilmiş hesabat hazırlaması bu baxımdan maraq doğurur.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, orada Vaşinqtonun bu ziddiyyətli regiondakı fəaliyyətinin tarixçəsinə qısa nəzər salınır və dəyişən şəraitdə onun əsas istiqamətlərindən bəhs edilir. Müəlliflər qeyd edirlər ki, son zamanlar Avropa beynəlxalq təhlükəsizlik sisteminin dağılması, enerji daşıyıcıları bazarında baş verən dəyişikliklər, Cənubi Qafqazın cənub sərhədləri yaxınlığında qeyri-sabitliyin artması, Avropa İttifaqının daxili problemlərinin çoxalması və ABŞ-da hakimiyyət dəyişikliyi Vaşinqtonun bu regiona olan siyasətinə də təsir etməkdədir. Eyni zamanda, analiz müəllifləri region ölkələrinin geosiyasi statusu barədə də fikir bildirirlər. Onların mövqeyi əksər məqamlarda qərəzli və səthidir. Bu aspektdə daha geniş təhlil aparılmasını lazım bildik.

ABŞ-ın Cənubi Qafqaz təcrübəsi: ikili standartların əsirliyində

Amerikanın Cənubi Qafqaz siyasəti öz aktuallığını saxlayır. Bu barədə kifayət qədər mütəxəssis rəyi mövcuddur. Ekspertlər daim məsələnin müxtəlif aspektləri haqqında fikir bildirirlər. ABŞ-da rəhbərliyin dəyişməsi ilə Cənubi Qafqaz siyasətində müəyyən çalarların yeniləşməsi mümkündür. Artıq 25 ildən çoxdur ki, həmin sahədə təcrübə toplanıb. Region dövlətləri ilə dünyanın ən qüdrətli ölkəsi arasındakı əlaqələrin hansı istiqamətdə inkişaf edə biləcəyi, təbii ki, indi də ciddi maraq obyektidir. Bu bağlılıqda Moskva Karnegi Mərkəzinin bir analitik hesabatı diqqətimizi çəkdi (bax: Eugene Rumer, Richard Sokolsky, Paul Stronski. Политика США на Южном Кавказе: Армения, Грузия и Азербайджан / Carnegie.ru, 13 fevral 2018).

Onun məzmunu ilə tanışlıq göstərir ki, müəlliflər yeni mövqe nümayiş etdirməyiblər, dərin təhlil ortaya qoymayıblar. Ancaq həm qlobal geosiyasi proseslərin ümumi təkamül tendensiyası, həm də regional təhlükəsizliyin müəyyən elementlərinin dərk edilməsi kontekstində bir sıra tezislərə rast gəlinir. Öncədən vurğulamaq istərdik ki, hesabatda ənənəvi qərbçilik və ikili standart elementləri yer alıb. Xüsusilə hesabatda Azərbaycanla Ermənistana yanaşmada və onların geosiyasi mövqelərini qiymətləndirmədə Qərb KİV-lərində tez-tez rast gəlinən bəsit yanaşma qabarıq şəkildə mövcuddur. Görünür, bu mərəz bütövlükdə Amerika və Avropa siyasi-analitik şüurunda möhkəm yer almaqda və xeyli dərəcədə ehkama çevrilməkdədir.

Problemə bu özəlliyi nəzərə almaqla yanaşdıqda, məsələ daha da aktual görünür. Çünki məlum olur ki, Qərb siyasi dairələri tutduqları ikili standartlar və məxsusi maraqlar mövqeyindən çıxış etmək şakərindən imtina etmək fikrində deyillər. Bəs bu şərt daxilində ABŞ-ın Cənubi Qafqaz siyasətinə necə geosiyasi-nəzəri qiymət vermək olar?

Hər şeydən əvvəl, müəlliflər vurğulayırlar ki, “Birləşmiş Ştatların Cənubi Qafqazda ciddi, ancaq həyati əhəmiyyəti olmayan maraqları var” (bax: əvvəlki mənbəyə). Bu, hansı maraqlardır? Birincisi, regionda sabitliyi saxlamaq. İkincisi, “dondurulmuş münaqişə” zonalarında hərbi əməliyyatların bərpasının qarşısını almaq. Üçüncüsü, demokratik islahatlara və dövlət idarəçilik sistemini təkmilləşdirməyə dəstək. Dördüncüsü, Azərbaycan, Ermənistan və Gürcüstanın dünya birliyinə inteqrasiyasına nail olmaq (bax: əvvəlki mənbəyə).

Deməli, Vaşinqton üçün sadalanan məqamlar vacibdir, lakin bu, “ölüm-qalım” məsələsi deyil. Bu o deməkdir ki, özü üçün ciddi təhlükə hiss etdikdə ABŞ onların hər hansı birindən, yaxud hamısından imtina edə bilər. Deyək ki, 2008-ci ildə Rusiya Gürcüstanı qısamüddətli müharibədə milçək kimi əzəndə, gürcülərin “Con dayısı” elə də müqavimət göstərə bilmədi. Onlar ancaq “gərgin” diplomatik fəaliyyətlə Rusiyanın daha da irəliləməsinin qarşısını aldılar. Ancaq Moskva istədiyinə nail oldu: Abxaziya və Cənubi Osetiya Rusiyanın tam nəzarətinə keçdi ki, indiyə qədər bu reallıq dəyişməyib. Əksinə, Tbilisi Moskva ilə əlaqələrə can atır.

Başqa misal Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktının Amerika xarici siyasətində nə dərəcədə obyektiv nəzərə alınması ilə bağlıdır. Hələ keçən əsrin 90-cı illərində ABŞ Konqresi bədnam “907-ci düzəlişi” qəbul edib. Bu sənədə görə, Azərbaycana dəstək məsələsinə Ermənistanı “blokadada” saxladığı səbəbindən məhdudiyyət qoyulur. Lakin Ermənistana olan yardımlar davam edir. Bunu müəlliflər ayrıca qeyd edir, üstəlik, ona haqq qazandırırlar. Onlar yazırlar ki, “Ermənistan qismən azad ölkədir. Azərbaycan getdikcə daha çox avtoritarizmə yuvarlanır və Qərb tərəfdaşlarından uzaqlaşır. Gürcüstan demokratik islahatlar aparır, xarici siyasətdə isə Qərblə yaxınlaşmağa can atır” (bax: əvvəlki mənbəyə).

Burada Gürcüstan haqqında deyilənlər qismən reallığa uyğun gəlir, Ermənistan barədə ifrat tərəfkeşlik, Azərbaycan haqqında qeyri-obyektivlik mövcuddur. Faktlara müraciət edək.

Gürcüstan faktoru: “sevimli uşaq” və regionun reallıqları

Gürcüstanda demokratik islahatlar bir müddət ölkənin özünəməxsus tarixi-siyasi ənənəsinə uyğun aparıldı. 2012-ci ildən bu yana isə həmin proses demək olar ki, dayanıb. Bunun əvəzində cəmiyyətdə milli-radikal yanaşmanın elementləri özünü göstərməkdədir. Gürcüstanın fərqi ondadır ki, həmin milli-radikal yanaşma qanun pərdəsi altında həyata keçirilir (Amerika üslubunu hiss edirsinizmi?). Gürcü analitiklərin bəziləri vurğulayırlar ki, hazırda cəmiyyət hansı ideoloji istiqamətdə getməli olduğunu qətiləşdirə bilmir. Bir qisim Rusiyaya, digəri isə Qərbə meyl etməkdədir.

Ancaq xarici siyasətdə Qərblə geosiyasi, hərbi və iqtisadi yaxınlaşma kursu saxlanılır, eyni zamanda, Rusiya ilə əlaqələrin inkişafına da ayrıca diqqət yetirilir. Rusiyalı ekspert S.Markedonov yazır ki, kuluarlarda gürcü siyasətçiləri və ekspertləri Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan ehtiyat etdiklərini və Rusiyanın onlara balans olmasını arzuladıqlarını ifadə edirlər (bax: Сергей Маркедонов. Победа “и – и”. Как Армении удается совмещать европейскую и евразийскую интеграцию / Carnegie.ru, 27 noyabr 2017).

Tbilisinin belə bir mövqe tutması onun öz işidir. Lakin bəzi tarixi faktları xatırlatmağa ehtiyac vardır. Cənubi Qafqazda üç respublikanın hər biri müstəqillik əldə edəndə, məhv olmaqda olan Gürcüstanı çökməyə Azərbaycan qoymadı. Bakı hətta öz vətəndaşlarının payından kəsərək Gürcüstana yardım etdi. Bu, daha çox enerji sahəsinə aid idi. Əgər paytaxt Tbilisidə belə qaz, işıq və neft olmayanda, Azərbaycan fədakarlıq etməsəydi, indi gürcü siyasətçiləri və analitikləri Gürcüstanın müstəqilliyi və azadlığından danışmazdılar.

Eduard Şevardnadze və Mixeil Saakaşvili dəfələrlə Azərbaycanın həyati əhəmiyyətli yardımından bəhs ediblər. Özü də Azərbaycan Gürcüstandakı radikal-milliyyətçi ünsürlərin azərbaycanlılara qarşı zorakılıq tətbiq etdiyi, onları hətta deportasiyaya uğratdıqları zaman dəstəyini əsirgəmədi. Türkiyəyə gəldikdə isə, bütün imkanı ilə Gürcüstanın müstəqilliyi arxasında durdu. İqtisadi-ticari, hərbi və digər aspektlərdə Ankara Tbilisini yalnız buraxmadı. 2008-ci il müharibəsində də Türkiyə Gürcüstanı müdafiə etdi. Qədirbilən gürcü xalqı bunları əsla unutmur və indi də minnətdarlıq hissi ilə bu barədə danışırlar.

Azərbaycanın Amerikanın da razılığı ilə Gürcüstana geosiyasi kontekstdə verdiyi ən böyük dəstək özünün enerji resurslarını etnik və tarixi cəhətdən özünə yaxın olan İran vasitəsilə deyil, məhz Gürcüstan xətti ilə nəqlinə üstünlük verməsindədir. E.Rumer, R.Sokolsky və P.Stronski bununla bağlı yazırlar ki, enerji layihələri hesabına Gürcüstan büdcəsini idarə edə bilir və bunu Amerika çox dəstəkləyir (bax: Eugene Rumer, Richard Sokolsky, Paul Stronski. Политика США на Южном Кавказе: Армения, Грузия и Азербайджан / Carnegie.ru, 13 fevral 2018).

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Gürcüstana verdiyi dəstəyə görə müəyyən kənar təzyiqlərə məruz qalıb. İndi Tbilisi “birtərəfli Azərbaycan və Türkiyə əməkdaşlığından” qurtulmağı düşünür? Yoxsa “demokratik” Amerika belə olmasını arzulayır? Bu da Tbilisinin öz işidir, lakin yaddaş qısalığı həmişə dövləti və milləti köləlikdən köləliliyə sürükləyər!

İşğalçıya yardım, yaxud “907-ci düzəliş”in səhv ünvanı

Ermənistan məsələsinin tarixçəsi başqa hadisə ilə bağlıdır. Bu vassal və forpost dövlətə münasibəti Karnegi Mərkəzinin müəllifləri Amerikada güclü erməni diasporunun olması ilə əlaqələndirirlər. Hesab edirlər ki, diaspor daim Vaşinqtonun İrəvana diqqət göstərəcəyini təmin edəcək. Belə çıxır ki, Vaşinqton reallığa, faktlara, bölgədəki xalqların hər birinin hüququnun təmin edilməsi prinsipinə və ədalətə deyil, bir qrup erməninin dünyaya baxışına əsaslanaraq Cənubi Qafqazda hərəkət edir? Hesabat müəllifləri bunun adını nə qoyurlarsa qoysunlar, real məzmunu tərəfkeşlikdir! Bu, ermənilərin minlərlə Azərbaycan insanının hüququnu tapdalamasına, haqqın itirilməsinə və ikili standartlara demokratik don geyindirmək deməkdir.

Görünür, buna görədir ki, təcavüzkar Ermənistana “907-ci düzəliş”i tətbiq etmək əvəzinə onu torpaqları işğal olunmuş Azərbaycana yönəldiblər. Eyni zamanda, işğalçıya hərtərəfli dəstək verməkdədirlər. Təbii ki, belə bir şəraitdə Ermənistan Qərbin “şıltaq çocuğu” kimi özünü aparacaq. İndi amerikalı ekspertlər Cənubi Qafqazda sabitliyin saxlanması ilə Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa edilməməsi arasında sıx bağlılığı da Ermənistanı qorumaq üçün tez-tez vurğulayırlar. Çünki əgər söhbət həqiqi mənada qalıcı sabitlikdən gedərdisə (Azərbaycan həmişə buna çalışıb), onda öncə işğalçı erməni silahlı qruplarının zəbt etdikləri ərazilərdən rədd olmasını ilk olaraq Vaşinqton tələb edərdi. BMT-nin dörd qətnaməsi qalıb bir tərəfdə, Konqres Azərbaycana “907-ci düzəliş”i tətbiq edir. Budurmu demokratiya, budurmu Amerika dəyərləri? Belə bir ölkə ilə Azərbaycan geosiyasi taleyini necə və hansı şərtlərlə bağlaya bilər?

İnsan haqları məsələsinə gəldikdə isə, onu ən çox pozan Ermənistandır. Bu ölkə ərazisindən bütün qeyri-erməniləri deportasiya edib. İndi orada multikultural deyilə biləcək sosial-siyasi mühit yox dərəcəsindədir. Ermənilər azərbaycanlılara qarşı terror edə-edə bu vəziyyəti yaradıblar. Tarixi faktlar göstərir ki, XIX əsrdən başlayaraq onlar xarici havadarlarının məsləhəti və birbaşa dəstəyi ilə həmin prosesi aparıblar. İndi Ermənistan “qismən azad”, Azərbaycan isə “avtoritar” ölkə olub.

Bu cür yanaşmanın mövcud olduğu yerdə hansı strateji tərəfdaşlıqdan söhbət gedə bilər? Ermənistanın təcavüzkarlığına verilən dəstək davam etdikcə, Amerikanın Azərbaycanda geosiyasi üstünlüyündən danışmaq imkansızdır. Suriyada onların kimləri dəstəklədiyi də ayrıca faktdır. Məhz indi orada baş verənlər Qərb demokratiyası və multikultural dəyərlərə verilən “önəmi” yaxşı göstərir. Bu faktlar daha açıq şəkildə sübut edir ki, illərdir Vaşinqtonun təcavüzkar Ermənistana verdiyi dəstək tam gözlənilən imiş. Yeri gəlmişkən, bu, ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətlərinin Ermənistana dəstək vermədiyi anlamına gəlmir. Hətta Rusiyanın onun birbaşa havadarı olduğunu da hər kəs bilir, Moskva özü də bunu gizlətmir.

Ermənistanın əsl kimliyi onun Xocalı soyqırımını törətməsində ifadə olunub. Öz ərazisindən qeyri-erməniləri deportasiya edən və başqa ölkənin ərazisində müsəlmanları kütləvi surətdə qətlə yetirən rejimin yaşamaq haqqı yoxdur. Lakin Karnegi Mərkəzi adından analiz aparan müəlliflər nəinki bu məqamları xatırlatmır, hətta Ermənistanın geosiyasi şanslarına belə işarə edirlər. Onlar qeyd edirlər ki, Amerika bu ölkəyə dəstəyini və yardımını davam etdirməlidir.

İkili standartlar: hədəf Azərbaycandır!

Bu ikili yanaşmaların fonunda müəlliflərin Azərbaycanla bağlı mövqeyi olduqca gülünc və qərəzlidir. Əvvəla, onlar hansısa qeyri-hökumət təşkilatının verdiyi əsassız qiymətə uyğun Azərbaycanın ABŞ-ın Cənubi Qafqaz siyasətindəki yerini müəyyənləşdirməyə çalışırlar. Ciddi analitik yalnız tutarlı, obyektiv və elmi faktlara əsaslanar. Deyək ki, müəlliflər özlərindən bir tezis quraşdırıblar: Qərb dövlətləri Azərbaycanla əməkdaşlıqdan uzaqlaşırlar (bax: əvvəlki mənbəyə). Reallıq necədir? Azərbaycanın xarici ticarətinin 50%-i Avropa ölkələrinin payına düşür! Aİ-nin bir neçə dövləti Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalayıblar.

İndi Avropanın siyasi liderləri Azərbaycanla uzunmüddətli əməkdaşlıq sənədləri imzalayırlar. Bunun nümunələrindən biri 2050-ci ilə qədər qüvvədə olacaq qaz sahəsində əməkdaşlıqla bağlı müqavilədir. Avropa İnvestisiya Bankı tarixində ən çox sərmayəni həmin proyekt üçün ayırıb. “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində reallaşacaq bu sərmayə Avropanın enerji təhlükəsizliyi naminə xərclənir.

Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu əlaqələndirən layihələrin təşəbbüskarıdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri və “Yeni İpək Yolu” proyekti birbaşa rəsmi Bakının qətiyyətli və davamlı siyasi iradəsinin nəticəsidir. Ən çətin anlarda məhz Heydər Əliyev Bakı-Tbilisi-Ceyhanın həyata keçməsi üçün ilk addım atan Lider oldu. İndi isə İlham Əliyev bütün istiqamətlərdə Ulu Öndərin həmin böyük işlərini davam etdirir.

Buna görədir ki, hazırda Azərbaycan Cənubi Qafqazın ən demokratik ölkəsidir. Faktlara baxaq. Azərbaycanda bütün etnik qruplar əvvəlki kimi mehriban və bütün hüquqları təmin edilmiş şəkildə yaşayırlar. Hətta on minlərlə erməni belə burada rahat yaşaya bilir. Azərbaycan davamlı olaraq mədəniyyətlərin, dinlərin və sivilizasiyaların əməkdaşlığına həsr edilmiş beynəlxalq tədbirlər həyata keçirir. Bu tədbirlərə dünyanın müxtəlif guşələrindən minlərlə nümayəndə gəlir və böyük razılıqla gedirlər.

Azərbaycan regionda yeganə dövlətdir ki, daxili siyasətində multikulturalizmə böyük önəm verib, onu dövlət siyasəti səviyyəsinə yüksəldib. Ermənistanda, yaxud Gürcüstanda belə bir xətt varmı? Ermənistanda, ümumiyyətlə, multikultural mühit yoxdur. Gürcüstanda isə hələ də azərbaycanlıların yaşadıqları kəndlərin tarixi adları bərpa olunmayıb, əksinə, başqalarının da adını dəyişmək istiqamətində dolayı işlər aparılır. Karnegi Mərkəzi bunları bilmir? Bəlkə də bilir, lakin ikili mövqe həqiqəti deməyə imkan vermir.

Məsələni ümumi şəkildə qoya bilərik. Yəni Ermənistan Avropanın təhlükəsizliyi üçün nə edib? Rəsmi İrəvan nəinki həmin istiqamətdə heç bir addım atmayıb, hətta özünü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqla daha ciddi təhlükə mənbəyinə çevrilib. Erməni ekspertlər hətta zarafatla deyirlər ki, Ermənistan Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında ora-bura qaçaraq “özünü KTMT-yə, yəni silah olan yerə təpib”! Konkret desək, Azərbaycandan fərqli olaraq Ermənistan müstəqil siyasət yeritmək iqtidarında deyil. Onun geosiyasi tərəddüdlərini ermənipərəst analitiklər “ya, ya” formulundan “və-və” formuluna keçid kimi təqdim etməyə çalışırlar. Yəni Ermənistan həm Aİİ, həm də Aİ ilə əməkdaşlıq edə bilir, onları “uyğunlaşdırır”. Rusiyalı ekspert isə hətta bunu İrəvanın “və-və” formulunun qələbəsi adlandırır (bax: Сергей Маркедонов. Победа “и – и”. Как Армении удается совмещать европейскую и евразийскую интеграцию / Carnegie.ru, 27 noyabr 2017).

Əslində isə hamı bilir ki, bu, formal xarakter daşıyır. Çünki Ermənistanın həm siyasəti, həm iqtisadiyyatı, həm də təhlükəsizliyi birbaşa Rusiyanın əlindədir. Və deməli, Avropa İttifaqı ilə imzalanan saziş dolayısı ilə Rusiyanın idarə edəcəyi bir işdir. Bu kontekstdə ekspertlər vurğulayırlar ki, Ermənistana lazımi yardım edə bilməyən Rusiya, Qərbin ona yardım etməsindən geosiyasi aspektdə yararlanacaq, bununla da Avrasiya İqtisadi İttifaqının cəlbediciliyini artırmış olacaq. Buradan belə qənaətə gəlmək olur ki, reallıqda Ermənistanı Aİ ilə yarımçıq saziş imzalamağa Moskva təhrik edib. Bu da Qərbin qismən azad ölkəsi!

Nəhayət, Karnegi Mərkəzinin ekspertləri ABŞ-ın nəticə çıxararaq Cənubi Qafqazda uzunmüddətli fəaliyyətində düzəliş etməsinin lazım gəldiyini yazırlar. Konkret olaraq, Vaşinqton region dövlətləri ilə eyni qəlibdə deyil, fərqli yanaşmalarla işləməlidir. Bu zaman başlıca olaraq münaqişələrin qarşısının alınmasına, Amerikan dəyərlərinin yayılmasında ehtiyatlı olmağa, əsassız gözləntilərdən uzaq durmağa, Aİ-nin fəaliyyəti üçün yer qoymağa, regionun enerji ehtiyatlarını real qiymətləndirməyə çalışmalıdır.

Onlar “enerji ehtiyatlarını yenidən qiymətləndirmək” dedikdə, bu məsələnin elə də perspektivinin olmadığını nəzərdə tutur, həmin məntiqlə də Azərbaycana önəm verilməməsi gərəkliyini demək istəyirlər. Hesab edirlər ki, daşdan alınan qaz, sıxılmış qaz və başqa məqamlar Xəzər dənizindəki enerji ehtiyatlarının əhəmiyyətini azaldır.

Bütün bunlar analizin qərəzli və birtərəfli aparıldığını, onun ciddi faktlara əsaslanmadan bəzi təşkilatların hesabatları əsasında hazırlandığını göstərir. Aydın ifadə etməyə çalışırlar ki, Amerika regionda başlıca olaraq Gürcüstan və Ermənistanı dəstəkləməlidir. Azərbaycan isə arxa plana atılmalıdır. Təbii ki, Azərbaycanın kimsənin yardımına ehtiyacı yoxdur və Bakı daim müstəqil siyasət yeridəcək. Bu mövqe ilə hər kəs, o cümlədən Amerika da barışmalı, onu Azərbaycanın təbii haqqı kimi tanımalı və hörmətlə qarşılamalıdır. Azərbaycan ən yaxın qonşuları ilə də, ən uzaq tərəfdaşları ilə də eyni prinsiplə münasibət qurur – qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq münasibəti! Əgər onlar təcavüzkar və forpost bir dövlətlə daha yaxın olmaq istərlərsə, işğalın alovunda özləri də yanarlar! Tarix bunu dəfələrlə sübut edib.

Milli.Az

Cənubi Qafqaz: yeni geosiyasi reallıqlar və onu görmək istəməyənlər

Bir sıra analitik və ekspertlər son dövrlərdə Cənubi Qafqazda geosiyasi mənzərənin dəyişib-dəyişmədiyi haqqında müxtəlif fikirlər bildirirlər. Burada yeniliklərdən bəhs edənlər də var, yenilikləri inkar edənlər də. Ancaq dəyişikliklər dedikdə, əsasən, məsələyə ABŞ, Rusiya, Türkiyə və İranın bölgəyə təsir dərəcəsinin analizi prizmasından yanaşılır. Bunlar, təbii ki, ciddi faktorlardır. Lakin bunlarla yanaşı, region dövlətlərinin yeritdikləri siyasətin ümumi geosiyasi mənzərəyə təsiri kifayət qədər araşdırılmır. Faktların təhlili göstərir ki, Ermənistan tam dağıdıcı rol oynamaqla bölgə üçün əsas təhlükə mənbəyi olaraq qalmaqdadır. Gürcüstan tərəddüd etməkdədir. Yalnız Azərbaycan konkret layihələri və geosiyasi təşəbbüsləri ilə regional siyasətə yeni dinamika verir. Bu məqamın analizi son dərəcə aktualdır.

Böyük güclər: ittihamlar və risklərin artması

Son zamanlar analitiklər Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığını tez-tez vurğulayırlar. Bunun iki mənbədən qaynaqlandığı qeyd edilir. Birincisi Yaxın Şərqdə müsəlman ölkələri daxilində məzhəb faktorunun oynadığı mənfi roldur. Məzhəbçilik böyük sürətlə öz təsirini Cənubi və Şimali Qafqazda göstərə bilir (bax: məs., Федор Лукьянов: “На Ближнем Востоке идет расползание границ, которые мировые державы чертили по своим лекалам” / “Вестник Кавказа”, 5 dekabr 2014).

İkincisi ABŞ və Rusiya arasında geosiyasi nüfuz uğrunda mübarizənin yeni səviyyədə intensivləşməsidir. Bunu, demək olar ki, bütün postsovet sərhədi boyu hiss etmək olur. Vaşinqtonla Moskva son günlər qırıcı təyyarələr arasında gərginliklərin yaradılmasına qədər bir-birinə hədə gəlirlər. NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı Filip Bridlav birbaşa vurğulayır ki, Kremlə ciddi təzyiqlər olmalıdır. Moskva da öz mövqeyini bildirməkdən çəkinməyib bəyan edir ki, NATO Rusiya sərhədlərinə yaxınlaşsa, ona uyğun əks-addımlar atılacaq. Məsələn, İsveç NATO-ya daxil olsa, Kreml dərhal xüsusi qaydada cavab tədbirləri görəcək (bax: Лавров сказал, как Россия может ответить на вступление Швеции в НАТО / “Новое Время”, 29 aprel 2016).

NATO isə öz növbəsində Rusiyanın daha təhlükəli addımlar atdığını deyir. Məsələn, general F.Bridlav xəbərdaredici tonda deyir: “Rusiya sübut etdi ki, o, öyrənə və adaptasiya edə bilər. Ona görə də Rusiyanı diqqətlə izləmək lazımdır” (bax: Главком сил НАТО в Европе призвал США усилить слежку за Россией / “Rns.online”, 2 may 2016).

Bu cür qarşılıqlı ittihamlar getdikcə güclənir və daha çox müxtəlif regionlarla bağlı meydana gəlir. Onların sırasında ekspertlər Cənubi Qafqazı da görürlər. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Rusiyanın intensiv olaraq münasibət bildirməsi, atəşkəsin baş tutması üçün fəal diplomatik addımlar atması buna misal kimi göstərilir. Qərb ekspertləri hesab edirlər ki, belə bir vəziyyət Rusiyanın Cənubi Qafqazın geosiyasi dinamikasına daha güclü təsir etmək arzusunu ifadə etməkdədir. Lakin buna qarşı ciddi bir proses də başlayıb.

ABŞ başda olmaqla Qərb Rusiyanın Qafqazda yeganə nüfuz sahibi olmadığını sübut etməyə çalışır. Bir sıra analitikin fikrinə görə, bu zaman onlar Cənubi Qafqazı Avropa siyasi məkanının bir parçası qismində görmək istəyirlər (bax: Игорь Мурадян. Новые реалии в регионе? / “Lragir.am”, 27 aprel 2016).

Türkiyə isə regiona Yaxın Şərq kontekstində yanaşır. Bu məqamda Ankara ilə Vaşinqtonun mövqelərində fərq vardır. Yekun olaraq isə erməni ekspert hesab edir ki, “region bir siyasi dönəmi yaşadı, ancaq bu, prinsipial geosiyasi və siyasi dəyişikliklərə gətirib çıxarmadı” (bax: əvvəlki mənbəyə). Bəs burada “prinsipial geosiyasi və siyasi dəyişiklik dedikdə”, o, nəyi nəzərdə tuturmuş? Sən demə, “Azərbaycan demokratiya və tərəfdaşlıq barədə heç bir təsəvvür çərçivəsinə sığmır”, Ermənistanla bağlı “hər şey aydındır”, ancaq hərbi sahədə konkret nəticə yoxdur. Başqa sözlə, Amerika ermənilərin təhlükəsizliyi məsələsini həll etməyibmiş.

Region dövlətləri: Azərbaycanın təşəbbüsləri yeni sabitləşdirici faktor kimi

Onu deyək ki, regional və qlobal geosiyasi reallıqlardan yüksək pafosla və yeni geosiyasi terminlərlə yazan əksər erməni və bir sıra Qərb analitikləri bu cür bəsit məqsədlərə xidmət edirlər. Onlar başqa qərəzli “ekspertlər”dən yeni elmi terminləri müxtəlif kontekstlərdə işlətməkdən başqa heç nə ilə fərqlənmirlər. Baxın, məhz Azərbaycan demokratiya və tərəfdaşlıq sferasında Cənubi Qafqazda özünü tam təsdiq etmiş ölkədir. Bakı siyasət, geoiqtisadiyyat, enerji, mədəniyyət və başqa sahələrdə onlarla səmərəli təşəbbüsün müəllifidir.

Sadəcə bir neçə misal göstərək. “Bakı prosesi”, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının VII Forumu, mədəniyyətlər və sivilizasiyalararası dialoqa həsr olunmuş beynəlxalq konfranslar, “Yeni İpək Yolu”, TAP, TANAP, “Cənub qaz dəhlizi” layihələri və sair. Sadalanan layihələr haqqında Qərbin ən yüksək dairələrindən ciddi dəstək vardır və Avropa İttifaqının rəhbərləri Azərbaycanın bu sahədə atdığı addımların dünya üçün böyük əhəmiyyətinin olduğunu dəfələrlə vurğulayıblar.

Azərbaycanın atdığı addımların yalnız cüzi bir hissəsi kimi misal gətirilən bu real faktlar onun yüksək səviyyədə müasir tərəfdaş olduğunu sübut edir. İqor Muradyan bu məsələdə böyük bir yanlışlığa yol verir. Üstəlik, onun özünün də vurğuladığı kimi, “ermənilər Rusiya ilə vassal münasibətdə olmağa səs veriblər” (bax: əvvəlki mənbəyə) və regional səviyyədə əməkdaşlıqla bağlı real bir təşəbbüsdə olmayıblar. Onların təhlükəsizliyini Qərb hansı formada təmin edə bilər?

Maraqlıdır ki, erməni ekspert bu mövqeyində yalnız deyil, Qərbdə də bir sıra analitiklər buna yaxın fikirlər ifadə edirlər. Deməli, Cənubi Qafqaz regionu ilə bağlı kifayət qədər ziddiyyətli və mürəkkəb geosiyasi yanaşmaların müşahidə edilməsi təsadüfi deyil. Burada konkret məqsədlər vardır. Ekspertlərin də ümumi geosiyasi mənzərədən danışıb, ortaya Ermənistanın təhlükəsizliyinin təmini sualını atmaları və məhz bu aspektdə Cənubi Qafqazda prinsipial geosiyasi dəyişikliyin olmadığından dəm vurmaları onların daxili xislətinə uyğun haldır. Bəs reallıqda geosiyasi aspektdə Cənubi Qafqazda hansı proseslər gedir?

Azərbaycan Ordusunun aprel ayında uğurlu döyüş əməliyyatlarından sonra, doğrudan da, regionda geosiyasi hadisələrin dinamikasında ciddi dəyişikliklər baş verməkdədir. Burada Türkiyənin dünyada artan geosiyasi nüfuzunu da mütləq qeyd etmək lazımdır. Azərbaycan və Türkiyə Cənubi Qafqazda qüvvələr tarazlığını təmin edirlər ki, bu da hadisələrin nəzarətdən çıxmasına mane olur. Son zamanlar bu məqamın region üçün əhəmiyyəti daha da artıb.

Bundan başqa, Azərbaycan üçtərəfli yeni regional əməkdaşlıq formatlarının təşəbbüskarı kimi həmin istiqamətdə fəaliyyətini gücləndirib. Belə ki, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-İran əməkdaşlıq formatları artıq konkret məzmun kəsb edən layihələr üzərində işləyirlər. Burada iqtisadi-ticari, energetik, nəqliyyat, təhlükəsizlik və mədəniyyət sahələri üzrə əlaqələrin inkişafı ayrıca yer tutur. Onu deyək ki, Bakının birbaşa aktiv iştirakı ilə yuxarıda sadalanan əməkdaşlıq formatları “Yeni İpək Yolu” layihəsi ilə həmahəng fəaliyyəti də nəzərdə tutur. Eyni zamanda, məsələnin digər tərəfi Şərqlə Qərb arasında əməkdaşlıq körpüsü missiyası ilə sıx bağlıdır.

Beləliklə, Azərbaycan faktiki olaraq qısa bir müddətdə iki vacib aspektdə geosiyasi dinamikaya yeni təkan verdi. Birincisi, regional əməkdaşlıqda yeni formatları aktivləşdirməklə təhlükəsizlik sistemində yeni qüvvələr balansı yaratdı. İndi regionun böyük dövlətləri Rusiya, İran və Türkiyə üçlü əməkdaşlıq formatları ilə digər məsələlərlə yanaşı təhlükəsizlik aspektində də bir-birinə bağlıdırlar.

İkincisi, Cənubi Qafqaz ölkəsi olaraq Azərbaycan Ermənistanın bölgədə xaos yaratmaq cəhdlərinin qarşısını kəskinliklə almaq iqtidarında olduğunu təsdiqlədi. Ermənistan və onun havadarlarını ən çox narahat edən də bu məsələdir. Məhz ona görədir ki, onlar rəsmi İrəvana dərhal Azərbaycanın azad etdiyi torpaqları yenidən zəbt etmək əmrini veriblər. Ancaq Azərbaycan onların hamısının arzusunu puç edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz sözünü deyib: “Ermənistan odla oynayır”.

Belə çıxır ki, Cənubi Qafqazın geosiyasi mənzərəsi Azərbaycanın fəallığı nəticəsində daha nikbin ritmə keçir. Ancaq mənfur düşmənin hər an hiylə ilə vəziyyəti mənfiyə doğru dəyişməyə çalışmayacağına təminat yoxdur. Bu səbəbdən regionda geosiyasi dinamikanın hələlik çox həssas olduğunu demək mümkündür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.