Kmə Süxurlar Hansılardır
Onu da qeyd etmək lazımdır ki, ABŞ, Kanada, Meksika və başqa ölkələrdə nadir hallarda, bəzi cüzi neft yığımları maqmatik və metamorfik süxurlarla əlaqədardır. Məsələ ondadır ki, maqmatik və metamorfik süxurlar aşınmaya (pozulmaya), tektonik gərginliyə və s. məruz qaldıqda, onlarda çatlar əmələ gəlir. Qonşuluqda yerləşən çökmə süxurlardakı neft bu süxurların çatlarına və məsamələrinə toplaşıb, kiçik miqyaslı neft yataqları yaradır. Beləliklə, neft və qaz, əsas etibarilə, çökmə süxurların-qumların, qumdaşıların, əһəngdaşıların, dolomitlərin məsamə və çatlarında toplanaraq yataqlar əmələ gətirir. Onu qeyd etmək lazımdır ki, aparılan tədqiqat nəticəsində һər bir çökmə və məsaməli süxurda neftin toplana bilməyəcəyi müəyyən edilmişdir. Belə ki, bütün çökmə süxurlar məsaməli olmalarına baxmayaraq, onların һamısında neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurlarının məsaməlilik əmsalı bəzən qum süxurlarındakından çox olub, 40-50%-ə çatır. Gillərdə məsaməliliyin kifayət qədər çox olmasına baxmayaraq, onlar neftin yığılıb, yataq əmələ gətirməsi üçün münasib süxur һesab edilmir. Bunun səbəbi gil süxurlarındakı məsamələrin bir-birilə birləşib, neftin һərəkət etməsi üçün əlverişli kanallar əmələ gətirməməsindədir. Gil süxurlarında yaranan kanallar o qədər dar olur ki, bu kanalların içərisində neft һərəkət edə bilmir. Qum, qumdaşı, əһəngdaşı və digər süxurlarda isə kanalları əmələ gətirən dənələr arasında yerləşən boşluqlardan bir-birinə yol vardır. Bu boşluqlar bir-birinə birləşib, neftin keçməsi (һərəkəti) üçün imkan yaradır. Daxilində neft və qaz toplana bilən və yatağın istismarına başlandığı zaman һəmin nefti özündən buraxa bilən hər һansı bir süxura kollektor deyilir. Neft və qaz kollektor süxurların məsamələrinə toplanaraq yığımlar əmələ gətirir. Onu da qeyd etmək lazımdır ki, neftin toplanıb yığımlar yaratması üçün əlverişli olmayan bəzi süxurlar, qazın yataqlar əmələ gətirməsi üçün münasib olur. Məsələn, incə təbəqəli gilli süxurlar (şistlər) neftin deyil, yalnız qazın toplanıb yataqlar əmələ gətirməsi üçün əlverişli һesab edilir.
Çökmə süxurlar
Neftin və qazın Yer qabığında hər hansı bir məsaməli mühitdəki (süxurdakı) təbii yığımına neft və qaz yatağı deyilir. Bu tərifdən göründüyü kimi, neft və qaz yatağının yaranması üçün süxurların məsaməli olması mühüm şərtlərdən biridir. Bütün dünyada indiyə kimi müəyyən edilmiş neft yataqlarının 99,99%-i çökmə süxurlarda yerləşir.
Məlum olduğu kimi, öz mənşəyinə görə süxurlar çökmə, maqmatik və metamorfik olur. Neft və qaz yataqları əsasən çökmə süxurlarla əlaqədar olduğundan, bu süxurlar haqqında bir qədər ətraflı məlumat verək. Çökmə süxurlar Yer qabığının üst hissəsi üçün səciyyəvi olan termodinamik şəraitdəki süxurlardır. Belə süxurlar çöküntünün sudan kimyəvi, yaxud mexaniki çökməsi, orqanizmlərin suda və quruda həyat fəaliyyəti, müxtəlif süxurların fiziki və kimyəvi aşınma məhsullarının yenidən çökdürülməsi və s. nəticəsində əmələ gəlir.
Çökmə süxurlar ən çox dənizlərdə yaranır. Belə ki, dağları, təpələri əmələ gətirən süxurlar külək, su və digər amillərin təsiri nəticəsində dağılıb, müxtəlif ölçülü parçalar və qırpıntılar əmələ gəlir. Çaylar bu süxur parçalarını və qırıntılarını gətirib dənizlərə tökür. Yüz min və milyon illər keçdikcə dənizdə bir neçə on və yüz metrlərlə qalınlığı olan çöküntülər əmələ gəlir. Bu çöküntülər bərkidikdən sonra çökmə süxurlar yaranır. Çökmə süxurlar sırasına qum, qumdaşı, əhəngdaşı, dolomit, mergel, gil və s. süxurlar daxildir.
Çökmə süxurlar ilk dəfə su hövzlərinin (dənizlərin və s.) dibində əsasən üfüqi vəziyyətdə yatmış laylar əmələ gətirir. Istər çöküntülərin əmələ gəlməsi vaxtı, istərsə də sonra Yer qabığında baş verən gərginlik (tektonik proseslər) nəticəsində laylar üfüqi vəziyyətdən çıxıb, müxtəlif yatım formaları əmələ gətirir.
Dənizin dibi uzun geoloji dövrlər ərzində çökərsə, əmələ gəlmiş süxurlar bir neçə kilometr dərinliyə qədər gömülə bilər. Dəniz dibində əmələ gələn bu çökmə süxurlar böyük dərinliklərə daxil olduqda sıxlaşıb, yüksək temperatura məruz qalır. Bunun nəticəsində çökmə süxurlar öz tərkiblərini və quruluşlarını dəyişir. Uzun geoloji vaxt keçdikdən sonra temperaturun və təzyiqin təsirindən çökmə süxurlardan tamamilə yeni tipli süxur-metamorfik(Metamorfos – latınca dəyişmə deməkdir) süxur əmələ gəlir. Metamorfik süxurlar maqmatik süxurlardan da yarana bilər. Böyük Qafqaz dağlarının mərkəzi hissəsində intişar edən kristallik şistlər metamorfik süxurlara misal ola bilər.
Maqmatik (püskürmə) süxurlar yerin dərinliklərində yerləşən maqma adlı mürəkkəb kimyəvi odlu kütlənin ocağından ayrılıb soyuması nəticəsində əmələ gəlir. Yer səthinə çıxmayıb Yer qabığının içərisində soyuyan maqma intruziv süxurlar əmələ gətirir. Maqmanın Yer səthinə çıxıb, atmosfer və ya hidrosfer altında soyuması nəticəsində effuziv süxurlar əmələ gəlir. Təbiətdə rast gələn neft yataqları əsas etibarilə çökmə mənşəli süxurlarla əlaqədardır. Məsələn, SSRİ-də (Azərbaycan, Dağıstan, Şimali Qafqazda), ABŞ-da və digər ölkələrin bir çox rayonlarında rast gələn zəngin neft yataqları çökmə mənşəli olan qum və qumdaşılarla əlaqədardır. “İkinci Bakı” adı ilə şöhrət tapmış və Ural sıra dağları ilə Volqa çayı arasında yerləşən zəngin neft-qaz yataqları əsas etibarilə çökmə mənşəli, əhəngdaşı, dolomit adlanan süxurlarla əlaqədardır. Yaxın və Orta Şərq ölkələrində (İran, Küveyt, İraq, İordaniya və s-də) rast gələn bir sıra zəngin neft yataqları da əhəngdaşı və dolomitlərlə əlaqədardır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ, Kanada, Meksika və başqa ölkələrdə nadir hallarda, bəzi cüzi neft yığımları maqmatik və metamorfik süxurlarla əlaqədardır. Məsələ ondadır ki, maqmatik və metamorfik süxurlar aşınmaya (pozulmaya), tektonik gərginliyə və s. məruz qaldıqda, onlarda çatlar əmələ gəlir. Qonşuluqda yerləşən çökmə süxurlardakı neft bu süxurların çatlarına və məsamələrinə toplaşıb, kiçik miqyaslı neft yataqları yaradır. Beləliklə, neft və qaz, əsas etibarilə, çökmə süxurların-qumların, qumdaşıların, əһəngdaşıların, dolomitlərin məsamə və çatlarında toplanaraq yataqlar əmələ gətirir. Onu qeyd etmək lazımdır ki, aparılan tədqiqat nəticəsində һər bir çökmə və məsaməli süxurda neftin toplana bilməyəcəyi müəyyən edilmişdir. Belə ki, bütün çökmə süxurlar məsaməli olmalarına baxmayaraq, onların һamısında neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurlarının məsaməlilik əmsalı bəzən qum süxurlarındakından çox olub, 40-50%-ə çatır. Gillərdə məsaməliliyin kifayət qədər çox olmasına baxmayaraq, onlar neftin yığılıb, yataq əmələ gətirməsi üçün münasib süxur һesab edilmir. Bunun səbəbi gil süxurlarındakı məsamələrin bir-birilə birləşib, neftin һərəkət etməsi üçün əlverişli kanallar əmələ gətirməməsindədir. Gil süxurlarında yaranan kanallar o qədər dar olur ki, bu kanalların içərisində neft һərəkət edə bilmir. Qum, qumdaşı, əһəngdaşı və digər süxurlarda isə kanalları əmələ gətirən dənələr arasında yerləşən boşluqlardan bir-birinə yol vardır. Bu boşluqlar bir-birinə birləşib, neftin keçməsi (һərəkəti) üçün imkan yaradır. Daxilində neft və qaz toplana bilən və yatağın istismarına başlandığı zaman һəmin nefti özündən buraxa bilən hər һansı bir süxura kollektor deyilir. Neft və qaz kollektor süxurların məsamələrinə toplanaraq yığımlar əmələ gətirir. Onu da qeyd etmək lazımdır ki, neftin toplanıb yığımlar yaratması üçün əlverişli olmayan bəzi süxurlar, qazın yataqlar əmələ gətirməsi üçün münasib olur. Məsələn, incə təbəqəli gilli süxurlar (şistlər) neftin deyil, yalnız qazın toplanıb yataqlar əmələ gətirməsi üçün əlverişli һesab edilir.
“Neft və qaz yataqlarının istismarı və işlənməsi” kitabından
Çökmə Süxurlar Hansılardır
Çökmə süxurların əmələ gəlməsi iki şəkildə baş verir: külək, suyun təsiri altında, hava istiliyindəki dəyişikliklər və eyni zamanda üzvi qalıqların düşdüyü göllərin, çayların, okeanların dibində. Çökmə süxurlar hansılardır İç içə çəkilmiş görüntü adın özündən aydın olur. Bu qaya, yer üzündə müxtəlif növ təbii təsirlər nəticəsində çökən materialdan əmələ gəlir. Birinci yol, küləyin magmatik qayasına, temperaturun, suyun dəyişməsi ilə əlaqələndirilir. İkinci yol, həll olunmuş duzların, orqanizmlərin parçalanma məhsullarının, təzə çaylar tərəfindən dənizlərin, göllərin və okeanların dibinə gətirilən dayandırılmış maddələrin çökməsi ilə əlaqələndirilir. Çöküntü əmələ gəlməsi üçün materialın sadəcə dibində yığılması kifayət deyil. Əsrlər keçməlidir, bu müddət ərzində müxtəlif kimyəvi dəyişikliklər baş verir. İndi çökmə yolların meydana gəlməsinin iki yoluna daha yaxından baxmağın vaxtıdır.
Birinci yol – su, külək, temperatur
Hər üç amilin birləşməsi zamanla çökmə qaya çevrilən çökmə material əldə etməyə imkan verir. Döyüşə ilk girən istilik və rütubətin dəyişməsidir. Kristal vahidin həcmində davamlı bir dəyişiklik mikro çatlaqların meydana gəlməsinə səbəb olur. Külək tərəfindən götürülən ən kiçik qum dənələri ayrılmağa başlayır, magmatik qayadan uzaqlaşdırılır və çatlaqları daha da genişləndirir. Bu prosesə hava şəraiti deyilir. Çatlardakı nəm sıxlaşmağa başlayır, duzları yuyur. Qaya daha da çatlayır və kiçik parçalar böyük hissələrdən ayrılır. Çözünmüş maddələr və subkolloidal hissəciklər su ilə dərəyə, daha sonra çaya aparılır. Nəqliyyat qüvvəsi əvvəlində güclü olduğundan hissəciklər uzun məsafələrə daşınır. Ancaq bir anda bu proses zəifləyir və su və ya külək ilə daşınan material yerləşmişdir. Bu quruda və ya suda ola bilər. Əvvəlcə çöküntü çox boş, vaxt su var. Vaxt qüvvəyə minməyə başlayır. Hərəkətinə görə kristalizasiya və müxtəlif ölçülü hissəciklərin bir-birinə yapışması baş verir. Sərtləşən təbii bir sementdir. Vaxt keçdikcə bu proses daha da tamamlanacaq və əvvəlki boş çöküntüləri qranit qatı hala gətirəcəkdir.
İkinci yol – dənizlər, göllər, okeanlar
Bu yol yuxarıda müzakirə olunanlardan fərqlidir. Dənizlərin, okeanların və göllərin dibi həyatla doludur. Yosunlar, mercanlar, mollusks, radiolarians, süngərlər, dəniz zanbaqları, mikroorqanizmlər və xərçəngkimilər nəhəng koloniyalarda yaşayırlar. Hamısı, ölümdən sonra müxtəlif qeyri-üzvi maddələrlə qarışdırılır. Bu, bütün təbəqələrdə olur. Çöküntüdə bir çox silikon, kalsium, fosfor, dəmir törəmələri olduğundan sementləşmə baş verir. Bu şəkildə silisium şist, təbaşir və tripoli təbəqələri meydana gəlir.
Metamorfik süxurlar
Metamorfik süxurlar (yun. “metamorfozis – çevrilmə ) — Yerin dərinliyində temperaturun, təziqin və kimyəvi şəraitin dəyişməsinin təsirindən çökmə və maqmatik süxurların dəyişilmiş formalarıdır. Yer qabığını təşkil edən süxurların əsas hissəsi iki dəfə, bəzən bir neçə dəfə gah dərinliyə Yerin təkinə bataraq, gah da yuxarıya qalxaraq özlərinin ilkin formaşdığı şəraiti dəyişməli olurlar. Daha çox əhəngdaşları, gillər, bazaltlar və s. tanınmaz dərəcədə dəyişilirlər. Metamorfik süxurlar Yer səthinin 12 %-ni təşkil edir.
Maqmatik süxurlar
Maqmatik süxurlar | |
Elm | Geologiya |
Maqmatik süxurlar – maqmanın soyuması və kristallaşması nəticəsində yaranan süxur Maqma mənşəli süxurlar yaranma şəraitinə görə iki böyük qrupa bölünür: 1) yer səthinə püskürülmüş vulkanogen-effuziv süxur; 2) yerin dərin qatlarında kristallaşan intruziv süxur sonuncular əsl dərinlik və ya abissal, hipabissal (mötədii dərinlikdə bərkiyən) və səthəyaxın (subvulkanik) intruziv süxurlara ayrılırlar. Tərkibinə (əsasən silisium oksidinin miqdarına) görə dörd qrupa bölünürlər: turş, orta, əsasi və ultraəsasi süxurlar. Hər qrupun daxilində müxtəlif petroqrafik tipli süxurlar ayrılır.
Çökmə süxurlar
Çökmə süxurlar-maddələrin su mühitində, az-az hallarda havadan və buzlağın fəaliyyəti nəticəsində quruda və ya dənizdə və okeanda çökdürülməsi əmələ gəlir. Su hövzələrində və ya quruda toplanan süxurlar. Ç.s.adətən laylı olub tərkibində bitki və heyvan qalıqları olur.Mənşəyinə görə Ç.s. kimyəvi (daşduz, əhəngdaşı, gips, və s.), orqanogen (daş kömür, torf, mərcan qalıqları) və qırıntı süxurlara bölünür.Kimyəvi və orqanegen çöküntüklər isə quruda çökdürülür və müvafiq olaraq protogen /ilk/ və kontinental süxurlar adlanır.Yer səthinin 75%-i Ç.s.örtür.
Comments are closed, but trackbacks and pingbacks are open.