Press "Enter" to skip to content

Coğrafiya illik planlaşdırma 2019

Müəllimlərin maaşı artırıldı – QƏRAR

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Coğrafiya Cəmiyyəti Azərbaycan на Facebook. Если вам интересны новости Coğrafiya Cəmiyyəti Azərbaycan, регистрируйтесь на Facebook сегодня!

Coğrafiya Cəmiyyəti Azərbaycan на Facebook. Если вам интересны новости Coğrafiya Cəmiyyəti Azərbaycan, регистрируйтесь на Facebook сегодня!

Coğrafiya Cəmiyyəti Azərbaycan сейчас в Bilik Körpüsü Hazırlıq Mərkəzi.

Bütün siniflər üzrə illik planlaşdırma, KSQ və BSQ nümunlərinə aid vəsaitlər nəşr olunub:
1. AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI (V-X siniflər – 1 kitabda),
2. RİYAZİYYAT (V-X siniflər – 1 kitabda),
3. COĞRAFİYA (VI-X siniflər – 1 kitabda),
4. FİZİKA (VI-X siniflər – 1 kitabda),
5. BİOLOGİYA (VI-X siniflər – 1 kitabda),
6. İNFORMATİKA (I-IX siniflər – 1 kitabda),
7. AZƏRBAYCAN TARİXİ VƏ ÜMUMİ TARİX (V-IX siniflər – 1 kitabda),
8. FİZİKİ TƏRBİYƏ (I-IX siniflər – 1 kitabda),
9. İNGİLİS DİLİ (I-IX siniflər – 1 kitabda),
10. KİMYA (VII, VIII, IX siniflər – 1 kitabda),
11. HƏYAT BİLGİSİ (V, VI, VII, VIII, IX siniflər – 1 kitabda),
12. MUSİQİ (I-IX siniflər – 1 kitabda),
13. TEXNOLOGİYA (V, VI, VII, VIII, IX siniflər – 1 kitabda) fənləri,
14. İBTİDAİ SİNİF (I-IV siniflər, bütün fənlər – 1 kitabda) müəllimləri üçün vəsaitlər hazırlamışıq.
15. MƏKTƏBƏHAZIRLIQ QRUPLARINDA İŞİN TƏŞKİLİ METODİKASI
16. TƏSVİRİ İNCƏSƏNƏT (V, VI, VII, VIII, IX siniflər – 1 kitabda)
Satış mərkəzi: Gəncədə Bilik Körpüsü Hazırlıq Mərkəzi.
Azərbaycanın bütün bölgələrinə poçtla göndəririk.
Gəncə Bilik Körpüsü. Göygöl, Samux:
0556215045 vhatsap
Digər rayonlara poçtla göndərmə var.

Coğrafiya illik planlaşdırma 2019

2018-12-26 10:23:00

Müəllimlər mütləq OXUSUN! – İllik planlaşdırmanın düzgün hazırlanması ilə bağlı TÖVSİYƏLƏR

Orta ümumi təhsil məktəblərində dərsin keyfiyyətli olması üçün müəllim gündəlik və illik planlaşdırma aparmalıdır. Kurikulumda dövlət tərəfindən şagirdin bilik və bacarığına qoyulan tələbə yəni, standarta nail olmaq üçün müəllim təlim fəaliyyətini düzgün planlaşdırmalıdır. Ümumilikdə planlaşdırmanın 2 növü var: 1.Perspektiv (illik) planlaşdırma 2.Cari (gündəlik) planlaşdırma Perspektiv planlaşdırmanı tərtib edərkən müəllim bir neçə məqama diqqət etməlidir. Ən vacib məqamlardan biri mövzuların yeri və ardıcıllığı ilə bağlıdır. Müəllim mövzuların ardıcıllığını düzgün – sadədən mürəkkəbə doğru müəyyənləşdirməlidir.

-İnteqrasiya imkanlarını düzgün müəyyən etməlidir. (Fənndaxili və fənlərarası) “İnteqrasiya” termini XX əsrin sonlarından etibarən daha fəal istifadə olunmağa başlayıb. Beləcə, bütün elm sahələrində, o cümlədən sosiologiya və pedaqogikada inteqrasiya önəmli yer tutub. Pedaqogikada “inteqrasiya”, “inteqrativlik”, “təhsildə inteqrasiya” və s. anlayışlardan daha çox istifadə olunur. İllik planlaşdırma yazarkən ardıcıllıq necə nəzərə alınmalıdır? 1.Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək,
2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək,
3. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq.
Tədris vahidi – Ənənəvi tədris metodunda müəllimlərin hər birinə məlum olan bölmə və yarımbölmələr mövcud idi. Həmin bölmələrə isə müəyyən mövzular daxil olurdu. Bunun tərtibi zamanı isə xronoloji ardıcıllıq, sadədən mürəkkəbə prinsipi qorunmalı idi. Eynilə fənn kurikulumlarında olan bu bölmə və altbölmələr tədris vahidi hesab edilir. Tədris vahidləri artıq məzmun standartlarına əsasən müəyyən edilir. Kurikulumun tətbiqindən əvvəl mövzular üzrə, indi isə standartlara əsasən qruplaşdırma aparılır. İllik planlaşdırmanı təkmilləşdirmək üçün: 1.Standartlar qrupuna əlavə standartlar artırmaq,
2. Mövzuları dəyişdirmək və ya artırmaq,
3. İnteqrasiya üçün əlavə imkanlar müəyyən etmək,
4. Daha çox resursdan istifadə etmək,
5. Vaxt bölgüsünə müəyyən dəyişikliklər etmək.
Kurrikulum metodunda inteqrasiya 2 formada olur: fəndaxili və fənlərarası Əgər seçilən dərsin mövzusu köhnə dərslə əlaqələndirilirsə, bu, fəndaxili, seçilən mövzu digər fənlərlə əlaqələndirilsə, fənlərarası inteqrasiya adlanır. Ümumiyyətlə, müxtəlif fənlər üzrə biliklərin inteqrasiyası şagirdin təfəkküründə ətraf aləm haqda sistemli dünyagörüşün formalaşmasına kömək edir. -Şəraitə və sinfin səviyyəsinə uyğun olaraq resursları əlavə vəsaitlər və təchizatları seçməlidir. -Müəllim şagirdlərin inkişaf və qavrayış səviyyələrini nəzərə almaqla mövzulara uyğun vaxt bölgüsü aparmalıdır, yəni mövzuların çətinlik dərəcəsinə uyğun ayrılan vaxt bölgüsünü özü azaldıb, artırmalıdır. Qeyd edək ki, perspektiv planlaşdırma üçün lazım olan metodik vəsait dövlət tərəfindən məktəblərə paylanılır, rəhbərlik də həmin vəsaiti müəllimlərə təhvil verir. Metodik vəsaitdə dərslərin hər biri sıralama ilə saatı və inteqrasiyası qeyd olunmaqla yazılır. Yəni, metodik vəsaitdə verildiyi kimi hazılrnamsı mütləq şərt deyil. Sadəcə olaraq il ərzində müəllimə ayrılan dərs saatları standartından çıxmamaq və mövzuları əhatə etmək şərti ilə tədris planını tərtib etmək olar.

Nəzrin Cavid

Bu bölməyə aid digər xəbərlər

Müəllimlərin maaşı artırıldı – QƏRAR

Leyla Bayramova

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Mayıs 2019 Cumartesi

Planlaşdırma

Paylaşıldı on 12:19 by Leyla Bayramova

X Mövzu: Planlaşdırma


Perspektiv planlaşdırma aparmaq məqsədilə müəllim üçün zəruri hesab edilən bacarıqlar:
Ø Məzmun standartlarına əsasən tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq
Ø Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək
Ø İnteqrasiya imkanlarını müəyyən etmək
Ø Əlavə resurslar seçmək
Ø Təlim məqsədinə görə məqsədyönlü vaxt bölgüsü aparmaq
Ø Təlim məqsədinə görə nailiyyətlərin qiymətləndirilməsi növlərini müəyyənləşdirmək
İllik planlaşdırmanın aparılma qaydaları bağlı tövsiyyələr
-Standartlar qrupuna əlavə standartlar daxil etmək.
-Mövzuları dəyişdirmək və ya artırmaq.
-İnteqrasiya üçün əlavə imkanlar müəyyən etmək.
-Əlavə resurslar seçmək.
-Mövzular üzrə vaxt bölgüsündə dəyişikliklər etmək.
Standratlar
Təd r is v ahidi
İnteqrasiya
Qiymətləndirmə
Şagirdlərin qiymətləndirilməsinin illik planlaşdırılması

İllik planlaşdırmada qiymətləndirmə bölməsi həm şagirdlərin təlim fəaliyyətinin izlənilməsini, həm də onların nailiyyətlərinin yoxlanmasını nəzərdə tutur.Yəni illik planlaşdırma cədvəlində gündəlik dərslərdə şagirdlərin fəaliyyətini izləmək məqsədilə seçilmiş qiymətləndirmə üsulu, summativ qiymətləndirmə saatlarında isə onun üçün müəyyənləşdirilmiş yoxlama vasitəsi yazılır.


FƏAL DƏRSİN PLANLAŞDIRILMASI
1. Dərsin gözlənilən nəticələrini müəyyən etmək (alt-standart əsasında dərsin təlim nəticələrini müəyyənləşdirmək)
2. Dərsin sonunda şagirdlərin hansı nəticələrə (ümumiləşdirmələrə) gələcəklərini müəyyənləşdirmək
3. Dərsin motivasiyasını hazılamaq (problem situasiyanın yaradılması, motivasiya növünün seçilməsi, tədqiqat sualının düzgün qoyulması)
4. Tədqiqat zamanı yeni biliyi toplamaq üçün istifadə olunan bilik mənbələrini müəyyənləşdirmək
5. Müəyyən edilmiş gözlənilən nəticələrə gətirə biləcək tədqiqat tapşırıqlarını hazırlamaq
6. Tədqiqat metodlarını müəyyənləşdirmək
7. Lazımi materialları və iş vərəqlərini hazırlamaq, tədqiqatın təqdimat formasını müəyyənləşdirmək
8. Müzakirə zamanı istifadə olunan yönəldici sualları ifadə etmək
9. Məlumatın sistemləşdirilməsi (sxem, düstur, qrafik, cədvəl, şəkil, siyahı, kollaj, layihə və s.)
10.Güman edilən yeni nəticələri nəzərə alaraq əlavə məlumat, tapşırıqlar hazırlamaq
11.Dərsin hər mərhələsi üçün vaxtı müəyyən etmək
12.Dərsin yaradıcı tətbiqetmə mərhələsi üçün tapşırıqlar hazırlamaq
13.Qiymətləndirmə formasını (üsulunu) seçmək, meyarları müəyyənləşdirmək
14.Müəllim və şagirdlərin tələbatlarına əsaslanan refleksiyanın gedişatını müəyyənləşdirmək
15.Dərsdə istifadə olunacaq texniki vasitələri müəyyənləşdirmək
16.Dərsdə istifadə olunacaq dəftərxana ləvazimatlarını hazırlamaq

-Dərsin planlaşdırılması üçün onun bütün komponentlərinin bir biri ilə uzlaşdırılması vacibdir.

-Təlim məqsədləri tapşırıqlarla bilavasitə əlaqəli olmalıdır. Ümümiləşdirmələrə əsasən dərsin tədqiqat sualı tərtib olunur. Bütün bunlar dərsin tamlığını və sistemliliyini (dərsin əvvəlinin və sonunun sıx əlaqəsi), təlim nəticələrinə nail olmasını təmin edir.

Comments are closed, but trackbacks and pingbacks are open.