Coğrafiya mülimlr üçün drs vsaiti
Bu ixtisas, əsasən, dünyanın fiziki proseslərini, bütün iqtisadi və siyasi amillərin formalaşmasına təsiri baxımından, qloballaşan və inkişaf edən dünyada qeyd edilən hadisələri dərindən öyrənmə və araşdırma, proqnozların verilməsi kimi funksiyaları özündə cəmləşdirir. Bu sahədə hazırlanan kadrlar dövrün siyasətçiləri, iqtisadçıları və coğrafiyaçıları olaraq, ən vacib fiziki, iqtisadi və siyasi problemlərin həllində böyük rol oynayır.
Coğrafiya mülimlr üçün drs vsaiti
İxtisas təbiətdə baş verən hadisələri və onların başvermə səbəblərini ardıcıllıqla təhsil alanlara ötürür. Onlara təbiət və insanlar arasında kompleks şəkildə münasibətləri aşılayır, insanların iqtisadi və siyasi fəaliyyətlərini izahlı şəkildə ötürür. Şagirdlərdə sintez və dəyərləndirmə bacarıqlarını inkişaf etdirməklə coğrafi proqnozlarının verilməsi, yeni ideya və fikirlərin, layihələrin təqdim olunmasını inkişaf etdirir.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- ➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
- ➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) coğrafiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
- ➝ Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
- ➝ Əmək funksiyasını vicdanla yerinə yetirmək;
- ➝ Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
- ➝ Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
- ➝ Dövlətin təhsil siyasətini yerinə yetirmək;
- ➝ Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
- ➝ Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
- ➝ Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
- ➝ Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
- ➝ Qoyulmuş əmək normalarını yerinə yetirmək;
- ➝ Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
- ➝ Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
- ➝ İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
- ➝ Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
- ➝ Özünü ləyaqətli aparmaq;
- ➝ Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
- ➝ Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə (tədris işləri üzrə direktor müavininə, direktora) məlumat verməyə borcludur.
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti
- ➝ Bakı Dövlət Universiteti
- ➝ Bakı Qızlar Universiteti
- ➝ Gəncə Dövlət Universiteti
- ➝ Xəzər Universiteti
- ➝ Naxçıvan Dövlət Universiteti
- ➝ Sumqayıt Dövlət Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
- ➝ Orta ümumtəhsil məktəblərində;
- ➝ Özəl kurslarda;
- ➝ Ekologiya sahəsində;
- ➝ Turizm sahəsində.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- ➝ Hadisələri analiz etmə və nəticə çıxarma bacarığı;
- ➝ Müəyyən hesablama işləri aparmaq üçün riyazi biliklər;
- ➝ Pedaqoji və psixoloji biliklər;
- ➝ İdarəetmə qabiliyyəti;
- ➝ Fikrini rahat və qısa zamanda çatdırmaq üçün səlis və lakonik nitq qabiliyyəti;
- ➝ Fənlərarası inteqrasiya etmə bacarığı;
- ➝ Dünyagörüşə biliklərinə sahib olması;
- ➝ İKT bacarıqları- yəni dəyişən və müasir dövrün tələblərinə görə kompyuter və ondan istifadə etmə bacarığı;
İxtisasın gələcəyi
Bu ixtisas, əsasən, dünyanın fiziki proseslərini, bütün iqtisadi və siyasi amillərin formalaşmasına təsiri baxımından, qloballaşan və inkişaf edən dünyada qeyd edilən hadisələri dərindən öyrənmə və araşdırma, proqnozların verilməsi kimi funksiyaları özündə cəmləşdirir. Bu sahədə hazırlanan kadrlar dövrün siyasətçiləri, iqtisadçıları və coğrafiyaçıları olaraq, ən vacib fiziki, iqtisadi və siyasi problemlərin həllində böyük rol oynayır.
Əmək haqqı
- ➝ Pedaqoji təcrübə 3 ilə qədər olduqda 462 AZN
- ➝ Pedaqoji təcrübə 3 ildən 8 ilə qədər olduqda 496 AZN
- ➝ Pedaqoji təcrübə 8 ildən 13 ilə qədər olduqda 522 AZN
- ➝ Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda 554 AZN
- ➝ Pedaqoji təcrübə 18 ildən çox olduqda 594 AZN təşkil edi
Coğrafiya tarixinin inkişaf dövrləri
Coğrafiyanın inkişaf tarixini aşağıdakı kimi mərhələlərə və yaxud dövrlərə bölünməklə öyrənilməsi məqsədəuyğun sayılır.
1. Qədim dövr – V əsrə qədər olan dövrü əhatə edir (orta əsrlərə qədər). Ilkin coğrafi təsəvvürlər: Qərbi, Şərqi və Cənubi Asiya, Qərbi Avropa, Şimali Afrika xalqlarının quru və dəniz yolları ilə torpaqlar kəşf etməsi, finikiyalıların üç il müddətində Qırmızı dənizdə üzərək Hind, Atlantik okeanlarını keçməklə Aralıq dənizinə daxil olmaları bu dövrdə öz əksini tapır (e.ə. XI əsr).
E.ə. I əsrdə Asiya qitəsinin şərq sahillərini yuyan Sarı, Şərqi-Çin, Cənubi Çin dənizlərində ilk dəfə üzən, Xaynan və Tayvan adalarının, Orta Asiya, Qərbi Asiya və qədim romalılarla ticarət əlaqələrinin yaradılmasına şərait yaradan yolların çinlilər tərəfindən kəşfi, həmçinin qədim dövrə məxsus coğrafi nailiyyətlərdir. E.ə. XXVIII əsrdə qədim misirlilərin Afrika sahillərində üzmələri haqqında məlumatlar antik dövründə onların coğrafi kəşflərdə daha qədim tarixə malik olmalarını güman etməyə əsas verir.
E.ə.IV əsrdə Ay tutularkən üzərindəki kölgəyə əsaslanaraq yerin kürə formasında olması fikri, Aristarx Samoslunun heliosentrik nəzəriyyənin əsasını e.ə. III əsrdə qoymaqla elmdə ən böyük çevrilişin başlanğıcını qoyması (təəssüf ki, fikirlərini elmi cəhətdən əsaslandıra bilməmişdir), e.ə. III-II əsrlərdə yaşamış K.Eratosfenin Yerin ölçülərini verməsi qədim dövrün ən böyük nailiyyətindəndir.
2. Orta əsrlər dövrü – V-XV əsrləri əhatə etməklə Avropada bir sıra elm sahələrində olduğu kimi coğrafi biliklər sahəsində də xristian dininin təsirindən tənəzzül hiss olunan dövr sayılır. Buna baxmayaraq Avropanın cənubunda və şərqində yeni torpaqların kəşfi davam edir, ölkələrlə əlaqələr yaratmaq məqsədilə dəniz yolları axtarılırdı. Hindlilər Kiçik Zond adalarını, o cümlədən, Bali, Sombok, Sumbava, Sumba, Flores, Timor və s. adaları özlərinə birləşdirməklə buddizm və braxmanizm dinlərini yaymaqda davam edirdilər. Bu dövrdə çinlilər Tibet yaylasını, Xuanxe (Sarı) və Yanszı (Mavi) çaylarını, həmçinin bu çayların keçdiyi ərazilərin torpaq-iqlim şəraitini öyrənməklə bir daha dəqiqləşdirirdilər.
V əsrin birinci yarısından Yaponiyaya Çin heroqrafik yazıları koreyalılar tərəfindən gətirildikdən sonra coğrafi biliklər sahəsində müəyyən irəliləyişlər olmuşdur. Yaponlar məskunlaşdıqları adaların yaxınlıqlarındakı digər adaları özlərinə birləşdirdilər.
1183-1186-cı illərdə Ceralt Bari (Ceralt Uelsk) üç dəfə Irlandiyada olmaqla bu ölkəni tədqiq etmiş, Skandinaviya yarımadasında məskunlaşmış normanlar isə VII-VIII əsrlərdə Fransanın Sena çayı sahillərindən Baltikyanı ölkələrə qədər böyük bir ərazini öyrənməklə zəbt etmişlər. Daha sonra onlar Avropanın daxili hissələrinə irəliləmək məqsədilə Reyn, Elba, Oder, Visla və Qərbi Dvina çaylarının mənsəblərini müəyyənləşdirmişlər.
İlk dəfə I əsrdə Flippində olmuş ərəblər 1380-ci ildə yenidən bu adalara üzməklə daha ətraflı tədqiq etmiş və islam dinini yaymışdılar.
1271-1295-ci illərdə məhşur italyan səyyahı Marko Polo Mərkəzi Asiyadan Çinə səyahət etmiş, 17 il bu ölkədə yaşamaqla Avropaya şərq ölkələri haqqında qiymətli məlumatlarla qayıtmışdır.
1466-1472-ci illərdə rus taciri Afanasi Nikitin Azərbaycandan keçməklə Iran və Hindistanda olmuş, bu ölkələr haqqında «Uç dəniz arxasında» əsərində (dəftər yazısında) qiymətli məlumatlar vermişdir.
1488-ci ildə Bartolomey Dias Ümid burnuna çatmaqla Klavdiy Ptolomeyin Hind okeanını qapalı hövzə kimi göstərilən xəritəsinə ilk zərbə vuran portuqaliyalı səyyah olmuş- dur. Bununla o, Afrikanın cənubundan Hindistana dəniz yolunun axtarılmasının əsasını qoymuşdur.
XIII-XIV əsrlərdə Avropada kompas və portolan adlanan naviqasiya xəritələrinin tətbiq edilməsi coğrafi kəşflərin sürətlənməsinə bir daha təkan vermişdir.
Türk dünyasının görkəmli alimlərindən biri olan Əbu Reyhan Biruninin astronomiya və coğrafiya sahəsində elmə verdiyi tövhələr əvəzedilməzdir. O, polyak alimi Kopernikdən 500 il əvvəl geosentrik nəzəriyyəni inkar etməklə heliosentrik nəzəriyyəni irəli sürmüş dərin zəkalı türk dünyasının alimidir.
XIII əsrdə yaşamış azərbaycanlı Nəsirəddin Tusi nəinki türk dünyasının görkəmli alimi, həmçinin dünya miqyasında tanınmış alim olmuş, ulduz qlobusunu düzəltmişdir.
3. Yeni dövr – XV-XIX əsrləri əhatə edən böyük coğrafi kəşflər dövrüdür. Bü dövr kapitalist münasibətlərinin Avropada yaranması, ölkələrdə istehsal və ticarət münasibətlərinin daha da genişlənməsi, həmçinin yeni torpaqların kəşf edilməsilə xarakterikdir. Ptolomey və Toskanellinin xəritələrinə əsaslanaraq daim qərb istiqamətdə üzməklə Hindistana və Çinə çatmaq ideyasını həyata keçirmək üçün Xristofor Kolumbun səyahətə çıxması üçüncü dövrün başlanğıcı üçün ən əlamətdar hadisələrdən biri sayılır (1492, 1493, 1498, 1502).
Bu dövrdə portuqal mənşəli Bortolomey Dias Afrikanın cənubundan dəniz yolunun olmasının əsasını qoydu. Bu dövr «Yeni dünyanın» kəşfi ilə yanaşı, onun Ameriqo Vespuççi tərəfindən Xristofor Kolumbun güman etdiyi Hindistan olmadığının müəyyən edilməsilə məşhurdur.
Ilk dəfə olaraq Vasko Nunyes Balboa hindlilərin köməyi ilə Panama bərzəxini keçərək bərzəx arasında özünün cənub dənizi adlandırdığı Sakit okeanı kəşf etmişdir. 15191524-cü illərdə Kortesanın hərbi dəstəsinin Meksikanı bütövlükdə zəbt etməsi Latın Amerikasında ispanların məskunlaşması ilə nəticələndi.
1519-cu ildə Fernando Magellanın dünya səyahəti coğrafiya elminə daha böyük yeniliklər gətirməklə yerin kürə formasında olmasını, qərb istiqamətində üzməklə Hindistan və Çinə getməyin mümkünlüyünü, dünya okeanının bütövlüyünü əməli surətdə birdəfəlik həll etdi.
Yeni dövr daha bir materikin, Avstraliyanın Hollandiya dənizçisi Villem Tanszon Torres tərəfindən 1606-cı ildə kəşfi və Holland Abel Tasmanın Avstraliyanın müstəqil materik olmasını müəyyən etməsi ilə əlamətdardır.
Göründüyü kimi, üçüncü dövr yeni torpaqların kəşfində mühüm əhəmiyyətə malik olan bir dövr kimi coğrafiya tarixinə daxil olmuşdur.
XVII əsrin sonu, XVTII əsrin əvvəllərində dənizdə hegemon dövlətlərdən biri olan Fransa 1701-1783-cü illər arasında 33 il davam edən müharibədə ingilislər tərəfindən məğlubedici zərbələr almaqla dəniz yollarında mövqelərini itirdilər. Dəniz yollarını ələ keçirən ingilislər Amerika qitəsində Afrikadan köçürülən qullar hesabına qul kaloniyaları yaratmağa başladı.
XIX əsrin birinci yarısında (1820) rus səyyahları F.F.Bellinshauzen və M.P.Lazaryev tərəfindən sonuncu Antarktida materikinin kəşf olunması bu dövrə təsadüf edir.
4. Müasir dövr – XIX əsrin ikinci yarısı XX əsrin sonuna qədərki dövrü əhatə edir. Müasir dövrün 1867-1888-ci illərdə Nikolay Mixayloviç Prjevalski beş dəfə Asiya ölkələrinə əsyahət etməklə Mərkəzi Asiya, Çin, Tibet, Monqolustan haqqında, 1870-ci illərdə isə Nikolay Nikolayeviç MikluxoMaklay Yeni Qvineya, Malakka yarımadası və bir sıra adalarda olmaqla bu ölkələrin əhalisi, məşğuliyyəti, təbii şəraiti, sərvətləri haqqında qiymətli məlumatlar vermişlər.
Ingilis mənşəli David Livinqstonun Afrikanın daxili hissələrini tədqiq etməklə topladığı qiymətli materiallar əsasında ingilis, fransız və portuqallar tərəfindən regionun xəritəsi tərtib olundu və materikə aid olan əsas problem tədqiqatlar aradan qaldırıldı. Saxara səhrasının və Madaqaskar adasının öyrənilməsində fransızlar xüsusi rol oynadılar.
Müasir dövrün coğrafiyasının zənginləşməsində Vasiliy Vasilyeviç Doquçayevin torpaq coğrafiyası sahəsində apardığı tədqiqatlar, 1909-cu il aprelin 6-da şimal qütbünün Robert Piri tərəfindən fəth edilməsi, Aleksandr Ivanoviç Voyeykovun yer kürəsinin iqliminin səciyyələndirilməsi kimi işlər mühüm əhəmiyyətə malik olmuşdur.
Hindistan topoqrafiyasının görkəmli nümayəndəsinin şərəfinə 1856-cı ildə verilmiş Everest 1953-cü ildə mənşəcə Yeni Zelandiyalı alpinist Edmurd Hillari tərəfindən fəth olunmuşdur.
1960-cı il 23 yanvar tarixində «Triyest» batiskafında ilk dəfə olaraq Sakit okeanında yerləşən dünyanın ən dərin Marian çökəkliyinə enərək 30 dəqiqə köməkçisi ilə birlikdə qalan Ian Pikar olmuşdur.
Coğrafiyanın son mərhələsinin inkişafı yerdə və atmosferdə baş verən prosesləri öyrənmək üçün daha dəqiq cihazların kəşf olunması, dünya okeanında dinamik proseslərin səbəbləri, çayların, buzlaqların, torpaqların öyrənilməsi ilə daha da zənginləşmişdir. Hazırda isə yerin və onu əhatə edən hava okeanının öyrənilməsində süni peyklər əhəmiyyətə malikdir.
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu
- Teqlər:
- coğrafiya tarixi
İllik planlaşdırma – 2022/2023 (müəllimlər üçün)
Salam, əziz müəllimlər. Aşağıda sizə 2022-2023-cq dərs ili üçün istifadə olunacaq illik planlaşdırmaları təqdim edirəm. Qeyd edim ki, proqramlar hissə-hissə yüklənəcək. Əvvəlcə yenilər, onlardan aşağıda isə köhnələr olacaq. Köhnələrin bəziləri yenə də aktualdır.
Yeni proqramlar:
- Azərbaycan dili – nəşr 2022
- Riyaziyyat – nəşr 2022
- Həyat bilgisi – nəşr 2022
- Texnologiya – nəşr 2022
- Fiziki tərbiyə – nəşr 2018
- Musiqi – nəşr 2018
- Təsviri incəsənət – nəşr 2018
- İnformatika – tezliklə
- İngilis dili – tezliklə
Köhnə proqramlar:
- Azərbaycan dili
- Riyaziyyat
- Həyat bilgisi
- Texnologiya
- Fiziki tərbiyə
- Musiqi
- Təsviri incəsənət
- İnformatika
- İngilis dili
- Azərbaycan dili – 5
- Azərbaycan dili – 6
- Azərbaycan dili – 7
- Azərbaycan dili – 8
- Azərbaycan dili – 9
- Azərbaycan dili – 10
- Azərbaycan dili – 11
- Ədəbiyyat – 5
- Ədəbiyyat – 6
- Ədəbiyyat – 7
- Ədəbiyyat – 8
- Ədəbiyyat – 9
- Ədəbiyyat – 10
- Ədəbiyyat – 11
- Biologiya – 6
- Biologiya – 7
- Biologiya –8
- Biologiya – 9
- Biologiya – 10
- Biologiya – 11
Davamı olacaq. Yükləmə işləri getdiyi üçün hələlik bütün siniflər əlavə edilməyib. Tezliklə bütün siniflər üçün bütün fənlər yerləşdiriləcəkdir.
131360 dəfə cəmi, 44 dəfə bu gün baxılıb
Oxşar yazılar
Kimdir yalançı (+9)
Hekayə Avropa. “Çiçəkli bağ” parkı. İlin sona yetməsinə günlər qalıb. Nəvəsini parka oynamağa gətirən mister Smit və onun müsəlman olan qonşusu Danil bir skamyada əyləşiblər. Bəzədilmiş küknar ağacının ətrafında o tərəf-bu tərəfə qaçan uşaqlardan biri ayrılaraq, babasına tərəf gəldi: __ Baba, ardı necə idi? “Al günəşlə açılır sevincli səhərimiz, qələbəni. qələbəni… __ Qələbəni qeyd edir […]
“Dövlət əmi” – müsabiqə üçün yazdığım kiçik hekayə
Salam, dostlar. Bu yazımda sizə kiçik bir hekayə təqdim edirəm. Bu hekayə Vergilər Nazirliyinin təşkil etdiyi “Ən yaxşı sinopsis” müsabiqəsi üçün yazılmış, bu müsabiqəyə təqdim olunmuş və ilk onluğa layiq görülmüşdür. Müsabiqə haqda burdan məlumat əldə edə bilərsiniz. İndi isə keçək hekayəmə: Dövlət əmi Rasim kişi çayını içib ayağa qalxdı. Kiçik nəvəsi Muradı səslədi. Murad […]
Fars dilinin onlayn tədrisi – İsmayıl Əhmədin təqdimatında
Salam, dostlar. Dil bilmək gözəldir. Hər yeni dil öyrənməklə, bu dilin mənsub olduğu xalqın mədəniyyəti, tarixi ilə tanış olmaq imkanı əldə edirsiniz. Azərbaycan dilinə, mədəniyyətinə təsir etmiş dillərdən biri də Fars dilidir. Özümüz də fərqinə varmadan hər gün bu dildən bizim dilə keçmiş sözləri işlətməkdəyik. Dahi Nizamimiz, Şəhriyarımız və bir çox şair və yazıçılaramız da […]
Comments are closed, but trackbacks and pingbacks are open.