Coğrafiyanın tədqiqat metodları
16.Coğrafiya fənni üzrə məzmun standartları
Coğrafiyanın tədrisi metodikası
Dərslikdə coğrafiyanın tədrisi metodikasının nəzəri problemləri, fəal təlimin həyata keçirilməsi, fənn kurikulumunun tətbiqinin aktual məsələləri sistemli şəkildə izah olunur. Kitab tələbə, magistrant və müəllimlər üçün nəzərdə tutulmuşdur.
Əsrimiz intellekt əsridir. Informasiya axını sürətlə yeniləşməkdədir. Bu informasiyadan baş açmaq və öz fəaliyyətini məqsədəuyğun təşkil etmək bacarıqları müasir dövrdə şəxsiyyətin uğur qazanmasının rəhnidir. Insan öz fəaliyyətinin məqsədi, ona çatmağın vasitə və yollarını düzgün müəyyənləşdirmək üçün ətrafında və dünyada baş verən iqtisadi- sosial, siyasi və mədəni hadisə və proseslərdən baş açmağı bacarmalıdır. Fəaliyyət məqsədi aydın olmadıqda informasiya boşluğu insana ondan faydalanmağa imkan vermir. Eyni zamanda informasiya bolluğu insan fəaliyyətinə mənfi təsir göstərir. Əsas məqsəd isə informasiya məkanında sərbəst hərəkət edə bilmək, məqsədyönlü fəaliyyətə yönəltməkdir.
Buradan belə bir pedaqoji zərurət meydana çıxır ki, məktəb şagirdlərə təbiət, cəmiyyət, ətraf aləm haqqında bolluca informasiyalar verməkdən çox bu informasiyalardan baş açmaq, onları təhlil etmək bacarığı verməli, öz zehni fəaliyyətini elmi şəkildə və müstəqil olaraq təşkil etməyə qabil olan intellekt yetişdirməlidir. Bütün bunlar da müvafiq tədris mühitində formalaşmalıdır. Buna görə də məktəbi düşünməyə cəhd göstərmək, onu daha çevik etmək və müasirləşdirmək lazımdır.
Azərbaycan dövlətinin demokratik dövlət quruculuğu yolunda fəaliyyətinin ən vacib istiqamətlərindən biri təhsil islahatıdır. Hazırda respublikamız dərin siyasi, iqtisadi və ictimai dəyişikliklər dövründə yaşayır. Azərbaycanın həyata keçirməli olduğu möhtəşəm məsələlərin həllini yüksək səviyyəli mütəxəssislər və ixtisaslı işçi qüvvəsi olmadan yerinə yetirməyi təsəvvür etmək mümkün deyil. Respublikada təhsil islahatı Azərbaycanın intellektual potensialının qorunmasına və inkişaf etdirilməsinə yönəldilmişdir. Bazar iqtisadiyyatı şəraitində təhsil sistemi dövləti çevik düşünməyə qabiliyyətinə malik olan, beynəlxalq tələblərə cavab verən kadrlarla təmin etməlidir.
Təhsil islahatının əsas istiqamətlərindən biri tədris proqramlarının, təlimin məzmununun və tədris metodikasının yeniləşməsidir. Onlar zamanın tələblərinə uyğun gəlməli, Azərbaycan iqtisadiyyatının inkişaf meyllərini nəzərə almalı və beynəlxalq təcrübəyə əsaslanmalıdır.
Bu mənada coğrafiya fənninin üzərinə mühüm vəzifələr düşür. Coğrafiyanın təlimi şagirdləri təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi haqqında biliklərlə silahlandırır, onlarda bir sıra həyati əhəmiyyətli bilik və bacarıqların formalaşdırılmasına şərait yaradır. Müasir mərhələdə coğrafiyanın tədrisi şagirdlərə bol- bol informasiya verməkdən daha çox həmin informasiyalardan baş açmaq, zehni və əməli fəaliyyətlərini məntiqi, elmi əsaslarla təşkil etmək, cəmiyyətdə öz yerini tapmaq bacarığı ilə silahlandırmalıdır. Tədris prosesində şagirdlər cəmiyyətin həyatında fəal iştirak etməyə hazırlanmalıdırlar. Coğrafiyanın təlimi şagirdlərdə müxtəlif rəylər, baxışlar və konsepsiyaları təhlil etməyi öyrətməli, öz baxışına zidd olan rəylərə hörmətlə yanaşmağa qabil olan şəxsiyyət tərbiyə etməlidir. Bu cür vəzifələrin həll edilməsi coğrafiyanın tədrisi metodikasının da üzərinə düşür.
Müasir dövrdə cəmiyyətin həyatında baş verən ciddi dəyişikliklər ümumtəhsil məktəblərinin də işini xeyli çətinləşdirir, eyni zamanda müəllimin sosial rolunun artmasına, onun peşəkar fəaliyyətinə verilən tələblərin də yüksəlməsinə səbəb olmuşdur.
Coğrafiyanın tədqiqat metodları
Hər bir elm kimi coğrafiya elmidə öz tədqiqat obyektini öyrənərkən müxtəlif tədqiqat metodlarından (üsullarından) istifadə edir. Coğrafi tədqiqatların aparılması üçün ənənəvi və müasir üsullardan istifadə olunur. Bu metodlar təbii və sosial -iqtisadi proseslərin öyrənilməsi,təhlili, proqnozlaşdırılması məqsədilə tətbiq olunur. Ənənəvi və müasir tədqiqat metodları aşağıdakı cədvəldə göstərilmişdir.
Kartoqrafik metod– müxtəlif məzmunlu xəritələrin öyrənilməsi və təhlilinə əsaslanır əsaslanır.
Kartoqrafik tədqiqat metodları – vizual, kartometrik, qrafik və s. təhlillər vasitəsilə həyata keçirilir.
1. Vizual təhlil – müvafiq xəritələrdən ərazinin relyefi, çay şəbəkəsi, iqlim xüsusiyyətləri, bitki və heyvanlar aləminin müxtəlifliyi, əhalinin yerləşməsi, nəqliyyat magistralları və s. haqqında məlumatların əldə edilməsi və onlar arasında əlaqənin müəyyən olunmasıdır. Vizual təhlil zamanı xəritələrdən obyekt, hadisə və proseslərin keyfiyyət və bəzi kəmiyyət (hündürlük, dərinlik və s.) göstəricilərini oxumaq və bir sıra coğrafi qanunauyğunluqları aşkar etmək mümkündür.
2. Kartometrik təhlil – coğrafi koordinatların təyin olunması, hündürlük, uzunluq və sahələrin hesablanması, azimut və istiqamətlərin təyin edilməsi, miqyas və dərəcə toruna əsasən məsafələrin ölçülməsi və digər kəmiyyət göstəricilərinin təhlilidir. Kartometrik təhlil lokal və qlobal xarakterli olur. Məsələn, bir çayın uzunluğunun ölçülməsi lokal, ərazidə olan çayların birgə uzunluğunun hesablanması isə qlobal təhlildir.
3. Qrafik təhlil – xəritələrə əsasən qurulmuş qrafik təsvirlər vasitəsilə aparılan tədqiqatlardır; məsələn, ərazinin profili qrafik təhlil vasitəsilə qurulur.
Tarixi metod– coğrafi obyekt və hadisədə müəyyən tarix ərzində baş verən dəyişikliklər öyrənilir və təhlil edilir. Bu proses aşağıdakı ardıcıllıqla yerinə yetirilir. Təbii obyektin mənşəyi və yaranması→inkişaf mərhələləri→müasir vəziyyəti
Müqayisə metodu– coğrafi obyekt və proseslərin oxşar və fərqli cəhətlərin təhlil edilməsi nəticəsində yeni elmi nəticəyə gəlməyə imkan verir.
Coğrafi modelləşdirmə-Coğrafi obyekt və proseslərin modellərinin hazırlnmasına və öyrənilməsinə əsaslanır. Modellər qrafik və təsviri formada , həmçinin sözlər və simvollar vasitəsilə qurula bilər.
Riyazi-sitatistik metod– Coğrafi obyekt və hadisələri kəmiyyət göstəriciləri və riyazi hesablamar vasitəsilə tədqiq edir. Bunun nəticəsində obyekt və hadisələrin planlaşdırılması və layihələndirilməsi aparılır.
Coğrafi proqnozlaşdırma– Təbii və antropogen təsirlər nəticəsində konkret ərazidə baş verə biləcək dəyişikliklərin əvvəlcədən müəyyənləşdirmək mümkündür. Məsələn su anbarı tikilən zaman orada baş verə biləcək dəyişiklikləri əvvəlcədən müəyyən etmək olar.
Aeorokosmik metod– Aero və kosmik şəkillərdən alınan informasiyalar vasitəsilə xəritələr hazırlanır və coğrafi proseslər öyrənilir.
Geoinformasiya metodu– müasir informasiya texnologiyaları vasitəsilə coğrafi məlumatların toplanması, işlənməsi və rəqəmsal xəritələrin tərtib edilməsidir.
Çöl (ekspedisiya) metodu-Bu metod vasitəsilə bir başa ərazidə aparılan müşahidələr, həmçinin müxtəlif cihazların köməyi ilə toplanan məlumatlar əsasıında bir sıra qanunauyğunluqlar öyrənilir.
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
8 Kasım 2015 Pazar
Coğrafiyanın Tədrisi Metodikası-Doktorontura Sualları
Paylaşıldı 01:14 by Leyla Bayramova
COĞRAFİYANIN TƏDRİSİ METODİKASI (5801.01) İXTİSASI ÜZRƏ
DOKTORANTURAYA QƏBUL İMTAHANININ SUALLARI
1.VII sinif coğrafiya fənninin strukturu və məzmunu
2.Coğrafiyanın tədrisində innovasiyaların tətbiqi imkanları
3.Coğrafiya dərslərində Azərbaycan tarixinə dair biliklərin tədrisi imkanları və yolları
4.Coğrafiyanın tədrisi metodikasının predmeti, vəzifələri, başqa elmlərlə əlaqəsi
5.Coğrafiyanın tədrisi metodikasında ənənəvi və müasirlik
6.Coğrafiya üzrə dərsdənkənar tədbirlərin keçirilməsinə verilən tələblər
7.VI sinif coğrafiya kursunun strukturu
8.Coğrafiyanın tədrisində şagirdlərdə həyati bacarıqların formalaşdırılması
9.“Azərbaycanın landşaftları” mövzusunun coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi xüsusiyyətləri
10.VIII sinif coğrafiya fənninin strukturu və məzmunu
11.IX sinif coğrafiya fənninin məzmunu xüsusiyyətləri
12.“Aqrar-Sənaye Kompleksi” mövzusunun coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi xüsusiyyətləri
13.VIII sinif coğrafiya fənninin strukturu və məzmunu
14.Coğrafiyadan test nümunələrinin hazırlanması metodikası
15.“ Aran-coğrafi rayonu” mövzusunun coğrafiya kursunda yeri, əhəmiyyəti və
tədrisi xüsusiyyətləri
16.Coğrafiya fənni üzrə məzmun standartları
17.Coğrafiyanın tədrisində nəzəriyyə və praktikanın vəhdətinin nəzərə
alınmasının əhəmiyyəti
18.“Azərbaycan Respublikasının əhalisi və əmək ehtiyatları” mövzusunun
coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi xüsusiyyətləri
19.Coğrafiya fənninin təlim-tərbiyə vəzifələri
20.Coğrafiya fənni üzrə təlim strategiyaları
21.“Azərbaycan Respublikasının coğrafi mövqeyi” mövzusunun coğrafiya
kursunda yeri, əhəmiyyəti və tədrisi xüsusiyyətləri
22.Coğrafiyanın tədrisində diyarşünaslıq materiallarından istifadə yolları
23.Coğrafiyanın tədrisinə müasir yanaşmaların tətbiqi imkanları
24.“Türk dünyası- təsərrüfatının ümumi səviyyəsi” mövzusunun coğrafiya
kursunda yeri, əhəmiyyəti və tədrisi xüsusiyyətləri
25.Coğrafiya fənni kurikulumunun səciyyəvi xüsusiyyətləri
26.Ümumtəhsil məktəblərində coğrafiyanın tədrisi təcrübəsinin öyrənilməsi
metodikası
27.“Azərbaycan Respublikasının relyef, geoloji quruluşu” mövzusunun
coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi xüsusiyyətləri
28.Coğrafiya dərslərində müəllim-şagird münasibətləri
29.Azərbaycanın müstəqilliyi illərində coğrafiyanın tədrisində məzmun
dəyişiklikləri
30.“Azərbaycanın xarici iqtisadi əlaqələri” mövzusunun coğrafiya kursunda
yeri, əhəmiyyəti və tədrisi xüsusiyyətləri
31.X sinif coğrafiya fənninin strukturu və məzmunu
32.Coğrafiyanın Azərbaycan iqtisadiyyatı ilə əlaqəli tədrisi imkanları və yolları
33.“Xəzər dənizi” mövzusunun coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi
xüsusiyyətləri
34.Coğrafiya fənninin məzmun standartları
35.XI sinif coğrafiya fənninin strukturu, məzmunu
36.“Təbiətin mühafizəsi” mövzusunun coğrafiya kursunda yeri, əhəmiyyəti və
tədrisi xüsusiyyətləri
37.Coğrafiya fənni üzrə məzmun xətləri
38.“Yerin forması və ölçüləri” mövzusunun coğrafiya kursunda yeri,
əhəmiyyəti və tədrisi xüsusiyyətləri
39.“Azərbaycan Respublikasının iqlimi” mövzusunun coğrafiya kursunda yeri,
əhəmiyyəti və tədrisi xüsusiyyətləri
40.Coğrafiyanın tədrisində xəritələrlə işin təşkili metodikası
41.Coğrafiya fənni metodbirləşməsinin fəaliyyətinə verilən tələblər
42.“Azərbaycan Respublikasının fiziki coğrafi rayonlaşdırılması” mövzusunun
coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi xüsusiyyətləri
43.Coğrafiya tədrisində praktik metodlardan istifadənin rolu və əhəmiyyəti
44.“Saat qurşaqları ” mövzusunun coğrafiya kursunda yeri, əhəmiyyəti və
tədrisi xüsusiyyətləri
45.“Naxçıvan iqtisadi rayonu” mövzusunun coğrafiya kursunda yeri,
əhəmiyyəti və tədrisi xüsusiyyətləri
46.Coğrafiyanın tədrisində əyanilik prinsipinin tətbiqi imkanları
47.Coğrafiya tədrisində şagirdlərdə idrak bacarıqlarının formalaşdırılması
48.“Böyük Qafqaz coğrafi rayonu” mövzusunun coğrafiya kursunda yeri,
əhəmiyyəti və tədrisi xüsusiyyətləri
49.Coğrafiyanın təlimində əyani təlim metodları
50.Coğrafiyanın tədrisi metodikası üzrə Azərbaycan alimləri və onların
tədqiqatları
51.“Azərbaycan Respublikasının iqtisadi rayonları” mövzusunun coğrafiya
kursunda yeri, əhəmiyyəti və tədrisi xüsusiyyətləri
52.Coğrafiyanın tədrisində müasir yanaşmalardan istifadə imkanları
53.Coğrafiyanın təlimində interaktiv metodlardan istifadənin yeri və rolu
54.“Azərbaycan Respublikasınin təbii şəraiti və təbii ehtiyatlar” mövzusunun
coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi xüsusiyyətləri
55.Azərbaycanda coğrafiya tədrisi metodikası elminin tarixi
56.Coğrafiya dərslərində qruplar və cütlərlə işin təşkili mexanizmi
57.“Hidrosfer” mövzusunun coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi
xüsusiyyətləri
58.Coğrafiyanın digər fənlərlə əlaqəli tədrisi imkanları
59.“Plan və xəritə” mövzusunun coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi
xüsusiyyətləri
60.“Türk dünyası ərazisinin təbii şəraiti” mövzusunun coğrafiya kursunda yeri,
əhəmiyyəti və tədrisi xüsusiyyətləri
61.Coğrafiyanın tədrisində şagirdlərin müstəqil işinin məzmunu xüsusiyyətləri
62.“Yerin daxili quruluşu, relyef” mövzusunun coğrafiya kursunda yeri,
əhəmiyyəti və tədrisi xüsusiyyətləri
63.“Lənkəran və iqtisadi-coğrafi rayonu” mövzusunun coğrafiya kursunda yeri,
əhəmiyyəti və tədrisi xüsusiyyətlə
64.Coğrafiya dərslərində şagirdlərdə anlayışların formalaşdırılması metodikası
65.Coğrafiya müəlliminin peşə səriştəliyinə verilən tələblər
66.Materik və qitə anlayışı. “Yer kürəsinin materikləri” mövzusunun coğrafiya
kursunda yeri, əhəmiyyəti və tədrisi xüsusiyyətləri
67.Şagirdlərin coğrafi biliklərinin qiymətləndirilməsi meyarları
68.Coğrafiyanım tədrisində fəndaxili əlaqələrdən istifadə texnologiyası
69.“Azərbaycan Respublikasının iqtisadi coğrafi mövqeyi” mövzusunun
coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi xüsusiyyətləri
70.Coğrafiya tədrisində şagirdlərdə coğrafi-iqtisadi təsəvvürlərin
formalaşdırılması metodikası
71.Coğrafiya dərslərinin tipləri və mərhələləri
72.“Atmosfer” mövzusunun coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi
xüsusiyyətləri
73.Coğrafiyanın tədrisində şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması
74.Coğrafiya kabinetinin təşkili prinsipləri
75.Coğrafiya dərslərində kiçik qruplarla və cütlüklərlə işin təşkili metodikası
76.Azərbaycan Respublikasının təsərrüfat sahələrinin coğrafiyası
77.“Biosfer və coğrafi təbəqə” mövzusunun coğrafiya kursunda yeri,
əhəmiyyəti və tədrisi xüsusiyyətləri
78.Coğrafiya dərslərinə verilən elmi-pedaqoji tələblər
79.Coğrafiya dərslərində beyin həmləsi və debat metodundan istifadə
80.Coğrafiya dərslərinin tərbiyəvi imkanları
81.Coğrafiyanın tədrisi metodikasının vəzifələri
82.Coğrafiya dərslərində ekoloji məsələlərin tədrisi metodikası
83.Coğrafiyanın tədrisinə müasir yanaşmaların tətbiqi imkanları
84.“Okeanlar” mövzusunun coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi
xüsusiyyətləri
85.Coğrafiyanın tədrisində fəndaxili və fənlərarası əlaqələrdən istifadənin rolu
və əhəmiyyəti
86. Coğrafiyadan tədris ekskursiyaları
87.“Azərbaycan Respublikasının təbii şəraiti və təbii ehtiyatları” mövzusunun
coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi xüsusiyyətləri
88.Coğrafiya fənninin digər fənlərlə əlaqəli tədrisi imkanları
89.“Saat qurşaqları” mövzusunun coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi
xüsusiyyətləri
90.“Xəzər dənizi” mövzusunun coğrafiya kursunda yeri, əhəmiyyəti və tədrisi
xüsusiyyətləri
Tərtib edən: p.e.d. İ.H.Cəbrayılov
Comments are closed, but trackbacks and pingbacks are open.