Press "Enter" to skip to content

Coğrafiyanın tədrisi metodikası eldar nəzərov

2015-2019-cu illərdə kafedra əməkdaşları tərəfindən 5 monoqrafiya, 5 metodik vəsait, 350-dən çox elmi məqalə və tezis çap etdirilib.

Cəfərova Nabat. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə

Dərslik ibtidai siniflərdə Azərbaycan dilinin tədrisinə, savad təliminin nəzəri və praktik problemlərinə həsr edilmişdir. Dərslikdə ibtidai siniflərdə savad təliminin mahiyyəti, əhəmiyyəti, məqsədi və vəzifələri açıqlanmış, problemin pedaqoji, psixoloji və linqvistik aspekti araşdırılmış, kurikulum tələbləri baxımından yeni yanaşmalar, savad təlimi dövrünə dair dərs nümunələri öz əksini tapmışdır. Fəal təlim prinsiplərinə istinad edən yeni metodların, interaktiv texnikaların tətbiqi ön plana çəkilmiş, həmçinin oxu və yazı təlimi məsələləri şərh edilmişdir. Dərslikdə ibtidai siniflərdə savad təliminin məzmunu və metodik sistemi verilmiş, I siniflərdə – Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) nun (I-IV siniflər) məktəb təcrübəsindəki nəticələri izlənilmişdir. Dərslik ibtidai təlim üzrə bakalavr, magistr, ibtidai sinif müəllimləri və tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

  • Sign up or login using form at top of the page to download this file.
  • Sign up

Coğrafiyanın tədrisi metodikası eldar nəzərov

Coğrafiya fakültəsinin strukturuna daxil olan ən gənc kafedra kimi 2007-ci ilin mart ayında yaradılmış və kafedra müdiri vəzifəsinə prof. Vüsət Əmir oğlu Əfəndiyev seçilmişdir.O, 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir.1985-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2007-ci ildə professor elmi adı almışdır.

Professor V.Ə.Əfəndiyev sosial-iqtisadi və siyasi coğrafiya sahəsində tanınmış alimdir. Onun elmi-tədqiqatlarının əsas istiqaməti urbanizasiyanın inkişaf qanunauyğunluqları, nizamlanması, mürəkkəb şəhər mühitinin anatomiyası, potensial imkanları və proqnozlaşdırılmasıdır.Professor V.Ə.Əfəndiyev 2009-cu ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür və “Qabaqcıl Təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

2019-cu ilin mart-iyul aylarında kafedraya prof. İsmayılov Çingiz Niyaz oğlu rəhbərlik etmişdir.O,1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsində təhsil almışdır.1983-cü ildə “Azərbaycanda neft-qazkimya kompleksinin coğrafi problemləri”mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir.2004-cü ildə “Xəzəryanı regionda neftqazkimya kompleksinin ərazi təşkilinin əsas problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 2010-cu ildə professor elmi adı almışdır.

2019-cu ilin iyul ayında dos. Nağıyev Saleh Qasım oğlu “Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası” kafedrasının müdiri vəzifəsinə seçilmişdir.1973-cü ildə Lenin adına APİ-ni,1980-1984-cü illərdə Cersten adına Lelinqrad Dövlət Pedaqoji institutunun aspirantura şöbəsini,1987-ci ildə A.Jdanov adına Leninqrad Dövlət Universitetində coğrafiya elmləri namizədlik dissertasiyası müdafiə edib,1989-cu ildə N.Vozisenski adına Leninqrad Dövlət Maliyyə -İqtisadi İnstitutuna daxil olub və 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Dosent Nağıyev Saleh Qasım oğlu 140-dan çox elmi məqalələrin müəllifi,30-dan çox dərs programlarının,2 monoqrafiyanın,Azərbaycanda ilk dəfə azərbaycan və rus dillərində yazılan “Əhali coğrafiyası”,”Geourbanistika” və “Azərbaycan iqtisadi və sosial coğrafiyası” dərsliklərinin azərbaycan və rus dillərində,”Əhali coğrafiyası” praktiumunun müəllifidir.

Dosent Nağıyev Saleh Qasım oğlu “Azərbaycanın əhalisinin iqtisadi-coğrafi problemləri” mövzusunda yazdığı doktorluq işi müdafiəyə hazırdır.

Kafedranın əsas elmi istiqaməti müasir dövrdə Azərbaycanın kiçik və orta şəhərlərində yaranmış problemlərin inkişaf xüsusiyyətləri və tənzimlənməsi yollarıdır. Əhali məskunlaşması və miqrasiya problemləri, Torpaqların mənşəyi və coğrafi yayılması, Coğrafiyanın tədrisi metodikası, Xidmət sahələrinin coğrafiyası, Azərbaycanın şəhərlərinin iqtisadi-coğrafi problemləri, Əhali məskunlaşması problemi sahəsində tədqiqatlar aparılır.

Kafedra Lomonosov adına Moskva Dövlət Universiteti,Sankt-Peterburq Dövlət Universiteti,Kiyev Dövlət Universiteti,Baltika Federal Universiteti,Ruminyanın Konstansiya Universiteti, Türkiyə və İran İslam Respublikasının bir sıra ali məktəbləri və elmi mərkəzləri ilə ənənəvi əlaqə yaradıb, elmi kadr hazırlığı, təcrübə mübadiləsi və s. istiqamətlərdə birgə iş aparır.

2015-2019-cu illərdə kafedra əməkdaşları tərəfindən 5 monoqrafiya, 5 metodik vəsait, 350-dən çox elmi məqalə və tezis çap etdirilib.

Kafedra bakalavriatura pilləsində coğrafiya və coğrafiya müəllimliyi ixtisasları, magistratura pilləsində Azərbaycanın fiziki coğrafiyası,Azərbaycan və onunla qonşu ölkələrin sosial-iqtisadi coğrafiyası və Coğrafiyanın tədrisi metodikası və metodologiyası ixtisasları üzrə fəaliyyət göstərir.

Bakı Dövlət Universiteti © 2009

Məktəb coğrafiyası və onun tədrisi metodikasının qısa tarixi.

XVIII əsrin başlanğıcında Rusiya məktəb coğrafiyasının yaranması.

XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində rusiyada məktəb cografiyası və onun tədrisi metodikası.K.D.Uşinski,N.V.Qoqolun coğrafiyanın tədrisinə dair fikirləri. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda məktəb coğrafiyası.Qafur Rəşid Mirzəzadənin elmi-metodik fəaliyyəti.
1920-30-cu illərdə Rusiyada və Azərbaycanda məktəb coğrafiyasının vəziyyəti.Abbas Quluyev,Bağır Axundov,İbrahim İbrahimbəyli,Hadı Əliyev,Qasım Gül,Ənvər Şıxlinski,Osman Osmanov və başqalarının Azərbaycanda məktəb coğrafiyasının inkişafinda rolu.Azərbaycanda coğrafiyanın tədrisi metodikasının M.Ə.Zülfüqarov və onun davamçıları tərəfindən inkişaf etdirilməsi.Azərbaycan Respublikası coğrafiyasına dair məktəb kursunun yaradılması.
1992-ci ildən başlayaraq yeni coğrafiya proqramları,dərslikləri,coğrafiya xəritələri,metodik vəsaitlərin yaradılması üzrə aparılan işlər.Coğrafiya olimpiadaları və bunların məktəb coğrafiyasında əhəmiyyəti.

Azərbaycan Respublikasında məktəb coğrafiyasının vəzifələri,məzmunu və strukturu.
“Coğrafiya elminin əsasları” və “Məktəbdə coğrafiya fənni” anlayışlarının ümumi fərqli cəhətləri.
Məktəb coğrafiya fənninin yaradılmasında nəzərə alınan başlıca şərtlər.Məktəb coğrafiyasının ümumtəhsil və tərbiyəvi vəzifələri: şagirdlərin coğrafi bilik və bacarıqları silahlandırılması, şagirdlərin elmi dünyagörüşünün formalaşmasında məktəb coğrafiyasının rolu.Vətənpərvərlik, beynəlmiləlçilik, təbitə və xalqın maddi sərvətlərinə qayğı göstərmək , ölkəmizin müdafiəsinə hazır olmaq, əməyə məhəbbət kimi keyfiyyətlərin formalaşmasında məktəb coğrafiyasının əhəmiyyəti.
Coğrafiya elminin inkişaf perspektivləri və praktik əhəmiyyəti ilə şagirdlərin tanış edilməsinin zəruriliyi.
Proqram və dərsliklər məktəb coğrafiyasının məzmunu və strukturunu əks etdirən əsas mənbələrdir.Proqramın tərtibində nəzərə alınan başlıca prinsiplər.Təlimin məzmununda vaxtaşırı edilən dəyişikliklərin səbəbləri.”Dərslik” və “dərs vəsaiti” anlayışları.Coğrafiya dərsliyinə verilən elmi-pedaqoji və metodik tələblər, bu baxımdan istifadədə olan dərsliklərin təhlili.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

Published by minfakt

AMİ Zaqatala filialının tarix-coğrafiya fakültəsində oxuyur. minfakt tərəfindən yazılmış bütün yazılara bax

İyun 22, 2012

Cavab qoy Cavabı ləğv et

axtar

kateqoriya

  • AMİ Zaqatala filialı
  • Ana dili
  • Ümumi
  • Bürclər
  • Cebr
  • Coğrafiya
    • Azərbaycan coğrafiyası
    • Coğrafiyanın tədrisi metodikası
    • Landşaftşünaslıq
    • Materiklər coğrafiyası
    • Meteorologiya
    • Okeanların fiziki coğrafiyası
    • Regionların soial-iqtisadi coğrafiyası
    • Toponimika
    • Yerşünaslıq
    • İqtisadi coğrafiya
    • Artistlər
    • Bilirsinizmi .
    • Mahnı sözləri
    • Şəxsiyyətlər
    • Arxeologiya
    • Asiya tarixi
    • Azərbaycan tarixi
    • Konstitusiya
    • Mənbəşünaslıq
    • Qafqaz xalqlarının tarixi
    • Türk xalqlarının tarixi

Comments are closed, but trackbacks and pingbacks are open.