Covşən kəbir duasi
*** Rükn Kəbə evinin tininə deyilir. Məqam – həzrət İbrahimin (ə) ayaq izlərinin həkk olduğu və Kəbənin yanında yerləşən daşdır. Məşər (yaxud Müzdəlifə) – Məkkə yaxınlığında yerləşən və hacıların Qurban bayramı gecəsi qaldığı bir dərədir. Müqəddəs məscid isə, Kəbə evinin yerləşdiyi Məscidül-hərəmdir.
COVŞƏN KƏBIR DUASI
Bəzi rəvayətlərdə gəlib ki, bu əzəmətli duanı mübarək Ramazan ayının gecələrində oxumaq müstəhəbdir. Onun məcmusu 100 fəsildən ibarətdir. Hər fəsli isə Allah-Taalanın 10 adına şamildir. Hər fəslin axırında bunu demək lazımdır:
“Sübhanəkə ya la ilahə illa ənt, əl ğovs, əl-ğovs, xəllisna minən-nari, ya Rəbb
Tərcüməsi: Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey O Kəs ki, Səndən başqa bir məbud yoxdur, bizə kömək et, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb!
1. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Allah (bütün kamal və camal sifətlərini Özündə cəm edən Vacibül-vücud Zatən qəni olan varlıq), ey Rəhman (rəhməti həddindən artıq olan, rəhməti həm möminə, həm də kafirə şamil olan), ey Rəhim (rəhməti sabit olan, kəsilməyən), ey Kərim (ehsan və nemət sahibi), ey Müqim, ey Əzim (əzəmətli), ey Qədim (əzəli, heç vaxt zavala uğramayan varlıq, vücudu üçün başlanğıc olmayan), ey Əlim (sonsuz elmli), ey Həlim (qəzəbinin Onu təhrik etmədiyi Kəs), ey Həkim (hakim, hikmət üzündən iş görən) Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey o Kəs ki, Səndən başqa heç bir məbud yoxdur, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb)!
2. Ey seyyidlərin ağası, ey duaları qəbul edən, ey dərəcələri yüksəldən, ey yaxşılıqları sevən, ey xətaları bağışlayan, ey istəyənlərə əta edən, ey tövbələri qəbul edən, ey səsləri eşidən, ey məxfi şeyləri bilən, ey bəlaları dəf edən!
3. Ey bağışlayanların ən yaxşısı, ey fəth edənlərin ən yaxşısı, ey kömək edənlərin ən yaxşısı, ey hakimlərin ən yaxşısı, ey ruzi verənlərin ən yaxşısı, ey varislərin ən yaxşısı, ey həmd (tərif) edənlərin ən yaxşısı, ey zikr edənlərin ən yaxşısı, ey nazil edənlərin ən yaxşısı, ey ehsan edənlərin ən yaxşısı!
4. Ey O Kəs ki, yalnız Sənin üçündür izzət və cəmal, ey O Kəs ki, yalnız Sənin üçündür qüdrət və kamal, ey O Kəs ki, yalnız Sənin üçündür mülk (səltənət) və cəlal, ey Kəbir və Mütəal, ey ağır buludları vücuda gətirən, ey intiqamı (tədbir, əzab və qüdrəti) şiddətli olan, ey hesablara çox sürətlə yetişən, ey cəzası şiddətli olan kəs, ey O Kəs ki, gözəl savablar Sənin yanındadır, ey O Kəs ki, Ümmül-kitab Sənin yanındadır!
5. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Hənnan (Ondan üz çevirənləri qəbul edən, rəhmət sahibi), ey Mənnan (bir şeyi istəməzdən qabaq əta etməyə başlayan), ey Dəyyan (qəhhar, məxluqatı Öz itaətinə vadar edən), ey Bürhan, ey Sultan, ey Rizvan, ey Ğüfran (məğfirət sahibi, tövbə edən bəndənin günahını silib yerinə savab yazan), ey Sübhan (hər bir eyb və nöqsandan pak və münəzzəh), ey Müstəan (kömək istənilən), ey nemət və bəyan sahibi!
6. Ey O Kəs ki, hər şey Sənin əzəmətin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin qüdrətin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin izzət və şövkətinin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin heybətindən xazedir, ey O Kəs ki, hər şey Sənin xəşyətin müqabilində zəlildir, ey O Kəs ki, dağlar Sənin qorxundan parçalanır, ey O Kəs ki, asimanlar Sənin əmrinlə bərqərardır, ey O Kəs ki, yerlər Sənin iznin ilə müstəqərdir (sabit, qərarlaşmış), ey O Kəs ki, şimşək həmd ilə Sənə təsbih deyir, ey O Kəs ki, Öz məmləkətinin əhalisinə (Öz bəndələrinə) zülm etməz!
7. Ey xətaları bağışlayan, ey möhnəti (qəm-qüssəni) dağıdan, ümidlərin sonu, ey ətaları böyük (vüsətli) olan, ey hədiyyələri bəxşiş edən, ey məxluqata ruzi verən, ey arzuları yerinə yetirən, ey şikayətləri eşidən, ey məxluqatı dirildən, ey əsirləri azad edən!
8. Ey həmd və səna sahibi, ey fəxr və əzəmət sahibi, ey məcd və rəfət (uca məqam) sahibi, ey əhd və vəfa sahibi, ey əfv və riza (razılıq) sahibi, ey minnət (nemət) və əta sahibi, ey fəzl və fərman sahibi, ey izzət və əbədiyyət sahibi, ey ehsan və səxavət sahibi, ey zahiri və batini nemətlər sahibi!
9. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mane (övliyaullahları qoruyan, onlara kömək edən, yaxud məhrum olmağa layiq olanları məhrum edən), ey Dafe (möminlərdən bəlaları dəf edən), ey Rafe (möminlərə səadət, övliyaullahlara təqərrüb bəxş etməklə dərəcələrini yüksəldən), ey Sane (kainatı ixtira edən), ey Nafe (istədiyi layiqli bəndələrə xeyir yetirən), ey Same (eşidən), ey Came (cəm edən), ey Şafe (şəfaətçi), ey Vase (istənilən şeylərdən daha geniş əta edən, qəniliyi bütün fəqirlərə, ruzisi və rəhməti bütün məxluqata şamil olan), ey Müin (köməkçi)!
10. Ey hər şeyin yaradanı (Faili), ey bütün məxluqatın xəlq edəni, ey bütün ruzi verilənlərin ruzi verəni, ey bütün mülkiyyətdə olanların maliki (sahibi), ey bütün qəm-qüssə və çətinlikdə olanların qəm-qüssələrini dağıdan, ey bütün müsibət görənlərin qəmini dağıdan, ey bütün mərhumlara rəhm edən, ey bütün köməksizlərə kömək edən, ey bütün eyblilərin eybini örtən, ey bütün qovulmuşların pənahı!
11. Ey çətinliklərdəki zəxirəm (ehtiyatım), ey müsibətlərdəki ümidim, ey vəhşətlərdəki munisim, ey qürbətdəki yoldaşım, ey nemət sahibim, ey qəmli halımdakı dadıma yetənim, ey sərgərdan qaldığım vaxt yol göstərənim, ey fəqirlik (ehtiyac) çağında məni qəni edən, ey iztirar çağında mənim pənahım, ey qorxu halında mənim kömək edənim!
12. Ey qeybləri bilən, ey günahkarları bağışlayan, ey eybləri örtən, ey qəm-qüssəni dağıdan, ey qəlbləri (mənəvi cəhətdən) halbahal edən, ey qəlblərin təbibi, ey qəlbləri nurlandıran, ey qəlblərlə üns tutan, ey qüssələri dağıdan, ey qəmləri aradan aparan.
13. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Cəlil (sifətlərində kamil), ey Cəmil (felləri gözəl, vəsfləri kamil), ey Vəkil (kifayət edən, hər bir işdə bəndələrini hifz edib zərəri dəf edən), ey Kəfil (zamin), ey Dəlil (düz yol göstərən), ey Qəbil, ey Müdil (qələbə və nüsrətə yetirən), ey Münil (əta edən), ey Müqil (xətadan keçən), ey Mühil (çarə, tədbir edən)!
14. Ey sərgərdan qalanların yol göstərəni, ey fəryad edənlərin fəryadına yetən, ey imdada çağıranların imdadına yetişən, ey pənah istəyənlərə pənah verən, ey qorxanlara əmin-amanlıq verən, ey möminlərin köməyi, ey miskinlərə rəhm edən, ey asilərin (günahkar bəndələrin) pənahgahı, ey günhakarları bağışlayan, ey çarəsizlərin duasını qəbul edən!
15. Ey ehsan və cud (bəxşiş) sahibi, ey fəzl və nemət sahibi, ey əmin-amanlıq sahibi, ey qüds (paklıq, müqəddəslik) və sübhan (münəzzəhlik) sahibi, ey hikmət və bəyan sahibi, ey rəhmət və rizvan sahibi (razılığın yüksək dərəcəsi), ey höccət və bürhan sahibi, ey əzəmət və səltənət sahibi, ey rəfət və kömək sahibi, ey əfv və ğüfran sahibi!
16. Ey hər şeyin Rəbbi (təkamülə doğru hidayət edəni), ey hər şeyin məbudu, ey hər şeyin xaliqi, ey hər şeyin icad edəni, ey hər şeydən əvvəl olan, ey hər şeydən sonra qalan, ey hər şeyin fövqündə olan, ey hər şeyə alim olan Kəs, ey hər bir şeyə qadir olan Kəs, ey O Kəs ki, hər şey fani olar və Sən qalarsan!
17. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mömin (əmin-amanlıq bəxş edən), ey Mühəymin (məxluqun əməllərinə, əcəllərinə və ruzilərinə nəzarət edən), ey Mükəvvin (vücuda gətirən), ey Müləqqin (başa salan), ey Mübəyyin (bəyan edən), ey Mühəvvin (asanlaşdıran), ey Müməkkin (səltənət bəxş edən, sabitqədəm edən), ey Müzəyyin (zinət verən, gözəlləşdirən), ey Mülin (izhar edən), ey Müqəssim!
18. Ey Öz mülkündə müqim (nəzarətçi) olan, ey Öz səltənətində əzəli olan, ey Öz cəlalında əzim olan, ey Öz bəndələrinə rəhimli olan, ey hər bir şeyə əlim (elmli) olan, ey Ona qarşı məsiyət edənlərə həlim olan, ey Ona ümid bağlayanlara kərim olan, ey Öz məxluqunda həkim (hikmətli), ey Öz hikmətində lətif, ey Öz lütfündə qədim (əzəli) olan!
19. Ey O Kəs ki, yalnız fəzlinə ümid dikilər, ey O Kəs ki, yalnız əfvi istənilər, ey O Kəs ki, yalnız yaxşılığına ehsanına göz dikilər, ey O Kəs ki, yalnız ədalətindən qorxarlar, ey O Kəs ki, mülkündən başqa heç nə davamlı deyil, ey o Kəs ki, Sənin səltənətindən başqa heç bir səltənət yoxdur, ey rəhməti hər şeyi əhatə edən, ey rəhməti qəzəbini qabaqlayan, ey elmi hər bir şeyi əhatə edən, ey misli bərabəri olmayan Kəs!
20. Ey qüssələri dağıdan, ey qəmlilərin qəmini açan (sevinc bəxş edən), ey günahları bağışlayan, ey tövbələri qəbul edən, ey məxuluqun xaliqi, ey vədəsinə sadiq olan, ey əhdinə vəfa edən, ey sirrlərə alim olan, ey çərdəyi yaran, ey camaata ruzi verən!
21. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əliyy (vəsf edənlərin vəsfinin, ariflərin elminin Onu əhatə edə bilmədiyi), ey Vəfiyy (əhdinə vəfalı qalan), ey Ğəniyy (zatən qəni və ehtiyacsız olan, bütün məxluqatın Ona ehtiyaclı olduğu), ey Məliyy (möhlət verən), ey Həfiyy (köməkçi və xeyirxah), ey Rəziyy (əmrinə itaət edib nəhyindən çəkinən bəndədən razı olan), ey Zəkiyy, ey Bədiyy, ey Qəviyy, ey Vəliyy (dost, ixtiyar sahibi, mövla)!
22. Ey gözəlliyi aşkar (zahir) edən, ey pislikləri örtən (pərdələyən), ey bəndələrini günah və cinayətlərinə görə tənbih etməyən və pərdələri yırtmayan, ey əfvi böyük olan, ey bağışlaması gözəl olan, ey məğfirəti geniş olan, ey rəhmət əllərini açan, ey gizli münacatlarla həmrah olan, ey bütün şikayətlərin qayıtdığı yer!
23. Ey sabiq nemət sahibi, ey vüsətli rəhmət sahibi, ey sabiq minnət sahibi, ey son dərəcə təkidli hikmət sahibi, ey kamil qüdrət sahibi, ey (haqla batili ayıran) qəti höccət sahibi, ey zahir olan kəramət sahibi, ey daimi izzət sahibi, ey mətin qüvvə sahibi, ey nüsrətli əzəmət sahibi!
24. Ey asimanları vücuda gətirən, ey zülmətləri qərar verən, ey qəlbdən ağlayanlara rəhm edən, ey xətalardan keçən, ey pislikləri, eybləri örtən, ey ölüləri dirildən, ey ayələri nazil edən, ey həsənatı qat-qat artıran, ey pis əməlləri məhv edən, ey cəzası şiddətli olan!
25. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müsəvvir (məxluqata surət verən), ey Müqəddir (qəzavü-qədəri müqəddər edən), ey Müdəbbir (tədbir edən), ey Mütəhhir (pak edən), ey Münəvvir (başqalarına nur verən, nurlandıran), ey Müyəssir (asan edən), ey Mübəşşir (müjdə verən), ey Münzir (qorxudan), ey Müqəddim (bəndələrdən istədiyini hikmət əsasında Öz rəhmətinə müvəffəq olmaqda qabağa salan), ey Müəxxir (bəndələrdən istədiyi kəsi hikmət əsasında zəlil edib rəhmətindən axıra salan)!
26. Ey Beytül-həramın (hörmətli evin) Rəbbi, ey Şəhrül-həramın (hörmətli ayın) Rəbbi, ey hörmətli vilayətin Rəbbi, ey Rükn və Məqamın Rəbbi, ey Məşəri-həramın Rəbbi, ey Məscidül-həramın Rəbbi, ey halal və haramın Rəbbi, ey nur və qaranlığın Rəbbi, ey təhiyyət və salamın Rəbbi, ey məxluqatda qüdrətin Rəbbi!
27. Ey hakimlərin ən yaxşı hökm edəni, ey ədalətlilərin ən ədalətlisi, ey doğruçuların ən doğruçusu, ey pakların ən pakı, ey xəlq edənlərin ən gözəli, ey hesab çəkənlərin ən sürətlisi, ey eşidənlərin ən yaxşı eşidəni, ey nəzər edənlərin ən bəsirətlisi, ey şəfa verənlərin ən yaxşı şəfa verəni, ey kəramətlilərin ən kəramətlisi!
28. Ey arxası olmayanların arxası, ey istinad yeri olmayanların istinad yeri, ey zəxirəsi olmayanların zəxirəsi, ey heç bir möhkəm pənahgahı olmayanların möhkəm pənahgahı, ey heç bir fəryada çatanı olmayanların fəryada çatanı, ey heç bir fəxri olmayanların fəxri, ey heç bir izzəti olmayanların izzəti, ey heç bir köməkçisi olmayanların köməkçisi, ey heç bir munisi olmayanların munisi, ey heç bir aman verəni olmayanların aman verəni!
29. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Asim (bəndələri günahlardan, pisliklərdən hifz edib çəkindirən), ey Qaim (hər şeyə nəzarət edən, Öz zatı əsasında mövcud olan, hər bir nəfsə nəzarət edən), ey Daim (həmişəlik varlıq), ey Rahim (rəhm edən), ey Salim (sağlamlıq bəxş edən), ey Hakim (hikmətli, hökm edən), ey Alim, ey Qasim (bəndələrin işlərini bölüşdürən, yaxud onların nəsiblərini verən), ey Qabiz (hikmət əsasında bəzi bəndələri ruzidən məhrum edən), ey Basit (Öz rəhmət və bəxşişi ilə bəndələrinə ruzi müqəddər və vüsətli edən)!
30. Ey ismət (günahdan amanda qalmaq) istəyənlərə ismət bəxş edən, ey rəhmət istəyənlərə rəhm edən, ey məğfirət istəyənləri bağışlayan, ey kömək istəyənlərə kömək edən, ey hifz olunmaq istəyənləri hifz edən, ey ikram olunmaq istəyənlərə ikram edən, ey (təkamül üçün) yol istəyənlərə yol göstərən (Mürşid), ey fəryadına çatmasını istəyənlərin fəryadına yetən, ey kömək istəyənlərin köməyi, ey dadına yetişmək istəyənlərin dadına yetişən!
31. Ey zülm olunmayan Əziz (izzət sahibi), ey lütfü əbədi olan Lətif, ey yatmayan Qəyyum, ey fövtə getməyən Daim, ey ölməyən Həyy, ey səltənəti zavala uğramayan Məlik, ey fani olmayan Baqi, ey cəhalətin yol tapmadığı Alim, ey təam verilməyən Səməd, ey zəifləməyən Qəviyy!
32. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əhəd (zülmətin yol olmadığı nur, cəhalətin yolu olmayan elm), ey Vahid (vücud, əql və dərkdə təcəzzi (hissə-hissə olma) və təkəssürün (çoxluğun) səhih olmadığı, hər bir cəhətdən vahid, yeganə), ey Şahid (bütün işlərə nəzarət edən), ey Macid (kərəm və izzət sahibi), ey Hamid (təşəkkür edən), ey Raşid (bəndələri (məxluqları) onların Öz mənfəətli işlərinə hidayət edib yol göstərən), ey Bais (ölüləri dirildən), ey Varis (məxluqatdan irs aparıb təkcə Özü qalan), ey Zarr (xeyir üçün layiq olmayan bəndələrə zərər yetirən), ey Nafe (istədiyi layiqli bəndələrə xeyir yetirən)!
33. Ey bütün əzimlərdən ən əzəmətli, ey bütün kərimlərdən ən kərim, ey bütün rəhimlilərdən ən rəhimli, ey bütün alimlərdən ən elmli, ey bütün həkimlərdən ən həkim, ey bütün qədimlərdən ən qədim (əzəli), ey bütün kəbirlərdən ən böyük, ey bütün lətiflərdən ən lətif, ey bütün cəlillərdən ən cəlil, ey bütün əzizlərdən ən əziz!
34. Ey bağışlaması kərim olan, ey minnəti (neməti) böyük olan, ey xeyri çox olan, ey fəzli qədim (əzəli) olan, ey lütfü daim olan, ey xilqəti lətif olan, ey qəm-qüssəni dağıdan, ey bəd-hallığı, süst hallığı aradan qaldıran, ey mülkün maliki (sahibi), ey haqqın qazisi!
35. Ey Öz əhdində vəfalı olan, ey Öz vəfasında qəviyy (qüvvəli) olan, ey Öz qüvvəsində əliyy (uca məqamlı) olan, ey Öz uca məqamında qərib (yaxın), ey Öz qürbündə (yaxınlığında) lətif, ey Öz lütfündə şərif, ey Öz şərəfində əziz, ey Öz izzətində əzim, ey Öz əzəmətində məcid, ey Öz məcdində həmid (bəyənilən həmd olunan)!
36. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Kafi, ey Şafi, ey Vafi, ey Müafi (əziyyət və xəstəlikdən qoruyan), ey Hadi (hidayət edən), ey Dai (dəvət edən), ey Qazi, ey Razi (əmrini icra edən bəndələridən razı olan), ey Ali, ey Baqi!
37. Ey O kəs ki, bütün varlıqlar Sənin müqabilində xazedir, ey o Kəs ki, bütün varlıqlar Sənin müqabilində xaşedir, ey O Kəs ki, bütün varlıqlar Sənin üçün yaranıb, ey o Kəs ki, bütün şeylər Sənin vasitənlə mövcud olur, ey O Kəs ki, bütün varlıqlar Sənə tərəf qayıdır, ey O Kəs ki, bütün varlıqlar Səndən (əzəmətindən) qorxur, ey O Kəs ki, bütün varlıqlar Sənin səbəbinlə dayanıqlıdır, ey O Kəs ki, bütün varlıqlar Sənə tərəf qayıdır, ey O Kəs ki, bütün varlıqlar həmdinlə Sənə, təsbih deyir, ey O Kəs ki, Sənin vəchindən başqa bütün varlıqlar həlak (məhv) olur.
38. Ey O Kəs ki, Səndən başqa yerə qaçış yeri yoxdur, ey O Kəs ki, Səndən başqa kəsə tərəf sığınacaq yeri yoxdur, ey O Kəs ki, Səndən başqa kəsə tərəf məqsəd (qəsd olunan yer) yoxdur, ey O Kəs ki, Səndən başqa heç bir qurtuluş yeri yoxdur, ey O Kəs ki, Səndən başqasına rəğbət bəslənməz, ey O Kəs ki, Səndən başqa qüvvə və hövl əta edən yoxdur, ey O Kəs ki, Səndən başqasından kömək istənilməz;, ey O Kəs ki, Səndən başqasına təvəkkül olunmaz;, ey O Kəs ki, Səndən başqasına ümid bağlanmaz, ey O Kəs ki, Səndən başqasına ibadət (pərəstiş) olunmaz!
39. Ey xovf olunanların ən yaxşısı, ey rəğbət olunanların ən yaxşısı, ey istənilənlərin ən yaxşısı, ey sual olunanların ən yaxşısı, ey qəsd olunanların (məqsəd) ən yaxşısı, ey zikr olunanların ən yaxşısı, ey şükr (təşəkkür) olunanların ən yaxşısı, ey məhəbbət göstərilənlərin (məhbubların, sevilənlərin) ən yaxşısı, ey çağırılanların ən yaxşısı, ey üns tutulanların ən yaxşısı!
40. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Ğafir (bağışlayan), ey Satir (eybləri örtən), ey Qadir (hər işə qüdrəti olan), ey Qahir (qəhr və qələbə sahibi), ey Fatir (xəlq edən, ixtira edən), ey Kasir (bəndələrə məhəbbət qanadlarını açan, yaxud bəndələrin fikrini yaxşı fikirlərə döndərən), ey Cabir (bəndələrin nöqsanlarını aradan qaldıran, yaxud bəzi işlərə məcbur edən), ey Zakir, ey Nazir, ey Nasir!
41. Ey xəlq edib dərhal normal hala salan, ey müqəddər edib dərhal hidayət edən, ey bəlaları aradan qaldıran, ey gizli pıçıltıları (münacatı) eşidən, ey qərq olanları xilas edən, ey həlak olanlara nicat verən, ey xəstələrə şəfa bəxş edən, ey ağladıb və güldürən, ey öldürən və dirildən, ey cüt varlıqları (erkək və dişini) yaradan!
42. Ey quruda və dəryada yolu olan, ey asimanlarda nişanələri (möcüzələri) olan, ey nişanələrdə bürhanı olan, ey ölülərdə qüdrəti olan, ey qəbirlərdə ibrəti olan, ey Qiyamətdə mülkü (səltənəti) olan, ey hesabda heybəti olan, ey mizanda qəzavəti (hökmü) olan, ey cənnətdə savabı olan, ey odda (cəhənnəmdə) cəzası olan!
43. Ey O Kəs ki, qorxanlar yalnız Sənə tərəf qaçar, ey O Kəs ki, günahkarlar yalnız Sənə tərəf pənah gətirər, ey O Kəs ki, tövbə edənlər yalnız Sənə tərəf qayıtmağı qəsd edər, ey O Kəs ki, zöhd əhli yalnız Sənə rəğbət edər, ey O Kəs ki, sərgərdan (heyrətdə) qalanlar yalnız Sənə tərəf pənah gətirər, ey O Kəs ki, müridlər yalnız Sənin vasitənlə üns bağlayarlar, ey O Kəs ki, mühiblər (Səni sevənlər) yalnız Səninlə fəxr edər, ey O Kəs ki, xəta edənlər yalnız Sənin əfvinə göz dikərlər, ey O Kəs ki, əhli-yəqin yalnız Sənə tərəf məskunlaşar, ey O Kəs ki, təvəkkül edənlər yalnız Sənə təvəkkül edərlər!
44. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Həbib (bəndələrə nemət verib Öz itaətinə müvəffəq edən, razı olduğu dinə (Islama) hidayət edən), ey Təbib, ey Qərib (yaxın), ey Rəqib (heç nəyin Ondan yayınmadığı keşikçi), ey Həsib (kifayət edən), ey Mühib (heybətli), ey Müğis (pənah verən), ey Mücib (icabət edən), ey Xəbir (olmuş və olacaq şeylərə alim olan, heç nəyin Ondan qaib olmadığı, heç nəyin Ondan fövtə getmədiyi, hər şeyin zatına, həqiqətinə agah olan), ey Bəsir (varlıqların hamısını, heç nəyə ehtiyacı olmadan müşahidə edən, zahir və batinləri görən, hər şeyin kamal sifətləri Onun üçün aşkar olan)!
45. Ey bütün qəriblərdən ən qərib (yaxın), ey bütün həbiblərdən ən sevimli, ey bütün bəsirətlilərdən ən bəsirətli (agah), ey bütün xəbirlərdən ən xəbir, ey bütün şəriflərdən ən şərafətli, ey bütün uca məqamlılardan ən uca məqamlı, ey bütün qüvvəlilərdən ən qüvvəlisi, ey bütün qənilərdən ən qəni, ey bütün ehsan sahiblərindən ən çox ehsan edən, ey bütün rəuflardan (mehr-məhəbbətlilərdən) ən rəuf!
46. Ey məğlub edilməyən Qalib, ey Özü ixtira olunmayan ixtiraçı, ey Özü xəlq olunmayan Xaliq, ey heç kimin mülkiyyətində olmayan Malik, ey heç kəsin zəfər çala (qəhr edə) bilmədiyi Qahir (qəhr və zəfər sahibi), ey kimsənin (Onun) məqamını yüksəyə qaldırmadığı uca məqamlı, ey Özünün hifz olunmasına ehtiyacı olmayan Hafiz, ey heç kəsin köməyinə ehtiyacı olmayan köməkçi, ey heç nədən qaib olmayan Şahid, ey heç nədən uzaq olmayan Qərib!
47. Ey nurun nuru, ey nuru nurlandıran, ey nuru xəlq edən, ey nuru tədbirli edən, ey nuru müqəddər edən, ey hər bir nurun nuru, ey hər bir nurdan öncə olan nur, ey hər bir nurdan sonra qalan nur, ey hər bir nurun fövqündə olan nur, ey misli-bərabəri olmayan nur!
48. Ey ətası şərif olan, ey feli lətif olan, ey lütfü əbədi (qalarlı) olan, ey ehsanı qədim (əzəli) olan, ey sözü haqq olan, ey vədəsi doğru olan, ey əfvi fəzilət olan, ey əzabı ədalət olan, ey zikri şirin olan, ey fəzli ümumi olan!
49. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müsəhhil (asanlaşdıran), ey Müfəssil (Quranı surə-surə, ayə-ayə nazil edən), ey Mübəddil (dəyişdirən), ey Müzəllil (pis bəndələri, təkəbbürlüləri zəlil edən), ey Münəzzil (rəhmət nazil edən), ey Münəvvil (nemət əta edən), Müfəzzil (fəzilətli edən), ey Müczil (çox-çox əta edən), ey Mümhil (möhlət verən), ey Mücmil (gözəl fellər sahibi)!
50. Ey görən və Özü görünməyən, ey xəlq edən və Özü xəlq olunmayan, ey hidayət edən və Özü hidayətdən ehtiyacsız olan, ey dirildən və Özü həmişə diri olan, ey soruşan və Özü isə soruşulmayan, ey təam verən və Özü təam verilməkdən ehtiyacsız olan, ey pənah verən və Özü pənah verilməkdən ehtiyacsız olan, ey qəzavət edən və Özü qəzavət olunmayan, ey hökm edən və Ona hökm edilməyən, ey doğmayan, doğulmayan, tayı-bərabəri olmayan!
51. Ey gözəl Həsib (kifayət edən), ey gözəl Təbib, ey gözəl Rəqib (heç nəyin Ondan yayınmadığı keşikçi), ey gözəl Qərib (bəndələrə yaxın), ey gözəl Mücib (övliyaullahların duasını qəbul edən), ey gözəl Həbib (bəndələrə nemət verib Öz itaətinə müvəffəq edən, razı olduğu dinə (Islama) hidayət edən), ey gözəl Kəfil (zamin), ey gözəl Vəkil, ey gözəl Mövla, ey gözəl Nəsir (köməkçi)!
52. Ey ariflərin sevinc (səbəb)i, ey mühiblərin arzusu, ey müridlərin munisi, ey tövbə edənlərin dostu (həbibi), ey fəqirlərə ruzi yetirən, ey günahkarların ümidi, ey abidlərin (ibadət edənlərin) gözlərinin aydınlığı, ey qüssəlilərin qüssəsini dağıdan, ey qəmlilərin qəmini aradan aparan, ey əvvəl və axırdakıların məbudu!
53. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Rəbbimiz (bizi tərbiyə edən, nemət verən, xilqətimizi tamamlayıb kamala yetirən, sahibimiz), ey Məbudumuz, ey Seyyidimiz, ey Mövlamız, ey Köməkçimiz, ey Hafizimiz (hifz edənimiz), ey Dəlilimiz (yol göstərənimiz), ey Köməkçimiz, ey Həbibimiz, ey Təbibimiz!
54. Ey peyğəmbərlərin və yaxşı insanların Rəbbi, ey siddiqlərin və xeyirxah insanların Rəbbi, ey Cənnət və Cəhənnəmin Rəbbi, ey kiçiklərin və böyüklərin Rəbbi, ey dənələrin və meyvələrin Rəbbi, ey çayların və ağacların Rəbbi, ey səhraların və biyabanların Rəbbi, ey quru və sulu yerlərin Rəbbi, ey gecə və gündüzün Rəbbi, ey gizli və aşkar şeylərin Rəbbi!
55. Ey əmri (fərmanı) hər bir şeydə nüfuz edən, ey elmi hər bir şeyə lahiq olan (birləşən), ey qüdrəti hər bir şeyə çatan, ey O Kəs ki, bəndələr nemətlərini sayıb qurtara bilməz, ey O Kəs ki, məxluqlar (nemətlərinin) şükrünün öhdəsindən gələ bilməz, ey O Kəs ki, şüurlar (fəhmlər) Sənin cəlalını dərk edə bilməz, ey O Kəs ki, şüur və vəhm qüvvəsi Sənin Zatına çatmaz, ey əzəmət və kibriya (Zatı) ilə birgə olan, ey O Kəs ki, bəndələr Sənin hökmünü geri qaytara bilməz, ey O Kəs ki, Sənin mülkündən başqa bir mülk yoxdur, ey O Kəs ki, Sənin ətandan başqa bir əta yoxdur!
56. Ey O Kəs ki, əla məsəl Sənə məxsusdur, ey O Kəs ki,əla sifətlər Sənə məxsusdur, ey O Kəs ki, axirət və dünya Sənə məxsusdur, ey O Kəs ki, Cənnəti-Məva Sənə məxsusdur, ey O Kəs ki, böyük ayələr (əlamət və nişanələr, möcüzələr) Sənə məxsusdur, ey O Kəs ki, ən gözəl adlar Sənə məxsusdur, ey O Kəs ki, hökm və qəzavü-qədər (qəzavət) Sənə məxsusdur, ey O Kəs ki, hava və fəza Sənə məxsusdur, ey O Kəs ki, ərş və yer Sənə məxsusdur, ey O Kəs ki, uca asimanlar Sənə məxsusdur!
57. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əfüvv (sağlamlıq bəxş edən, üqubəti, intiqamı tərk edən), ey Ğəfur (bağışlaması çox olan), ey Səbur (üsyankarları cəzalandırmaqda tələsməyən), ey Şəkur (hətta azacıq itaətə də qiymət verən), ey Rəuf (Öz lütfləri ilə bəndələrə rəhimli, mehriban olan), ey Ətuf (mehr-məhəbbəti bəndələrinə başdan-ayağa şamil olan), ey Məsul (istənilən), ey Vədud (övliyaullahların qəlbində məhbub, sevilən, yaxud, saleh bəndələri sevən), ey Sübbuh (eyblərdən pak), ey Qüddus (müqəddəs)!
58. Ey əzəməti asimanlarda olan, ey əlamət və nişanələri yerdə olan, ey hər bir şeydə dəlilləri olan, ey dəryalarda əcaibi (qəribəlikləri) olan, ey dağlarda xəzinələri olan, ey xilqəti başlayıb sonra qaytaran, sona çatdıran, ey O Kəs ki, bütün işlər Sənə tərəf qayıdır, ey lütfünü hər şeydə aşkar edən, ey hər bir şeyin xilqətini gözəl edən, ey qüdrəti bütün məxluqatda təsərrüf edən!
59. Ey heç bir həbibi olmayanların həbibi, ey heç bir təbibi olmayanların təbibi, ey heç bir icabət edəni olmayanların icabət edəni, ey heç bir şəfiqi (şəfqət göstərəni) olmayanların şəfiqi, ey heç bir rəfiqi olmayanların rəfiqi, ey heç bir dad-fəryada çatanı olmayanların dad-fəryadına çatan, ey heç bir dəlili (yol göstərəni) olmayanların yol göstərəni, ey heç bir ənisi (üns tutanı) olmayanların üns tutanı, ey heç bir rəhm edəni olmayanların rəhm edəni, ey heç bir sahibi olmayanların sahibi!
60. Ey Ondan kifayət (qənilik) istəyənlərə kifayət edən, ey (Ondan) hidayət olunmaq istəyənlərin hidayət edəni, ey (Ondan) hifz olunmaq istəyənlərin hifz edəni, ey (Ondan) qorunmaq istəyənləri qoruyan, ey (Ondan) şəfa istəyənlərə şəfa verən, ey (Ondan) qəzavət (hökm, mühakimə) istəyənlərin hökm edəni, ey (Ondan) qəni olmaq isəyənləri qəni (ehtiyacsız) edən, ey (Ondan) əhdə vəfa istəyənlərin əhdinə vəfa edən, ey (Ondan) qüvvəli olmaq istəyənləri qüvvəli edən, ey (Ondan) dostluq istəyənlərin dostu (vəlisi)!
61. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Xaliq (xəlq edən), ey Raziq (ruzi verən), ey Natiq (danışan), ey Sadiq (doğruçu), ey Faliq (gecənin zülmətini gündüzün nuru ilə yaran), ey Fariq (haqla batili ayıran), ey Fatiq (ayıran, zülmü sındıran), ey Ratiq (birləşdirən), ey Sabiq, ey Samiq!
62. Ey gecə və gündüzü bir-birinə çevirən, ey zülmətləri və nurları qərar verən, ey gölgəni və yandırıcı küləyi xəlq edən, ey günəşi və ayı (orbitlərdə) müsəxxər (ram) edən, ey xeyri və şəri müqəddər edən, ey ölümü və həyatı xəlq edən, ey əmr (metafizika, bəsitlər aləmi, həqiqi vəhdət)in və xəlqin (tədrici təkamül, çoxluq, hərəkət və zamanın) sahibi, ey Özü üçün həyat yoldaşı və övlad seçməyən, ey O Kəs ki, Sənin mülkündə heç bir şərik yoxdur, ey O Kəs ki, zillətə düşməzsən ki, zillətdən qurtaracaq bir vəliyy (qəyyum) olsun!
63. Ey müridlərin muradını (istəyini) bilən, ey susanların batinindən agah olan, ey zəiflərin (ah) səslərini eşidən, ey hər şeyini itirənlərin hay-hay ağlamaqlarını görən, ey istəyənlənrin hacətlərinə malik olan, ey tövbə edənlərin üzrlərini qəbul edən, ey müfsidlərin (fitnə-fəsad törədənlərin) əməllərini islah etməyən, ey ehsan (yaxşı əməl) sahiblərinin əcrini zay etməyən, ey ariflərin qəlblərindən uzaq olmayan, ey ehsan edənlərin ən yaxşısı!
64. Ey bəqası daim olan, ey duanı eşidən, ey ətası vüsətli olan, ey xətaları bağışlayan, ey asimanları vücuda gətirən, ey imtahanı gözəl olan, ey sənası (tə “rifi) cəmil (gözəl) olan, ey uca məqamı qədim (əzəli) olan, ey vəfası çox olan, ey cəzası (mükafatı) şərif olan!
65. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Səttar (eybləri örtən), ey Ğəffar (günahları və eybləri örtən), ey Qəhhar (qəhri və qələbəsi çox olan), ey Cəbbar (məxluqun ixtiyarı olmayan bəzi işlərə məcbur edən, onların hallarını, çatışmamazlıqlarını islah edən), ey Səbbar (həddindən artıq səbirli), ey Barr (sadiq, adəti ehsan olan), ey Muxtar (yaxşı bəndələrini seçən), ey Fəttah (kömək edən və ruzi qapılarınını açan), ey Nəffah (hərəkət verən), ey Murtah (rəhmət sahibi)!
66. Ey məni xəlq edib, xilqətimi ədalətlə kamil edən, ey mənə ruzi verib tərbiyə edən, ey mənə təam verib su ilə sirab edən, ey məni Özünə yaxınladıb ən yaxşı yerdə qərar verən, Ey mənə ismət bəxş edib (günahdan saxlayaıb) kifayət edən, Ey məni hifz edib qoruyan, ey mənə izzət bəxş edib qəni edən, ey məni müvəffəq edib hidayət edən, ey mənimlə üns tutub pənah verən, ey məni öldürüb dirildən!
67. Ey Öz kəlmələri ilə haqqı izhar və təsbit edən, ey Öz bəndəlaərindən tövbəni qəbul edən, ey bəndənin qəlbi ilə onun özü (nəfsi) arasında fasilə salan, ey O Kəs ki, Səni iznin olmadan şəfaət fayda verməz, ey düz yoldan azanlara agah olan, ey O Kəs ki, hökmün üçün heç bir təqib edən yoxdur, ey O Kəs ki, qəzavətini rədd edən olmaz, ey O Kəs ki, bütün şeylər Sənin əmrin müqabilində mütidir, ey O Kəs ki, asimanlar Sənin qüdrət əlin ilə təsvir olunub, ey O Kəs ki, küləkləri Öz rəhmətin sayəsində müjdə olaraq göndərirsən!
68. Ey yerləri açıb döşəmə qərar verən, ey dağları (yerin müvazinəti üçün) mıxlar qərar verən, ey Günəşi çıraq qərar verən, ey Ayı nur qərar verən, ey gecəni libas qərar verən, ey gündüzü (həyat fəaliyyətləri üçün) məaş qərar verən, ey yuxunu səbat və rahatlıq qərar verən, ey asimanı bina qərar verən, ey əşyaları cüt-cüt (erkək və dişi) qərar verən, ey cəhənnəm odunu pusqu qərar verən!
69. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Səmi (eşidilən və eşidilə bilməyən şeylərin Ondan gizli olmadığı), ey Şəfi (şəfaət edən), ey Rəfi (şərif, uca məqamlı), ey Məni (övliyaullahları qoruyan, onlara kömək edən, yaxud məhrum olmağa layiq olanları məhrum edən), ey Səri (hesablara sürətlə yetişən), ey Bədi (nümunə olmadan icad edən), ey Kəbir (uca məqamlı və mənzilətli), ey Qədir (hikmətin iqtizası əsasında–nə əskik, nə də artıq–istədiyini hökm edən), ey Xəbir (olmuş və olacaq şeylərə alim olan, heç nəyin Ondan qaib olmadığı, heç nəyin Ondan fövtə getmədiyi, hər şeyin zatına, həqiqətinə agah olan), ey Mücir (pənah verən)!
70. Ey bütün dirilərdən öncə diri olan, ey bütün dirilərdən sonra diri olan, ey heç bir diri tayı-bərabəri olmayan diri, ey heç bir dirinin şəriki olmadığı diri, ey heç bir diriyə ehtiyacı olmayan diri, ey bütün diriləri öldürən diri, ey bütün dirilərə ruzi verən diri, ey həyatda kimdənsə irs aparmayan diri, ey ölüləri dirildən diri (yuxulamayan və mürgüləməyən), ey Həyy, ey Qəyyum!
71. Ey O Kəs ki, unudulmayan zikr Sənin üçündür, ey O Kəs ki, heç vaxt söndürülə bilməyən nur Sənin üçündür, ey O Kəs ki, sayılıb qurtara bilməyən nemətlər Sənin üçündür, ey O Kəs ki, zavala uğramayan mülk Sənə məxsusdur, ey O Kəs ki, saya gəlməyən təriflər Sənə məxsusdur, ey O Kəs ki, Sənin cəlalın bir haldan başqa hala keçmir, ey O Kəs ki, Sənin kamalını heç kəs dərk edə bilməz, ey O Kəs ki, Sənin hökmün (qəzavü-qədərin) geri qaytarılmaz, ey O Kəs ki, biri digəri ilə dəyişməyən sifətlər yalnız Sənə məxsusdur, ey O Kəs ki, dəyişilməyən gözəl, sabit sifətlər yalnız Sənə məxsusdur!
72. Ey aləmlərin Rəbbi, ey Qiyamət gününün mütləq maliki (sahibi, padşahı), ey Onu istəyənlərin istəyinin son nöqtəsi, ey pənah axtaranların arxası, ey qaçanları tapan, ey səbirliləri sevən, ey çox tövbə edənləri sevən, ey paklıq istəyənləri sevən, ey ehsan sahiblərini sevən, ey hidayət olanlara agah olan!
73. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Şəfiq, ey Rəfiq, ey Həfiyy (köməkçi və xeyirxah), ey Mühit (hər bir şeyə işraqı olan, elmlə əhatə edən), ey Müğis (pənah verən), ey Müizz (istədiyi yaxşı bəndələrə izzət bəxş edən), ey Müzill (istədiyi pis bəndələrə zillət libası geydirən), ey Mübdi (xilqətin başlanğıc səbəbi), ey Müid (xilqətin sona çatma səbəbi)!
74. Ey ziddi olmayan Əhəd, ey şəriki olmayan Fərd, ey eybi olmayan Səməd, ey keyfiyyəti olmayan Vitr, ey zülm etməyən Qazi, ey vəziri olmayan Rəbb, ey zillət qəbul etməyən Əziz, ey fəqirliyi olmayan Ğəniyy, ey mülkündən (səltənətindən) kənarlaşdırılmayan Məlik, ey oxşarı olmayan Mövsuf (vəsf olunmuş)!
75. Ey O Kəs ki, zikrin zikr edənlərə şərəfdir, ey O Kəs ki, şükrün şükr edənlərə nicatdır, ey O Kəs ki, həmd-sənan həmd edənlərə izzətdir, ey O Kəs ki, Sənə itaət etmək mütilərə (itaət edənlərə) nicatdır, ey O Kəs ki, Sənin (rəhmət) qapın axtaranlara (istəyənlərə) açıqdır, ey O Kəs ki, Sənin yolun tövbə edib qayıdanlara aşkardır, ey O Kəs ki, Sənin ayələrin nəzər edənlərə bürhandır, ey O Kəs ki, Sənin kitabın müttəqilər üçün təzkiyədir, ey O Kəs ki, Sənin ruzin həm itaət edənlərə, həm də üsyankarlara şamildir (ümumudir), ey O Kəs ki, Sənin rəhmətin ehsan (yaxşı əməl) sahiblərinə yaxındır!
76. Ey O Kəs ki, Sənin adın mübarəkdir, ey O Kəs ki, Sənin feyzin (əzəmətin) alidir, ey O Kəs ki, Səndən başqa bir məbud yoxdur, ey O Kəs ki, Sənin sitayişin (tərifin) cəlalətlidir, ey O Kəs ki, Sənin adların müqəddəsdir, ey O Kəs ki, Sənin bəqan davamlıdır, ey O Kəs ki, əzəmət Sənin ünsiyyətindir, ey O Kəs ki, kibriya Sənin (Zatını) əhatə edib, Ey O Kəs ki, Sənin (batini) nemətlərin saya gəlməz, ey O Kəs ki, Sənin zahiri nemətlərin saya gəlməz!
77. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müin (kömək edən), ey Əmin (əmin-amanlıq bəxş edən), ey Mübin (möcüzələri, ayələri bəyan edən), ey Mətin (hər şeyə qüdrəti çatan, qüdrətli), ey Məkin (uca məqamlı, əzəmətli), ey Rəşid (bəndələri, onların xeyirli işlərinə yol göstərən), ey Həmid (bütün məxluqat tərəfindən həmd və sənaya, tərifə layiq görülən), ey Məcid (məcd və əzəmət sahibi), ey Şədid (cəzalandırmaqda şiddətli, qüvvəsi şiddətli olan), ey Şəhid (heç nəyin Ondan qeybdə olmadığı Kəs)!
78. Ey əzəmətli ərş sahibi, ey möhkəm və haqq söz sahibi, ey rəşid (kamala yetirən) fel sahibi, ey şiddətli bətş (sürətlə cəzalandırmaq) sahibi, ey vəd (xoş müjdə) və vəid (qorxulu müjdə sahibi), ey Vəliyy (ixtiyar sahibi və dost) və Həmid (bütün məxluqat tərəfindən tərifə layiq görülən), ey istədiyi görən işləri görməkdə Fəal, ey uzaq olmayan Qərib, ey hər bir şeyə Şahid, ey Öz bəndələrinə zülm etməyən Kəs!
79. Ey O Kəs ki, heç bir şərikin yoxdur, ey O Kəs ki, heç bir vəzirin yoxdu, ey O Kəs ki, heç bir bənzərin yoxdur, ey O Kəs ki, heç bir mislin yoxdur, ey günəşi və nurlu ayı xəlq edən, ey fəqir və şiddətli müsibət görəni (bədhalı, xovflu müflisi) qəni edən, ey səğir uşağa ruzi verən, ey ahıl qocaya rəhm edən, ey sınıqlıqları (sınıq sümükləri) bərpa edən, ey qorxub pənah axtaranların isməti (pənahı), ey Öz bəndələrinə xəbir və bəsir olan, ey hər bir işə qüdrətli olan!
80. Ey cud və nemət sahibi, ey fəzl və kərəm sahibi, ey lövh və qələmin sahibi, ey nəfsləri və zərləri xəlq edən, ey əzab və cəza sahibi, ey ərəb və əcəmə ilham edən, ey bədhallığı və qəm-qüssəni (kədəri) aradan aparan, ey sirləri və niyyətləri bilən, ey beytin və hərəmin Rəbbi, ey əşyaları (şeyləri, varlıqları) yoxdan yaradan!
81. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Fail (işləri görən), ey Cail (qərar verən), ey Qabil (qəbul edən), ey Kamil (Zatında və sifətlərində kamil), ey Fasil (ayıran), ey Vasil (çatdıran, yetirən), ey Adil, ey Ğalib (qələbə sahibi), ey Talib (tələb edən), ey Vahid!
82. Ey Öz fəzl, qüdrət, vüsət və qəniliyi ilə nemət verən, ey Öz cudu (ehsan və kəraməti) inayət etməklə bəndəni ikram edən, ey Öz lütfü ilə ehsan edən, ey Öz qüdrətində izzətli (məğlubedilməz, yenilməz) olan, ey Öz tədbiri (hikmətli idarəçiliyi) ilə hökm edən, ey Öz elmi ilə tədbir edən, ey Öz helmi ilə bağışlayan, ey Öz Ülüvvündə yaxın olan, ey Öz yaxınlığında ülvi olan!
83. Ey istədiyi şeyləri xəlq edən, ey istədiyi işləri edən, ey istədiyi (yaxşı bəndələri) hidayət edən, ey pis bəndələrdən istədiyini zəlalətə salan, ey günahkar bəndələrdən istədiyinə əzab verən, ey istədiyi şəxsləri bağışlayan, ey istədiyi bəndələrə izzət bəxş edən, ey istədiyi bəndələrə zillət paltarı geydirən, ey anaların bətnində istədiyi surətləri təsvir edən, ey Öz istədiyi bəndələrə rəhmətini şamil edən!
84. Ey özü üçün həyat yoldaşı və övlad seçməyən, ey hər bir şey üçün qədər qərar verən, ey Öz hökmündə heç kəsi şərik etməyən, ey məlaikələri Rəsullar (göndərilənlər) qərar verən, ey asimanda bürclər qərar verən, ey yeri qərarlaşmış edən, ey sudan (nütfə suyundan) bəşər xəlq edən, ey hər bir şey üçün son (axır) qərar verən, ey elm cəhətindən hər bir şeyi əhatə edən, ey hər bir şeyin ədədini (qədərini) sayan!
85. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əvvəl (vücudda heç kəsin Ondan qabağa keçmədiyi), ey Axir (hər şeyin məhv olub, yaxud dəyişdiyi halda, Zatı və Sifəti dəyişilməyən), ey Zahir (vəhdaniyyət və rübubiyyətinə dəlalət edən nişanələr səbəbi ilə aşkar olan), ey Batin (məxluqatın göz və dərkindən gizlin olan), ey Bərr (sadiq, doğruçu, adəti ehsan olan), ey Həqq, ey Fərd (tək), ey Vitr (yeganə), ey Səməd (alicənablıqda ən yüksək məqamda olan və hamının möhtac olduğu kəs), ey Sərməd (qət olmayan, davamlı, əbədi)!
86. Ey tanınmışların ən yaxşısı, ey ibadət olunan məbudların ən fəzilətlisi, ey şükr olunan məşkurların ən cəlalətlisi, ey zikr olunan məzkurların ən izzətlisi, ey tərif olunan məhmudların ən əlası, ey tələb olunan mövcudların ən qədimisi (əzələsi), ey Vəsf olunan mövsufların ən uca məqamlısı, ey qəsd (niyyət) olunan məqsədlərin ən böyüyü, ey soruşulan (istənilən) məsulların ən kəramətlisi, ey tanınan məhbubların ən əşrəfi!
87. Ey ağlayanların həbibi, ey təvəkkül edənlərin ağası, ey (xalqı düz yoldan) azdıranları hidayət edən, ey möminlərin vəlisi (ixtiyar sahibi), ey zikr edənlərin munisi, ey fəryad edən məzlumların pənahgahı, ey doğruçulara nicat verən, ey qadirlərin ən qüdrətlisi, ey alimlərin ən biliklisi, ey bütün məxluqatın ilahisi!
88. Ey ali (uca məqam) olub qəhr edən, ey malik olub qüdrətli olan, ey batin olub agah olan, ey ibadət olunub şükr edən (əvəz verən), ey Ona qarşı üsyan edənləri (günahkarları) bağışlayan, ey O Kəs ki, fikirlər Səni dərk edə bilməz, ey O Kəs ki, gözlər Səni görə bilməz, ey O Kəs ki, heç bir iz Səndən gizli deyil, ey bəşərin ruzi verəni, ey hər bir qədəri (ölçünü) müqəddər edən!
89. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Hafiz, ey Bare (xəlq edən), ey Zare (xəlq etdiyini izhar edən), ey Bazix (ali), ey Faric (fərəc və asudəlik, genişlik yetirən), ey Fateh, ey Kaşif (qəm-qüssəni aradan qaldıran), ey Zamin, ey Amir (əmr edən), ey Nahi (nəhy edən)!
90. Ey O Kəs ki, Səndən başqa bir kəs qeybi bilmir;, ey O Kəs ki, Səndən başqa heç kəs bədhallığı (pisliyi) aradan qadırmır, 3y O Kəs ki, Səndən başqa bir kəs məxluqatı xəlq etmir, ey O Kəs ki, Səndən başqa bir kəs günahı bağışlamır, ey O Kəs ki, Səndən başqa bir kəs nemət tamamlamır, ey O Kəs ki, Səndən başqa bir kəs qəlbləri (yaxşılığa doğru) haldan-hala salmır, ey O Kəs ki, Səndən başqa bir kəs əmri (lövhü məhfuzdakı işləri) tədbir etmir, ey O Kəs ki, Səndən başqa bir kəs yağış nazil etmir, ey O Kəs ki, Səndən başqa bir kəs bəndələrə ruzi vermir, ey O Kəs ki, Səndən başqa bir kəs ölüləri diriltmir!
91. Ey zəiflərin köməkçisi, ey qəriblərin sahibi (həmsöhbəti), ey övliyalara nüsrət əta edən, ey düşmənlərə qəhr edən (qalib olan), ey səmanı ucaldan, ey seçilmiş bəndələrin ənisi, ey pak, təqvalı (təqiyy) insanların həbibi, ey fəqirlərin xəzinəsi, ey qənilərin ilahisi, ey kərimlərin ən kərimlisi!
92. Ey (yaxşı bəndələrini) hər şeydən kafi (qəni) edən, ey hər şeyə qaim (nəzarətçi), ey O Kəs ki, heç nə Sənə bənzəmir, ey O Kəs ki, Sənin mülkündə heç bir şey artmır, ey O Kəs ki, heç nə Sənə məxfi deyil, ey O Kəs ki, heç nə Sənin xəzinələrini azaltmır, ey O Kəs ki, heç bir şey Sənin mislin deyil, ey O Kəs ki, Sənin elmindən bir şey azalmır (aradan getmir), ey O Kəs ki, hər bir şeyə xəbərdarsan, ey O Kəs ki, Sənin rəhmətin hər şeyi əhatə etmişdir!
93. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mükrim (ikram edən, əzizləyən), ey Mütim (təam verən), ey Münim (nemət verən), ey Müti (əta edən), ey Müğni (qəni edən), ey Müqni (əta edən), ey Müfni (fani edən), ey Mühyi (dirildən), ey Mürzi (razı edən), ey Münci (nicat verən)!
94. Ey hər şeyin əvvəli və axırı, ey hər şeyin ilahisi və məliki, ey hər şeyin Rəbbi və düzəldəni, ey hər şeyin yaradanı və xaliqi, ey hər şeyin qabizi (hikmət əsasında bəzi şeydən məhrum edəni) və basiti (Öz rəhmət və bəxşişi ilə hər şeyə ruzi müqəddər və vüsətli edən), ey hər şeyi icad edib sona çatdıranı, ey hər şeyi inşa və müqəddər edəni, ey hər şeyi vücuda gətirib və hərəkət və qüvvə verəni, ey hər bir şeyi dirildib və öldürən, ey hər bir şeyin xaliqi və varisi!
95. Ey zakir və məzkurun ən yaxşısı, ey şakir və məşkurun ən yaxşısı, ey hamid (həmd və tərif edənin) və məhmudun (tərif olunanın) ən yaxşısı, ey şahid və məşhudun ən yaxşısı, ey çağıran və çağırılanın ən yaxşısı, ey icabət edən və icabət olunanın ən yaxşısı, ey munis və ənisin ən yaxşısı, ey sahib və yoldaşın ən yaxşısı, ey qəsd olunan və tələb olunanın ən yaxşısı, ey həbib və məhbubun ən yaxşısı!
96. Ey Onu çağıranlara cavab verən (icabət edən), ey Ona itaət edənlərə həbib, ey Onu sevənlərə yaxın, ey Ondan hifz olunmaq istəyənlərin keşikçisi, ey Ona ümid bəsləyənlərə kərim, ey Ona qarşı üsyan edənlər həlim, ey Öz əzəmətində rəhim, ey Öz hikmətində əzəmətli, ey Öz ehsanında qədim (əzəli), ey Onu istəyənlərə elmli!
97. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müsəbbib (bütün işlərə səbəb yaradan), ey Mürəğğib (yaxşı işlərə rəğbətləndirən), ey Müqəllib (qəlbləri haldan-hala salan), ey Müəqqib (təqib edən), ey Mürəttib (tərtibə salan), ey Müxəvvif (qorxudan), ey Mühəzzir (bər həzər edən, qorxudan), ey Müzəkkir (yada salan, xatırladan), ey Müsəxxir (ram edən), ey Müğəyyir (dəyişdirən)!
98. Ey elmi (hər şeyə) şamil olan, ey vədəsi sadiq olan, ey lütfü zahir olan, ey əmri qalib olan, ey kitabı möhkəm olan, ey qəzası (hökmü) gerçəkləşən, ey Quranı məcid olan, ey mülkü qədim olan, ey fəzli ümumi olan, ey ərşi əzəmətli olan!
99. Ey O Kəs ki, (bir şeyi) eşitmək (başqa şeyi) eşitməyə mane olmaz, ey O Kəs ki, bir işi (feli) görmək başqa iş görməyə mane olmaz, ey O kəs ki, bir danışıq başqa danışığın qarşısını almaz, ey O Kəs ki, bir sual Səni o biri sualda səhvə salmaz, ey O Kəs ki, bir şeyi (görmək) o bir şeyi görməyə mane olmaz, ey O Kəs ki, sual edənlərin (istəyənlərin) suallarının çoxluğu Səni aciz etməz, ey O Kəs ki, Sən müridlərin muradının sonusan, ey O Kəs ki, Sən ariflərin səylərinin son nöqtəsisən, ey O Kəs ki, tələb edənlərin tələblərinin sonusan, ey O Kəs ki, aləmdə heç bir zərrə Səndən gizli deyil!
100. Ey tələsməyən Həlim (helmli), ey paxıllıq etməyən Cəvad (bəxşiş sahibi), ey (vədəsinə xilaf etməyən) Sadiq, ey (əta etdiyini geri almayan (yaxud əta etdiyindən peşman olmayan) Vəhhab, ey məğlub olmayan Qahir, ey (layiqincə) vəsf edilə bilməyən Əzim, ey zülm etməyən Adil, ey heç nəyə ehtiyacı olmayan Ğəni, ey kiçilməyən Kəbir, ey hifz etdiyi şeylərdən qafil olmayan Hafiz!
Pak və münəzzəhsən, Səndən başqa heç bir məbud yoxdur, pənah ver bizə, pənah ver bizə, bizi oddan xilas et, ey Rəbb!
Dualar
“Cövşən-Kəbir” ərəbcədən “böyük zireh” kimi tərcümə olunur. Duaya belə bir adın verilməsi maraqlı bir hadisə ilə bağlıdır. Döyüşlərin birində əziz İslam peyğəmbəri həzrət Məhəmməd (s) ağır və bahalı bir zireh geyinmişdi. Zirehin ağırlığından əziyyət çəkən peyğəmbərə (s) Cəbrayıl nazil olur, onu salamladıqdan sonra Allahın sözünü çatdırır: “Zirehi əynindən çıxart və bu duanı oxu. Çünki, bu dua özün və ümmətin üçün əmniyyət və təhlükəsizlikdir”. Duanın həm maddi, həm mənəvi vəziyyətə müsbət təsirləri barədə müxtəlif hədislər nəql olunub. Dua Allah-Təalanı min adı ilə çağırmaqdan ibarətdir. Oxucunun diqqəti bütövlükdə Allaha yönəlir və Onun gözəl adlarının zikri ilahi mərifətin artmasına səbəb olur.
Ərəbcə yazılışı
Tərcüməsi
Bağışlayan və mehriban Allahın adı ilə
(1) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey Allah, əfv et! Ey Rəhman, əfv et! Ey Rəhim, əfv et! Ey Kərim, əfv et! Ey Həmişəvar, əfv et! Ey Əzəmətli, əfv et! Ey Əzəli, əvf et! Ey Bilən, əfv et! Ey Həlim, əfv et! Ey Hikmətli, əfv et! Necə də nöqsansızsan, ilahi!* Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (2) Ey ağalara ağalıq edən, ey dualara cavab verən, ey məqamları ucaldan, ey yaxşılıqları nəsib edən, ey günahlardan keçən, ey arzuları çin edən, ey tövbələri qəbul edən, ey çağıranların səsini eşidən, ey gizliləri bilən, ey bəlaları dəf edən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (3) Ey ən gözəl əfv edən, ey ən gözəl fəth edən, ey ən gözəl yardım edən, ey ən gözəl hökm edən, ey ən gözəl ruzi yetirən, ey ən gözəl sahib çıxan, ey ən gözəl tərif edən, ey ən gözəl yad edən, ey ən gözəl nazil edən, ey ən gözəl yaxşılıq edən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (4) Ey şan-şöhrət və gözəlliyin sahibi, ey qüdrət və kamalın sahibi, ey səltənət və cəlalətin sahibi, ey böyük və uca, ey ağır buludları var edən, ey gücü şiddətli, ey haqq-hesabı sürətli, ey cəzası ağır, ey mükafatı gözəl, ey Ümmül-Kitabın** sahibi! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(5) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey dönüyə də yaxşılıq edən, əfv et! Ey istəməyənə də yaxşılıq edən, əfv et! Ey qəzavət edən, əfv et! Ey yol göstərən, əfv et! Ey hökmranlıq edən, əfv et! Ey razı salan, əfv et! Ey minnətsiz əfv edən, əfv et! Ey nöqsanı olmayan, əfv et! Ey dada çatan, əfv et! Ey lütf və bəyan sahibi, əfv et! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (6) Ey əzəməti qarşısında hər şeyin kiçildiyi, ey qüdrəti qarşısında hər şeyin təslim olduğu, ey izzəti qarşısında hər şeyin sönükləşdiyi, ey heybəti qarşısında hər şeyin əyildiyi, ey vahiməsi qarşısında hər şeyin əzildiyi, ey dəhşəti qarşısında dağların param-parça olduğu, ey əmri ilə göyləri ucaldan, ey izni ilə yerləri qərarlaşdıran, ey ildırımın həmdlə təriflədiyi, ey mülkündə haqsızlığın olmadığı! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (7) Ey abır aparmadan bağışlayan, ey bəlaları uzaqlaşdıran, ey son ümid yeri olan, ey neməti bol-bol yetirən, ey bəxşişdə əliaçıq olan, ey yaratdıqlarına ruzi verən, ey arzulara çatdıran, ey şikayətləri eşidən, ey yaradılışa həyat verən, ey əsarətdən qurtaran! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (8) Ey həmd və səna sahibi, ey qürur və ucalıq sahibi, ey tərif və şöhrət sahibi, ey əhd və vəfa sahibi, ey əfv və razılıq sahibi, ey lütf və kərəm sahibi, ey fəzilət və son söz sahibi, ey izzət və əbədiyyat sahibi, ey kəramət və səxavət sahibi, ey xeyir-bərəkət və nemət sahibi! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(9) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey mane olan, əfv et! Ey dəf edən, əfv et! Ey ucaldan, əfv et! Ey yaradan, əfv et! Ey bəxş edən, əfv et! Ey eşidən, əfv et! Ey cəm edən, əfv et! Ey şəfaət verən, əfv et! Ey genişləndirən, əfv et! Ey çoxaldan, əfv et! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (10) Ey yaranan hər şeyin yaradanı, ey var olan hər şeyin var edəni, ey ruzi alan hər şeyin ruzi yetirəni, ey sahibi olan hər şeyin sahibi, ey bütün qəmləri dağıdan, ey bütün dərdlərə dərman qılan, ey rəhm olunan hər şeyin rəhm edəni, ey naçar qalan hər şeyin çarə qılanı, ey ayıbı olan hər şeyin ayıbını örtən, ey pənah axtaran hər şeyə pənah verən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (11) Ey çətin vaxtımda pənahım, ey müsibətli vaxtımda ümidim, ey tənha vaxtımda munisim, ey qərib vaxtımda dostum, ey yaxşı vaxtımda ixtiyar sahibim, ey dərdli vaxtımda dada çatanım, ey sərgərdan vaxtımda yol göstərənim, ey möhtac vaxtımda varım-dövlətim, ey köməksiz vaxtımda arxa-dayağım, ey qorxu vaxtımda ürək-dirəyim! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (12) Ey gizlinləri bilən, ey günahları bağışlayan, ey eybləri örtən, ey bəlalardan qurtaran, ey qəlbləri dəyişən, ey qəlbləri sağaldan, ey qəlbləri işıqlandıran, ey qəlblərə sirdaş olan, ey həyacanı sakitləşdirən, ey qəmləri dağıdan! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(13) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey şanı uca, əfv et! Ey gözəl, əfv et! Ey qoruyan, əfv et! Ey öhdəsinə götürən, əfv et! Ey dəlalət edən, əfv et! Ey zəmanətkar, əfv et! Ey zənginləşdirən, əfv et! Ey müvəffəq edən, əfv et! Ey gücləndirən, əfv et! Ey güvənilən, əfv et! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (14) Ey azmışlara yol göstərən, ey çarəsizlərin əlindən tutan, ey çağıranlara qulaq verən, ey möhtacların dadına çatan, ey qorxanlara aman verən, ey möminlərə arxa olan, ey imkansızlara rəhm edən, ey asi bəndələrdən üz çevirməyən, ey günahkarları bağışlayan, ey məzlumun duasını eşidən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (15) Ey səxavət və xeyirxahlıq sahibi, ey fəzilət və minnətdarlıq sahibi, ey aman və əminlik sahibi, ey qüdsiyyət və eybsizlik sahibi, ey hikmət və aydınlıq sahibi, ey rəhmət və razılıq sahibi, ey dəlil və bürhan sahibi, ey əzəmət və hökmranlıq sahibi, ey ülfət və köməkdarlıq sahibi, ey əfv və güzəşt sahibi! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (16) Ey hər şeyin rəbbi, ey hər şeyin tanrısı, ey hər şeyin yaradanı, ey hər şeyin görkəm verəni, ey hər şeydən əvvəl olan, ey hər şeydən sonra olan, ey hər şeyin fövqündə duran, ey hər şeydən agah olan, ey hər şeyə qadir olan, ey hər şeyi fani ya əbədi edən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(17) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey əminlik yaradan, əfv et! Ey qoruyan, əfv et! Ey var edən, əfv et! Ey zehni açan, əfv et! Ey bəyan edən, əfv et! Ey asanlaşdıran, əfv et! Ey yerbəyer edən, əfv et! Ey zinətləndirən, əfv et! Ey xəbər verən, əfv et! Ey qismət edən, əfv et! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (18) Ey hökmranlığında səbatlı, ey iqtidarında əzəli, ey şan-şöhrətdinə əzəmətli, ey bəndələrinə rəhmli, ey hər şeydən xəbərdar, ey günhakarlarla mülayim, ey ümidləri artıqlaması ilə doğruldan, ey yaratmağında hikmətli, ey hikmətində incə, ey incəliyində əzəli! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (19) Ey yalnız Onun fəzlinə ümid olunan kəs, ey yalnız Ondan əfv istənilən kəs, ey yalnız Ondan yaxşılıq umulan kəs, ey yalnız Onun ədalətindən qorxulan kəs, ey yalnız Onun hökmranlığı əbədi olan kəs, ey yalnız Onun səltənəti səltənət olan kəs, ey rəhməti ilə hər şeyi ehtiva edən kəs, ey rəhməti qəzəbini üstələyən kəs, ey elmi ilə hər şeyi bilən kəs, ey misli olmayan kəs! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (20) Ey qəm-qüssəni dağıdan, ey kədəri qovan, ey günahdan keçən, ey tövbəni qəbul edən, ey məxluqu xəlq edən, ey vədə sadiq olan, ey əhdə vəfa edən, ey sirri bilən, ey toxumu bölən, ey canlıları qidalandıran! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(21) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey uca, əfv et! Ey vəfalı, əfv et! Ey ehtiyacsız, əfv et! Ey zəngin, əfv et! Ey xəfif, əfv et! Ey məmnun, əfv et! Ey təmizləyən, əfv et! Ey nəhayətsiz, əfv et! Ey güclü, əfv et! Ey ağa, əfv et!! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (22) Ey gözəllikləri aşkar edən, ey qəbahətləri gizlədən, ey sorğu-sualda güzəştə gedən, ey xəlvətdə olanı ifşa etməyən, ey əzəmətlə əfv edən, ey səhvə göz yuman, ey bağışlmağı məhdudlaşmayan, ey rəhmət ağuşunu açan, ey hamının sirrini saxlayan, ey hamının şikayətini dinləyən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (23) Ey yaxşılığının sonu olmayan, ey rəhmətinin həddi olmayan, ey artıqlaması ilə əta edən, ey hikmətində nöqsanı olmayan, ey qüdrəti kamil olan, ey sübutu qəti olan, ey möcüzəsi aşkarda olan, ey əzəməti daimi olan, ey qüvvəti mətin olan, ey şanı uca olan! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (24) Ey göyləri vücuda gətirən, ey zülmətləri yaradan, ey ağlayanlara acıyan, ey günahkarlarla barışan, ey həyanı qoruyan, ey cansıza can verən, ey ayələri nazil edən, ey xeyirə xeyir qatan, ey pisliyin kökünü kəsən, ey haqq-hesabı ciddi tutan! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(25) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey görkəm verən, əfv et! Ey qədər yazan, əfv et! Ey tədbir tökən, əfv et! Ey paklıq verən, əfv et! Ey nur verən, əfv et! Ey asanlaşdıran, əfv et! Ey müjdələyən, əfv et! Ey çəkindirən, əfv et! Ey qabağa aparan, əfv et! Ey geri salan, əfv et! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (26) Ey müqəddəs evin rəbbi, ey müqəddəs ayın rəbbi, ey müqəddəs şəhərin rəbbi, ey rüknlə məqamın rəbbi***, ey müqəddəs Məşərin rəbbi, ey müqəddəs məscidin rəbbi***, ey halalla haramın rəbbi, ey nurla zülmətlərin rəbbi, ey salamatlıqla sülhün rəbbi, ey canlardakı gücün rəbbi! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (27) Ey hökümlülərin ən hökümlüsü, ey adillərin ən ədalətlisi, sadiqlərin ən sədaqətlisi, ey pakların ən pakizəsi, ey yaradanların ən gözəli, ey hesaba çəkənlərin ən tezi, ey eşidənlərin ən eşidəni, ey görənlərin ən bəsirətlisi, ey şəfayət edənlərin ən yaxşısı, ey kərimlərin ən kəramətlisi! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (28) Ey kimsəsizlərin dayağı, ey köməksizlərin köməyi, ey himayəsizlərin himayədarı, ey müdafiəsizlərin müdafiəsi, ey imdadsızların imdadı, ey başıaşağıların başucalığı, ey izzətsizlərin izzəti, ey əl tutulmayanlara əl tutan, ey sirdaşsızların sirdaşı, ey pənahsızların pənahı! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(29) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey qoruyan, əfv et! Ey sarsılmaz, əfv et! Ey əbədi, əfv et! Ey mehriban, əfv et! Ey nöqsansız, əfv et! Ey hökm verən, əfv et! Ey bilən, əfv et! Ey bölüşdürən, əfv et! Ey əldən alan, əfv et! Ey bolluca əta edən, əfv et! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (30) Ey ismət istəyənə ismət verən, ey nəvaziş istəyənə nəvaziş göstərən, ey əfv istəyəni əfv edən, ey yardım istəyənə yardım edən, ey qorunmaq istəyəni qoruyan, ey kərəm istəyənə kərəm edən, ey rəhbər istəyənə rəhbərlik edən, ey çarə istəyənə çarə qılan, ey dəstək istəyənə dəstək olan, ey nicat istəyənə nicat verən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (31) Ey izzəti yenilməyən, ey incəliyi sezilməyən, ey mətinliyi sarsılmayan, ey sabitliyi dəyişməyən, ey diriliyi bitməyən, ey səltənəti devrilməyən, ey əbədiliyi faniləşməyən, ey elmi müəmma tanımayan, ey ehtiyacsızlığı təmin olunmayan, ey gücü zəifləməyən! Necə də nöqsansızsan, ilahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(32) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey tək olan, əfv et! Ey vahid, əfv et! Ey şahid, əfv et! Ey təriflənən, əfv et! Ey tərifləyən, əfv et! Ey yol göstərən, əfv et! Ey dirildən, əfv et! Ey sahib çıxan, əfv et! Ey ziyana salan, əfv et! Ey mənfəət verən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (33) Ey əzimlər əzimi, ey kərimlər kərimi, ey rəhimlər rəhimi, ey alimlər alimi, ey müdriklər müdriki, ey qədimlər qədimi, ey böyüklər böyüyü, ey lətiflər lətifi, ey möhtəşəmlər möhtəşəmi, ey əzizlər əzizi! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (34) Ey bağışlamaqda səxavətli, ey yaxşılıq etməkdə əzəmətli, ey xeyir verməkdə əliaçıq, ey fəzilət göstərməkdə əbədi, ey lütf etməkdə fasiləsiz, ey yaratmaqda incə, ey acıları dəf edən, ey zərəri uzaqlaşdıran, ey aləmin maliki olan, ey haqqla mühakimə edən! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (35) Ey əhdi ilə vəfalı, ey vəfası ilə qüdrətli, ey qüdrəti ilə uca, ey ucalığı ilə yaxın, ey yaxınlığı ilə lütfkar, ey lütfkarlığı ilə şərafətli, ey şərafəti ilə izzətli, ey izzəti ilə əzəmətli, ey əzəməti ilə təriflənən, ey təriflənməsi ilə tərifləyən! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(36) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey kifayət edən, əfv et! Ey şəfa verən, əfv et! Ey vəfa göstərən, əfv et! Ey əfv edən, əfv et! Ey hidayət edən, əfv et! Ey çağıran, əfv et! Ey qəzavət edən, əfv et! Ey razı qalan, əfv et! Ey uca, əfv et! Ey əbədi, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (37) Ey hər şeyi qarşısında kiçildən, ey hər şeyi qarşısında mütiləşdirən, ey hər şeyi Özü üçün var edən, ey hər şeyi vücuda gətirən, ey hər şeyin qayıdış yeri olan, ey hər şeyi lərzəyə salan, ey hər şeyə davamlılıq verən, ey hər şeyi cəzb edən, ey hər şeyi heyran edən, ey Öz vəchindən başqa hər şeyi həlak edən! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (38) Ey Ondan başqa qaçış yeri olmayan, ey Ondan başqa pənah yeri olmayan, ey Ondan başqa yönəlmə yeri olmayan, ey Ondan başqa nicat yeri olmayan, ey Ondan başqa cazibə yeri olmayan, ey Ondan başqa güc və qüdrət olmayan, ey Ondan başqa köməyə çağırılmayan, ey Ondan başqa güvənilməyən, ey Ondan başqa ümid bəslənilməyən, ey Ondan başqa ibadət olunmayan! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (39) Ey çəkindirənlərin ən yaxşısı, ey arzu olunanların ən yaxşısı, ey axtarılanların ən yaxşısı, ey qapısı döyülənlərin ən yaxşısı, ey can atılanların ən yaxşısı, ey yada salınanların ən yaxşısı, ey şükr olunanların ən yaxşısı, ey sevilənlərin ən yaxşısı, ey çağırılanların ən yaxşısı, ey sirdaşlıq edənlərin ən yaxşısı! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(40) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey bağışlayan, əfv et! Ey gizlədən, əfv et! Ey qüdrətli, əfv et! Ey yox edən, əfv et! Ey var edən, əfv et! Ey parçalayan, əfv et! Ey birləşdirən, əfv et! Ey unutmayan, əfv et! Ey nəzərini çəkməyən, əfv et! Ey yardımını əsirgəməyən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (41) Ey yaradıb görkəm verən, ey təqdir edib yönəldən, ey bəlaları dəf edən, ey pıçıltıları eşidən, ey batanları çıxardan, ey həlak olanları qurtaran, ey xəstələri sağaldan, ey güldürən və ağladan, ey öldürən və dirildən, ey cütlükləri qadın və kişi yaradan! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (42) Ey yolu sudan və qurudan keçən, ey nişanələri üfüqlərdə səpələnən, ey danılmaz sübutu nişanələrindən bəlli olan, ey qüdrətini ölümlə göstərən, ey məzarlarla ibrət verən, ey səltənətini Qiyamətdə aşkar edən, ey heybəti haqq-hesabında olan, ey qəzavəti Mizanla edən, ey mükafatı cənnətdə olan, ey cəzanı cəhənnəmlə verən! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (43) Ey qorxanların sığınacağı, ey günahkarların pənahı, ey tövbəkarların qayıdışı, ey zahidlərin rəğbəti, ey heyrətlənənlərin rahatlığı, ey sevənlərin munisi, ey aşiqlərin iftixarı, ey xətakarların əfv dilədiyi, ey yəqin əhlinin təskinliyi, ey etibar edənlərin etibarı! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(44) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey sevilən, əfv et! Ey sağaldan, əfv et! Ey yaxın olan, əfv et! Ey izləyən, əfv et! Ey hesablayan, əfv et! Ey heybətli, əfv et! Ey mükafatlandıran, əfv et! Ey cavab verən, əfv et! Ey bilən, əfv et! Ey görən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (45) Ey bütün yaxınlardan daha yaxın, ey bütün sevimlilərdən daha sevimli, ey bütün görənlərdən daha görən, ey bütün agahlardan daha agah, ey bütün şərafətlilərdən daha şərafətli, ey bütün ucalardan daha uca, ey bütün güclülərdən daha güclü, ey bütün zənginlərdən daha zəngin, ey bütün səxavətlilərdən daha səxavətli, ey bütün mehribanlardan daha mehriban! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (46) Ey məğlub edilməyən qalib, ey müəllifi olmayan müəllif, ey yaradanı olmayan yaradan, ey hökmdarı olmayan hökmdar, ey üstələyəni olmayan üstələyən, ey ucaldanı olmayan ucaldan, qoruyanı olmayan qoruyan, ey yardımçısı olmayan yardımçı, ey qayib olmayan şahid, ey uzaqlığı olmayan yaxın! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (47) Ey nurun nuru, ey nuru nurlandıran, ey nuru yaradan, ey nuru nizamlayan, ey nura ölçü verən, ey hər bir nurun nuru, ey hər bir nurdan öncəki nur, ey hər bir nurdan sonrakı nur, ey hər bir nurun fövqündəki nur, ey misli olmayan nur! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (48) Ey neməti mübarək, ey işi incə, ey lütfü tükənməz, ey yaxşılığı sonsuz, ey sözü haqq, ey vədi düz, ey əfvi nemət, ey cəzası ədalət, ey zikri şirin, ey rəhməti hər şeyə şamil! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(49) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey yüngülləşdirən, əfv et! Ey fəsillərə bölən, əfv et! Ey dəyişən, əfv et! Ey zəlil edən, əfv et! Ey nazil edən, əfv et! Ey bəxş edən, əfv et! Ey fəzilət verən, əfv et! Ey artıqlaması ilə verən, əfv et! Ey möhlət verən, əfv et! Ey gözəlləşdirən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (50) Ey görünmədən görən, ey yaranmadan yaradan, ey yönəldilmədən yönəldən, ey dirilmədən dirildən, ey sorğulanmadan sorğulayan, ey qidalanmadan qidalandıran, ey sığınmadan sığındıran, ey mühakimə edilmədən mühakimə edən, ey əmr almadan əmr verən, ey doğub-doğulmayan və bənəzəri olmayan! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (51) Ey ən yaxşı hesab aparan, ey ən yaxşı əlac edən, ey ən yaxşı nəzarət edən, ey ən yaxşı yaxınlıq göstərən, ey ən yaxşı cavab verən, ey ən yaxşı dostluq edən, ey ən yaxşı himayə edən, ey ən yaxşı havadarlıq edən, ey ən yaxşı ağalıq edən, ey ən yaxşı köməyə gələn! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (52) Ey ariflərin sevinci, ey aşiqlərin arzusu, ey axtaranların munisi, ey tövbəkarların sevgisi, ey yoxsulların ruzi verəni, ey günahkarların ümidi, ey abidlərin gözünün nuru, ey bəlalıların xilası, ey qəmlilərin əlacı, ey əvvəlkilərin və sonrakıların rəbbi! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(53) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey rəbbimiz, əfv et! Ey məbudumuz, əfv et! Ey sahibimiz, əfv et! Ey mövlamız, əfv et! Ey köməyimiz, əfv et! Ey himayədarımız, əfv et! Ey sübutumuz, əfv et! Ey dayağımız, əfv et! Ey sevimlimiz, əfv et! Ey təbibimiz, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (54) Ey peyğəmbərlərlə salehlərin rəbbi, ey dürüstlərlə yaxşıların rəbbi, ey cənnətlə cəhənnəmin rəbbi, ey böyüklərlə kiçiklərin rəbbi, ey toxumlarla meyvələrin rəbbi, ey çaylarla ağacların rəbbi, ey meşələrlə səhraların rəbbi, ey yerlərlə dənizlərin rəbbi, ey gecələrlə gündüzlərin rəbbi, ey məlumlarla naməlumların rəbbi! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (55) Ey əmri hər şeyə nüfuz edən, ey elmi hər şeyi əhatə edən, ey qüdrəti hər şeyə yetən, ey nemətinin sayı bəndələrə bəlli olmayan, ey şükrü məxluqlar üçün mümkün olmayan, ey cəlalı dərk olunmayan, ey həqiqəti xəyallara sığmayan, ey libası əzəmət və ucalıq olan, ey qərarı öz əlində olan, ey mülkündən başqa mülk olmayan, ey nemətindən başqa nemət olmayan! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (56) Ey ən oxşamalı sifətlər sahibi, ey ən uca sifətlər sahibi, ey dünya və axirət sahibi, ey asayişli cənnət sahibi, ey böyük nişanələr sahibi, ey gözəl adlar sahibi, ey hökm ilə qərar sahibi, ey hava ilə fəza sahibi, ey ərş ilə fərş sahibi, ey uca göylər sahibi! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(57) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey çox əfv edən, əfv et! Ey pərt etmədən bağışlayan, əfv et! Ey səbri tükənməyən, əfv et! Ey dəyər verən, əfv et! Ey mehribanlıq göstərən, əfv et! Ey şəfqət saçan, əfv et! Ey çağırılıan, əfv et! Ey eşqini büruzə verən, əfv et! Ey nöqsansızlığı ilə heyrətə gətirən, əfv et! Ey müqəddəs, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (58) Ey göylərdə əzəməti tanınan, ey yerdə nişanələri görünən, ey dəlili hər şeydə aşkarlaşan, ey dənizlərdə əcaiblik yaradan, ey dağlarda xəzinələr saxlayan, ey məxluqları yaratdıqca yaradan, ey hər şeyin hədəfi olan, ey hər şeydə lütfü görsənən, ey hər şeyi gözəl xəlq edən, ey yaranmışlar üzərində qüdrəti olan! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (59) Ey dostu olmayanın dostu, ey təbibi olmayanın təbibi, ey qəbul edilməyəni qəbul edən, ey həmdərdi olmayanın həmdərdi, ey yoldaşı olmayanın yoldaşı, ey köməyi olmayanın köməyi, ey bələdçisi olmayanın bələdçisi, ey munisi olmayanın munisi, ey rəhm görməyənin rəhm edəni, ey kimsəsi olmayanın kimsəsi! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (60) Ey qane olmaq istəyəni qane edən, ey hidayət istəyəni hidayət edən, ey qorunmaq istəyəni qoruyan, ey nəzər istəyənə nəzər edən, ey şəfa istəyənə şəfa verən, ey hökm istəyənə hökm çıxaran, ey ehtiyacsızlıq istəyəni ehtiyacsız edən, ey vəfa istəyənə vəfalı olan, ey güc istəyənə güc verən, ey böyük istəyənə böyüklük edən! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(61) İlahi, Öz adına xatir Səndən diləyirəm! Ey xəlq edən, əfv et! Ey ruzi verən, əfv et! Ey danışan, əfv et! Ey düz deyən, əfv et! Ey yaran, əfv et! Ey ayıran, əfv et! Ey üzə çıxaran, əfv et! Ey birləşdirən, əfv et! Ey qabaqlayan, əfv et! Ey məqamı uca əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (62) Ey gecə ilə gündüzü əvəzləyən, ey zülmətlərlə nuru yaradan, ey kölgə ilə istini ərsəyə gətirən, ey günəşlə ayı idarə edən, ey xeyirlə şəri müəyyən edən, ey ölümlə həyatı yaradan, ey maddə ilə məna əlində olan, ey zövcə ilə övlada yiyələnməyən, ey mülkündə şəriki olmayan, ey müdafiəçiyə ehtiyac duymayan! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (63) Ey arzulayanların arzusundan xəbərdar olan, ey susanların sirrini bilən, ey gücsüzlərin fəryadını eşidən, ey qorxanların göz yaşlarını görən, ey istəyənlərin istədikləri əlində olan, ey tövbəkarların üzrünü qəbul edən, ey fəsadçıların əməlini islah etməyən, ey xeyixahları əcrsiz qoymayan, ey ariflərin qəlbindən uzaqlaşmayan, ey səxavətlilərin ən səxavətlisi! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (64) Ey həmişə var olan, ey duaları eşidən, ey nemətləri artıran, ey xətalardan keçən, ey göyləri yaradan, ey sınağı yaxşılıq olan, ey sitayişi gözəllik gətirən, ey ucalığı əzəli olan, ey vəfası tükənməyən, ey mükafatıyla şərəfləndirən! Necə də nöqsansızsan, İlahi! Yoxdur bir tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(61) İlahi, Səndən Öz adına xatir diləyirəm! Ey xəlq edən, əfv et! Ey ruzi verən, əfv et! Ey danışan, əfv et! Ey düz deyən, əfv et! Ey yaran, əfv et! Ey ayıran, əfv et! Ey üzə çıxaran, əfv et! Ey birləşdirən, əfv et! Ey qabaqlayan, əfv et! Ey məqamı uca, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (62) Ey gecə ilə gündüzü əvəzləyən, ey zülmətlərlə nuru yaradan, ey kölgə ilə istini ərsəyə gətirən, ey günəşlə ayı idarə edən, ey xeyirlə şəri müəyyən edən, ey ölümlə həyatı yaradan, ey maddə ilə məna əlində olan, ey zövcə ilə övlada yiyələnməyən, ey mülkündə şəriki olmayan, ey müdafiəçiyə ehtiyac duymayan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (63) Ey arzulayanların arzusundan xəbərdar olan, ey susanların sirrini bilən, ey gücsüzlərin fəryadını eşidən, ey qorxanların göz yaşlarını görən, ey istəyənlərin istədikləri əlində olan, ey tövbəkarların üzrünü qəbul edən, ey fəsadçıların əməlini islah etməyən, ey xeyixahları əcrsiz qoymayan, ey ariflərin qəlbindən uzaqlaşmayan, ey səxavətlilərin ən səxavətlisi! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (64) Ey həmişə var olan, ey duaları eşidən, ey nemətləri artıran, ey xətalardan keçən, ey göyləri yaradan, ey sınağı yaxşılıq olan, ey sitayişi gözəllik gətirən, ey ucalığı əzəli olan, ey vəfası tükənməyən, ey mükafatıyla şərəfləndirən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(65) İlahi, Səndən Öz adına xatir diləyirəm! Ey örtən, əfv et! Ey bağışlayan, əfv et! Ey qalib, əfv et! Ey güc sahibi, əfv et! Ey səbri tükənməyən, əfv et! Ey yaxşılıq edən, əfv et! Ey ixtiyar sahibi, əfv et! Ey açan, əfv et! Ey ruh verən, əfv et! Ey rahat edən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (66) Ey yaradanım və görkəm verənim, ey ruzi yetirənim və böyüdənim, ey çörək verənim və sirab edənim, ey məni yaxın bilən və yanına buraxan, ey məni öhdəsinə götürən və qane edən, ey qoruyanım və himayə edənim, ey ehtiyacımı verən və məni əziz tutan, ey uğur verənim və hidayət edənim, ey ürəyimi açdığım və arxa-dayağım, ey canımı alan və həyat verənim! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (67) Ey sözləri ilə haqqı bərqərar edən, ey bəndələrinin tövbəsini qəbul edən, ey insanın nəfsi ilə ruhu arasında duran, ey şəfaət üçün icazə verən, ey yolunu azmışları yaxşı tanıyan, ey etiraz edilməyəcək hökm verən, ey rədd edilməyəcək qərar çıxaran, ey hər şeyi əmrinə ram edən, ey qüdrtəti ilə göyləri bükən, ey rəhmətinin müjdəsi kimi küləkləri əsdirən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (68) Ey yeri məskən qərar verən, ey dağları dayaq qərar verən, ey günəşi çıraq qərar verən, ey ayı nur qərar verən, ey gecəni örtük qərar verən, ey gündüzü qayğı vaxtı qərar verən, ey yuxunu istirahət qərar verən, ey göyü bina edən, ey hər şeyə cüt qərar verən, ey cəhənnəmi pusquda qərar verən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(69) İlahi, Səndən Öz adına xatir diləyirəm!Ey dinləyən, əfv et! Ey şəfaətçi, əfv et! Ey ucaməqamlı, əfv et! Ey məğlubedilməz, əfv et! Ey gecikdirməyən, əfv et! Ey yaradan, əfv et! Ey böyük, əfv et! Ey qüdrətli, əfv et! Ey xəbərdar, əfv et! Ey pənah verən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (70) Ey hər bir diridən öncəki diri, ey hər bir diridən sonrakı diri, ey heç bir dirinin bənzəmədiyi diri, ey heç bir dirinin şəriki olamayan diri, ey heç bir diriyə eytiyacı olmayan diri, ey hər bir dirini öldürən diri, ey hər bir dirini qidalandıran diri, ey diriliyi əxz etməyən diri, ey ölüləri dirildən diri, ey yuxu və mürgü bilməyən həmişəvar diri! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (71) Ey zikri unudulmayan, ey nuru sönməyən, ey neməti hesaba gəlməyən, ey hökmranlığı tükənməyən, ey tərifi bitməyən, ey cəlalı təsəvvürə gəlməyən, ey kamalı dərk olunmayan, ey hökmü rədd edilməyən, ey sifətləri dəyişməyən, ey xüsusiyyətləri əvəzlənməyən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (72) Ey aləmlərin rəbbi, ey qiyamət gününün sahibi, ey axtaranların axtardığı, ey pənah aparanların pənahı, ey qaçanları yaxalayan, ey səbrliləri sevən, ey tövbəkarları sevən, ey paklanmışları sevən, ey xeyirxahları sevən, ey hidayət olunmuşları yaxşı tanıyan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(73) İlahi, Səndən Öz adına xatir diləyirəm! Ey şəfqətli, əfv et! Ey dostluğu sevən, əfv et! Ey hifz edən, əfv et! Ey ehtiva edən, əfv et! Ey qüvvətləndirən, əfv et! Ey fəryada yetən, əfv et! Ey izzətləndirən, əfv et! Ey alçaldan, əfv et! Ey başlanğıc verən, əfv et!Ey sona çatdıran, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (74) Ey ziddi olmadan tək olan, ey misli olmadan yeganə olan, ey nöqsanı olmadan ehtiyacsız olan, ey necəliyi olmadan bir olan, ey zülm etmədən qərar verən, ey yardımçı götürmədən rəbb olan, ey xarlıq bilmədən izzətli olan, ey yoxsulluq bilmədən zəngin olan, ey devrilmək bilmədən hökmdar olan, ey bənzəri göstərilmədən vəsf olunan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (75) Ey zikri zikredənlər üçün şərəf, ey şükrü şükredənlər üçün uğur, ey həmdi həmdedənlər üçün izzət, ey itaəti itaətkarlar üçün nicat, ey qapısı gələnlər üçün açıq, ey yolu tövbəkarlar üçün bəlli, ey nişanələri baxanlar üçün aydın, ey Kitabı təqvalılar üçün xatırlama, ey ruzisi itaətkar və günahkar üçün eyni, ey rəhməti xeyirxahlar üçün yaxın! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (76) Ey adı mübarək, ey böyüklüyü uca, ey ilahiliyi şəriksiz, ey tərifi şanlı, ey adları müqəddəs, ey varlığı əbədi, ey gözəlliyi əzəmət, ey libası izzət, ey xeyri hesabsız, ey nemətləri saysız! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(77) İlahi, Səndən Öz adına xatir diləyirəm! Ey yardımçı, əfv et! Ey əmin, əfv et! Ey aydın, əfv et! Ey mətin, əfv et! Ey sabit, əfv et! Ey yolgöstərən, əfv et! Ey təriflənən, əfv et! Ey şanlı, əfv et! Ey güclü, əfv et! Ey şahid, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (78) Ey uca ərşin sahibi, ey düz sözün sahibi, ey yüksəldən işlərin sahibi, ey ağır bəlanın sahibi, ey vəd və xəbərdarlıq sahibi, ey sitayişəlayiq sahib, ey istədiyini edən, ey uzaqlaşmayan yaxın, ey hər şeyi görən, ey bəndələrinə haqsızlıq etməyən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (79) Ey şəriki və vəziri olmayan, ey bənzəri və misli olmayan, ey günəşi və işıqlanmış ayı yaradan, ey əliüzülmüş fəqiri varlandıran, ey körpə uşağa ruzi yetirən, ey yaşlı ağsaqqala rəhm edən, ey sınmış sümükləri birləşdirən, ey qorxub sığınanı amanda saxlayan, ey bəndələrini tanıyan və eşidən, ey hər şeyə qadir olan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (80) Ey səxavət və nemət sahibi, ey fəzilət və kərəm sahibi, ey lövhə və qələmin xaliqi, ey qarışqa və insanın yaradanı, ey bəla və intiqamın sahibi, ey ərəb və əcəmin ilhamçısı, ey ziyan və acını dəf edən, ey sirri və gizlini bilən, ey Kəbə evinin və məscidül-hərəmin rəbbi, ey hər şeyi yoxdan yaradan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(81) İlahi, Səndən Öz adına xatir diləyirəm! Ey fail, əfv et! Ey təyin edən, əfv et! Ey qəbul edən, əfv et! Ey kamilləşdirən, əfv et! Ey ayıran, əfv et! Ey qovuşduran, əfv et! Ey ədalətli, əfv et! Ey qalib gələn, əfv et! Ey tələb edən, əfv et! Ey bəxş edən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (82) Ey əliaçıqlığı ilə nemət verən, ey səxavəti ilə kərəm edən, ey lütfü ilə səxavət göstərən, ey qüdrəti ilə izzətli olan, ey hikməti ilə qüdrətini göstərən, ey tədbiri ilə hökm verən, ey elmi ilə tədbir tökən, ey həlimliyi ilə güzəştə gedən, ey ucalığı ilə yaxın gələn, ey yaxınlığı ilə uca qalan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (83) Ey istədiyini yaradan, ey istədiyini edən, ey istədiyini hidayət edən, ey istədiyini azdıran, ey istədiyini cəzalandıran, ey istədiyini bağışlayan, ey istədiyini ucaldan, ey istədiyini alçaldan, ey istədiyini bətnlərdə vücuda gətirən, ey istədiyinə rəhm edən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (84) Ey xanımı və övladı olmayan, ey hər şeyin ölçüsünü təyin edən, ey qərarı şəriksiz verən, ey mələkləri elçi kimi göndərən, ey bürclərlə göyü bəzəyən, ey yeri məskən edən, ey insanı sudan yaradan, ey hər şeyə müddət təyin edən, ey elmi ilə hər şeyi əhatə edən, ey hər şeyin sayını bilən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(85) İlahi, Səndən Öz adına xatir diləyirəm!Ey əvvəl, əfv et! Ey axır, əfv et! Ey aşkar, əfv et! Ey gizli, əfv et! Ey xeyirxah, əfv et! Ey haqq, əfv et! Ey vahid, əfv et! Ey yeganə, əfv et! Ey ehtiyacsız, əfv et! Ey əbədi, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (86) Ey tanınanların ən yaxşısı, ey ibadət olunanların ən fəzilətlisi, ey şükr olunanların ən şanlısı, ey zikr olunanların ən izzətlisi, ey tərif olunanların ən ulusu, ey can atılanların ən qədimi, ey vəsf olunanların ən ucası, ey üz tutulanların ən böyüyü, ey qapısı döyülənlərin ən səxavətlisi, ey sevilənlərin ən şərafətlisi! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (87) Ey ağlayanların sevimlisi, ey güvənənlərin sahibi, ey azmışların hidayətçisi, ey möminlərin ağası, ey zikr edənlərin munisi, ey darıxanların pənahı, ey sədaqətlilərin xilası, ey qüdrətlilərin ən qüdrətlisi, ey bilənlərin ən biləni, ey bütün məxluqatın Allahı! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (88) Ey uca ola-ola qalib gələn, ey hökmdar ola-ola təqdir edən, ey gizlin qala-qala hər şeyi bilən, ey məbud ola-ola təşəkkür edən, ey sözündən çıxılsa belə bağışlayan, ey fikirlərə belə sığmayan, ey bəsirətlə belə dərk olunmayan, ey heç bir şeyi gözdən buraxmayan, ey bəşəriyyətə ruzi verən, ey hər şeyin miqdarını təyin edən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(89) İlahi, Səndən Öz adına xatir diləyirəm!Ey hifz edən, əfv et! Ey var edən, əfv et! Ey yaradan, əfv et! Ey uca olan, əfv et! Ey əlac edən, əfv et! Ey açan, əfv et! Ey açıqlayan, əfv et! Ey zamin duran, əfv et! Ey əmr verən, əfv et! Ey qadağa qoyan, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (90) Ey qeybi bilən yeganə kəs, ey pisliyi dəf edən yeganə kəs, ey varlığı yaradan yeganə kəs, ey günahları bağışlayan yeganə kəs, ey neməti yarımçıq verməyən yeganə kəs, ey qəlbləri dəyişən yeganə kəs, ey işləri idarə edən yeganə kəs, ey yağışı yağdıran yeganə kəs, ey ruzini artıran yeganə kəs, ey ölüləri dirildən yeganə kəs! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!(91) Ey zəiflərin dayağı, ey qəriblərin yoldaşı, ey övliyaların köməyi, ey düşmənləri yıxan, ey səmanı ucaldan, ey seçilmişlərin munisi, ey təqvalıların məhbubu, ey fəqirlərin sərvəti, ey varlıların tanrısı, ey kərimlərin kərimi! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!(92) Ey heçnəyə ehtiyacı olmayan, ey hərşeyin üzərində duran, ey heçnəyə bənzəməyən, ey mülkündə heçnəyi artmayan, ey heçnəyi gözdən qaçırmayan, ey xəzinəsindən heçnəyi azalmayan, ey heçnəyin misli olmayan, ey elmində heçnəyin müamması olmayan, ey hər şeydən xəbərdar olan, ey rəhməti ilə hər şeyi əhatə edən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(93) İlahi, Səndən Öz adına xatir diləyirəm! Ey ikram edən, əfv et! Ey çörək verən, əfv et! Ey nemət göndərən, əfv et! Ey əta edən, əfv et! Ey ehtiyacsız edən, əfv et! Ey zənginlik verən, əfv et! Ey yox edən, əfv et! Ey həyat verən, əfv et! Ey məmnun edən, əfv et! Ey nicat verən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (94) Ey hər şeyin əvvəli və sonu, ey hər şeyin tanrısı və sahibi, ey hər şeyin rəbbi və surət verəni, ey hər şeyi vücuda gətirən və yaradan, ey hər şeyi təhvil alan və dəyərləndirən, ey hər şeyi başlayan və tamamlayan, ey hər şeyin mənşəyi və qədər təyin edəni, ey hər şeyi var edən və hərəkətə gətirən, ey hər şeyi dirildən və öldürən, ey hər şeyə yaradılış verən və sahib çıxan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (95) Ey ən gözəl yad edən və yad olunan, ey ən gözəl təşəkkür edən və təşəkkür olunan, ey ən gözəl tərif edən və tərif olunan, ey ən gözəl müşahidə edən və müşahidə olunan, ey ən gözəl çağıran və çağırılan, ey ən gözəl cavab verən və cavab alan, ey ən gözəl dost tutan və dost tutulan, ey ən gözəl yoldaş və həmnişin, ey ən gözəl üz tutulan və can atılan, ey ən gözəl sevən və sevilən! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (96) Ey Onu çağıranlara cavab verən, ey Ona itaət edənləri sevən, ey Onu sevənlərə yaxın olan, ey Ona sığınanları qoruyan, ey Ona ümid edənlərə kərəm edən, ey Ona günah edənlərlə yumşaq davranan, ey əzəmətində rəhimli olan, ey hikmətində əzəmətli olan, ey yaxşılığında əbədi olan, ey müştaqlarını tanıyan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
(97) İlahi, Səndən Öz adına xatir diləyirəm! Ey səbəb salan, əfv et! Ey rəğbətləndirən, əfv et! Ey halı dəyişən, əfv et! Ey arxaca gələn, əfv et! Ey tərtib edən, əfv et! Ey qorxuya salan, əfv et! Ey xəbərdarlıq edən, əfv et! Ey yada salan, əfv et! Ey ram edən, əfv et! Ey dəyişiklik verən, əfv et! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb! (98) Ey elmi əzəli, ey vədi doğru, ey lütfü aşkar, ey əmri gerçəkləşən, ey kitabı aydın, ey qərarı icra olunan, ey Quranı şanlı, ey iqtidarı əbədi, ey fəzli hər şeyə şamil, ey ərşi əzəmətli! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!(99) Ey birini eşitməsi başqasını eşitməkdən yayındırmayan, ey bir iş görməsi başqa iş görməyinə mane olmayan, ey biri ilə danışması başqası ilə danışmasını əngəlləməyən, ey birinin istəyi ilə başqasının istəyini səhv salmayan, ey bir şeyi görməsi başqa bir şeyi gözündən yayındırmayan, ey hacət istəyənlərdən bezməyən, ey arzu edənlərin nəhayət arzusu, ey ariflərin nəhayət himməti, ey tələbkarların nəhayət tələbi, ey bütün aləmlərdə bir zərrədən də xəbərsiz olmayan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!(100) Ey mülayim olan və tələsməyən, ey səxavətli olan və paxıllıq etməyən, ey sözündə düz olan və yalan danışmayan, ey bəxş edən və heyifslənməyən, ey qalib olan və məğlub edilməyən, ey əzəmətli olan və vəsfə gəlməyən, ey ədalətli olan və haqqsızlığa yol verməyən, ey ehtiyacsız olan və yoxsulluq tanımayan, ey böyük olan və kiçilməyən, ey qoruyan və diqqəti yayınmayan! Necə də nöqsansızsan, İlahi! Yoxdur tanrı, Səndən başqa! Dadıma yet, dadıma yet! Qoyma yanım, ya Rəbb!
* Duanın orijinalında “Sübhanək” sözü işlənib. Adətən “pak və nöqsansızsan” kimi tərcümə olunan bu ifadə heyranlığı ifadə edir və “heyranam Sənə!”, “necə də nöqsansızsan!” yaxud “necə də gözəlsən!” mənalarını verir.
** Burada “Kitabın anası” kimi tərcümə olunan “Ümmül-kitab” kəlməsi işlənib. Dini mənbələrdə bu sözlə Lövhi-məhfuz, səmavi kitabların ümumi mənşəyi, Quran, möhkəm ayələr və Fatihə surəsi ifadə olunub.
*** Rükn Kəbə evinin tininə deyilir. Məqam – həzrət İbrahimin (ə) ayaq izlərinin həkk olduğu və Kəbənin yanında yerləşən daşdır. Məşər (yaxud Müzdəlifə) – Məkkə yaxınlığında yerləşən və hacıların Qurban bayramı gecəsi qaldığı bir dərədir. Müqəddəs məscid isə, Kəbə evinin yerləşdiyi Məscidül-hərəmdir.
Covşən kəbir duasi
Bəzi rəvayətlərdə gəlib ki, bu əzəmətli duanı mübarək Ramazan ayının gecələrində oxumaq müstəhəbdir. Onun məcmusu 100 fəsildən ibarətdir.
Hər fəsli isə Allah-Taalanın 10 adına şamildir. Hər fəslin axırında bunu demək lazımdır:
“Sübhanəkə ya la ilahə illa ənt, əl ğovs, əl-ğovs, xəllisna minən-nari, ya Rəbb”
Tərcüməsi: Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey O Kəs ki, Səndən başqa bir mə”bud yoxdur,
bizə kömək et, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb!
Bismillahir–rəhmanir–rəhim
1. İlahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Allah (bütün kamal və camal sifətlərini Özündə cəm edən Vacibül-vücud Zatən qəni olan varlıq), ey Rəhman (rəhməti həddindən artıq olan, rəhməti həm mö”minə, həm də kafirə şamil olan), ey Rəhim (rəhməti sabit olan, kəsilməyən), ey Kərim (ehsan və ne”mət sahibi), ey Müqim, ey Əzim (əzəmətli), ey Qədim (əzəli, heç vaxt zavala uğramayan varlıq, vücudu üçün başlanğıc olmayan), ey Əlim (sonsuz elmli), ey Həlim (qəzəbinin Onu təhrik etmədiyi Kəs), ey Həkim (hakim, hikmət üzündən iş görən) Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey o Kəs ki, Səndən başqa heç bir mə”bud yoxdur, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb)!
2. Ey seyyidlərin ağası, ey duaları qəbul edən, ey dərəcələri yüksəldən, ey yaxşılıqları sevən, ey xətaları bağışlayan, ey istəyənlərə əta edən, ey tövbələri qəbul edən, ey səsləri eşidən, ey məxfi şeyləri bilən, ey bəlaları dəf edən!
3. Ey bağışlayanların ən yaxşısı, ey fəth edənlərin ən yaxşısı, ey kömək edənlərin ən yaxşısı, ey hakimlərin ən yaxşısı, ey ruzi verənlərin ən yaxşısı, ey varislərin ən yaxşısı, ey həmd (tə”rif) edənlərin ən yaxşısı, ey zikr edənlərin ən yaxşısı, ey nazil edənlərin ən yaxşısı, ey ehsan edənlərin ən yaxşısı!
4. Ey O Kəs ki, yalnız Sənin üçündür izzət və cəmal, ey O Kəs ki, yalnız Sənin üçündür qüdrət və kamal, ey O Kəs ki, yalnız Sənin üçündür mülk (səltənət) və cəlal, ey Kəbir və Mütəal, ey ağır buludları vücuda gətirən, ey intiqamı (tədbir, əzab və qüdrəti) şiddətli olan, ey hesablara çox sür”ətlə yetişən, ey cəzası şiddətli olan kəs, ey O Kəs ki, gözəl savablar Sənin yanındadır, ey O Kəs ki, Ümmül-kitab Sənin yanındadır!
5. İlahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Hənnan (Ondan üz çevirənləri qəbul edən, rəhmət sahibi), ey Mənnan (bir şeyi istəməzdən qabaq əta etməyə başlayan), ey Dəyyan (qəhhar, məxluqatı Öz itaətinə vadar edən), ey Bürhan, ey Sultan, ey Rizvan, ey Ğüfran (məğfirət sahibi, tövbə edən bəndənin günahını silib yerinə savab yazan), ey Sübhan (hər bir eyb və nöqsandan pak və münəzzəh), ey Müstəan (kömək istənilən), ey ne”mət və bəyan sahibi!
6. Ey O Kəs ki, hər şey Sənin əzəmətin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin qüdrətin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin izzət və şövkətinin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin heybətindən xaze”dir, ey O Kəs ki, hər şey Sənin xəşyətin müqabilində zəlildir, ey O Kəs ki, dağlar Sənin qorxundan parçalanır, ey O Kəs ki, asimanlar Sənin əmrinlə bərqərardır, ey O Kəs ki, yerlər Sənin iznin ilə müstəqərdir (sabit, qərarlaşmış), ey O Kəs ki, şimşək həmd ilə Sənə təsbih deyir, ey O Kəs ki, Öz məmləkətinin əhalisinə (Öz bəndələrinə) zülm etməz!
7. Ey xətaları bağışlayan, ey möhnəti (qəm-qüssəni) dağıdan, ümidlərin sonu, ey ətaları böyük (vüs”ətli) olan, ey hədiyyələri bəxşiş edən, ey məxluqata ruzi verən, ey arzuları yerinə yetirən, ey şikayətləri eşidən, ey məxluqatı dirildən, ey əsirləri azad edən!
8. Ey həmd və səna sahibi, ey fəxr və əzəmət sahibi, ey məcd və rəf”ət (uca məqam) sahibi, ey əhd və vəfa sahibi, ey əfv və riza (razılıq) sahibi, ey minnət (ne”mət) və əta sahibi, ey fəzl və fərman sahibi, ey izzət və əbədiyyət sahibi, ey ehsan və səxavət sahibi, ey zahiri və batini ne”mətlər sahibi!
9. İlahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mane” (övliyaullahları qoruyan, onlara kömək edən, yaxud məhrum olmağa layiq olanları məhrum edən), ey Dafe” (mö”minlərdən bəlaları dəf edən), ey Rafe” (mö”minlərə səadət, övliyaullahlara təqərrüb bəxş etməklə dərəcələrini yüksəldən), ey Sane” (kainatı ixtira edən), ey Nafe” (istədiyi layiqli bəndələrə xeyir yetirən), ey Same” (eşidən), ey Came” (cəm edən), ey Şafe” (şəfaətçi), ey Vase” (istənilən şeylərdən daha geniş əta edən, qəniliyi bütün fəqirlərə, ruzisi və rəhməti bütün məxluqata şamil olan), ey Müin (köməkçi)!
10. Ey hər şeyin yaradanı (Faili), ey bütün məxluqatın xəlq edəni, ey bütün ruzi verilənlərin ruzi verəni, ey bütün mülkiyyətdə olanların maliki (sahibi), ey bütün qəm-qüssə və çətinlikdə olanların qəm-qüssələrini dağıdan, ey bütün müsibət görənlərin qəmini dağıdan, ey bütün mərhumlara rəhm edən, ey bütün köməksizlərə kömək edən, ey bütün eyblilərin eybini örtən, ey bütün qovulmuşların pənahı!
11. Ey çətinliklərdəki zəxirəm (ehtiyatım), ey müsibətlərdəki ümidim, ey vəhşətlərdəki munisim, ey qürbətdəki yoldaşım, ey ne”mət sahibim, ey qəmli halımdakı dadıma yetənim, ey sərgərdan qaldığım vaxt yol göstərənim, ey fəqirlik (ehtiyac) çağında məni qəni edən, ey iztirar çağında mənim pənahım, ey qorxu halında mənim kömək edənim!
12. Ey qeybləri bilən, ey günahkarları bağışlayan, ey eybləri örtən, ey qəm-qüssəni dağıdan, ey qəlbləri (mə”nəvi cəhətdən) halbahal edən, ey qəlblərin təbibi, ey qəlbləri nurlandıran, ey qəlblərlə üns tutan, ey qüssələri dağıdan, ey qəmləri aradan aparan.
13. İlahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Cəlil (sifətlərində kamil), ey Cəmil (fe”lləri gözəl, vəsfləri kamil), ey Vəkil (kifayət edən, hər bir işdə bəndələrini hifz edib zərəri dəf edən), ey Kəfil (zamin), ey Dəlil (düz yol göstərən), ey Qəbil, ey Müdil (qələbə və nüsrətə yetirən), ey Münil (əta edən), ey Müqil (xətadan keçən), ey Mühil (çarə, tədbir edən)!
14. Ey sərgərdan qalanların yol göstərəni, ey fəryad edənlərin fəryadına yetən, ey imdada çağıranların imdadına yetişən, ey pənah istəyənlərə pənah verən, ey qorxanlara əmin-amanlıq verən, ey mö”minlərin köməyi, ey miskinlərə rəhm edən, ey asilərin (günahkar bəndələrin) pənahgahı, ey günhakarları bağışlayan, ey çarəsizlərin duasını qəbul edən!
15. Ey ehsan və cud (bəxşiş) sahibi, ey fəzl və ne”mət sahibi, ey əmin-amanlıq sahibi, ey qüds (paklıq, müqəddəslik) və sübhan (münəzzəhlik) sahibi, ey hikmət və bəyan sahibi, ey rəhmət və rizvan sahibi (razılığın yüksək dərəcəsi), ey höccət və bürhan sahibi, ey əzəmət və səltənət sahibi, ey rə”fət və kömək sahibi, ey əfv və ğüfran sahibi!
16. Ey hər şeyin Rəbbi (təkamülə doğru hidayət edəni), ey hər şeyin mə”budu, ey hər şeyin xaliqi, ey hər şeyin icad edəni, ey hər şeydən əvvəl olan, ey hər şeydən sonra qalan, ey hər şeyin fövqündə olan, ey hər şeyə alim olan Kəs, ey hər bir şeyə qadir olan Kəs, ey O Kəs ki, hər şey fani olar və Sən qalarsan!
17. İlahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mö”min (əmin-amanlıq bəxş edən), ey Mühəymin (məxluqun əməllərinə, əcəllərinə və ruzilərinə nəzarət edən), ey Mükəvvin (vücuda gətirən), ey Müləqqin (başa salan), ey Mübəyyin (bəyan edən), ey Mühəvvin (asanlaşdıran), ey Müməkkin (səltənət bəxş edən, sabitqədəm edən), ey Müzəyyin (zinət verən, gözəlləşdirən), ey Mü”lin (izhar edən), ey Müqəssim!
18. Ey Öz mülkündə müqim (nəzarətçi) olan, ey Öz səltənətində əzəli olan, ey Öz cəlalında əzim olan, ey Öz bəndələrinə rəhimli olan, ey hər bir şeyə əlim (elmli) olan, ey Ona qarşı mə”siyət edənlərə həlim olan, ey Ona ümid bağlayanlara kərim olan, ey Öz məxluqunda həkim (hikmətli), ey Öz hikmətində lətif, ey Öz lütfündə qədim (əzəli) olan!
19. Ey O Kəs ki, yalnız fəzlinə ümid dikilər, ey O Kəs ki, yalnız əfvi istənilər, ey O Kəs ki, yalnız yaxşılığına ehsanına göz dikilər, ey O Kəs ki, yalnız ədalətindən qorxarlar, ey O Kəs ki, mülkündən başqa heç nə davamlı deyil, ey o Kəs ki, Sənin səltənətindən başqa heç bir səltənət yoxdur, ey rəhməti hər şeyi əhatə edən, ey rəhməti qəzəbini qabaqlayan, ey elmi hər bir şeyi əhatə edən, ey misli bərabəri olmayan Kəs!
20. Ey qüssələri dağıdan, ey qəmlilərin qəmini açan (sevinc bəxş edən), ey günahları bağışlayan, ey tövbələri qəbul edən, ey məxuluqun xaliqi, ey və”dəsinə sadiq olan, ey əhdinə vəfa edən, ey sirrlərə alim olan, ey çərdəyi yaran, ey camaata ruzi verən!
21. İlahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əliyy (vəsf edənlərin vəsfinin, ariflərin elminin Onu əhatə edə bilmədiyi), ey Vəfiyy (əhdinə vəfalı qalan), ey Ğəniyy (zatən qəni və ehtiyacsız olan, bütün məxluqatın Ona ehtiyaclı olduğu), ey Məliyy (möhlət verən), ey Həfiyy (köməkçi və xeyirxah), ey Rəziyy (əmrinə itaət edib nəhyindən çəkinən bəndədən razı olan), ey Zəkiyy, ey Bədiyy, ey Qəviyy, ey Vəliyy (dost, ixtiyar sahibi, mövla)!
22. Ey gözəlliyi aşkar (zahir) edən, ey pislikləri örtən (pərdələyən), ey bəndələrini günah və cinayətlərinə görə tənbih etməyən və pərdələri yırtmayan, ey əfvi böyük olan, ey bağışlaması gözəl olan, ey məğfirəti geniş olan, ey rəhmət əllərini açan, ey gizli münacatlarla həmrah olan, ey bütün şikayətlərin qayıtdığı yer!
23. Ey sabiq ne”mət sahibi, ey vüs”ətli rəhmət sahibi, ey sabiq minnət sahibi, ey son dərəcə tə”kidli hikmət sahibi, ey kamil qüdrət sahibi, ey (haqla batili ayıran) qət”i höccət sahibi, ey zahir olan kəramət sahibi, ey daimi izzət sahibi, ey mətin qüvvə sahibi, ey nüsrətli əzəmət sahibi!
24. Ey asimanları vücuda gətirən, ey zülmətləri qərar verən, ey qəlbdən ağlayanlara rəhm edən, ey xətalardan keçən, ey pislikləri, eybləri örtən, ey ölüləri dirildən, ey ayələri nazil edən, ey həsənatı qat-qat artıran, ey pis əməlləri məhv edən, ey cəzası şiddətli olan!
25. İlahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müsəvvir (məxluqata surət verən), ey Müqəddir (qəzavü-qədəri müqəddər edən), ey Müdəbbir (tədbir edən), ey Mütəhhir (pak edən), ey Münəvvir (başqalarına nur verən, nurlandıran), ey Müyəssir (asan edən), ey Mübəşşir (müjdə verən), ey Münzir (qorxudan), ey Müqəddim (bəndələrdən istədiyini hikmət əsasında Öz rəhmətinə müvəffəq olmaqda qabağa salan), ey Müəxxir (bəndələrdən istədiyi kəsi hikmət əsasında zəlil edib rəhmətindən axıra salan)!
26. Ey Beytül-həramın (hörmətli evin) Rəbbi, ey Şəhrül-həramın (hörmətli ayın) Rəbbi, ey hörmətli vilayətin Rəbbi, ey Rükn və Məqamın Rəbbi, ey Məş”əri-həramın Rəbbi, ey Məscidül-həramın Rəbbi, ey halal və haramın Rəbbi, ey nur və qaranlığın Rəbbi, ey təhiyyət və salamın Rəbbi, ey məxluqatda qüdrətin Rəbbi!
27. Ey hakimlərin ən yaxşı hökm edəni, ey ədalətlilərin ən ədalətlisi, ey doğruçuların ən doğruçusu, ey pakların ən pakı, ey xəlq edənlərin ən gözəli, ey hesab çəkənlərin ən sür”ətlisi, ey eşidənlərin ən yaxşı eşidəni, ey nəzər edənlərin ən bəsirətlisi, ey şəfa verənlərin ən yaxşı şəfa verəni, ey kəramətlilərin ən kəramətlisi!
28. Ey arxası olmayanların arxası, ey istinad yeri olmayanların istinad yeri, ey zəxirəsi olmayanların zəxirəsi, ey heç bir möhkəm pənahgahı olmayanların möhkəm pənahgahı, ey heç bir fəryada çatanı olmayanların fəryada çatanı, ey heç bir fəxri olmayanların fəxri, ey heç bir izzəti olmayanların izzəti, ey heç bir köməkçisi olmayanların köməkçisi, ey heç bir munisi olmayanların munisi, ey heç bir aman verəni olmayanların aman verəni!
29. İlahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Asim (bəndələri günahlardan, pisliklərdən hifz edib çəkindirən), ey Qaim (hər şeyə nəzarət edən, Öz zatı əsasında mövcud olan, hər bir nəfsə nəzarət edən), ey Daim (həmişəlik varlıq), ey Rahim (rəhm edən), ey Salim (sağlamlıq bəxş edən), ey Hakim (hikmətli, hökm edən), ey Alim, ey Qasim (bəndələrin işlərini bölüşdürən, yaxud onların nəsiblərini verən), ey Qabiz (hikmət əsasında bə”zi bəndələri ruzidən məhrum edən), ey Basit (Öz rəhmət və bəxşişi ilə bəndələrinə ruzi müqəddər və vüs”ətli edən)!
30. Ey ismət (günahdan amanda qalmaq) istəyənlərə ismət bəxş edən, ey rəhmət istəyənlərə rəhm edən, ey məğfirət istəyənləri bağışlayan, ey kömək istəyənlərə kömək edən, ey hifz olunmaq istəyənləri hifz edən, ey ikram olunmaq istəyənlərə ikram edən, ey (təkamül üçün) yol istəyənlərə yol göstərən (Mürşid), ey fəryadına çatmasını istəyənlərin fəryadına yetən, ey kömək istəyənlərin köməyi, ey dadına yetişmək istəyənlərin dadına yetişən!
31. Ey zülm olunmayan Əziz (izzət sahibi), ey lütfü əbədi olan Lətif, ey yatmayan Qəyyum, ey fövtə getməyən Daim, ey ölməyən Həyy, ey səltənəti zavala uğramayan Məlik, ey fani olmayan Baqi, ey cəhalətin yol tapmadığı Alim, ey təam verilməyən Səməd, ey zəifləməyən Qəviyy!
32. İlahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əhəd (zülmətin yol olmadığı nur, cəhalətin yolu olmayan elm), ey Vahid (vücud, əql və dərkdə təcəzzi (hissə-hissə olma) və təkəssürün (çoxluğun) səhih olmadığı, hər bir cəhətdən vahid, yeganə), ey Şahid (bütün işlərə nəzarət edən), ey Macid (kərəm və izzət sahibi), ey Hamid (təşəkkür edən), ey Raşid (bəndələri (məxluqları) onların Öz mənfəətli işlərinə hidayət edib yol göstərən), ey Bais (ölüləri dirildən), ey Varis (məxluqatdan irs aparıb təkcə Özü qalan), ey Zarr (xeyir üçün layiq olmayan bəndələrə zərər yetirən), ey Nafe” (istədiyi layiqli bəndələrə xeyir yetirən)!
33. Ey bütün əzimlərdən ən əzəmətli, ey bütün kərimlərdən ən kərim, ey bütün rəhimlilərdən ən rəhimli, ey bütün alimlərdən ən elmli, ey bütün həkimlərdən ən həkim, ey bütün qədimlərdən ən qədim (əzəli), ey bütün kəbirlərdən ən böyük, ey bütün lətiflərdən ən lətif, ey bütün cəlillərdən ən cəlil, ey bütün əzizlərdən ən əziz!
34. Ey bağışlaması kərim olan, ey minnəti (ne”məti) böyük olan, ey xeyri çox olan, ey fəzli qədim (əzəli) olan, ey lütfü daim olan, ey xilqəti lətif olan, ey qəm-qüssəni dağıdan, ey bəd-hallığı, süst hallığı aradan qaldıran, ey mülkün maliki (sahibi), ey haqqın qazisi!
35. Ey Öz əhdində vəfalı olan, ey Öz vəfasında qəviyy (qüvvəli) olan, ey Öz qüvvəsində əliyy (uca məqamlı) olan, ey Öz uca məqamında qərib (yaxın), ey Öz qürbündə (yaxınlığında) lətif, ey Öz lütfündə şərif, ey Öz şərəfində əziz, ey Öz izzətində əzim, ey Öz əzəmətində məcid, ey Öz məcdində həmid (bəyənilən həmd olunan)!
36. İlahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Kafi, ey Şafi, ey Vafi, ey Müafi (əziyyət və xəstəlikdən qoruyan), ey Hadi (hidayət edən), ey Da”i (də”vət edən), ey Qazi, ey Razi (əmrini icra edən bəndələridən razı olan), ey Ali, ey Baqi!
37. Ey O kəs ki, bütün varlıqlar Sənin müqabilində xaze”dir, ey o Kəs ki, bütün varlıqlar Sənin müqabilində xaşe”dir, ey O Kəs ki, bütün varlıqlar Sənin üçün yaranıb, ey o Kəs ki, bütün şeylər Sənin vasitənlə mövcud olur, ey O Kəs ki, bütün varlıqlar Sənə tərəf qayıdır, ey O Kəs ki, bütün varlıqlar Səndən (əzəmətindən) qorxur, ey O Kəs ki, bütün varlıqlar Sənin səbəbinlə dayanıqlıdır, ey O Kəs ki, bütün varlıqlar Sənə tərəf qayıdır, ey O Kəs ki, bütün varlıqlar həmdinlə Sənə, təsbih deyir, ey O Kəs ki, Sənin vəchindən başqa bütün varlıqlar həlak (məhv) olur.
38. Ey O Kəs ki, Səndən başqa yerə qaçış yeri yoxdur, ey O Kəs ki, Səndən başqa kəsə tərəf sığınacaq yeri yoxdur, ey O Kəs ki, Səndən başqa kəsə tərəf məqsəd (qəsd olunan yer) yoxdur, ey O Kəs ki, Səndən başqa heç bir qurtuluş yeri yoxdur, ey O Kəs ki, Səndən başqasına rəğbət bəslənməz, ey O Kəs ki, Səndən başqa qüvvə və hövl əta edən yoxdur, ey O Kəs ki, Səndən başqasından kömək istənilməz;, ey O Kəs ki, Səndən başqasına təvəkkül olunmaz;, ey O Kəs ki, Səndən başqasına ümid bağlanmaz, ey O Kəs ki, Səndən başqasına ibadət (pərəstiş) olunmaz!
39. Ey xovf olunanların ən yaxşısı, ey rəğbət olunanların ən yaxşısı, ey istənilənlərin ən yaxşısı, ey sual olunanların ən yaxşısı, ey qəsd olunanların (məqsəd) ən yaxşısı, ey zikr olunanların ən yaxşısı, ey şükr (təşəkkür) olunanların ən yaxşısı, ey məhəbbət göstərilənlərin (məhbubların, sevilənlərin) ən yaxşısı, ey çağırılanların ən yaxşısı, ey üns tutulanların ən yaxşısı!
40. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Ğafir (bağışlayan), ey Satir (eybləri örtən), ey Qadir (hər işə qüdrəti olan), ey Qahir (qəhr və qələbə sahibi), ey Fatir (xəlq edən, ixtira edən), ey Kasir (bəndələrə məhəbbət qanadlarını açan, yaxud bəndələrin fikrini yaxşı fikirlərə döndərən), ey Cabir (bəndələrin nöqsanlarını aradan qaldıran, yaxud bə”zi işlərə məcbur edən), ey Zakir, ey Nazir, ey Nasir!
41. Ey xəlq edib dərhal normal hala salan, ey müqəddər edib dərhal hidayət edən, ey bəlaları aradan qaldıran, ey gizli pıçıltıları (münacatı) eşidən, ey qərq olanları xilas edən, ey həlak olanlara nicat verən, ey xəstələrə şəfa bəxş edən, ey ağladıb və güldürən, ey öldürən və dirildən, ey cüt varlıqları (erkək və dişini) yaradan!
42. Ey quruda və dəryada yolu olan, ey asimanlarda nişanələri (mö”cüzələri) olan, ey nişanələrdə bürhanı olan, ey ölülərdə qüdrəti olan, ey qəbirlərdə ibrəti olan, ey Qiyamətdə mülkü (səltənəti) olan, ey hesabda heybəti olan, ey mizanda qəzavəti (hökmü) olan, ey cənnətdə savabı olan, ey odda (cəhənnəmdə) cəzası olan!
43. Ey O Kəs ki, qorxanlar yalnız Sənə tərəf qaçar, ey O Kəs ki, günahkarlar yalnız Sənə tərəf pənah gətirər, ey O Kəs ki, tövbə edənlər yalnız Sənə tərəf qayıtmağı qəsd edər, ey O Kəs ki, zöhd əhli yalnız Sənə rəğbət edər, ey O Kəs ki, sərgərdan (heyrətdə) qalanlar yalnız Sənə tərəf pənah gətirər, ey O Kəs ki, müridlər yalnız Sənin vasitənlə üns bağlayarlar, ey O Kəs ki, mühiblər (Səni sevənlər) yalnız Səninlə fəxr edər, ey O Kəs ki, xəta edənlər yalnız Sənin əfvinə göz dikərlər, ey O Kəs ki, əhli-yəqin yalnız Sənə tərəf məskunlaşar, ey O Kəs ki, təvəkkül edənlər yalnız Sənə təvəkkül edərlər!
44. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Həbib (bəndələrə ne”mət verib Öz itaətinə müvəffəq edən, razı olduğu dinə (Islama) hidayət edən), ey Təbib, ey Qərib (yaxın), ey Rəqib (heç nəyin Ondan yayınmadığı keşikçi), ey Həsib (kifayət edən), ey Mühib (heybətli), ey Müğis (pənah verən), ey Mücib (icabət edən), ey Xəbir (olmuş və olacaq şeylərə alim olan, heç nəyin Ondan qaib olmadığı, heç nəyin Ondan fövtə getmədiyi, hər şeyin zatına, həqiqətinə agah olan), ey Bəsir (varlıqların hamısını, heç nəyə ehtiyacı olmadan müşahidə edən, zahir və batinləri görən, hər şeyin kamal sifətləri Onun üçün aşkar olan)!
45. Ey bütün qəriblərdən ən qərib (yaxın), ey bütün həbiblərdən ən sevimli, ey bütün bəsirətlilərdən ən bəsirətli (agah), ey bütün xəbirlərdən ən xəbir, ey bütün şəriflərdən ən şərafətli, ey bütün uca məqamlılardan ən uca məqamlı, ey bütün qüvvəlilərdən ən qüvvəlisi, ey bütün qənilərdən ən qəni, ey bütün ehsan sahiblərindən ən çox ehsan edən, ey bütün rəuflardan (mehr-məhəbbətlilərdən) ən rəuf!
46. Ey məğlub edilməyən Qalib, ey Özü ixtira olunmayan ixtiraçı, ey Özü xəlq olunmayan Xaliq, ey heç kimin mülkiyyətində olmayan Malik, ey heç kəsin zəfər çala (qəhr edə) bilmədiyi Qahir (qəhr və zəfər sahibi), ey kimsənin (Onun) məqamını yüksəyə qaldırmadığı uca məqamlı, ey Özünün hifz olunmasına ehtiyacı olmayan Hafiz, ey heç kəsin köməyinə ehtiyacı olmayan köməkçi, ey heç nədən qaib olmayan Şahid, ey heç nədən uzaq olmayan Qərib!
47. Ey nurun nuru, ey nuru nurlandıran, ey nuru xəlq edən, ey nuru tədbirli edən, ey nuru müqəddər edən, ey hər bir nurun nuru, ey hər bir nurdan öncə olan nur, ey hər bir nurdan sonra qalan nur, ey hər bir nurun fövqündə olan nur, ey misli-bərabəri olmayan nur!
48. Ey ətası şərif olan, ey fe”li lətif olan, ey lütfü əbədi (qalarlı) olan, ey ehsanı qədim (əzəli) olan, ey sözü haqq olan, ey və”dəsi doğru olan, ey əfvi fəzilət olan, ey əzabı ədalət olan, ey zikri şirin olan, ey fəzli ümumi olan!
49. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müsəhhil (asanlaşdıran), ey Müfəssil (Qur”anı surə-surə, ayə-ayə nazil edən), ey Mübəddil (dəyişdirən), ey Müzəllil (pis bəndələri, təkəbbürlüləri zəlil edən), ey Münəzzil (rəhmət nazil edən), ey Münəvvil (ne”mət əta edən), Müfəzzil (fəzilətli edən), ey Müczil (çox-çox əta edən), ey Mümhil (möhlət verən), ey Mücmil (gözəl fe”llər sahibi)!
50. Ey görən və Özü görünməyən, ey xəlq edən və Özü xəlq olunmayan, ey hidayət edən və Özü hidayətdən ehtiyacsız olan, ey dirildən və Özü həmişə diri olan, ey soruşan və Özü isə soruşulmayan, ey təam verən və Özü təam verilməkdən ehtiyacsız olan, ey pənah verən və Özü pənah verilməkdən ehtiyacsız olan, ey qəzavət edən və Özü qəzavət olunmayan, ey hökm edən və Ona hökm edilməyən, ey doğmayan, doğulmayan, tayı-bərabəri olmayan!
51. Ey gözəl Həsib (kifayət edən), ey gözəl Təbib, ey gözəl Rəqib (heç nəyin Ondan yayınmadığı keşikçi), ey gözəl Qərib (bəndələrə yaxın), ey gözəl Mücib (övliyaullahların duasını qəbul edən), ey gözəl Həbib (bəndələrə ne”mət verib Öz itaətinə müvəffəq edən, razı olduğu dinə (Islama) hidayət edən), ey gözəl Kəfil (zamin), ey gözəl Vəkil, ey gözəl Mövla, ey gözəl Nəsir (köməkçi)!
52. Ey ariflərin sevinc (səbəb)i, ey mühiblərin arzusu, ey müridlərin munisi, ey tövbə edənlərin dostu (həbibi), ey fəqirlərə ruzi yetirən, ey günahkarların ümidi, ey abidlərin (ibadət edənlərin) gözlərinin aydınlığı, ey qüssəlilərin qüssəsini dağıdan, ey qəmlilərin qəmini aradan aparan, ey əvvəl və axırdakıların mə”budu!
53. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Rəbbimiz (bizi tərbiyə edən, ne”mət verən, xilqətimizi tamamlayıb kamala yetirən, sahibimiz), ey Mə”budumuz, ey Seyyidimiz, ey Mövlamız, ey Köməkçimiz, ey Hafizimiz (hifz edənimiz), ey Dəlilimiz (yol göstərənimiz), ey Köməkçimiz, ey Həbibimiz, ey Təbibimiz!
54. Ey peyğəmbərlərin və yaxşı insanların Rəbbi, ey siddiqlərin və xeyirxah insanların Rəbbi, ey Cənnət və Cəhənnəmin Rəbbi, ey kiçiklərin və böyüklərin Rəbbi, ey dənələrin və meyvələrin Rəbbi, ey çayların və ağacların Rəbbi, ey səhraların və biyabanların Rəbbi, ey quru və sulu yerlərin Rəbbi, ey gecə və gündüzün Rəbbi, ey gizli və aşkar şeylərin Rəbbi!
55. Ey əmri (fərmanı) hər bir şeydə nüfuz edən, ey elmi hər bir şeyə lahiq olan (birləşən), ey qüdrəti hər bir şeyə çatan, ey O Kəs ki, bəndələr ne”mətlərini sayıb qurtara bilməz, ey O Kəs ki, məxluqlar (ne”mətlərinin) şükrünün öhdəsindən gələ bilməz, ey O Kəs ki, şüurlar (fəhmlər) Sənin cəlalını dərk edə bilməz, ey O Kəs ki, şüur və vəhm qüvvəsi Sənin Zatına çatmaz, ey əzəmət və kibriya (Zatı) ilə birgə olan, ey O Kəs ki, bəndələr Sənin hökmünü geri qaytara bilməz, ey O Kəs ki, Sənin mülkündən başqa bir mülk yoxdur, ey O Kəs ki, Sənin ətandan başqa bir əta yoxdur!
56. Ey O Kəs ki, ə”la məsəl Sənə məxsusdur, ey O Kəs ki,ə”la sifətlər Sənə məxsusdur, ey O Kəs ki, axirət və dünya Sənə məxsusdur, ey O Kəs ki, Cənnəti-Mə”va Sənə məxsusdur, ey O Kəs ki, böyük ayələr (əlamət və nişanələr, mö”cüzələr) Sənə məxsusdur, ey O Kəs ki, ən gözəl adlar Sənə məxsusdur, ey O Kəs ki, hökm və qəzavü-qədər (qəzavət) Sənə məxsusdur, ey O Kəs ki, hava və fəza Sənə məxsusdur, ey O Kəs ki, ərş və yer Sənə məxsusdur, ey O Kəs ki, uca asimanlar Sənə məxsusdur!
57. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əfüvv (sağlamlıq bəxş edən, üqubəti, intiqamı tərk edən), ey Ğəfur (bağışlaması çox olan), ey Səbur (üsyankarları cəzalandırmaqda tələsməyən), ey Şəkur (hətta azacıq itaətə də qiymət verən), ey Rəuf (Öz lütfləri ilə bəndələrə rəhimli, mehriban olan), ey Ətuf (mehr-məhəbbəti bəndələrinə başdan-ayağa şamil olan), ey Məs”ul (istənilən), ey Vədud (övliyaullahların qəlbində məhbub, sevilən, yaxud, saleh bəndələri sevən), ey Sübbuh (eyblərdən pak), ey Qüddus (müqəddəs)!
58. Ey əzəməti asimanlarda olan, ey əlamət və nişanələri yerdə olan, ey hər bir şeydə dəlilləri olan, ey dəryalarda əcaibi (qəribəlikləri) olan, ey dağlarda xəzinələri olan, ey xilqəti başlayıb sonra qaytaran, sona çatdıran, ey O Kəs ki, bütün işlər Sənə tərəf qayıdır, ey lütfünü hər şeydə aşkar edən, ey hər bir şeyin xilqətini gözəl edən, ey qüdrəti bütün məxluqatda təsərrüf edən!
59. Ey heç bir həbibi olmayanların həbibi, ey heç bir təbibi olmayanların təbibi, ey heç bir icabət edəni olmayanların icabət edəni, ey heç bir şəfiqi (şəfqət göstərəni) olmayanların şəfiqi, ey heç bir rəfiqi olmayanların rəfiqi, ey heç bir dad-fəryada çatanı olmayanların dad-fəryadına çatan, ey heç bir dəlili (yol göstərəni) olmayanların yol göstərəni, ey heç bir ənisi (üns tutanı) olmayanların üns tutanı, ey heç bir rəhm edəni olmayanların rəhm edəni, ey heç bir sahibi olmayanların sahibi!
60. Ey Ondan kifayət (qənilik) istəyənlərə kifayət edən, ey (Ondan) hidayət olunmaq istəyənlərin hidayət edəni, ey (Ondan) hifz olunmaq istəyənlərin hifz edəni, ey (Ondan) qorunmaq istəyənləri qoruyan, ey (Ondan) şəfa istəyənlərə şəfa verən, ey (Ondan) qəzavət (hökm, mühakimə) istəyənlərin hökm edəni, ey (Ondan) qəni olmaq isəyənləri qəni (ehtiyacsız) edən, ey (Ondan) əhdə vəfa istəyənlərin əhdinə vəfa edən, ey (Ondan) qüvvəli olmaq istəyənləri qüvvəli edən, ey (Ondan) dostluq istəyənlərin dostu (vəlisi)!
61. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Xaliq (xəlq edən), ey Raziq (ruzi verən), ey Natiq (danışan), ey Sadiq (doğruçu), ey Faliq (gecənin zülmətini gündüzün nuru ilə yaran), ey Fariq (haqla batili ayıran), ey Fatiq (ayıran, zülmü sındıran), ey Ratiq (birləşdirən), ey Sabiq, ey Samiq!
62. Ey gecə və gündüzü bir-birinə çevirən, ey zülmətləri və nurları qərar verən, ey gölgəni və yandırıcı küləyi xəlq edən, ey günəşi və ayı (orbitlərdə) müsəxxər (ram) edən, ey xeyri və şəri müqəddər edən, ey ölümü və həyatı xəlq edən, ey əmr (metafizika, bəsitlər aləmi, həqiqi vəhdət)in və xəlqin (tədrici təkamül, çoxluq, hərəkət və zamanın) sahibi, ey Özü üçün həyat yoldaşı və övlad seçməyən, ey O Kəs ki, Sənin mülkündə heç bir şərik yoxdur, ey O Kəs ki, zillətə düşməzsən ki, zillətdən qurtaracaq bir vəliyy (qəyyum) olsun!
63. Ey müridlərin muradını (istəyini) bilən, ey susanların batinindən agah olan, ey zəiflərin (ah) səslərini eşidən, ey hər şeyini itirənlərin hay-hay ağlamaqlarını görən, ey istəyənlənrin hacətlərinə malik olan, ey tövbə edənlərin üzrlərini qəbul edən, ey müfsidlərin (fitnə-fəsad törədənlərin) əməllərini islah etməyən, ey ehsan (yaxşı əməl) sahiblərinin əcrini zay etməyən, ey ariflərin qəlblərindən uzaq olmayan, ey ehsan edənlərin ən yaxşısı!
64. Ey bəqası daim olan, ey duanı eşidən, ey ətası vüs”ətli olan, ey xətaları bağışlayan, ey asimanları vücuda gətirən, ey imtahanı gözəl olan, ey sənası (tə “rifi) cəmil (gözəl) olan, ey uca məqamı qədim (əzəli) olan, ey vəfası çox olan, ey cəzası (mükafatı) şərif olan!
65. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Səttar (eybləri örtən), ey Ğəffar (günahları və eybləri örtən), ey Qəhhar (qəhri və qələbəsi çox olan), ey Cəbbar (məxluqun ixtiyarı olmayan bə”zi işlərə məcbur edən, onların hallarını, çatışmamazlıqlarını islah edən), ey Səbbar (həddindən artıq səbirli), ey Barr (sadiq, adəti ehsan olan), ey Muxtar (yaxşı bəndələrini seçən), ey Fəttah (kömək edən və ruzi qapılarınını açan), ey Nəffah (hərəkət verən), ey Murtah (rəhmət sahibi)!
66. Ey məni xəlq edib, xilqətimi ədalətlə kamil edən, ey mənə ruzi verib tərbiyə edən, ey mənə təam verib su ilə sirab edən, ey məni Özünə yaxınladıb ən yaxşı yerdə qərar verən, Ey mənə ismət bəxş edib (günahdan saxlayaıb) kifayət edən, Ey məni hifz edib qoruyan, ey mənə izzət bəxş edib qəni edən, ey məni müvəffəq edib hidayət edən, ey mənimlə üns tutub pənah verən, ey məni öldürüb dirildən!
67. Ey Öz kəlmələri ilə haqqı izhar və təsbit edən, ey Öz bəndəlaərindən tövbəni qəbul edən, ey bəndənin qəlbi ilə onun özü (nəfsi) arasında fasilə salan, ey O Kəs ki, Səni iznin olmadan şəfaət fayda verməz, ey düz yoldan azanlara agah olan, ey O Kəs ki, hökmün üçün heç bir tə”qib edən yoxdur, ey O Kəs ki, qəzavətini rədd edən olmaz, ey O Kəs ki, bütün şeylər Sənin əmrin müqabilində mütidir, ey O Kəs ki, asimanlar Sənin qüdrət əlin ilə təsvir olunub, ey O Kəs ki, küləkləri Öz rəhmətin sayəsində müjdə olaraq göndərirsən!
68. Ey yerləri açıb döşəmə qərar verən, ey dağları (yerin müvazinəti üçün) mıxlar qərar verən, ey Günəşi çıraq qərar verən, ey Ayı nur qərar verən, ey gecəni libas qərar verən, ey gündüzü (həyat fəaliyyətləri üçün) məaş qərar verən, ey yuxunu səbat və rahatlıq qərar verən, ey asimanı bina qərar verən, ey əşyaları cüt-cüt (erkək və dişi) qərar verən, ey cəhənnəm odunu pusqu qərar verən!
69. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Səmi” (eşidilən və eşidilə bilməyən şeylərin Ondan gizli olmadığı), ey Şəfi” (şəfaət edən), ey Rəfi” (şərif, uca məqamlı), ey Məni” (övliyaullahları qoruyan, onlara kömək edən, yaxud məhrum olmağa layiq olanları məhrum edən), ey Səri” (hesablara sür”ətlə yetişən), ey Bədi” (nümunə olmadan icad edən), ey Kəbir (uca məqamlı və mənzilətli), ey Qədir (hikmətin iqtizası əsasında–nə əskik, nə də artıq–istədiyini hökm edən), ey Xəbir (olmuş və olacaq şeylərə alim olan, heç nəyin Ondan qaib olmadığı, heç nəyin Ondan fövtə getmədiyi, hər şeyin zatına, həqiqətinə agah olan), ey Mücir (pənah verən)!
70. Ey bütün dirilərdən öncə diri olan, ey bütün dirilərdən sonra diri olan, ey heç bir diri tayı-bərabəri olmayan diri, ey heç bir dirinin şəriki olmadığı diri, ey heç bir diriyə ehtiyacı olmayan diri, ey bütün diriləri öldürən diri, ey bütün dirilərə ruzi verən diri, ey həyatda kimdənsə irs aparmayan diri, ey ölüləri dirildən diri (yuxulamayan və mürgüləməyən), ey Həyy, ey Qəyyum!
71. Ey O Kəs ki, unudulmayan zikr Sənin üçündür, ey O Kəs ki, heç vaxt söndürülə bilməyən nur Sənin üçündür, ey O Kəs ki, sayılıb qurtara bilməyən ne”mətlər Sənin üçündür, ey O Kəs ki, zavala uğramayan mülk Sənə məxsusdur, ey O Kəs ki, saya gəlməyən tə”riflər Sənə məxsusdur, ey O Kəs ki, Sənin cəlalın bir haldan başqa hala keçmir, ey O Kəs ki, Sənin kamalını heç kəs dərk edə bilməz, ey O Kəs ki, Sənin hökmün (qəzavü-qədərin) geri qaytarılmaz, ey O Kəs ki, biri digəri ilə dəyişməyən sifətlər yalnız Sənə məxsusdur, ey O Kəs ki, dəyişilməyən gözəl, sabit sifətlər yalnız Sənə məxsusdur!
72. Ey aləmlərin Rəbbi, ey Qiyamət gününün mütləq maliki (sahibi, padşahı), ey Onu istəyənlərin istəyinin son nöqtəsi, ey pənah axtaranların arxası, ey qaçanları tapan, ey səbirliləri sevən, ey çox tövbə edənləri sevən, ey paklıq istəyənləri sevən, ey ehsan sahiblərini sevən, ey hidayət olanlara agah olan!
73. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Şəfiq, ey Rəfiq, ey Həfiyy (köməkçi və xeyirxah), ey Mühit (hər bir şeyə işraqı olan, elmlə əhatə edən), ey Müğis (pənah verən), ey Müizz (istədiyi yaxşı bəndələrə izzət bəxş edən), ey Müzill (istədiyi pis bəndələrə zillət libası geydirən), ey Mübdi (xilqətin başlanğıc səbəbi), ey Müid (xilqətin sona çatma səbəbi)!
74. Ey ziddi olmayan Əhəd, ey şəriki olmayan Fərd, ey eybi olmayan Səməd, ey keyfiyyəti olmayan Vitr, ey zülm etməyən Qazi, ey vəziri olmayan Rəbb, ey zillət qəbul etməyən Əziz, ey fəqirliyi olmayan Ğəniyy, ey mülkündən (səltənətindən) kənarlaşdırılmayan Məlik, ey oxşarı olmayan Mövsuf (vəsf olunmuş)!
75. Ey O Kəs ki, zikrin zikr edənlərə şərəfdir, ey O Kəs ki, şükrün şükr edənlərə nicatdır, ey O Kəs ki, həmd-sənan həmd edənlərə izzətdir, ey O Kəs ki, Sənə itaət etmək müti”lərə (itaət edənlərə) nicatdır, ey O Kəs ki, Sənin (rəhmət) qapın axtaranlara (istəyənlərə) açıqdır, ey O Kəs ki, Sənin yolun tövbə edib qayıdanlara aşkardır, ey O Kəs ki, Sənin ayələrin nəzər edənlərə bürhandır, ey O Kəs ki, Sənin kitabın müttəqilər üçün təzkiyədir, ey O Kəs ki, Sənin ruzin həm itaət edənlərə, həm də üsyankarlara şamildir (ümumudir), ey O Kəs ki, Sənin rəhmətin ehsan (yaxşı əməl) sahiblərinə yaxındır!
76. Ey O Kəs ki, Sənin adın mübarəkdir, ey O Kəs ki, Sənin feyzin (əzəmətin) alidir, ey O Kəs ki, Səndən başqa bir mə”bud yoxdur, ey O Kəs ki, Sənin sitayişin (tə”rifin) cəlalətlidir, ey O Kəs ki, Sənin adların müqəddəsdir, ey O Kəs ki, Sənin bəqan davamlıdır, ey O Kəs ki, əzəmət Sənin ünsiyyətindir, ey O Kəs ki, kibriya Sənin (Zatını) əhatə edib, Ey O Kəs ki, Sənin (batini) ne”mətlərin saya gəlməz, ey O Kəs ki, Sənin zahiri ne”mətlərin saya gəlməz!
77. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müin (kömək edən), ey Əmin (əmin-amanlıq bəxş edən), ey Mübin (mö”cüzələri, ayələri bəyan edən), ey Mətin (hər şeyə qüdrəti çatan, qüdrətli), ey Məkin (uca məqamlı, əzəmətli), ey Rəşid (bəndələri, onların xeyirli işlərinə yol göstərən), ey Həmid (bütün məxluqat tərəfindən həmd və sənaya, tə”rifə layiq görülən), ey Məcid (məcd və əzəmət sahibi), ey Şədid (cəzalandırmaqda şiddətli, qüvvəsi şiddətli olan), ey Şəhid (heç nəyin Ondan qeybdə olmadığı Kəs)!
78. Ey əzəmətli ərş sahibi, ey möhkəm və haqq söz sahibi, ey rəşid (kamala yetirən) fe”l sahibi, ey şiddətli bətş (sür”ətlə cəzalandırmaq) sahibi, ey və”d (xoş müjdə) və vəid (qorxulu müjdə sahibi), ey Vəliyy (ixtiyar sahibi və dost) və Həmid (bütün məxluqat tərəfindən tə”rifə layiq görülən), ey istədiyi görən işləri görməkdə Fə”al, ey uzaq olmayan Qərib, ey hər bir şeyə Şahid, ey Öz bəndələrinə zülm etməyən Kəs!
79. Ey O Kəs ki, heç bir şərikin yoxdur, ey O Kəs ki, heç bir vəzirin yoxdu, ey O Kəs ki, heç bir bənzərin yoxdur, ey O Kəs ki, heç bir mislin yoxdur, ey günəşi və nurlu ayı xəlq edən, ey fəqir və şiddətli müsibət görəni (bədhalı, xovflu müflisi) qəni edən, ey səğir uşağa ruzi verən, ey ahıl qocaya rəhm edən, ey sınıqlıqları (sınıq sümükləri) bərpa edən, ey qorxub pənah axtaranların isməti (pənahı), ey Öz bəndələrinə xəbir və bəsir olan, ey hər bir işə qüdrətli olan!
80. Ey cud və ne”mət sahibi, ey fəzl və kərəm sahibi, ey lövh və qələmin sahibi, ey nəfsləri və zərləri xəlq edən, ey əzab və cəza sahibi, ey ərəb və əcəmə ilham edən, ey bədhallığı və qəm-qüssəni (kədəri) aradan aparan, ey sirləri və niyyətləri bilən, ey beytin və hərəmin Rəbbi, ey əşyaları (şeyləri, varlıqları) yoxdan yaradan!
81. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Fail (işləri görən), ey Cail (qərar verən), ey Qabil (qəbul edən), ey Kamil (Zatında və sifətlərində kamil), ey Fasil (ayıran), ey Vasil (çatdıran, yetirən), ey Adil, ey Ğalib (qələbə sahibi), ey Talib (tələb edən), ey Vahid!
82. Ey Öz fəzl, qüdrət, vüs”ət və qəniliyi ilə ne”mət verən, ey Öz cudu (ehsan və kəraməti) inayət etməklə bəndəni ikram edən, ey Öz lütfü ilə ehsan edən, ey Öz qüdrətində izzətli (məğlubedilməz, yenilməz) olan, ey Öz tədbiri (hikmətli idarəçiliyi) ilə hökm edən, ey Öz elmi ilə tədbir edən, ey Öz helmi ilə bağışlayan, ey Öz Ülüvvündə yaxın olan, ey Öz yaxınlığında ülvi olan!
83. Ey istədiyi şeyləri xəlq edən, ey istədiyi işləri edən, ey istədiyi (yaxşı bəndələri) hidayət edən, ey pis bəndələrdən istədiyini zəlalətə salan, ey günahkar bəndələrdən istədiyinə əzab verən, ey istədiyi şəxsləri bağışlayan, ey istədiyi bəndələrə izzət bəxş edən, ey istədiyi bəndələrə zillət paltarı geydirən, ey anaların bətnində istədiyi surətləri təsvir edən, ey Öz istədiyi bəndələrə rəhmətini şamil edən!
84. Ey özü üçün həyat yoldaşı və övlad seçməyən, ey hər bir şey üçün qədər qərar verən, ey Öz hökmündə heç kəsi şərik etməyən, ey məlaikələri Rəsullar (göndərilənlər) qərar verən, ey asimanda bürclər qərar verən, ey yeri qərarlaşmış edən, ey sudan (nütfə suyundan) bəşər xəlq edən, ey hər bir şey üçün son (axır) qərar verən, ey elm cəhətindən hər bir şeyi əhatə edən, ey hər bir şeyin ədədini (qədərini) sayan!
85. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əvvəl (vücudda heç kəsin Ondan qabağa keçmədiyi), ey Axir (hər şeyin məhv olub, yaxud dəyişdiyi halda, Zatı və Sifəti dəyişilməyən), ey Zahir (vəhdaniyyət və rübubiyyətinə dəlalət edən nişanələr səbəbi ilə aşkar olan), ey Batin (məxluqatın göz və dərkindən gizlin olan), ey Bərr (sadiq, doğruçu, adəti ehsan olan), ey Həqq, ey Fərd (tək), ey Vitr (yeganə), ey Səməd (alicənablıqda ən yüksək məqamda olan və hamının möhtac olduğu kəs), ey Sərməd (qət olmayan, davamlı, əbədi)!
86. Ey tanınmışların ən yaxşısı, ey ibadət olunan mə”budların ən fəzilətlisi, ey şükr olunan məşkurların ən cəlalətlisi, ey zikr olunan məzkurların ən izzətlisi, ey tə”rif olunan məhmudların ən ə”lası, ey tələb olunan mövcudların ən qədimisi (əzələsi), ey Vəsf olunan mövsufların ən uca məqamlısı, ey qəsd (niyyət) olunan məqsədlərin ən böyüyü, ey soruşulan (istənilən) məs”ulların ən kəramətlisi, ey tanınan məhbubların ən əşrəfi!
87. Ey ağlayanların həbibi, ey təvəkkül edənlərin ağası, ey (xalqı düz yoldan) azdıranları hidayət edən, ey mö”minlərin vəlisi (ixtiyar sahibi), ey zikr edənlərin munisi, ey fəryad edən məzlumların pənahgahı, ey doğruçulara nicat verən, ey qadirlərin ən qüdrətlisi, ey alimlərin ən biliklisi, ey bütün məxluqatın İlahisi!
88. Ey ali (uca məqam) olub qəhr edən, ey malik olub qüdrətli olan, ey batin olub agah olan, ey ibadət olunub şükr edən (əvəz verən), ey Ona qarşı üsyan edənləri (günahkarları) bağışlayan, ey O Kəs ki, fikirlər Səni dərk edə bilməz, ey O Kəs ki, gözlər Səni görə bilməz, ey O Kəs ki, heç bir iz Səndən gizli deyil, ey bəşərin ruzi verəni, ey hər bir qədəri (ölçünü) müqəddər edən!
89. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Hafiz, ey Bare” (xəlq edən), ey Zare” (xəlq etdiyini izhar edən), ey Bazix (ali), ey Faric (fərəc və asudəlik, genişlik yetirən), ey Fateh, ey Kaşif (qəm-qüssəni aradan qaldıran), ey Zamin, ey Amir (əmr edən), ey Nahi (nəhy edən)!
90. Ey O Kəs ki, Səndən başqa bir kəs qeybi bilmir;, ey O Kəs ki, Səndən başqa heç kəs bədhallığı (pisliyi) aradan qadırmır, 3y O Kəs ki, Səndən başqa bir kəs məxluqatı xəlq etmir, ey O Kəs ki, Səndən başqa bir kəs günahı bağışlamır, ey O Kəs ki, Səndən başqa bir kəs ne”mət tamamlamır, ey O Kəs ki, Səndən başqa bir kəs qəlbləri (yaxşılığa doğru) haldan-hala salmır, ey O Kəs ki, Səndən başqa bir kəs əmri (lövhü məhfuzdakı işləri) tədbir etmir, ey O Kəs ki, Səndən başqa bir kəs yağış nazil etmir, ey O Kəs ki, Səndən başqa bir kəs bəndələrə ruzi vermir, ey O Kəs ki, Səndən başqa bir kəs ölüləri diriltmir!
91. Ey zəiflərin köməkçisi, ey qəriblərin sahibi (həmsöhbəti), ey övliyalara nüsrət əta edən, ey düşmənlərə qəhr edən (qalib olan), ey səmanı ucaldan, ey seçilmiş bəndələrin ənisi, ey pak, təqvalı (təqiyy) insanların həbibi, ey fəqirlərin xəzinəsi, ey qənilərin İlahisi, ey kərimlərin ən kərimlisi!
92. Ey (yaxşı bəndələrini) hər şeydən kafi (qəni) edən, ey hər şeyə qaim (nəzarətçi), ey O Kəs ki, heç nə Sənə bənzəmir, ey O Kəs ki, Sənin mülkündə heç bir şey artmır, ey O Kəs ki, heç nə Sənə məxfi deyil, ey O Kəs ki, heç nə Sənin xəzinələrini azaltmır, ey O Kəs ki, heç bir şey Sənin mislin deyil, ey O Kəs ki, Sənin elmindən bir şey azalmır (aradan getmir), ey O Kəs ki, hər bir şeyə xəbərdarsan, ey O Kəs ki, Sənin rəhmətin hər şeyi əhatə etmişdir!
93. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mükrim (ikram edən, əzizləyən), ey Müt”im (təam verən), ey Mün”im (ne”mət verən), ey Mü”ti (əta edən), ey Müğni (qəni edən), ey Müqni (əta edən), ey Müfni (fani edən), ey Mühyi (dirildən), ey Mürzi (razı edən), ey Münci (nicat verən)!
94. Ey hər şeyin əvvəli və axırı, ey hər şeyin İlahisi və məliki, ey hər şeyin Rəbbi və düzəldəni, ey hər şeyin yaradanı və xaliqi, ey hər şeyin qabizi (hikmət əsasında bə”zi şeydən məhrum edəni) və basiti (Öz rəhmət və bəxşişi ilə hər şeyə ruzi müqəddər və vüs”ətli edən), ey hər şeyi icad edib sona çatdıranı, ey hər şeyi inşa və müqəddər edəni, ey hər şeyi vücuda gətirib və hərəkət və qüvvə verəni, ey hər bir şeyi dirildib və öldürən, ey hər bir şeyin xaliqi və varisi!
95. Ey zakir və məzkurun ən yaxşısı, ey şakir və məşkurun ən yaxşısı, ey hamid (həmd və tə”rif edənin) və məhmudun (tə”rif olunanın) ən yaxşısı, ey şahid və məşhudun ən yaxşısı, ey çağıran və çağırılanın ən yaxşısı, ey icabət edən və icabət olunanın ən yaxşısı, ey munis və ənisin ən yaxşısı, ey sahib və yoldaşın ən yaxşısı, ey qəsd olunan və tələb olunanın ən yaxşısı, ey həbib və məhbubun ən yaxşısı!
96. Ey Onu çağıranlara cavab verən (icabət edən), ey Ona itaət edənlərə həbib, ey Onu sevənlərə yaxın, ey Ondan hifz olunmaq istəyənlərin keşikçisi, ey Ona ümid bəsləyənlərə kərim, ey Ona qarşı üsyan edənlər həlim, ey Öz əzəmətində rəhim, ey Öz hikmətində əzəmətli, ey Öz ehsanında qədim (əzəli), ey Onu istəyənlərə elmli!
97. İlahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müsəbbib (bütün işlərə səbəb yaradan), ey Mürəğğib (yaxşı işlərə rəğbətləndirən), ey Müqəllib (qəlbləri haldan-hala salan), ey Müəqqib (tə”qib edən), ey Mürəttib (tərtibə salan), ey Müxəvvif (qorxudan), ey Mühəzzir (bər həzər edən, qorxudan), ey Müzəkkir (yada salan, xatırladan), ey Müsəxxir (ram edən), ey Müğəyyir (dəyişdirən)!
98. Ey elmi (hər şeyə) şamil olan, ey və”dəsi sadiq olan, ey lütfü zahir olan, ey əmri qalib olan, ey kitabı möhkəm olan, ey qəzası (hökmü) gerçəkləşən, ey Qur”anı məcid olan, ey mülkü qədim olan, ey fəzli ümumi olan, ey ərşi əzəmətli olan!
99. Ey O Kəs ki, (bir şeyi) eşitmək (başqa şeyi) eşitməyə mane olmaz, ey O Kəs ki, bir işi (fe”li) görmək başqa iş görməyə mane olmaz, ey O kəs ki, bir danışıq başqa danışığın qarşısını almaz, ey O Kəs ki, bir sual Səni o biri sualda səhvə salmaz, ey O Kəs ki, bir şeyi (görmək) o bir şeyi görməyə mane olmaz, ey O Kəs ki, sual edənlərin (istəyənlərin) suallarının çoxluğu Səni aciz etməz, ey O Kəs ki, Sən müridlərin muradının sonusan, ey O Kəs ki, Sən ariflərin sə”ylərinin son nöqtəsisən, ey O Kəs ki, tələb edənlərin tələblərinin sonusan, ey O Kəs ki, aləmdə heç bir zərrə Səndən gizli deyil!
100. Ey tələsməyən Həlim (helmli), ey paxıllıq etməyən Cəvad (bəxşiş sahibi), ey (və”dəsinə xilaf etməyən) Sadiq, ey (əta etdiyini geri almayan (yaxud əta etdiyindən peşman olmayan) Vəhhab, ey məğlub olmayan Qahir, ey (layiqincə) vəsf edilə bilməyən Əzim, ey zülm etməyən Adil, ey heç nəyə ehtiyacı olmayan Ğəni, ey kiçilməyən Kəbir, ey hifz etdiyi şeylərdən qafil olmayan Hafiz!
Pak və münəzzəhsən, Səndən başqa heç bir mə”bud yoxdur, pənah ver bizə, pənah ver bizə, bizi oddan xilas et, ey Rəbb!
Comments are closed, but trackbacks and pingbacks are open.