Press "Enter" to skip to content

Cərimədən necə çıxa bilərəm?

· Əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə.

Cərimədən necə çıxa bilərəm?

Son bir neçə ildə bank sektorunda baş vermiş kütləvi kreditləşmə zaminliyin inkişafına və bunun nəticəsində çoxsaylı problemlərin yaranmasına gətirib çıxardı. Müraciət edən şəxslərin əksəriyyətinin sualı belə olur. FED.az biznes və maliyyə xəbərləri portalı “Ensis” hüquq firmasına istinadən zaminlikdən çıxmaq və bu sahədə yaranan problemlərin həlli üsullarını təqdim edir.

Zaminlikdən necə çıxa bilərəm?

Mülki qanunvericilikdə zaminliyə xitam verilmə əsasları müəyyən edilmişdir.

Aşağıdakı hallardan biri baş verərsə zaminliyə xitam verilir:

· Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə

Məsələn, A bankdan bir il müddətinə 1000 AZN məbləğində kredit götürür, B isə ona zamin durur. Əgər A banka olan borcunu tam ödəyirsə onda zaminliyə avtomatik olaraq xitam verilir.

· Zaminin razılığı olmadan öhdəlik dəyişdirilərsə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olarsa.

Burada zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir.

Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına kreditin ümumi məbləğinin artırılması, kreditin faizinin artırılması, kreditin valyutasının dəyişdirilməsi, kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.

Yuxarıdakı misalda A bankla razılaşaraq krediti restrukturizasiya edir və bu zaman zaminin razılığı olmadan müqavilənin müddətini iki ilə uzadır. Bu halda zaminlik artıq xitam verilmiş olur.

· Əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə.

Burada “borc başqa şəxsə keçirildikdə” ifadəsi borclunun öz iradəsi ilə əsas müqavilə üzrə hüquq və öhdəliklərini başqa şəxsə keçirməsi halını ehtiva edir. Belə ki, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, müqavilə üzrə borclunun hüquq və vəzifələrinin üçüncü şəxsə keçirilməsi borclunun iradəsi və kreditorun buna razılıq verməsi ilə baş verir. Bu halda həmin müqavilənin icrasını təmin etmək məqsədi ilə bağlanmış zaminlik müqaviləsinin hüquqi qüvvəsinin davam etməsi üçün zaminin razılığı mütləqdir.

Əgər zamin razılıq vermirsə onda zaminliyə xitam verilir. Onu da əlavə etmək istərdik ki, borclunun ölümü halında onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur.

Belə olduqda öhdəliyin vərəsələrə keçməsi borcun başqa şəxsə keçməsi kimi qiymətləndirilə bilməz və ona görə də bu halda zaminlik müqaviləsinə xitam verilmir.

· Kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə

İcranı qəbul etməkdən imtinaya şübhəsiz ki, bir səbəb olmalıdır. Burada əsas məsələ öhdəliyin lazımınca icra edilməsi və kreditorun belə icranı qəbul etməsindən imtinasıdır. Bu şərtlər olarsa zaminliyə xitam verilə bilər.

· Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda

Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda.

Müddətlə bağlı misallar:

1. Əgər zaminlik müqaviləsində müddət müəyyən edilibsə həmin müddət bitdikdə zaminliyə xitam verilir.

2. Əgər zaminlik müqaviləsində müddət müəyyən edilməyibsə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məsələn A bankla bir illik müddətə kredit müqaviləsi bağlayıb. Müqavilə müddəti bitdikdən sonra bir il ərzində bank zaminə qarşı iddia qaldırmazsa onda zaminliyə xitam verilir.

3. Əgər əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə zaminliyə zaminlik müqaviləsi bağlandığı andan iki il keçdikdən sonra xitam verilir. Məsələn A qonşusu B ilə alğı-satqı müqaviləsi bağlayır və müqavilədə ödənişin icra müddəti göstərilmir. Bu zaman A-nın dostu C zamin durur ki, B ödəniş etməsə mən onun əvəzinə ödəniş edəcəm. Əgər zaminlik müqaviləsi bağlandığı vaxtdan iki il ərzində A-nın C-yə qarşı iddiası olmazsa zaminlik müqaviləsinə xitam verilir.

Sonda müddətlə bağlı onu əlavə etmək istəyirik ki, bir çox zaminlik müqavilələrində müddətlə bağlı qeyd edilir ki, “bu müqavilə borclunun öz öhdəliyini icra etdiyi vaxta kimi” qüvvədədir. Belə olduqda müddət qeyri-müəyyən olaraq qalır və borclunun öhdəliyini nə vaxt icra edəcəyi məlum olmur. Belə müqavilələr müddət müəyyən edilməmiş müqavilə hesab edilir. Müddət göstərilmədiyi üçün kredit müqaviləsinin müddəti bitdikdən sonra bir il keçdikdə (əgər bank zaminə qarşı iddia qaldırmazsa) zaminliyə xitam verilir.

Cərimədən necə çıxa bilərəm?

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurum rəsmisi Xeyransa Dəmirova Qaynarinfo-ya bildirdi ki, yaşa görə əmək pensiyası hüququnun müəyyən edilməsində çoxuşaqlı qadınlar üçün güzəşt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.2-ci maddələrində öz əksini tapıb.

Qanundan sözügedən maddələri sizlərə təqdim edirik:

8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Qeyd: Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

Comments are closed, but trackbacks and pingbacks are open.