Press "Enter" to skip to content

Css Macar serverinə necə daxil ola bilərəm

Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açar sahələr ilə kompüter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir.

Verilənlər bazası

Verilənlər bazası (VB),(en:Data Base, DB) – kompüterin daimi yaddaşında müxtəlif tiplı (mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s.) verilənlərin saxlanması üçün istifadə edilən xüsusi strukturlaşdırılmış yerdir.

Verilənlər bazası, informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir,tətbiqi proqramlar və ya əlavələr verilənlər bazasına daxil olan dəyişənlərin işlənməsinə xidmət edir.

Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:

  • Microsoft Access
  • Open Office Base
  • Foxpro
  • Microsoft SQL Server
  • Oracle
  • My SQL

Verilənlər bazasının məqsədi və tərifi

İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.

Verilən – bazaya daxil ediləcək informasiya vahididir, elementidir.

İnformasiya müəyyən predmet və ya gerçəklik haqqında olan tam fikirdir, məlumatdır. Məsələn: Hər bir müəssisənin kadrlar şöbəsində onun əməkdaşları haqqında (kadr uçotu vərəqəsində) informasiya saxlanılır. Bu informasiyanın verilənləri – elementləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, milliyyət, hansı ali təhsil müəssisəsini neçənci ildə bitirməsi, hansı dilləri bilməsi, hansı elmi əsərlərin müəllifidir və s.

VB-nin yaradılması məqsədindən asılı olaraq eyni bir obyekt və ya gerçəklik haqqında olan informasiyanın elementləri, yəni verilənlər müxtəlif ola bilərlər.

Məsələn: Hər bir dövlətdə onun vətəndaşları haqqında saxlanılan informasiyanın verilənləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, harada qeydiyyatda olması, gözünün rəngi, boyun uzunluğu, qan qrupu və s.

Göründüyü kimi eyni bir şəxs haqqında kadrlar şöbəsində saxlanılan informasiyanın verilənləri ilə dövlətin vətəndaşı kimi saxlanılan informasiyanın verilənlərində müxtəliflik var. VB kompüterdə xüsusi formatlı fayllarda saxlanılan informasiyadır. “Faylın formatı” termini kompüter faylında saxlanılan verilənlərin strukturunu təsvir etmək üçün istifadə olunur. Tərif. VB – informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır.

Verilənlər bazasının strukturu

Verilənlərin strukturu, onların kompüterdə saxlanılması üsuludur və o, elə seçilməlidir ki, verilənlərdən səmərəli istifadəni təmin etsin. Faylın VB olması üçün onda olan informasiya struktura malik olmalıdır və elə formatlaşdırılmalıdır ki, sahələr bir-birindən asanlıqla fərqlənsinlər.

Verilənlər bazası struktura görə üç cür ola bilər:

  • iyerarxik;
  • səbəkə;
  • relyasion.
  1. İyerarxik VB-da verilənlər arasındakı tabeçilik münasibətlərindən asılı olaraq budaqlanma olur. Odur ki, bu struktura bəzən budaqlanan struktur da deyirlər.
  2. VB-nın şəbəkə modelində verilənlərə müraciət ona gələn yollar vasitəsi ilə həyata keçirilir və bir verilənə bir neçə yol ilə gəlmək olar. Bu zaman hər bir verilən faktiki olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası əlaqələr iyerarxik olmaya da bilər.
  3. Bu gün əksər VB cədvəl şəkillidirlər, yəni relyasion strukturludurlar. Belə strukturlu VB-də verilən sətir və sütunların kəsişməsi ilə müəyyən olunur. VB-da sütunlar sahələr, sətirlər isə yazı adlanır.

Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri

Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər.

  1. Sahələrin xüsusiyyətləri
  • Hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur.
  • Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə malik ola bilməz.
  • Hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də həmin sütunun başlığıında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma imza verilmədikdə həmin sahənin başlığıında onun adı yazılır. Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu kompüterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır.
  1. Sahələrin tipləri. Sahələr orada saxlanılan verilənin tipindən asılı olaraq müxtəlif xüsusiyyətli olurlar.
  • Mətn sahələr – mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn sahənin bir məhdudiyyəti var – onun ölçüsü 256-dan çox ola bilməz, yəni orada saxlanılan verilən 256 simvoldan artıq ola bilməz.
  • Ədədi sahələr – rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət edir. Ədədi sahələr müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.
  • Tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur.
  • Xüsusi tip sahələr – pul sahəsi. Adından məlumdur ki, bu sahədə pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla işləmək daha münasibdir. Bu halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə əks etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti ayırd edə bilir, bir sözlə onlarla incə rəftar edə bilir.
  • Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt sahəsi adlanır.
  • Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.
  • Ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır.
  1. Sadə VB. Sadə VB-ni xüsusi proqram vasitələrindən istifadə etmədən də yaratmaq olar.
  2. Əlaqəli cədvəllər. Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər informasiya belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə sistemləri (VBİS) lazım olmazdı. Belə ki, praktikada daha mürəkkəb strukturlu informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar.

VB-nın yaradılması onun cədvəllərinin yaradılmasından başlayır. Struktur elə olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər. Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər.

Unikal və açar sahələr. Cədvəllər arası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır.

Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açar sahələr ilə kompüter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir.

Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru) açar sahə verməyibsə, VBİS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir.

Verilənlər bazası idarə sistemləri (VBİS), onların məqsədi və təsnifatı

VB-nı yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu. Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.

  • VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.

VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir. VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-in obyektləri bunlardır:

  1. Cədvəl – VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar.
  2. Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar.
  3. Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir.
  4. Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır.
  5. Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər.
  6. Modullar – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.
  • VBİS-in təsnifatı. VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur.

Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır. VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:

  1. Yüksək səviyyəli RVBİS. Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11.
  2. Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0.
  3. Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server.
  4. Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar.

VBİS-in arxitekturası istifadəçilərin müxtəlif tələblərini, onların sorğularının yerinə yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:

  • xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);
  • məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB administratorunun verilənlərə inteqral baxışlarına uyğun);
  • daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).
  • Teqlər:
  • verilənlər bazası

xampp serverimi necə ictimai etmək olar?

PhpMyAdmin-ə uzaqdan girişi aktivləşdirmək üçün bu addımları yerinə yetirin: apacheconfextrahttpd-xampp faylını redaktə edin. conf faylı XAMPP quraşdırma kataloqunuzda. Bu faylın içərisində aşağıdakı sətirləri tapın. . Sonra ‘Yerli tələb et’i ‘Hamısına icazə tələb et’ ilə əvəz edin. XAMPP idarəetmə panelindən istifadə edərək Apache serverini yenidən başladın.

Windows Firewall-da xampp-i necə aktivləşdirə bilərəm?

4 Cavablar Daxil olan Qaydalara klikləyin.Gələn qaydaların üzərinə klikləyin və “Yeni Qayda. ” seçim portunu seçin və sonrakı klikləyin. bütün yerli portları və ya apache serveri üçün port nömrənizi seçin. və next.select seçiminə klikləyin və əlaqəyə icazə verin və next.next.Ad verin Xampp üçün Bütün Yerli Portlara icazə verin.

Mən localhost-a necə daxil ola bilərəm?

Serverə özündən daxil olmaq üçün http://localhost/ və ya http://127.0.0.1/ istifadə edin. Eyni şəbəkədəki ayrıca kompüterdən serverə daxil olmaq üçün http://192.168.XX istifadə edin, burada XX serverinizin yerli IP ünvanıdır. Siz serverin yerli IP ünvanını (Linux olduğunu nəzərə alaraq) hostname -I işlətməklə tapa bilərsiniz. 127.0.

Şəxsi veb serveri necə qura bilərəm?

Pulsuz üçün xüsusi veb-server necə qurulmalı İnternetə.

Arqo tuneli nədir?

Argo Tunnel mühitinizdə yüngül konnektor yerləşdirməklə xidmətləriniz və Cloudflare arasında təhlükəsiz, yalnız çıxış üçün əlaqə yaradır. Bu model ilə komandanızın firewallunuzda deşiklər açmaq və ya Cloudflare IP-lərdən qaynaqlanan trafiki təsdiqləmək əngəlindən keçməyə ehtiyac yoxdur.

xampp-də MySQL-ə necə daxil ola bilərəm?

Windows-da MySQL-ə daxil olmaq üçün siz XAMPP-ni quraşdırmalısınız. XAMPP İdarəetmə Panelini açın və MySQL-i işə salın. İndi əmr sorğusuna keçin və C:> açın.cd xampp C:xampp>cd MySQL C:xamppmysql>cd bin C:xamppmysqlin>mysql -h localhost -u kök.

xampp-də localhost IP ünvanımı necə dəyişə bilərəm?

Serverin daxili IP və ya Statik IP-ni əldə edin (Məs: 192.168.1.193) XAMPP-ni açın>apache>conf>httpd.conf faylı notepadda. Dinlə 80-i axtarın. Yuxarıdakı sətir belə oxunacaq – #Listen 0.0.0.0:80 / 12.34.56.78:80. IP ünvanını dəyişdirin və onu statik IP ilə əvəz edin.

Yerli host URL-mi necə tapa bilərəm?

127.0.0 IP ünvanından istifadə edin. localhost ünvanlanması üçün 0.1. Məsələn, hər hansı bir veb brauzerə “http://127.0.0.1” daxil edin və əgər işləyirsə, eyni kompüterdə veb server tərəfindən yerləşdirilən veb səhifəni görəcəksiniz. Əksər kompüterlər və cihazlar eyni məqsəd üçün “http://localhost”-a icazə verəcəkdir.

Serverimi internet üzərindən necə əlçatan edə bilərəm?

1 Routerinizdə cavab verin, serverinizin istifadə etdiyi xüsusi porta icazə vermək üçün təhlükəsizlik divarını konfiqurasiya edin (məsələn, port 4321). Routerinizdə 4321 portu üçün faktiki serverinizin daxili IP ünvanına, həmçinin 4321 portuna yönləndirmə portunu konfiqurasiya edin. serverinizdə təhlükəsizlik duvarınızın 4321 portuna qoşulmağa icazə verdiyinə əmin olun.

Pulsuz bir serveri necə yerləşdirə bilərəm?

InfinityFree.Wix.000WebHost.Google Cloud Hosting.AwardSpace.Freehostia.FreeHosting.ByetHost ilə müqayisə edilən on ən yaxşı pulsuz veb sayt hostinq xidməti.

XAMPP istehsal üçün uyğundurmu?

XAMPP istehsalı hazırdırmı? XAMPP istehsal istifadəsi üçün deyil, yalnız inkişaf mühitləri üçün nəzərdə tutulub. XAMPP, tərtibatçıya istədiyi hər şeyə icazə vermək üçün mümkün qədər açıq olmaq üçün konfiqurasiya edilmişdir. İnkişaf mühitləri üçün bu əladır, lakin istehsal mühitində ölümcül ola bilər.

XAMPP-dən istifadə etmək yaxşıdır?

XAMPP quraşdırmaq çox asandır və veb proqramları konfiqurasiya etmək üçün heç bir texniki bilik tələb etmir. Həmçinin, onun interfeysini başa düşmək və qarşılıqlı əlaqə qurmaq çox asandır, burada Apache, MySQL, FileZilla və s. kimi sizə lazım olan veb xidmətlərini asanlıqla yandırıb söndürə bilərsiniz.

Yerli host IP nədir?

Demək olar ki, bütün şəbəkə sistemlərində localhost 127.0.0 IP ünvanından istifadə edir. 0.1. Bu, ən çox istifadə edilən IPv4 “geri dönmə ünvanı”dır və bu məqsəd üçün qorunur.

Arqo tunelləri pulsuzdurmu?

Argo Smart Routing ilə mənbə trafikini sürətləndirin İstənilən təşkilat pulsuz olaraq Cloudflare Tunelləri yarada bilər! Bir əmrlə mənşəyi Cloudflare-ə qoşaraq başlamağa çalışın.

Arqo Tuneli təhlükəsizdirmi?

Argo Tuneli ictimai yönləndirilə bilən IP ünvanı olmadan mənşəyinizi Cloudflare-ə qoşmaq üçün təhlükəsiz yol təqdim edir. Argo Tuneli ilə siz öz infrastrukturunuzdan kənar IP-ni İnternetə təqdim etmirsiniz.

Niyə dostlar mənim minecraft serverimə qoşula bilmirlər?

Mümkün həll yolları bunlardır: Şəbəkə bağlantınızın aktiv olduğunu və heç bir proqramın gedən bağlantıları bloklamadığını yoxlayın. Hər hansı mövcud firewall proqramını söndürməyə və ya onun konfiqurasiya seçimlərini dəyişdirməyə çalışın. Modeminizi/routerinizi yenidən başladın.

xampp üçün URL nədir?

XAMPP-nin əsas konfiqurasiyasında phpMyAdmin yalnız XAMPP-nin işlədiyi eyni hostdan, http://127.0.0.1 və ya http://localhost ünvanında əldə edilə bilər. MySQL serverinə daxil olmamışdan əvvəl phpMyAdmin sizdən istifadəçi adı və parol tələb edəcək. Əvvəlcə istifadəçi “root” üçün parol təyin etməyi unutmayın.

Yerli URL-ni necə yarada bilərəm?

Mövcud Yerli Fayla Linkin Yaradılması Linkə çevirmək istədiyiniz mətni (və ya şəkli) vurğulayın. Alətlər panelində Hyperlink yarat ikonasına (Şəkil) klikləyin. . Fayla keçid seçin. Next düyməsini basın. . Mövcud yerli faylı seçin və Next düyməsini basın.

Niyə MySQL XAMPP-də işləmir?

Əgər mənim sql işləyir, lakin Xampp-də Port göstərilmirsə, Konfiqurasiya > klikləyin mənim. ini bu faylı redaktə edin və 3306 nömrəli portu dəyişdirin > 3307 və yadda saxla və xampp-ı yenidən başladın . Bu yazıda fəaliyyəti göstərin. Bir çox səbəblərdən biri xampp-in MySQL xidmətini özü başlata bilməməsidir.

XAMPP varsa, MySQL-i quraşdırmalıyam?

Ehtiyac yoxdur, MySql XAMPP ilə birlikdə gəlir. Siz sadəcə olaraq idarəetmə panelindən istifadə edərək MySql-ə başlaya bilərsiniz.

SQL nədir və necə işləyir? (I hissə)

SQL (“es-kyu-el” kimi tələffüz olunur) Strukturlaşdırılmış Sorğu Dili deməkdir. Microsoft SQL Server serverinə XML dili və HTTP protokolu daxildir.SQL , verilənlər bazası ilə əlaqə qurmaq üçün istifadə olunur.SQL Serverdə verilənlər bazası diskdə sadə fayl şəklində saxlanılırlar. Minimum hər bir VB üçün iki: *.mdf*.ldf faylları lazım gəlir. Birincidə verilənlərin özləri ,cədvəllər, indekslər qorunur, ikincisində isə transaction log yerləşir, burada VB-də məlumatların bərpası üçün lazım olan məlumat yerləşir. Bu məqalə sizə bu əmrlərin hər birinin əsasları barədə məlumat verəcək və SQL Interpreter istifadə edərək tətbiq etməyə imkan verəcəkdir.

Cədvəl əsasları(RDBMS)

RDBMS, Relational Database Management System mənasını verir.Relational database sistemi SQL və MS SQL Server, IBM DB2, Oracle, MySQL və Microsoft Access kimi bütün müasir verilənlər bazaları üçün əsasdır.

RDBMS-dəki məlumatlar, cədvəl adlanan verilənlər bazası obyektlərində saxlanılır. Cədvəl əlaqəli məlumat girişlərinin toplusudur və sütunlardan və sətirlərdən ibarətdir. Cədvəllər adları ilə unikal şəkildə müəyyən edilir və sütun və sətirlərdən ibarətdir. Sütunlar sütun adını, məlumat növünü və sütunun digər xüsusiyyətlərini təşkil edir. Sətirlər sütunlar üçün qeydləri və ya məlumatları təşkil edir. “ weather “ adlı nümunəvi cədvələ baxaq:

Kənd, şəhər , yüksək və aşağı temperaturlardır

Data seçilməsi

Select operatoru verilənlər bazasına sorğu vermək və göstərdiyiniz meyarlara uyğun seçilmiş məlumatları almaq üçün istifadə olunur. Sadə bir select ifadəsinin formatı:

Seçilmiş açar sözdən sonra gələn sütun adları nəticələrdə hansı sütunların qaytarılacağını müəyyənləşdirir. İstədiyiniz qədər sütun adını seçə bilərsiniz və ya bütün sütunları seçmək üçün “*” istifadə edə bilərsiniz.

From açar sözdən sonra gələn cədvəl adı istənilən nəticəni əldə etmək üçün sorğu veriləcək cədvəli müəyyənləşdirir.

* where* bəndində (istəyə əsasən) * where* açar sözündən sonra təsvir olunan meyarlara əsasən hansı məlumat dəyərlərinin və ya sətirlərin qaytarılacağı və ya göstəriləcəyi verilir.

  • where bəndində istifadə olunan şərti seçimlər:

LIKE model uyğunlaşdırma operatoru həm də hər punktun şərti seçimində də istifadə edilə bilər. LIKE, çox güclü bir operatordur, nəyi seçmisiz onu like etməyə imkan verir. Faiz işarəsi “%” göstərilən simvollardan əvvəl və ya sonra görünə biləcək hər hansı bir xarakterə uyğun gəlmək üçün wild card kimi istifadə edilə bilər. Misal üçün:

Bu SQL ifadəsi ‘Er’ ilə başlayan bütün adlarla uyğunlaşacaq. Sıralar tək dırnaq içində olmalıdır.

Və ya bu ifadə ‘s’ ilə bitən bütün soyadlarla uyğunlaşacaq.

Bu, yalnız adın ‘Eric’ -ə bərabər olduğu sətirləri seçəcəkdir.

Bu səhifənin altındakı SQL Interpreter Formasına , aşağıdakı nümunə ifadələrini daxil edin. “ submit” ə klik etməzdən əvvəl gözlənilən nəticələrinizi yazın. “ submit” düyməsini basın və nəticələri müqayisə edin.

Cədvəllərin yaradılması / Creating Tables

Create table ifadəsi yeni bir cədvəl yaratmaq üçün istifadə olunur. Sadə bir cədvəl ifadəsinin formatı:

İstəyə bağlı məhdudiyyətlərdən(constraint) istifadə etmək istəsəniz, cədvəl yaratmaq formatı bu nümunədəki kimi ola bilər:

Qeyd: İstədiyiniz qədər sütun(columns) əlavə edə bilərsiniz. məhdudiyyətlər də həmçinin istəyə bağlıdır.

Yeni bir cədvəl yaratmaq üçün create table açar sözlərini, cədvəl adını, açılış mötərizəsini, ilk sütun adını, həmin sütunun məlumat növünü, əlavə məhdudiyyətləri və sonra bağlanma mötərizəsini daxil edin. Başlanğıç tablosundan əvvəl açıq bir mörtərizə ve son sütun tanımının sonundan sonra bir bağlanma mörtərizəsi istifadə etdiyinizdən əmin olmağınız önəmlidir. Hər sütun sonunu vergüllə ayırdığınızdan əmin olun. Bütün SQL ifadələri “;” ile bitməlidir. Cədvəl və sütun adları bir hərflə başlamalı və ardınca hərflər, rəqəmlər və ya alt cizgilər qoyulmalıdır — ümumi uzunluğu 30 simvoldan çox olmamalıdır. Cədvəllər və ya sütun adları üçün adlar olaraq SQL-də qorunan heç bir açar sözdən istifadə etməyin (“select “, “ create “, “ insert “ və s.). Məlumat növləri, həmin sütun üçün hansı məlumat növünün ola biləcəyini göstərir. Adların saxlanılması üçün “Soyad_adı” adlı bir sütundan istifadə ediləcəksə, həmin sütunda “varchar” (dəyişkən uzunluqlu simvol) məlumat növü olmalıdır.

Ən çox yayılmış Data types :

char(size) Sətirdəki fiks olunmuş simvollar uzunudur.Ölçü mörtərizədə göstərilir . Maksimum 255 bayt.

varchar(size) Dəyişən uzunluqlu simvol. Maksimum ölçü mötərizədə göstərilir.

number(size) Mötərizədə maksimum sütun rəqəmi olan ədədi bir dəyərdir.

date Tarix dəyəri

number(size,d) Ondalığın sağında maksimum “d” rəqəmi ilə maksimum “ölçüsü” rəqəmi ilə rəqəm dəyəridir

SQL Create Constraints (Məhdudiyyətlər)

Məhdudiyyətlər nədir? Cədvəllər yaradıldıqda, bir və ya daha çox sütunun onlarla əlaqəli məhdudiyyətlər olması adi haldır. SQL məhdudiyyətləri bir cədvəldə məlumat qaydalarını təyin etmək üçün istifadə olunur.Məhdudiyyətlər cədvəl CREATE TABLE ifadəsi ilə yaradıldıqda və ya cədvəl ALTER TABLE ifadəsi ilə yaradıldıqda təyin edilə bilər. SQL məhdudiyyətləri cədvəldəki məlumatların qaydalarını təyin etmək üçün istifadə olunur.Məsələn, “ unique” məhdudiyyəti, heç bir qeydin müəyyən bir sütunda eyni dəyərə sahib ola bilməyəcəyini göstərir. Hamısı misilsiz olmalıdır. Digər iki ən populyar məhdudiyyət, sütunun boş qala bilməyəcəyini ifadə edən “ not null “ və “ primary key “ dır. “ Primary key “ məhdudiyyəti cədvəldəki hər bir qeydin (və ya sətrin) unikal identifikasiyasını təyin edir. Bütün bunlar və daha çoxu bu məqalənin gələcəkdə genişləndirilmiş versiyasında işıqlandırılacaqdır. Ətraflı SQL təliminin gələcək buraxılışında əhatə olunacaq və davamlı olacaq … yəni “ response “ yaxşıdırsa))

Mənbələr:

Comments are closed, but trackbacks and pingbacks are open.