Press "Enter" to skip to content

Puşkinin ölümünə Şərq poeması

Paulo Koelyo Braziliyanın Rio de Janeyro şəhərində anadan olub. Yeniyetmə ikən Paulo yazıçı olmaq istəyirdi. Həmin dövrdə anasına yazıçı olmaq arzusunu bildirərkən, anası “Əzizim, sənin atan mühəndisdir. O, yüksək məntiqə və savada sahibdir.

Poema

Poema – ədəbiyyatın lirik-epik təsviri növlərindən biri kimi süjetli mənzum hekayə, yaxud mənzum povestdir. Poema iri həcmli nəzm əsəridir. Burda təsvir olunan hadisələrin gedişində iştirak edən obrazlarla – qəhrəmanlarla yanaşı, lirik qəhrəman (şairin özü) aydın nəzərə çarpır. Poemada qəhrəmanın hərəkəti və həyəcanları, onun iştirak etdiyi hadisələr təsvir olunmaqla bərabər, həyat hadisələrinin şairdə doğurduğu hiss və duyğular da ifadə olunur. Şair bu hiss və duyğuları əsas süjetlə bağlı lirik haşiyələr vasitəsilə ifadə edir. Beləliklə, poemada əhvalatın iştirakçısı olan qəhrəmanlarla yanaşı «lirik qəhrəman» adı daşıyan spesifik bir surət də olur.
Qədim Yunanıstanda xalqın yaratdığı o epik əsərlərə poema adı verilirdi ki, orada əfsanəvi qəhrəmanların, yaxud «tanrılar»ın həyatından və şücaətindən bəhs olunsun. Xalq fantaziyasının məhsulu olan bu surətlər Qədim Yunanıstandakı xalq həyatının mühüm cəhətlərini əks etdirirdi. Homerin «İliada» və «Odisseya» əsərlərinin əsas qəhrəmanı xalqdır: bu kimi əsərlərin mifologiya və xalq əfsanəsi formasında ifadə olunan məzmunu əsas etibarilə xalqın həyat və mübarizəsindən ibarətdir. Rus poemaları da belədir.
Yazılı ədəbiyyat yaranandan sonra poema ən çox yayılmış növlərdən biri olur. Tarixi şəraitin dəyişilməsi ilə əlaqədar poemanın məzmun və forması dəyişmir. Yusif Balasaqunlunun yazdığı «Qutadqu bilik» (Xoşbəxtliyə aparan elm, 1069/1070) ilk türkdilli poemalardandır. Əruz vəznində yazılmış bu əsərdə müəllifin fəlsəfi düşüncələri, dövlət, təbabət, riyaziyyat, astronomiya və s. haqqında fikirləri ifadəsini tapmışdır.
Poemanın çiçəklənməsi romantizm dövrü ilə bağlıdır, bu zaman poemada subyektiv – lirik cəhətlər ən parlaq ifadəsini tapmış və poemada qəhrəman surəti yaranmışdır. Dahi Füzulinin «Leyli və Məcnun» poeması bütün bəşər övladının, insanda olan ən yüksək və humanist sifətləri (Leyli və Məcnunun timsalında) özündə təcəssüm etdirən dünya ədəbiyyatının ən şah əsərlərindən biridir.
Məlumdur ki, poeziya öz iri addımlarını poema ilə atır. Şeirin müasir prosesini şərtləndirən obyektiv amillər, bugünkü poemanın da taleyinə təsirsiz qalmamışdır. Lirik poema, poema-sənəd, poema- reportaj, poema-müraciət assosiativ kompozisiya əsasında qurulan poema-monoloq və s. bu kimi formalar son dövrlərin Azərbaycan poemaları üçün səciyyəvidir. XX əsrin əvvəllərində Nizami, Füzuli ənənələrindən bəhrələnən Abbas Səhhət «Şair», «Şeir pərisi», «Şəhərli», «Əhmədin qeyrəti» və s. kimi əsərlər yazmışdır.
XX əsrin ikinci yarısında Azərbaycan poeması öz yeni təşəkkül, formalaşma axtarışlarını davam etdirdi. «Partizan Aliyə» (M.Dilbazi), «Memarın məhəbbəti» (A. Babayev), «Zəfər dastanı» (H.Hüseynzadə), «Apardı sellər Saranı» (M.Gülgün), «Həsrət», «Məhəbbət» (N.Həsənzadə), «Ürək əfsanəsi» (S.Tahir), «Müqəddəs kədər» (Məmməd İsmayıl), «Sevgi günü» (Ş.Aslan) «Toyda» (D.Nəsib), «Dörd yaşında fikir çəkdim» (Ayaz Vəfalı), «Oğlumun babasına» (G.Fəzli), «Ad» (M.Yaqub), «Sular qızı» (M.İsgəndərzadə) bu axtarışları əks etdirirdi.
Epik və lirik poemanın üzvi qaynaqlarını klassik poemanın bütün tarixində və təcrübəsində Bayronun, M.Hadinin, H.Cavidin, S.Vurğunun əsərlərində izləmək olar.
Azərbaycan, eləcə də Şərq ədəbi-bədii fikir tarixində əhəmiyyətli yer tutan, yeni yaradıcılıq ənənələrinə və zəngin bədii irsə sahib olan Seyid Məhəmmədhüseyn Şəhriyarın (1906-1988) «Heydərbabaya salam» poeması Azərbaycanın məlum regionunun tarixi salnaməsidir. Ustad sənətkar poemada varlığı əsas predmet kimi götürmüş, xalqın həyat və yaşayış tərzini, məişətini özünəməxsus ümumiləşdirmə yolu ilə, olduqca əlvan boyalarla əks etdirmişdir.
Heydərbaba dağ adıdır. «Heydərbabaya salam» isə möhtəşəm bir sənət dağıdır. Ustad Şəhriyar «tarixin bütün hadisələrini gözü ilə görmüş və onu sinəsinə zəbt etmiş» Heydərbaba dağından bir tribuna kimi istifadə edərək öz arzu və istəklərini dünyaya bəyan etmişdir. Şəhriyar «Heydərbabaya salam» əsəri ilə «Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq ola bilmişdir». Nümunə üçün əsərdən bir epizodu nəzərdən keçirək.
Heydərbaba, səni vətən bilmişdim,
Vətən deyib, baş götürüb gəlmişdim,
Səni görüb göz yaşımı silmişdim,
Halbuki lap qəmli qürbət səndəymiş,
Qara zindan, acı şərbət səndəymiş.
«Heydərbabaya salam» poeması vahid Azərbaycan ideyası, zülmə, əsarətə və köləliyə qarşı etiraz motivləri əsasında, ata-baba qaydalarına, el-adət və ənənələrinə rəğbətlə, el oyunlarının və bayramlarının təsviri ilə, xalq ruhunun bədii ifadəsi və vətən tarixinin bir salnaməsi kimi yaradılmışdır.
Poema sözün əsl mənasında şeirin avanqardıdır, poetik fikrin dərinlik, vüsət və əzəmət ölçülərini ağır çəkidə təmsil edən bir janrdır.
Müasir poema yalnız xalis müasir mövzu ilə kifayətlənmir, tarixə və tarixi şəxsiyyətlərə tez-tez müraciət edir. Lakin son illərin məlum hadisələri bir sıra sənətkarlarımızı daha dərindən düşündürmüş və onlar bu ictimai-siyasi hadisələri ən bitkin epik lövhələrlə təhlil etmək üçün poemanın imkanlarından olduqca peşəkarlıqla istifadə etmişlər. Belə sənətkarlardan birinin – vətənpərvərlik mövzusu bütün əsərlərində qırmızı xətt kimi keçən Bəxtiyar Vahabzadənin 1990-cı ilin 20 yanvarında azğınlaşmış rus sovet qoşunlarından vətəni, torpağı qorumaq üçün yalın əlləriylə düşmən qarşısına çıxıb, sinələrini quduz neofaşistlərin gülləsi qabağına verən və uca Allahın yanında böyük şərəfə nail olaraq şəhidlik zirvəsinə qalxan şəhidlərimizə həsr etdiyi «Şəhidlər» poeması tarixi bir salnamə, ədəbi bir kitabə, möhtəşəm bir qəhrəmanlıq dastanıdır.
Şəhidlərin ölməz ruhunu əziz tutan şair, onların vətən torpaq sevgisini, yalın əllə ana yurdu, vətənin paytaxtı gözəl Bakını qorumaq üçün düşmənlə mübarizə misilsiz qəhrəmanlıqlarını belə tərənnüm edir (poemadan bir parça)!
Qatil gülləsinə qurban gedirkən
Gözünü sabaha dikdi şəhidlər.
Üç rəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.
Müasir poema yalnız ideya-fikir sahəsində yox, klassik poeziyanın ənənə, bəhr, üslub, forma sərvəti ilə yaradıcı şəkildə bəhrələnməyin parlaq nümunəsidir. Eyni zamanda fitri, təbii, coşğun ilhamın, həqiqi şair zəhmətinin məhsuludur.

Müəllif: VÜQAR ƏHMƏD
Mənbə: ƏDƏBİYYATŞÜNASLIQ, filologiya fakültəsinin tələbələri üçün dərslik,2007

  • Teqlər:
  • ədəbiyyat nəzəriyyəsi
  • , poema
  • , ədəbiyyatşünas

Puşkinin ölümünə Şərq poeması

Gecə etdim uyqumu gözümdən kənar,
Sordum:
«Ey sirr çeşməsi – ürəyim, nə var?
Nədən ötməz bağçanın şeyda bülbülü,
Nədən qılmaz nitqinin tutisi göftar?
Şeir yolun, söz yolun yoxsa kəsilmiş,
Hanı xəyal qasidin o yünkül çapar?
Yaz gəlmiş; hər tərəfdə çəmən qızları,
Bəzənib, camalını etmiş aşikar.
Çevrilmiş çayır, çəmən bənöşəliklə
Baqda odlu qönçələr açmış budaqlar,
Çöl gəlini bəzənmiş; dağlar onunçun
Ətək-tək çiçəkdən çəvahir saçar.
Başına taç qoyub da şükufələrdən,
Oturmuş ağacların şahı pürvüqar.
Süsən, zanbaq içirlər jalə şərabdan
Lalə qədəhlərində təkrar. təkrar.
Göy çəməni yasəmən öylə donatmış,
Nərgizin süzgün gözü baxsa qamaşar.
Dimdiyində töhfəsi, – gül yarpağından
– Xoş gəldin, – deyə bülbül ötər bəxtiyar.
Bəstəkömər buludlar sular gülşəni.
Ətirli dan yelləri olmuş bir əttar.
Yumşaq səslərlə quşlar deyir, səbzəyə.
– Götür qorpaq pərdəni uzündən, ey yar!
Həpsinin əli dolu, həpsi sevdalı,
Bu bazarda nə dürlu məta’ desən var.
Kimi gözəlliyilə cilvə göstərib
Kimi fəğanla eylər eşqini izhar
Keçirməkdə vaxtını şənliklə həpsi.
Həpsi qəmdən, qüssədən eyləmiş fərar.
Bu şadlıqdan, ey könül, nəsibsiz qalıb,
Sənsən ancaq olmayan uyqudan bidar.
Ürəyində həvəs yox, başında sevda,
Dolaşırsan şöhrətdən, xəyaldan kənar.
Söylə, sən haman könül deyilmisən ki,
Dür sözlərçin fikirlər bəhrinə cumar,
Mə’na gözəllərindən ötrü yapardın
İnci düzümlərindən ziynəti-ruxsar?
Bəs bu məlamət nədir, bu məlal nədir?
Nədir varlığa qarşı bunca iğbirar.
Könlüm dedi:
«Ey mənim təklik yoldaşım,
Var, get, bir də toxunma hissimə zinhar!.
Çəmən qızları kimi, mən bilməmişdim
Yaz yelinin dalınça payız yeli var.
Söz atını qovub da, qılınc dilimlə
Adından hər tərəfdə çəkəcəyəm car.
Bizim axırımız da bəllidir bu gün,
Bu vəfasız dövrana yoxdur e’tibar.
Ağılsızdır o quş ki, tordan çıxarkən,
Danəyçin olur yenə tora giriftar.
Bu nə şandır ki, bilməm, guclü sədası,
Səma boşluqlarında şiddətlə gurlar.
Başqa xəyal etmə ki, bəllidir, fələk
Əhliylə daim eylər tərsinə rəftar.
Ey dünyadan xəbərsiz, eşitmədinmi
Söz ordusu başçısı Puşkindən əxvar?
O Puşkin ki, nüktəyə başlayan zaman
Hər bucaqdan qopardı, coşqun alqışlar?
O Puşkin ki, kağızda qaralanırdı,
Qələmi etsin deyə, üstündən güzar?
Xəyalı tovuz kimi bərli-bəzəkli,
Sözdən qərib naxışlar eylərdi izhar?
Nəzm evini süsləyən Lomonosovdu,
Orda Puşkin xəyalı oldu bərqərar.
Derjavin tutmuşdusa sözün mülkünü,
Yerində Puşkin oldu nəzmilə muxtar.
Camə bilik meyini tökdü Karamzin,
Puşkinə qismət oldu o cami-gülnar.
Çar kimi, Çindən tutub Tatara qədər
Dolaşırdı şöhrəti diyarbədiyar.
Şimalın göylərində – Şərq hilalı tək –
Barmağı bir işarə eylərdi ixtar.
Bu dildə, bu zəkada bir oğul hələ
Görməmiş «yeddi» ata, «dörd» ana zinhar!
Təəccüblə dinlə ki, böylə valideyn
Sərt davranıb, etmədi bu sərtlikdən ar.
Onu əcəl oxuna nişan qoyub da,
Varlığını eylədi ölüm tarimar.
Zülüm qara buludlardan dolu yağdırıb,
Tökdü ömür barını, etdi xakisar.
Söndürdü əcəl yeli çıraq ruhunu,
Susqun gecələr kimi cismi oldu tar.
El bağında, əlində sitəm külüngü
Cavan belini qırdı zalim ruzigar.
İncili mə’naların məxsəni bir baş
Olmuş ilan məskəni, bir xərabəzar.
Cisminin yuvasından uçdu can quşu,
Böyük, kiçik qəmindən çəkdi ahü zar.
Bulbul, təbinə həmdəm qonça könlündən
Xəbər verməz torpaqdan baş çıxarsa xar.
Rus torpağı, yas tutub, fəqan qızlar ki:
– Ey qatillər əlilə ölən namidar!
Qürtulmadın zamanın qanlı şərindən,
Tilsimin də olmadı sənə havadar.
Sən ki, çıxdın dostların əlindən, burax
Üstünə haq rəhməti olsun sayədar.
Torpağına saçmağa iki gül ətri
Qopar Bağçasaraydan bir incə ruzgar.
Tutulub bu xəbərdən ağ saçlı Qafqaz
Səbuhinin şe’rilə yasını saxlar.

Puşkinin ölümünə Şərq poeması haqqında Vikipediyada məqalə var.
  • XIX əsrin poemaları
  • 1837-ci ilin əsərləri

Naviqasiya menyusu

  • Bu səhifə sonuncu dəfə 26 iyun 2019 17:19 tarixində redaktə edilib.
  • Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.
  • Gizlilik siyasəti
  • Vikimənbə haqqında
  • Məsuliyyətdən imtina
  • Mobil görüntü
  • Tərtibatçılar
  • Statistikalar
  • Kuki məlumatı

Paulo Koelyo “Cəsus” PDF

Mən yanlış dövrdə doğulmuş qadınam, bunu heç nə düzəldə bilməz. Gələcəkdə xatırlanacağımı bilmirəm, amma xatırlasam, qurban olmuş qadın kimi yox, cəsarətli addımlar atan, qorxmadan əvəzini ödəyən biri kimi görünmək istəyirəm.

Mata Harinin yeganə cinayəti azad qadın olmaq idi : sərhədlər və məhdudiyyətlərlə dolu bir dünyada taleyin qarşısında boyun əyməyən bir qadın.

Paulo Koelyo bu qeyri-adi şəxsiyyəti 20-ci əsrin əvvəllərində cəsusluqda ittiham olunaraq ölümə məhkum edilən Mata Hari ilə vəkilinin yazışmaları əsasında uydurduğu “Casus”da roman qəhrəmanına çevirərək həyat və sevginin sirlərini şübhə altına alır.

1945 – Həyatdadır

Paulo Koelyo Braziliyanın Rio de Janeyro şəhərində anadan olub. Yeniyetmə ikən Paulo yazıçı olmaq istəyirdi. Həmin dövrdə anasına yazıçı olmaq arzusunu bildirərkən, anası “Əzizim, sənin atan mühəndisdir. O, yüksək məntiqə və savada sahibdir.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Paulo Koelyo “Cəsus” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

casus_paulo-coelho.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.