Press "Enter" to skip to content

Cücələrin yedizdirilməsi və saxlanması

Milli.Az ailem.az-a istinadən səməninin cücərdilmə qaydası və tarixi barədə maraqlı məlumatı diqqətinizə çatdırır.

Cümlənin şəxsə görə növləri

Cümlənin şəxsli və ya şəxssiz olması mübtədaya görə müəyyənləşir. Mübtədası olan cümlələr şəxsli cümlə sayılır.

Cümlənini şəxsə görə aşağıdakı növləri vardır: müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz cümlələr.

Müəyyən şəxsli cümlələrin həm mübtədası, həm də xəbəri olur; qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz cümlələrdə isə yalnız xəbər olur.

1. MÜƏYYƏN ŞƏXSLİ CÜMLƏLƏR

Müəyyən şəxsli cümlələr mübtədası olan və ya asanlıqla bərpa edilən cümlələrdir. Onların bir qismində mübtəda iştirak etməsə də, onu asanlıqla bərpa etmək olar.

Mən sabah yola düşəcəyəm. Cavanlar futbol oynayırdılar.

Mübtəda kimi nəzərdə tutulan mən, sən, biz, siz sözlərinin bərpası xəbərdəki şəxs şəkilçilərinin köməyi ilə mümkün olur.

Oxumağa başlayıram. — Mən. Çalmağa başlayırsan. — Sən.

Buraxılmış mübtəda III şəxsdə olduqda onu əvvəlki cümlələrin köməyi ilə bərpa etmək olur.

İkinci dərəcəli üzvlərin iştirak edib-etməməsinə görə müəyyən şəxsli cümlələr müxtəsərgeniş olur. Yalnız baş üzvlərdən ibarət olan cümlə müxtəsər, ikinci dərəcəli üzvlərin də iştirak etdiyi cümlə geniş cümlə adlanır.

QEYD: Qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz cümlələr də müxtəsər və geniş ola bilir. Qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz cümlələrin müxtəsər forması yalnız xəbərdən ibarətdir.

2. QEYRİ-MÜƏYYƏN ŞƏXSLİ CÜMLƏLƏR

Qeyri-müəyyən şəxsli cümlələr hərəkət və ya hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən sadə cümlələrdir. Belə cümlələrdə işin icraçısı, adətən, bir və ya bir qrup şəxsdən ibarət olur. Danışanı və dinləyəni işin icraçısı yox, işin özü, proses maraqlandırır. Belə cümlələrdə real işdən söhbət getmədiyi üçün real icraçı da olmur.

Qeyri-müəyyən şəxsli cümlələrin bir qismində elə bil, elə bil ki, sanki, deyəsən, guya ki və s. modal sözlər işlənir.

Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri üçüncü şəxsin cəmində olur:

Qaliblərə mükafat verdilər. Müxtəsər və geniş ola bilir.

3. ÜMUMİ ŞƏXSLİ CÜMLƏLƏR

Ümumi şəxsli cümlələr hərəkət və hökmün hamıya aid olduğunu bildirən sadə cümlələrdir. Belə cümlələr əksərən atalar sözləri və məsəllərdən, hikmətli sözlərdən və aforizmlərdən ibarət olur. Ümumiləşmiş mənalar ifadə edir.

Daha çox ikinci şəxsin təki və üçüncü şəxsin cəmində olur:

Bu günün işini sabaha qoyma. Cücəni payızda sayarlar.

Müxtəsər və geniş ola bilir.

4. ŞƏXSSİZ CÜMLƏLƏR

Şəxssiz cümlələr mübtədası olmayan və onun təsəvvür edilməsi qeyri-mümkün olan sadə cümlələrdir. Şəxssiz cümlələrin xəbəri üçüncü şəxsin təkində olur:

Ərizəyə baxıldı.

Şəxssiz cümlələr ismi və feli xəbərli olur. Belə cümlələrin xəbəri frazeoloji vahidlərlə də ifadə olunur.

Müxtəsər və geniş ola bilir.

5. ADLIQ CÜMLƏLƏR

Adlıq cümlələr əşyanın, hadisənin adını çəkməklə onun mövcudluğu haqqında məlumat verən sadə cümlələrdir. Adlıq cümlələrin xəbəri olmur. Adlıq cümlələrdə mübtəda isimlə, ismi birləşmələrlə ifadə olunur və adlıq halda olur: Dəniz kənarı. Sakit hava. Ay işığı.

Adlıq cümlələr ən çox dram əsərlərinin remarkalarında, şeir və nəsrdə, qəzet və jurnal məqalələrində işlədilir.

Adlıq cümlələr insanın həyəcan və düşüncələrini yığcam və təsirli ifadə etmək üçün ən yaxşı vasitələrdəndir.

Müxtəsər və geniş ola bilir.

SÖZ — CÜMLƏ

Söz-cümlələr üzvlənməyən cümlələrdir. Üç formada düzəlir:

1) Ədatlarla (bəli, hə, yox, xeyr, əsla):

Darıxırsan?
— Xeyr.

2) Modal sözlərlə (əlbəttə, bəlkə, şübhəsiz, görünür, sözsüz, yəqin.):

Gedəcəksən?
— Əlbəttə.

3) Nidalarla (əhsən, eh, paho):

Hamı bu gənci alqışladı:
— Əhsən!

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

Cücələrin yedizdirilməsi və saxlanması

Fevral-mart aylarında çıxarılan cücələr ən güclü və sağlam olur. Buna görə seçimiş yumurtalar yanvarın sonunda, gecikdikdə isə fevralın əvvəllində inkubatora qoyulur. 30 gün əvvəl xoruz və toyuqları cinslərinə (sort) görə ayırmaq lazımdır.

Bu period ərzində qidalanma tam olmalı və yaxşı balanslanmalıdır. Qida qarışığının əsasını 40% qarğıdalı, 20% arpa, darı, buğda, yulaf, jmıx, kəpək isə ixtiyari əlavə edin. Buğdanın cücərdilməsi vacibdir. Buna görə 7 ədəd tabak götürürük. Buğdanı yuyub 30 dəq isladırıq və hər gün 1 ədəd tabağı nazik qat isladılmış buğda ilə doldururuq. Buğda ilk cücərtisini verərkən gündə bir dəfə yemləmək olar. Ot və qırıntılarını isə toyuqlar özləri tapıb yeyirlər.

Səhər yemi qarışığı ilə təzə balıq, günorta buğda cücərtisi, axşam isə buğda verilməlidir. Toyuqlara duruldulmuş təmiz su verilir. Çünki boru suyunda xlor olduğuna görə ziyanlıdır.

İşıqlandırma rejimi belə olmalıdır – 5:30-dan 21:30-a qədər işıq yanmalıdır. İşıqlanma üçün səhər işıq lampalarından istifadə olunmalıdır, onlar adi lampalara nisbətən daha qənaətli və uzunömrlüdürlər. 3 aydan çox yumurtlayan toyuqların yumurtalarından istifadə olunmalıdır.

Seçilmiş yumurtalar düzgun-orta ölçülü olmalıdılar, cox böyük və kiçik yumurtalar inkubator üçün yararlı deyil. 1 həftədən çox qalmış yumurtaları istifadə etmək məsləhət görülmür. Yumurtaların qabığı hamar, sərt və təmiz olmalıdır.İnkubasiya haqqında çox məlimatlar verdır, lakin hər inkubatorun oz xüsusiyətləri var. Hər bir fermerin oz sirrləri var. Yumurtadan yeni cıxmış cücələri lampa altında saxlamaq lazımdır. Altları müntəzəm olaraq təmizlənməli və quru saxlanılmalıdır, qəzet və ya kağızdan istifadə etmək məsləhət deyil. Birinci sutka cücələr demək olar ki heçnə yemirlər. Onlara zəif marqans məhlulu içizdirmək lazımdır. Onlar öz acıqlarını biruzə verəcəklər. Yemək üçün bişmiş yumurtanı qarğıdalı yarması ilə qarışdırıb onları yemləmək lazımdır. Birinci 3 günü tənzif üstündə yemləyirik, sonra isə yem qablarından istifadə etmək lazımdır. 3-cü gündən onların yeminə xırda doğranmış göy soğan əlavə edirik. 5-ci gündən yumurtanı yağsız kəsmik ilə əvəz etmək məsləhət görülür. Cücələr üçün ideal yem başlanğıc kombiyemidir. Lakin bu xüsusi yem bahalı olduğu üçün qarğıdalı, buğda, döyülmüş arpa, darı və günəbaxan jmıxının qarışığı ilə əvəz etmək olar. Bizim təsərrüfatda xırda və təzə balıqdan da (kilkə) istifadə olunur. BU yemdən fermanın bütün canlıları üçün istifadə etmək olar (toyuq, cücə, it, pişik və s. ). Mənim tanışım hətta balıq yerinə balıq unundan istifadə edir. Mən isə yalnız balıqdan istifadə edirəm. Eyni vaxtda cıxardığımız cücələrdən mənimkilər 1 aya daha güclü inkişaf etdilər. İndi isə cücələrin saxlanma şəraitindən danışaq. İstifadə olunan qutular lazımi qədər böyük olmalıdırlar ki, cücələrə yatmağa və qaçmağa kifayət qədər yer olsun. Lazımi temperaturu isə cücələrin davranışlarından müəyyən etmək olar. Əgər onlar bir yerə yığılıb sıxlaşsalar onlara soyuq, əgər lampadan uzaqlaşsalar deməli onlar soyuqdur.

Cücələrin qabağında həmişə yem olmalıdır. Yemləri qurdardıqda əlavə edin, həddən artıq əlavə etməyin ki yem turşumasın. İçməyə onlara dəmlənmiş itburnu, çobanyastığı, boymadərən verə bilərsiz. Birnici həftə başa çatdıqdan çatdıqdan sonra onları adi çiy suya öyrətmək olar (boru suyu yox!). Bir ay ərzində lampa yanmalıdır. Onlar böyüdükcə lampanın hündürlüyünü dəyişərək temperaturu azaldıram. Belə şəraitdə onlar sutka boyu yeyir və tez böyüyürlər. Daha sonra onları qaranlığa öyrədirəm. Bunun üçün gecə 2 saat işığı söndürmək və gündən-günə intervalı artırmaq lazımdır.

Səməni necə cücərdilir? – DÜZGÜN QAYDASI

Novruzun əsas atributlarından, simvollarından biri səmənidir. Novruzu səmənisiz təsəvvür etmək qeyri-mümkündür. Bəs evdə səməni necə qoyulur?

Milli.Az ailem.az-a istinadən səməninin cücərdilmə qaydası və tarixi barədə maraqlı məlumatı diqqətinizə çatdırır.

Bəzi müəlliflər öz əsərlərində “səməni” sözünü “çəmən” və “saman” sözüylə bağlayırlar. Bu qəbildən olan sözlərə hindlilərin “sumani”- buğda sözünü, rusların “semena” – toxum sözlərini də aid etmək olar. Avestanın və Riqvedanın diqqətlə təhqiqi səməni anlayışını və “soma” (Riqveda) və ya “xaoma” (Avesta) bitkisinin və ilahi içkisinin sirlərini açmağa imkan verir.

Rus və başqa xalqlar üçün “yolka” necə əzizdirsə, səməni bizim üçün ondan da əzizdir. Səməni nəinki bizim süfrəmizin, evimizin bəzəyidir, eyni zamanda Novruz bayramının simvoludur.

Səməni bolluq simvoludur. Məhsulun həmin il necə olacağını məhz səməni ilə müəyyən edirlər. Əgər səməni yaxşı bitibsə, boy atıbsa, deməli, məhsul həmin ili bol olacaq.

Səməni zəriflik simvoludur. Hər bir evdə səməni ilin başlanğıcında yetişən ilk zərif bitkidir ki, özünə hörmət, ehtiramla yanaşmaq tələb edir.

Səməni xeyirxahlıq simvoludur və heç vaxt xeyirxah olmayan adamların yaxınlığında bitmir.

Səməni təmizlik simvoludur, həm fiziki, həm də mənəvi cəhətdən təmiz olmayan adam onu yetişdirə bilməz. Səməni hər evə şadlıq, sevinc gətirir, çünki ona baxan qoca da, cavan da qeyri-ixtiyari xeyirxah olur, daxilən şadlanır.

Səməni yetişdirmək üçün bəzi adətləri yerinə yetirmək lazımdır. Əgər sən həm fiziki, həm də mənəvi cəhətdən təmiz deyilsənsə, yaxşı olar ki, səməniyə yaxın gəlməyəsən, çünki belə olan halda səməni, ümumiyyətlə, bitməyəcək, şişmiş buğda toxumu sadəcə olaraq çürüyəcək. Səməni qoymazdan əvvəl qapı-bacanı təmizləmək, tər-təmiz yuyunmaq, pis və naqis fikirlərdən uzaq olmaq, sizin qarşınızda günahkar olanları bağışlamaq, xeyirxah olmaq lazımdır. Ancaq belə olan halda səməni yaxşı yetişər. Yadda saxlamaq lazımdır ki, bütün bu dediklərimizə riayət etmək nəinki səməninin yetişməsinə, eyni zamanda həmin ildə məhsulun inkişafına da təsir edir. Səməni qoyulmuş otağa ancaq xeyirxah fikirlərlə daxil olmaq lazımdır. Ümumiyyətlə, Novruz bayramı bütünlüklə, tam xeyirxah olmağı tələb edir. Novruz günlərində ancaq yaxşı niyyətlə, xeyirxah münasibətlə bir-birinə hədiyyə vermək, şirin, səmimi söhbətlər etmək lazımdır. Belə halda il şirin olacaq.

Səməni necə cücərdilir?

Adətən səməni Novruz bayramına 10-15 gün qalmış qoyulur. Düzgün qulluq etsəniz, bu vaxt səməninin bayrama qədər hazır olmasına kifayət edir.

Bildiyiniz kimi, əsl səməni əksər hallarda buğdadan qoyulur. Ancaq başqa toxumlardan qoyulan səmənilər də var. Buna misal olaraq arpa və vəzəri toxumundan qoyulan səməniləri göstərmək olar. Fərqli toxumlardan cücərdilən səmənilərin görkəmi buğdadan qoyulmuş səmənidən fərqlənir. Sadə, düz səməniyə sahib olmaq istəyirsinizsə, səməninizi buğdadan qoyun.

Səmənini qoymaq istədiyiniz qabı seçib ona uyğun miqdarda buğda götürün. Buğdanı əvvəlcədən arıtlayın. Xarab buğdaları sağlamlardan seçin ki, cücərməyən buğda az olsun, daha çox buğda cücərsin və səməniniz dolu görünüşlü olsun. Daha sonra başqa hər hansı bir qaba həmin buğdaları tökün və üzərini keçəcək qədər su əlavə edin. Buğdanı cücərməsi üçün günəşli bir yerdə, pəncərə kənarında yerləşdirin. Vaxtlı-vaxtında ona su əlavə edin ki, susuz qalmasınlar və cücərə bilsinlər. Buğdaları otaq temperaturunda saxlayın. Bir neçə gündən sonra buğdaların azca şişdiyini və cücərməyə başladığını görəcəksiniz. Bundan sonra onların suyunu yaxşıca süzün və səmənini qoymaq istədiyiniz qaba köçürün. Buğdaları qabın içinə hər tərəfdə bərabər miqdarda sərin. Üzərini yaş tənzif və ya yaş pambıq parça ilə örtün və quruduqca üstdən sulayıb örtüyü yenidən isladın. Cücərtilər bir az uzandıqdan sonra tənzifi götürün və səməninizi vaxtı-vaxtında sulayın. Qurumasından asılı olaraq 1-2 gündən bir sulamaq lazım gələcək. Yaxşı olar ki, səmənini qoyduğunuz qabın altında deşiklər olsun. Misal üçün marketlərdə satılan bir istifadəlik plastik qabların altında dəliklər açaraq səməninizi həmin qablarda qoya bilərsiniz. Səməninizin bir tərəfə əyilmiş istiqamətdə böyüməməsi, simmetrik olması üçün onu vaxtlı-vaxtında fırladın. Çünki cücərtilər daim günəş gələn tərəfə meyl edəcəklər. Səmənini vaxtında çevirdikdə isə onun bütün tərəfləri eyni ölçüdə olur.

Bayrama qədər buğda 8-12 sm qalxır. Bu zaman səməni hazırdır və onun perimetri boyunca səliqə ilə qırmızı lent bağlayırlar, səməninin ətrafına isə müxtəlif rəngli 7 ədəd şam düzürlər. Sonra səmənini masanın üstünə qoyurlar.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.