Press "Enter" to skip to content

Cümhuriyyət qurucuları

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Cümhuriyyət qurucuları türk əsgərləri haqqında – Dəyərli sənədlər, vacib faktlar.

AzNews.az moderator.az-a istinadən tarix elmləri doktoru, araşdırmaçı Nəsiman Yaqublunun çox maraqlı məqaləsini təqdim edir:

1918-ci ilin sentyabrın 15-də Bakının düşmənlərdən azad edilməsi böyük tarixi hadisə oldu. Bakının Qurtuluşu ilə Azərbaycan Cümhuriyyəti hökumətinin Bakıda fəaliyyətə başlaması mümkün oldu.Bu hadisə ilə bağlı Azərbaycan Cümhuriyyəti qurucularının fikirləri böyük dəyər kəsb edir.Bunu nəzərə alıb onların fikirlərini oxuculara təqdim edirəm.

Məhəmməd Əmin Rəsulzadə

“Sentyabrın 15-də Bakı bir böyük gün daha keçirdi. Bu gün millət qəhrəman şəhidinin bir illik xatirəsini qabarıq hisslərlə yad edərkən cavan ordumuzun rəsmi keçidini görməklə köksünü gərmiş, nə qədər sevinmişdir.
Dəniz kənarında qəhrəmanca bir türlü yürüyən süngü dəryasını seyr etdikdən sonra bir nəşə istiqlal olaraq istiqlalının kuşl-daşını (məhək daşını, guşə daşını) təşkil edən şəhidinin məzar daşını qoymaq üçün gedən xalqın bu gün nə qədər böyüdüyünü, nə dərəcədə etimad nəfis hasıl etdiyini görməmək mümkün deyil.

Xalqımız türk nəslinə məxsus bir mətanətlə günün sevinclə bərabər dərin bir ciddiyyət və həzin bir təsliyət (təsəlli) günü olduğunu isbat etmişdi. Bu günkü bayramını millət daşqın bir cocuq kimi deyil, mütəfəkkir bir fərd olaraq qeyd etdi.
Gənc ordumuzun əzmkaranə bir surətdə atdığı qədəmləri, ümidli bir surətdə tutduğu tüfənkləri seyr edərkən paytaxtımızın küçələrini dolduran minlərlə əhali şəhid məzarı üzərində gözəl bayramımızın daima başlarımız üzərində dik tutulacağı həddində verilən sözlərin boşunda deyil, qüvvətinə istinad etmiş bir əhdi-peyman olduğuna inanırdı.
Əvət inanırdı. Bu inamın bünövrəsini bu gün bünövrəsini qoyduğumuz qurtuluş abidəsi altında yatan şəhidlər qoymuşlarsa da heç şübhəsiz ki, onu diri bir halda tutan amil, bu məzarı saran igid əsgərlərimizdir”.

“Azərbaycan” qəzeti, 18 sentyabr, 1919, №62.

NƏSİB BƏY YUSİFBƏYLİ (Azərbaycan Nazirlər Şurasının sədri, Maarif naziri):

«Ey cəsur Türk qəhrəmanları! Sizə layiq bir söz vardır ki, onu da Bakının alınması münasibətilə Nuru Paşa həzrətlərinə Baş vəkilimiz yazmışdır. Ondan daha münasib bir təbir tapmadığımdan onu mən də təkrar edirəm və zənn edirəm ki, üç kəlmədən ibarət olan bu cümləni Azərbaycan durduqca hər bir azərbaycanlı türk qəlbində yaşayacaq və təkrar edəcəkdir:Millət Sizə minnətdardır.

Bu fərmanı bizi türklüyümüz və islamlığımız üçün məhv etmək fikrində olanların gözünə soxar və söylərəm ki, dünyada yaşamaq haqqı, istiqlaliyyət haqqı bizdədir. Çünki insaf bizdə, alicənablıq bizdə, mərhəmət bizdə, cəsarət bizdədir. Elə isə nə üçün biz məhv olaq və siz qalasınız? İştə təkrar edirəm, övladlarım! Türk ordusu bizim üçün cənnət qapılarını açmışdır, oraya vasil olmaq üçün dəstə-dəs¬tə toplanın, yüz min, iki yüz min toplanın, evinizi, kən¬dinizi, şəhərinizi, paytaxtınızı, Azərbaycanınızı, türk ellərinizi, islam məmləkətlərinizi mühafizə üçün köksünüzü sipər edin. O vaxt bizim is-tiqlaliyyətimizi tanımayan tanısın.
Haydı, oğullarım, haydı silah başına!»

“Azərbaycan” qəzeti, pəncşənbə
26 zilhiccə (oktyabr) sənə 1336, 1918, №5.

FƏTƏLİ XAN XOYSKİ – Azərbaycan Nazirlər Şurasının sədri, Daxili İşlər Naziri

Qafqaz İslam Ordusu Komandanı, sədaqətli Nuru Paşa Həzrətlərinə!

Qafqaz Müsəlman Ordusunun komandanı Nuru Paşaya! Xoşbəxtəm ki, xalqın adından Siz əlahəzrətlərinə, xeyirxah türk ordularına və Azərbaycan paytaxtını düşməndən azad edən inanılmış cəsur əsgərlərə təşəkkürümüzü çatdırıram”.

Heyəti-vukala rəisi Fətəli xan
“Azərbaycan” qəzeti, 3 oktyabr 1918, N5

ŞƏRQ ORDULARI QRUPU KOMANDANI
XƏLİL PAŞA HƏZRƏTLƏRİNƏ!

“Bakının, Azərbaycanın istiqlalını, səadətini iqtisadən və siyasətən təmin edəcək və türk aləminin ikinci bir İstanbulu olmağa layiq bir mərkəzin türkün cəngavər, namuslu övladlarının qəhrəmanə hücumları sayəsində düşmənlərindən xilası münasibətilə Zati-aliyi-həmiyyət pərvəranələrini ən səmimianə bir surətdə təbrik edirəm!”.
Heyəti-vukala rəisi Fətəli xan

Azərbaycan” qəzeti, 3 oktyabr, N5

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV:
(Azərbaycan Parlamentinin sədri)

“Paşa həzrətləri, biz öz müttəfiqimiz və himayəçimiz olan Türkiyəyə Azərbaycanı müstəqil görmək istədiyinə görə Sizin şəxsinizdə necə təşəkkür etməyə söz tapa bilmirəm. Bu məsələnin həllindən bizim bütün gələcəyimiz asılıdır: Azərbaycan türklərinin bu dünyada mövcud olub-olmamağı asılıdır.
Türk sərkərdə və əsgərlərinin, dövlətimizin paytaxtı olan Bakının azad edilməsi uğrunda apardığı və uğurla başa çatdırdığı qəhrəmanlıq mübarizəsi bizi Azərbaycanın müstəqilliyinin təminatına həmişəlik olaraq inandırır və arxayın edir. Bu mənada biz indi sakit ola bilərik” ..

“İstanbulda diplomatik söhbətlər”.
Bakı, 1995.

HƏSƏN BƏY AĞAYEV:
(Azərbaycan Parlamenti sədrinin müavini)

“Möhtərəm deputatlar!
Bu günkü bayramın nə qədər şərəfli, nə qədər tarixi olduğunu hər kəs düşünür və anlayır. Bu bayram münasibətilə Türklük və İslamlıq yolunda şəhid düşən türk igidlərini yad etmək üçün rica edirəm ki, cümləniz qiyam edəsiniz (hamısı ayağa qalxır).

Möhtərəm əfəndilər! Bu gün düz bir ildir ki, Azərbaycanın milli mərkəzi hesab olunan Bakı düşmənlər əlindən, zalımlar əlindən xilas olmuşdur. Bizim qəvi (sağlam) vücudumuzu təşrih (kəsmək) və bədənimizi parçalamaq istəyən və hüdudumuzu çey-nəmək istəyən düşmənlər keçən il martdan başlayaraq ta Kürdəmir stansiyasından igid türklər tərəfindən qovulub Bakıya soxulmuşlar və sonra dənizə tökülüblər.
Beləliklə ən müqəddəs hesab etdiyimiz paytaxtımız olan Bakını alıb bizə vermişdilər. Mayın 28-də istiqlalımız elan edilmişdir. Sentyabrın 15-də isə haqq yerinə varmış, Bakı istirdad edilmişdir (geri qaytarılmışdır).

Əfəndilər! Can bahasilə türklük və islamlıq uğrunda şəhid vermişlər, vətənimizi xilas edən türk igidlərini yad etmək ilə bərabər onu da əlavə edirəm ki, biz azəri türkləri böyük qardaşımız olan türklərin canfədalıqlarını heç bir vaxt unutmayacağıq və çətinliklə qan bahasına alınmış və bizə bəxş olunmuş istiqlalımızı müdafiə etməyi əhd edib, hər şeydən müqəddəs tutaraq əqsayi (gələcək) muradımıza nail olacağıq. Bu gün azəri cəmiyyəti-xeyriyyəsi türk şəhidlərinin adına əbədi bir nişangah qoyur. Rica edirəm saat 11-də bulvarda keçiriləcək rəsmi keçiddən sonra qəbirstana buyurub tədbirlərimizdə iştirak edəsiniz”.

Azərbaycan Parlamentinin
təntənəli iclasındakı çıxışı
15 Sentyabr 1919.
Az. RDTA, sr. 895, səh. 1, iş 142, 6.1-4.

AzNews.az

Cümhuriyyət qurucuları

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Cümhuriyyət qurucuları

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Cümhuriyyət qurucuları

Nəsiman Yaqublu


28 May İstiqlalından 99 il ötməsinə baxmayaraq, biz hər zaman bu istiqlalı yada salırıq və xatırlayırıq. Həqiqətən də, XX əsr tariximizin ən şərəfli mərhələsi məhz bu dövrdür. Çünki bu dövrdə xalqımız 114 min kvadrat kilometrlik bir əraziyə sahib idi və “Qarabağ” adlı qondarma problemi həll etmişdi. Təbii ki, o dövdə əldə etdiyimiz uğurların sayı daha çoxdur. Bu istiqlalın məna və əhəmiyyətindən araşdırma aparanlar isə yalnız tarixi baxımdan və arxiv sənədlərindən çıxış edib dövrü araşdırıblar. Yəni Zaqafqaziya Seymi dağıldı, hər üç respublika müstəqilliyini elan etdi və s. Lakin burada bir məqama diqqət edilməyib: bəs bu istiqlalı elan edən qurucuların xarakterləri, şəxsi keyfiyyətləri necə olub? Axı bu ciddi tarixi hadisənin baş verməsində onların davranış və xarakterlərindən, vətən istiqlalı naminə birləşə bilmək cəhdlərindən çox amillər asılı idi. Həqiqətən də, 28 May istiqlalını elan edən, reallaşdıran insanların şəxsi xarakterləri haqqında az məlumatımız var.
Əslində 28 May İstiqlalı həm də bu şəxsiyyətlərin xarakterindən yaranıb və tariximizin qızılı səhifəsini təşkil etməkdədir. Hazırda yazıb yekunlaşdırmaq mərhələsində olduğum “Cümhuriyyət qurucuları” kitabım əsasında hazırladığım məqaləni oxuculara təqdim etməkdə məqsədim bu təkrarsız insanları xalqımıza bir daha tanıtmaqdır. Yəni bu insanlar ən ağır və çətin məqamlarda belə vətəni sevmək hissləri ilə yanaşı, həm də xarakterlərinin göstəricisi olaraq 28 May İstiqlalını elan etdilər: Cümhuriyyət qurdular. Yəni dünyaya nümunə ola biləcək bir cümhuriyyəti ancaq belə sağlam, mətin və möhkəm xarakterli insanlar yarada bilərdi. Həmin insanlarla bir az da yaxından tanış olaq.

Məhəmməd Əmin Rəsulzadə (Azərbaycan Milli Şurasının sədri, Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu).

1-ci məqam: 1918-ci ildə M.Ə.Rəsulzadənin oğlu dünyasını dəyişir.”Azərbaycan” qəzetinin müvəqqəti redaktoru olmuş Xəlil İbrahim yazır ki,Rəsulzadə Azərbaycan məsələsi ilə bağlı Tiflisə getməli olduğundan oğlunun yas mərasimində bir saatdan artıq otura bilmədi.

2-ci məqam: 1920-ci ildə M.Ə.Rəsulzadə həbs edilir və bəzi bolşeviklər onun güllələnməsini tələb edirlər. Belə məqamda həbsxanaya gəlib onu xilas etmək istəyən Stalinə Rəsulzadə deyir ki, “mənim neçə vaxt idi ki, gizlənməkdə məqsədim məqam gözləyib, sizi devirmək idi. Çünki siz bizim məmləkəti işğal etmisiniz” (diqqət edirsinizsə, ölüm təhlükəsi altında olan Rəsulzadə yenə özünü yox, Azərbaycanı düşünür və Stalindən də onu xilas etməsini xahiş etmir).


3-cü məqam:
Sovet dövləti Rəsulzadənin yanına bir emissar göndərərək,ondan sovet hökuməti əleyhinə mübarizəsini dayandırmağı və bunun müqabilində Azərbaycana qayıdıb sakit və rahat həyat yaşaya biləcəyinə təminat verəcəyini çatdırır. Lakin Rəsulzadə bu təkliflərlə razılaşmır və deyir: “Sonuncu rus əsgəri Poylu körpüsünü keçib vətənimdən çıxmayana qədər mübarizəmi dayandırmayacağam”.

Nəsib bəy Yusifbəyli (Azərbaycan Xalq Cümhuriyyəti dövründə Baş nazir).


1-ci məqam:
Nəsib bəy Yusifbəylinin Baş nazir olarkən atasının ona yazdığı məktubdan: “Əziz oğlum, çox səbir etdim, amma yazacağam. Sıxıntı çəkərək, borc altına girərək səni yüksək təhsillə təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin Maarif naziri oldun. Aldığın maaş ilə dolanmadın. Bir neçə dəfə pul istədin göndərdim, sonra Azərbaycanın istiqlalını elan etdiniz. Cümhurriyyətimizin maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərclərini ödəmədi. Məndən pul istədin. Həmişə göndərirdim. Mənə aid olan torpağın bir parçasını satmışdım. Həmin pullardan göndərirdim. Bu gün isə Baş nazirsən, dövlət rəisisən, yəni ölkəmizin padşahı olmusan. Yenə bağının qamışını mən alım?”.


2-ci məqam:
Azərbaycan işğal ediləndən sonra Nəsib bəy Yusifbəyli Yevlax-Kürdəmir arasındak; yolda bolşeviklərin əli ilə qətlə yetirilir. Onun balaca əl çamadanında çoxlu pulun və qızılın olduğunu düşünən qatillər axtarıb heç nə tapmır. Çamadanda onun dəyişək paltarının və diş fırçasının olduğunu görüb təəcüblənirlər. Yəni Baş nazir hökumət xəzinəsindən özünə yol pulu da götürməyib.


Əlimərdan bəy Topçubaşov(Azərbaycan Parlamentinin Sədri).

1-ci məqam: Ə.M.Topçubaşov mühacirətdə ağır vəziyyətdə yaşayanda Polşa hökuməti ona ayda 100 dollar həcmində yardım verəcəyini vəd edir.Bir müddət keçir. Pulu almayan və ehtiyac içində yaşayan Ə.M.Topçubaşov öz mənliyini və qürurunu qoruyan məzmunda Polşa rəsmisi Tadeuş Qolubkoya belə bir məktub yazır: “Sizə bu məktubu yazmaqda məqsədim dediyiniz pulu mənə verməyinizi xahiş etmək deyil.Məqsədim odur ki, biləsiniz ki, o pulu mən almıram”.


2-ci məqam
: Ən ağır vəziyyətdə olmasına baxmayaraq, Ə.M.Topçubaşov azərbaycanlı tələbələrin oxuması üçün ayrılan vəsatə toxunmur və saxlayır.


Sonda.
Bu şəxsiyyətlər yüksək xarakterli və iradəli insanlar idi. Onlar həm də siyasi təfəkkür baxımından da güclü şəxsiyyətlər idi. Onlar öz xarakterlərinə zəifliyi, ağlamağı və şikayətlər etməyi yaxın qoymadılar. Yaratdıqları Cümhuriyyətin də problemlərinin həllini beynəlxalq güclərə şikayətlərdə yox, özlərinin və bütövlükdə xalqın gücündə tapdılar. Odur ki, bu yazını da M.Ə.Rəsulzadənin özlərinin xarakterlərini açan maraqlı fikirləri ilə yekunlaşdırıram:

Ağlamaq dini vaqiələrdə, ruh və imanın paklıq və istirahəti üçün lazımı bir şey idisə də, dünya işlərində fayda gətirməz. Təbiət olduqca qəddar və birəhmdir (rəhmsizdir). O, göz yaşlarına zərrə qədəri əhəmiyyət verməz. O, gülməyə, ağlamağa qarşı laqeyddir. Hələ ağlamaqdan bir az da zəhləsi gedir. Çünki ağlamaq acizlik əlamətidir. Acizlərin isə təbiət ən birinci düşmənidir. Qüvvətli olanları saxlar, zəif olanları əzər – budur onun rəftarı”.

Comments are closed, but trackbacks and pingbacks are open.