Press "Enter" to skip to content

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman şərqində ilk demokratik respublika” başlıqlı kitab işıq üzü görüb

Onun sözlərinə görə, girişdə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, AXC-nin qurulmasında müstəsna rol oynamış Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov kimi görkəmli şəxsiyyətlərin fəaliyyəti, eyni zamanda, Azərbaycan diplomatiyasının uğurları, habelə AXC-nin mənəvi varisi sayılan müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri, həmçinin, Azərbaycanın beynəlxalq müstəvidə tanıdılması, inkişafı və tərəqqisində əsas rol oynayan və Ulu öndərin siyasi kursunu davam etdirən cənab İlham Əliyevin fəaliyyətinə toxunulub.

Xalq Cümhuriyyətin 100 illiyi ilə bağlı beynəlxalq konfrans olacaq

İyunun 27-dən 30-dək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutundan verilən məlumata görə, elmi konfrans Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Konfransda iştirak etmək arzusunda olanlar bu il mayın 10-dək 8-10 səhifə həcmindəki məqalələri elektron variantda [email protected] e-poçt ünvanına göndərməlidirlər.

Məqalələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və Təşkilat Komitəsinə göndərilməlidir.

Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin yol xərci öz hesablarınadır. Mehmanxana və qonaqlama xərcləri isə dəvət edən təşkilat tərəfindən ödəniləcək.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman şərqində ilk demokratik respublika” başlıqlı kitab işıq üzü görüb

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman şərqində ilk demokratik respublika (1918-2018-ci illər)” başlıqlı kitab işıq üzü görüb. Bu ərəb dilində ərəb dünyasının diqqətinə çatdırılacaq ilk fundamental kitabdır.

AZƏRTAC xəbər verir ki, müəllifi Azərbaycanın Misirdəki səfirliyinin mətbuat attaşesi olan Emil Rəhmovun kitabı 1918-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edərək, girişdən və beş fəsildən ibarətdir. Kitab Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və XİN-in nəzdindəki Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Şərq-Qərb Nəşriyyatında çap olunub.

Müəllif E.Rəhimov AZƏRTAC-ın müxbiri ilə söhbətində kitab haqqında qeniş məlumat verib.

Onun sözlərinə görə, girişdə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, AXC-nin qurulmasında müstəsna rol oynamış Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov kimi görkəmli şəxsiyyətlərin fəaliyyəti, eyni zamanda, Azərbaycan diplomatiyasının uğurları, habelə AXC-nin mənəvi varisi sayılan müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri, həmçinin, Azərbaycanın beynəlxalq müstəvidə tanıdılması, inkişafı və tərəqqisində əsas rol oynayan və Ulu öndərin siyasi kursunu davam etdirən cənab İlham Əliyevin fəaliyyətinə toxunulub.

Kitabın birinci fəsli “Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətləri və strateji əhəmiyyəti” adlanır. Bu fəsildə ölkəmizin geostrateji, geoiqtisadi və geosiyasi məsələlərinə toxunulub.

Kitabın ikinci fəsli “Azərbaycan: Müsəlman şərqində ilk demokratik respublika (1918-1920)” adlanır. Bu fəsildə 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisənin baş verməsi, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması barədə məlumatlar verilərək, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığı vurğulanıb. Həmçinin ikinci fəsildə erməni təcavüzü, “31 mart soyqırımı”, ermənilərin Azərbaycan torpağında məqsədli şəkildə məskunlaşdırılması siyasətinin aparılması kimi məsələlərə toxunulub. AXC-nin istiqlal bəyannməsinin mətni, müvəqqəti müstəqillik dövründə parlamentin, milli ordunun, ilk polis bölməsinin, Bakı Dövlət Universitetinin təsis olunması, müstəqil jurnalistika və mətbuatın formalaşması, Qafqaz Müsəlmanları İdarəsinin Tiflisdən Bakıya köçürülməsi və bunun əhəmiyyəti, AXC-nin xarici siyasəti, Paris sülh müqaviləsi, Dünya birliyi tərəfindən Azərbaycanın de-fakto tanınması və həmin dövr üçün vacib hesab edilən digər məsələlər barədə məlumatlar verilib.

Kitabın üçüncü fəsli “Azərbaycan Sovet Sosialist Respublikası (1920-1991)” adlanır. Bu fəsildə AXC-nin süqutu, Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycanın bitməyən problemləri, Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ məsələsi, Azərbaycanın əzəli torpaqlarında yaradılmış Ermənistanın öz ərazisini genişləndirmək siyasəti, represiya dövrü, Heydər Əliyevin 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər, 1988-ci ildən etibarən yenidən başlayan erməni təcavüzü və işğalı, qanlı 20 yanvar hadisələri ilə bağlı məlumatlar öz əksini tapıb.

Kitabın dördüncü fəsli “Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi (1991-2003)” adlanır. Bu fəsildə müstəqilliyin ilk illərində ölkə daxilində baş verən siyasi və iqtisadi problemlər, xaricdən gələn təhdidlər, erməni işğalı, ölkəmizin 20% torpaqlarının işğal olunması, Xocalı soyqırımı, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi, milli qurtuluş günü, bu dövrdə Azərbaycanın hərbi gücünün artırılması, aparılan xarici siyasətin uğurları, atəşkəsin elan olunması, əsrin kontraktının imzalanması, ölkə iqtisiyadiyyatının dirçəlməsi və sair məsələlərə toxunulub.

Kitabın beşinci fəsli “Azərbaycan yeni minilliyin astanasında (2003-2018)” adlanır. Bu fəsildə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 15 ildə keçdiyi inkişaf mərhələləri, Azərbaycan ordusunun düşmən ordusundan müqayisə olunmaz dərəcədə güclənməsi, dünya ölkələrinin rəqabətə davamlılıq reytinqində Azərbaycanın qonşuları qabaqlaması və layiqli yer tutması, neft sənayesinin inkişafı, əsrin ikinci müqaviləsinin bağlanması, ölkədə beynəlxalq transfer layihələrinin əsasının qoyulması, investisiyaların cəlb olunması, ölkənin xarici valyuta ehtiyatının artması, turizmin inkişaf etdirilməsi, sosial sahələrin inkişafı, Azərbayanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, konstitusiya dəyişiklikləri, demokratik prinsiplərin qorunması, Azərbaycanın xarici siyasətinin şəffaflığı, beynəlxalq münaqişələrdə ədalətli mövqe sərgiləməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Kitabın nəticə hissəsində Azərbaycan dövlətinin uğurları, hazırkı inkişaf tempini qoruması üçün atdığı addımlar, gələcək perspektivləri, inkişaf etmiş ölkələr sırasına daxil olmasına yönəlmiş möhkəm zəminin yaradılmasına toxunulub.

Kitabın işıq üzü qörməsində müəllif əməyi keçmiş hər bir kəsə, o cümlədən Xarici İşlər Naziri Elmar Məmmədyarova dərin təşəkkürünü bildirir.

Qeyd etmək lazımdır ki, müəllifin bundan əvvəl Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı ərəb dilində kitabı AR-ın Misirdəki Səfirliyinin dəstəyi ilə Misirdə çap edilib.

Xankəndi

AzVision.az -ın məlumatıan görə, Ana Vətən Partiyasının (AVP) təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış ziyalılar, tarixçi alimlər, partiyanın fəalları iştirak ediblər.

Tədbiri giriş nitqilə açan AVP sədri, deputat, tarix üzrə elmlər doktoru Fəzail Ağamalı bildirib ki, prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi Azərbaycanın tarixinə, dövlətçiliyinə, Xalq Cümhuriyyətinə verdiyi böyük önəmdir.

Daha sonra tarix üzrə elmlər doktoru Vaqif Abışov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanın ağır durumu, azərbaycanlılara qarşı keçirilən soyqırım cinayətlərindən danışıb.

Dəyirmi masada çıxış edən tarix üzrə fəlsəfə doktorları Kamran İsmayılov və İlqar Niftəliyev və Tofiq Mustafazadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyətinin əsas istiqamətləri, xarici siyasəti və beynəlxalq vəziyyətindən, dövlətçiliyimizdəki yerindən bəhs ediblər.

Tədbir müzakirələrdən sonra başa çatıb.

Comments are closed, but trackbacks and pingbacks are open.