Press "Enter" to skip to content

Pulsuz cv forması ( izahı və 20 cv )

Bu sualın cavabı çox sadədir, hər şeyin səbəbi yanlış CV-nin tərtib olunmasıdır. Artıq burda “hə, yaxşı bəs biz bu doğru CV-ni necə düzəldə bilərik?” sualını verdiyinizi eşidirəm. Buna görə də, mən bu blogumda sizə uğurlu CV-nin düzəldilmə metodlarından danışacam.

CV hazırlamaq

“Neçə yerə müraciət etmişəm, amma heç bir yerdən müsbət geridönüş ala bilmirəm!” cümləsini müasir dövrdə bir çox insandan eşidirik. Bəs nəyə görə bu insanlar müsbət geridönüşlər almırlar?

Bu sualın cavabı çox sadədir, hər şeyin səbəbi yanlış CV-nin tərtib olunmasıdır. Artıq burda “hə, yaxşı bəs biz bu doğru CV-ni necə düzəldə bilərik?” sualını verdiyinizi eşidirəm. Buna görə də, mən bu blogumda sizə uğurlu CV-nin düzəldilmə metodlarından danışacam.

Əvvəla istəyərdim sizə biraz CV haqda məlumat verim. CV (Curriculum Vitae) latın dilindən tərcümə edildikdə tərcümeyi-hal deməkdir. Daha ətraflı desək, bir işə düzəlməyə çalışarkən işəgötürənə göndərdiyiniz təhsil, ixtisas, əvvəlki iş yerləriniz və bəzən şəxsi maraqlarınız barədə qısa yazılı təsvir. Yəni qısaca HR-ın qəlbinə gedən yoldur )

Uğurlu CV-yə sahib olmanın 5 metodu!

CV nümunələri

1.Uğurlu CV nümunələri

Edəcəyimiz ilk iş uğurlu CV nümunələrini nəzərdən keçirtməkdir. Beləliklə müasir dövrün tələb etdiyi CV quruluşunu vizual formatda daha aydın görəbilərik. Bu nümunələri tapa biləcəyiniz bir neçə sayt tövsiyəsi də edəcəm sizə.

Yerli CV formaları

Xarici CV formaları

  • https://www.myperfectresume.com/resume/examples
  • https://zety.com/cv-examples

CV hazırlamaq üçün saytlar

2.Sizə uyğun “template”-i müəyyənləşdirmək

Nümunələrə baxdıqdan sonra, artıq öz CV-mizi düzəltməyə başlaya bilərik. Əgər CV düzəltməkdə çətinlik çəkirsiniz isə və ya bu düzəldəcəyiniz ilk CV olacaqsa, bu vaxt sizin üçün ən rahat template köməkliyi ilə düzəltmək olacaq. Düzdür, internetdə biz çox belə sayt tapabilərik, lakin bir çoxu pullu və ya çox qarışıq olur. Mən sizə ən rahat və tamamilə pulsuz bu işi edəbiləcəyiniz bir neçə saytda tövsiyə edəcəm.

  • https://www.canva.com/resumes/templates/
  • https://www.cv-template.com/en
  • https://novoresume.com/resume-templates

3.Başlıqları, şriftləri və rəngləri düzgün müəyyənləşdirmək.

HR menecerlərin CV-də ən əsas diqqət yetirdikləri məqam nizamlanmadır. CV-nin düzgün nizamlanması namizəd haqda məlumatların HR-lar tərəfindən daha tez diqqətini çəkməsinə səbəb olur. Düzgün nizamlanmaya nail olmaq üçün isə başlıqlara, şriftlərə və rənglərə xüsusi diqqət yetirmək lazımdır.

CV-nizi düzəldən zaman əsasən “Arial, Times New Roman, Calibri” kimi aydın oxunaqlı şriftləri seçin. Şrift ölçüsü olaraq isə əsas yazını 10,12; başlıqların isə 14-18 arası olmasına diqqət yetirin. Bununla yanaşı başlıqları qeyd edərkən, onların şrift ilə yanaşı rəng ilə də əsas tekstdən seçilməsinə xüsusi diqqət yetirmək vacibdir.

4.Quruluşa və ardıcıllığa diqqət yetirin.

CV düzəldən zaman bir çox insanın çaş-baş qaldığı məqmlardan biridir. Həmişə bu məqamlarda insanlarda suallar yaranır: “CV-də ən əsas nəyi qeyd edim? Ardıcıllıq necə olsun? Əvvəla təhsil yoxsa iş təcrübəsi?” Bütün bu suallara cavabı və daha çoxunu bu blogda tapacaqsınız ) Odur ki oxumağa dəvam edin.

İndi qayıdaq əsas məsələyə, professional CV-lərdə əsasən qeyd etməli olduğumuz məqamlar və ardıcıllıqları belə olmalıdır:

  1. Ad, soyad, vəzifə və şəkil. Adətən bu məlumatlar CV-nin yuxarı hissəsində qeyd olunmalıdır. CV üçün uyğun şəkil nümunələri və diqqət edilməsi lazım olan məqamları diğər bəndlərdə ətraflı qeyd edəcəm.
  2. Əlaqə məlumatları. Adətən CV-nin yuxarı hissəsində qeyd olunur. Burda əsas qeyd etməli olduğumuz əlaqə vasitələri telefon nömrəmiz, mail ünvanımızdır. Lakin istəyə bağlı olaraqda bəzi insanlar Linkedin və facebook kimi sosial şəbəkələrini də qeyd edə bilərlər.
  3. Şəxsi profil. CV-nin digər, əsas, vacib hissələrindən biri də şəxsi profil hissəsidir. Əsasən bu hissə birinci bölmənin tam altında yerləşir və HR-lara sizin haqqınızda ümumi məlumat vermək üçün CV-də qeyd olunur. Bir növ bütün CV-nin qısa “summary”-si. Qısa summary olduğu üçün bu yer çox böyük əhəmiyyət kəsb edir, çünkü burda ki qeyd edəcəyiniz məlumata görə HR CV-nizi axıra qədər oxuyub, oumamağa qərar verir.
  4. Professional səriştə və bacarıqlarınız. Bu yerdə əsasən müraciət etdiyiniz vakansiyaya uyğun olan səriştələrini qeyd etməyiniz daha uyğundur. Buranı daha uğurlu doldurmaq üçün isə müraciət etdiyiniz vakansiya haqda araşdırma etməyiniz çox faydalı olacaq. Məsələn internetdə eyni vakansiyanın bir neçə şirkət tərəfindən verilmiş elanlarına nəzər yetirərək, sizin müraciət etdiyiniz vəzifə üzrə əsas lazım olan səriştələri öyrənib, özünüzdə daha da inkişaf etdirib CV-nizdə qeyd edəbilərsiniz.
  5. Təhsiliniz haqda məlumat. Bu hissədə orta, ali, magistratura, doktorantura dərəcələriniz haqda məlumat verməlisiniz(təhsil aldığınız illər, ixtisasınız, GPA, nəaliyyətləriniz).
  6. İş təcrübəniz. Bu hissədə müraciət etdiyiniz vakansiya ilə əlaqəli keçmiş iş təcrübələrinizi qeyd edəbilərsiniz. Quruluş isə: Şirkət – vəzifə – fəaliyyət illəri – iş məsuliyyətinizin nədən ibarət olduğu. Xüsusəndə keçmiş təcrübələrinizdə hansı işlər ilə məşğul olduğunuzu qeyd etmək çox vacibdir. Bu məqam köməkliyi ilə HR-ın ağlında sizin sahib olduğunuz bacarıqlar haqda daha dolğun fikir formalaşır.
  7. Sertifikat və nailiyyətləriniz.Bu hissədə sadəcə müraciət etdiyiniz vakansiya ilə əlaqəli olan sertifikatları yerləşdirin! Hətda sahəniz ilə bağlı olan ödənişli kurslardan sertifikatlarınız çoxluq təşkil edirsə, bu zaman onlar için ayrı bir portfolio yaradıb, CV ilə bərabər HR-a yönləndirəbilərsiniz. Bunu etdiyiniz təqdirdə, qarşı tərəfə öz inkişafınıza nəqədər investisiya etdiyinizi nümayiş etdirirsiniz.
  8. Dil və kompüter bilikləri.Biliklərimizi ən yaxşıdan daha az bildiyinizə doğru sıralamağınız daha məsləhətlidir. Səviyyə olaraq isə, aşağıda qeyd etdiyim səviyyələr üzrə biliklərinizi sıralamağınız vacibdir:
  • A1 – beginner – başlanğıc
  • A2 – elementary – ibtidai
  • B1 – intermediate – orta
  • B2 – upper-intermediate – orta səviyyədən yuxarı
  • C1 – advanced – qabaqcıl, yuxarı səviyyə
  • C2 – proficient – sərbəst
  • Native – ana dili

Bunun ilə yanaşı müasir dövrdə bu biliklər üzrə səviyələrinizi yazılı formada təqdim etmək yerinə müxtəlif növ qrafiklərdən istifadə edərək edəbilərsiniz

5. Düzgün Şəkil

Bu hissə ən vacib məqamlardan biridir! Müasir dövrdə bir çox insanın səhvə yol verdiyi hissə bu hissədir. Bu məqamda sizə bir neçə məsləhətim olacaq. Ən birinci məsləhət isə, selfie ilə bağlıdır. CV-nizin şəkil hissəsində selfie istifadə etmək olmaz! Bu çox qarşı tərəfdə qeyri-professional təəssürat yaradır. Şəklinizi fonu düz, tək rəng olan bir hissədə çəkin. Çiyninizdən yuxarı şəkil olmasına diqqət yetirin və şəkildə üzünüzdə kiçik bir təbəssüm olması daha uyğundur.

6. CV-nin göndərilmə qaydaları və əlavə məsləhətlər.

Və ən sonda sizə bəzi məsləhətlərim olacaq.

  • yazıda orfoqrafik səhvlərə yol verməyin.
  • məlumatları əks xronoloji ardıcıllıq ilə doldurmaq lazımdır.
  • CV-lərinizi 08:00-20:00 arası göndərin. Bu saatda göndərilən CV-lər daha tez oxunur.
  • CV-nizi aydın və kompakt tutun. 2 səhifədən artıq CV tərtib etməyin.
  • CV-nizin adını tənzimləyib (Maryam Cafarova_CV) pdf formatda göndərin.
  • Qeyri peşəkar e-mail ünvanlarından istifadə etməyin.

iş elanlarına əminliklə cv göndərə bilərsiniz.

Müəllif: Vəciyyə Əliyeva\Vajiyya Aliyeva

Linkedin hesabına keçid – Linkedin

  • İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
  • IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
  • Rus dili öyrənməyin 6 qısa yolu
  • Sözləri şəkillər vasitəsilə öyrənin
  • Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
  • İngilis dilində mətnlər
  • Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
  • Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
  • İngiliscə lüğəti genişləndirmək
  • İngiliscə danışığı öyrənməyin 10 yolu
  • İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
  • İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
  • IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
  • İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
  • Rus dilini öyrənmək üçün sözlər və ifadələr
  • İngilis dilini niyə öyrənə bilmirik?
  • Rus dilində frazeoloji birləşmələr
  • İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
  • 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
  • TOEFL nədir?
  • GMAT və GRE nədir?
  • Liderlik haqqında sitatlar (RUS-AZE)
  • SAT nədir?
  • İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
  • İngilis dilini evdə öyrən
  • Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
  • 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
  • İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
  • İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
  • İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
  • HR Nədir?
  • İmtahana hazırlaşmağın 4 effektiv yolu
  • HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
  • Tələbə Krediti
  • IELTS nədir və nə üçün lazımdır?
  • İngilis dilində necə Esse yazmaq lazımdır?
  • Ən Yaxşı Təqaüd Veb saytları
  • ACCA nədir?
  • Yerli Təqaüd Proqramları
  • Yös nədir?
  • İngilis Dili Səviyyələri
  • Rus Dilində Mətnlər
  • İngilis dilinin tarixi

Pulsuz cv forması ( izahı və 20 cv )

CV forması, cv formaları, Pulsuz cv forması, 2023 cv forması, İdeal cv forması.

Yazımızı oxumamışdan öncə qeyd edimki həm pulsuz həmdə pullu cv formaları üçün sizə linklər təqdim edəcəyik. Həmçinin pullu cv formaların necə pulsuz formada yükləyə bilərik öyrənəcəyik.

Bu yazımızda pulsuz cv forması (yükləmə linkləri) və pullu cv ilə fərqlərin və üstünlükləri ilə tanış olacayıq.

Pulsuz cv formaları

Hal hazırda google axtarış sistemində hər ay 10 min ilə 100 min arası cv forması sözü axtarış olunur.

Bu onun göstəricisidir ki, CV formaları düzgün formada deyil və çox insan bu formaları doldura bilmir.

Əvvələr iş axtaranlar şirkətlərin öz cv formaların dolduraraq həmin şirkətdə məktub qutusuna atırdılar. Lakin texnologiya inkişaf etdikcə cv-lər yeni formada mail vasitəsi ilə şirkətlərə göndərilir.

Bəs pulsuz cv formaları ilə işə qəbul olmaq olar?

Pulsuz cv forması ilə işə qəbul almaq olar. Lakin pis xəbər odurki bu braz çətindir.

Hansı hallarda pulsuz cv ilə iş tapmaq olar ?

  1. Əgər daha güclü iş təcrübəniz varsa.
  2. İşəgötürən şirkətin təcili işciyə ehtiyaci var və alternativi yoxdur sizdən başqa
  3. Şirkət üçün ideal iş təcrübəsinə yalnız siz cavab verirsiniz.

Bu və sairə kimi hallarda sizin cv formanız qəbul ala bilər.

Hazır cv forması yüklə

Hazır cv forması yükləmək istəyənlər üçün aşağıdakı linklərdən istifadə edə bilərlər. Hazır cv formalarını öz şəxsi məlumatlarınız ilə dolduraraq istədiyiniz şirkətə göndərə bilərsiniz.

Qeyd: Bu tip cv formalarının işə qəbul imkanı azdır.

  1. Hazır cv forması yüklə
  2. Hazır cv forması yüklə
  3. Hazır cv forması yüklə
  4. Hazır cv forması yüklə
  5. hazır cv forması yüklə
  1. Hazır cv forması yüklə
  2. Hazır cv forması yüklə
  3. Hazır cv forması yüklə
  4. Hazır cv forması yüklə
  5. Hazır cv forması yüklə

Yuxarıdakı hazır cv formalarının üzərinə vurub cv formasını pulsuz yükləyə bilərsiniz.

Mükəlləm cv formaları

Mükəmməl cv formaları dedikdə nə başa düşürük?

Hal hazırda bu cür yazıb googledəgoogle-da axtarış edənlər yeni tip cv formaları yükləmək istəyirlər.

Mükəmməl cv formaları ilə iş tapmaq olarmı?

Yuxarıda qeyd etdiyimiz kimi bəli olar.

Mükəmməl cv formaları dedikdə yeni tip cv forması nəzərdə tutulur.

Yəni dizaynı olduqca yeni və pdf romatında.

Bu linkdən mükəmməl cv formaları ilə tanış ola bilərsiniz.

Qeyd: CV forması yalnız diyazn ilə deyil içindəki yazı ilə birbaşa əlaqəlidir.

Sizə pulsuz olaraq bir necə cv forması təqdim edirik

Aşağıdakı linklərə toxunaraq cv – ləri yükləyə bilərsiniz.

Hazır cv formasi pdf

Hazır pdf formasında cv-lər təsüfki axtarılsada bu mümkün deyil.

Səbəb?

Çünkü yalnız cv hazır olduqdan sonra onu yadda saxlayarkən pdf formasına çevirmək mümkündür.

PDF formasında cv necə hazırlaya bilərəm ?

PDF formasında cv hazırlamaq üçün ilk öncə photoshop , powerpoint və ya canva kimi proqramlardan istifadə etmək lazımdır

Bu proqramlar sayəsində cv hazır olduqdan sonra siz onu pdf formasında yadda saxlaya bilərsiniz.

Canva proqramı ilə necə ideal cv forması düzətmək olar ? ( pulsuz cv düzətmək )

  1. İlk öncə canva.com daxil oluruq.
  2. Saytda pulsuz qeydiyyatdan keçirik.
  3. Qeydiyyat çox sadədəir hətta google hesabınız varsa 2 addımda qeydiyyatdan keçə bilərsiniz.
  4. Daha sonra axtarış hissəsində resume yazıb axtarış edirik.
  5. Açılan pəncərədə istədiyimiz dizaynı seçirik.
  6. Seçdiyiniz dizaynda düzəlişlər edin
  7. CV hazır olduqdan sonra yüklə düyməsini basın lakin pdf formasını seçin.
  8. BOOM və budur cv formanız hazırdır.

Yuxarıdakı formada pulsuz cv düzəldə bilərsiniz.

Hazır cv doldur və Hazır cv forması

Yuxarıdakı yazılarımızı oxuduzsa artıq bilirsinizki hazır cv doldur sözləri ilə axtarış edib cv doldura bilsəzdə iş tapmaq imkanınız çox aşağı olacaq.

Lakin ümüdünüzü üzməyin. Sizin üçün cv qiymətlərində fantastik endirimlər etdik.

Elektron cv formasi nə üçündür ?

Elektron cv-lər 2018-2021 ci illərdə məhşurlaşsadə öz əksini tapa bilmədi.

Niyə çünki insanlar əlavə linkə keçid edərək oradan sizin məlumatlarınızı oxumaq istəmirlər. Daha dəqiq desək insanlar sürəti sevdiyindən başqa bir sayta keçid edib oradan məlumatları oxumaqdansa pdf formasında cv yükləmək daha rahat gəlir.

Maaşlı SMM təcrübəçi vakansiyası

Maliyyə Departamentində maaşlı təcrübə proqramı

Son Yazılar

  • Elan saytı, Vakansiyalar, İş elanı, Təcrübə proqramları
  • Aqrar İnkişaf Könüllüləri Təşkilatı Könüllü qəbuluna start verir
  • Risklərin İdarə Edilməsi departamentində Təcrübə Proqramı
  • İnsan Resursları üzrə Maaşlı Təcrübə (İşə Qəbul üzrə) Proqramı
  • ABB – dən təcrübə proqramı 2022

Son Yazılar

  • Elan saytı, Vakansiyalar, İş elanı, Təcrübə proqramları
  • Aqrar İnkişaf Könüllüləri Təşkilatı Könüllü qəbuluna start verir
  • Risklərin İdarə Edilməsi departamentində Təcrübə Proqramı
  • İnsan Resursları üzrə Maaşlı Təcrübə (İşə Qəbul üzrə) Proqramı
  • ABB – dən təcrübə proqramı 2022

Son şərhlər

No comments to show.

You may also like

Aqrar İnkişaf Könüllüləri Təşkilatı Könüllü qəbuluna start verir

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı Könüllü qəbuluna start verir Aqrar İnkişaf […]

MÜKƏMMƏL CV HAZIRLAMAQ – 2023 CV FORMASI

Uğurlu karyeranın başlanğıcı mükəmməl CV ilə qoyulur desək bəlkədə yanılmarıq. Günümüzdə iş axtaranların sayı çoxaldıqca iş həyatında rəqabət dərəcəsinin artmasına səbəb olur. Sizi digər iş axtaranlardan, işə qəbul üçün edilən müraciətlərdən də fərqləndirən məhz o mükəmməl CV-niz olur. Çünki qoyulan bir iş elanına yüzlərlə nəfər müraciət edir və bir nəfər qəbul olunur. Buda əlbəttə ki, o professional hazırlanmış CV sayəsində olur. Əgər sizində CV-nizə baxılmasını və müsahibəyə dəvət və bəlkədə xəyalınızdakı olan o işə qəbul olunmaq istəyirsinizsə sizə deyəcəyim addımlarla mənimlə birlikdə CV-nizi hazırlayın. Elə isə gəlin başlayaq!

CV-nizə bunları qeyd edin:

  1. Şəkil CV-nin başlanğıcına mütləq əlavə olunmalıdır. HR-lar özləri belə deyirlər ki, şəkilsiz CV-lərə baxılmır və bunun qeyri-professional olduğunu qeyd edirlər. Şəkliniz isə son dərəcə işə uyğun və keyfiyyətli çəkilmiş olsun.
  2. Ad, Soyad və əlaqə məlumatları Şəkilin alt hissəsində isə özünüz haqqında ümumi məlumatları , harada yaşadığınızı və daimi olaraq işlətdiyiniz əlaqə vasitələrini qeyd edin.
  3. Təhsil Ən vacib elementlərdən biridir. Harada təhsil aldığınızı, hansı kurslarda, təlimlərdə iştirak etdiyinizi qeyd edin. Və əgər sertifikatlarınız varsa da onlarıda qeyd etməyi unutmayın.

Bu saytlar vasitəsi ilə siz mükəmməl CV-nizi hazırlaya bilərsiniz:

  • Canva.com
  • Novoresume.com
  • Visualcv.com
  • CvTemplater

Sona qədər oxuduğunuz üçün təşəkkürlər, ümidvaram yazımla sizlərə faydalı ola bildim. İş həyatınızda Uğurlar!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Comments are closed, but trackbacks and pingbacks are open.