Press "Enter" to skip to content

Dağ-mədən nəzarəti dövlət agentliyi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Naxçıvan şəhərində azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi Sumqayıtda seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində “Əməyin təhlükəsizliyi – iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə keçirilib.

FHN mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar-müşavirə təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Tədbirdə FHN-nin Mərkəzi Aparatının, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin, Sumqayıt Regional Mərkəzinin məsul əməkdaşları, Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Seminar-müşavirədə çıxış edən nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Piri Quluzadə Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən danışaraq, dövlətimiz tərəfindən sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib. Rəis müavini sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək, bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Natiq Seyidəhmədov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdən danışıb, sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə iştirakçılara məlumat verib.

Tədbirdə Agentliyin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov, Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi Eldar Əhmədov, Kimya, neft-kimya və neft-qaz emalı sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəis vəzifəsini müvəqqəti icra edən Eltun Həsənov, Təhlükə potensiallı obyektlərin dövlət reyestri şöbəsinin müdiri Namiq İsmayılov “Sumqayıt Lift Servis” İB-nin direktoru Cümşüd İsmiyev, “SOCAR Karbamid” zavodunun Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) və Keyfiyyətə Nəzarət şöbəsinin mütəxəssisi Mirsadiq Seyidov, “Azərsun Holdinq” MMC-nin SƏTƏMM departamentinin rəisi Fəxrəddin Kərimbəyli, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin SƏTƏMM departamentinin rəisi Rauf Mirrəşidli, “SOCAR Polimer” zavodunun ətraf mühit üzrə böyük mütəxəssisi Nigar Qarayeva çıxış edərək texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınmasından ötrü zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.

Sonra sənayenin müxtəlif sahələrinin təhlükə potensiallı obyektlərində texniki təhlükəsizlik normalarına əməl olunması, baş verə biləcək qəzaların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib.

Sonda FHN-in əməkdaşları seminar–müşavirə iştirakçılarının suallarını cavablandırıblar.

Dağ-mədən nəzarəti dövlət agentliyi

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Vəndam qəsəbəsi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. 13 mart 2023-cü il 18:55

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Vəndam qəsəbəsi yaxınlığında meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 13 mart 2023-cü il 16:51

FHN Xətai rayonu 86 nömrəli məktəbdə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib. 13 mart 2023-cü il 15:33

GÜNDƏLİK XRONİKA

13 mart 2023-cü il saat 21:00-dək, ilkin məlumata əsasən:

Ağdaş rayonunun Kükəl kəndində ümumi sahəsi 630 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və yaxınlıqda 2 ha sahədə kol-kos, qamışlıq ərazi yanıb.

13 mart 2023-cü il saat 20:45-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Naxçıvan şəhərində azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

13 mart 2023-cü il saat 20:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində pəncərə çərçivəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

TƏDBİRLƏR

FHN-in Sumqayıt Regional Mərkəzində masaüstü təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin birgə təşkilatçılığı ilə FHN-in Sumqayıt Regional Mərkəzində “Əməliyyat növbətçiliyi sisteminin təkminləşdirilməsi” mövzusunda masaüstü təlim keçirilib.

FHN-in Muğan Regional Mərkəzi masaüstü nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Hacıqabul rayon Dövlər Aqrar İnkişaf Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin.

FHN-in Muğan Regional Mərkəzi “Mərkəzin şəxsi heyəti arasında korrupsiya hüquqpozmalarının baş verməməsi və mübarizənin davamlı olması” mövzusunda tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Mərkəzin şəxsi heyəti arasında korrupsiya hüquqpozmalarının baş verməməsi və mübarizənin davamlı olması” mövzusunda tədbir keçirib.

Comments are closed, but trackbacks and pingbacks are open.