Press "Enter" to skip to content

BMT TŞ-nin sədri: Dağlıq Qarabağ münaqişəsində xüsusi irəliləyiş görünmür

Bu mənada biz son aylarda regionda gərginliyin artmasından narahatlığımızı ifadə edirik və çalışmalıyıq ki, Şərq Tərəfdaşlığı ölkələrində mövcud münaqişələr beynəlxalq qanuna, o cümlədən BMT Xartiyasına və ATƏT Helsinki Yekun Aktına, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uğun şəkildə həllini tapsın.

Avropa Parlamentinin üzvü: “Dağlıq Qarabağ münaqişəsi BMT TŞ-nın qətnamələrinə, ATƏT-in Helsinki Yekun Aktına uyğun şəkildə həllini tapmalıdır”

– Bolqarıstan 1992-ci ilin yanvar ayında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrin sırasında olub və həmin vaxtdan etibarən iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlığın uzun bir tarixi mövcuddur. Eyni zamanda iki ölkənin parlamentləri arasında da səmərəli əməkdaşlıq edilir.

Azərbaycan Bolqarıstanın mühüm tərəfdaşıdır və bizim enerji, turizm, kənd təsərrüfatı və mədəniyyət kimi sahələrdə əməkdaşlıq üçün geniş potensialımız var. Bu əməkdaşlıq həm Bolqarıstan, həm Azərbaycan, həm də Avropa İttifaqı üçün faydalıdır. Avropa Parlamentinin üzvü kimi mən bu istiqamətdə əlimdən gələni edirəm.

Son illər ərzində mən Azərbaycan Parlamenti ilə Avropa Parlamenti arasında qarşılıqlı əlaqələri hərtərəfli inkişaf etdirmək və gücləndirmək istiqamətində çalışıram, çünki bu iki təsisat arasında əməkdaşlıq gələcək siyasi əməkdaşlıq və iqtisadi inteqrasiya üçün vacib əhəmiyyət kəsb edir.

– Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu necə qiymətləndirirsiniz?

– Azərbaycan Avropanın enerji sahəsində etibarlı strateji tərəfdaşlarından biri kimi Avropanın enerji təhlüksizliyinin təmin edilməsinə öz töhfəsini verir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin uğurla istismara verilməsi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə vermiş oldu. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Dünyada ən böyük enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzərin qaz resurslarını tezliklə Avropaya çatdırmaqla onun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edəcək. Bu layihə Qərbi Balkanlara doğu genişlənmək potensialı və regionun təmiz enerji nəqlinə dəstəyi sayəsində Avropanın modern enerji arxitekturası ilə çox yaxşı uyğunluq təşkil edir.

– Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlısınız. Bildiyiniz kimi, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və Azərbaycanın ərazi bütövlüyü pozulub. Bu münaqişənin həlli ilə bağlı sizin də fikirlərinizi bilmək istərdik.

– Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsindən və regiondakı vəziyyətdən yaxşı xəbərdardır. Hesab edirəm ki, Aİ-nin bütün Şərq Tərəfdaşlığı ölkələrinin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə sadiqliyi Aİ-nin həmin ölkələrlə bağlı uğurlu xarici siyasəti üçün açar rolunu oynayır.

Bu mənada biz son aylarda regionda gərginliyin artmasından narahatlığımızı ifadə edirik və çalışmalıyıq ki, Şərq Tərəfdaşlığı ölkələrində mövcud münaqişələr beynəlxalq qanuna, o cümlədən BMT Xartiyasına və ATƏT Helsinki Yekun Aktına, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uğun şəkildə həllini tapsın.

Dövlət sərhədləri boyunca hərbi fəaliyyəti genişləndirməklə üçüncü ölkəni münaqişəyə cəlb etmək cəhdləri olduqca təhlükəlidir və region üçün faciəvi nəticələrə səbəb ola bilər. Biz bu münaqişənin dayanıqlı sülh yolu ilə həllinin yalnız substantiv və mənalı danışıqlar vasitəsi ilə mümkün olmasını hesab edirik və həmçinin bildiririk ki, sülh danışıqlarını pozmağa yönəlik heç bir təxribatçı bəyanatlar və fəaliyyətlər olmamalıdır.

Milli.Az

BMT TŞ-nin sədri: Dağlıq Qarabağ münaqişəsində xüsusi irəliləyiş görünmür

BMT TŞ-nin sədri: Dağlıq Qarabağ münaqişəsində xüsusi irəliləyiş görünmür Yelçenko: “Avropada təhlükəsizlik və münaqişələr mövzusu və BMT-nin onların həllində rolu və iştirakı artıq neçə illərdir nəzərdən keçirilmir”

1 Fevral , 2017 10:15

https://static.report.az/photo/3b612f0d-ac6c-4f0d-b4aa-10fb3e9771ce.jpg

Bakı. 1 fevral. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında xüsusi irəliləyiş görünmür. “Report” Birləşmiş Millətlər Təşkilatının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının sədri Vladimir Yelçenko bildirib. Qeyd edək ki, fevralın 1-dən etibarən Ukrayna bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. V.Yelçenkonun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Şurasında sədrliyi çərçivəsində fevralın 21-də Avropada münaqişələr ilə bağlı nazirlər səviyyəsində görüşün keçirilməsini təşkil etmək niyyətindədir. O bildirib ki, nə qədər təəccüblü olsa da, Avropada təhlükəsizlik və münaqişələr mövzusu və BMT-nin onların həllində rolu və iştirakı artıq neçə illərdir nəzərdən keçirilmir: “Sonuncu dəfə bu məsələyə Yuqoslaviya böhranından sonra Balkanlardakı gərgin vəziyyət zamanı baxılıb. Başqa sözlə, hardasa ötən əsrin 90-cı illərinin ortalarında”. “Bütövlükdə Avropaya baxsaq, bir sıra dondurulmuş münaqişələr var. Onların bəzilərində – Gürcüstanda və ayrıca Abxaziyada ötən əsrin 90-cı illərində BMT nümayəndəliyi və ya BMT missiyası olub. İndi isə bu təsisatlar fəaliyyət göstərmir, bu işlə daha çox ATƏT məşğul olur, bəzən isə ümumiyyətlə, heç kim məşğul olmur. Dondurulmuş Dnestryanı münaqişə var və bu məsələdə uzun illərdir heç bir irəliləyiş yoxdur. ATƏT Minsk qrupunun məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi var. O məsələdə də xüsusi irəliləyiş görünmür. Və nəhayət, Donbass problemi var”, – deyə V.Yelçenko bildirib.

Comments are closed, but trackbacks and pingbacks are open.