Press "Enter" to skip to content

Daşımalar v vahid nqliyyat sistemi

Nəqliyyat sahəsində dövlət idarəetməsinin əsas vasitələri aşağıdakılardır:

Azərbaycan beynəlxalq daşımalar üçün nəqliyyat vasitələrinin sayını 5 dəfə artıracaq

Hazırda beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 2000 ədədə yaxındır. Hədəfimiz bu sayı 10000 ədədə çatdırmaqdır.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) verilən məlumatda qeyd edilir.

Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il avqust ayının 28-də “Avtomobil Nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinə dair tarixi fərman imzalayıb:

“1998-ci il 27 noyabr tarixində imzalanan müvafiq Qanun ilə Azərbaycan Respublikası “Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında Protokol”a qoşulub. Azərbaycanın da həqiqi üzv oduğu Beynəlxalq Nəqliyyat Forumunun hazırda 57 üzvü var. BNF-nin üzvü olmaq Azərbaycan daşıyıcılarının müəyyən edilmiş sayda BNF-nin təsis etdiyi çoxtərəfli “İcazə”lərlə təmin olunması deməkdir. Bu “İcazə”lərlə Azərbaycan daşıyıcıları üzv dövlətlərin ərazisinə/ərazisindən ikitərəfli daşımalar, tranzit keçid və 3-cü ölkədən/ölkəyə daşımaları heç bir maneə ilə rastlaşmadan həyata keçirə bilirlər.

Beynəlxalq Nəqliyyat Forumu üzv ölkələrinin daşıyıcılarına onların ərazilərində beynəlxalq avtomobil daşımalarının effektiv və səmərəli həyata keçirilməsi üçün müxtəlif tədbirlər və layihələr hazırlayaraq təsdiq edir.

Bu qəbildən olan növbəti layihə 2015-ci ilin may ayının 26-da BNF-nin Almaniyada keçirilən nəqliyyat nazirlərinin Sammitində üzv ölkələrin beynəlxalq nəqliyyat daşımalarına vahid tələblərin tətbiq edilməsini nəzərdə tutan Keyfiyyət Xartiyasıdır.

Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 157 nömrəli Qərarı ilə “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram” təsdiq edilib.

Keyfiyyət Xartiyasının tələblərinə görə BNF-nin üzv ölkələrində beynəlxalq avtomobil daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə riayət edilməsi, nəqliyyat müəssisələrinin sürücülərinin və məsul mütəxəssislərinin bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsi, hüquqi və fiziki şəxslərin, onların məsul mütəxəssislərinin beynəlxalq daşımalara buraxılması qaydalarının təkmilləşdirilməsi, sürücülərin ixtisasının artırılması üzrə nümunəvi peşəkar tədris proqramının və əlavə tədris proqramının təsdiq edilməsi, avtomobil daşıylcılarına peşəkarlıq Şəhadətnamələrinin verilməsi üçün ixtisas imtahanın keçirilməsi Qaydaları üzrə hüquqi normativ aktlar təsdiq olunmalıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərə uyğun Azərbaycan Respublikasının hüquqi normativ aktlarında dəyişikliklərin edilməsi barədə layihələr hazırlanmış və aidiyyəti üzrə təsdiq olunması üçün təqdim edilib və adı çəkilən aktlar qəbul olunub.

Yeni qəbul olunmuş sənədlərə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətini həyata keçirən operatorların işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlarının və fəaliyyəti faktiki icra edən sürücülərin zəruri hazırlıq və yenidən hazırlıq keçmələri və nəticədə əldə edəcəkləri müvafiq təsdiqedici sənədin Keyfiyyət Xartiyasının tələblərinə uyğunlaşdırılması barədə göstəriş verilib.

Qeyd olunanlardan əlavə Azərbaycan avtodaşıyıcılarının mənafelərinin qorunması, rəqabətlilik qabiliyyətlərinin artırılması, Azərbaycan avtonəqliyyat xidmətləri bazarında xarici nəqliyyat vasitələrinin xüsusi çəkilərinin kvotadan artıq olmasına yol verilməməsi üçün kvota-icazə sisteminin təkmilləşdirilməsi üzrə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə bir sıra layihələr tərəfimizdən işlənilib və təsdiq olunması üçün aidiyyəti üzrə təqdim edilib.

Bununla əlaqədar təqdim edilmiş layihələrin təsdiq edilməsi sahibkarlığın inkişafına, daşıycıların maddi vəziyyətlərinin artırılmasına, yeni nəqliyyat vasitələrinin alınmasına stimul yaradacaq.

Hazırda beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 2000 ədədə yaxındır. Hədəfimiz bu sayı 10000 ədədə çatdırmaqdır. Bu isə görüləcək tədbirlər nəticəsində 30000 yeni iş yerinin yaranmasına səbəb olacaq.

Eyni zamanda bildiririk ki, 2019-cu ilin 14-15 oktyabr tarixlərində Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşəbbüsü ilə Bakı şəhərində keçiriləcək. İclasda BNF-nin üzv ölkələrindən 100-ə yaxın nümayəndə iştirak edəcək. Gündəlikdə qoyulan məsələlər Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə yerinə yetirilməsinin vəziyyəti və beynəlxalq avtomobil daşımalarını daha da inkişaf etdirilməsi üçün layihələrin hazırlanmasına və müzakirə edilməsinə həsr olunacaqdır. Beynəlxalq Nəqliyyat Forumunun və üzv ölkələrin avtomobil sahəsindəki qurumlarının rəhbərlərinin Bakı şəhərində toplanması əlamətdar hadisədir və ölkəmizin Avropa və Asiya arasındakı dəhlizdə iri logistika mərkəzinə çevrilməsinin əyani sübutudur”.

  • daşımalar
  • Dövlət Avtomobil Nəqliyyatı Xidməti

Daşımalar v vahid nqliyyat sistemi

Nəqliyyat haqqında
Azərbaycan Respublikasının Qanunu

I Fəsil – Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
«nəqliyyat» – Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış yüklərin və insanların daşınma vasitələridir, o cümlədən, dəmir yolu, avtomobil, dəniz, daxili su, hava, şəhər və şəhərətrafı elektrik, metropoliten, həmçinin Azərbaycan Respublikasının ərazisində yerləşən magistral boru kəmərləri;
«nəqliyyat müəssisəsi» – qanunvericiliyə və öz təsis sənədlərinə uyğun fəaliyyət göstərən, yük, sərnişin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinin saxlanılması, texniki xidmət və təmir, yükləmə-boşaltma və liman xidmətləri göstərən hüquqi şəxsdir;
«daşıyıcı» – ödəniş və ya muzdla sərnişin, baqaj və poçt daşımaları üzrə xidmətləri göstərən, mülkiyyət icarə hüququ və ya başqa qanuni əsaslarla nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxsdir;
«müştəri» – yükgöndərən, yükalan sərnişin, icarəçi və sair kimi daşıyıcı ilə bağlanmış müqaviləyə uyğun nəqliyyatdan istifadə edən hüquqi və ya fiziki şəxsdir.

Maddə 2. Nəqliyyat haqqında qanunvericilik

1. Nəqliyyatın fəaliyyəti ilə əlaqədar münasibətlər bu Qanunla nəqliyyat növləri üzrə məcəllələrlə və nizamnamələrlə, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə tənzimlənir.
2. Magistral boru kəməri sahəsində münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
3. Daşıma və yükaşırma şərtləri, nəqliyyat vasitələrindən istifadə qaydaları, nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, əmək mühafizəsi, yanğına qarşı təhlükəsizlik, texniki-texnoloji, ekoloji və sanitar normaların tələblərinə əməl olunması nəqliyyat münasibətlərinin bütün iştirakçıları üçün məcburi olan, müvafiq nəqliyyat növlərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar, həmçinin tərəflərin razılığı (bağladıqları müqavilələr) ilə müəyyən edilir.
4. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda onlardan fərqli qaydalar müəyyən edilmişdirsə, həmin müqavilələrin qaydaları tətbiq edilir.

Maddə 3. Nəqliyyat sahəsində mülkiyyət münasibətləri

Azərbaycan Respublikasında nəqliyyat dövlət, xüsusi və bələdiyyə mülkiyyət növlərinə əsaslanır. Bütün nəqliyyat mülkiyyətçiləri bərabər hüquqa malikdirlər və qanunla eyni cür müdafiə olunurlar.
Ümumi istifadədə olan və dövlət əhəmiyyəti kəsb edən dəmir yolları və onların mühəndis tikililəri və qurğuları, magistral boru kəmərləri, mayaklar, gəmilərin təhlükəsiz hərəkətini nizamlayan və ona zəmanət verən qurğular və naviqasiya nişanları, hava hərəkətinin təşkili və idarə edilməsi sisteminin aeronaviqasiya vasitələri və avadanlığı, hava gəmilərinin uçuş təhlükəsizliyini təmin edən qurğular, aviasiya daşımaları ilə əlaqədar mühəndis şəbəkələri və qurğuları, həmçinin metropoliten dövlət mülkiyyətidir.

Maddə 4. Nəqliyyat təyinatlı torpaqlar. Nəqliyyatın ehtiyacları üçün torpaq sahələrinin və su obyektlərinin verilməsi

1. Nəqliyyat təyinatlı torpaqlar aşağıdakılardır:
a) nəqliyyat obyektlərinin normal fəaliyyətinin təmin edilməsi üçün nəqliyyat müəssisələrinə verilən torpaq sahələri;
b) nəqliyyat yolları və magistral boru kəmərlərinin yerləşdiyi torpaq sahələri;
c) uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəsi olan yerlərdə nəqliyyat tikililərinin və digər nəqliyyat obyektlərinin xüsusi mühafizə zonaları üçün verilmiş torpaq sahələri.
2. Bu maddənin 1-ci bəndində göstərilmiş torpaq sahələrinin və ya su obyektlərinin müvafiq nəqliyyat müəssisələrinin mülkiyyətinə, icarəsinə və istifadəsinə verilməsi zamanı yaranan münasibətlər, həmin sahələrdən və obyektlərdən istifadə qaydaları müvafiq olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Su Məcəlləsi və digər normativ-hüquqi aktları ilə tənzimlənir.
3. Uçquna, sürüşməyə və digər təhlükəli təbii təsirlərə məruz qalmış ərazilərdə nəqliyyat tikililərinin və digər nəqliyyat obyektlərinin təhlükəsiz istismarını təmin etmək məqsədilə qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mühafizə zonaları müəyyənləşdirilə bilər.

II Fəsil – Nəqliyyat sahəsində dövlət tənzimlənməsi və idarəetmə

Maddə 5. Nəqliyyat sahəsində dövlət tənzimlənməsi

Nəqliyyat sahəsində dövlət tənzimlənməsi hüquqi təminat, vergiqoyma, maliyyələşdirmə, qiymətqoyma, investisiya və vahid elmi-texniki siyasətin həyata keçirilməsi ilə yerinə yetirilir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə orqanlarının nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətinə müdaxilə etmələrinə, həmçinin nəqliyyat müəssisələrinin istismar işçilərini başqa işlərə cəlb etmələrinə yol verilmir.

Maddə 6. Nəqliyyat sahəsində dövlət idarəetməsi

Nəqliyyat sahəsində dövlət idarəetməsinin əsas vasitələri aşağıdakılardır:

– nəqliyyat sahəsində iqtisadi, investisiya, tarif və elmi-texniki siyasətin həyata keçirilməsi, nəqliyyatın ayrı-ayrı növlərinin inkişafına dair proqramların işlənib hazırlanmasının və yerinə yetirilməsinin təşkili;
– nəqliyyat kompleksinin bazar iqtisadiyyatı münasibətlərinə keçidi ilə əlaqədar islahatların aparılmasına rəhbərlik;
– dövlət, o cümlədən, müdafiə ehtiyaclarının, yük daşımalarına və digər nəqliyyat xidmətlərinə olan tələbatların proqnozlaşdırılması, onların təmin olunması üzrə nəqliyyat kompleksinin fəaliyyətinin təşkili və əlaqələndirilməsi;
– nəqliyyatda inhisar fəaliyyətinin məhdudlaşdırılması və rəqabətin inkişafı üzrə məqsədli tədbirlərin görülməsi, mülkiyyət formasından asılı olmayaraq bütün nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün bərabər şəraitin təmin edilməsi;
– nəqliyyat kompleksinin təhlükəsiz, səmərəli və ahəngdar işinin təmin edilməsi üzrə dövlət tənzimlənməsinin həyata keçirilməsi;
– nəqliyyat kompleksinin, nəqliyyatın ayrı-ayrı növlərinin fəaliyyətinə dair normativlərin müəyyən edilməsi və təkmilləşdirilməsi;
– nəqliyyat məsələləri ilə əlaqədar dövlətin iqtisadi mənafelərinin, nəqliyyat müəssisələrinin və nəqliyyat istehlakçılarının qanuni mənafelərinin və hüquqlarının müdafiəsi;
– beynəlxalq nəqliyyat xidmətləri bazarında milli nəqliyyat kompleksinin fəaliyyətinin səmərəliliyinin və rəqabətə davamlılığının artırılması, xarici investisiyaların cəlb edilməsi;
– xarici ölkələrlə nəqliyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı.

Maddə 7. Nəqliyyat sahəsində bələdiyyələrin hüquqları və vəzifələri

Nəqliyyat sahəsində bələdiyyələrin hüquqları və vəzifələri bələdiyyələr haqqında qanunvericiliklə müəyyən edilir.

III Fəsil – Nəqliyyatın fəaliyyətinin əsasları

Maddə 8. Nəqliyyatda iqtisadi fəaliyyətin əsasları

1. Nəqliyyatda iqtisadi münasibətlərin əsasını nəqliyyat xidmətlərinə tələb və təkliflər bazarı formalaşdırır.
2. Nəqliyyat müəssisələri və daşıyıcılar öz fəaliyyətlərini kommersiya və təsərrüfat prinsipləri əsasında həyata keçirirlər.
3. Nəqliyyat müəssisələri və daşıyıcılar nəqliyyat xidmətlərini və digər xidmətləri qanunvericiliyə uyğun bağlanmış müqavilələr əsasında həyata keçirirlər.
4. Azərbaycan Respublikasının 15 noyabr 2001-ci il tarixli Qanunu ilə çıxarılmışdır.
5. Vağzalların, stansiyaların, metropolitenin, limanların, aeroportların, körpülərin, piyada körpülərinin və tunellərin sərnişin platformalarının və əhaliyə nəqliyyat xidməti üzrə digər obyektlərin tikintisi dövlət büdcəsinin və yerli büdcələrin nəqliyyat müəssisələrinin və başqa müəssisələrin vəsaitləri, həmçinin hüquqi və fiziki şəxslərin könüllü ianələri hesabına həyata keçirilir.
6. Xarici nəqliyyat müəssisələri tərəfindən Azərbaycan Respublikasının ərazisində tranzit daşımalarının həyata keçirilməsinə görə, habelə su, avtomobil və dəmir yollarından, dövlət limanlarından, hava məkanında uçuşların idarə edilməsi və aeronaviqasiya xidmətlərindən istifadə edilməsinə görə Azərbaycan Respublikasının normativ-hüquqi aktları və beynəlxalq müqavilələri ilə müəyyən edilmiş qaydada və məbləğdə haqq alınır.

Maddə 9. Yüklərin, sərnişinlərin, baqajın və poçtun daşınması, nəqliyyat-ekspedisiya xidmətlərinin həyata keçirilməsi

1. Yüklərin, sərnişinlərin, baqajın və poçtun daşınması və nəqliyyat-ekspedisiya xidmətlərinin həyata keçirilməsi qanunvericiliyə uyğun olaraq bağlanılmış müvafiq müqavilələr əsasında aparılır.
2. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, daşınma və nəqliyyat-ekspedisiya xidmətlərinin şərtləri, həmçinin tərəflərin maddi məsuliyyəti onların bağladıqları müqavilə əsasında müəyyən edilir.
3. Müntəzəm daşımaların həyata keçirilməsi zərurəti yarandıqda, daşıyıcı və yükgöndərən belə daşımaların təşkili haqqında müqavilələr bağlaya bilərlər.
Yük daşımalarının təşkili haqqında müqaviləyə görə, digər öhdəliklərlə yanaşı, daşıyıcı yükü müəyyən olunmuş müddətdə qəbul etməli, yükgöndərən isə həmin yükü daşımaya təqdim etməlidir.
Daşımaların təşkili haqqında müqavilədə, həmçinin daşımaların həcmi müddəti, keyfiyyəti, nəqliyyat vasitələrinin verilməsi və daşıma üçün yüklərin təqdim olunması şərtləri daşımaların təşkilinin normativ-hüquqi aktlarda nəzərdə tutulmamış digər şərtləri də müəyyən edilir.

Maddə 10. Birbaşa qarışıq daşımalar

1. Dəmiryol, dəniz, daxili su, hava və avtomobil nəqliyyatı birbaşa qarışıq daşımalar sistemini təşkil edir.
2. Yüklərin, sərnişinlərin, baqajın və poçtun vahid nəqliyyat sənədi üzrə müxtəlif nəqliyyat növləri ilə daşınması (birbaşa qarışıq daşımalar) zamanı nəqliyyat müəssisələrinin qarşılıqlı münasibətləri, həmçinin bu daşımaların təşkili qaydası müvafiq nəqliyyat növləri müəssisələri arasında qanunvericiliyə uyğun olaraq bağlanmış birbaşa qarışıq daşımalar haqqında sazişlərlə müəyyən olunur.

Maddə 11. Daşıma haqqı

1. Əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, yükün, sərnişinin, baqajın və poçtun daşınmasına görə haqq müqavilə ilə (sazişlə, kontraktla) müəyyən edilir.
2. Dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsini təmin etmək, yaxud nəqliyyat sahəsində inhisar fəaliyyətini məhdudlaşdırmaq və haqsız rəqabətin qarşısını almaq üçün nəqliyyat xidmətlərinin ayrı-ayrı növlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənən (vahid) tariflər tətbiq edilə bilər.
3. Müştərinin tələbi ilə yerinə yetirilən və mövcud tariflərdə nəzərdə tutulmamış iş və xidmətlərin haqqı onunla daşıyıcı arasında əldə olunan razılıq əsasında ödənilir.
4. Daşıma haqqının ödənilməsi ilə bağlı mübahisələr qanunvericiliyə və daşıma müqaviləsinə uyğun olaraq tənzimlənir.

Maddə 12. Yükün, sərnişinin və baqajın təyinat məntəqəsinə çatdırılmasının müddəti

Daşıyıcı yükü, sərnişini və baqajı ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələr, nizamnamələr, daşıma qaydalarına dair normativ-hüquqi aktlar və müqavilələr ilə müəyyən edilmiş müddətdə təyinat məntəqəsinə çatdırmalıdır.

Maddə 13. Sərnişinlərin hüquqları

Sərnişinlər aşağıdakı əsas hüquqlardan istifadə edə bilərlər:

– sərnişin daşımaları üçün açılmış istənilən marşrut üzrə istənilən nəqliyyat növünə bilet almaq;
– alınmış biletə uyğun yerlə təmin edilmək;
– müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş yaş həddində olan uşaqları pulsuz və ya digər şərtlərlə aparmaq;
– müəyyən edilmiş normalar həddində özləri ilə pulsuz əl yükü aparmaq;
– tarifə uyğun daşımaya baqaj təhvil vermək;
– üzrsüz səbəbdən daşımanın göstərilən vaxtdan gec başa çatdırılmasına görə kompensasiya almaq;
– daşıma başlayana qədər bileti təhvil verib, daşımanı həyata keçirən nəqliyyat müəssisəsindən (daşıyıcıdan) ödənilmiş məbləği geri almaq.

Daşıyıcının qaytardığı məbləğin miqdarı, qaytarma və kompensasiya verilməsi qaydaları ayrı-ayrı nəqliyyat növləri üzrə normativ-hüquqi aktlarla müəyyən edilir.
Daşımanı davam etdirməkdən imtina edən daşıyıcı sərnişinin təyinat məntəqəsinə çatdırılmasını öz hesabına təmin etməli, yaxud müqavilənin pozulması nəticəsində sərnişinə vurulmuş bütün zərəri ödəməlidir.

Maddə 14. Tranzit yük və sərnişin daşımaları

Azərbaycan Respublikasının ərazisindən tranzit yük və sərnişin daşımaları: dəmiryol, hava, avtomobil, dəniz, daxili su nəqliyyatı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə, beynəlxalq müqavilələrinə uyğun beynəlxalq (dövlətlərarası) daşımalar üçün açılmış marşrutlar (yollar, trassalar və su yolları) üzrə həyata keçirilir.
IV Fəsil
Nəqliyyatda təhlükəsizlik və məsuliyyət

Maddə 15. Nəqliyyat vasitələrini idarəetmə hüququ

1. Nəqliyyat vasitəsini idarəetmə hüququ müvafiq ixtisas tələblərinə və sağlamlıq vəziyyəti müvafiq normalara cavab verən fiziki şəxsə verilir. Nəqliyyat vasitəsini idarəetmə hüququ müvafiq normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydada və formada verilmiş sənədlərlə təsdiq edilir.
2. Nəqliyyat vasitəsini idarəetmə üzrə ixtisas tələbləri və sürücünün sağlamlıq vəziyyətinə dair tibbi normalar müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir.

Maddə 16. Daşıyıcının məsuliyyəti

1. Daşıyıcı sərnişinin təhlükəsizliyini, ona lazımi xidmət şəraitinin yaradılmasını, təhvil aldığı baqajın, yükün vaxtında daşınmasını və qorunmasını təmin etməlidir.
2. Daşımaların yerinə yetirilməsi ilə əlaqədar öz vəzifələrini (öhdəliklərini) icra etmədikdə, daşıyıcı bu Qanunla, ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrlə, nizamnamələrlə və digər normativ-hüquqi aktlarla, həmçinin daşıma müqaviləsi ilə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır.
Qanunvericilikdə nəzərdə tutulmamış hallarda, daşıyıcının maddi məsuliyyətinin məhdudlaşdırılması və ya götürülməsi haqqında müştərilərlə əldə etdiyi razılaşmalar etibarsız hesab edilir.
3. Şəhər və şəhərətrafı daşımalar istisna olmaqla sərnişin daşımaları üzrə elan olunmuş reyslərin cədvəlində və ya müqavilədə müəyyən edilmiş reyslərin təxirə salınması və ya pozulması daşıyıcının təqsiri üzündən baş veribsə, o, müvafiq normativ-hüquqi aktlarda, ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrdə, nizamnamələrdə, habelə müqavilədə müəyyən edilmiş qaydada sərnişin qarşısında maddi məsuliyyət daşıyır.
Sərnişin daşımalarının pozulması qarşısıalınmaz qüvvənin təsiri nəticəsində, sərnişinlərin həyat və sağlamlığına təhlükə yaranması, yaxud daşıyıcıdan asılı olmayan digər səbəblərdən baş verdiyi sübut edilərsə, daşıyıcı maddi məsuliyyət daşımaqdan azad olunur.
4. Nəqliyyat vasitəsinin yola düşməsi ləngidildiyinə görə sərnişin daşımadan imtina edərsə, daşıyıcı sərnişinin ödədiyi gediş haqqını ona tam həcmdə qaytarmalıdır.
5. Sərnişin daşımaları üzrə reyslərin 8 saat və ondan artıq müddətdə gecikdirilməsi zamanı daşıyıcı öz hesabına sərnişinləri mehmanxanada yerlə və yeməklə təmin etməlidir.
6. Sərnişinin tələbi ilə daşımanın gecikdirilməsi, yaxud reysin dəyişdirilməsi barədə ona rəsmi sənəd verilir və ya biletdə müvafiq qeydiyyat aparılır.
7. Qanunvericilikdə və ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrdə, nizamnamələrdə daşıyıcının məsuliyyətinin başqa növləri də nəzərdə tutula bilər.

Maddə 17. Nəqliyyat vasitələrinin verilməməsinə görə daşıyıcının və verilmiş nəqliyyat vasitələrindən istifadə edilməməsinə görə müştərinin maddi məsuliyyəti

Əldə olunmuş daşıma müqaviləsinə (sifarişə) zidd olaraq daşıyıcı yükgöndərənə yükün daşınması üçün nəqliyyat vasitəsi vermədikdə, yaxud vaxtında vermədikdə, müştəri isə yük daşımaları üçün verilmiş nəqliyyat vasitəsindən istifadə etmədikdə, yaxud vaxtında istifadə etmədikdə, ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrlə, nizamnamələrlə, həmçinin daşıma müqaviləsi ilə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyırlar.
Daşıyıcı və ya yükgöndərən (yükalan) müvafiq olaraq nəqliyyat vasitələrinin verilməməsinin, yaxud vaxtında verilməməsinin, nəqliyyat vasitələrindən istifadə edilməməsinin, yaxud vaxtında istifadə edilməməsinin qarşısıalınmaz qüvvənin təsiri və ya müvafiq normativ-hüquqi aktlarla nəzərdə tutulan qaydada müəyyən edilmiş istiqamətlərdə yük daşımalarının dayandırılması, yaxud məhdudlaşdırılması nəticəsində, habelə daşıyıcıdan və ya yükgöndərəndən (yükalandan) asılı olmayan sair səbəblərdən baş verdiyini sübut edərlərsə, maddi məsuliyyətdən azad olunurlar.

Maddə 18. Yükün və ya baqajın itirilməsi, əskik çıxması və zədələnməsinə (xarab olmasına) görə daşıyıcının məsuliyyəti

1. Daşıyıcı müştəridən yükü və ya baqajı daşımaya qəbul etdiyi andan onu yükalana (sərnişinə) təhvil verənə qədər həmin yükün və ya baqajın qorunmasını təmin etməlidir.
2. Yükün və ya baqajın itməsinin, əskik çıxmasının və zədələnməsinin (xarab olmasının) daşıyıcının təqsiri olmadan (Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda daşıyıcıdan asılı olmayan səbəblərdən) baş verdiyi sübut edilmədikdə, daşıyıcı müvafiq normativ-hüquqi aktlarda, ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrdə, nizamnamələrdə və ya müqavilədə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
3. Müvafiq normativ-hüquqi aktlarda, ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrdə, nizamnamələrdə və ya müqavilədə başqa qayda nəzərdə tutulmadıqda, daşıyıcı yükün və ya baqajın daşınması zamanı müştəriyə vurulmuş zərəri aşağıdakı miqdarda ödəyir:

– yük və ya baqaj itirildikdə, yaxud əskik çıxdıqda – müvafiq olaraq itirilmiş, yaxud əskik çıxmış yükün və ya baqajın dəyəri miqdarında;
– yük və ya baqaj zədələndikdə – onun dəyərinin azaldığı məbləğ miqdarında, zədələnmiş (xarab olmuş) yükü və ya baqajı bərpa etmək mümkün olmadıqda isə onun tam dəyəri miqdarında;
– qiyməti elan olunmaqla daşınmaya təhvil verilmiş yük və ya baqaj itirildikdə – həmin yükün və ya baqajın elan olunmuş qiyməti miqdarında.

Daşıyıcı həmin yükün və ya baqajın həqiqi dəyərinin elan olunmuş qiymətindən aşağı olduğunu sübut etdikdə isə yükün və ya baqajın həqiqi dəyəri miqdarında.
Yuxarıda göstərilən hallarda mübahisə yarandıqda yükün və ya baqajın həqiqi dəyərinin müəyyən edilməsi üçün onların daşıma müqaviləsində göstərilmiş dəyəri, yükgöndərənin daşıma haqqının ödənilməsinə dair sənədi əsas götürülə bilər. Daşıma müqaviləsində yükün və ya baqajın dəyəri göstərilmədikdə, habelə yükə dair hesablaşmalar bank vasitəsilə həyata keçirilmədikdə isə müqayisə edilə bilən analoji malların zərərin ödənildiyi mövcud tarixə olan dəyəri əsas kimi istifadə oluna bilər.
4. Daşıyıcı yükün və ya baqajın itirilməsi, əskik çıxması və ya zədələnməsi (xarab olması) ilə əlaqədar müəyyən edilmiş zərəri ödəməklə yanaşı, həmin yükün və ya baqajın daşınmasına görə alınmış daşıma haqqını da (əgər bu haqq yükün və ya baqajın dəyərinə daxil deyilsə) müştəriyə qaytarır.
5. Daşıyıcının və ya müştərinin maddi məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilən hallar müəyyən edilmiş qaydada tərtib olunan sənədlərlə (kommersiya aktı, ümumi formalı akt və ya və i.a.) təsdiq olunur və daşıma ilə əlaqədar mübahisələrin həlli üçün məhkəməyə təqdim oluna bilər.

Maddə 19. Yüklərin daşınması üzrə tələb və iddialar

1. Daşıyıcıya qarşı daşımadan törəyən iddianın məhkəməyə verilməsindən əvvəl, qanunvericilikdə, ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrdə, nizamnamələrdə, digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və müddətdə həmin daşıyıcıya tələb təqdim oluna bilər.
2. Daşıyıcı təqdim olunan tələbə müəyyən edilmiş müddətdə baxıb, onun tamamilə və ya qismən təmin edilməsi və ya rədd edilməsi barədə tələbkara xəbər verməlidir.

Maddə 20. Sərnişinin səhhətinə vurulmuş ziyana və ya onun ölümünə görə daşıyıcının məsuliyyəti

Əgər qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, daşıma zamanı sərnişinin səhhətinə vurulmuş ziyanın və ya onun ölümünün qarşısıalınmaz qüvvə və ya sərnişinin öz qəsdi nəticəsində törədilməsi sübut edilmədikdə, daşıyıcı qanunvericilikdə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır.

Maddə 21. Nəqliyyatda yüklərin və obyektlərin mühafizəsi

1. Yüklərin və nəqliyyat obyektlərinin mühafizəsi, həmçinin dəmir yolu, dəniz, boru kəməri və hava nəqliyyatında yanğına qarşı profilaktik tədbirlərin (işlərin) keçirilməsi və yanğınların nəticələrinin ləğv edilməsi müəyyən edilmiş qaydada nəqliyyat müəssisəsi və xüsusi hərbiləşdirilmiş mühafizə xidmətləri tərəfindən həyata keçirilir.
Hərbiləşdirilmiş mühafizə xidmətinin əməkdaşları qanunvericilikdə müəyyən edilmiş qaydada odlu silah və xüsusi vasitələrlə təmin olunurlar.
Silahın və xüsusi vasitələrin tətbiq edilməsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir.
2. Mühüm nəqliyyat obyektlərinin və xüsusi yüklərin mühafizəsi müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən olunmuş qaydada və siyahı üzrə həyata keçirilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli və qiymətli yüklərin yolboyu mühafizəsini və müşayiətini yükgöndərənlər (yükalanlar) təmin edirlər.

Maddə 22. Nəqliyyatda təhlükəsizliyin və ekoloji tələblərin təmin edilməsi

1. Nəqliyyat müəssisələri və daşıyıcılar sərnişinlərin həyat, səhhət və əmlakının təhlükəsizliyini, nəqliyyat vasitələrinin hərəkətlərinin təhlükəsizliyini, həmçinin ətraf mühitin mühafizəsini təmin etməyə borcludurlar.
2. Nəqliyyat vasitələri, yollar, habelə nəqliyyatın işini təmin edən müvafiq texniki vasitələr (işlər, xidmətlər) dövlət standartları ilə müəyyən edilmiş insanın həyatı, səhhəti və əmlakının təhlükəsizliyinə dair məcburi tələblərə uyğun olmalıdırlar.
3. Partlayıcı, tezalışan, radioaktiv, zəhərli və digər təhlükəli yükləri göndərən və alan müştərilər onların daşınma təhlükəsizliyinə zəmanət verməli, yüklərin daşınması zamanı baş vermiş qəza hadisəsi barədə xəbərdarlıq etmək, həmçinin qəzanın nəticələrini ləğv etmək üçün lazımi vasitələrə və işçi qüvvəyə malik olmalıdırlar. Təhlükəli yüklərin daşınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən edir.
4. Üzərində nəqliyyat vasitələrinin hərəkəti və yükləmə-boşaltma işləri həyata keçirilən nəqliyyat obyektləri (stansiya, liman, avtovağzal, aeroport, avtonəqliyyat terminalı, su yolları və dəmiryol xətləri) ərazilərinin hissələri yüksək təhlükəli zonalar sayılır. Belə zonalarda kənar şəxslərin olması qadağandır. Yüksək təhlükəli zonada olmanın və orada işlərin aparılmasının qaydaları müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir.
5. Nəqliyyatın fəaliyyəti prosesində ətraf mühitin və əhalinin təhlükəsizliyinə zəmanət verən atmosfer havasının, torpaqların, suyun, bitki və heyvanlar aləminin çirklənmədən qorunmasını, təbii ehtiyatların səmərəli istifadəsini və istehsalını təmin edən ekoloji norma və qaydalara əməl olunmalıdır.
Xarici ölkələrdən radioaktiv və toksik tullantıların saxlanmaq və basdırılmaq üçün ölkə ərazisinə daşınması və ölkə ərazisindən tranzit yolu ilə aparılması qadağandır.
6. Faydalı qazıntıların olduğu meydançalarda nəqliyyat müəssisələrinin layihələndirilməsi və tikintisi, eləcə də yeraltı qurğuların yerləşdirilməsi qadağandır. Müstəsna hallarda, buna müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə yol verilir.
7. Nəqliyyat müəssisələri (daşıyıcılar) ətraf mühitin, hava hövzəsinin, su anbarlarının, torpaqların mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi üzrə lazımi tədbirləri həyata keçirməyə borcludurlar. Ətraf mühitə vurulmuş ziyana görə nəqliyyat müəssisələri (daşıyıcılar) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 23. Nəqliyyatda sığorta

1. Qanunla və ya beynəlxalq müqavilə ilə başqa hallar nəzərdə tutulmayıbsa, nəqliyyat sahəsində yüklərin, sərnişinlərin və nəqliyyat vasitələrinin sığortası qanunvericiliyə uyğun olaraq könüllü formada həyata keçirilir.
2. Qanunla nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin istismarına onların sahiblərinin (daşıyıcıların) mülki məsuliyyətinin məcburi sığorta olunması şərti ilə icazə verilir.
3. Beynəlxalq daşımalar üzrə məcburi sığorta müvafiq beynəlxalq müqavilələrə və (və ya) qanuna uyğun olaraq həyata keçirilir.

Maddə 24. Nəqliyyatın fəaliyyətini tənzimləyən norma və qaydaların pozulmasına görə məsuliyyət

Nəqliyyatın fəaliyyətini tənzimləyən norma və qaydaların pozulmasına görə təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

V Fəsil – Yekun müddəalar

Maddə 25. Nəqliyyatda nəzarət

1. Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
2. Nəqliyyat vasitələrinə texniki baxış yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda həyata keçirilir.

Maddə 26. Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq

Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq dövlətlərarası, hökumətlərarası, idarələrarası müqavilələr (sazişlər, kontraktlar), habelə qanunvericiliyə uyğun olaraq nəqliyyat müəssisələri və daşıyıcıların xarici hüquqi və fiziki şəxslərlə birbaşa bağladıqları müqavilələr (sazişlər, kontraktlar) əsasında həyata keçirilir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 1999-cu il
№ 683-IQ

Comments are closed, but trackbacks and pingbacks are open.