Press "Enter" to skip to content

SON DƏQİQƏ

Müasir Un Dəyirman Avadanlığı və Un Dəyirman Kompleksləri təklif edirik.

Un Dəyirmanı və Avadanlığı

Müasir Un Dəyirman Avadanlığı və Un Dəyirman Kompleksləri təklif edirik.

– Un dəyirmanlarının modelləri günlük 30 tondan başlayır və 2000 tona qədər taxıl emal gücünə malikdir.
– Kompakt tək mərtəbəli və çox mərtəbəli binalarda yerləşdirilən modellər istehsal olunur.
– Un dəyirmanlarını və komplekslərinin “açar təhvili” layihələndirilməsi, yenidən qurulması və mövcud un dəyirmanların modernləşdirilməsi (çörək, makaron və qarğıdalı unu istehsalı üçün);
– Tədarük, quraşdırma nəzarəti, avadanlıqların istismara verilməsi, yenidənqurma, modernləşdirmə, avtomatlaşdırma;
– Zəmanət və zəmanətdən sonrakı xidmət (ehtiyat hissələrin təchizatı).

Qeyd:
Un Dəyirmanlarının QİYMƏTİ layihəyə uyğun olaraq hesablanır və razılaşma yoluyla təsdiqlənir. Elanda qiymət qismində yazılan rəqəmlər ŞƏRTİ QİYMƏT olaraq verilmişdir.

Məhsullarımızla maraqlanırsınızsa, yazın və ya zəng edin.
Əlaqə Mobil telefon n

SON DƏQİQƏ

Muxtar respublikada şagirdlərin yaxşı təhsil almaları ilə yanaşı, onların fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili hər zaman diqqət mərkəzində olmuşdur. Bu işlərin davamı olaraq təhsil müəssisələrində yaradılan idman klublarına yeni idman avadanlıqları alınmışdır. Martın 4-də idman avadanlıqlarının təqdimatı keçirilib.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə, tədbirdə çıxış edən Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin inkişafı yönündə görülən işlərdən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə, gələcəyimiz olan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Rəhman Məmmədov bildirmişdir ki, təhsilin inkişafı üçün hər cür şərait yaradılmış, məktəblərin infrastrukturu yenilənmiş, ötən müddət ərzində ümumtəhsil məktəblərində 33 futbol, 16 mini futbol idman meydançası, 196 idman zalı və açıq idman qurğuları şagird və müəllimlərin ixtiyarına verilmişdir.

Qeyd edilmişdir ki, idmanın müxtəlif növlərinin inkişafı, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, eləcə də istedadlı idmançıların üzə çıxarılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Nazir qeyd etmişdir ki, Proqramın icrası məqsədilə ötən müddət ərzində Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 12 idman növü – atletika, voleybol, basketbol, futbol, sərbəst güləş, boks, karate-do, stolüstü tennis, cüdo, mini futbol, ağır atletika və gimnastika idman növü üzrə kadr potensialı və mövcud şərait nəzərə alınmaqla ümumilikdə 185 idman klubu yaradılmışdır. Bu gün isə həmin idman klubları Ali Məclis Sədrinin tapşırığı ilə idman avadanlıqları ilə təchiz olunur.

Rəhman Məmmədov yeni alınan avadanlıqların idman klublarının fəaliyyətini daha da yaxşılaşdıracağını bildirmiş, yeni alınan avadanlıqlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Təhsil naziri muxtar respublikada təhsilin inkişafına və şagirdlərin sağlamlıqlarının qorunmasına hər zaman qayğı və diqqətlə yanaşan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün təhsil işçiləri adından dərin minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında idman hər zaman diqqət mərkəzində saxlanılan və təşviq edilən bir sahə olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idman və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində muxtar respublikada idmana olan maraq gündən-günə artmaqdadır.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində istifadəyə verilən müasir idman komplekslərinin sayına 2020-ci ildə daha bir İdman Kompleksi əlavə olunmuş, Uzunoba gölünün ətrafında Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Təlim-məşq Kompleksi salınmış və hal-hazırda tikintisi davam etdirilir.

Gənclər və İdman naziri bildirmişdir ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar artıq bir çox işlər həyata keçirilmiş, Gənclər və İdman Nazirliyi muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birgə idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi və kütləviliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir.

Sonra alınmış idman avadanlıqlarına baxış olmuşdur. Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinə – Güləş idman klubu üçün 140 ədəd güləş, 40 ədəd tatami döşəyi, Stolüstü tennis idman klubu üçün 14 ədəd tennis stolu, 14 ədəd tennis toru, 15 cüt raketka və tennis şarları, Atletika idman klubu üçün 10 dəst atletika səddi, 14 dəst yadro və 26 ədəd start qəlibləri, Gimnastika idman klubu üçün 108 ədəd gimnastika döşəyi, müxtəlif ölçüdə 15 ədəd fitnes topu, 20 ədəd gimnastika ipi və 10 ədəd gimnastika lenti, Futbol idman klubu üçün 6 dəst qapı toru və 30 top, Voleybol idman klubu üçün 3 tor və 45 top, Basketbol idman klubu üçün 20 top, Karate-do idman klubu üçün 60 ədəd tatami döşəyi, 7 cüt idman pəncəsi, Boks idman klubu üçün 20 cüt boks əlcəyi və 10 ədəd pəncə, Ağır Atletika idman klubu üçün isə 3 dəst güc trenajoru, 4 ədəd trenajor aləti, 8 ədəd qrif, 1 ədəd velosiped, 1 ədəd xizək, 5 dəst ştanqa üçün plastik çəki diski alınmışdır.

Tədbirin sonunda alınan idman avadanlıqları təhsil müəssisələrinin idman klublarına verilmişdir.

Şəbəkə avadanlıqları

Kompüterləri bir şəbəkədə birləşdirmək və şəbəkənin işini təmin etməkdən ötrü əlavə avadanlıqlar — yönləndirici, toparlayıcı, kommutator və s. lazımdır. Belə əlavə avadanlıqlara şəbəkə avadanlıqları deyilir və onların özlərini də iki qrupa ayırırlar: aktiv şəbəkə avadanlıqları və passiv şəbəkə avadanlıqları.
Aktiv avadanlıqlar elektrik şəbəkəsindən, yaxud başqa mənbələrdən qidalanan elektron sxemləri olan və siqnalları gücləndirən, çevirən və ya başqa funksiyaları yerinə yetirən avadanlıqlardır. Başqa sözlə, bu avadanlıqlar siqnalları xüsusi alqoritmlər üzrə emal etmək imkanına malikdir. Müasir lokal şəbəkələrdə Ethernet texnologiyası — verilənlərin paketlə ötürülməsi texnologiyası tətbiq edilir. Hər bir verilənlər paketində ötürülən verilənlərin özləri ilə yanaşı, texniki informasiya — verilənlərin mənbəyi və təyinat yeri, eləcə də paketin təyinat yerinə çatması üçün zəruri olan başqa məlumatlar da olur.
Aktiv şəbəkə avadanlıqları təkcə siqnalları qəbul edib göndərmir, eyni zamanda həmin texniki informasiyanı emal etməklə daxil olan paketləri öz daxili yaddaşındakı alqoritmlər əsasında yönləndirir.
Passiv avadanlıqlar dedikdə elektrik şəbəkəsindən, yaxud başqa mənbələrdən qidalanmayan və siqnalların paylanması və ya səviyyəsinin endirilməsi funksiyalarını yerinə yetirən avadanlıqlar nəzərdə tutulur; məsələn: kabellər, onların uclarına taxılan bağlayıcılar və s. Passiv avadanlıqlara kabellərin keçdiyi yolları — kabel novlarını, montaj şkafları və dayaqlarını, telekommunikasiya şkaflarını da aid edirlər.
İndi bu avadanlıqlarla daha yaxından tanış olaq. Kompüteri kabel şəbəkəsinə qoşmaq üçün onun şəbəkə interfeys kartı (network interface card, NIC) olmalıdır. Ona bəzən, sadəcə, şəbəkə kartı, yaxud Ethernet adapteri də deyilir. O, ayrıca kart kimi də, kompüterin ana lövhəsinin bir hissəsi kimi də ola bilər. Kompüterdə şəbəkə kartının olub-olmadığını bilmək üçün sistem blokunun arxa panelində RJ-45 yuvasını axtarın. O, telefon kabeli üçün yuvanın böyüdülmüşünə oxşayır, yalnız ora telefon kabelinin əvəzinə şəbəkə kabeli taxılır.
Lokal şəbəkədə olan avadanlıqları bir-birinə birləşdirmək üçün şəbəkə kabelindən istifadə olunur. Belə kabel kompüterlərlə mərkəzi qurğu arasında siqnalları ötürür. Şəbəkə kabeli rəsmi olaraq CAT5 kabeli və ya 5-ci kateqoriyalı kabel adlandırılır. Sarınmış cütlük kabelinin bu kateqoriyası 8 naqildən ibarətdir və bu naqillər cüt-cüt bir-birinə sarınıb. Bu kabeldən həm telefonların, həm də kompüterlərin qoşulmasında istifadə olunur. Şəbəkə kabelləri rənginə və uzunluğuna görə seçilir. Kabelin hər iki ucunda onu rahat qoşub-açmaq üçün RJ-45 bağlayıcısı (konnektoru) olur. Hazırda belə kabellərlə qurulmuş və verilənlərin ötürülmə sürəti 100 Mbit/san olan “ulduzşəkilli” şəbəkələr daha geniş yayılıb.
Verilənləri uzaq məsafələrə ötürmək üçün optik lifli kabellərdən istifadə olunur. Bu kabellərdə informasiya işıq şüası vasitəsilə ötürülür.
Mövcud standartla verilənlərin ötürülməsi sürəti 10 Mbit/san, 100 Mbit/san, 1 Gbit/san və 10 Gbit/san müəyyən olunur.
Ola bilər, siz hava limanlarında tətbiq olunan toparlayıcı (ingiliscə: hub) sözünü eşitmisiniz. Səyahətçilər bir yerdən başqa yerə getmək üçün müxtəlif toparlayıcılardan keçirlər. Verilənlərin ötürülməsində də toparlayıcı bənzər şəkildə işləyir. Bu tip qurğu ona daxil olan bütün informasiyanı, sadəcə, ötürür, yəni toparlayıcının portuna qoşulmuş qurğuların hamısı eyni bir informasiyanı alır.
Kompüterləri “ulduz” sxemi üzrə vahid şəbəkədə birləşdirmək üçün çox zaman kommutator və ya svitç adlanan qurğular tətbiq olunur. Toparlayıcılardan (hablardan) fərqli olaraq kommutatorlar paketləri yalnız nəzərdə tutulduqları kompüterə ötürür. Kompüter kommutatorla hər iki ucunda RJ-45 bağlayıcısı olan və “patç-kord” (ingiliscə: patching cord — birləşdirici ip) adlandırılan kabel parçası ilə birləşdirilir. Adətən, lokal şəbəkədə olan kompüterlər İnternetə bir rabitə kanalı vasitəsilə bağlanır. Lokal şəbəkəni İnternetlə əlaqələndirmək üçün yönləndirici və ya router lazımdır. Yönləndirici yol polisinə bənzəyir: bu “ağıllı” qurğu şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin bəzisi bir yolla, başqaları başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutların ən səmərəlisi (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici də paketləri yol polisi kimi alternativ yollara istiqamətləndirə bilər.
Kompüterləri naqilli şəbəkədə birləşdirmək, adətən, divar və tavan boyunca çoxlu kabellərin çəkilməsini tələb edir. Naqilli şəbəkələrdə həm də qurğuların yerləşməsinə müəyyən məhdudiyyətlər yaranır. Ancaq naqilsiz şəbəkələrin belə çatışmazlıqları yoxdur: minimal fiziki əmək, zaman və material sərf etməklə belə şəbəkələrə kompüterlər və başqa naqilsiz qurğular artırmaq olar.
Mobil qurğuların (noutbukların, printerlərin və s.) stasionar lokal şəbəkəyə çıxışını təmin etmək üçün çox zaman simsiz erişim nöqtələrindən (wireless access point, WAP) istifadə olunur. Simsiz erişim nöqtəsi mövcud naqilli və ya naqilsiz şəbəkəyə naqilsiz girişi təmin etmək, yaxud tamamilə yeni naqilsiz şəbəkə yaratmaq üçün nəzərdə tutulmuş baza stansiyasıdır. Bu qurğulardan “qaynar nöqtələr” adlandırılan sahələrdə — müştərilərə ödənişsiz İnternet xidməti göstərilən yerlərdə istifadə olunur. Adətən, belə nöqtələr hava limanlarında, kitabxanalarda, iri şəhərlərin restoran və kafelərində yerləşir.
Son zamanlar ev şəbəkələrinin yaradılması zamanı da simsiz erişim nöqtələrinə maraq artıb. Bir mənzil daxilində belə bir şəbəkənin yaradılması üçün bir simsiz erişim nöqtəsi yetərlidir.
Simsiz şəbəkələrin yaradılması zamanı kompüterlərdə Wi-Fi adapterlərinin olması zəruridir. Müasir daşınabilir (portativ) kompüterlər belə adapterlərlə təchiz olunur. Əgər kompüterdə belə bir adapter yoxdursa, onun USB portuna taxılan Wi-Fi adapterindən istifadə etmək olar.
Şəbəkələrdə müəyyən məqsədlər üçün nəzərdə tutulmuş başqa avadanlıqlara da rast gəlinir; məsələn, şəbəkəni altşəbəkələrə ayırmaq və ya lokal şəbəkələri birləşdirmək üçün xüsusi qurğudan — körpüdən istifadə olunur. Bəzən körpü rolunu uyğun proqram təminatı ilə təchiz olunmuş kompüter də yerinə yetirə bilir. Ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu kimi şəbəkə keçidi, yaxud şlüz tətbiq edilir; məsələn, PC tipli kompüterlərdən ibarət şəbəkə ilə Macintosh tipli kompüterlərin olduğu şəbəkəni vahid şəbəkədə birləşdirmək üçün şlüzdən istifadə olunur. Eynitipli şəbəkələr arasında mübadilə zamanı informasiyanı çevirən körpüdən fərqli olaraq şlüz təkcə ötürməni gerçəkləşdirmir, həm də verilənlərin formatını təyinat şəbəkəsinin protokoluna uyğunlaşdırır.

Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 10 Ümumtəhsil məktəblərinin 10 cu sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK

  • Teqlər:
  • şəbəkə avadanlıqları
  • , mobil qurğular
  • , Kompüter avadanlıqları
  • , kompüterdən istifadə

Comments are closed, but trackbacks and pingbacks are open.