Daşnaksütyun partiyasının edəcəyi bir iş yoxdur – Ermənistanın baş nazirinin 1923-cü il məruzəsi
!Reklam – Arxiv
Daşnaksütyun partiyası
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Dünya “Daşnaksütyun” – Paşinyan qarşıdurması güclənir
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Fevral 14, 2019 – 00:55
!Reklam – Yazi
Ermənistanda “Daşnaksütyun” partiyası ilə baş nazir Nikol Paşinyan arasında qarşıdurma güclənir. Partiyanın xüsusi komissiyasının əlaqələndiricisi və sabiq iqtisadi inkişaf naziri Artsvik Minasyan keçirdiyi mətbuat konfransında yeni hökumətin apardığı daxili və xarici siyasəti sərt tənqid edib.
Yenicag.az xəbər verir ki, erməni KİV-lərinə istinadla xəbər verir ki, “Daşnaksütyun” Paşinyanı ölkənin müdafiə və təhlükəsizlik problemləri ilə məşğul olmamaqda, xüsusən Dağlıq Qarabağ münaqişəsi ilə yetərincə maraqlanmamaqda ittiham edib. Minasyan baş naziri keçmiş Prezident Levon Ter-Petrosyanın siyasi xəttinin davamçısı adlandırıb. Onun sözlərinə görə, Qarabağ problemi həll olunmadan, Ermənistanın iqtisadi inkişafı mümkün olmayacaq. “Daşnaksütyun” təmsilçisi əlavə edib ki, Paşinyanın texnologiyaların inkişafı ilə bağlı proqramı quru şüardan başqa bir şey deyil və Ermənistanda işsizliyi daha da artıracaq. O xatırladıb ki, rəsmi məlumatlara görə, hazırda bu ölkədə 232 min işsiz var, İKT sahəsində çalışanların sayı isə cəmi 13 min nəfərdir. “Paşinyanın “iqtisadi inqilab” proqramının heç bir real əsası yoxdur. Hətta ehtimal olunan 5 faizlik iqtisadi artım belə bu planı həyata keçirmək üçün kifayət deyil. Proqramın parlamentdəki dar çərçivədə hazırlanması da ciddi şübhələr yaradır. Halbuki ölkənin iqtisadi həyatında bütün siyasi qüvvələrin rəyi nəzərə alınmalıdır”, -deyə Minasyan əlavə edib./AZƏRTAC/
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Daşnaksütyun partiyası
Daşnaksütyun partiyasının edəcəyi bir iş yoxdur – Ermənistanın baş nazirinin 1923-cü il məruzəsi
Bu, Erməni İnqilabçıları Daşnaksütyun Pariyasının xaricdəki üzvlərinin 1923-cü il aprel ayında təşkil olunan konfransına təqdim etdiyim məruzənin mətnidir.
Burada toxunduğum mövzuların, sadəcə, partiya yoldaşlarım üçün deyil, eyni zamanda hər erməninin baxış bucağından üzərində ciddi-ciddi düşünülməsi vacib olan məsələ olduğuna qəti şəkildə inanmağımdan dolayı, bu mətnin yayımlanmasını və hamıya gedib çatmasını istədim.
Məruzəmi sadəcə, partiya çevrələrini maraqlandıran 3-4 səhifəni çıxararaq, heç bir düzəliş edilmədən yayımlayıram.
Ovanes Kaçaznuni
Ermənistanın ilk Baş naziri
Bu məsələlər mənim çox uzun və çox üzücü düşüncələrimin ana xəttini, əsas mövzusunu yaratmışdır. Sizin də bu mövzuları düşündüyünüzdən şübhəm yoxdur. Amma sizin də eyni nəticəyə gəldiyinizi bilmirəm. Qorxuram ki, bu, belə deyil. Daha artığını söyləyim. Qorxuram ki, mənim son qənaətim – ki, bunu dilə gətirmək çox çətindir və mən sadəcə vicdanımın səsini diləyərək bunu söyləyəcəyəm – konfransda iştirak edənlərin hamısının reaksiyasını və bəlkə də hirsini qazanacaqdır.
Mən buna hazıram.
Yalnız buna inanmağınızı rica edirəm: mənim baxış bucağımdan bu sözləri yazmaq və imzalamaq, bunları məndən eşidərkən hiss etdiklərinə nisbətdə daha çox çətin olmuşdur. Söyləyəcəyim söz axmaqlığın, yaxud da kifayət qədər düşünülməmiş qənaətlərin nəticəsi yox, köklü qənaətlərin və iti bir şüurun nəticəsidir. Mən düşünmək, anlamaq, mühakimə etmək, dəyərləndirmək və duruş müəyyənləşdirmək bacarığına sahibəm.
Buna görə də biraz səbrli olmağınızı və mövzulara qərəzsiz yanaşmağa çalışmağınızı rica edirəm. Bilirəm, partiya qayğıları ilə yaşayan və partiya meyarları çərçivəsində düşünən adamların bunu edə bilməyi asan deyil.
Buna görə də bu mövzunu yersiz hesab edirsinizsə, hamınızdan üzr istəyirəm. Başqa şərtlər altında bu sözlər lazımdıs və yersiz görünə bilər, fəqət təqdim edəcəyim məruzəmin fərqli məzmunu sizin geniş baxış bucağınıza və şüurunuza xitab etməyimə məcbur edir və mənə haqq verir. Mövzuya keçirəm.
Gəldiyim nəticələrin əhəmiyyətli dərəcədə əsaslandırılması məqsədilə böyük müharibədən başlayaraq Lozan Konfransına qədər keçən dövrdə “erməni məsələsi”nin bəzi mərhələlərini və Daşnaksütyun Partiyasının bu dövrdəki rolunu xatirinizdə yenidən canlandırmaq istəyirəm.
1914-cü ildən sonra “erməni məsələsi” hansı mərhələlərdən keçdi, hadisələr necə inkişaf etdi, necə yarandı, bir-birini necə izlədi və haraya gətirib çıxartdı, bu müddətdə partiyamız nələr etdi və qarşıda nələr etməlidir?
Bu mövzulara diqqətlə baxıb yaxın keçmişi xatırlayanda vacib olan şeyləri ikinci dərəcəli və təsadüfi baş verənlərdən ayıranda və hadisələri xoronoloji şəkildə sıraya düzəndə bu mənzərəni görə bilirəm.
1. 1914-cü ilin payızında Türkiyə hələ savaşan tərəflərdən birinə çevrilmədiyi və buna hazırlaşmadığı dövrdə, Cənubi Qafqazda böyük səs-küy içində və enerjilə erməni könüllü dəstələri yaradılmağa başlandı. Sadəcə bir neçə həftə əvvəl Ərzurumda təşkil olunan konqresdə könüllü dəstələr mövzusunda alınan mənfi qərara rəğmən Erməni İnqilabçı Daşnaksütyun Partiyası həm bu dəstələrin yaradılmasını, həm də bunların Türkiyəyə qarşı həyata keçirilən əməliyyatlara aktiv şəkildə qoşuldu. EİDP-nın Cənubi Qafqaz üvzləri və partiyanın bəzi öndə gedənləri ciddi nəticələri meydana gətirə biləcək çətin və məsuliyyətli olan bir mövzuda partiyanın üst qərar orqanı olan konqresin iradəsinə qarçı çıxdılar.
Çünki özləri də kütlə prixozuna tutulmuş, axına düşmüşdülər.
Bu münasibətlə daha əvvəlki dövrdə də Daşnaksütyunun Cənubi Qafqazda özzündən kənarda yaranan bəzi hərəkətlərin qurucusu və təşəbbüskarı deyil, sadəcə iştirakçısı olduğunu xatırlayıram və sizə də xatırlatmaq istəyirəm. 1903 (kilsənin malına əl qoyulması və dolayısı ilə təşkil olunan etirazlar və aksiyalar) və 1905-1906-cı illərdə (erməni-müsəlman qanlı savaşları) vəziyyət belə olmuşdur. Eynilə ilk genişçaplı işçi hərəkatları da belə oldu və Daşnaksütyun Bakıda, Tiflisdə, Batumidə digər sosialist partiyaların siyasətləri və taktikalarına uyğun olaraq istiqamətləndirildi.
İrəlidə görəcəyimiz kimi bu kədərli xətt bizim sonrakı dövr fəaliyyətimizdə də özünü biruzə vermişdir.
“Könüllü dəstələrin qurulması vacib idimi?” sualının günümüzdə mənası qalmayıb. Tarxii hadisələrin spesifik polad bir məntiqi var. 1914-cü ilin payızında erməni könüllü dəstələri quruldu və Türkiyəyə qarşı fəaliyyətə başladı. Bu inkişaf erməni xalqının təxminən 20 il boyunca bəslənmiş olduğu psixoloji mühitin təbii və qaçılmaz bir nəticəsi idi. Bu psixologiya özünə bir forma tapmalı idi və onu da tapdı.
Və bu hərəkatı dayandırmaq (bunu istəsə belə) Daşnaksütyunun vəzifəsi deyildi. O, sadəcə mövcud meyillənmədən istifadə edə bilər, yığılmış istək və ümidləri istiqamətləndirərək xaricə vurulmasını təmin edə bilərdi, yəni hazır bir gücü təşkilatlandıra bilərdi. İmkanları və səlahiyyətləri bu qədərinə çatacaq vəziyyətdə idi. Hərəkata qarşı çıxma və öz xəttini qorumaq mövzusunda isə partiyamız gücsüz idi. Çünki partiyanın özü güclü, fəqət şüuru zəif olan bir kütlə halında idi.
Günümüzdə kimin günahkar olduğunu soruşmaq da mənasızdır (əgər belə bir sual ortaya çıxarsa). Piskopos Mesrop, A. Hatisov, doktor Zavriev, S. Arutyunov, Dro və Andranik olmasaydı başqaları tapılacaq və eyni şeyləri edəcəkdi. Könüllü dəstələrin qurulması bir səhvdirsə, bu səhv kökləri uzaq keçmişdə axtarılmalı olan bir siyasi xəttin təbii davamı və nəticəsidir. İndilik bunu müəyyənləşdirmək lazımdır ki, biz bu könüllü hərəkatına aktiv şəkildə qoşulduq və bu, partiyanın konqresinin mənfi qərarına rəğmən gerçəkləşdi.
2. 1914-cü ilin qışı və 1915-ci ilin ilk ayları Daşnaksütyun da daxil olmaqla Rusiya erməniləri baxımından bir həyəcanlanma və ümid dövrü idi.
Biz qeyd-şərtsiz Rusiyaya yönəlmiş vəziyyətdə idik.
Hər hansı bir səbəb yox ikən zəfər havasına qapılmışdıq. Səadətimiz, çalışmalarımız və yardımlarımız qarşılığında Çar hökümətinin (Cənubi Qafqaz Ermənistanı ilə Türkiyənin erməni əyalətlərindən ibarət) Ermənistanın müstəqilliyini bizə ərmağan edəcəyinə əmin idik.
Beynimiz dumanlanmışdı. Biz öz istəklərimiz uğrunda məsuliyyətsiz adamların boş sözlərinə dəyər verərək və özümüzə etdiyimiz gipnozun təsirilə gerçəkləri anlaya bilmədik və xəyallara qapıldıq.
Guya sarayda naib tərəfindən deyilmiş xırda-para sirli sözlər dildən-dilə dolaşırdı. Tez-tez bəzi məktublara (Vorontsov-Daşkovun Katolika yazdığı məktub) istinad edilir və bu məktublar irəlidəki tələblərimizə və haqlarımızı qoruya biləcəyimizə bir zəmin olaraq təqdim edilirdi. Amma ustalıqla qurub-quraşdırılmış bu məktublar qeyri-müəyyən tövsiyələr xaricində önəmli bir məna kəsb etmirdi.
Erməni xalqının gücü, onun siyasi və hərbi önəmi, həmçinin ruslara verdiyi dəstək çox şişirdildi, öz ümid və gözləntilərimizi də şişirtdik.
3. 1915-ci ilin yaz və payız dövründə Türkiyə erməniləri məcburiy deportasiyaya tabe edildi, kütləvi sürgünlər və basqınla gerçəkləşdirildi. Bütün bunlar “erməni məsələsi”nə ölümcül bir zərbə endirdi.
Tarixi Ermənistanın bizə varis qoyduğu adətlər və Avropa diplomatizminin vədlərinə uyğun olaraq müstəqilliyimizi bünövrəsini təşkil edən bölgələr boşaldıldı, erməni vilayətləri ermənisiz qaldı.
Türklər nə etdiklərini yaxşı bilirdilər və bu gün peşmanlıq çəkmək üçün səbəbləri yoxdur. Sonra da anlışıldığı kimi Türkiyədə “erməni məsələsi”nin köklü həlli baxımından bu üsul ən dəqiq və uyğun bir üsul idi.
Və bu gün bizim milislərin döyüşə qoşulmaqlarının Türkiyə ermənilərinin taleyinə nə dərəcədə təsir etdiyi sualını soruşmaq da əbəsdir. Sərhəddin bu tərəfində bizim fərqli bir xətti izlədiyimiz zaman amansız təzyiqlərin olmayacağını kimsə deyə bilməz. Türklərə qarşı düşmənçiliyimizin dilə gətirilmədiyi təqdirdə, təzyiqlərin də eyni dərəcədə olacağını heç kim deyə bilməz.
Bu mövzuda fərqli baxışlar ola bilərş
Həqiqətsə həqiqət olaraq qalır və ən vacibi isə budur ki, türk hegemonluğuna qarşı on illər öncə başladılmış mübarizə türkiyə ermənilərinin sürgünü və yox edilməsi ilə, dolayısı ilə Türkiyə Ermənistanının boşaldılması ilə nəticələnmişdir.
Qorxunc həqiqət belə idi.
Bundan sonra nə mənası var ki, türklərin dilə gətirilməsi çətin olan pisliklərinin qarşısında dünya sarsılsın. Parlamentlərdə və sivil toplantılarda dövlət adamları qatil türkləri təhdid etsin. “Sarı”, “Mavi” və digər rənglərdə kitablar yayımlansın. Hər cür dinin məbədlərində rahiblər zalım türklərin bəlaya düçar olmaqlarını arzulasın. Dünya mətbuatı qorxunc təsvirləri və şahidlərin danışdıqlarını yayımlasın. Bütün bunların nə mənası var? Lazım olan edilmişdir və Ərəbistan çöllərinə sancılmış cəsədləri sözlərlə diriltmək, yıxılan evləri və boşaldılan ölkəni sözlərlə xilas etmək mümkün deyil.
Dilimizə uyğunlaşdıran: Eminquey
Comments are closed, but trackbacks and pingbacks are open.