XIX əsrdən müasir dövrümüzə qədər Azərbaycanda daşınmaz mədəni irsin qorunmasına varislik kontekstindən baxış
Qobustan qayalıqları ilə Azıx mağarasında ilk insanın əl işlərinin dövrümüzədək gəlib çıxmasında da məhz təbii coğrafi amil əsas rol oynayıb. Qobustanda aşkar edilmiş mağaralar və digər sığınacaqlar, bir sözlə, memarlıq abidələri də sübut edir ki, bu yerlər sivilizasiyaların qovuşaraq yaratdığı mədəniyyətin beşiyi, yəni ilk insan məskənləridir.
Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz parçasıdır
Məhz elə buna görə də çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir. Abidələrimizin bəşəri əhəmiyyətini nəzərə alan UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən nəşr olunan “Dünya İrs” jurnalı da İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalasının qurumun təhlükədə olan İrs siyahısından çıxarılması barədə məqalə dərc edib. Burada abidələrin mühafizəsi sahəsində Azərbaycanın əldə etdiyi uğurlar da yüksək qiymətləndirilib.
Tarixi tədqiqatlar təsdiqləyib ki, Azərbaycan bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazilərində yerləşir. Təbii coğrafi mövqe və həyat şəraitinin təmini üçün zəruri mühitin olmasındandır ki, bu yerlər ilk insan məskənləri kimi tarixə yazılıb. Aparılan arxeoloji tədqiqatların nəticəsində məlum olub ki, burada yaşamış qədim insanlar çox böyük və şərəfli tarixə malikdirlər. Ulu babalarımız çox dəyərli maddi mədəniyyət nümunələri yaratmışlar ki, onlar respublikamızın ərazilərində yetərincə qeydə alınmışdır. Bu abidələr hər bir xalqın və ya millətin tarixi, mədəniyyəti, bir sözlə, inkişafının bariz sübutudur. Maraqlıdır ki, Azərbaycan ərazilərində belə abidələrin sayı həddən artıq çox olub və onların yaşı əsrlərlə hesablanır. Ona görə də ölkəmizə səfər edən Avropa səyyahları Azərbaycanın tarixi mədəni abidələrinə heyranlıqlarını gizlədə bilməmiş və bu barədə dəfələrlə öz xatirələrində qeyd etmişlər.
Maddi mədəniyyət abidələri ilə yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, dini xarakterli məbədlər də bu yerlərin tarixinin qədim və zənginliyini özündə əks etdirir. Coğrafi nöqteyi-nəzərdən harada tikilməsindən asılı olmayaraq, ilk növbədə, onların təbii mühafizəsi nəzərə alınıb.
Qobustan qayalıqları ilə Azıx mağarasında ilk insanın əl işlərinin dövrümüzədək gəlib çıxmasında da məhz təbii coğrafi amil əsas rol oynayıb. Qobustanda aşkar edilmiş mağaralar və digər sığınacaqlar, bir sözlə, memarlıq abidələri də sübut edir ki, bu yerlər sivilizasiyaların qovuşaraq yaratdığı mədəniyyətin beşiyi, yəni ilk insan məskənləridir.
Manna və Atropatena dövlətlərinin mədəniyyət abidələri, müdafiə tikililəri – qalalar, yolüstü karvansaralar, o dövrün şəhərlərinin əzəmətli qala divarları, Urmiya gölü ətrafındakı sərdabələrin tədqiqi göstərir ki, hələ VI yüzillikdə bu yerlərdə yaşayış mədəniyyəti o həddə çatıb ki, hətta eyvanlı evlər də tikilib. Yaxud həmin dövrün dini abidələrindən olan od məbədlərini götürək. Bu günümüzədək gəlib çatan belə sərvətlər (Atəşgah məbədi) Azərbaycanın milli memarlığının inkişafında mühüm rol oynayıb. Onu da qeyd etməliyik ki, atəşpərəstliyin yayılması ilə bağlı yaradılan ibadətgahlar islamdan əvvəlki dövrün məbədləri sayılır. Qafqaz Albaniyasının yadigarları da bir daha təsdiqləyir ki, şəhərsalma mədəniyyətinin təşəkkül tapmasının tarixi çox qədimlərə gedib çıxır. Qəbələnin möhkəm qala divarları, saxsı borularda şəhərə su çəkilməsi, dəmirqapı keçidindəki müdafiə sistemi, Çıraqqala, Ləkit və Mingəçevirdəki məbədlər kompleksi, yaxud Sasanilər dövrü tarixini özündə qoruyub saxlayan müdafiə xarakterli abidələr də bunları söyləməyə əsas verir.
Məlumdur ki, islam dininin Qafqazda yayılması ilə bu yerlərdə memarlığın inkişafında da müəyyən dəyişikliklər zərurətə çevrildi. Yeni tipli memarlıq tikililəri – məscidlər, mədrəsələr, türbə və digər məbədlər tikilməyə başladı. Ərdəbil, Marağa, Urmiya, Şamaxı, eləcə də Bərdə, Şabran və digər yaşayış yerləri o dövr üçün Azərbaycanın ən inkişaf etmiş mədəniyyət mərkəzlərindən sayılırdı. O da xüsusi olaraq qeyd edilməlidir ki, islamdan əvvəlki dövrlərdə inşa edilən alban tikililəri milli memarlığın inkişafında mühüm əhəmiyyət daşıyıb. Həmin dövrün abidələrindən söz açarkən Zaqataladakı Paşan və Muxax, Şəkidəki Böyük Gəldək, Govurqala, Qəbələnin Böyük Əmirli, Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd, bir sözlə, respublikamızın bütün bölgələrindəki tarixi, dini, maddi mədəniyyət nümunələrini unutmaq olmaz. Yeri gəlmişkən, hər bir dövrün özünəməxsus memarlıq nümunələri olub və onlar tarixi əhəmiyyət daşıyıblar. Heç də təsadüfi deyil ki, Vətənimiz abidələr məskəni sayılır. Son dövrlər həmin tarixin yaddaşlarına münasibət birmənalı şəkildə dəyişib. Çünki tarixi yadigarların daşıdığı əhəmiyyət birə-on qat artıb. Turizmin inkişafında mühüm rol oynayan belə abidə və məbədlər heç də ötəri yerə əcnəbi turistlərin marağını kəsb etmir.
Təəssüf ki, tarixən bu kimi mədəniyyət nümunələri milli, məhəlli münaqişələrin qurbanlarına çevrilməkdən sığortalanmayıb. Hər dövrün özü ilə gətirdiyi “səmum yeli” onların bir çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin əvvəllərində və sonlarında ermənilərin məkrli, çirkin siyasəti nəticəsində yer üzündən silinən abidə və məbədlərimiz də az olmayıb. Erməni işğalçılarının talan etdiyi abidələr də Azərbaycan xalqının tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə əks etdirdiyi üçün belə qəddarcasına, vəhşicəsinə yer üzündən silinmiş və ya erməniləşdirilmişdir. Təsadüfi deyil ki, dağıdılmış, məhv edilmiş maddi mədəniyyət nümunələrinin arasında təkcə Şuşa, Laçın və Qubadlının rəsm qalareyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin nəinki ərazilərindəki, hətta muzeylərində qorunub saxlanan belə sərvətlər talan edilərək Ermənistana daşınmışdır.
Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafizəsi bu gün diqqət mərkəzindədir. Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi və mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir ki, bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz bu fondun reallaşdırdığı bir sıra regional, yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib.
Dünya birliyi abidələrin beynəlxalq mühafizəsindən danışdığı bir vaxtda erməni vandalizmi Azərbaycanın maddi mədəniyyət nümunələrini yer üzündən silməklə məşğuldur. Dəfələrlə beynəlxalq tribunalardan səsləndirildiyi kimi, ermənilər heç bir beynəlxalq qanunlara əməl etmək fikrində deyillər. Şuşa tarixən abidələr şəhəri kimi tanınıb. Lakin çox təəssüf ki, 1992-ci il may ayının 8-dən sonra bu qədim, ulu musiqi beşiyində xalqımıza məxsus maddi mədəniyyət nümunələri dağıdılıb. Orada “güllələnmiş heykəllərin fəryadı” isə beynəlxalq birlikdə, sadəcə eşidilmədi. Erməni vandalizminin Azərbaycan ərazilərinə təkcə ötən əsrin doxsanıncı illərinin əvvəllərində təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli muzey, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi – tarixi və mədəniyyət nümunələrini yerlə-yeksan etməsi faktı artıq bir sıra beynəlxalq təşkilatların rəsmi sənədlərində də əksini tapıb. Əlbəttə, bura ayrı-ayrı rayonlarda məhv edilmiş abidə və məbədləri də əlavə etsək aydın olar ki, ermənilərin faşizm xislətli çirkin siyasətinin nəticəsidir ki, keçmiş SSRİ-də yeganə sayılan Ağdamın Çörək, dünya şöhrətli, 13 mindən artıq nadir eksponatlı Kəlbəcər və Laçının tarix-diyarşünaslıq muzeyləri darmadağın edilmişdir.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin barbarcasına dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası ilə daban-dabana zidd olsa da, nədənsə beynəlxalq birlik belə çirkin “siyasət”in qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.
Tarixin yaddaşı və yadigarları olan abidələr maddi mədəniyyət nümunələridir. Bax, elə buna görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacib məsələlərdəndir. 1983-cü ildə UNESCO-nun Beynəlxalq Abidələrin Mühafizəsi Assambleyasının təsis edilməsində də məqsəd diqqəti maddi mədəniyyət nümunələrinin və tarixi ərazilərin qorunmasına yönəltmək olub.
Əlbəttə, mütəxəssislərin də qeyd etdikləri kimi, sivilizasiyalı bəşəriyyətin tarixi keçmişininin öyrənilməsində abidələr xüsusi əhəmiyyət daşıyırlar. O da danılmaz faktlardan hesab edilir ki, minilliklərin yadigarları olan abidələr, təəssüf ki, heç də hamısı bu günümüzə qədər gəlib çıxmayıb. Onların sıradan çıxmasının isə təbii və süni səbəbləri olub. Belə ki, təbii aşınmalara məruz qalan abidələr, təəssüf ki, insan əli və əməlinin də qurbanlarına çevrilmişdir. Zaman-zaman ərazilər yadellilər tərəfindən işğal edilərkən məhvə məhkum olunan maddi mədəniyyət nümunələri içərisində dini xarakterliləri də az deyil. Bütün hallarda tarixi irsi qoruyub saxlamaq vətəndaşlıq borcuna çevrilməlidir.
XIX əsrdən müasir dövrümüzə qədər Azərbaycanda daşınmaz mədəni irsin qorunmasına varislik kontekstindən baxış
a. Mədəniyyət abidələrinin öyrənilməsi və təsnifatı mövzusu genişləndirilsin, bu sahədə ekspedisiya işləri gücləndirilsin və s.
- Yerli partiya və sovet orqanlarından, mədəniyyət abidələrinin lazımı qaydada mühafizəsini təmin etmək üçün müvafiq tədbirlər görülməsi tələb olunsun.
- Tikinti və torpaq işləri aparan bütün idarə və təşkilatların rəhbərləri mövcud olan tikintinin vəsaiti hesabına lazimi arxeoloji nəzarətə, işlər aparılan zaman tapılan tarixi-mədəni əhəmiyyətli əşyaların muzey fonduna verilməsi haqqında qaydalara ciddi əməl olunması barəsində xəbərdarlıq edilsin və s.
Bu illərdə abidələrin qorunması sahəsindəki vəziyyətin təhlili göstərir ki, siyasi qərarlar abidələrin qorunması üzrə görülən işlərin müsbət yöndə dəyişməsində xüsusi rol oynamışdır.
Belə ki, abidələrin bərpa işlərinin yaxşılaşdırılması və sürətləndirilməsi üçün Xüsusi Elmi-Bərpa İstehsalat Emalatxanasının maddi-texniki bazası və kadr potensialının gücləndirilməsi istiqamətində tam olmasa da bir sıra mühüm işlər görülmüş, Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarları ilə “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi (1964), “Qobustan Dövlət Tarix Bədii Qoruğu” (1966) və “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğu (1967) yaradılmış, Möminə Xatun türbəsi, Yusif ibn Küseyr türbəsi, Şirvanşahlar sarayı, Bərdə məqbərəsi, Bakıdakı qala divarları, Şəki xan Sarayı, Mərədkanda dördkünc və dairəvi qala abidələrində bərpa işləri həyata keçirilmiş və digər tədbirlər görülmüşdür.
Respublika üzrə bütün növ abidələr dövlət mühafizəsinə götürülmədiyindən abidələrin yenidən təftişinə qərar verilmiş və nəticədə Azərbaycan SSR Nazirlər Sovetinin 2 aprel 1968-ci il tarixli 140 nömrəli qərarı ilə abidələrin yeni siyahısının təsdiqlənmişdir.
Əvvəlki siyahidan fərqli olaraq bu siyahıda 368 arxeoloji, 591 memarlıq abidəsi olmaqla cəmi 959 abidə dövlət mühafizəsinə götürülmüş və abidələrin sayına görə onların qorunması ilə birbaşa 434 abidə mühafizəçisi məşğul olmuşdur.
(ardı var)
İstifadə olunmuş mənbələrin siyahısı:
- Azərbaycan Xalq Maarif Komissarlığı nəzdindəki Azərbaycan Arxeoloji Komitəsinin Nizamnaməsi //Azərbaycan Arxeoloji Komitəsinin xəbərləri.- 1925.- bur.1.- S.21-24.
- Azərbaycan dövri qədiminin öyrənilməsi [Mətn] : metodoloji məsələlərinə dair /İ. İ. Meşşaninov ; [Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu, Tarix-Etnoqrafiya Şöbəsi] Bakı: AETİ, 1930. 20 s
- Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 – iyun 1941). Bakı. “Elm”. 2008. 568 səh. + 48 səh. illüstrasiya.
- Azərbaycan SSR qanunları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanları və Azərbaycan SSR Hökuməti qərarlarının xronoloji külliyyatı [Mətn] /Azərb. SSR Nazirlər Soveti yanında Hüquq Komissiyası ; [red. M. A. Həsənov] II cild 1936-1945. Bakı: [s. n.], 1961. 393 səh
- Azərbaycanın maddi mədəniyyəti [Mətn] /Azərb. SSR EA, Azərb. Tarixi Muzeyi ; [red. S. M. Qazıyev] Bakı: AzSSR EA, 1949. 157, [1] s.
- Abidələr danışır [Mətn] /Ə. V. Salamzadə ; [red. Ş. Ağayeva] Bakı: Uşaqgəncnəşr, 1952. 87, [5] s.: şək.,
- Azərbaycanın mədəniyyət abidələri haqqında [Mətn] /[ tərt. ed. H. Abdullayev, red. Q. Əhmədov] ; Azərb. SSR Mədəniyyət Nazirliyi Resp. Mədəni-maarif işləri metodkabinəsi, Bakı: [s. n.], 1954. 17, [1] s.
- Azərbaycan memarlıq abidələrinin bərpası [Mətn] : xüsusi elmi bərpa-istehsalat e’malatxanasının onilliyinə dair, 1952-1962-ci illər /Ə. A. Seyidov, V. Y. Qarnik ; Muzeylər və Abidələrin Mühafizəsi Şöbəsi. Bakı: Azərnəşr, 1963. 45 s
- Azərbaycan SSR Qanunları. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanları və Azərbaycan SSR Hökuməti qərarlarının xronoloji külliyyatı (1946-1952); 6 cilddə, III c., Bakı:1963, 618 səh.
- Azərbaycan SRR Qanunları və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fərmanları Məcmuəsi, 1938-1963-cü illər., Azərbaycan SSR Ali Sovetinin Nəşri. Bakı 1963, 558 səh.
- Azərbaycanın memarlıq abidələri [Mətn] /Ə. V. Salamzadə ; [red. M. Nəcəfov]. Bakı: Azərnəşr, 1958. 91, [1] s.: ill.
- Azərbaycan arxeologiyası oçerkləri [Mətn] /T. Bünyadov ; [red. İ. Nərimanov, M. Müştaq]. Bakı: Azərnəşr, 1960. 236s.
- Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,”Şərq-Qərb”, 2008, 632 səh
- Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası, İki cilddə, I cild. Bakı 2004, 440 s
- Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 – iyun 1941). Bakı. “Elm”. 2008. 568 səh. + 48 səh. illüstrasiya. S 379
- Bakı keçmişdə, indi və gələcəkdə [Mətn] /M. Katibli ; [red. H. Tağızadə] ; Azərb. SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyət. Bakı: 1961. 69, [3] s.: fotoşək., şək.,
- Bayramov A. Muzey sərvətlərinin ekspozisiyada mühafizəsi // «Mədəni-maarif», 1986, №4,, s.18-25
- Kərimov B.Azərbaycanda tarix-diyarşünaslıq muzeylərinin təşəkkülü və inkişafı tarixi. Bakı, 2008, «Ziya- Nurlan», 182 səh.
- Kərimov B. Azərbaycanda tarix-diyarşünaslıq muzeylərinin yaranması tarixindən / Azərbaycan Tarixi Muzeyi80, Bakı: “Elm”, 2001, səh. 34-39
- Mustafayev A. Azərbaycanın maddi mədəniyyət tarixi. Bakı: «Bakı Universiteti» nəşriyyatı. 2009, 420 səh.
- Maddi-mədəniyyət abidələrinin əhəmiyyəti və mühafizəsi [Mətn] /C. Ə. Xəlilov ; [red. M. Müştaq]. Bakı: Azərnəşr, 1961. 56, [3] s.: şək.,
- Muzeylərə və abidələri mühafizə etməyə aid rəhbər materiallar / Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Respublika Mədəni-maarif işləri metod kabinəsi. Bakı, 1955, 77 səh,
- Q.C Əliyev., Ə.M Tağıyev., M.İ. Bayramov “Mədəniyyətşünaslığın əsasları. Bakı, 1999
Rus dilində
- Известия Азербайджанского комитета охраны памятников старины, искусства и природы. Азкомстарис. Баку: 1927.- 270 с
- Краткий путеводитель [Текст]: наиболле известным памятникам древности и природы в Азербайджана /Сост. В.М. Сысоев; АЗКОМСТАРИС Баку , 1930.47 с.
- Памятники Азербайджанской культуры [Текст] : Бакинский Дворец Ширваншахов /В. Н. Левиатов ; ред. Е. А. Пахомов ; Академия Наук СССР-Азербайджанский Филиал, Институт Истории. Баку: АзФАН, 1944. 52 c
- Сессия посвященная итогам археологических работ 1963 г.: тезисы докладов и сообщений /Академии Наук Азербайджанской ССР Институт Истории, Bakı: [s.n.], 1964. 36, [4] s
- Хронологическое собрание законов Азербайджанской ССР, Указов Президиума Верховного Совета и постановлений Азербайджанской ССР / Том I, 1920-1935 гг.Баку, 1959, 260 с, s.229
Dövri mətbuat, məcmuələr:
- Azərbaycanın qədim tarixi: Abidələr haqqında //Qızıl qələm.- 1924.- №1.- S.11-16; №3.- S.13-15; №4.- S.21-23
- Azərbaycanın qədim abidələri //Qızıl qələm.- 1924.- №3.- S.15-18.
- Klimov, A. Qədim abidələr /A.Klimov //Kommunist.- 1938.- 17 oktyabr.
- Hüseynov, Y. Tarixi abidələri diqqətlə qorumalı /Y.Hüseynov // Kommunist.- 1941.- 17 iyun
- Əliyev, M. Azərbaycanda qədim və orta əsrlərdə geoloji biliklərin və mədəni irsin tarixindən /M.Əliyev, M.Kaşqay //AzSSR EA-nın Xəbərləri.- 1955.- №7.- S.27-41. nov //Kommunist.- 1957.- 9 yanvar.
- Rzayev, N. Mədəniyyət abidələrinə diqqəti artırmalı /N.Rzayev //Ədəbiyyat və incəsənət.- 1957.- 12 may.- S.4.
- Aslanov, Q. Mədəniyyət abidələri öyrənilir /Q.Aslanov //Mədəni-maarif işi.- 1968.- №3-4.- S.48-51.
- Əliyev, M. İnqilabdan əvvəl Azərbaycan memarlığının öyrənilməsi tarixindən /M. Əliyev //AzSSR EA-nın Məruzələri.- 1971.- C.27.- №1.- S.76-80.
- Respublika ərazisində mədəniyyət abidələrinin vəziyyəti və onların qorunması tədbirləri haqqında Azərbaycan SSR Ali Sovetinin Qərarı //Kommunist.- 1973.- 13 iyul.- S.1; Ədəbiyyat və incəsənət.- 1973.- 14 iyul.- S.5-12.
- Qiyasi, C. Abidələri ellikcə qoruyaq /C.Qiyasi // Ə dəbiyyat və incəsənət.- 1973.- 13 oktyabr.- S.15.
- Mustafayev, A. Abidələr tədqiq olunur: [respublikamızda aparılan arxeoloji qazıntılar haqqında] /A.Mustafayev //Kommunist.- 1974.- 8 dekabr
- Haqverdiyev, T. Abidələr bərpa olunmalıdır /T.Haqverdiyev //Ədəbiyyat və incəsənət.- 1976.- 17 iyul.- S.6
- “Tarix və mədəniyyət abidəlrinin mühafizəsi onlarda istifadə haqqında” SSRİ Qanunu //Kommunist qazeti. 1976, 31 oktyabr,
- Mahmudov, R. “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında”: [AzSSR Ali Soveti Mədəniyyət Komis-siyasının sədri, deputat R.İ.Mahmudovun məruzəsi] /R.Mahmudov //Kommunist.- 1978.- 25 iyul.
- Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında”: Azərbaycan SSR qanununun qüvvəyə minməsi qaydaları barəsində Azərbaycan SSR Ali Sovetinin qərarının qəbul edilməsi haqqında //Kommunist.- 1978.- 28 iyul
- “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu: [1978-ci il iyulun 21-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin səkkizinci sessiyasında qəbul edilmişdir].- Bakı, 1978.- 35 s.
- Mədəni irsi qorumalı //Kommunist.- 1987.- 16 may.
- Məmmədov, X. Bizə varis demək olarmı? /X.Məmmədov, O.Hacıyev //Kommunist.- 1988.- 8 yanvar.
- Salamova, A. Memarlıq abidələrinin bərpası və onun bəzi problemləri /A.Salamova //Ə dəbiyyat və incəsənət.- 1981.- 20 fevral.- S.7.
- Azərbaycan KP MK-da və Azərbaycan SSR Nazirlər Sovetində: Azərbaycan KP MK və Azərbaycan Respublika Nazirlər Soveti Azərbaycan SSR-də şəhərsalma, arxitektura və arxeoloji abidələrin mühafizəsini, bərpasını və onlardan istifadə olunmasını daha da yaxşılaşdırmaq tədbirləri haqqında məsələ müzakirə etmişdir //Kommunist.- 1981.- 4 oktyabr.
- Hüseynov, R. Abidələr bərpa olunur: [Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Elmi Bərpa İstehsal İdarəsinin fəaliyyəti haqqında] /R.Hüseynov //Kommunist.- 1984.- 28 oktyabr
- Cəbiyev, Q. Abidələr, dağıntılar, qaydalar: [abidələrin bərpası və mühafizəsi haqqında] /Q.Cəbiyev //Azərbaycan gəncləri.- 1984.- 30 oktyabr.
- Mədəni irsi qorumalı: [tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydası] //Kommunist.-1987.- 16 may.
- Dövlət başçısı tarixi-memarlıq abidələrinin qorunmasını tələb edir //Azad Azərbaycan.- 2006.- 23 avqust.- S.1
- KamilİBRAHİMOV, Mədəni dəyərlərə sadiqlik örnəyi // Azərbaycan.-2018.-14 dekabr.- S.1; 6.
İnternet resursları:
54. İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində yaradılan şəraitlə tanış olub \ https://president.az/articles/17804
55. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu\ http://www.e-qanun.az/framework/25303
56. “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı\ http://www.e-qanun.az/alpidata/framework/data/30/f_30401.htm
57. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı \ http://www.e-qanun.az/alpidata/framework/data/28/c_f_28902.htm
51. “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı \ http://www.e-qanun.az/framework/2847
58. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı \ http://www.e-qanun.az/framework/43473
59. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında” \ Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı \ http://www.e-qanun.az/framework/44581
65. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu \ http://www.e-qanun.az/framework/3526
66. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) TƏSNİFATI / http://www.e-qanun.az/framework/41438
67. Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) TƏSNİFATI / http://www.e-qanun.az/framework/21781
68. Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların TƏSNİFATI / http://www.e-qanun.az/framework/23253
Seyran Quliyev
BDU-nun doktorantı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin baş məsləhətçisi
Comments are closed, but trackbacks and pingbacks are open.