Press "Enter" to skip to content

Azərbaycan ədəbi dilinin norma və üslubları

3) Elmi üslub: elmi əsərlərin, dərsliklərin, monoqrafiyaların dili. Əsas əlaməti məntiqilik, ardıcıllıq, terminlərin olmasıdır. Azərbaycan alimləri istər orta əsrlərdə, istərsə də sonralar öz əsərlərini daha çox beynəlxalq dillərdə yazdıqlarına görə elmi üslub bədii və publisistik üslub qədər geniş imkanlar qazanmamışdı.

Ədəbi dil. Müasir Azərbaycan ədəbi dilinin normaları.

Ədəbi dil tarixən müəyyənləşmiş möhkəm qayda -qanunlara tabe olub, xalqın, millətin ümumi, nümunəvi ünsiyyətinə xidmət edir. Ədəbi dilin iki forması vardır: şifahi ədəbi dil və yazılı ədəbi dil. Şifahi ədəbi dil (səsli dil) çox qədimdir,o, yazılı ədəbi dil hələ mövcud olmadığı uzun dövr ərzində xalq yaradıcılığının ifadə vasitəsi kimi işlənmişdir. Nitqlər, çıxışlar,mühazirələr şifahi nitqə aiddir. Şifahi ədəbi dil orfoepik normalara tabe olur və səslənən dildir. Yazılı dilin ilkin nümunələri rəsmi sənədlərin, dövlət başçılarının məktublarının, bədii əsərlərin, həmçinin dini mətnlərin dili olmuşdur. Cəmiyyət inkişaf etdikcə yazılı ədəbi dilin meydanı genişlənmişdir. Yazılı dil orfoqrafik normalara tabe olur, yazılan dildir. Dünyanın inkişaf etmiş ədəbi dilləri kimi Müasir Azərbaycan ədəbi dili də mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Ədəbi dilin (nitqin) tabe olduğu qayda -qanunların sisteminə ədəbi dilin normaları deyilir. Norma – müəyyən bir dövrdə sözün fonetik tərkibi və leksik mənasının, cümlənin qrammatik quruluşunun hər hansısa bir dil kollektivində obyektiv şəkildə fəaliyyətidir. Təbiidir ki, Azərbaycan ədəbi dilinin normaları dilimizin dialekt və şivələrindəki, xalq danışıq dilindəki qeyrimükəmməl, qeyri-sabit normalardan fərqlənir. Bu cür normalılıq, yəni normativlik ədəbi dilin nisbi sabitliyindən, əhatəliliyindən və dilin quruluşunu əks etdirməsindən irəli gəlir. Ədəbi dilin normaları bir sistem şəklində olsa da, onlarda müstəqillik də vardır. Nitq mədəniyyətinin əsas şərtlərindən biri ədəbi dilin normalarına riayət olunmasıdır. Dilin daxili quruluşunu onun səs tərkibi leksikası və qrammatikası təşkil edir. Ədəbi dilin normaları da bu quruluşa uyğundur: fonetik norma; leksik yaxud leksik- semantik norma; qrammatik norma.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Azərbaycan ədəbi dilinin norma və üslubları

Ədəbi dilin birinci keyfiyyəti onun müəyyən normalara malik olmasıdır. Müasir Azərbaycan ədəbi dili dünyanın inkişaf etmiş dillərindən biri kimi mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur.

Dilin daxili quruluşunu onun səs tərkibi (fonetikası), leksikası (lüğət tərkibi) və qrammatikası təşkil edir. Ədəbi dilin normaları da bunlara uyğundur:

1) Fonetik norma;
2) Leksik norma;
3) Qrammatik norma.
Fonetik norma özü iki yerə bölünür:
a) Orfoepik norma
b) Orfoqrafik norma

Orfoqrafik və orfoepik normalar dilin fonetik və qrammatik (morfoloji) normaları əsasında yaranır. Azərbaycan dilinin iltisaqi tipə aid olması onun ədəbi normalarının xarakterini, tipologiyasını müəyyən edir.

Sözün ədəbi dildəki tələffüz variantı orfoepik norma adlanır. Bu normalar orfoepiya lüğətində əks olunur.

Sözün ədəbi dildəki yazılış variantı orfoqrafik norma adlanır. Bu normalar dövlət tərəfindən (Nazirlər Kabineti) tərəfindən təsbit olunur və orfoqrafik lüğətlərdə təsbit olunur.

Leksik norma

Azərbaycan dilinin lüğət tərkibi çox zəngindir. Dünyanın başqa inkişaf etmiş ədəbi dilləri kimi, Azərbaycan ədəbi dilində də leksik normanın keyfiyyətini milli sözlər müəyyən edir.

Leksik norma hər kəsdən sözün mənası və ya mənaları ilə yaxşı tanış olmağı, onu yerində, düzgün işlətməyi tələb edir. Belə ki, dildəki sözlər tarixi inkişaf sayəsində müəyyən mənaya malik olur. Sözün ona məxsus olmayan, ənənədən çıxan mənada işlədilməsi, lüzumsuz şəkildə mətnə daxil edilməsi nitq nöqsanıdır. Söz onun üçün xarakterik olan mənada işlənmirsə, demək, fikir düzgün anlaşılmayacaq, beləliklə, nitq mədəniyyətinin tələbi-leksik norma pozulacaq.

Ədəbi dildə loru, kobud söz və ifadələr işlədilməməlidir.

Leksik norma dialekt sözlərində, varvarizm və vulqar sözlərdə də çox ehtiyatlı olmağı tələb edir. Əgər bu sözlər bədii məqsəd güdmürsə, ədəbi dil normaları onları işlətməyi qadağan edir.

Sözdən düzgün istifadə ilə yanaşı, onun dəqiq, yerinə görə ifadəli və emosional işlədilməsi də leksik normanın tələblərindəndir.

Qrammatik norma

Müasir Azərbaycan ədəbi dilinin qrammatik norması ümumxalq dilinin iltisaqilik prinsipinə əsaslanan qrammatik quruluşunu əks etdirir.

Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqlərin nitqdə düzgün qurulmasını tələb edir, onu normaya salır.

Müasir ədəbi dilimizin qrammatik normalarını təxminən aşağıdakı kimi qruplaşdırmaq olar:
1) İsimlərə əvvəl cəm, sonra mənsubiyyət, hal şəkilçiləri və s. artırılır: kənd-lər-imiz-in
2) Təyini müəyyən miqdar sayı olan isim təkdə işlənməlidir: on uşaq, üç dəftər

3) Fel köklərinə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra isə şəxs (xəbərlik) şəkilçiləri artırılır: qal-dı-ril-ma-lı-dır; döy-üş-çü-lər-imiz-in-dir

4) Mübtəda ilə xəbər arasında şəxsə, qismən də görə uzlaşma gözlənilir: Sən azərbaycanlısan. Onlar türkdürlər.

Azərbaycan ədəbi dili funksional üslublar sisteminə malikdir. Həmin üslublar aşağıdakılardır:

1) Bədii üslub: bədii əsərlərin (poeziya, nəsr, dramaturgiya) dili. Əsas əlamətləri obrazlılıq və emosionallıqdır. Azərbaycan dili yüzilliklər boyu poeziya dili kimi inkişaf etmişdir. Deməli, ədəbi dilin bədii üslubu qədimliyi, mükəmməlliyi və bütün tarixi boyu aparıcı olması ilə seçilir.

2) Publisistik üslub: qəzet, jurnal, radio, televiziya, mitinq dili, müxtəlif yığıncaqlarda istifadə olunan dil. Əsas əlaməti kütləvi anlaşıqlılıq, aydın dildir. Publisistik üslubun yaranması “Əkinçi” ilə (milli mətbuatın əsasının qoyulması ilə) başmış və inkişaf etmişdir.

3) Elmi üslub: elmi əsərlərin, dərsliklərin, monoqrafiyaların dili. Əsas əlaməti məntiqilik, ardıcıllıq, terminlərin olmasıdır. Azərbaycan alimləri istər orta əsrlərdə, istərsə də sonralar öz əsərlərini daha çox beynəlxalq dillərdə yazdıqlarına görə elmi üslub bədii və publisistik üslub qədər geniş imkanlar qazanmamışdı.

4) Rəsmi-işgüzar üslub: rəsmi və işgüzar sənədlərin dili. Əsas əlaməti standart formalardan istifadədir. Rəsmi-işgüzar üslubun inkişafı digər funksional üslublardan geri qalmışdı. Bu da həmin üslubun dövlətçilik ənənələrindən asılı olması ilə bağlıdır. Məsələn, Azərbaycan dövlətçiliyinin meydana gəlməsi ilə bağlı XVI əsrdə-Xətai dövründə az-çox mükəmməl sənəd nümunələri yaranmışdır. Sovet dönəmində isə sənədləşmə daha çox rus dilində aparıldığı üçün rəsmi-işgüzar üslub inkişafdan qalmışdı. Müstəqil Azərbaycan dövlətinin yaranması bu üslubun sürətli inkişafına və möhkəmlənməsinə şərait yaratdı.

5) Məişət üslubu: gündəlik ünsiyyət dili. Əsas əlaməti nitqin sərbəstliyi və təbiiliyidir. ədəbi dildə məişət dili, məişət üslubu – danışıq dili mövcuddur. Bu gün məişət dili kimi qavradığımız nitq o zamanlar xalqın ünsiyyət saxladığı dilin özü idi.

İfalarında ədəbi dil normalarını pozan və qaydalara əməl edən müğənnilərin tam siyahısı açıqlanıb – MÜSAHİBƏ

İfalarında ədəbi dil normalarını pozan və qaydalara əməl edən müğənnilərin tam siyahısı açıqlanıb – MÜSAHİBƏ Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva Reporta müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

22 Oktyabr , 2018 16:44

https://static.report.az/photo/cbc8e3e5-6204-4706-a357-1fcd29720d6c.jpg

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva “Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik. – Sevinc xanım, müğənnilərin ifası ilə bağlı monitorinqə nə vaxtdan etibarən başlanılıb? – Müğənnilərin ifası ilə bağlı monitorinqlərimizə 2018-ci ilin əvvəllərindən başlanılıb. Oktyabr ayının 19-da “Musiqi ifaçılarının nitqində ədəbi dil normalarının gözlənilməsi” adlı konfrans keçirildi və orada “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda məruzə ilə monitorinqimizin nəticələrini ictimaiyyətə açıqladıq. İlin əvvəlində belə bir monitorinqə başlayacağımızı elan edəndə, bu məsələ ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı, sanki illərdir hamı bunu gözləyirmiş. Biz monitorinqi hansısa bir ifaçının ifa tərzini, sənətini, yaradıcılığını şübhə altına almaq məqsədi ilə aparmırıq, məqsəd digər sahələrdə olduğu kimi müğənnilərin ifa tərzində ədəbi dil normalarını gözləməsidir. Monitorinq şöbəsi 2013-cü ildən yaranıb. Yarandığı dövrdən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş maddələrə uyğun olaraq fəaliyyətini davam etdirir. Bir çox sahələrdə ədəbi dil normalarının gözlənilməsi məsələsi maddələrdə yer alır. Harada düzgün olmayan söz, yazı, danışıq varsa, biz həmin məsələlərə ciddi nəzarətlə yanaşıb, mütəxəssis kimi tövsiyyə və təkliflərimizi veririk. Hətta Monitorinq şöbəsi yaranmamışdan əvvəl də 2011-ci ildən Dilçilik İnstitutu bu işlə məşğul olub. Sevindirici haldır ki, son illərdə kütləvi informasiya vasitələrinin dilində vəziyyət xeyli yaxşılaşıb, böyük irəliləyiş var. Son dövrdə, xüsusən telekanallarda ədəbi dillə bağlı vəziyyət müsbətə doğru dəyişib. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva Oktyabr ayının 19-da keçirilən “Musiqi ifaçılarının nitqində ədəbi dil normalarının gözlənilməsi” adlı konfransdan sonra bəzi etirazlar oldu. Sizcə, narazılıqların səbəbi nədir? – Konfransdan sonra bir sıra müğənnilər etiraz etdi, monitoriqlərimizin nəticələri düzgün qarşılanmadı. Dəfələrlə bildirmişik ki, apardığımız monitorinqin məqsədi müğənnilərin ifasındakı ədəbi dil normalarının gözlənilməsidir, yalnız ifalarındakı. Dünən ATV kanalında yayımlanan verilişlərdən birində sevilən müğənnimiz Elnarə Abdullayevanın çıxışından anlaşılır ki, bizim monitorinqimizin mahiyyətini başa düşməyib, onlar danışıqla ifanı səhv salıblar, biz ifanın üzərində monitorinq aparmışıq. Hər kəs müəyyən bölgəyə məxsusdur, o yerin də dil xüsusiyyətini daşıyır, danışıqda bunun hiss olunması təbiidir. Bizim monitorinqin mövzusu olmasa da, onu da qeyd edim ki, ictimai xadimləri, müğənniləri onlarla, yüzlərlə, minlərlə tamaşaçı dinləyir, onlar hər bir halları ilə nümunə olmalıdırlar. Danışıqları da ədəbi dil normalarına uyğun tənzimlənməlidir, çünki onlar eyni zamanda dili təbliğ və tərənnüm edir, bu, tamaşaçıya düzgün çatdırılmalıdır. Amma müğənnilərin danışığı bizim monitorinqin obyekti olmayıb. Məsələ odur ki, danışığında, ifasında qüsur olan müğənnilərin tələbələri də eyni səhvi təkrarlayırlar. Bizim əlimizdə tələbələrin öz müəllimlərinin səhvlərini eyni ilə təkrar etməsi ilə bağlı faktlar da var. Telli Borçalı – Konfransa müğənniləri dəvət etmişdinizmi? – Bakı Musiqi Akademiyasına və Azərbaycan Milli Konservatoriyasına rəsmi dəvətlər göndərilmişdi. Bəzi musiqi verilişlərinin aparıcılarını və müğənniləri isə şəxsən dəvət etmişdik. Onların konfransda iştiraklarını çox istəyirdik, səhvlərini özləri görsələr daha yaxşı olardı. İnsan ömür boyu öyrənir, burda qəbahətli heç nə yoxdur. – Sevinc xanım, neçə nəfər müğənninin ifası üzərində monitoriq aparılıb? – Bu gün Azərbaycan televiziya və radio məkanında daha çox təqdim olunan müğənnilərin ifa tərzinə müraciət etdik. Təxminən 50-yə yaxın müğəninnin yaradıcılığına müraciət etmişdik ki, onların da 39-nun ifasında müxtəlif dil qüsurları aşkarlandı. Amma bu o demək deyil ki, müğənni hansısa mahnısında dil normasını pozubsa, o, qəbahətli dil qüsuru ilə oxuyan müğənnidir. Xeyr! Sadəcə biz ədəbi dil normaları üzrə səhvləri müəyyənləşdirdik və açıqladıq. Məsələn, Elnarə Abdullayeva bir neçə mahnıda xırda qüsura yol verib, amma elə mahnı var ki, orda başqa müğənni səhv oxuyur, Elnarə xanım qüsursuz oxuyur. Rəqsanə – Dediniz 50-yə yaxın müğənninin ifası üzərində monitoriq aparmısız, onlardan 39-da qüsur aşkar olunub. İfasında dil qüsuru olan müğənnilərimiz kimlərdir?Zemfira İbrahimova, Şəbnəm Tovuzlu, Abbas Bağırov, Təranə Qumral, Ayan Babakişiyeva, Könül Kərimova, Xəyyam Nisanov, Uran, Telli Borçalı, Aşıq Əli, Aşıq Əhliman, Zabit Nəbizadə, Cavanşir Məmmədov, Namiq Qaraçuxurlu, Damla, Pərviz Bülbülə, Eyyub Yaqubov, Röya, Brilliant Dadaşova, Tünzalə Ağayeva, Zülfiyyə Xanababayeva, Üzeyir Mehdizadə, Günay İbrahimli, Nazənin, Çinarə Məlikzadə, Elxan Əliyev, Talıb Tale, Rəqsanə, Aşıq Zülfiyyə, Bəturə Hüseynova, Rəvan Qarayev, Vasif Əzimov, Sevda Ələkbərzadə, Xumar Qədimova, Qurd, Murad Arif, Manaf Ağayev, Tacir Şahmalıoğlu. Adlarını qeyd etdiyim müğənnilərin ümümi nitqində deyil, ifa etdiyi bəzi mahnılarda dil qüsurları aşkarlanıb. Məsələn, bəzi müğənnilər ifalarında dialekt, digərləri xarici sözlərdən istifadə edib. Onların arasında orfoepik qaydanı pozanlar, vulqar sözlərdən istifadə edənlər, vurğunu düzgün, yerində işlətməyənlər, uzun saitləri qısa səsləndirənlər, ehtiyac olmadığı halda sözə əlavə sait artıranlar da var. – Qeyd etdiyiniz siyahıda Fədayə Laçının adı yoxdur, onun ifası monitoriqlərə cəlb olunmuşdumu? – Bəzi saytlarda Fədayə Laçının ifasının da monitorinqlərə cəlb olunduğu yazılıb, amma bu, tamamilə yanlışdır. Sizə təqdim etdiyim siyahıda onun adı yoxdur, onu monitorinqə cəlb etməmişik. Çünki monitorinqin hədəfi son dövrlərdə Azərbaycan tamaşaçının dinlədiyi, daha çox üstünlük verdiyi ifalardan gedirdi. – İfasında qüsur aşkar etmədiyiniz ifaçıların adlarını da açıqlaya bilərsiniz? – Monitorinqə cəlb etdiyimiz müğənnilər sırasında Gülyaz və Gülyanaq Məmmədova bacılarının adını xüsusi ilə qeyd etmək istərdim. Onların ifasında ciddi qüsurlar, demək olar ki, aşkarlanmayıb. Buraya Ehtiram Hüseynov və Faiq Ağayevi də əlavə etmək olar. Faiq Ağayev – Müğənnilərin ifasındakı dil qüsurları ilə bağlı aparılan bu monitorinqə yekun vurdunuz, yoxsa növbəti mərhələlərdə davam etməsi gözlənilir? – Bu il üçün bitdi. Düşünürəm ki, apardığımız monitorinqin nəticələri müvafiq qurumlar üçün maraqlı olmalıdır. Elm, mədəniyyət və digər sahələri təmsil edən şəxslər sərhədlər aşaraq doğma Azərbaycanımızı, o cümlədən Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrində tanınır və sevdirirlər. Buna görə də həmin ifalarda ədəbi dil normalarına ciddi riayət olunmalı, qüsurlara yol verilməməlidir. – Kimlər dil normalarına mütləq əməl etməlidir? – Özünə, təmsil etdiyi mədəniyyətə, xalqa sevgisi olan hər kəs ana dilində mükəmməl danışmaqla, onun qayda-qanunlarına əməl etməlidir. Söhbət Azərbaycandan və Azərbaycan dilindən gedirsə, burda heç kimə güzəşt oluna bilməz.

Comments are closed, but trackbacks and pingbacks are open.