Press "Enter" to skip to content

Ədəbi tənqid tarixi

Ədəbiyyat a həm yazılı, həm də şifahi söz və dil istifadəsinə əsaslanan bədii təzahür. Həm də akademik bir mövzunun adı və ədəbi əsərləri araşdıran nəzəriyyənin adıdır. Ədəbiyyat sözü Latın dilindən götürülmüşdür litteratūra.

Ədəbi tənqid haqqında variasiyalar – Nizaməddin ŞƏMSİZADƏ

Ədəbi tənqidin əsas vəzifəsi ədəbiyyatın bədiiliyini – fəlsəfi ideyasını və estetik gözəlliyini açmaqdır. Ədəbi tənqid oxucuda bədiiliklə ünsiyyət, təmas yaratmalıdır. Tənqid bədii ədəbiyyatın yiyəsi – sahibidir. O, bədii ədəbiyyatın tarixi taleyi üçün məsuliyyət daşıyır. Hər bir dövrün tənqidi öz dövrünün oxucusunu ədəbiyyatla yaşamaq üçün hazırlamalıdır. Ədəbi tənqid yazıçı ilə oxucu arasında etibarlı körpü olmalıdır. Beləliklə də tənqid oxu prosesini, oxucunun işini asanlaşdırmalıdır. Bunun üçün tənqid təkcə yazıçının, yalnız ədəbiyyatın yox, həm də oxucunun psixologiyasını, onun estetik zövqünü bilməli, onun zövqünü bədii mədəniyyəti dərk etmək üçün cilalamalıdır. Bütün bu mühüm vəzifələri icra etmək üçün ədəbi tənqid öz estetik meyarlarını, təhlil metodlarını nəzəri cəhətdən işləyib hazırlamalıdır. Ən başlıcası: tənqidin estetik meyarları bədii mahiyyətlə uyğun gəlməlidir. Biz bu barədə “Tənqidin ədəbi prosesdə rolu” (2003) və “İdrakın üfüqləri” (2019) kitablarında kifayət qədər əhatəli fikir söyləmişik. “İdrakın üfüqləri” kitabında 2015-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunmuş 10 məqalədən ibarət silsilə yazılar yer alır (səh. 107-163). Meyarsızlıq bütün dövrlərdə, xüsusən müstəqillik dövrünün (1991-2021) ədəbi tənqidimizin əsas nəzəri metodoloji qüsuru olub. Bəs ədəbi tənqid öz estetik meyarlarını haradan və necə əldə etməlidir? Bunun üçün bir neçə məxəz – mənbə göstərmək olar: 1. Klassik ədəbiyyatın ənənələri və təcrübəsi; 2. Dövrün tarixi mahiyyətini başa düşmək; 3. Cari ədəbi prosesin əsas meyil və tendensiyalarını həssaslıqla izləmək və ümumiləşdirmək; 4. Dünyada mövcud olan nəzəri cərəyanları – renessans, sufizm, klassisizm, maarifçilik, romantizm və realizmi təhlilin və tədqiqin arsenalına gətirmək; 5. Ədəbi prosesin prioritetlərini müəyyən etmək; 6. Digər elmlərin, (məsələn, sinergetikanın) və mexnologiyaların nəzəri nailiyyətlərindən faydalanmaq. Ədəbi tənqid lirik janrlara, epik janrları və dramatik növə eyni meyarlarla yanaşa bilməz, bu, absurda gətirib çıxara bilər. Bizim ədəbi tənqidin bir qüsuru da bu mənada “universallığıdır”. Lirik əsərin təhlil metodları ilə nəsr əsərini, məsələn, romanı təhlil etməsidir.

Müasir ədəbi-nəzəri fikir klassik elmi üslubdan daha çox, çevik ədəbi tənqidi üsluba meyil göstərir. Bu da daha çox streslərlə və kompüter texnologiyaları ilə bağlıdır. Belə üslub lirik janrların təhlili üçün də əlverişlidir. Çünki lirik janrlar dəyişən zamanın proseslərinə operativ surətdə cavab verir. Sözün yaxşı mənasında lirik növün janrları konyuktur mahiyyət daşıyır. Şeir linqvopoetik təhlil tələb edir. “Lirik şeirdə forma özü elə məzmundur” (Musa Adilov) fikrində müəyyən həqiqət var. Şeirin təhlili linqvistik incələmə tələb edir: assosiasiyalar, assosianslar, rəmzlər, xüsusən dinlə bağlı obrazlar xüsusi təhlil tələb edir. Burada bir mühüm faktor da nəzərə alınmalıdır: biz vəznləri nəzərdə tuturuq. Əruz (qəzəl və qəsidə), heca (qoşma, təcnis) və sərbəst (R.Rzanın “Rənglər” silsiləsi) eyni metodla, eyni üslubda təhlil edilə bilməz. Bu vəznlərin poetik əlamətləri ədəbi tənqidin meyarlarında və üslubunda həlledici olmalıdır.

Dünyada əksər yazıçılar tənqidi bəyənməyiblər, ona laqeyd olublar, onu lazımsız hesab ediblər. Məsələn, fransız yazıçı və nəzəriyyəçisi Jül Renar belə deyib: “Tənqidçi öz rotasına atəş açan əsgərdir”. Böyük rus yazıçı və dramaturqu A.P.Çexov xəstə yatarkən onun yanına gələn Maksim Qorkinin “Tənqidə münasibətiniz necədir?” Sualına belə cavab verib: “Tarlada əzələləri gərilərək yer şumlayan at görmüsünüz? Bax, tənqid həmin ata mane olan milçək kimi bir şeydir”. Dünyanın dahi adamlarından olan alman iqtisadçısı Karl Marks “Əgər sən şairsənsə mən də tənqidçiyəm!” – deyə fəxrlə özünü tənqidçi adlandırmışdı. Amerika yazıçısı heç vaxt özü haqqında yazılan tənqidləri oxumurmuş. XX əsrin böyük yazıçı və tənqidçisi Seyid Hüseyn “Tənqidsiz ədəbiyyat ormanlarda bitən yabani ota bənzər” – deyə ədəbi tənqidin müstəsna əhəmiyyətini qeyd etmişdir.

Ədəbi tənqid ədəbi prosesin üzvi bir hissəsi, onu hərəkətə gətirən güc mənbəyidir. Əlbəttə, söhbət obyektiv, məntiqə əsaslanan intellektual tənqiddən gedir.

Uzun müddət, sovet dönəmində, necə deyərlər, təsvir tənqidi hakim olub. Əsərin məzmununu danışmaq, səthi təsvir, tənqidsizlik bu tənqidin, xüsusilə 40-50-ci illər Azərbaycan tənqidinin əsas təhlil metodu idi. Azərbaycan tənqidində təsvir tənqidindən təhlil tənqidinə, intellektual tənqidə keçid, digər ədəbi sahələrdə olduğu kimi, XX əsrin 60-cı illərinin ortalarında baş verən “60-cılar” adı ilə Azərbaycan ədəbiyyatı tarixində yeni mərhələ yaradan ədəbiyyat öz tənqidini də yaratdı.

Bu mərhələ nəsrdə M.İbrahimovun “Böyük dayaq”, İ.Əfəndiyevin “Söyüdlü arx”, M.Hüseynin “Yeraltı çaylar dənizə axır”, İ.Hüseynovun “Yanar ürək”, S.Əhmədlinin “Görünməz dalğa”, “Dünyanın arşını” əsərləri ilə başlandı, Anarın, Ə.Əylislinin, Elçinin, İ.Məlikzadənin, S.Azərinin, M.Süleymanlının əsərləri ilə formalaşdı. Poeziya sahəsində R.Rzanın, B.Vahabzadənin “Rənglər” silsiləsi, Əli Kərimin, F.Qocanın, M.Arazın, X.Rzanın, Ə.Salahzadənin, R.Rövşənin poeziyası bu ədəbi mərhələnin əsasını təşkil etdi. Ədəbi tənqid sahəsində təsvir tənqidindən təhlil tənqidinə – intellektual tənqidə keçidin icraçıları ilə bunlar idi. Yaşar Qarayev, Elçin, Asif Əfəndiyev, Akif Hüseynov və b.

XX əsrin 80-ci illərində intellektual tənqidin yeni nəsli formalaşdı. Bunlar: Nadir Cabbarov, Kamil Vəliyev, Vilayət Quliyev, Kamal Abdullayev, Nizami Cəfərov, Rəhim Əliyev, Şirindil Alışanov, Rahid Xəlilov, İlham Rəhimli, Vaqif Yusifli, Məryəm Əlizadə, Asif Hacıyev, Kamran Əliyev, Arif Məmmədov və b. idi. Bu tənqidçilər bir ədəbi nəsil kimi formalaşıb, estetik proqramlarını irəli sürdülər. Onlardan sonra ədəbi-tənqidə gələnlər bir pleyada kimi formalaşa bilmədi.

Ədəbiyyat və tənqid sahəsində yeni dövrə – sosializmdən kapitalizmə, istismardan istiqlala keçidi ədəbi-tarixi missiya olaraq bu tənqid nəsli icra etdi.

Onlar ilk dəfə ədəbi tənqidə yalan danışmamağı, əsassız tərif söyləməməyi, ədəbiyyatda milli müəyyənliyi, demokratizmi qorumağı öyrətdilər. Bu nəslin ən yaxşı nümayəndələrinin məqalə və monoqrafiyalarında ədəbiyyatımızın, öyrənilməmiş, sovet diktaturası tərəfindən yasaq olunmuş mərhələ və şəxsiyyətləri gəldi, 37-ci ilin qurbanlarının ədəbi tarixi haqqı bərpa olundu. Ədəbiyyatımız sosioloji çamurluqdan, zərərli yarlıqlardan, ucuz təriflərdən xilas olundu. Milli bədii irs kimi araşdırıldı.

Ədəbi tənqiddə şəxsiyyət amili ön plana keçdi.

Tarixi Zəfərlə başa çatan, hər günü bir ilə bərabər 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda yeni tarixi reallıq yaranıb. Bəs bu reallıq baxımından ədəbi prosesin, onun tərkib hissəsi olan ədəbi tənqidin problemləri və prioritetləri necədir? Bu suala ədəbi növlərə yeni münasibətin xarakterindən gələrək cavab verməyə çalışaq. “Şeir haqqında yazmaq şeir yazmaqdan çətindir”. Bunu XX əsrdə böyük nəzəriyyəçi Xətib Təbrizi deyib. Həqiqətən də şeir yazan sərbəstdir, istədiyi mövzuda, istədiyi janrda, istədiyi təşbih və metaforalardan istifadə edərək şeir yaza bilər. Fəqət tənqidçi şeir yazandan və şeirdən asılıdır, onun cızdığı çərçivələrdən kənara çıxa, təhlil etməyi şeirə əlavə edə bilməz, olmayanı deməməli, olanı təhlil edib qiymətləndirməlidir. N.Tusi deyirdi: “Şeir vəznli, qafiyəli və xəyal edilən kəlamdır”.

Lirika söz və musiqi arasında xüsusi bir janrdır. Böyük lirik M.Müşfiq cəmi bir yerdə deyib: “Şeir divanədir, ona toxunmayın, qoy hara gedir getsin”. Təhlil zamanı lirik şeiri nəzəri postulatların məngənəsində əzmək olmaz. “İlham pərisinin büllur gərdəninə istibdad zənciri salınmaz, ipək saçlarına istiqlal çələngi vurular” (İsmayıl Hikmət Ərtaylan).

Nəsr lirikaya hazırlıq mərhələsidir. Lirika öz fəaliyyətinə nəsr öz işini bitirdiyi yerdən başlayır. Nəsr əhvalatın özünü, necə baş verdiyini, lirika isə əhvalatın insan (şairin!) qəlbində yaratdığı psixoloji ovqatı tərənnüm edir: lirikada tərənnüm, nəsrdə təsvir, dramda təqdim əsasdır. Dram xarakterlərin hərəkəti ilə təqdim edir, nəsr yazıçının dili – təhkiyyəsi ilə təsvir edir.

Dramda hərəkətlə təsdiq-ifadə olunmayan söz olmamalıdır. Nəsrdə təhkiyədə fəlsəfi-psixoloji açım prosesidir. Nəsr hadisəsini məzmuna məzmunu ideyaya çevirməklə məqsədinə nail olur. Hadisə, məzmun və ideyaya üslub – təhkiyyə vasitəsilə çevrilir.

Nəsr tarixin özünü – fakt və hadisəsini, poeziya Ruhunu, dram obrazını əks etdirir.

Ədəbi tənqid isə bütün bunları kompleks şəkildə izah etməli, qiymətləndirməlidir. Antik-yunan filosofu Aristotel yazıb: “Poeziya tarixdən daha fəlsəfi və daha ciddidir: poeziya daha çox ümumidən, tarix xüsusidən bəhs edir”. (Poetika, s.63).

Biz isə deyirik ədəbi tənqid poeziyadan, nəsrdən və dramaturgiyadan daha ciddi, ədəbiyyatın bədii – fəlsəfi təkamülü baxımından daha əhəmiyyətlidir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Ədəbi tənqid tarixi

EYNƏLİ BƏY SULTANOV
(1866-1935)

Unudulmaz müəllimim İzzət Maqsudovun əziz xatirəsinə

Müxtəliftədqiqatəsərlərində Eynəlibəy Çölü bəyoğluSultanovunanadanolmatarixibarədə üç məlumatvardır: 1862,[i] 1863[ii] və 1863.[iii] Lakin aparılan araşdırmalar bu tarixlərin bir daha dəqiqləşdirilməsinə imkan verir. Belə ki, XX əsrin səksəninci illərində aşkara çıxardığımız «İrəvan quberniyası Dairə məhkəməsi prokurorunun köməkçisi Eynəli Sultanovun şəxsi işi»ndəki formulyar siyahıda onun 5 may 1866-cı ildə Naxçıvan şəhərində, Çölü bəy Nadir bəy oğlu Qullarağasıyevin ailəsində dünyaya gəldiyi qeyd olunmuşdur.[iv] İndiyəqədərki tarixlərin hansı mənbələr, sənədlər əsasında yazıldığı dəqiq göstərilmədiyi üçün 1866-cı il tarixini rəsmi bir sənəddən alınmış tərcümeyi-hal göstəricisi kimi qəbul etmək mümkündür.

Eynəli bəy Sultanov Naxçıvan qəza məktəbində ibtidai təhsil almışdır. Onun sonra harada və hansı məktəbdə təhsilini davam etdirməsi barədə də fikir müxtəlifliyi mövcuddur: gimnaziya (yeri, ünvanı, adı qeyd olunmadan)[v] və Tiflis klassik gimnaziyası.[vi] Tiflis klassik gimnaziyasında oxumasına dair heç bir rəsmi sənəd yoxdur. Hətta tədqiqatçılar həmin mülahizəyə etiraz edirlər.[vii] Bizim Ermənistan Dövlət Tarix arxivindəki «İrəvan kişi gimnaziyası» adlı fonddan əldə etdiyimiz sənədlər isə Eynəli Sultanovun 1880-1886-cı illərdə bu təhsil ocağında oxuduğunu qəti şəkildə sübuta çatdırır.[viii] Gənc gimnazist burada – İrəvan kişi gimnaziyasında rus, latın, yunan, fransız dillərindən dərs keçmiş, riyaziyyat, fizika, tarix, coğrafiya, ilahiyyat, hüsnxətt fənlərini öyrən­miş­dir.[ix] Dilləri və ədəbiyyatları dərindən öyrənməyə xüsusi həvəs göstər­miş­dir. 1881-1882-ci tədris ilinin imtahanlarında yunan dili və ədəbiyyatı, latın dili və tarixdən «əla» qiymətlər almışdır. Müşahidələr göstərir ki, təhsil illə­rin­də o, tərcümə məşğələlərində də fərqlənmişdir. Belə ki, Eynəli Sultanov fransız, latın, yunan dillərindən rus dilinə, yaxud rus dilindən həmin dillərə tərcümə məşğələləri zamanı xüsusi qabiliyyət nümayiş etdirmişdir. Belə ki, 24 fevral 1884-cü il tarixdə latın dilindən təklif olunan idiomatik ifadələri rus dilinə düzgün tərcümə edən 4 nəfər gimnazistin arasında onun da adı yazıl­mışdır. 29 aprel 1884-cü il tarixdə o, rus dilindən imtahan zamanı V.Qoqolun «Köhnə dünya mülkədarları» əsərinin məzmununu danışmış, nəzərdə tutulan parçanı eyni zamanda fransız, latın və yunan dillərinə tərcümə etmişdir. İmtahanda «əla» qiymət alan olmamış, biliyini sınaqdan çıxaran 16 nəfərdən yalnız Eynəli bəy Sultanovun cavabları tələbkar komissiya tərəfindən «yaxşı» ilə qiymətləndirilmişdir. 19 may 1886-cı il tarixdə suallarının tərkibində tərcüməyə aid tapşırıqları olan latın dili imtahanında «əla» qiymət alan iki nəfər müdavimdən biri Eynəli bəy Sultanov idi.

Müqayisə üçün deyək ki, Cəlil Məmmədquluzadənin təhsil aldığı Qori Mü­əl­limlər Seminariyasının proqramlarında yalnız ana dili və rus dilinin tədrisi nəzər­də tutulurdu. Burada Avropa dilləri tədris olunmurdu. Buna görə də Cəlil Məm­məd­quluzadənin «Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətləri»[x] Eynəli bəy Sultanovdan eşidib öyrənməsi təbii idi.

Ana dili və ədəbiyyatın öyrənilməsində də gimnazist Eynəli bəy Sultanovun müəyyən nailiyyəti olmuşdur. O, İrəvan kişi gimnaziyasında 1880-1885-ci illərdə dövrünün tanınmış pedaqoqu Mirzə Elxanovdan, axırıncı tədris ilində isə Qori seminariyasının məzunu Firudinbəy Köçərlidən (1863-1920) dərs almışdır. Yüksək hazırlığına, mənəvi yetkinliyinə, ədəbi istedadına görə Eynəli bəy Sultanovun İrəvan kişi gimnaziyasında axıradək oxuyub tam kursu bitirməsinə ehtiyac qalmamışdır. Bir qədər əvvəl istinad etdiyimiz formulyar siyahısında oxuyuruq: «5 iyun 1886-cı ildə gimnaziyanın yeddinci sinfindən çıxmışdır. Həmin il gimnaziyanın Pedaqoji Şurasının qərarı ilə ona şəhər ibtidai məktəblərində müəllimlik etmək hüququ verilmişdir. Bu barədə 538 saylı şəhadətnamə almışdır».[xi] Eynəli bəy Sultanov Naxçıvanın maarifçi mühitinin formalaşmasına hələ gimnaziya şagirdi ikən xidmət göstərmişdir. Cavan gimnazist 1882-1883-cü illərdə Naxçıvanda «Ziyalı məclisi», «Müsəlman Şiə Dram İncəsənəti Cəmiyyəti» kimi ədəbi-mədəni mərkəzlər yaratmışdır. Yeniyetmə gənclik üçün bu cəmiyyətlər sözün həqiqi mənasında məktəb funksiyasını yerinə yetirmişdir. O, Naxçıvan şəhərində «mədəni-maarif tədbirlərinin təşkilatçısı, mütərəqqi ziyalılar dəstəsinin ilk müəllimi və tərbiyəçisi kimi tanınmışdır».[xii] Buna görədir ki, C.Məmmədquluzadə onu «özündən artıq huşyar dost»[xiii] kimi qiymətləndirmiş, «maarif aləminə»[xiv] daxil olmasına gimnaziya məzununun müstəsna rolunu xüsusi qeyd etmişdir. Əlbəttə, «dostluq hər iki yazıçı üçün xeyirli olmuşdu».[xv] Eynəli bəy Sultanov da öz növbəsində C. Məmmədquluzadənin timsalında özünün məslək və əməl dostunu tapmışdır. Onlar bir-birlərinin «səsinə səs verən sirdaşlar»[xvi] kimi vahid cəbhədə birləşmişlər. Naxçıvan teatrının yaradılması (1886), müxtəlif maarifçi-mədəni tədbirlərin həyata keçirilməsi onların hər ikisinin birgə kollektiv səyinin nəticəsi idi. Bundan başqa Eynəli bəy Sultanov «Ziyalı məclisi» üzvlərinin köməyi ilə bir sıra əməli tədbirlərin həyata keçirilməsinə çalışmış, Naxçıvanda «kitabxana açdırmağa nail olmuşdur».[xvii] Gimnaziyanı bitirdikdən sonra Eynəli bəy Sultanovun harada yaşayıb işləməsi məsələsinə dair də müxtəlif fikirlər vardır. Səksəninci illərdə onun Qarsda[xviii] və Naxçıvanda[xix] yaşayıb-işlədiyi qeyd olunur. Fikrimizcə, Eynəli bəy Sultanov 1886-1891-ci illərdə qısa fasilələrlə Naxçıvanda yaşamış, əsasən Qarsda şəhər «Upravasında rütbəsiz məmur»,[xx] yaxud «mühüm işlər üzrə məmur»[xxi] vəzifələrində çalışmışdır.[xxii] Lakin o, Naxçıvan mühiti ilə əlaqələri kəsməmiş, ədəbi-mədəni tədbirlərdə yaxından iştirak etmişdir. Xüsusən, buradakı teatr hərəkatı bilavasitə onun rəhbərliyi ilə formalaşmışdır. Eynəli bəy Sultanov 90-cı illərdə İrəvan şəhərində fəaliyyətini davam etdirmişdir. «İrəvan quberniyası Dairə məhkəməsi prokurorunun katibi Eynəli bəy Sultanovun şəxsi işi»ndəki 17 səhifəlik tərcümeyi-hal sənədləri 1892-1902-ci illəri əhatə edir. Bu dövrdə o, quberniya idarəsində birinci dərəcəli dəftərxana xidmətçisi (18 may 1892-ci ildən), İrəvan Dairə məhkəməsində tərcüməçi (10 oktyabr 1893-cü il tarixdən), məhkəmə katibinin köməkçisi (1 yanvar 1894-cü ildən) vəzifələrində işləmiş, hətta Dairə məhkəməsində mülki işlər üzrə üçüncü stolun rəisi olmuşdur.[xxiii] Hüquq idarələrində təcrübə qazanan Eynəli bəy Sultanov prokurorluq orqanlarına işə keçirilmiş, 1897-1903-cü illərdə Dairə məhkəməsi prokurorunun köməkçisi vəzifəsini daşımışdır.[xxiv] Şübhəsiz, bu illərdə C.Məmmədquluzadənin də pedaqoji fəaliyyətdən hüquq idarələrinə işə keçməsində, İrəvan şəhərinə köçməsində onun mühüm xidməti olmuşdur. Hətta fikrimizcə, Mirzə Cəlilin rusdilli mətbuat oqanları ilə əməkdaşlığa istiqamətləndirilməsi də Eynəli bəy Sultanovun adı ilə bağlıdır. Çünki o, hələ 1891-ci ildən «Novoe obozrenie» qəzetində ardıcıl olaraq ədəbi-publisist yazılarla fəal iştirak edirdi. Bu qəzetdə dərc olunmuş «Balıqçı və balıq nağılı Köçərlinin tərcüməsində», [xxv] «Azərbaycanlılar nə oxuyurlar»,[xxvi] «Bir daha şiə müsəlmanlarının dini şəbihləri haqqında»,[xxvii] «Şahtaxtinski və şərq fonetik əlifbası»[xxviii] və s. məqalələri, habelə «Kiçik sərgüzəşt»,[xxix] «Novruz ağa»[xxx] hekayələri böyük marağa səbəb olmuşdur. Haqlı olaraq etiraf olunduğu kimi, «E.Sultanov «Novoe obozrenie» qəzetində çap olunan çoxsaylı məqalələri ilə özünü geniş sosial-ictimai və mədəni maraq dairəsinə malik, yaradıcı «mən»i ilə seçilən istedadlı publisist və yazıçı kimi tanıtmışdır».[xxxi]C.Məmmədquluzadədigərmaarifçisahələrdəolduğukimi, mətbuatişindədəEynəli bəySultanovun «səsinəsəsvermişdi». Hətta «Poçtqutusu», «Yantütəyi» hekayələridəbuillərdəyazılmışdır. Eynəli bəySultanovMirzə Cəlilinhekayəyaradıcılığını, xüsusən «Yantütəyi» hekayəsinibəyənibtəqdiretmişdir.[xxxii] MətbuatsahəsindəkifəaliyyətinidavametdirənEynəli bəySultanov 1905-1908-ciillərdə «Kaspi» qəzetininİrəvanvəNaxçıvanüzrəxüsusimüxbiriolmuşdur. Buradaonun «İrəvanhadisələri»,[xxxiii] «İrəvanhadisələribarədəhəqiqət»,[xxxiv] «Professorİ.M.Seçenev»[xxxv] vəs. məqalələriçapüzügörmüşdür. Buillərdəo, eynizamanda 1906-cıildənetibarənİrəvanDairəməhkəməsiprokurorununNaxçıvanmahalıüzrəköməkçisivəzifəsinidədaşımışdır. 1907-ciildəDövlətDumasınadeputatseçilmişdir. Şəxsihəyatındadayeniliklərbaşvermişdir. Həminilo, NaxçıvanşəhəriətrafındakıGöynük, SürməlikvəSirabkəndlərindəkitorpaqlarınıkəndlilərəbağışlamışdır. 1908-ciildənetibarənEynəli bəySultanovunhəyatıvəyaradıcılığınınTiflisdövrübaşlanır. ÖmrününsonunadəkəsasənTiflisdəyaşayanədibbumühitdəbirdahapüxtələşibformalaşmışdır. Tiflisictimai-ədəbimühitiEynəli bəySultanovuməhsuldaryazıçı-publisistvətərcüməçi kimiyetişdiribtanıtmışdır. Eynəli bəy Sultanov «Zakavkazğe» qəzetinin «Müsəlman həyatı» şöbəsinin müdiri olmuş, rusdilli mətbuatda əməkdaşlıq etmişdir. «Kavkazskaə kommuna» qəzetinin redaktoru (1921-1923), «Yeni fikir» qəzetinə əlavə kimi nəşr edilən «İşıq yolu» qəzetinin məsul katibi vəzifələrində (1924-1926-cı illər) işləmiş, «Dan ulduzu» jurnalının fəal əməkdaşlarından (1928-ci ildən) biri olmuşdur. «Закавказье» qəzetində «Azərbaycan ziyalısı haqqında düşüncələr» (1908, №240), «Naxçıvanda nələr danışırlar» (1912, № 140), «Zaqafqaziya müsəlmanları haqqında» (1912, №142), «Hüquqi köməksizlik»; « Закавказская речь» qəzetində «Müsəlmanların həyatı və mətbuatı» (1914, №29), «Qafqaz xalqlarının bir-birlərinə münasibətinə dair məsələlər» (1914, №55), «Zaqafqaziya müsəlmanları və müharibə» (1914, №181), «Türklər Qafqazda» (1915, №4), «Rusiyanın maliyyə məsələlərində Zaqafqaziyanın rolu» (1915, №15) və s. kimi dövrün mühüm ictimai-tarixi problemlərini əks etdirən publisist məqalələrlə çıxış etmişdir. Ardıcıl olaraq «Molla Nəsrəddin» jurnalı və mollanəsrəddinçilərin müdafiəsində dayanmışdır. Mübariz publisistin məqalələrində Qafqaz və şərq xalqlarının həyatı və mənafeyi öz əksini tapmışdır. Bununla belə, Eynəli bəy Sultanov vətəndaş bir publisist kimi daha çox mənsub olduğu xalqın dərdlərinə çarə axtarmışdır. «Müsəlman xalqına son söz», «Xalqa məhəbbət», «Ziddiyyət», «Zəruri izahat» və s. Məqalələr qüvvətli milli-xəlqi ruhda köklənmişdir. «Xalqa məhəbbət» məqaləsində deyilir: «Mənim xalqım! Səni azad insanlar içərisində azad, xöşbəxtlər içərisində xöşbəxt, maarifçilər arasında maarifçi görə biləcəyəmmi?».[xxxvi] Geniş dairədə tanınmış Eynəli bəy Sultanovun publisistikasında Naxçıvan mövzusu da mühüm yer tutur. Onun «Naxçıvan məktubları» silsilə məqalələrində milli oyanış və maarifçilik məsələləri qələmə alınmışdır. Həmin silsiləyə daxil olan «Naxçıvan xəbərləri», «Naxçıvanda nə danışırlar», «Dövlət dumasına seçkilər», «Naxçıvan kişi gimnaziyası haqqında», «Naxçıvan publikası» və s. kimi məqalələrində əsarət və köləlikdən xilas olmağa, ictimai-mədəni tərəqqiyə ardıcıl bir çağırış vardır. Beləliklə, «məqalələrini rus dilində yazması və dərc etdirməsi Eynəli bəy Sultanova Azərbaycan gerçəkliyini geniş oxucu dairələrinə çatdırmağa imkan vermişdir».[xxxvii] Eynəli bəy Sultanov ilk növbədə Tiflisin teatr mühitinin yeni mərhələdəki inkişafına kömək etmişdir. O «Zubalov adına xalq evi» yanında Azərbaycan dram şöbəsinin əsas təsisçilərindən biri olmuşdur (1909). Hətta az sonra Eynəli bəy Sultanov Gürcü Əyanlar teatrında təşkil olunan Azərbaycan Teatr Cəmiyyətinin də bürosuna üzv seçilmişdir (1911).[xxxviii]

Eynəli bəy Sultanovun müxtəlif tamaşalara yazdığı resenziyalar, ayrı-ayrı aktyorlar haqqında məqalələr Tiflisdəki Azərbaycan teatrının təşəkkülünə müsbət təsir göstərmişdir. Vaxtilə şəbeh tamaşalarını araşdırıb öyrənən, Naxçıvan teatrının əsasını qoyan müəllifin artıq xeyli dərəcədə formalaşmış milli teatr barədəki fikirləri əsasən peşəkarlığı və vətəndaşlıq mövqeyi ilə diqqəti cəlb etmişdir. Onun C.Məmmədquluzadənin «Ölülər», N.Nərimanovun «Nadir şah», Ü.Hacıbəyovun «Arşın mal alan», «Əsli və Kərəm» əsərlərinə, Şekspirin «Otello», habelə Şəmsəddinbəy Saminin «Dəmirçi Gavə», Volterin «Sultan Osman» kimi tərcümə əsərləri əsasında hazırlanmış tamaşalara yazdığı resenziyalarda Azərbaycan teatr sənətinin təşəkkülü, yüksəliş çətinlikləri, uğur və kəsirləri öz əksini tapmışdır. Məşhur «Ölülər» tragikomediyasının ilk dəfə səhnəyə çıxarılması münasibətilə yazılmış resenziya tamaşaya yüksək qiymət verməklə yanaşı, bir sıra ədəbi-tarixi məlumatları ilə diqqəti cəlb edir. Məqa­lə­də oxuyuruq: «Bir neçə il bundan qabaq yazılan, lakin müxtəlif səbəblər üzün­dən tamaşaya qoyulmayan «Ölülər»in ilk tamaşası böyük müvəffəqiyyətlə keçmişdir. Bu klassik əsərin tamaşası azərbaycanlı qadınlara xüsusilə daha çox təsir etmişdir. Onlar əsərin müəllifinə hörmət və məhəbbət əlaməti olaraq zə­rif xalça bağışlamış və məktub vasitəsilə C.Məmmədquluzadəni səmimiyyətlə təbrik etmişlər».[xxxix] Eynəli bəy Sultanov eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, 1912-1916-cı illərdə Tiflis birinci qadın gimnaziyasında rus dili dərslərini tədris etmiş, 1917-ci ildən isə ana dili müəllimi və sinif nəzarətçisi vəzifəsində çalışmışdır. O, həmçinin latın əlifbasına keçmək uğrunda ardıcıl səy göstərmiş, Yeni əlifba komitəsi Tiflis şöbəsinin katibi vəzifəsini daşımışdır (1924). Ümumiyyətlə, Eynəli bəy Sultanov hələ XIX əsrin 80-ci illərində ədəbi fəaliyyətə başlamışdır. O, əsasən dram və nəsr əsərləri yazmışdır. Onun «Azər­bay­can qızı» («Tatarka») pyesi səksəninci illərdə Naxçıvanda tamaşaya qo­yul­muş, 1904-cü ildə İrəvanda kitab halında nəşr edilmişdir.[xl] Əsərdə qadın azad­lığı məsələsi qoyulub müəyyən səviyyədə həll edilmişdir. Komediyanın əv­və­lində verilmiş «Müəllifdən bir neçə söz»də yazıçı «müsəlman xanımlarının. hər şeyi bilməyə can atan Avropa qadınlarından xəbərsiz qalan baxışlarının pərdəsinin kiçik bir küncünü açmağı»[xli] öz məqsədi kimi nəzərə çarpdırmışdır. İctimai-ədəbi mühitdə də «arvadlarımızın əsarətdə olmaq söhbətlərini»[xlii] . də «birinci dəfə. müdafiə edən»[xliii] Eynəli bəy Sultanov idi. Əsərin mövzusu, mü­qəd­dimədə deyildiyi kimi, «kiçik əyalət şəhərlərinin birində» baş verən real ha­di­sədən alınmışdır. Eynəli bəy Sultanov hətta pyesin «qəhrəmanının sözləri va­si­təsilə yaramış həqiqi hekayət əsasında»[xliv] yazıldığını qeyd etmişdir. Doğrudan da XIX əsrin ikinci yarısında qadın taleyi ilə bağlı bu cür hadisələr Azərbaycan milli məişəti üçün səciyyəvi idi. M.F.Axundov, N.B.Vəzirov, C.Məmmədquluzadə və başqa sənətkarlar qadınların həyatının həmin cəhətlərini müxtəlif baxımlardan qələmə almışlar. «Tatarka» pyesi də milli Azərbaycan mühiti və məişətindən doğmuşdur. Buna görə də əsərin Avropa ədəbiyyatı nümunələri ilə səsləşməsi haqqındakı mülahizələr[xlv] onun mövzusu və surətlər aləminə deyil, yalnız süjetindəki bəzi oxşarlıqlara aid edilə bilər. Eynəli bəy Sultanov bunu etiraf edərək yazmışdır: «Artıq o («Tatarka»-İ.H.) yazıldıqdan sonra. təsadüfən bir fars məcmuəsində «Qadın kələyi» adı ilə çap olunmuş novellanın da buradakı sonluq kimi qurtardığını öyrənmişdir. Lakin müəllif inanır ki, hətta süjet ona şərikli görünsə də, oxucu pyesin dəyərini fabulada axtarmayacaqdır».[xlvi] «Azərbaycan qızı» komediyasındakı Sənəm M.F.Axundovun qadın obrazlarının yeni şəraitdəki davamı və inkişafıdır. Yanıqlı taleyi və lirizmi ilə Pərzadı («Xırs quldurbasan»), ağıl və fərasətinə görə Səkinə xanımı («Mürafiə vəkillərinin hekayəti») andıran Sənəm sədaqətli, mənəvi cəhətdən saf bir azərbaycanlı qadındır. O, yaşadığı dövrün sərt tələblərinin, hətta valideynlərinin əksinə olaraq, özünün sevib-seçdiyi Ağaşəriflə ailə həyatı qura bilir. Sənəm ağıl və fərasəti sayəsində «Azərbaycan qadınını məğlub etməkdən asan bir şey yoxdur»-deyə düşünən Həsənəli bəy kimi lovğa bir zabiti də gülünc vəziyyətə salmağı, onun mənəvi miskinliyini aşkara çıxarmağı bacarır. Əsərin sonunda Sənəmin dilindən deyilmiş aşağıdakı təsirli sözlər bütövlükdə Eynəli bəy Sultanovun Azərbaycan qadınları haqqındakı ümid və arzularının əks-sədası kimi səslənir: «Qoy bütün kişilər bilsinlər ki, biz Azərbaycan qadınları heç də onların təsəvvür etdikləri kimi iradəsiz, qorxaq və zavallı deyilik. Biz ancaq onlardan ötrü xəlq olunmamışıq. Biz də özümüzə görə bir adamıq».[xlvii] Əli Xəlilovun məlumatına əsasən «Tatarka» 1884-cü ildə Naxçıvanda tamaşaya qoyulmuşdur.[xlviii] Tamaşaya qoyulma tarixi aşkar mübahisəli görünsə də, hər halda Naxçıvanda yerli həvəskarlar tərəfindən səhnəyə çıxarıldığı real faktdır. Ə.Xəlilovun yazdığına görə «Sənəmin rolunu Eynəli bəy Sultanov, Nisənin rolunu Rəhim Xəlilov, Pərinin rolunu Nəsrulla Şeyxov, Ağaşərifin rolunu Mirzə Ələkbər Süleymanov ifa etmişlər».[xlix] Eynəli bəy Sultanov Tiflisdə yaşadığı illərdə teatr mühiti ilə çox yaxın və bağlı olsa da uzun müddət dram əsəri yazmamışdır. O, yalnız 20-ci illərdə bu janra yenidən qayıtmış, «Atalıq», «Səhhət», «Verirsən, vermirsən» adlı səhnəcikləri qələmə almışdır. Bundan başqa, ədib M.F.Axundovun «Molla İbrahimxəlil kimyagər» və «Hacı Qara» komediyalarını rus dilinə tərcümə etmiş və hər iki əsərin rusca nəşrinə nail olmuşdur.[l] O, eyni zamanda, M.Qorkinin «Həyatdan lövhələr»,[li] V.Mayakovskinin «Bakı» şeirini[lii] azərbaycancaya tərcümə edərək Tiflisdə çıxan «Dan ulduzu» jurnalında dərc etdirmişdir. Bundan əvvəl isə Eynəli bəy Sultanov rus satiriki İ.A.Krılovun «Tülkü və üzüm» təmsilini dilimizə çevirmişdir. Tərbiyəvi əhəmiyyəti nəzərə alınaraq təmsil F.Köçərlinin «Balalara hədiyyə» kitabına daxil edilmişdir. Tərtibçi «Mühərririn ifadeyi-məramı» adlı müqəddimədə Eynəli bəy Sultanovun tərcümə zamanı «öz dilimizin şivəsini itirmədiyini»[liii] xüsusi qeyd etməyi lazım bilmişdir. Hafiz Şirazinin divanından seçmə parçalar, Şeyx Sədinin «Gülüstan» kitabından nümunələr və Baba Tahirin «Allah insan məhkəməsi qarşısında» adlı ictimai ruhlu məsnəvisi də Eynəli bəy Sultanovun tərcüməçilik xidmətləri sayəsində rus oxucusuna çatdırılmışdır. Bütün bunlarla bərabər, E.Sultanov ilk növbədə nasir idi. O hələ Naxçıvanda yaşadığı dövrdə publisist olmaqdan savayı, yazıçı kimi də tanınırdı. Yazıçının «Novruz ağa», «Kiçik sərgüzəşt», «Arxı keç, sonra bərəkallah de», «Silistçi dəftərxanasında» və s. hekayələri həmin dövrün məhsuludur. İlk hekayələrindən etibarən milli məişəti, adi adamları, sadə və qəribə əhvalatları qələmə alan Eynəli bəy Sultanov maraqlı bədii ümumiləşdirmələr aparmağı bacaran bir nasir kimi diqqəti cəlb etmişdi. O, C.Məmmədquluzadənin kiçik hekayə yazmaq niyyətini müdafiə etmiş, «Yan tütəyi» hekayəsini bəyənmişdi.[liv] Ədib özü də kiçik hekayənin rusdilli Azərbaycan ədəbiyyatındakı ilk yaradıcılarından biri idi. Eynəli bəy Sultanov həyatının Tiflis dövrü mərhələsində də hekayə yaradıcılığı ilə məşğul olmuşdur. Bu dövr hekayələrində maarifçi ideyalar, köhnəliyin tənqidi, folklor motivlərinə meyl, etnoqrafik çalarlar qabarıq şəkildə nəzərə çarpır. «Acı masqara», «Çalma», «Çadra altında», «Dəhşətli intiqam», «Qaynana, xain ana» və s. hekayələrində yazıçı yığcam həcm, sadə, adi süjet və kiçik adamlar vasitəsilə dövrün, mühitin mühüm mətləblərini əks etdirməyi başarmışdı. Gec də olsa, Tiflisdə nəşr edilən «Seyidlər» kitabı[lv] Eynəli bəy Sultanovun ədəbi-ictimai mühitdə orijinal bir nasir kimi diqqəti cəlb etməsinə geniş yol açmışdı. Kitaba tənqidçi Rzaqulu Nəcəfovun (1885-1937) yazdığı «Bir neçə söz» adlı müqəddimədə «Seyidlər» hekayəsi «içimizdə yox kimi olan» «hekayə və romannəvislik» sahəsindəki mövcud boşluğu doldurmağa xidmət göstərən ədəbi fakt kimi qiymətləndirilmişdir. R.Nəcəfovun fikrincə, «ədəbiyyatımızda böyük bir boşluq vücuda gəlib ki, o boşluğu doldurmaq. nəşriyyat idarələrimizin, ədəbiyyat maraqlarımızın və qələm sahiblərimizin qarşısında duran birinci vəzifələrdən olmalıdır».[lvi] Müqəddiməçi bu fikirdə idi ki, «rübabi ədəbiyyatın təsirindən xilas olmaq və əsri-hazırın tələb etdiyi üzrə mənsur, həyati və belletristik əsərlər vücuda gətirməyin zamanı gəlmişdir».[lvii] Bütün bunlara görə, «Yeni fikir» qəzeti redaksiyasının «yazıçılarımıza yol göstərmək», «fitrət və təbiətlərindəki gizli istedadı oyatmaq. qələmlərinin məhsuluna əhəmiyyət və qiymət vermək» məqsədilə keçirdiyi «hekayə yazmaq müsabiqəsində» nəzərə çarpacaq yer tutan «Seyidlər» hekayəsi, nəşri qərara alınan «hekayə seriyasının birincisi» hesab edilmişdir. Hekayənin «köhnə yaşayışdan alındığı», «sadə və yarımsavadlı kəndli üçün belə anlaşılan tərzdə yazılması»[lviii] «Seyidlər» hekayəsinin əsas özünəməxsus cəhəti sayılmışdır. Eynəli bəy Sultanovun hekayələrində mövzu və süjetin Qərb ədəbiyyatı ilə səsləşdiyi məqamlar da vardır. «Avropa əhli-qələmlərinin» əsərlərinə yaxından bələd olan bir yazıçı üçün bu hal təbii idi. «Kiçik macəra», «Bülbül», «Fars qızı» hekayələrində italyan və fransız ədəbiyyatı nümunələri ilə bənzərlik daha aydın hiss olunur. Lakin atıq etiraf olunduğu kimi, göstərilən hekayələrdə «E.Sultanov hadisəni bir az müasirləşdirmiş, nəticəni örtülü qoyub oxucunun ixtiyarına buraxmışdır».[lix] Bununla belə, mövzu və süjet oxşarlığından bəhs edərkən həm də xalqların həyatının müxtəlif tarixi məqamlarındakı yaxınlıq və səsləşməni də nəzərə almaq lazımdır. Göründüyü kimi, Eynəli bəy Sultanov çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, teatr hərəkatı, mətbuat işi, folklorçu, yeni əlifbaçı, yazıçı və tərcüməçi kimi geniş dairədə əsl ziyalı səviyyəsində qəbul edilmişdir. O, XX əsrin əvvəlləri rus mətbuatında azərbaycançı mövqeyi təmsil edən görkəmli ziyalılardan biri idi. Azərbaycançılıq Cəlil Məmmədquluzadə ilə Eynəli bəy Sultanovun «hüşyar dost»luğunun ortaq mənəvi dayağı idi. Eynəli bəy Sultanovun bədii yaradıcılığının və publisistikasının əsas qayəsi azərbaycançılıq düşüncəsindən ibarət idi. Bu baxımdan Cəlil Məmmədquluzadə və Eynəli bəy Sultanov XX əsrin əvvəllərində azərbaycançılığın Zaqafqaziya miqyasında geniş, möhkəm və əsaslı bir hərəkata çevrilməsində mühüm rol oynamışlar.

Bir yazıçı kimi Eynəli bəy Sultanov Azərbaycan ədəbiyyatında maarifçi realist dünyagörüşlə tənqidi realizmin arasında olan ədəbiyyatın yaradıcı­larındandır. Daha doğrusu o, maarifçi realist düşüncəli tənqidi realist yazıçıdır. Əsərlərindəki cəmiyyəti islah yolu ilə inkişaf etdirmək, təkamül proseslərinə üstünlük vermək, mənəvi məsələləri ön mövqeyə çəkmək meylləri Eynəli bəy Sultanovun maarifçi realizminin bədii ifadəsidir. Hətta onun fərdi üslubunu səciyyələndirən bədii əsərlərindəki etnoqrafik çalarlar, xalq məişətinin təsviri də mahiyyət etibarilə ədəbiyyatda maarifçi realist yanaşmaların ifadəsidir. Bununla belə, Eynəli bəy Sultanovun «islah işində»ki tənqid notları, tərbiyələndirmək və ya nəsihətçilikdən çox dəyişmək, yeniləşdirmək meylləri onu tənqidi realistlərə yaxınlaşdırır. Beləliklə, maarifçi realist ağırlıqlı tənqidi realist yazıçı olması Eynəli bəy Sultanovun Azərbaycan ədəbiyyatındakı fərqli yerini müəyyənləşdirir. Bədii yaradıcılıqla yanaşı, ədəbiyyatşünaslıqla da məşğul olan Eynəli bəy Sultanov folklor materiallarını toplayıb yazıya almış, müasiri olduğu yazıçı və şairlərin əsərlərini, ayrı-ayrı tamaşaları dəyərləndirən məqalə və resenziyalar yazmışdır. O, ədəbiyyatda realizmin və vətəndaş fəallığının müdafiəçisi kimi çıxış etmişdir. Beləliklə, Eynəli bəy Sultanov ictimai-ədəbi mühitdə C.Məmmədqu­lu­za­dənin ən yaxın məsləkdaşı, dostu, həmfikri idi. Burası da haqlıdır ki, «hər iki yazıçı üçün xeyirli»[lx] olan dostluq bütövlükdə milli ədəbiyyat və mədəniyyətin inkişafına müsbət təsir göstərmişdir. Mirzə Cəlil Məmmədquluzadə ədəbi-ictimai fikrin inkişafında və şəxsi taleyində məslək dostu Eynəli bəy Sultanovun roluna və xidmətlərinə yüksək qiymət vermişdir. Böyük ədibin «Əzizim Eynəli bəy Sultan!» müraciətilə başlanan 13 iyul 1925-ci il tarixli məktubunda deyilir: «Əzizim Eynəli bəy Sultan! . Elə saatlar olurdu ki, . keçmiş günləri yada salırdım. Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub cavanlıq həvəsilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da oğlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdır­dın ki, axırda məni doğrudan da maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri-sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım».[lxi] Bu mühüm tarixi məktubdakı Cəlil Məmmədquluzadə tərəfindən Eynəli bəy Sultanovun ailə üzvlərinə ünvanlanmış “qardaşlıq salamı” ifadələri böyük ədibin heç bir məktubunda təkrar edilməyən sözlərdir. Bu, Cəlil Məmmədquluzadə-Eynəli bəy Sultanov münasibətlərinin məslək dostluğu, əsl qardaşlıq səviyyəsində olduğunu göstərir. Eynəli bəy Sultanov 1935-ci ildə vəfat etmişdir. Görkəmli ədibin xatirəsi Azərbaycanda əbədiləşdirilmişdir. Naxçıvan şəhərindəki 9 saylı məktəb Eynəli bəy Sultanovun adını daşıyır. Tanınmış yazıçı Eynəli bəy Sultanovun əsərlərinin nəşri sahəsində də müəyyən iş görülmüşdür. Belə ki, ədibin «Tatarka» pyesi,[lxii] «Seyidlər» povesti[lxiii] müxtəlif vaxtlarda ayrıca kitab halında nəşr olunmuşdur. «Seçilmiş hekayələri» adlı kitabında isə yazıçının nəsr əsərlərinin yalnız bir qismi toplanılmışdır.[lxiv] Göstərilən nəşrlər Eynəli bəy Sultanovun bədii əsərlərinin heç də hamısını əhatə etmir. Xüsusən, kitablarına daxil edilməmiş nəşr əsərləri olduğu kimi, bütövlükdə yazıçının çoxsaylı publisist məqalələrindən heç biri hələlik nəşr edilib oxuculara çatdırılmamışdır. Qarşıda duran əsas məsələ görkəmli yazıçı və publisist Eynəli bəy Sultanovun tam külliyyatını hazırlayıb çap etdirməkdən ibarətdir. Eynəli bəy Sultanovun həyatı və yaradıcılığının tədqiqi baxımından da mühüm axtarışlar aparılmış bir çox elmi əsərlər meydana çıxmışdır. İlk dəfə olaraq ədəbiyyatşünas İzzət Maqsudov Eynəli bəy Sultanovun həyatı və yara­dı­cılığını namizədlik dissertasiyası səviyyəsində tədqiq edib ümumiləş­dir­miş­dir.[lxv]Əslində İzzət Maqsudovun tədqiqatından sonra tanınmış bir yazıçı və publisist kimi Eynəli bəy Sultanovun geniş ictimaiyyətə bəlli olmuşdur. Əli Sultanlı, Əziz Şərif, Əziz Mirəhmədov, Abbas Zamanov, Müzəffər Nəsirli, İsa Həbibbəyli, Vilayət Quliyev, Xeyrulla Məmmədov, Əli Xəlilov, Əflatun Məmmədov, Abbas Hacıyev, Aidə Feyzullayeva və başqalarının araşdırmalarında da Eynəli bəy Sultanovun tərcümeyi-halı, bədii-publisist irsi və teatrla əlaqədar fəaliyyətlərinə diqqət yetirilmişdir. İradə Əsədovanın «Eynəli bəy Sultanovun yaradıcılıq yolu» adlı namizədlik dissertasiyasında mövcud tədqiqatlar ümumiləşdirilmişdir. Gənc tədqiqatçı Elxan Məmmədovun (ElxanYurdoğlunun) «Eynəli bəy Sultanovun folklorşünaslıq irsi» mövzusundakı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası bu görkəmli Azərbaycan ziyalısının həyatı və fəaliyyətinin yeni və əhəmiyyətli bir istiqamətinin öyrənilməsində təzə bir mərhələ açmışdır. Elxan Məmmədovun Eynəli bəy Sultanovun yaradıcılığını onun folklor irsi, folklorçu baxışları ilə üzvü əlaqədə araşdırıb, təhlil edib dəyərləndirməsi yazıçının əsərlərinin orijinallığını, özünəməxsus­luğunu müəyyən etmək baxımından əhəmiyyətli elmi addımdır. Eyni zamanda, Elxan Məmmədovun Eynəli bəy Sultanovun XX əsrin əvvəllərinin dövrü mətbuatında çap edilmiş, lakin geniş oxucu auditoriyasına bəlli olmayan əsərlərini aşkara çıxarıb təhlilə cəlb etməsi, ayrıca kitab halında nəşr etdirməsi, onun irsini tam halda təsəvvür etməyə xidmət edir. Bu mənada ilk dəfə Elxan Məmmədovun təqdimatında oxuculara çatdırılan yeni hekayələr və publisistik məqalələr vaxtilə İzzət Maqsudovun toplayıb çap etdirdiyi «Seçilmiş hekayələr»ə (1966) qiymətli əlavələrdir. Heç şübhəsiz, yeni tapıntılar həm Eynəli bəy Sultanovun həyatı və yaradıcılığını, həm də ümumən XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və publisistikasını müstəqillik işığında yenidən araşdırıb qiymətləndirməyə imkan yaradır. Bu, gənc tədqiqatçı Elxan Məmmədovun axtarışları nəticəsində Eynəli bəy Sultanova həsr edilən işin yeni mərhələsi və uğurlu addımları deməkdir. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda da tərəfimizdən əldə edilmiş yeni materiallar əsasında Eynəli bəy Sultanovun geniş həcmli daha bir külliyyat da çapa hazırlanır. Yazıçı-publisistin nəşr edilən təzə tapılmış əsərləri onun həyatı və yaradıcılığına həsr edilmiş ümumiləşdirici monoqrafik tədqiqatın meydana çıxmasına geniş imkan yaradacaqdır. XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Eynəli bəy Sultanov haqqında sanballı bir kitaba ehtiyac vardır. Eynəli bəy Sultanov XX əsr Azərbaycan ədəbiyyatı, mətbuat və teatrı, habelə ictimai fikri tarixində özünəməxsus sanballı yer tutmuş görkəmli yaradıcı şəxsiyyətlərdən biridir. Belə bir teatr, mədəniyyət xadimini, Cəlil Məmmədqulu­zadə­nin «huşyar dostunu» bütün yönləri ilə öyrənib xalqa tanıtmaq alimlərimizin və naşirlərimizin borcudur.

2004-2015

[i] Maqsudov İ. Eynəli Sultanovun həyatı və yaradıcılığı (namizədlik dissertasiyasının avtoreferatı). B., 1963, s. 6; Mirəhmədov Ə. Cəlil Məmmədquluzadənin «Əsərləri»nin VI cildində «İzahlar və qeydlər». B., 1985, s. 279
[ii] Zamanov A. «Əməl dostları». B., 1979, s. 147; Feyzullaev A. «Maarif carçıları». B., izd-vo «Maarif», 1988, s. 9; Əsədova İ. Eynəlibəy Sultanovun yaradıcılıq yolu (avtoreferat). B., 1991, s. 11
[iii] Vilayət Quliyev. Tarixdə iz qoyan şəxsiyyətlər. Bakı, «Ozan», 2000, səh. 160
[iv] Ermənistan MDTA, f. 66, siy. 1, Q-1188, v. 2
[v] Mirəhmədov Ə. Azərbaycan Molla Nəsrəddini. B., 1980, s. 51
[vi] Maqsudov İ. Eynəli Sultanovun həyatı və yaradıcılığı (avtoreferat). B., 1963, s. 6; Zamanov A. Eynəlibəy Sultanov («Seçilmiş hekayələri» kitabına müqəddimə). B., 1966, s. 6; Əsədova İ. Eynəli Sultanovun yaradıcılıq yolu (avtoreferat). 1991, s. 11; Nəsirli M. Cəlil Məmmədquluzadənin dostu və qələm yoldaşı. «Azərbaycan» jurnalı, 1958, №10, s. 213; V.Quliyev. Tarixdə iz qoyan şəxsiyyətlər. B., 2000
[vii] Bax: Atayev M. Hansı fakta inanmalı. «Ədəbiyyat və incəsənət» qəz., 10 iyun 1983, №23 (2054)
[viii] Ermənistan MDTA, f. 1, siy. 3, Q-51, 458, 483
[ix] Ətraflı məlumat üçün bax: Həbibov İ. Eynəlibəy Sultanovun dünyagörüşünün formalaşma dövrü. Bax: «Azərbaycan ədəbiyyatının nəzəriyyəsi və tarixi məsələləri» məcmuəsi. B., ADU-nun nəşri. 1987, s. 91-95
[x] Məmmədquluzadə C. Əsərləri, VI c., B., 1985, s. 245
[xi] Ermənistan MDTA, f. 66, siy. 1, Q-1188, v.2
[xii] Zamanov A. Əməl dostları. B., 1979 s. 147
[xiii] Məmmədquluzadə C. Əsərləri, VI c., B., 1985, s. 188
[xiv] Yenə orada, s. 245
[xv] Mirəhmədov Ə. Azərbaycan MollaNəsrəddini. B., 1980, s. 54
[xvi] Məmmədquluzadə C. Əsərləri, VI c., B., 1985, s. 188
[xvii] Maqsudov İ. Eynəlibəy Sultanovun həyatı və yaradıcılığı (namizədlik dissertasiyası). B., ADU-nun Əsaslı kitabxanası, 1963, s. 20-21
[xviii] Əsədova İ.Eynəlibəy Sultanovun yaradıcılıq yolu (avtoreferat), 1991, s. 11
[xix] Zamanov A. Əməl dostları. B., 1979, s. 147
[xx]Maqsudov İ. Namizədlik dissertasiyası, s. 31
[xxi] Əsədova İ. Avtoreferat, s. 12
[xxii] Qeyd: Bu dövrdə tanınmış publisist İsa Sultan Şahtaxtinski və Eynəlibəyin qohumu Ələkbər Sultanov da Qars vilayətində işləyirdi. Ə.Sultanov 1879-1882-ci illərdə Qars vilayəti hərbi-xalq idarəsində polis köməkçisi, 1883-cü ildən Xorasan sahəsinin pristavı vəzifələrində çalışmışdır. (Bax: Ə.Sultanovun xidməti attestatı. Odessa Dövlət Tarix arxivi. F. 45, siy.1, Q-2342, v. 6-10); Quliyev V. İsa Sultan Şahtaxtinskinin qəribə həyatı. B., «Ozan», 1999
[xxiii] İrəvan quberniyası Dairə məhkəməsi prokurorunun köməkçisi. E.Sultanovun şəxsi işi. Erm. MDTA, f. 66, siy. 1, Q-11-88, v. 3
[xxiv] Göstərilən mənbə, vərəq 3
[xxv] «Novoe obozrenie» qəzeti, 1892, № 2788
[xxvi] «Novoe obozrenie» qəzeti, 1892, № 3071
[xxvii] «Novoe obozrenie» qəzeti, 1892, № 3197
[xxviii] «Novoe obozrenie» qəzeti, 1892, № 6012
[xxix] «Novoe obozrenie» qəzeti, 1892, № 4086
[xxx] «Novoe obozrenie» qəzeti, 1892, № 6078-6079
[xxxi] FeyzullayevaA. Maarif carçıları. B., 1988, s. 17
[xxxii] Məmmədquluzadə H. Mirzə Cəlil haqqında xatirələrim. B., 1981, s. 11
[xxxiii]Qaz. «Kaspi», Baku, 1905, № 034
[xxxiv]Qaz. «Kaspi», Baku, 1905, № 107
[xxxv]Qaz. «Kaspi», Baku, 1905, № 204
[xxxvi] Sultanov E. Xalqa məhəbbət. «Zakavkazğe» qaz., 19 sent. 1907, №10
[xxxvii]Asadova İ. Tvorçeskiy putğ G.Sultanova (avtoreferat). B., 1991, s. 23
[xxxviii] Hacıyev A. Tiflis Azərbaycan teatrı. B., «İşıq», 1984, s. 53
[xxxix]Sultanov G. O pğese «Mertveüı». Qaz. «Zakavkazskaə reçğ». Tiflis, 29 apr. 1916, №96
[xl] Ermənistanda Azərbaycan kitabı (tərtib edəni İ.Məmmədov.) Kitab Palatasının nəşri. İrəvan, 1985, s. 26
[xli]Sultanov G. Tatarka. Grivanğ, 1904, s. 3
[xlii] Məmmədquluzadə C. Əsərləri, VI c., B., 1985, s. 188-189
[xliii] Yenə orada
[xliv] Sultanov E. Tatarka, s. 4
[xlv] Şərif Ə. Xalq müəllimi. «Azərbaycan» jurnalı, 1955, №2, s. 117
[xlvi] Sultanov E. Tatarka, s.4
[xlvii] Yenə orada
[xlviii] Xəlilov Ə. Naxçıvan teatrının tarixi. B., 1964 s. 14
[xlix] Göstərilən əsər, s. 16
[l] Bax: Sb. «Kulğtura i pisğmennosti Vostoka». B., 1928, III kitab; 1929, IV kitab
[li] Qorki M. Həyatdan lövhələr. «Dan ulduzu» jurnalı, Tiflis, 1927, №3
[lii] Mayakovski V. Bakı. Göstərilən mənbə, №12
[liii] Köçərli F. Balalara hədiyyə. B., 1912, s. 3
[liv] Məmmədquluzadə H. Mirzə Cəlil haqqında xatirələrim. B., 1981, s.11
[lv] Sultanov E. Seyidlər. Zaqafqaziya ölkə türk qəzeti «Yeni fikir»in nəşriyyatı, Tiflis, 1926
[lvi] Sultanov E. Seyidlər (R.Nəcəfovun müqəddiməsi ilə). Tiflis, 1926, s. 3
[lvii] Yenə orada, s. 3-4
[lviii] Sultanov E. Seyidlər (R.Nəcəfovun müqəddiməsi ilə). Tiflis, 1926, s.4-5
[lix] Məmmədov Ə. Azərbaycan bədii nəsri. B., «Elm», 1983, s. 58
[lx] Mirəhmədov Ə. Azərbaycan Molla Nəsrəddini. B., 1980, s. 54
[lxi]Cəlil Məmmədquluzadə. Əsərləri, VI c. Bakı, Azərnəşr, 1985, səh. 245
[lxii] Sultanov E. Tatarka, İrəvan, 1904
[lxiii][lxiii] Sultanov E. Seyidlər. Zaqafqaziya ölkə türk qəzeti «Yeni fikir»in nəşri (R.Nəcəfovun müqəddiməsi ilə). Tiflis, 1926
[lxiv] Sultanov E. Seçilmiş hekayələri (A.Zamanovun ön sözü ilə). Redaktoru İ.Maqsudov. Bakı, Azərnəşr, 1966
[lxv] İzzət Maqsudov. Eynəlibəy Sultanovun həyatı və yaradıcılığı (Avtoreferat). Bakı, 1963

Ədəbiyyatın mənası

Ədəbiyyat a həm yazılı, həm də şifahi söz və dil istifadəsinə əsaslanan bədii təzahür. Həm də akademik bir mövzunun adı və ədəbi əsərləri araşdıran nəzəriyyənin adıdır. Ədəbiyyat sözü Latın dilindən götürülmüşdür litteratūra.

Bu termin həm də bir ölkənin, bir dilin və ya bir zamanın ədəbi əsərlərinin məcmusuna aiddir. Əlavə olaraq, müəyyən bir mövzu ilə əlaqəli əsərlərin məcmuəsinə istinad etmək üçün də istifadə olunur.

Ədəbiyyat tarixi

Əvvəllər ədəbiyyat termini mövcud deyildi, XVII əsrdə hər hansı bir yazılı əsər şeir və ya bəlağət adı altında bilinirdi. Hətta, İspan Qızıl Çağı boyunca, istər şeir, istər nəsrlə, istərsə də dramatik bir əsər olaraq yazılmış müxtəlif əsərlərə şeir deyilirdi.

18-ci əsrdən etibarən ‘ədəbiyyat’ kəlməsi istifadə olunmağa başladı, bununla belə, bu termin günümüzdə bilinən mənanı on doqquzuncu əsrə qədər qəbul etmədi.

Daha sonra, 20-ci əsrdə, Rus Formalizmi, xüsusilə Roman Jakobson, ədəbiyyat və onun xüsusiyyətləri kimi təyin olunanları diqqətlə araşdırdı. Bu şəkildə mesaj vermək üçün dilin poetik funksiyasını və yazı estetikasını fərqləndirməyi bacardı.

Bu səbəbdən yazılanların hamısı ədəbiyyat sayılmır, məsələn publisistik mətnlər və ya akademik araşdırmalar dilin poetik bir funksiyasını yerinə yetirmir, baxmayaraq ki, mesaj və ya məlumat paylaşırlar.

Ədəbiyyat insan mədəniyyətinə xasdır və inkişaf etdiyi hər zamanın və məkanın xüsusiyyətlərinə malikdir. Qədim dövrlərdə, Yunan ədəbiyyatında sonrakı ədəbi istehsalın işarəsi olacaq istinad əsərləri yaradılmışdır İliada Y Odisseya, ikisi də Homerdən.

Ədəbiyyatın ən vacib əsərlərindən bəzilərini yaratmağa görə ən görkəmli müəlliflər arasında qeyd etmək olar:

  • William Shakespeare və ya Edgar Allan Poe (İngilis ədəbiyyatı).
  • Migel de Servantes və ya Gabriel García Markes (İspan dilində ədəbiyyat).
  • Johann Wolfgang von Goethe və ya Frank Kafka (Alman ədəbiyyatı).
  • Viktor Hüqo və ya Albert Kamyu (Fransız dilində ədəbiyyat).
  • Fyodor Dostoyevski və ya Leo Tolstoy (rus dilində ədəbiyyat).

Şeir funksiyasına da baxın.

Ədəbiyyat sənət kimi

Ədəbiyyat şifahi və ya yazılı dilin istifadəsini istifadə edən bədii ifadə növüdür. Bu mənada müəllif qeyri-ənənəvi və ya ənənəvi bir fikir, hiss, təcrübə və ya hekayəni (həqiqi və ya uydurma) ifadə etmək üçün sözdən estetik bir istifadə edir.

Ədəbi hekayələrdəki təsvirlər duyğuları, hissləri, qoxuları, ləzzətləri, yerləri, personajları və vəziyyətləri müəyyən bir şəkildə ifşa etmək qabiliyyətinə malikdir ki, bu da dilin poetik funksiyasını vurğulayır.

Eynilə ədəbiyyat sənət kimi estetik elementlərdən istifadə etmək, oxumaqdan həzz almaq, oxucunun təxəyyülünü oyatmaq və ağlasığmaz yerlərə və zamanlara köçürə bilmək ilə xarakterizə olunur.

Ədəbiyyatın xüsusiyyətləri

Ədəbiyyatın əsas xüsusiyyətləri aşağıda təqdim olunur:

  • Qədim bədii bir ifadədir, tapılan ən qədim əsərlər arasında önə çıxır Gilgamesh Şeiri.
  • Hər bir müəllifin təcrübə və ya sensasiya əsasında gerçək hekayələri ifşa etmək, eyni zamanda təxəyyül və fantaziya ilə yüklənmiş uydurma hekayələr yaratmaq üçün yaradıcılıq və orijinallıqdan qaynaqlanırlar.
  • Lirik, epik və ya povest və dramatik olan üç janrdan ibarətdir.
  • Ədəbi əsərlərdə istifadə olunan dil dilin poetik funksiyasını yerinə yetirir.
  • Yazılanların hamısı fərqlənməyə xidmət edən ədəbi kanona görə ədəbiyyat kimi qəbul edilmir
  • Hekayələrin təsviri, dilin qeyri-ənənəvi üsulları olan ədəbi şəxsiyyətlərin və ya ritorik şəxsiyyətlərin istifadəsindən istifadə edir. Məsələn, metafora, bənzətmə, oxymoron və başqaları arasında.
  • Ədəbi cərəyanlar üslub, tənqid, mövzu və ya tarixi dövr kimi bir sıra əsərlərin paylaşdığı xüsusiyyətlərdən fərqlənir.
  • Ədəbiyyat, ədəbiyyat nəzəriyyəsindən danışıq quruluşunu təhlil etmək üçün öyrənilir.
  • Ədəbiyyatı müəyyənləşdirən 7 xüsusiyyət.
  • Ədəbi xadimlər.

Ədəbi janrlar

Ədəbiyyat əsərlərin məzmununa görə təsnifatından ibarət olan ədəbi janrlara bölünür. Ənənəvi ədəbi növlərin təsnifatı üç əsas növü müəyyənləşdirir, bunlar:

  • Lirik, elegiya, ilahi, ode, eclogue, satira daxildir. Qisa ayələrdə yazılması ilə xarakterizə olunur.
  • Dastan və ya povest başqaları arasında epos, əməl mahnıları, qısa hekayə və roman daxildir. Məzmunu uzun ayələrdə və ya nəsrdə nəql olunur.
  • Dramatik bunlar pyeslər, faciə, komediya, farsdır.

Bəzən natiqlik və didaktika kimi digər janrlara da yer verilir.

Ədəbiyyat növləri

Aşağıda əsas ədəbiyyat növləri verilmişdir.

Qədim ədəbiyyat

İndiyə qədər mütəxəssislər qədim ədəbiyyatın başlanğıc tarixini təyin edə bilməmişdilər, xüsusən də böyük bir şifahi ənənə olduğu üçün. Lakin məlumdur ki, ilk ədəbi əsərlər Mesopotamiya imperiyalarında, Çində və Hindistanda yazılmışdır.

Tapılan fərqli mətnlərə əsasən, ən qədim mətnin təxminən eramızdan əvvəl 2000-ci ilə aid olduğu hesablanır Gligamesh Şeiribir Sümer qəhrəmanının xüsusiyyətini izah edən.

Tapılan ən qədim kitablardan biri də Ölülər kitabı, Qədim Misirdən bir cənazə mətni, eramızdan əvvəl 13. əsrə aiddir.

Bununla birlikdə, bu ədəbiyyatın bir çox eksponat kitabının M.Ö. 49-cu ildə İsgəndəriyyə Kitabxanasının böyük atəşində itdiyini söyləyirlər.

Qədim ədəbiyyata da baxın.

Orta əsr ədəbiyyatı

Orta əsr ədəbiyyatı 476-cı ildə Roma İmperiyasının süqut etməsi ilə 1492-ci ildə Columbusun Amerikaya gəlişi arasında meydana gələn ədəbiyyatdır. O dövrdə kilsə bir təşkilat olaraq ədəbiyyatı və biliyi öz üzərinə götürdü.

Rəhbərlər kitablara, mətnlərin tərcüməsinə, özlərini öyrətmək və mətn yazmaq imkanına sahib olanlardı. Bu səbəbdən orta əsr ədəbiyyatı hakim dini düşüncənin ifşası ilə xarakterizə olunur.

Bununla yanaşı, copla yazılmış populyar mövzuların üstünlük təşkil etdiyi fərqli kitab növləri də mövcuddur. Orta əsr ədəbiyyatı Kastiliyada ilk ədəbi əsərlərin yaranma anı idi.

Orta əsr ədəbiyyatına da baxın.

Klassik ədəbiyyat və ya Yunan ədəbiyyatı

Yunan Ədəbiyyatı, Bizans İmperiyasının yaranmasına qədər qədim Yunan və ya Latın dilində yazılmış əsərləri əhatə edir. Bunlar Qərb mədəniyyətinin ən vacib ədəbi əsərlərinin bir hissəsidir.

Məhz bu dövrdə ədəbiyyat və təsviri sənət anlayışları meydana çıxdı və Yunan mifologiyasının inancları ifşa edildi.

Klassik ədəbi əsərlər epik və ya lirik şeirlər olması ilə xarakterizə olunur. Digər tərəfdən, sonrakı ədəbiyyatda böyük təsirləri var. Ən görkəmli müəlliflərdən bəziləri müəllif Homer idi İliada Y Odisseya və Hesiod, müəllif İşlər və günlər.

Klassik ədəbiyyatdan sonra ədəbi janr anlayışları yarandı və ümumdünya ədəbiyyatının tanınmış müəllifləri üzə çıxdı.

Yunan Ədəbiyyatına da baxın.

İntibah ədəbiyyatı

İntibah ədəbiyyatı 14-cü və 15-ci əsrlərdə inkişaf etmiş və gerçəkliyi idealizə etmək və tutmaqla yanaşı təbiəti mükəmməllik və ləzzət simvolu olaraq nümunə götürməklə xarakterizə olunur.

Bu ədəbiyyatın eksponent əsərlərindən biri də budur Şahzadə Machiavelli.

Renaissance Literature haqqında daha çox məlumata bax.

Barok ədəbiyyatı

Barok, on yeddinci əsrdə inkişaf etmiş bir bədii hərəkat idi və bu terminin ədəbiyyatda təxminən 1820-ci ildən etibarən istifadə olundu.

Bu, İntibahın əsaslarının təkamülünü ifşa etmək, bəzən ədəbi şəxsiyyətlərdən həddindən artıq istifadə etdikləri mədəni və elmi bir dildən istifadə etməklə xarakterizə olunur.

Barok Ədəbiyyatına da baxın.

Romantizm Ədəbiyyatı

Romantizm dövründəki ədəbiyyat 18-ci əsrin sonunda Avropada, xüsusən Almaniyada 19-cu əsrin sonlarına qədər inkişaf etdi.

Ədəbi əsərlər “mən” in üstünlük təşkil etməsi, sənaye öncəsi mövzuları ifşa etməsi və davamlı özünəməxsusluq axtarışı ilə xarakterizə olunurdu.

Bu zamandan etibarən Edgar Allan Poe, Johann Wolfgang von Goethe və digərləri kimi müəlliflər seçilir.

Eləcə də Romantizm Ədəbiyyatı.

Müasir ədəbiyyat

The Müasir ədəbiyyat və ya müasir ədəbiyyat 1789-cu ildə Fransız İnqilabı kimi mühüm tarixi hadisələrdən, hətta bu günə qədər hazırlanmışdır.

Bu dövrdə ortaya çıxan üslublardan bəziləri Romantizm, Realizm, Modernizm və Avanqard ədəbiyyatıdır.

Bu ədəbiyyat 19-cu əsrdə baş verən mürəkkəb sosial, siyasi və mədəni dəyişikliklər səbəbindən daim yenilənmə ilə xarakterizə olunur.

Əsərlərin son nəticəsi əvvəlki tendensiyaların necə pozulduğunu və anın həqiqətinin özünəməxsusluqla necə ifşa olunduğunu əks etdirir.

Universal ədəbiyyat

Məzmununa və orijinallığına görə mədəni bir istinada çevrilən əsərlərin məcmuəsinə ümumdünya ədəbiyyatı deyilir. Eynilə, bu əsərlərin bütün insanlara məlum olması lazım olduğu düşünülür.

Misal üçün, İliada Homerdən, La Mançadan Don Quijote Miguel de Cervantes tərəfindən, Romeo və Culyetta William Shakespeare tərəfindən, Yüz illik tənhalıq başqaları arasında Gabriel García Márquez.

Digər ədəbiyyat növləri

  • Uşaq ədəbiyyatı: uşaqlar üçün yazılmış ədəbi əsərlərə aiddir. Təsvirlərdən geniş istifadə etməklə xarakterizə olunur və hər üç ədəbi növü əhatə edə bilər. Uşaq ədəbiyyatında uşaqların şərh edə biləcəyi sadə dil və sadə təsvirlərdən istifadə olunur.
  • Qeyri-bədii ədəbiyyat: bunlar avtobioqrafiya kimi real hekayələrin hesablarıdır.
  • Fantaziya ədəbiyyatıa: təsəvvür ilə dolu olan hekayələrə aiddir, burada kitablar kimi qeyri-real hadisələr və insanlar təsvir olunur Harry Potter J. K. Rowling tərəfindən.
  • Bədii ədəbiyyat: hekayələri və faktların təsvirlərini və ya real və ya qondarma personajları qarışdıran biridir. Məsələn, paranormal hadisələrin hesabları.

Eləcə də Ədəbi cərəyanlar baxın.

Comments are closed, but trackbacks and pingbacks are open.