Ədəbiyyat şünaslıq terminləri
barədə müxtəsər, yığcam məlumat verilir. Ədəbiyyatşunas alim T.Əhmədov
Qısa mühazirələr
Yunan mənşəli metodologiya termini “metodos” və “loqos” sözlərinin birləşməsindən əmələ gəlmişdir və mənası metodlar haqqında elm deməkdir. Metodologiya ayrı-ayrı elmlərin metodları haqqında təlimdir.
“Müasir elmdə metodologiya hər şeydən əvvəl elmi və əməli fəaliyyət metodiarı və üsullarının yaranması, inkişafı və bir-birini əvəz etməsi qanunauyğunluqları haqqında elm kimi başa düşülür. Elmi idrak metodlarının nəzəri əsaslandırılması inkişaf etməkdə olan elmlərin təlabatından doğmuşdur.” (ASE, 1982, VI cild, s. 459).
Metodologiya elminin banisi sayılan F. Bekon “Yeni Orqanon” əsərində bu elmin mahiyyəti və vəzifələri haqqında ilk dəfə məlumat vermiş, onun gələcək inkişaf perspektivlərini elmi şəkildə müəyyənləşdirmişdir. Filosofun “Həqiqi biliyə həqiqi metod vasitəsilə nail olmaq mümkündür” fikri indi də öz əhəmiyyətini itirməmişdir.
Metodologiya haqqında R. Dekartın və Hegelin təlimi bu sahədə atılan yeni uğurlu addımlar olmuşdur. Hegelin fıkrincə, metod məzmunun hərəkətidir və buna görə də məzmunla əlaqədə nəzərdən keçirilməlidir.
Marksizm-leninizm klassikləri metodologiyanı təkcə dünyanı dərk etmək metodu kimi deyil, həm də onu dəyişdirmək haqqında təlim səviyyəsinə qaldırmışlar. Sovet dövründə bədii ədəbiyyata, incəsənət əsərlərinə məhz bu təlim əsasında qiymət verilmişdir. Ədəbiyyat işi ümumproletar işinin son dərəcə mühüm təkərciyi, vintciyi, ideologiyanın, sinfı mübarizənin başlıca silahı hesab edilmişdir.
Məlumdur ki, ədəbiyyatşünaslıq elminin tədqiqat obyekti bədii ədəbiyyatdır. Bədii ədəbiyyatı isə müxtəlif baxımdan, müxtəlif nöqteyi-nəzərdən tədqiqata cəlb edib araşdırmaq, onun məziyyət və nöqsanlarını müxtəlif dünyagörüşü, estetik prinsip istiqamətində şərh etmək olar. Bədii əsərlər müxtəlif bədii metodlarla, müxtəlif ədəbi üslublarda yazıldığı kimi, sənət əsərlərini də ayrı-ayrı istiqamətdə, ayrı-ayrı metodlarla tədqiq edib qiymətləndirmək olar.
Araşdırıcıların, tədqiqatçıların təkcə elmi səviyyəsindən, nəzəri hazırlığından yox, həm də onun məramından, istəyindən, dünyagörüşündən, ictimai hadisəiərə münasibətindən çox şey asılıdr. Eyni predmetə müxtəlif prizmadan baxmaq, onu müxtəlif şəkildə qiymətləndirmək olar. Eyni adama biri dost, biri bacı, biri sevgili, biri övlad, biri tələbə kimi baxa bilər. Bədii ədəbiyyat da belədir. Eyni bir əsəri müxtəlif istiqamətdə, müxtəlif əxlaqi, sosioloji və nəzəri prinsiplər əsasında araşdırmaq, onun məziyyət və nöqsanlarını göstərmək üçün məhz metodoloji yanaşma vacibdir. Məsələn, S. Vurğunun “26-lar” poeması sovet dövründə təhlil edilərkən ondakı inqilabi ruh, sinfi düşmənə qarşı barışmaz mövqe başlıca meyar götürüldüyündən, xalqımızın qəddar düşməni Şaumyan və onun məsləkdaşları tərifiənir, Məmmədəmin Rəsulzadə kimi qeyrətli vətən oğlu, Demokratik Azərbaycan Respublikasının yaradıcılarından biri tənqid olunurdu. İndi zaman dəyişdiyi üçün əsəri yeni meyarla təhlil etmək, araşdırmaq zərurəti meydana çıxır.
Müasir ədəbiyyatşünaslıq elmi özündən əvvəlki tarixi mərhələlərdə yaranmış ədəbiyyatı tədqiq etmə metodlarını araşdırıb saf-çürük etməli, onun qabaqcıl ənənələrindən günün tələbləri baxımından bəhrələnməyi bacarmalıdır.
Mifoloji nəzəriyyə, mədəni-tarixi metod, müqayisəli-tarixi metod, formal metod, sosioloji metod, strukturalizm və s. bu kimi metodlar tarixi inkişafın müəyyən mərhələlərində ayrı-ayrı dünyagörüşünə malik filosofiar, nəzəriyyəçilər tərəfindən yaradılmış, dünya ədəbiyyatını həmin prinsiplər əsasında araşdırıb qiymətləndirmək meyli özünü göstərmşdir.
Mifoloji nəzəriyyənin yaradıcılan mifologiyanı ədəbiyyat və incəsənətin mənbəyi hesab etmişlər. F. V. Şellinqin və Şlegel qardaşlarının nəzəri-estetik görüşləri mifoloji məktəbin fəlsəfı əsasını təşkil etmişdir. Almaniyada Qrimm qardaşları, V. Şvarts, İngiltərədə M. Müller, C. Koks, İtaliyada A. De Qubernatis, Fransada M. Breal, Rusiyada A. N. Afanasyev, F. İ. Buslayev, mifoloji nəzəriyyənin görkəmli nümayəndələri olmuşlar. Onlar romantik konsepsiyaya əsaslanmış, yaradıcılıqda mifoloji süjetlərdən, folklor ənənələrindən bəhrələnməyi ən düzgün yol hesab et-mişlər.
Mədəni-tarixi metodun nümayəndələri ədəbiyyatı həyatla, tarixi inkişafla, mühitlə qarşılıqlı əlaqədə öyrənmək prinsipini əsas götürmüşlər. Bu metodun yaradıcısı İ. Herderin XVIII əsrin sonunda irəli sürdüyü “ədəbiyyat və incəsənəti tarixi genetik baxımdan öyrənmə” prinsipini İ. Ten daha da inkişaf etdirmiş, bədii ədəbiyyatın ictimai psixologiyanın inikası əsasında yaranmasını əsaslandırmağa çalışmışdır. Mədəni-tarixi metodun nümayəndələri coğrafi amillərə – iqlimə, təbiətə, xarakteri formalaşdıran sosial tarixi mühitə, irqə, temperamentə xüsusi əhəmiyyət verməyi zəruri saymışlar. Müqayisəli-tarixi ədəbiyyatşünaslığın formalaşmasında mədəni-tarixi metodun böyük rolu və əhəmiyyəti danılmazdır. Bu tarixi metodun vətəni Almaniya və Fransa olmuşdur.
Müqayisəli-tarixi metod hər hansı bir xalqın ədəbiyyatını digər xalqların ədəbiyyatı ilə müqayisə zəminində araşdırıb təhlii etmək prinsipini əsas götürürdü. Bu prinsip dünya xalqlarının ədəbiyyatının oxşar və fərqli cəhətlərini müəyyənləşdirməyə zəmin yaradır, ədəbiyyatın bəşəri dəyərlər istiqamətində inkişafına təkan verən amilə çevrilirdi. İndinin özündə də qarşılıqlı ədəbi əlaqələrin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir və xalqların bir-birinə yaxınlaşmasına şərait yaradır.
Nəinki ədəbiyyatşünaslıqda, eləcə də tarixdə, sosiologiyada, dilçilikdə, etnoqrafiyada, psixologiyada, hüquqşünaslıqda müqayisəli-tarixi metod mühüm əhəmiyyət kəsb edir.
Formal metod. Ədəbiyyatın qanunauyğunluqlarını öyrənərkən məzmuna etinasız yanaşıb, bədii formaya üstünlük vermək formal metodun başlıca prinsipidir. “Sənət sənət üçündür”, “xalis incəsənət” uğrunda şüarı formalizmin mahiyyətini başa düşməyə kömək edir. Formal metodun nümayəndələri bədii yaradıcılıqda cəmiyyətin, həyatın inkişaf qanunauyğunluqlarının, sosial mühitin, sənətkarın dünyagörüşünün rolunu inkar edirdilər.
Əlbəttə, bədii əsərin forması, onun sənətkariıq xüsusiyyətləri olduqca mühüm əhəmiyyət kəsb edir. Ancaq bütün bunlar əsərin əsas məzmununun ifadəsinə yardımçı olmalıdır.
Sosioloji metod isə ədəbiyyata, sənət əsərlərinə yalnız sinfı nöqteyi-nəzərdən qiymət verməyi tələb edirdi. Onun nümayəndələri hesab edirdilər ki, sosial mühit hər şeyi həll edir, sənətkar, onun dünyagörüşü, fəal həyat mövqeyi bədii yaradıcılıqda o qədər də önəmli rol oynamır.
Strukturalizm . XX əsrin birinci yarısında yaranan strukturalizmin bünövrəsini Praqa məktəbinin nümayəndələri qoymuşlar.
Göründüyü kimi, ədəbiyyatı, incəsənəti müxtəlif metodlarla, prinsiplərlə öyrənmə meyli təsadüfı xarakter daşımamışdır. Əlbəttə, bu metodların hərəsinin özünəməxsus məziyyət və nöqsanları vardır. Onların hamısının ən yaxşı cəhətlərindən bəhrələnmək ancaq ümumi işin xeyrinə ola bilərdi. Lakin bu zaman yeni dövr, onun tələbləri, dünya ədəbiyyatının, incəsənətinin ümumi estetik prinsipləri, hər xalqın özünəməxsus milli adət-ənənələri, əxlaqı baxışları, dünyagörüşü mütləq nəzərə alınmalıdır. Dövrün, zamanın tələbi ilə yaranan, xalqımızın əxlaqi görüşlərini, psixologiyasını, təfəkkür tərzini özündə cəmləşdirən yeni milli metodologiya ədəbiyyat tariximizi yeni istiqamətdə araşdırmağa, qəhrəmanların hərəkət və davranışlarına müsir baxımdan qiymət verməyə şərait yaradır, tədqiqatçıya yeni istiqamət verir. Müasir mərhələdə bəşər sivilizasiyasının, əsrlərin sınğından çıxmış bütün nəzəri estetik prinsiplərindən xalqımızın, dövlətimizin maraqları istiqamətində istifadə etmək zərurəti meydana gəlir.
Müasir dövrümüzdə nəzəri prinsiplərin hamısından yaradıcı şəkildə bəhrələnməyin rolu olduqca vacibdir. Dünya ədəbiyyatı və incəsənətinin ən gözəl, xarakterik nümunələri əsasında formalaşan estetik prinsiplərin, ədəbiyyat nəzəriyyəsinin metodoloji əhəmiyyəti böyükdür. Bu prinsiplər əvəzsiz bədiilik meyarları kimi müasir əsərlərə qiymət verərkən indi də tədqiqatçıya nəzəri-estetik istiqamət verir, onun yardımçısına, məsləhətçisinə çevrilir.
İndi “imzalar içində imzası” olan, bayraqlar içində bayrağı dalğalanan ölkəmiz yeni demokratik yaşayış prinsipləri əsasında öz inkişafını davam etdirir ki, bu da yeni metodologiyanın formalaşmasına zəmin yaradan mühüm amilə çevrilmişdir.
Hazırki dövrdə milli-mənəvi, dini və bəşəri dəyərlərin nəzərə alınması bədii və elmi yaradıcılığın istiqamətini müəyyənləşdirən ən vacib amillərdən birinə çevrilmişdir. Yeni milli metodologiya ədəbiyyatşünaslıq elmimizin də yeni istiqamətdə inkişafına şərait yaratmışdır.
ƏDƏBİYYATIN TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ . “Ədəbiyyat” — “ədəb”, “mərifət” sözündən götürülmüşdür. Onun birinci vəzifəsi insanı tərbiyə etməkdir. İnsanın başqalarına münasibətində, dünyagörüşünün inkişaf edib formalaşmasında, özünü dərk etməsində, ləyaqətli vətəndaş kimi tərbiyə olunmasında bədii ədəbiyyat mühüm bir vasitədir. Oxucu bədii əsərdə müxtəlif insan surətləri ilə, demək olar ki, ünsiyyətdə olur, pislərin də, yaxşıların da işindən nəticə çıxarır, ibrət götürür. Qədim yunan filosofu Aristotel yazır: “Madam ki, təqlidçilər (yazıçılar). hərəkət və fəaliyyət adamlarını təqlid edirlər, bu adamlar isə mütləq yaxşı, ya pis olurlar (zira xarakter, demək olar ki, həmişə bunlardan birinə meyl edir və xaraktercə insanlar ya qəbahətlərinə, ya xeyirxahlıqlarına görə seçilirlər), deməli, ya özümüzdən yaxşılarını, ya pislərini, ya da ki, elə özümüz kimilərini təqlid etmək lazım gəlir”. Aristotelin belə bir sözü də var: “. bilik qazanmaq nəinki filosoflar, eyni dərəcədə başqa adamlar üçün də olduqca xoşdur”.
Xacə Nəsirəddin Tusi “Əxlaqi-Nasiri” əsərində yazır:
“Ünsiyyət və əlaqə o zaman baş tutar ki, insan nəyin nizama aparıb çıxaracağını, nəyin pozğunluğa səbəb olacağını, hər kəslə tək-tək necə davranmaq lazım olduğunu öyrədən elmi yaxşı bilsin, bu ictimaiyyət elmidir. Deməli, hamı elmi öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın; əks haida rəftar və davranışda səhvlərə yoi verər”.
N. Tusidən gətirilən fikir baxımından Nizami Gəncəvinin əsərlərindəki surətlərin davranışlarının müqayisəsində insanların rəftarlarının, münasibətinin nəticələri oxucuya təsirsiz qalmır. Oxucu ya ondan (məsələn, Fərhaddan, Şirindən) nümunə götürür, ya da onun (məsələn, Şiruyyənin) pis əməllərinə, xoşagəlməz hərəkətlərinə nifrət edir, öz davranışında ona yol vermək istəmir. Bir sözlə, xarakterini bu və ya başqa ədəbi qəhrəmanın nümunəsində tərbiyə edir. Ədəbiyyat oxucunu düşündürür, onun həssaslığını artırır, qəlbini incələşdirir, ona nəcib sifətlər aşılayır, daxili qüvvə verir, həyata səsləyir, ümumiyyətlə desək, onda yeni mənəvi keyfiyyətiərin yaranmasına səbəb olur. Ədəbiyyat oxucuda vətənpərvərlik hisslərini güciəndirir. “Vətəni sevməyən insan olmaz, Olsa, ol şəxsdə vicdan olmaz” (A.Səhhət); “Bilsin ana torpaq, eşitsin vətən, Müsəlləh əsgərəm mən də bu gündən” (S.Vurğun) kimi ifadələr vətənpərvərlik anlayışının məzmununu yaxşı şərh edir. Ədəbiyyat adamda əməyə məhəbbət hissi oyadır. Əmək adamlarının ümumiləşdirilmiş obrazlarının (Fərhad, Sarvan, Usta Ramazan və b.) şəxsində ən yaxşı nümunələr nəzərdə canlanır. Bu obrazların yaratdığı əmək xariqələri adamı gərgin fəaliyyətə, ictimai-faydalı işə təhrik edir.
Ədəbiyyat terminləri lüğəti
Ahəng — eyni ölçülü səslərin növbələşməsi, təkrarlanması və bir-birini izləməsidir. Ölçü, qafiyə, bölgü, rədif şeirdə ahəng yaradan əsas vasitələrdir.
Alleqoriya — yunan sözüdür, rəmzlə danışmaq deməkdir. Alleqoriyada fikir şəxsləndirilmiş obrazlar: heyvanlar, quşlar, cansız əşyalar, bitkilər və s. vasitəsilə çatdırılır. Məsələn, Füzuli “Söhbətül-əsmar” poemasında bağ, bostan bitkilərini canlandırma yolu ilə mənsəb, şöhrət düşkünü olan insanları tənqid etmişdir.
Bədii sual — bəzən əsərdə fikir sual şəklində ifadə olunur. Bu, hər hansı məlumatı öyrənmək üçün qurulan sual cümləsindən fərqli olaraq, emosionallığı artırmaq, fikrin daha qabarıq ifadəsinə nail olmaq məqsədi daşıyır. Bədii sualdan lirik əsərlərdə daha çox istifadə olunur.
Bədii təsvir vasitəsi — əsərdə bədii dilin mühüm tərkib hissəsidir. Əşya və haidsələrin oxşarlığı əsasında yaradılaraq məcazi məna daşıdıqları üçün onlara məcazlar da deyilir. Epitet, təşbeh, metafor və s. daha çox işlənən bədii təsvir vasitələridir.
Bədii ifadə vasitəsi — fikrin bədii təsir gücünü qüvvətləndirən vasitələrdir. Bütöv cümlə ilə ifadə olunduğu üçün onları poetik sintaksis və ya sintaktik fiqurlar da adlandırırlar. Bədii əsərlərdə tez-tez rast gəlinən təkrir, mübaliğə, bədii sual, bədii təzad, kinayə və s. bədii ifadə vasitələridir.
Bəhr — əruz vəznində misra bölümünü, uzun və qısa hecaların ardıcıllığını, fasilələrin yerini təfilələr (fAilAtün, məfAİlün və s.) müəyyənləşdirir. Onlar birləşərək əruzun müxtəlif bəhrlərini (həzəc, xəfif, münsərih və s.) yaradır. Məsələn, M.P.Vaqifin “Bax” qəzəli fAilAtün təfiləsinin 3 dəfə bütöv, 1 dəfə yarımçıq (fAilün) işlənməsi ilə əmələ gəlmiş rəməl bəhrindədir.
Bənzətmə — məcazın növlərindən biri. Bədii əsərdə bir əşyanın, hadisənin hər hansı bir əlamətcə özündən daha qüvvətli olan əşyaya, hadisəyə oxşadılmasına deyilir. Bənzətmə əvəzinə, ərəb sözü olan, oxşatmaq, bənzətmək mənasını verən təşbeh termini də işlənir. Bənzəyən, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlaməti təşbehin ünsürləridir. Əgər 2-ci və 3-cü ünsür olmadan yaradılarsa, buna mükəmməl təşbeh deyilir. M.P.Vaqifin “Pəri” qoşmasında belə təşbehlər vardır:
Boyun sürahidir, bədənin büllur.
Boy — dastanın bir qolu, bitkin hissəsidir.
Beyt — şeirin iki misradan ibarət olan nisbətən bitkin hissəsinə deyilir.
Bədii təzad — əsərdə məzmunca bir-birinə zidd iki anlayış və ya vəziyyətin qarşılaşdırılması bədii təzad yaradır. Bu, fikrin daha qabarıq, təsirli çatdırılmasına səbəb olur. M.Füzulinin aşağıdakı misralarında lirik qəhrəmanın vəziyyəti bədii təzad vasitəsilə daha təsirli ifadə olunmuşdur: Tutuşdu ğəm oduna şad gördüyün könlüm, Müqəyyəd oldu ol azad gördüyün könlüm.
Dastan — şifahi xalq ədəbiyyatının epik növünün irihəcmli janrıdır. Nağıldan fərqli olaraq, dastan həm nəsr, həm də nəzm hissəsindən ibarət olur. Dastanda nəsrlə nəzm növbələşir, hadisələr nəsr dili ilə nəql edilir, qəhrəmanların hiss və həyəcanları şeir parçaları vasitəsilə verilir. Bu xüsusiyyətinə görə dastana epik-lirik əsər də deyilir. Şifahi xalq ədəbiyyatımızda qəhrəmanlıq və məhəbbət dastanları geniş yayılıb. Azərbaycan dastanları ozan-aşıq sənətinin məhsuludur. Onlar süjet xəttinin bitkinliyi ilə seçilir.
Deyişmə — şairlər, yaxud aşıqlar arasında yarış, müsabiqə məqsədilə keçirilən şeirləşmə. Deyişmədə iki və daha artıq sənətkar iştirak edir.
Dialoq — yunanca söhbət, müsahibə deməkdir. Bədii əsərdə iki və daha artıq şəxsin bir-biri ilə danışığıdır. Dialoq əsərdəki hadisələrin mahiyyətinin, surətlərin daxili aləminin açılmasında mühüm rol oynayır.
Dibaçə — ərəb sözü olub müqəddimə deməkdir. Klassik ədəbiyyatda divanların, əlyazma kitabların girişi, ön sözü.
Dram — yunanca fəaliyyət, hərəkət deməkdir. Dramatik növün janrı olan dramda həm komediya, həm də faciəyə xas əlamətlər özünü göstərir.
Dramda konflikt ciddi həyat ziddiyyətləri, güclü xarakterlərin toqquşmasından yaranır. Belə əsərlərdə komediya üçün səciyyəvi olan gülməli epizodlara yer verilir. Lakin dramın bütünlüklə komik, gülməli səhnələr üzərində qurulması mümkün deyil. Dramın qəhrəmanı da faciə qəhrəmanı kimi ciddi münaqişəyə girsə də, faciədən fərqli olaraq, qarşılaşdığı güclü şər qüvvələrə qalib gəlir. Dram janrında əsərlər həm nəsrlə, həm də nəzmlə yazılır.
Dramaturq — dramatik növün komediya, dram, faciə janrlarında əsər yazan sənətkarlara deyilir.
Dramaturgiya — sənətkarın dramatik əsərlərinin məcmusu. Bütöv bir tarixi dövrün dramatik əsərlərinə də birlikdə dramaturgiya deyilir. Məsələn, Cəlil Məmmədquluzadənin dramaturgiyası. XX əsr Azərbaycan dramaturgiyası və s.
Divan — fars sözüdür, mənası toplu, cəm deməkdir. Şərq ölkələrində bir şairin əsərlərinin məcmuəsinə deyilir. Divanın tərtibində qəsidə, qəzəl, qitə və s. janrlar üzrə sıralanma gözlənilir, sonra həmin şeirlər qafiyənin son hərfi əsas götürülməklə əlifba sırası ilə düzülür
Epik-lirik növ — epik-lirik əsərlərdə təhkiyə və tərənnüm kimi həyatı əksetdirmə üsulları qovuşur. Dastan və poemada həm əhvalatların nağıl edilməsinə, təhkiyə və təsvirə, həm də hadisələrin doğurduğu hiss-həyəcanların ifadəsinə yer verilir. Füzulinin “Leyli və Məcnun” əsəri epik-lirik poemadır. Burada şair qəhrəmanın daxili aləminə, hiss-həyəcanlarına nisbətən hadisələrin təsvirinə, təhkiyəyə daha geniş yer vermişdir. Lirik-epik poemalarda isə qəhrəmanın daxili aləmi, hiss-həyəcanlarının ifadəsi hadisələrin təsviri, təhkiyəsinə nisbətən ön planda durur, daha qabarıq verilir.
Epitet — məcazın növlərindən biridir, yunanca əlavə deməkdir. Bədii əsərdə sözün təsir gücünü artırmaq üçün ona artırılan məcazi mənalı təyinedici sözdür (sifətdir). Epitetə bədii təyin də deyilir. Şirin meyvə birləşməsində şirin sözü məcazi mənada işlənmədiyindən epitet deyil, şirin söz ifadəsində isə bu söz məcazi məna qazandığından epitet sayılır.
Epos — yunanca danışmaq, söyləmək, nağıl etmək, fikri təhkiyə əsasında çatdırmaq mənasında işlənir. Şifahi xalq ədəbiyyatında epos qəhrəmanlıq dastanlarına da deyilir. Məsələn, “Koroğlu” eposu və s.
Ədəbi qəhrəman — təsvir olunan hadisələrin mərkəzində duran və yazıçının irəli sürdüyü ideyanın əsas ifadəçisinə çevrilən surətə deyilir. Bədii əsərin qəhrəmanı müsbət olduğu kimi, mənfi də ola bilər.
Ədəbi növ və janrlar — bədii əsərlər üç ədəbi növə ayrılır: epik, lirik və dramatik növ. Epik əsərlərdə təhkiyə, təsvir, lirik əsərlərdə tərənnüm, dramatik əsərlərdə göstərmə əsas, aparıcı əlamətlərdir. Hər bir ədəbi növün müxtəlif şəkilləri vardır ki, onlara ədəbi janrlar deyilir.
Məsələn, epik əsərlərin əfsanə, nağıl, dastan, təmsil, hekayə; lirik əsərlərin rübai, qəzəl, bayatı, gəraylı, qoşma; dramatik növün isə dram, komediya, faciə janrları vardır. Dramatik janrlara pyes də deyilir.
Ədəbi məclis — dünyagörüş, yaradıcılıq baxımından yaxın olan yazıçıların birliyi. Ədəbi məclislərdə sənətkarların öz əsərləri, ədəbiyyatşünaslığa dair nümunələr oxunur, müzakirə edilir, ədəbi hadisələrə, yeniliklərə münasibət bildirilir.
Ənənə — ərəb sözüdür. Tarixən meydana gələrək nəsildən-nəslə keçən adət, əxlaq normaları, görüşlər, zövqlər və s. Söz sənətində əvvəlki ədəbi hadisə ilə yeni ədəbi hadisə arasında ardıcıl varislik əlaqəsi ənənə adlanır. Ənənə bir və ya bir neçə yazıçının yaradıcılığına xas olan ideya-sə- nətkarlıq xüsusiyyətlərinin sonrakı sənətkarlar tərəfindən öyrənilməsi və inkişaf etdirilməsidir. Məsələn, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Ə.Sabir realizminin ideya-bədii kökləri M.F.Axundzadə və Q.Zakirin yaradıcılıq ənənələri ilə üzvi surətdə bağlıdır.
Latınca yenilik mənası verən novatorluq ənənə ilə sıx bağlıdır. Həyatda baş verən hadisələrlə, insanların arasında yaranan yeni münasibətlərlə əlaqədar bədii ədəbiyyatda özünü göstərən keyfiyyət dəyişikliyi novatorluq adlanır. Novatorluq ənənələrin üzərində yaranaraq, onları inkişaf etdirərək yeni ənənələrin meydana gəlməsinə zəmin olur.
Əruz vəzni — ərəb şeirinin əsas vəznidir. Ədəbiyyatda əruz sözü şeir haqqında elm mənasında işlənir. Bu vəzn VIII əsrdə ərəb alimi Xəlil ibn Əhməd tərəfindən yaradılmış və sistemə salınmış, sonralar digər müsəlman ölkələrinə, o cümlədən Azərbaycana da yayılmışdır. Əruzda əsas şərt misrada hecaların sayca bərabər olması yox, uzun və qısa hecaların bir qayda ilə düzülməsidir. Bəzən əruzla yazılan şeirin birinci misrasında 10, ikinci misrasında 11 heca ola bilər. Belə olduqda ahəng hecanın uzanması və qısalması hesabına yaranır.
Faciə — Faciə ərəb sözü olub müsibət, bədbəxtlik deməkdir. Dramatik növün janrlarından olan faciədə konflikt fəlakətlə bitən kəskin, barışmaz həyati ziddiyyətlər üzərində qurulur, əksər hallarda qəhrəmanın ölümü ilə nəticələnir. Faciənin konfliktinin əsasında duran problemlər, ziddiyyətlər fərqli məzmunda olur. Mahiyyət etibarilə faciədə mənəvi-əxlaqi, siyasi problemlər, kəskin fəlsəfi, ideya, dünyagörüşü toqquşmaları, müxtəlif ictimai təbəqələr arasında qarşıdurma, ailə-məişət zəminində barışmaz ziddiyyətlər həyati konfliktə çevrilir.
Mənəvi-əxlaqi faciələrdə konfliktin əsasında cəmiyyətdə hakim olan, ictimai tərəqqi yolunda maneəyə çevrilən qayda-qanunlara, adət-ənənələrə qarşı cəmiyyəti yeni əxlaqi meyarlar əsasında qurmaq istəyən qüvvələrin barışmaz mübarizəsi durur. Belə faciələrin humanist prinsiplərlə yaşayan, ictimai tərəqqi üçün mübarizə aparan qəhrəmanları tamaşaçının, oxucunun qəlbində yüksək hiss, həyəcan, yaradıcı fəaliyyət, böyük mənəvi ideallar uğrunda mübarizə aparmaq istəyi doğurur. Faciə çox zaman qəhrəmanın ölümü ilə bitir. “Misibəti-Fəxrəddin” faciəsində qəhrəman — böyük arzularla, ümidlərlə yaşayan, tərəqqipərvər qüvvələri təmsil edən Fəxrəddin cismən məğlub olsa da, ona qarşı çıxan, köhnə adət-ənənələrin təmsilçisi olan qüvvələr üzərində mənəvi qələbə qazanır.
Azərbaycan ədəbiyyatında faciənin klassik nümunələrini N.Vəzirov, Ə.Haqverdiyev, H.Cavid kimi görkəmli sənətkarlar yaratmışlar.
Fəxriyyə — qəsidənin bir növü. Bu janrda yazılmış əsərlərdə müəllif öz şairlik qüdrətindən fəxrlə söz açır.
Gəraylı — aşıq şeirinin geniş yayılmış janrlarındandır. Gəraylının hər bəndi 4 misradan, hər misrası 8 hecadan ibarət olur. Bəndlərin qafiyə quruluşu abvb; cccb; qqqb şəklindədir. Son bənddə şair təxəllüsünü söyləyir.
Hürufilik — bu fəlsəfi cərəyanın adı hüruf (hərflər) sözündən götürülmüşdür. Hürufilər ərəb əlifbasının 28 hərfini Allahın təzahür forması sayaraq onları müqəddəsləşdirirdilər. Onlara görə, insanın üzündə “Allah” sözü yazılıb. Hürufiliyin fəlsəfi əsasını maddiliklə ilahiliyin vəhdəti təşkil edir. Yəni Allah təbiətdən, insandan kənarda deyil, onun mahiyyətindədir. Nəsimi, Xətayi kimi şairlərin yaradıcılığında hürufi ideyalarının bədii əksi mühüm yer tutur.
Xəlqilik — bədii əsərdə milli idealın, milli xarakterin əks etdirilməsidir.
İdeya — seçilmiş mövzu, təsvir edilən surətlər, hadisələr vasitəsilə yazıçının oxucuya çatdırmaq istədiyi başlıca fikir, müəllif niyyətidir.
İnversiya — latın sözüdür, mənası yerdəyişmə deməkdir. Bədii ifadə vasitəsi olan inversiya əsərdə fikrin təsir gücünü artırmaq üçün sözlərin qrammatik ardıcıllığının sənətkar tərəfindən qəsdən pozulmasına deyilir. Dilimizin qrammatik normasına görə, xəbər cümlənin sonunda gəlməlidir. Lakin sənətkar bədii əsərdə, xüsusən nəzm əsərində söz sırasını məqsədli şəkildə pozaraq inversiya yaradır.
Komediya — dramatik növün janrlarından biridir, yunan dilində şən mahnı, nəğmə deməkdir. Komediyada konflikt komik xarakter daşıyır, müsbət ideya ilə mənəvi eybəcərliyin qarşılaşması, aralarındakı ziddiyyət gülüş doğurur. Bu gülüş həm yumor, həm də satira səciyyəli ola bilər.
Kompozisiya — bədii əsərdə həyat hadisələrinin bir-biri ilə əlaqələndirilməsinə və müəyyən bir sistemdə qurulmasına deyilir. Əsərin ideya-məzmununun açılmasında onun quruluşu, tərkib hissələrinin düzülüşü, surətlərin əlaqə və münasibətlərinin təşkili, hadisələrin təsviri mühüm rol oynayır. Yazıçı əsərdə surətləri, hadisələri hansı ardıcıllıqla, necə təqdim edəcəyinə, süjetin inkişaf tərzinə xüsusi diqqət yetirir. Sənətkarın kompozisiyanın qurulmasında istifadə etdiyi vasitələr rəngarəngdir. Epiqraf, proloq, epiloq, lirik haşiyə, peyzaj kompozisiyanın ünsürləridir.
Konflikt — bədii əsərdə süjetin inkişafının, iştirak edənlərin mübarizəsinin əsasını təşkil edən münaqişə, toqquşmadır. Bədii əsərin qəhrəmanlarının xarakteri konflikt vasitəsilə açılır.
Kinayə — bədii ifadə vasitəsinin növlərindən biri olub, fikrin ifadə tərzinin onun əsil mənasına qarşı qoyulmasına deyilir. Kinayə əvəzinə, istehza mənasını verən ironiya termini də işlənir. Kinayədə əsərin qəhrəmanının mənfi cəhəti müsbət mənalı sözlərlə pərdələnərək tənqid olunur. Məsələn, qorxaq adama “igid”, tənbəl adama “zəhmətkeş” deyilməsi kinayə yaradır.
Qafiyə — nəzm əsərində tələffüzcə, səs tərkibi etibarilə bir-birinə yaxın olan sözlərdir. Məsələn: bahar, laləzar.
Qəsidə — lirik növün janrıdır. Daha çox ictimai mövzularda, təntənəli, təmtəraqlı üslubda yazılır, ən azı 15 beytdən, yəni 30 misradan ibarət olur. Qafiyə quruluşu qəzəldəki kimidir: aa, ba, ca, ça, da və s. Qəsidənin minacat, nət, mədhiyyə, fəxriyyə, mərsiyə kimi növləri var.
Qəzəl — lirik növün janrıdır. Daha çox məhəbbət mövzusunda yazılan qəzəl 5-10 beytdən ibarət olur. İlk beyti — mətlə beyt həmqafiyə olur: aa. Digər beytlərin birinci misrası sərbəst, ikinci misrası birinci beytlə həmqafiyə olur, ba, ca, ça, da və s. Qəzəlin son beyti məqtə beyt, ən güclü beyti şah beyt adlanır.
Qitə — ərəbcə parça, hissə deməkdir. Qitə ictimai-siyasi, fəlsəfi məzmunda yazılır. Həcmcə üç beytdən iyirmi beş beytəcən olan qitə ab, cb, db şəklində qafiyələnir. Qitədə mətlə beyt qafiyələnmir, son beytdə şairin təxəllüsü verilmir. M.Füzulinin “Padişahi-mülk” qitəsi bu janrın ən yaxşı nümunələrindəndir.
Qol — dastanın bitkin bir hissəsidir.
Qoşma — lirik növün geniş yayılmış janrlarından biri. Hər bəndi dörd misradan, hər misrası 11 hecadan ibarət olur. Bəndlərin qafiyə quruluşu abvb; cccb; qqqb şəklindədir. Son bənddə sənətkar öz təxəllüsünü söyləyir. Qoşmada bəndlərin sayı tək (3, 5, 7) olur.
Lirika — yunan sözüdür. Lira musiqi alətinin adı ilə bağlıdır. Lirika ədəbiyyatın üç əsas növündən (epos, lirika, dram) biridir. Əgər epik, dramatik əsərdə hadisə əsas yer tutursa, lirik əsərdə bu hadisənin sənətkarın qəlbində doğurduğu hiss və həyəcanların ifadəsi ön plana çıxır.
Lirik əsərdə şairin hadisəyə, ətrafda baş verənlərə müsbət münasibətini əks etdirən tərənnümə geniş yer verilir. Tərənnüm ətraf aləmdə baş verənlərin (əşya və hadisələr, təbiət gözəllikləri) təsiri ilə lirik qəhrəmanda yaranan xoş hislərin, sevincin, fərəhin, müsbət fikir və arzuların obrazlı, ahəngdar ifadəsidir. Məsələn, Aşıq Ələsgər “Yaylaq” şeirində doğma yurdun gözəl təbiətini tərənnüm edir, məhəbbət, vurğunluq hislərini çatdırır. Lirik əsərlərdə müəllifin duyğu və düşüncələrindən, hiss və həyəcanlarından yaranan emosionallıq mühüm yer tutur. Lirika mövzu və məzmunca iki əsas qrupa bölünür: məhəbbət lirikası, ictimai-siyasi lirika. Məhəbbət lirikasında qadına məhəbbət, lirik qəhrəmanın sevgilisinə bəslədiyi səmimi hislər mühüm yer tutur. Vaqifin “Pəri” qoşması qadın gözəlliyinə emosional münasibət ön plana çəkildiyi üçün məhəbbət lirikası nümunəsi sayılır.
İctimai-siyasi lirikada sənətkarın ictimai-siyasi hadisələrə, ictimai quruluşa münasibəti, azadlıq, qəhrəmanlıq, vətəndaşlıq borcu və s. məsələlər öz əksini tapır. Təbiət mövzusunda olan əsərlər təbiət, peyzaj lirikası sayılır.
Lirik qəhrəman — şairin yaratdığı bütün lirik əsərləri əhatə edən şərti termindir. Lirik qəhrəmanın daxili aləmi hadisələr, hərəkətlər vasitəsilə deyil, müəyyən şəraitdə keçirdiyi hislər, həyəcanlar, ruhi vəziyyət vasitəsilə açılır. Lirik qəhrəmanla şairin şəxsiyyəti arasında sıx bağlılıq olsa da, bunları eyniləşdirmək olmaz. Lirik qəhrəmanın fikir və həyəcanlarını həmişə mütləq şairin özünün fikir və həyəcanları kimi qəbul etmək doğru deyil.
Litota — yunanca kiçiltmə deməkdir. Təsvir olunan predmet və ya hadisənin ölçüsünün, qüvvəsinin, əhəmiyyətinin əslində olduğu kimi yox, kiçildilmiş şəkildə təqdim olunması litota adlanır.
Metafor — bədii təsvir vasitəsidir, köçürmə deməkdir. Metaforda müəyyən əşyanın əlaməti müqayisə əsasında digər əşyanın üzərinə köçürülür. Məsələn, təbiət oyandı cümləsində insanın oyanmaq əlaməti təbiətin üzərinə köçürülmüşdür. Metafor təşbehə bənzəsə də, aralarında fərq vardır. Təşbehdə həm bənzəyən, həm də bənzədilən işlənilir: Buludlar insan kimi göz yaşı tökdü. Bu nümunədə təbiət bənzəyən, insan bənzədilən olduğu üçün təşbehdir. Metaforda isə bənzəyən (təbiət) var, bənzədilənin isə özü yoxdur, ancaq əlaməti (göz yaşı tökmək) köçürülür: Buludlar göz yaşı tökdü.
Məcaz — sözün məcazi mənası əsasında yaranan bədii təsvir vasitələrinə — epitet, təşbeh, metafor, metonimiya, simvola deyilir.
Mədhiyyə — klassik poeziyada lirik növün janrı. Qəsidənin bu növündə hökmdarlar, yüksək rütbəli şəxslər təntənəli, dəbdəbəli üslubda təriflənir.
Məclis — ərəb sözüdür, mənası yığıncaq deməkdir. Bədii əsərin bitkin hissələridir. Məsələn, N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsi məclislər şəklində yazılıb.
Məqtə — şeirin (xüsusən qəzəl və qəsidələrin) son beytinə deyilir.
Məliküş-şüəra — Yaxın və Orta Şərq ölkələrində hökmdarların sarayda yaratdığı şairlər məclisinin başçısı olan söz ustadı.
Mənzum roman — nəzm şəklində yazılmış irihəcmli əsər. Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əksər poemalar mənzum roman da adlanır.
Mərsiyə — ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatımızda geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin — müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur.
Məsnəvi — misraları aa, bb, cc şəklində qafiyələnən, Şərq ədəbiyyatında geniş yayılmış şeir formasıdır. Məsnəvinin hər beyti bitkin bir fikr ifadə edir.
Bu formada yazılan əsərlər mövzu cəhətdən müxtəlif, həcmcə qeyri-məhdud olur. Nizaminin “Xəmsə”si, Xətayinin “Dəhnamə” əsəri məsnəvi formasındadır.
Mətlə — şeirin (xüsusən qəzəl və qəsidələrin) ilk beytinə deyilir.
Minacat — klassik ədəbiyyatda Allahın tərifinə həsr olunan şeir janrı, qəsidənin bir növü. Klassik poemanın başlanğıcında verilən minacatda şair Allahı tərifləyir, ondan kömək istəyir.
Misradaxili bölgü — ifada misraların daxilində fasilələrin yaranmasıdır:
İxtilatın şirin,/ sözün məzəli,
Şəkər gülüşündən /canlar təzəli,
Ellər yaraşığı, /ölkə gözəli,
Nə gözəl doğubsan/ anadan, Pəri!
Monoloq — bədii əsərdə qəhrəmanın digər surətlərə, yaxud özünə müraciətlə söylədiyi nitqdir. Dramatik əsərdə bəzən monoloq qəhrəmanın tamaşaçılara müraciəti şəklində olur. Monoloq vasitəsilə yazıçı obrazın daxili aləmini, fikir və düşüncələrini əks etdirir. N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsində Rüstəm bəyin əsərin başlanğıcındakı monoloqu onun dünyagörüşünü, daxili aləmini ifadə edir.
Mövzu — yazıçının bədii əsərdə diqqət mərkəzinə çəkdiyi əsas həyati məsələlər, səciyyəvi hadisələrdir. Mövzu əsərin ideyası ilə sıx əlaqəlidir.
Müxəmməs — ərəbcə beşqatlı deməkdir. Lirik növün bu janrında bəndlər beş misradan ibarət olur. İlk bənddə bütün misralar həmqafiyə olur: aaaaa. Sonrakı bəndlər bbbba, cccca şəklində qafiyələnir. Son bənddə sənətkarın təxəllüsü verilir. Müxəmməs həm əruz, həm də heca vəznində yazılır. Heca vəznində olan müxəmməsin hər misrası 15 və ya 16 hecalı olur. Vaqifin məşhur “Görmədim” şeiri müxəmməs janrında yazılıb.
Müləmmə — ərəb sözüdür, mənası rəngbərəng, bəzəkli deməkdir. Hər beyti bir dildə olan şeir formasıdır. Azərbaycan şairlərinin müləmmələri, adətən, üç dildə — Azərbaycan, ərəb, fars dillərində yazılırdı. Müləmmə, əsasən, qəzəl və məsnəvi formasında olur.
Mürəbbe — ərəbcə dördlük deməkdir. Lirik növün bu janrı, adətən, ictimai-siyasi və məhəbbət mövzularında olur. Mürəbbe 5-7 bənddən, hər bənd dörd misradan ibarət olur. İlk bənd aaaa şəklində, sonrakı bəndlər isə bbba, ccca şəklində qafiyələnir. Sonuncu bənddə müəllifin təxəllüsü verilir.
Müsəddəs – altılıq deməkdir. Hər bəndi altı misradan ibarət olur. İlk bənd aaaaaa şəklində, sonrakı bəndlər bbbbaa, ccccaa şəklində qafiyələnir.
Nəsr — ədəbi yaradıcılığın iki əsas formasından (nəsr, nəzm) biridir. Nəsrin vahidi cümlədir. Nəsrlə yazılan əsərlər cümlələr və abzaslar şəklində formalaşır. Bu cümlələr ədəbi dil normaları əsasında qurulur, onlarda sözlərin qrammatik sıralanmasının pozulmasına az təsadüf olunur. Nəsrin şeirdən fərqli özünəməxsus ahəngi vardır. Nəsr əsərlərində yazıçı insanların gündəlik həyatını bütün mürəkkəb çoxcəhətliliyi ilə dərk və əks etdirməyə çalışır. Nəsrdə süjet, hadisələrin inkişafı daha çox yer tutur.
Nət — Peyğəmbərin qüdrətindən və müqəddəsliyindən bəhs edən şeir janrı, qəsidənin bir növü. Klassik poemalarda minacatdan sonra nət gəlir.
Nəzirə — başqa bir yazıçının əsərinin təsiri altında yaradılan əsərə deyilir.
Nəzm — ərəb sözüdür, mənası nizam-intizam deməkdir. Bədii əsərin yazılma formalarından (nəzm, nəsr) biridir. Nəzmlə yazılmış əsərlərdə fikir adi danışıq formasından fərqli, emosional şəkildə, misra, beyt, bəndlərdə ifadə edilir. Nəzm əsərlərinin bir xüsusiyyəti də misralarda söz sırasının pozulması hallarının (inversiyanın) geniş yayılmasıdır. Nəzmin əsas əlamətləri bunlardır: ahəng, ölçü, qafiyə, rədif, bölgü və s.
Ölçü — ədəbiyyatşünaslıqda buna vəzn də deyilir. Ölçü və ya vəzn dedikdə şeirdəki misraların həcmi nəzərdə tutulur. Misraların həcmcə və ahəngcə bərabərliyinin gözlənilməsi vəznin əsas tələbidir.
Peyzaj — bədii əsərdə təbiət təsvirinə deyilir. Məsələn, Xətayi “Bahariyyə”də təbiətin bahar fəslində aldığı gözəlliyi təsvir etmişdir.
Poema — bədii ədəbiyyatın epik-lirik təsvir növlərindən biridir. Poemada həyat hadisələri, obrazların taleyi geniş təsvir edilir. Bəzi poemalarda hadisələrin şairdə doğurduğu hiss və duyğulara daha geniş yer verilir. Belə olanda həmin əsər lirik-epik poema adlandırılır. Bəzən isə, əksinə, əhvalat və hadisələrin təsviri üstünlük təşkil edir, müəllifin hiss və duyğularının ifadəsi arxa plana keçir. Belə əsərlər isə epik-lirik poema hesab edilir. Klassik poeziyamızda poema əvəzinə, məsnəvi, dastan, mənzumə terminlərindən istifadə olunub.
Portret — bədii əsərdə surətlərin zahiri görünüşünün təsvirinə deyilir. Portret insan obrazlarının canlı verilməsinə, onların xarakterinin daha yaxşı açılmasına kömək edir.
Povest — rus dilindəki povestvovanie sözündəndir, mənası təhkiyə, nəqletmə deməkdir. Epik növün bu janrı həcm və məzmun tutumuna görə hekayədən böyük, romandan isə kiçik olur. Povestdə bir neçə əhvalatdan bəhs olunur. Romandan fərqli olaraq, burada hadisələr sürətlə inkişaf etməli, onların bir-biri ilə əvəzlənməsi çevik olmalıdır. Bu cəhəti nəzərə alan yazıçı süjet xəttinin əsasını təşkil edən elə həyati hadisə seçməlidir ki, mahiyyətcə sürətli inkişafa zəmin yaratsın və povest çərçivəsinə sığışsın. M.F.Axundzadənin “Aldanmış kəvakib” əsəri bu janrın kamil nümunəsidir.
Realist metod — sənətkarın bədii əsər yazarkən istifadə etdiyi yaradıcılıq metodlarından biridir. Latınca realis sözündəndir, mənası olduğu kimi, həqiqət deməkdir. Realist metodun əsas tələbi həyat hadisələrini olduğu kimi təsvir etməkdir. Bu metodda real hadisələrin təsviri əsas yer tutur.
Realizm — müəyyən dövrdə realist metodla yazıb-yaradan sənətkarları birləşdirən ədəbi cərəyan. XX əsrin əvvəllərində tənqidi realizm bədii metodunun nümayəndələri (C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev və b.) “Molla Nəsrəddin” jurnalının ətrafında birləşmişdilər.
Remarka — dramatik əsərdə iştirak edən şəxslərin zahiri görkəmi, yaşı, səhnəyə gəlməsi və getməsi, davranışı, hisləri, hərəkətləri, səhnədəki vəziyyət və s. haqqında müəllifin verdiyi izahatdır. Remarka çox zaman mötərizə içərisində verilir, pyesi tamaşaya qoyan rejissor, rolları ifa edən aktyorlar üçün bir göstəriş rolunu oynayır. Remarka pyesi oxuyan oxucular üçün də məlumat, izahat mənbəyi olur.
Replika — əsərdə bir obrazın başqasına cavabı. Dramatik əsərdə aktyorun bu və ya başqa səhnədə söylədiyi son sözlərə də replika deyilir. Bu replikadan (son sözdən) sonra digər aktyor öz rolunun sözlərini deməyə başlayır.
Rədif — misraların sonunda qafiyədən sonra təkrar olunan sözlərdir. Məsələn, M.Ə. Sabirin “Əkinçi” satirasında misralarda qafiyədən sonra gələn “əkinçi” sözləri rədifdir:
Məzlumluq edib başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Roman — fransız sözüdür, vaxtilə roman dillərindən birində yazılmış əsərlərə deyilib. Epik növün irihəcmli janrı olan roman təhkiyə əsasında yazılır, mürəkkəb həyat hadisələri əhatəli, süjet və surətlər sistemi geniş bədii lövhələrlə əks etdirilir. Romanda təsvir edilən hadisələr zaman baxımından geniş bir dövrü əhatə edir, qəhrəmanların sayı çox olur, surətlərin həyat yolu geniş təsvir edilir. Roman, əsasən, nəsrlə yazılır, lakin nəzmlə yazılan romanlar da vardır. Bunlara mənzum roman deyilir.
Romantizm — latınca romanlarda olduğu kimi deməkdir. Bu yaradıcılıq metodu ilə yazılan əsərlərdə sənətkar həyatda mövcud olanı deyil, arzu olunanı təsvir edir. O, arzuladığı, xəyalında yaratdığı həyatı, müstəsna şəraitdə fəaliyyət göstərən xəyali surətləri təsvir etməklə həyatı dəyişdirib yeniləşdirməyə can atır. Azərbaycan ədəbiyyatında Nizaminin “Xəmsə”sinə daxil olan mənzum romanlar romantizm metodu ilə yazılmış əsərlərin klassik nümunəsidir.
Rübai — lirik növün cəmi dörd misradan ibarət olan, ictimai-əxlaqi, fəlsəfi məzmun daşıyan janrıdır. aaba şəklində qafiyələnir. Həcmcə kiçik olmasına baxmayaraq, dörd misrada bitkin, məna və ideyaca dərin fikir ifadə edilməlidir. Bəzi rübailərdə misraların dördü də həmqafiyə olur. Rübai əruz vəzninin həzəc bəhrində yazılır. Klassik ədəbiyyatımızda Məhsəti Gəncəvi rübainin böyük ustadı sayılır.
Satira — müxtəlif ədəbi növ və janrlarda (hekayə, şeir, dram və s.) ictimai həyatdakı mənfilikləri qəzəblə ittiham edən, kəskin surətdə ifşa edən əsərlərə deyilir. Satirada ifşaedici, öldürücü gülüş əsas yer tutur, sənətkar həyatın eybəcər tərəflərini qəsdən qabardır, mübaliğəli təsvir edir. O, həmin mənfiliklərin insan həyatına, mənəvi dəyərlərə zidd olduğunu göstərməklə oxucunu düşünməyə, mənfi hallara qarşı mübarizə aparmağa sövq edir. Yumor isə islahedici gülüşdür, oxucuda tənqid hədəfinə mərhəmət hissi doğurur.
Sarkazm — yunan sözüdür, acı, istehzalı gülüş, rişxənd deməkdir. Cəmiyyətdə, insan xarakterində və əməllərindəki nöqsanlara münasibətini sənətkar açıq, satirik mahiyyətli kəskin gülüşlə ifadə edir. Sarkazm komik məzmunlu bədii vasitə kimi istehzaya çox yaxındır, lakin istehzadan fərqli olaraq, sarkazmda yüksək emosional münasibət, inkarçı mövqe, qəti etirazın yüksək pafosla ifadəsi əsasdır.
Sufizm — orta əsrlər islam Şərqində geniş yayılmış dini təriqət, mənəvi-əxlaqi düşüncə və davranış sistemidir. Sufi ərəb sözü olub qaba yundan hazırlanmış parça mənası verir. İlk sufilər zənginlikdən uzaq sadə həyat yaşadıqlarını, başqalarından fərqli qrup olduqlarını göstərmək üçün yun paltar geyinirdilər. Onlar nəfsə uymamağı, dünya nemətlərindən uzaqlaşıb mənəvi təmizlənmə yolu ilə Allaha qovuşmağı öz məqsədlərinə çevirmişdilər. Orta əsrlər Azərbaycan klassik ədəbiyyatında sufizm ideyaları geniş əks olunmuşdur.
Süjet — bədii əsərdə hadisələrin müəyyən xətt üzrə inkişaf etdirilməsinə deyilir. Süjet fransız sözü olub, əsərdə təsvir olunan mahiyyət və hadisə deməkdir. Süjet xəttinin inkişafında beş əsas mərhələ var:
- Ekspozisiya — (bədii müqəddimə, bədii zəmin, giriş) gələcəkdə baş verəcək hadisələrin təməli qoyulur. Hadisənin başvermə şəraiti aydınlaşdırılır.
- Zavyazka (düyün) — vəziyyətin getdikcə mürəkkəbləşməsini, hadisələrin inkişafında maneə, düyün yarandığını göstərir.
- Kulminasiya (zirvə nöqtəsi) — hadisələrin, ziddiyyətlərin ən yüksək inkişaf nöqtəsinə çatdığını göstərir.
- Razvyazka (açılış) ziddiyyətlərin tədricən aradan qalxdığını, hadisələrin, düyünün açılmağa doğru getdiyini göstərir.
- Final — (bədii sonluq) hadisələrin müəyyən sonluğa çatmasıdır.
Tarixi mənzumə — mövzusu tarixdən götürülmüş əsər. Nəzmlə yazılan süjetli lirik və ya epik şeir.
Təcnis — ərəb sözüdür, mənası eynicinsli deməkdir. Lirik növün bu janrının qafiyə sistemi qoşmadakı kimidir. Birinci bəndi abvb, sonrakı bəndlər cccb dddb şəklində qafiyələnir. Lakin qoşmadan fərqli olaraq, təcnisdə qafiyələr cinaslardan — fonetik tərkibinə, səslənməsinə görə eyni, mənaca müxtəlif olan sözlərdən ibarət olur. Cinas qafiyələr fikri daha təsirli, emosional çatdırmağa imkan verir.
Təcnisin müxtəlif növləri var. Cığalı təcnisdə hər bir bəndin içində dörd misralıq bayatı verildiyi üçün bənddəki misraların sayı səkkiz olur. Ayaqlı təcnisdə bəndlərin sonuna “ayaq”, “artırma” adlanan beş-altı hecalıq misra əlavə olunur. Dodaqdəyməz təcnisdə b, p, m — qoşa dodaq samitləri işlədilməyi üçün dodaqlar bir-birinə dəymir.
Təhkiyə — epik əsərlərdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hadisə oxucuya təhkiyə (danışmaq, söyləmək, nağıl etmək) yolu ilə çatdırılır. Əsərdəki hadisələr ya müəllifin, ya da qəhrəmanın dilindən nağıl edilə bilər.
Təkrir — bədii əsərdə eyni sözün, söz qrupunun, ifadənin məqsədli şəkildə təkrar olunmasına deyilir. Təkririn iki növü var: anafora və epifora; anafora — misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora — misranın, cümlənin sonunda işlənən təkrirdir.
Tərcibənd — lirik növün bu janrı qafiyələri müxtəlif olan bir neçə bənddən ibarət olur. Birinci bəndin sonundakı beyt digər hissələrin də sonunda təkrar işlədilir.
Tərənnüm — bədii əsərdə hadisələrin, qəhrəmanın hərəkətlərinin, təbiət gözəlliklərinin yaratdığı xoş hislərin, müsbət arzu və istəklərin obrazlı, ahəngdar ifadəsidir.
Tərkibbənd — klassik şeir formalarından biridir. Tərkibbənddə hər bəndin sonunda misraları həmqafiyə olan beyt verilir. Hər bəndi altı misradan iyirmi və daha çox misrayadək olan tərkibbəndlər var. Qafiyələnmə qaydası müxtəlifdir. Bəndlərdəki beytlər aa bb cc dd və ya aa ba ca da şəklində qafiyələnə bilir.
Təsvir — bədii əsərdə hadisənin, qəhrəmanın, əşyanın, təbiət mənzərəsinin əlamətlərinin sözlə ifadəsidir.
Tuyuq — türkcə duyğu, duymaq sözündəndir. Hikmətamiz məzmun daşıyan tuyuq dörd misradan ibarət olur, aaba şəklində qafiyələnir. Əruzun rəməl bəhrində yazılır. Klassik ədəbiyyatımızda Qazi Bürhanəddin öz tuyuqları ilə məşhurdur.
- Teqlər:
- ədəbiyyat
- , terminlər
- , edebiyyat terminleri
- , ədəbiyyatşünaslıq
- , ədəbiyyat nəzəriyyəsi
- , ədəbiyyat terminləri
№2(8) 2012 79 ƏDƏBİyyatşÜnasliq biBLİoqrafiyasinin soraq-məlumat nəŞRLƏRİ
rus, ingilis) tərtib olunmusdur. Cədvəl on zəngin mənbə əsasında:
Təzkirətüş şüəra (Əmir Dövlətşah ibn-əlaüd-dövlə Bəxtişah Qazı
Təzkireyi-həft iqlim (Əmin Əhməd Razi,1593).
Təzkireyi Atəşgədə (Lütfəli bəy Azəri Bəkdili, XVII əsr).
Təzkireyi-Xəzaneyi Amirə (Əmir Qulaməli xan Azad Hüseyn
Məcməül-Füsəha (Rzaqulu xan Hidayət (Lələbaşı), 1878, 2 cilddə).
Qamusul-Elam (Şəmsəddin Sami bəy ,1888-1898, 6cilddə)
Təzkireyi-Nəvvab (Mir Möhsün ibn Hacı Mir Əhməd Qarabaği,
Riyazül-Aşiqin (Məhəmməd ağa Müctəhidzadə,1910).
Azərbaycan ədəbiyyat tarixi materialları (F.Köçərli, 1925, 4 cilddə).
10. Danişməndane Azərbaycan (Məhəmmədəli Tərbiyət, 1937)
Bu zəngin və olduqca mürəkkəb mənbələrin sistemli və daha aydın
istifadəsinə verilməsinin müstəsna əhəmiyyəti vardır.Belə ki, fars və ərəb
əlifbası ilə yazılmış mənbələrdən istifadə qarşıya bir sıra maneələr çıxır ki, bu
cədvəl bu çətinliyi aradan qaldırır, ilkin mənbələrdə pərakəndə şəkildə
düzülməsindən asılı olmayaraq cədvəl əlifba sırası ilə tərtib olunaraq axtarışı
asanlaşdırır, həmçinin əsərin mətn formasında deyil cədvəl şəklində tərtibi
sorğuların daha tez səmərəli, bitkin və hərtərəfli ödənilməsinə şərait yaradır.
Qeyd etmək yerinə düşərdi ki, cədvəldəki məlumatlar on mənbəyə əsasən
təhlil edilərək uyğunsuzluqlar müqayisəli şəkildə izah edildiyi üçün cədvəl
olduqca dəqiq xarakter daşıyır. Tərtib zamanı şairlərin təxəllüsləri əsas
götürülmüş, adı və atasının adı ondan sonra yazılmışdır. Təxəllüsü olmayan
şairlərin adı əsas götürülərək əlifba sırası ilə yazılmışdır. Titullar isə addan
sonra mötərizə içərisində yazılmışdır. Cədvələ daxil edilən yazıçı və şairlərin
ən məşhur əsərləri göstərilmişdir. Cədvəldə istifadə edilən mənbələr, yəni
təzkirələr xronoloji qaydada düzülmüşdür. Cədvəlin əhəmiyyətli cəhətlərindən
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
biri də ondadır ki, bildiyimiz kimi təzkirələrdə tarixlər hicri təqvimlə verilir,
cədvəldə isə həmin tarixlər həm hicri həm də miladi tarixə çevrilərək
göstərilmişdir. Cədvəldə adları çəkilən şair və yazıçıların “təxəllüsü, adı və
atasının adı, doğulduğu il, vəfat etdiyi il,doğulduğu yer, vəfat etdiyi yer, hansı
dillərdə əsərlər yazmışdır,məlumat hansı mənbədən götürülmüşdür” hamısı
Ensiklopedik xarakterli məlumat nəşrində “ədəbi məlumat cədvəli“,
“kitabda adı çəkilən qadın şairələr”, ”iki dildə şeir yazan şairlər”, ” üç dildə
şeir yazan şairlər”, ”şairlərin əsrlər üzrə təsnifatı” kimi bölmələr verilmiş,
cədvəldən axtarışı asanlaşdırmaq üçün ərəb dilində “Adlar siyahisi” köməkçi
aparatı tərtib olunmuşdur. Həmin adlar istedadlı xəttat Darabadi tərəfindən
ərəb əlifbası qrafikası ilə yazılıb və foto-faksimilesi kitaba əlavə olunmuşdur.
Eyni təxəllüslər yalnız bir dəfə yazılmışdır. Bu siyahi ərəb əlifbası ilə müxtəlif
şəkildə yazılan hərfləri dəqiqləşdirməyə və bu sahədə çətinlik törədən
cəhətləri aydınlaşdırmağa kömək məqsədi ilə ərəb dilində tərtib olunmuşdur.
Nəticə olaraq qeyd etməliyik ki, VI-XX əsr ərzində yazıb yaradan şairləri
əhatə etməklə böyük bir dövrü əks etdirən və 5711 şair haqqında məlumat
verən cədvəl istifadəçilər üçün olduqca zəngin məlumat mənbəyidir.
Ədəbiyyatşunaslıq sahəsində soraq-məlumat nəşrlərindən danışarkən,
özünə məxsus çəkisi ilə fərqlənən “Azərbaycan yazıçıları“ adlı vəsaiti qeyd
etmək yerinə düşərdi. (Əhmədov T. Azərbaycan yazıçıları. ensiklopedik
məlumat kitabı. Bakı: Önər, 1985, 864 s.) Vəsait uzun müddətdir ki, AMEA-
nın Nizami adına ədəbiyyat institutunun “Cənubi Azərbaycan ədəbiyyatı”
şöbəsinə rəhbərlik edən, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas
alim, jurnalist Teymur Əhmədov tərəfindən tərtib olunmuşdur. ”Faydalı
kitab” adı altında ilk nəşrə müqəddimə xalq yazıçısı, akademik Mirzə
İbrahimov tərəfindən yazılmışdır (29 may, 1978). Bu kitabda yazıçıların
tərcümeyi-halı, hansı əsərləri yazdığı, onların çapı, başqa dillərə tərcüməsi
barədə müxtəsər, yığcam məlumat verilir. Ədəbiyyatşunas alim T.Əhmədov
bu kitabı ensiklopedik ruhda tərtib etmişdir. O, hətta yazıçıların
ünvanını,telefon nömrəsini də oxuculara çatdırmışdır.Burada hər bir yazıçının
qısa biblioqrafiyası ilə bərabər, yaradıcılığının ən səciyyəvi cəhəti də qeyd
olunur.Vəsaitdə materialların əks olunması seçmə xarakter daşıyır və hər bir
müəllifin yaradıcılığı tam dolğunluqla əks etdirilir. İkinci nəşrə müqəddimə
isə AMEA-nın müxbir üzvü Ə.Mirəhmədov tərəfindən yazılmışdır (14 aprel,
1994). Bu kitabda respublikada və ondan kənarda yaşayan səkkiz yüzdən artıq
yazıçı, tərcüməçi, redaktor, alim, nasir və b. ədəbi şəxsiyyətlər haqqında
məlumat verilmişdir. Şəxsiyyətlər haqqında yığcam, əhatəli,dəqiq bioqrafik
məlumat verildiyinə görə ensiklopedik nəşrlər silsiləsinə aiddir. İlk nəşrdən
fərqli olaraq həcmi artırılmış bu mənbədə 887 nəfər ədəbi şəxsiyyət haqqında
məlumatın verilməsi nəşrin informasiya potensialını daha da artırmışdır. Üç
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
yüz iyirimi beşə qədər yazıçı kitaba (ikinci nəşrə)ilk dəfə daxil edilmişdir
ki,bunların da əsasən birinci nəşrdə bu və ya digər səbəblərə görə “qələmdən
düşənlər”, “yaddan çıxanlar” ,yazıçılar birliyinə son illərdə qədəm qoyan-
lardır. “Azərbaycan yazıçıları“ ensiklopedik məlumat kitabının təkmil-
ləşdirilmiş yeni üçüncü nəşri bütünlüklə XX əsri əhatə edir. Bu əsrdə “Azər-
baycan ədəbiyyatı son dərəcə zəngin çox cəhətli, sıx əlaqəli olması ayrı-ayrı
ədəbi şəxsiyyətlərin diqqət daşıyan, parlaq, ictimai fəaliyyəti, bədii
yaradıcılığı ilə səciyyələnir. Bu kitab 2004-cü ildə Nurlan nəşriyyatı
tərəfindən çap olunmuşdur. (Əhmədov T. XX əsr Azərbaycan yazıçıları.
ensiklopedik məlumat kitabı (təkmilləşdirilmiş III nəşr). Bakı: Nurlan, 2004,
984 s., şəkilli). Bu nəşr XX əsr Azərbaycan yazıçılarının həyat və yaradıcılığı
haqqında ensiklopedik məlumat toplusudur. Burada öz əsərləri ilə milli-
mənəvi xəzinəmizi zənginləşdirən yazıçıların oçerkləri verilmişdir. Sovet
hakimiyyəti dövründə represiyaya məruz qalan və mühacirətdə – Türkiyə,
İran, İraq, ingiltərə və başqa xarici ölkələrdə yaşayıb yaradan soydaşlarımızın,
1990-ci il yanvarın on doqquzundan iyirmisinə keçən müdhiş gecə -sovet
ordusunun Bakıya hücumu zamanı şəhid olan ,həmçinin Qarabağ münaqişəsi
başlananda doğma yurd-yuvasından didərgin salınan qələm sahiblərinin
tərcümeyi halları da kitaba daxil edilmişdir. “Azərbaycan yazıçıları“
ensiklopedik məlumat kitabı Azərbaycan ədəbiyyatının ədəbi-mədəni irsi ilə
maraqlanan hər kəs üçün qiymətli mənbədir. Məlumat kitabı- “Fundamental
ədəbi salnamə”(Kamal Talıbzadə),”Faydalı kitab”(Mirzə İbrahim), ”Yazıçı
ömrünün salnaməsi”(Əziz Mirəhmədov)” Ön söz əvəzi” (T.Əhmədov)
bölmələrindən ibarətdir. Vəsaitdə əlifba sırası ilə yazıçılar haqqında bioqrafik
məlumatdan sonra əsərlərinin qısa biblioqrafiyası verilmişdir ki, bu da
biblioqrafik məlumat əldə etmək istəyənlər üçün mühüm əhəmiyyət kəsb edir.
Ensiklopedik məlumat kitabı bütöv bir əsrdə həmin mərhələyə mənsub
yazıçıların nəsli içərisindəki dəyişiklikləri, inkişafı əks etdirir. Yazıçı
salnaməsi yaşından, mövqeyindən, şöhrət və vəzifəsindən asılı olayaraq hər
ədəbi şəxsiyyətin dəqiq tərcümeyi-hal məlumatını, biblioqrafik
göstəricisini qısa, yığcam və olduğu kimi nümayiş etdirir. Hər yazıçı nəslini
dəqiqliklə ifadə etmək məqsədi salnamənin müəllifinə imkan verir ki, bir əsr
daxilində yüzlərlə yazıçının həyatındakı dialektik inkişafın mənzərəsini
yaratsın. Ensiklopedik nəşrin 1965-ci il nəşri əgər səkkiz yüz səksən yeddiyə
qədər yazıçını əhatə edirdisə, yeni əşrdə bir sıra texniki qüsurlar aradan
qaldırılmış, haqqında məlumat verilən yazıçıların sayı iki dəfədən çox
artırılmışdır. Müəllif bəzi məlumatları təkmilləşdirmiş, dəqiqləşdirmiş, müasir
ədəbi prosesi ayrı-ayrı yazıçıların yaradıcılıqları ilə əlaqələndirmişdir. ”XX
əsr Azərbaycan yazıçıları” kitabının əhəmiyyətini artıran cəhətlərdən biri də
XX əsr Azərbaycan mühacir ədəbi qüvvələrini də əhatə etməsidir. Daha sonra
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
qeyd edə bilərik ki, biblioqrafik nəşrlərin azlığı şəraitində bu məzmunda
ensiklopedik məlumat kitabının hazırlanması çox böyük əhəmiyyət kəsb edir.
Ədəbiyyatşunaslığın soraq-məlumat xarakterli nəşrlərindən biri də
ədəbiyyatşunas alim Ə.Mirəhmədov tərəfindən tərtib olunmuş “Ədəbiy-
yatşunaslıq terminləri lüğəti”dir. XX əsrin 50-60-cı illərində ədəbiyyat
nəzəriyyəsinə və terminalogiyasına aid əsərlərin ,məlumat kitablarının və
sahəvi lüğətlərin Azərbaycan dilində nisbətən az buraxılması respublikamızda
bu sahəyə ehtiyacı daha da artırmışdır. “Ədəbiyyatşunaslıq terminləri
lüğəti”nin 1957-ci ildə birinci nəşri bu sahdə ilk addımlardan idi. Bu nəşrin
hazırlanmasında xeyli elmi ədəbiyyatdan istifadə edilməsinə baxmayaraq
tərtibçi, görkəmli alim, SSRİ pedoqoji elmlər akademiyasının həqiqi üzvü
Timofoyevle, L.Venqrovun yazdığı məşhur “Kраткий словарь литературо-
ведческих терминов” kitabına ilk məxəz kimi əsaslanmışdır. Müəllif dünya
ədəbiyyatı terminləri ilə yanaşı Məhz Azərbaycan klassik və şifahi xalq
ədəbiyyatına ümumiyyətlə Yaxın və orta Şərq ədəbiyyatına aid olan
terminlərin izahına lüğətdə daha geniş yer verilmişdir. İstifadəçilərin
edilmişdir.Lüğətin 1988-ci il nəşri daha da təkmilləşdirilmiş və “Maarif”
nəşriyyatında çap olunmuşdur. (Mirəhmədov.Ə. Ədəbiyyatşunaslıq terminləri
lüğəti. – B.: Maarif, 1988. – 268 s.) Lüğətdə dünya klassik və müasir
ədəbiyyatına ,xüsusilə Azərbaycan bədii söz sənətinə aid terminlər və
anlayışların izahı verilmişdir. Şifahi ədəbiyyatın yaradıcılıq metodları və
ədəbi cərəyanların xarakteriskası kitabda mühüm yer tutur. Şərqə aid
terminlərin böyük bir qismi Azərbaycan elmi ədəbiyyatında ilk dəfə izah
olunur. Terminlərin izahında tarixi-xronoloji prinsip gözlənilmiş ,lüğətə
tövsiyyə annotasiyası yazılmışdır. Lüğətin əsaslı surətdə təkmilləşdirilmiş
yeni nəşrinin hazırlanması zəruriliyi onun sözlüyü, ümumiyyətlə, SSRİ
xalqları ədəbiyyatını oxuyub, öyrənənlərə kömək məqsədi ilə nəzərdə tutulsa
da, bu xalqların ən çox işlənən ədəbiyyatşunaslıq terminlərindən nümunələr
daxil edilsə də, əlavə olunmuş terminlərin çoxu Azadə, Alqış, Bəyan, Bəlağət,
Qarğış, Sanama, Xəmsə və b. bu kimi sırf Azərbaycan kaloritli terminlərdir.
Ədəbiyyat tarixi, Ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid sahəsinə aid bədii
uydurma, dünya ədəbiyatı, ədəbi surətlər, ədəbiyyatın tərbiyəvi əhəmiyyəti və
b.bu kimi beynəlxalq səciyyəli terminlər də lüğətdə ilk dəfə izah olunur
.Həmçinin, SSRİ xalqları ədəbiyyatına və xarici ədəbiyyata dair də yeni
əlavələr edilmişdir. Bütün bu əlavələr nəticəsində lüğətdə 543 terminin izahı
verilmişdir. Əvvəlki kimi yaradıcılıq metodlarından, ədəbi formalarından, janr
və növlərdən bir çoxunun izahı, tarixi aspektdə verilir, onların müasir dünya
ədəbiyyatında, xüsusilə çox millətli sovet ədəbiyyatında və onun qüvvətli
qollarından biri olan Azərbaycan söz sənətində nə kimi mövqe tutduğu məna
kefiyyətcə dəyişib-dəyişilmədiyi göstərilir. Bəzi terminlərin izahı xeyli
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
dəqiqləşdirilmiş, gətirilən bir çox misallar başqaları ilə əvəz olunmuş yaxud
əvvəlki misallara yeniləri də əlavə edilmişdir. İzahı xeyli genişləndirilmiş
terminlərdən Bayatı, Vodevil, Qəzəl, Qəhrəman, Divan, Ədəbi əlaqələr, Əruz
vəzni, Publisistika, Təcnis, Ustadnamə və s. qeyd etmək olar. Ədəbiyyatın
mahiyyəti bədiilik, ədəbi cərəyanlar, müasir burjua ədəbiyyatının xüsusiy-
yətləri və s. bu kimi məsələlərin nəzəri cəhətdən mümkün qədər yeni izahına
xüsusi fikir verilmişdir.Ona görə çox təbii olaraq, bəzi köhnəlmiş müddəaları
lüğətdən çıxarmaq lazım gəlmişdir.
Nəticə olaraq ədəbiyyatşunaslıq elm və mədəniyyətlə bağlı yüksək
inkişaf etmiş bir sahə olduğu üçün ədəbiyyatşunaslığa dair sənəd kütləsi də
çox zəngin və olduqca rəngarəngdir. Məhz elə bu zaman professor Z.Əliyevin
fikrini qeyd etmək yerinə düşərdi: ”Sənədlər və təlabatçılar arasında
bəşəriyyətin topladığı möhtəşəm sənəd yığımından daha mütərəqqi və
olunmasına təsir göstərən vasitəçilərdən biri də
biblioqrafiyadır. (3) Yəni hər iki sahənin əməkdaşlarının birgə səyi nəticəsin-
də həm ayrı-ayrılıqda ədəbiyyatşunaslıq və biblioqrafiyaşunaslıq sahə-
sində,həm də eyni zamanda ədəbiyyatşunaslıq biblioqrafiyasının inkişafında
mühüm nailiyyətlər əldə etmiş olarıq.
1. Əhmədov T. XX əsr Azərbaycan yazıçıları .ensiklopedik məlumat
kitabı (təkmilləşdirilmiş III nəşr). – Bakı: Nurlan , 2004. – 984 s. – (şəkilli)
2. Əhmədov T. Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. B.:
Önər, 1985, 864 s.
3. Əliyev Z.H. Biblioqrafik informasiya və onun elmi mahiyyəti //
Kitabxanaşunaslıq və biblioqrafiya . – 1998 , №1. – s .19.
4. İsmayılova S.P Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşunaslıq
üzrə sənəd kütləsi biblioqrafiyalaşdırma obyekti kimi. Dərs vəsaiti. – Bakı:
BDU, 2008, 66 s.
5. Mirəhmədov Ə. Ədəbiyyatşunaslıq terminləri lüğəti. – Bakı: Maarif,
6. Mirəhmədov Ə. Ədəbiyyatşunaslıq terminləri lüğəti (işlənilmiş və
təkmilləşdirilmiş IV nəşr). – B.: Maarif, 1988. – 268 s.
7 . Pənahi Makulu. Ədəbi məlumat cədvəli. – B.: Elm. – 1962. – 574 s.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
DIRECTORY EDITIONS OF LITERARY CRITICISM’S
BIBLIOGRAPHY
ISMAYILOVA S.P.
ABDULLAZADE F.F.
simaismailova23@mail.ru
abdullazade.f@mail.ru
Keywords: literature; news publishers; news literature
This article provides information about the importance of directory
editions of literary criticism and bibliography and explanation of the main
features of encyclopedic editions of philological scientists.
ИЗДАНИЯ СПРАВОЧНОЙ ИНФОРМАЦИИ
О БИБЛИОГРАФИИ ЛИТЕРАТУРОВЕДЕНИЕ
ИСМАИЛОВА С.П.
АБДУЛЛАЗАДЕ Ф.Ф.
simaismailova23@mail.ru
abdullazade.f@mail.ru
Ключевые слова:
литературоведение;
информационное издание.
В этой статье, дана информация о важности изданий справочной
информации в области библиографии и литературоведение, также
были объяснены основные характерные черты энциклопедических
изданий ученых литературоведов.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.