Press "Enter" to skip to content

Dəbiyyatşünaslıq” və “Ədəbiyyat nəzəriyyəsi” yeni dövrdə

Təranə Məhərrəmova

Белла Мусаева

Профессор Бакинского славянского университета. Автор монографии «Современная азербайджанская драматургия», брошюры «О прошлом – во имя будущего», «Самоучителя по азербайджанскому языку», учебного пособия «Ədəbiyyatşünaslığa giriş»; соавтор учебников «Теория литературы», «Практический курс азербайджанского языка». Автор более 10 методических разработок занятий и методических рекомендаций по пропедевтическому курсу русской литературы, русской литературе 2-ой половины ХХ века, около 100 научных статей (публиковались в Баку, Москве, Тбилиси, Улан-Удэ, Риге, Вильнюсе, Алматы, Софии, Лондоне, Берлине) по проблемам азербайджанской и русской литературы, русско-азербайджанских литературных связей, литературной критики, проблемам перевода.

Страна: Азербайджан

Приветствие

Участник

Событие: VI Международный конгресс переводчиков художественной литературы

Доклад: Сравнительный анализ трех переводов стихотворения Самеда Вургуна «Азербайджан» на русский язык

“Ədəbiyyatşünaslıq” və “Ədəbiyyat nəzəriyyəsi” yeni dövrdə

Son illər «Ədəbiyyatşünaslıq» və “Ədəbiyyat nəzəriyyəsi” adına sanballı kitabların yazılmaması ilə bağlı tənqidçilərin fikirləri səslənir. Belə ki, yazılan kitablarda da tədqiqatçılığın, elmiliyin, müasirliyin olmaması, köhnə ideologiyanın yer aldığı bildirilir. Abituriyentlər, tələbələr, ümumən oxucular sovet dövründə nəşr olunan kitablardan yararlanmaq məcburiyyətindədirlər.

“Müzakirə”də söhbətləşdiyimiz alimlər bu sahədə yazılan əsərlər haqqında fikirlərini bölüşdülər, problemlərdən danışdılar.

Bizim bir əlacımız var.

Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov ədəbiyyatşünaslıqla bağlı normal əsərlərin olmaması barədə fikirləri yanlış hesab edir. Belə ki, XX əsrin əvvəllərindən F.Köçərli, A.Sur, S.Hüseynlə başlayan peşəkar ədəbiyyatşünaslıq sonradan Ə.Abid, İ.Hikmət, Ə.Nazim, H.Zeynallı, A.Musaxanlı, B.Çobanzadə və b. tərəfindən inkişaf etdirilib. Sonrakı mərhələdə də H.Araslı, F.Qasımzadə, M.Cəlal, M.C.Cəfərov, M.Quluzadə, K.Talıbzadə, Ə.Mirəhmədov, Y.Qarayev kimi ədəbiyyatşünas və tənqidçilərimiz Azərbaycan ədəbiyyatının inkişaf yolu və problemləri ilə bağlı çoxlu əsərlər, monoqrafiyalar yazıblar: “Bu gün də milli ədəbiyyatşünaslıq həmin yolu davam etdirir. Hətta deyərdim ki, bir qədər də ədəbiyyatşünaslıq eninə və dərininə doğru inkişaf edib, yeni, orijinal ədəbiyyatşünaslıq əsərləri yazılıb. Əgər 50-ci illərdə 3 cildlik ədəbiyyat tarixi yazılmışdısa, bu gün Nizami adına Ədəbiyyat İnstitutu 7 cildlik “Ədəbiyyat tarixi”ni çapa hazırlayıb. Əlbəttə, məsələ heç də cildlərin, yaxud yazılan ədəbiyyatşünaslıq monoqrafiyalarının, məqalələrinin sayında deyil, onun keyfiyyətindədir. Deyə bilərəm ki, keyfiyyət baxımından da bugünkü ədəbiyyatşünaslıq yeni bir mərhələyə daxil olub. Bu mərhələnin əsas xüsusiyyəti problemlərə siyasi, ideoloji deyil, elmi cəhətdən yanaşılması və qiymətləndirilməsidir”. Professorun sözlərinə görə, ədəbiyyatşünaslığın tədqiqat coğrafiyası və yayılma arealı da genişlənib. Belə ki, indi ədəbiyyatşünaslıqla bağlı fundamental tədqiqat əsərləri yazılır: “Çox ciddi ədəbiyyatşünaslarımız var. Burada ad çəkməyəcəm, son illərdə dərc edilən məqalə və monoqrafiyalar mövzusu, problematikası və elmi səviyyəsi baxımından tamamilə standartlara cavab verir. Bəs elə isə nədən yaxşı ədəbiyyatşünaslıq əsərlərinin yazılmaması ilə bağlı heç də əsassız olmayan söhbətlər ortaya çıxır? Çünki bu gün mətbuat və elmi məcmuələr çoxdur, ona görə də burada çoxlu elmi və orijinal olmayan, bir-birini təkrar edən, bəzən kopyalanan məqalələr də dərc edilir. Tutaq ki, bir alim ildə necə 20 məqalə yaza bilər?! Gənc alim yazır ki, keçən il 20 məqaləm dərc edilib. Halbuki bir alim üçün ildə 3-4 məqalə də kifayət edir və belə də olmalıdır. Deməli ki, bu məqalələr içində problematik, elmi və orijinal məqalə yoxdur. Nəticədə bu məqalələr, kitablar bolluğunda elmi məqalələr itib-batır və bu cür söhbətlər ortaya çıxır”. Ədəbiyyat nəzəriyyəsinə gəldikdə isə, B.Əhmədov hesab edir ki, bizdə doğrudan da çağdaş tələblərə cavab verən ədəbiyyat nəzəriyyəsi yoxdur: “İndiyədək yazılan ədəbiyyat nəzəriyyələrinin hamısını qarşısına qoyub kiçik bir təhlil aparsan, bunu aydın görərsən. Bu da təbiidir, çünki bizdə indiyədək nəzəri məktəblər də olmayıb, sırf nəzəriyyəçi alim (özünün nəzəriyyəsi olan!) yetişməyib. Bizim bir əlacımız var, dünyada dərc edilən ədəbiyyat nəzəriyyələrini tərcümə etmək və tələbə və magistrlərə öyrətmək. Yalnız ondan sonra bizdə yaxşı ədəbiyyat nəzəriyyəsi kitabları yazıla bilər”.

Fundamental işlər görməliyik

Ədəbiyyatı ədəbi proses olmaqla yanaşı, həm də ideoloji proses adlandıran professor Buludxan Xəlilovun fikrincə, ədəbiyyatı öyrənən elm – ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsi ədəbiyyata köklənən vacib sahələrdir. Belə ki, ədəbiyyat zənginliyi ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsini qidalandıra bilir. Bu baxımdan ədəbiyyatın zəngin tarixi vaxtilə bizə «Ədəbiyyatşünaslığın əsasları», «Ədəbiyyat nəzəriyyəsi» kitablarını yazdırmaq üçün böyük faktlar verib: “Sovet dönəmində mövcud olan “Ədəbiyyatşünaslığın əsasları”, bəzən “Ədəbiyyatşünaslığa giriş” fənləri, bəzən daha yuxarı kurslarda keçirilən «Ədəbiyyat nəzəriyyəsi» fənləri çox kamil, mükəmməl, ədəbiyyatımızın nəzəri, elmi, texniki əsaslarını, ideoloji tərəflərini, məzmun və formasını, ədəbiyyatın xüsusiyyətlərini tam əks etdirən dərsliklər olub. Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik əldə etdik. Təbii ki, yeni yazılan əsərlərin məzmun və ideologiyası dəyişməyə başladı. Yaranmış ictimai-siyasi vəziyyət bəzən ədəbiyyat tarixinin özünə qısqanc münasibətlər yaratdı. Hətta bəzən ədəbiyyat tarixində mövqe tutmuş ədiblər, şairlər vaxtilə ideologiyanın təsiri altında təzyiq və tənqid olunduqları, ədəbiyyatşünaslığa və ədəbiyyat nəzəriyyəsinə material verdikləri üçün yeni milli ideologiya baxımından onlar təzyiq və təhdid olunanda bəziləri ədəbiyyat sahəsindən uzaqlaşmağa başladılar. Təbii ki, onlar ədəbiyyatşünaslıq üçün də, ədəbiyyat nəzəriyyəsi üçün də material vermədilər. Beləliklə, müəyyən obyektiv səbəblər yaranmağa başladı ki, bu səbəblər bizim vaxtilə sovetlər dönəmində yaranan «Ədəbiyyatşünaslığa giriş» və «Ədəbiyyat nəzəriyyəsi» dərslikləri səviyyəsində dərsliklərin yaranmasına maneçilik göstərdi. Həmin dərsliklərin yaranmasında bir növ tərəddüdlər mərhələsi başladı”. Filoloqun sözlərinə görə, keçmiş dövrdə yazılmış “Ədəbiyyatşünaslığa giriş” və “Ədəbiyyat nəzəriyyəsi” kitablarındakı materialların bir qismi, ədəbiyyatla bağlı verilmiş faktlar ədəbiyyata söykənəndə sovet ədəbiyyatına gedib çıxırdı və həmin dövrün ədəbiyyatının ideologiyasını əks etdirirdi. Müstəqillik dövründən sonra isə bu istiqamətdə sıfırdan başlamalı idilər. Bu da zəhmət tələb edən iş idi: “Axı bu zəhmətə qədər ənənə var idi. Bu zəhmətə qatlaşmaq üçün alim cəfakeşliyi, milli təfəkkür istiqamətində yanaşma, milli konseptual prizmadan məsələni həll etmək ədəbiyyatşünas alimlərin qarşısında ciddi vəzifə kimi dayanırdı. Müstəqillik dövründən sonra «Ədəbiyyatşünaslığa giriş» və «Ədəbiyyat nəzəriyyəsi» yarandı. Ancaq onlar irəli gedə bilmədilər. Həmçinin ədəbiyyatımızın nəzəri problemlərini də irəli apara bilmədilər. Hətta ədəbiyyatımızın mövcud nəzəri problemlərini saf-çürük etməyi bacarmadılar. Eləcə də ədəbiyyatşünaslığımızın problemlərini, perspektivlərini analiz edə bilmədilər. Ona görə də bu gün nə birinci kursda tədris olunacaq «Ədəbiyyatşünaslığa giriş» dərsliyimiz var, nə də son kursda tədris olunacaq «Ədəbiyyat nəzəriyyəsi». Amma ayrı-ayrılıqda müəllimlərin kitabları var. Onlar da sovet dövründə barmaqla göstəriləcək dərsliklərlə müqayisə oluna bilmir. Çünki o dərsliklər zamanın bütün tələblərinə cavab verir və ədəbiyyatın reallıqlarını ortalığa çıxara bilirdi. Həmçinin tələbəni ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsi baxımından hazırlayırdı”. B.Xəlilov hesab edir ki, bu işə milli təfəkkür və milli-konseptual baxımdan yenidən yanaşmaq lazımdır: “Bunun üçün hətta bizim ədəbiyyat tariximizdə mövqe tutmuş ayrı-ayrı ədiblərimizin, şairlərimizin yaradıcılığını yenidən təhlil etməliyik. Orta məktəblərdəki ədəbiyyat dərsliklərində kimlərin yer alması məsələsinə fikir verməliyik. Bu, bizim ədəbiyyat tariximizin müstəqillik dövrünə qədərki mərhələsi ilə bağlıdır. Müstəqillik dövründən sonra Azərbaycan ədəbiyyatında qəribə meyillər başladı. Bir qrup meyillər postmodernizm ədəbiyyatını yaratmaq istədi. Bir qrup meyillər az qala Azərbaycan ədəbiyyatı tarixini inkar etməyə çalışdılar, hətta Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Rəsul Rza, Səməd Vurğunun yaradıcılığına qarşı çıxdılar. Bu meyillərin özü ədəbiyyatşünaslarımızın, ədəbiyyat nəzəriyyəçilərimizin özünü çaşdırdı. Onlar “Görəsən, müstəqillik dövründəki ədəbiyyatımıza hansı istiqamətdə yanaşmaq lazımdır?”- deyə tərəddüddə qaldılar. Hansı ki, ədəbiyyat nəzəriyyəçisi ilə ədəbiyyatşünas ədəbiyyatı təhlil edən adamdır. Hansı meyildə olmağından asılı olmayaraq, onun potensialı və imkanı çatmalıdır ki, ədəbiyyatı təhlil etsin və onun inkişaf istiqamətlərini müəyyənləşdirsin”. Filoloq təəssüflə bildirir ki, müstəqillik dövründə son ədəbiyyatşünaslarımız və ədəbiyyat nəzəriyyəçilərimizin xeyli bir hissəsi bunu müəyyənləşdirə bilməyiblər: “Baxmayaraq ki, ədəbiyyatşünaslığa giriş dərslikləri yarandı, amma onlar meyara çevriləcək kitablar ola bilmədi. Ədəbiyyatın özü fundamental “Ədəbiyyata giriş” və “Ədəbiyyat nəzəriyyəsi” dərsliklərinin yaranmasına xidmət edə bilmədi. Mənə elə gəlir ki, biz bu istiqamətdə fundamental işlər görməliyik”. Professor hesab edir ki, bu istiqamətdə ali məktəbdə təcrübəsi olan ədəbiyyatşünaslarla Nizami adına Ədəbiyyat İnstitutunda çalışan ədəbiyyatşünasların birgə əməkdaşlığı yaranmalıdır: “Yəni Nizami adına Ədəbiyyat İnstitutunda çalışan əməkdaşlar onun elmi əsaslarını təhlil etməli, onun metodik, tədrisə necə gəlmə, tələbəyə necə öyrədilmə tərəfinə diqqət etməli, hansı materialı tələbənin necə qavramasını duymaq şərti ilə ali məktəbdə çalışan ədəbiyyatşünaslar onu cilalamalıdırlar. Bu, birgə həyata keçirilməlidir. Mənə elə gəlir ki, bu kitablar bu gün bizim ali məktəb tələbələri, “Ədəbiyyatşünaslığa giriş” və “Ədəbiyyat nəzəriyyəsi”ni tədris edən fakültələrimiz üçün hava və su qədər lazımdır. Nə üçün Pənah Xəlilovun, Mikayıl Rəfilinin vaxtilə mövcud olan dərsliklərini biz qəbul edirdik? Çünki onlar prinsipləri tələbənin zövqünü oxşaya-oxşaya, ədəbiyyatşünasların, ədəbiyyat nəzəriyyəçilərinin tələbatını ödəyə-ödəyə yazmışdılar. Bu baxımdan bu boşluğun aradan qaldırılması zamanın tələbidir”. Professorun fikrincə, ümumiyyətlə, humanitar sahədə bir sıra dərsliklərimizin yazılmasına böyük ehtiyac var. Belə ki, düşüncələr, ideologiyalar dəyişib: “Hesab edirəm bu sahədə xüsusi layihələrə ehtiyac var. Birgə layihələr əsasında həmin kitablar yazılmalıdır. Hər il alimlərimiz elmi-tədqiqat əsərləri yazırlar. Bəzən elə əsərlər yazılır ki, onların praktikaya tətbiqi yoxdur. Ali məktəbdə müəllimlər bu əsərləri elmi iş kimi götürüb cilalamalıdırlar. Həm də bunlar bir nəfərin qələmindən çıxmamalıdır, kollektiv əməyin məhsulu olmalıdır. Bu dərslikləri yazandan sonra elmi ictimaiyyətin müzakirəsinə vermək lazımdır. Qoy təkmilləşsin, cilalansın və sanballı dərsliklər ortaya çıxsın». Professor bildirir ki, hazırda tələbələr, abituriyentlər ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsi deyəndə köhnə kitablardan yapışırlar: “Halbuki o köhnə kitablardakı ədəbi materiallar, ideologiya köhnəlib. Onların yeniləşdirilməsi vacib məsələlərdir. Hesab edirəm ki, hümanitar düşüncə üstün olmaqla millətin milli düşüncəsini daha da inkişaf etdirmək mümkündür. Həmin dərsliklər isə ədəbiyyatşünas kimi formalaşacaq insanların, gənc kadrların stolüstü kitabı olmalıdır. Zaman artıq bunu bizdən tələb edir”.

Təranə Məhərrəmova

Ədəbiyyatşünaslığa giriş

Namiq Rasim oğlu Həsənov 10 may 1991-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbi 2008-ci ildə bitirmişdi. O, 2008-ci ilin iyul ayında əsgəri borcunu vermək üçün hərbi xidmətə yollanmışdır və 2010-cu ildə xidməti başa vurub evə qayıtmışdır. 2011-ci ildə yenidən müddətdən artıq xidmət etmək üçün Milli Ordumuzun N saylı hərbi hissəsində tank sürücü-mexaniki kimi işləməyə başlamışdır.

Namiq Həsənov 2016-cı ilin Aprel döyüşlərində də təxribat törədən erməni silahlı qüvvələrinə qarşı mübarizə aparmışdır.

Həsənov Namiq 27 sentyabr 2020-ci ildə müharibə başlanan gündən bir tankçı kimi döyüşlərdə fəal iştirak edib. O, Füzuli rayonunun Alxanlı kəndi ərazisində aparılan döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olmuşdur. Itkin düşdüyü ehtimal olunan Namiqin nəşi 70 gündən sonra tapılıb dekabrın 9-da doğulduğu Göytəpə şəhərində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Həsənov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Comments are closed, but trackbacks and pingbacks are open.