Dədə qorqud qısa
Oğuzlar çətinə düşəndə tanrıya sığınır, onu köməyə çağrırlar. Tanrı da hər dəfə oğuzların köməyi olur, onları çətinliklərdən çıxarır.
Dədə qorqud qısa
“Kitabi-Dədə Qorqud” dastanı xalqımızın söz abidəsidir”
Təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran ulu sənət nümayəndələrindən biri və həm də birincisi “Kitabi – Dədə Qorqud” eposudur. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır, “Oğuznamə”dir.
Elm aləminə “Kitabi – Dədə Qorqud” eposunun iki əlyazması məlumdur. Bu əlyazmaların biri və daha mükəmməli Almaniyanın Drezden muzeyində saxlanılır. Bu əlyazma giriş və on iki boydan ibarətdir. Əsərin ikinci əlyazması Vatikan muzeyindədir. Vatikan əlyazması girişdən və yalnız altı boydan ibarətdir.
“Kitabi-Dədə Qorqud” bahadırlıq və qəhrəmanlıq dastanıdır. Buradakı boylar orta əsrlərin ilkin çağlarının həyatı ilə səsləşir. Əhvalatlar el ağsaqqalı, el ozanı Dədə-Qorqudun dilindən söylənilir. Əsərdə oğuzların hərbi yürüşləri, inam və görüşləri, barış və savaşları, adət və ənənələri, köçəri və oturaq həyatı bədii şəkildə öz əksini tapmışdır.
Oğuz elinin başçısı Qamğan oğlu Bayındır xandır. Onun əsərdə yalnız adı çəkilir, onunla bağlı heç bir əhvalat söylənilmir. Oğuz elinin baş qəhrəmanı Ulaş oğlu Qazan Xan və onun ətrafında olan bahadırlardır. El-obanı yağılardan, azğın kafirlərdən qorumaq, doğma yurdun şərəfini qorumaq onların üzərinə düşür. Düşmənləri diz çökdürən oğuzlarda daxili ziddiyyətlərdə mövcuddur və onların faciəsi də bu daxili ədavət və ziddiyyətlərdən törəyir. Öz dayısının başını kəsən Salur Qazan bununla xəyanətlə öldürülmüş Bamsı Beyrəyin qanını alsa da, hər halda oğuzun oğuza əl qaldırması faciədir, arzuolunmaz hadisədir.
“Kitabi – Dədə Qorqud”un hər bir boyunda bir oğuz igidinin qəhrəmanlığından danışılır. Hadisələr yay-qış qarı-buzu əriməyən Qazlıq dağında, alınmaz Əlincə qalasında, Şərurda, Dərbənddə, Gəncədə, Bərdədə, Dərəşamda, Qaraçquda, Aladağda, Ağcaqalada, Göyçədə, Bayatda baş verir və bütün bunlar onu sübut edir ki. “Kitabi – Dədə Qorqud” məhz Azərbaycan xalqının sənət abidəsi, söz abidəsidir. Əsərdəki bir çox yer-yurd adları bizim günümüzdə də həmin adlarla tanınmaqdadır.
Oğuzlar üçün yurd, Vətən sevgisi, torpaq hər şeydən yüksək və əzizdir. Onlar hər an doğma el-oba uğrunda canlarından keçməyə hazırdılar. Oğuz öz qonşularına qarşı da mərddirlər. Onlar başqasının torpağına hücum etmir, sərhədlərini pozmurlar. Lakin düşmən xəyanət edib qəfil hücum etdikdə oğuz igidləri hamılıqla Vətənin müdafiəsinə qalxır, düşməni tarmar edirlər. Dar gündə Vətən sevgisi oğuzlara öz aralarındakı incikliyi də unutdurur, onları birləşdirir.
Oğuzlarda qadına, anaya yüksək ehtiram və məhəbbət vardır. Burada ana haqqı tanrı haqqına bərabər tutulur. “Salur Qazanın evinin yağmalanması boyu”nda Qazan xan düşmənlə qarşılaşarkən hər şeydən keçir, lakin anasından keçmir. Oğuzun qadınları, qızları da ismətli, namuslu el qızlarıdır.
Oğuzlar çətinə düşəndə tanrıya sığınır, onu köməyə çağrırlar. Tanrı da hər dəfə oğuzların köməyi olur, onları çətinliklərdən çıxarır.
“Kitabi-Dədə Qorqud” oğuzların dastana çevrilmiş tarixidir. Dastanda hər sözün, ifadənin, adın dərin mənası var və bunların hamısının arxasında soykökümüz olan oğuzların keçmiş tarixi durur.
Dədə Qorqud”un 360 atı, bir şiri və.
Rasim Balayev: “Oxu necə atdımsa, Şəfiqə Məmmədovanın qoluna dəydi”
Min il, min neçə yüz il bundan qabaq Azərbaycanda yaşayan, çəmənlərdə çadırlar quran, at belində ömür sürən, quş quşlayan, ov ovlayan babalarımızın arasında müdrik bir ağsaqqal da yaşayırdı – Dədə Qorqud. El bilicisiydi o qoca. İgidlərin başlarına gələnlərdən, olanlardan, keçənlərdən dastan qoşub söz söylərdi, boy boylardı. Biz də bu gün onun adına olan filmdən söz söyləmək istəyirik. “Gündəlik Teleqraf”ın “Kadrarxası” rubrikasında bu dəfə Azərbaycanın ilk iki seriyalı filmi olan “Dədə Qorqud”un kadrarxası məqamlarından danışacağıq.
Qısa arayış: “Dədə Qorqud” filminə 1975-ci ildə görkəmli rejissor Tofiq Tağızadə xalq yazıçısı Anarın ssenarisi əsasında quruluş verib. Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən “Kitabi Dədə Qorqud” dastanının motivləri əsasında çəkilib. Kinolentdə dastanın əsasən iki qolundan istifadə edilib. Ssenari müəllifi Anar, quruluşçu rejissor Tofiq Tağızadə, quruluşçu operator Rasim İsmayılov, quruluşçu rəssam Nadir Zeynalov, bəstəkar Emin Sabitoğlu, səs operatoru Vladimir Savin, geyim rəssamı Bədurə Əfqanlıdır. Rollarda Həsən Məmmədov (Dədə Qorqud), Həşim Qadoyev (Qazan), Rasim Balayev (Beyrək), Givi Toxadze (Alp Aruz), Hamlet Qurbanov (Qıpçaq Məlik), Leyla Şıxlinskaya (Banuçiçək), Şəfiqə Məmmədova (Burla xatun), İnarə Quliyeva (Selcan), Elçin Məmmədov (Qaraca çoban), Fərhad Yusifov (Tural), Dinarə Yusifova (Günel), Əli Haqverdiyev (Yalıncıq), Gündüz Abbasov (Bəybura), Əfrasiyab Məmmədov (Bayandır xan), Mikayıl Mirzə (gor qazan) və başqaları çəkilib. Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur. Hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət-ənənələri barədə danışılır. Dədə Qorqud saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır. Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : “Əgər torpaq qorunmursa, əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz”.
“Aktyorla bərabər at da ağlayırdı”
Məşhur operator Rasim İsmayılovun həyat yoldaşı Nadejda İsmayılova “Dədə Qorqud”la bağlı maraqlı məqamları xatırlayır. Deyir bu film onun redaktor kimi işi olub: “Əvvəla onu deyim ki, filmin gözəl komandası, çəkiliş heyəti vardı. Anarın ssenarisini oxuyanda çox sevindim. Ssenari üzərində işləməyə, dəyişikliyə ehtiyac yox idi. Çünki çox yaxşı yazılmışdı. Oxumağa başlayanda ayrılmaq olmurdu. Üstəlik o vaxt belə mövzudan, soy kökümüzdən danışmaq cəsarət tələb edirdi. Bu baxımdan ssenarinin mövzusu, dil və üslubu yeni idi. Anar filmdə fantaziyadan istifadə etməyin tərəfdarı idi. Elə biz də. Tofiq müəllim isə realist idi. Bunun üstündə rejissorla ssenarist arasında fikir ayrılığı vardı. Ancaq sonradan Tofiq müəllim o fikirlə razılaşdı. Film bir az nağılvarı alındı. Bu işdə Toğrul Nərimanbəyovun adını məxsusi çəkmək lazımdır. Onun film eskizləri o qədər gözəl alındı ki, filmin əvvəlində istifadə etdilər. Bu da filmə müəyyən qədər nağılvari ton verdi”.
Ssenari müəllifilə quruluşçu operator arasında da fikir ayrılığı yaranmışdı. Filmdəki səhnələrin rəngləri üstündə: “Yadımdadı ki, işıq üzərində ciddi çalışırdılar. Anar bu əsəri daha çox soyuq rənglərdə görürdü. Naxçıvanda payız naturasının çəkilməsinin tərəfdarıydı. Amma Naxçıvana ekspedisiya göndərmək xeyli vəsait tələb edirdi, buna isə imkan yox idi. Rasim Pirqulunu təklif etdi. Bayram, ov, sevgi səhnələri Pirqulu çəmənliklərində, ölüm, döyüş səhnələri isə Qobustanda çəkildi. Hətta Rasim xahiş etmişdi ki, Qobustanda böyük qayalardan birini qırmızı rəngə boyasınlar. Boyadılar da. Bu, el-obanın qana boyandığına işarə idi. O vaxt texniki imkanlar indiki kimi deyildi axı. Rasim də fikirləşib ki, bu cür elementlərdən istifadə edirdi, məncə, maraqlı da alınırdı. Pirquluda aparılan çəkilişlərə mən də getmişdim. Qazan xan obrazının ifaçısı tacik aktyoru Həşim Qadoyev yaraşıqlı aktyor idi, kostyumlar ona yaraşırdı, yaxşı da at çapırdı. Filmdə çəkildiyi atı çox sevirdi, aktyorlardan çox onunla vaxt keçirirdi, dostlaşmışdı. Mən heç vaxt unutmaram, filmdə Qazan xan ovdan qayıdıb elinin yağmalandığını görür və gözündən yaş axır. O səhnədə aktyorla bərabər at da ağlayırdı. Filmə diqqətlə baxanda bunu görmək olar”.
“Qadın şiri görəndə ürəyi getdi”
Nadejda xanım qeyd edir ki, filmdəki döyüş səhnələri üçün Moskvadan xüsusi alay gətirilmişdi. O alay SSRİ-də çəkilən bütün kinolarda iştirak edirdi. Alayın da tərkibində 360 at vardı. “Dədə Qorqud”un döyüş səhnələri məhz bu atların hesabına başa gəlib: “Atlarla yanaşı filmdə şir də çəkilib. Təsadüfə bax ki, Kinq-2 adlı bu şirin sahibinin adı Lev Berberov, özünün cinsi isə “berberovskiy lev” idi. Bu şirlə ilk tanışlığım qorxulu olub. Kinostudiyada otaqda oturmuşdum. Qapı döyüldü, başımı yuxarı qaldırmadan “gəlin” dedim. Qapı açıldı, başımı qaldıranda dəhşətə gəldim. Otağa əvvəl şir girdi, dalınca da xaltasından tutan Berberov. Yerimdəcə quruyub qaldım, hara qaçıb gizlənəcəyimi bilmədim. Berberov dedi “narahat olmayın, ssenarini götürməyə gəlmişik”. Əllərim əsə-əsə ssenarini verdim. Dallarınca dəhlizə çıxdım, gördüm çöldə bir adam da yoxdu. Onları kinostudiyaya girən görəndə bütün işçilər otaqlarına qaçıb gizlənmişdilər”. Şirin iştirak etdiyi səhnənin çəkilişi zamanı da macəra yaşanmışdı. Beyrəklə şirin döyüş səhnəsi studiyanın həyətində pavilyonda çəkilirdi. Səhnə üçün iki mərtəbəli dekorasiya qurulmuşdu. İkinci mərtəbədə dairəvi balkonlarda orta əsrlərə məxsus geyimlərdə adamlar oturmuşdu: “Aşağıda isə Beyrəklə şir döyüşməliydi. Orda bütün qapılar bağlanmışdı. Bircə 2-ci yarus açıq idi. Çəkiliş başladı, şiri içəri buraxdılar. Şir başını qaldırıb o cür geyimlərdə camaatı, texnikanı görəndə çaşdı. Həmin açıq yerdən necə qaçdısa, heç sahibi macal tapıb çölə çıxa bilmədi. Aləm dəydi bir-birinə. Studiyanın həyətində bir yer vardı. Ordan avtomatdan su içirdik. Şir gedib ora çıxıb. Orda da işçilərdən biri su içirmiş. Qadın arxaya dönüb şiri görəndə ürəyi getdi. Şir qadının yıxılmağını görüb daha da qorxub qaçdı. Axırda Berberov şirini kolluqların birində qorxmuş vəziyyətdə tapdı. Təbii ki, çəkiliş təxirə salınmadı. Onu da deyim ki, bu şiri biz sonra “Şir evdən getdi” filminə çəkdik. Təəssüf ki, Berberov öləndən sonra bu şir onun arvadını və oğlunu parçalayıb öldürdü. Nəticədə şiri gülləylə vurdular”.
Beyrəyə 2500, şirə 5 min rubl qonorar
Bu səhnə Beyrək obrazının ifaçısı Rasim Balayev üçün də asan olmayıb. Bu barədə danışmazdan öncə bildirək ki, Beyrək roluna namizədlər arasında Rasim Balayevlə yanaşı, Nodar Şaşıqoğlu da vardı. Nodar Şaşıqoğlu Tofiq Tağızadənin “Uzaq sahillərdə” filmində çəkildiyindən rejissor bu rola da onu təsdiqləmək istəyirdi. Lakin Bədii Şura səs çoxluğu ilə Rasim Balayevi seçib Beyrək roluna təsdiqləyir. Amma bu obraz da aktyoru xeyli çətinliklər qarşısında qoyur: “At çapa, ox ata bilmirdim. Yıxıla-yıxıla birtəhər at çapmağı öyrəndim. Ox atmağım isə faciəyə səbəb olacaqdı. Filmdə bir səhnə var. Beyrək “ay donuz oğlu, adam da elə ox atar?” deyib Yalıncığa ox atmağı öyrədir. Səhnə çəkiləndə ətrafda nə qədər adamlar düzülmüşdü. Onların arasında Şəfiqə Məmmədova vardı. Oxu Yalıncığın əlindən alıb nətəri atdımsa, Şəfiqə xanımın qoluna dəydi. Qolu qanadı, həkim gəldi. Yaxşı ki, gözünə girmədi. Sonra dedi sən bunu qəsdən eləmisən. Dedim qəsdən niyə eləyim ki? Oxdu da başqa tərəfə atırdım, ora gəldi. Amma ikinci dəfə atanda hədəfi vurdum”.
O ki qaldı Beyrəyin şirlə döyüşməsinə, Rasim Balayev etiraf edir ki, bu səhnəyə çəkilmək istəmirdi. Hətta Anardan da xahiş etmişdi ki, bu səhnəni ssenaridən çıxarsınlar. Amma çifayda: “Anar dedi “yox, bu, maraqlı səhnə olacaq”. İndi olsa inanmaram. O vaxt məni inandırdılar ki, heç bir problem olmayacaq. Dedilər ev şiridi, qorxma, südlə böyüyüb. Ayağından da nazik tros bağlayacağıq. Sonradan məlum oldu ki, tros söhbəti yalan imiş. Dekorasiya quruldu, çəkiliş başladı. İndi istər-istəməz qorxuram axı. Vəhşi, dil bilməyən heyvandır. Birdən nəsə xoşuna gəlmədi, cumdu üstümə. Üzümdə bu qorxu hiss olunduğundan rejissor Tofiq Tağızadə hirsləndi ki, “sən atıl şirin üstünə, ondan qorxduğun sifətində hiss olunmasın, sən axı Beyrəksən, qəhrəmansan”. Mən də qayıtdım ki, “əşi, yuxarıdan göstəriş verməyə nə var e, gəl bu şirlə üz-üzə dur, görüm sənin sifətində hansı ifadə yaranacaq”. Nə isə. Birtəhər çəkildim. Bəzi yerlərdə dublyor idi, yəni şirin sahibi, bəzilərində mən. Şirlə qabaq-qabağa dayanmışam. Hirsləndirməliyəm, o da üstümə atılmalıdı. Üstümə atılanda geri çəkdilər. Güləş səhnəsində bir dəfə mən çəkildim, bir dəfə dublyor. Bir dəfə də şiri ona bənzər tüklü oyuncaq əvəzlədi. Birtəhər, xata-bəlasız ötüşdük. Şirlə döyüş səhnəsi bir gün səhərdən axşama qədər çəkildi. İkinci gün isə yuxarıdan adamların qışqırmağını çəkdilər. Çox riskli bir şey idi. İndi belə bir şey təklif etsələr, heç vaxt razı olmaram. Amma o vaxt nədənsə razı oldum. Özü də şirə oturacaqları çıxarılmış xüsusi avtobus ayırmışdılar, hər gün ət kombinatından ət gətirirdilər. Bunlarla yanaşı o şir aktyorlardan çox qonorar aldı. Məsələn, mən baş rol ifaçısı olaraq 2500 rubl almışdımsa, iki günlük çəkilişə görə şirə 5 min rubl vermişdilər. Düzdür, bu film bu gün də baxılır, yaxşı münasibət var. Amma məncə, daha monumental film ola bilərdi”.
Təbii qoyun əvəzinə kukla qoyun
“Dədə Qorqud” filmindən danışanda Qaraca çobanı xatırlamamaq günah olar. Qaraca çoban “Yeddi oğul istərəm” filmindəki Mirpaşa rolundan sonra Elçin Məmmədovun ikinci obrazı idi. Qaraca çobanın qoyunları qayadan atma səhnəsi ilə bağlı Elçin Məmmədovla yaradıcı heyət arasında narazılıq yaranmışdı. Aktyor qoyunları diri-diri atmağa razılıq vermirdi. Çünki qoyunlar qayadan atılarkən daşa dəyib parçalanacaq və öləcəkdi. Aktyorun inadını gördükdən sonra məcburiyyət qarşısında qalıb kukla qoyunlar düzəldirlər. Qaraca çobanın ağacı kökündən çıxarmaq səhnəsi də çətinliklə alınırdı. Çəkiliş başlamamışdan qabaq yüzillik ağacı kökündən çıxarıb, sonra həmin ağacı yenidən yerinə basdırırlar ki, Qaraca çobanı ağaca bağlayanda onu asanlıqla yerindən çıxara bilsin. Həmin səhnənin çəkilişi başlayır. Qaraca çobanı da ağaca bağlayırlar. Ancaq aktyor nə qədər tərpətsə də, əziyyət çəksə də, ağacı yerindən çıxara bilmir. Demə, bilərəkdən ağacı yerinə bərk basdırmışdılar ki, çıxarmaqda çətinlik çəksin. Elə bu zaman da məşəlləri yandırmağa başlayırlar. Od parçaları qolları bağlı olan Qaraca çobanın üstünə tökülür və qollarını yandırır. Göynədiyi üçün tez-tez qollarını üfürməyə başlayır. Bütün bunlar filmdə təbii olaraq çəkilir.
Sonda qısaca filmin musiqisi barədə. Filmin musiqisini Emin Sabitoğlu yazıb, mahnıları isə Yalçın Rzazadə oxuyub. Sənətçi xatırlayır ki, mahnıları Moskva Simfonik Orkestri ilə yazıblar: “Burda mahnını hazırlayıb Moskvaya yollandıq. Moskva Simfonik orkestrinə bizim milli alətlərdən bir neçəsi də əlavə olunmaqla ifa etdim və heç bir səsgücləndiricidən istifadə etmədən canlı səs filmə verildi. Təsadüfi deyil ki, o mahnılar bu gün də tamaşaçılar tərəfindən sevilir və dinlənilir. Elə filmin özü kimi”.
Dədə qorqud qısa
“Dədə Qorqud” dastanı”nın 3-cü nüsxəsi tapılıb. Bu barədə Türkiyədə keçirilən Dünya Mədəni Mirası Dədə Qorqud Beynəlxalq Konfransında məlumat verilib. Konfrans Türk Dil Qurumu, Bayburt valiliyi, Bayburt Universiteti və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) təşkilatçılığı ilə keçirilir. İndiyədək “Dədə Qorqud” Dastanının iki nüsxəsi məlum idi. Bunlardan biri Drezdendə (Almaniya), digəri isə Vatikanda (İtaliya) saxlanılır. Tapılan yeni nüsxədə əvvəlkilərdən fərqli olaraq itən 13-cü dastan yer alır. Bu dastanda Salur Qazanın əjdahanı öldürdüyü boy var. Bu məlumat elm dünyasında olduğu kimi, media və sosial şəbəkələrdə də geniş marağa səbəb olub. AzEdu.az bu səbəbdən, “Dədə Qorqud” dastanı və onun əsas qəhrəmanı barəsində bir neçə maraqlı faktı təqdim edir: Əlihüseyn Dağlının “Ozan Qaravəlli” kitabı Dədə Qorqud haqqında ən əsas məxəzlərdən biridir. XX əsrin əvvəllərində yazılan kitab bir çox sirlərlə zəngindir. Həmin sirlərdən biri Dədə Qorduqun məzarı olduğu məkanla bağlıdır. Dədə Qorqudun 4 yerdə məzarı olma ehtimalı qeyd edilir. Həmin yerlər Türkiyənin Bayburt, İraqın Mosul, Özbəkistanın Sırdərya, Azərbaycanda Xəzərdən Dərbəndə doğru istiqamətdəki bir ərazidir. Bunlardan ən inandırıcısı Azərbaycan variantıdır. Böyük şərqşünas Vasili Bartold Dədə Qorqudun qəbrinin Dərbənd yolunda olduğunu bildirir. Bəkir Çobanzadə isə Dədə Qorqudun qəbrinin Dərbəndin özündə olması fikrini zaman-zaman irəli sürüb. Professor Vaqif Arzumanlı özünün “Dədə Qorqud qəbrinin izi” ilə adlı əsərində Dədə Qorqudun qəbrinin Dərbənddə olduğunu göstərməklə yanaşı, qəbrin bir müddət təhlükə ilə üz-üzə qaldığını da göstərib. Mərhum professorun versiyasına görə, Dədə Qorqudun məzarını türkün əbədi düşməni olan ermənilər bir ara partlatmaq da istəyiblər. Amma ötən əsrin sonunda anadan olan, XX əsrin ortalarında bir sıra dəyərli araşdırmalar aparan alim Əlihüseyn Dağlı həm Dədə Qorqudun kimliyi, həm də şəxsiyyəti barədə maraqlı araşdırmalar aparıb. Öncə onu qeyd edək ki, Ə.Dağlı Dədə Qorqudun kimliyi ilə bağlı məsələdə real davranaraq onun mifik qəhrəman yox, real tarixi şəxsiyyət olması fikrini əsas götürür. Dağlının bu fikri çox da dartışılan fikir kimi qəbul olunmur. Çünki elə dastanın əvvəlində Dədə Qorqud haqqında yazılan bir neçə cümlə onun şəxsiyyətini xarakterizə edir: “Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir ər qopdı. Oğuzın, ol kişi təmam bilicisiydi, nə diyərsə, olurdı. Ğaibdən dürlü xəbər söylərdi”.
Dastanın müqəddiməsində verilən bu fikirlər Dədə Qorqudun konkret yaşadığı zaman və məkan haqqında səhih məlumat verir. Amma etiraf etmək lazımdır ki, nə qədər konkret olsa da, elə təqdim etdiyimiz bir neçə cümlədə də Dədə Qorqudun mifik aspektləri nəzərə çarpır. Məsələn, qorqudşünasların əksəriyyəti belə hesab edir ki, o, 932-ci ildə vəfat edib. Amma yuxarıda onun Məhəmməd Peyğəmbərin zamanında yaşadığı qeyd olunur. Peyğəmbərin yeddinci əsrdə vəfatını nəzərə alsaq, Dədə Qorqudun az qala 300 ilə yaxın ömür sürdüyünü görə bilərik. Dağlı isə onun nəinki 300, hətta 350 il yaşadığını öz kitabında əks etdirib. Araşdırmaçı alim, musiqişünas Abbasqulu Nəcəfzadə həmin kitabla bağlı yazdığı məqaləsində də bu faktı qeyd edir: “Bu kitabda yazılana görə, Dədə Qorqudun qəbrini Dərbənd yolunda axtarmaq lazımdır. Orta əsr mənbələrində Təbriz yolu, Məkkə yolu, Saman yolu, İpək yolu deyimləri kimi Dərbənd yolu ifadəsi də tez-tez işlədilirdi. Bu yol Dərbəddən Xəzərətrafı ərazidən və Xızı Bərmək mahalının Altıağac kəndindən keçərək Şamaxıya qədər uzanır. Əlihüseyn Dağlı Dədə Qorqudun qəbrini məhz bu yerlərdə axtarır. Xızı Bərmək mahalının Cığatay düzünün Giləzi kənd sakini Çoban Allahverdidən bəlkə bu tərəflərdə adi qəbirlərdən xeyli uzun məzara rast gəlib gəlmədiyini soruşur. Bunu soruşarkən araşdırmaçı Dədə Qorqudun boyunu əsas gətirir. Əfasanəvi müdrikin boyu deyilənə görə 3 metrə yaxın imiş. Çoban bir az fikirləşəndən sonra Aşağı Baxşılı kəndinin qəbirstanlığında belə bir qəbrin olduğunu deyir. Əlihüseyn Dağlı bu qəbri tapır və həmin yerin xəritəsini çəkir”. Kitabın başqa bir özəlliyi də ondadır ki, orada Dədə Qorqudun müqəddəs bir şəxs kimi bir neçə müqəddəs peyğəmbərlə, ən əsası Xızır Peyğəmbərlə görüşdüyü qeyd olunur. Maraqlı məqamlardan biri də budur ki, Dədə Qorqud məhz Xızır peyğəmbərlə görüşüb dirilik suyunu ondan almaq üçün Dərbənd yoluna, Beş Bərmək dağları tərəfə (indiki Beş Barmaq, yaxud Xızır Zində baba ziyarətgahı olan dağlar – red) yol alır. Abbasqulu müəllim məqaləsində kitabın bu maraqlı və müəmmalı hissəsinə də toxunur: “Rəvayətə görə, Dədə Qorqud dirilik suyunu axtarmaq üçün bu tərəflərə gəlib Xızır peyğəmbərlə görüşmək istəyir. Amma bu, ona nəsib olmayıb. O, xəstələnir, dünyasını bu dağlarda dəyişir və burada da dəfn edilir. Sonradan Dədəni müşayiət edən insanların bir çoxu o qəbrin ətrafında məskən salır. Orta əsrlərdə ozanlara bəzən baxşı da deyiblər. Bütün türk ellərinin baxşıları Dədəni ziyarətə gələrmiş. Onların da bir çox geri dönməyib burada yurd salarmışlar. Beləcə həmin ərazi Baxşılı adlandlırılıb. Ə.Dağlı Xızı-Altıağac yolunun üzərindəki Baxşılı kəndini Dədə Qorqudun yadigarları hesab edir”. Dədə Qorqudun məzarının bu yolun üzərində yəni, Azərbaycanda olmasını deyən yalnız bu araşdırmaçı olmayıb. Məşhur alman səyyahı Adam Olearinin 1643-cü ildə qələmə aldığı xatirələrində də Dədənin məzarının Beş Bərmək dağlarının həndəvərində olduğu deyilir. Həmin xatirələrdə Oleari Dədə Qorqudun məzarı ətrafında məskən salan kəndin camaatı ilə söhbətini təqdim edir. Olearinin yazdığına görə, Dədə Qorqudun qəbri dağda olub:
“Qorqud haqqında söyləyirdilər ki, o, Məhəmmədin dostu olmuş, həmişə onun yanında oturmuş, ondan dərs almış və onun ölümündən sonra 300 il yaşamışdır. Onun qəbri qayalıq bir dağda böyük bir mağara içindədir. Tabutunun yanında bir qarı oturub gözətçilik edirmiş. Şəhərdən və uzaq yerlərdən çoxlu qadın və qızlar gəlmişdilər. Dua etdikdən sonra onlar qarıya pay verirdilər. o da müqəddəs bir adam sayılırdı və gecələr tabutun yanında söndürmədən çıraq yandırırdı”. Əlihüseyn Dağlı kitabda Baş Bərmək dağının bir neçə rəsmini təqdim edir. Onlardan ən maraqlısı isə orta əsr alman səyyahı Kempferin təqdim etdiyi rəsmdir. Araşdırmaçının sözünə görə, Kempferin təsvir etdiyi Beş Barmaq, indiki Xızır Zində baba pirində Dədə Qorqudun da qəbri təsvir olunur. Əlihüseyn Dağlı Siyəzən sözünü də Dədə Qorqudun adı ilə bağlayır. Onun firkincə, Siyəzən “siyah” və “zənən” sözlərindən yox, “Saya” və “ozan” sözlərinin ümumi cəmindən yaranıb ki, bu da birbaşa Dədə Qorqudla bağlıdır. Çünki Siyəzən əvvəllər Yuxarı Baxşılı kəndinin aşağısında yalnız kiçik bir kənd olub. “Sayaozan” kəndi sonradan Siyəzənə çevrilib . Bir faktı da qeyd edək ki, o zonada “qorqud” adlı bir yemək olub. Xüsusən, də baxşılılar o yeməyi çox böyük ustalıqla hazırlayıblar. Mərhum professor Vaqif Arzumanlının “Dədə Qorqud qəbrinin izi ilə” adlı kitabında orta əsr səyyahları Əl Bakuvi, Övliya Çələbinin Dədə Qorqudun məzarı haqqında maraqlı fikirlərinə rast gəlirik: “A.Olearinin (Dərbənd yaxınlığında Qırxlar qəbiristanlığını ziyarət etdikdən sonra yazdığı) “Burada biz daha iki müsəlman müqəddəsinin (övliyasının) məzarına rast gəldik. Onlardan biri Pir Muxtar çöldə (düzənlikdə), digəri İmam Kurxud isə dağda dəfn olunmuşdu. Rəvayətə görə, Məhəmmədin dostu olan Kurxud həmişə onun yanında olmuş və ondan çox şey öyrənmişdi. Kurxud Məhəmməddən sonra 300 il də yaşamışdır. Onun məzarı qayalı dağdakı mağarada yerləşir. Dörd taxta lövhədən hazırlanmış tabut mağaranın dərinliyində (girişdən uzaq tərəfdə) yerdən iki arşın hündürlükdə elə qoyulmuşdur ki, onu hamı görə bilsin. Keçən gün mən orada idim, hər şeyi öz gözümlə gördüm”.
Yaxud Övliya Çələbinin “Bir ziyarətgah da böyük sultan Dədə Qorqudundur” sözləri. ”.
İki ayrı-ayrı kitabdan təqdim olunan faktlara əsasən, ümumən Orta Asiya və türk dünyasının mifik müdriki olan Dədə Qorqudun məzarının hər iki versiyada Azərbaycanda olması təsdiqlənir. Dərbənd hazırda müstəqil Azərbaycan Respublikasının tərkibində olmasa da, tarixi Azərbaycan şəhəridir. Beş Barmaq dağında olacaq məzar variantı isə daha qənaətbəxş sayılır. Bütün bunlar göstərir ki, bu torpaqlarda hələ çox sirlər yatıb qalmaqdadır.
Elmin Nuri
Bu bölməyə aid digər xəbərlər
Çernobıl faciəsi bu gün də davam edir – Faciənin 34-cü ili
2020-04-26 15:32:00
Cümhuriyyətin xaricə yolladığı tələbələrin acınacaqlı taleləri: bəziləri dözməyib intihar etdi
2019-12-15 18:00:00
Dədə Qorqud haqqında maraqlı FAKTLAR – O, Azərbaycanda dəfn edilib?
2019-04-28 12:27:00
Dünyada ilk aclıq aksiyası keçirən şəxsin – Cümhuriyyət tələbəsinin dəhşətli əzabları – Amansız işgəncələr
Comments are closed, but trackbacks and pingbacks are open.