Press "Enter" to skip to content

Текст книги Dəfinələr adası

Quldurlar hərəsi bir tərəfə qaçmağa başladı. Yarım dəqiqə keçməmiş Pyu yolun ortasında tək qalmışdı. O, yolu tamam itirdi, dənizə tərəf getmək əvəzinə kəndə sarı qaçmağa başladı.

Niftiyevin bloqu

Nəsillərdir birmənalı olaraq macəra janrı deyiləndə oxunan “Dəfinələr adası”, xeyir və şərin mübarizəsinin arasında ilişib qalan Cim adlı oğlan uşağının kapitan Silverlə olan mübnasibətlərinin nəticəsində dostluq, sədaqət, cəsarət və şərəf haqqında öyrəndiklərinin, onu necə yetkinləşdirdiyindən bəhs edən möhtəşəm əsərdir. Piratların dünyası dəniz suyu kimi şordur, içdikcə içmək istəyirsən.

“Dəfinələr adası”nı mən çox erkən yaşlarımda oxumuşdum. Üzərindən uzun müddət keçib və ondan nələri xatırladığımı yadıma salmağa çalışanda məyusluqla qarşılaşdım. Qərara gəldim ki, bir daha oxuyum. Əsər yaxşı ilham mənbəyi və xəyalpərəstliyə olan möhtəşəm çağırışdır. Ən əsası, k itabın mütaliəsi əsnasında yaxşı anlayırdım ki, kinorejissorlar belə macəra əsərlərini cizgi film və ya film süjetinə uyğunlaşdıranda, çoxlu infantil elementlərdən istifadə edərək elə edirlər ki, uşaq auditoriyasına anlaşıqlı olsun. Nəticədə əsər öz ciddiliyini 50-60% itirir. “Dəfinələr adası”na həsr olunan çoxlu sayda cizgi filmi, animasiya və bədii filmlər var. Vaxtilə televizorda həm yerli, həm də xarici telekanallarda qarşıma tez-tez çıxırdı. Beynimdə ilişib qalmış təəssüratlarımla, kitabın təcrübəsini müqayisə edəndə ortaya çıxan ən əsas fərq, əsərin ədəbi ciddiliyi ilə əlaqədar oldu. Çünki süjetdəki münaqişələr, macəralar və hadisələr heç də cizgi filmlərindəki kimi infantil formada deyil. Yeri gələndə, “Dəfinələr adası” yetkin insanlar üçün çox yaxşı siyasət dərsliyi ola bilər. Oradakı mükalimələr, cərəyan edən hadisələr çoxluğu və reallıqların tarixi və təbii kökləri var. Hər bir cümlə yaxın keçmişin ictimai-mədəni dəyərləri haqqında informasiya ötürür.

Stivensonun bir yazıçı kimi ustalığı sadəcə onda deyil ki, o, pirat həyatının romantikasını, dəfinə adasının mistikasını, qara rəngli göz örtüklərini “X”li xəzinə xəritələrini, çiyində oturan tutuquşunu bədii-estetik təsvir edib. Xeyr. O, piratların necə də qəddar və təhlükli ola biləcəyini, 14 yaşlı uşağın şəraitin tələbi ilə bir gecədə necə kişiləşdiyini möhtəşəmcəsinə yazıb. Bütün parlaq obrazlar hüdudsuz yazıçı təxəyyülünün nəticəsidir. Bir o qədər parlaq oxucu fantaziyaları ilə kəsişəndə, “Dəfinələr ada”sına olan axtarışlar da başlanğıc götürür.

Hərbi xidmət dövründən maraqlı xatirə. 2013-cü ilin Oktyabr-Noyabr ayları.

Hərbi xidmət dövründə tez-tez müəyyən hərbi sənədlərlə işləri mənə tapşırardılar. Hərbi hissədən kənardan gələnlərin sayı da az olmazdı. Maraqlı bir xatirə var ki, o məni həmin ərəfədə harada olduğumu unutdurmuşdu.

Deməli, hüquq-məhkəmə sistemindən gələn qonağımızın yaşı olduqca az idi, amma rütbəsi yüksək idi. Eynəkli və rus dilli birisi idi. Bilinirdi ki, intellektual və dünya görüşü olan yoldaşdır. Rəsmi işlərimizin bir hissəsini görəndən sonra, tavana yaxın yerdə asılan televizorda göstərilən filmə (ya da cizgi filmə) gözümüz sataşdı. Səssiz kadrların təqdimata ehtiyacı yox idi (televizorun səsi alınmışdı). Mən də divara söykənib yaranmış sükutdan öz mənafeyimə istifadə edirdim. Bu yoldaş da, sanki nostaljik hislər yaşadı. Mənə sual verdi ki, bəs bu film hansı əsərdəndir? Yazıçının adı dərhal yadıma düşmədi, amma “Dəfinələr adası”nı o dəqiqə dedim. Hətta rusca da təkrar etdim. Cənabın gözləri parladı. Başa düşdü ki, bəs mən də oxumağı sevən birisiyəm. Aramızda “müsbət kimya” yarandı. Ordan-burdan söhbət etdik. Ali təhsilli olduğumu qeyd etdim, planlarım haqqında məlumat verdim. Deyim ki, bu şəxs kifayət qədər məşğul və yetərli qədər də hörmət sahibi adam idi. Bilinirdi ki, iş həyatı ilə şəxsi həyatı arasında məsafəni çox düzgün formada təmin edir. Özünə inanı yüksək səviyyədə, bir qədər də ədəbaz idi. “Dəfinələr adası” haqqıdna əslində çox danışmadıq. Əsas məsələ ondan ibarət oldu ki, bu əsər bizə mülki həyatımızın, uşaqlığımızın və ya yeniyetməliyimizin maraqlı və xəyalpərəst dövrlərini xatırlatdı. Rütbəcə, vəzifəcə və eləcə də bir çox digər statusca bir-birindən fərqli iki insan, hansısa abstrakt dünyada eyniləşdi, görüşdü və müsbət emosiyaları oyatedı. Maraqlı oldu. Sonrada işimizə davam etdik. Günün sonunda da o, dövlət avtomobilinə oturub çıxıb getdi.


Hərbi xidmət elə yerdir ki, insan orada yaman darıxır. Təbii ki, bu heç də hamıya şamil olunmur, amma ən azından öz adıma bunun belə olduğunu deyə bilərəm. Bir-birindən çox fərqli oğlan və kişilərin olduğu mühitdə həmdəm tapmaq çətin məsələ idi. Yuxarıda təsvir etdiyim qısa zaman aralığı məni uşaqlıq dövrünün macəra mütaliəsi, mülki həyatda olan maraqlarım və sistalaşmış xəyallarıma qovuşdurmuşdu. Yoldaşın çöhrəsini çoxdan unutmuşam. Bircə eynək taxdığını xatırlayıram. Həmin söhbətimiz də mənə okeanın ortasında dəfinə adası tapdığım təəssüratını bəxş etmişdi. Bax beləcə, “Dəfinələr adası” haqqında söhbət düşəndə, bu xatirə gəlib gözümün önündə dayanır. “Dəfinələr adası” mənim üçün sadəcə maraqlı bir macəra əsəri yox, həm də oksigen balonu kimi yardımına görə xatirimdə belə maraqlı formada qalıb.

Текст книги “Dəfinələr adası”

Görünür, maraq qorxudan üstündür. Mən bir yerdə qərar tuta bilmirdim. Yavaşca körpünün altından çıxıb bir kolun dalında gizləndim. Buradan mehmanxananın yolu aydın görünürdü. Təzəcə yerimi rahatlamışdım ki, yeddi-səkkiz nəfərin gəldiyini gördüm. Əlində fənər tutmuş adam qabaqda gedirdi. Ardınca üç nəfər əl-ələ tutmuşdu. Ortadakını tanıdım, kor dilənçi idi.

Qapının açıq olması onları təəccübləndirdi.

– Evə, evə girin, – yenidən korun səsi gəldi.

Gələnlərin dörd, ya beş nəfəri içəri girdi, ikisi korla bərabər qapının ağzında dayandı. İçəridən səs gəldi:

– Biriniz üst-başını axtarın, iki-üç nəfər də sandığın dalınca yuxarı qalxsın, – deyə kor əmr verdi.

Kapitanın pəncərəsi taybatay açıldı, şüşələr qırılıb aşağı səpələndi. Pəncərədən bir nəfər bizə tərəf boylandı. Ay işığında onun başı aydın görünürdü.

– Hey, Pyu, kimsə bizdən əvvəl buraları axtarmışdır, sandığın altını üstünə çevirmişdir.

– O şey yerindədir?

– Pul cəhənnəmə, mən Flintin kağızlarını soruşuram.

– Kağız gözümə dəymir.

– Ey, aşağıdakılar, meyidin üstünü axtarın, – deyə kor yenidən bağırdı.

Bir azdan kapitanın meyidini axtaranlar mehmanxananın qapısında göründülər:

– Onu bizdən qabaq ələk-vələk ediblər. Bizə bir şey qalmayıb.

– Bizi mehmanxana sahibləri qarət etmişlər. Bu o küçüyün işidir. Heyif ki, mən onun gözlərini oymadım. Onlar bir az əvvəl burada imişlər. Mən gələndə qapı içəridən bağlı idi. Axtarın onları, tapın!

Beləliklə, bizim köhnə mehmanxanada bir vurhavur başladı ki, gəl görəsən. Ancaq hər şey əbəs idi. Sonda quldurlar bir-bir çölə çıxır, bizi tapmadıqlarını deyirdilər. Bu, an uzaqdan fit səsi eşidildi. Bu həmin bizi qorxudan fit səsi idi. Amma bu dəfə iki dəfə fit verdilər. Deyəsən, bu, quldurlar üçün təhlükə siqnalı idi. Onlardan biri dedi:

– Bu, Dekdir. Eşitdiniz, iki dəfə çaldı. Qaçmaq lazımdır.

– Qaçmaqmı, sarsaqlar?! Dek axmaq və qorxaqdır. Onlar yaxında olmalıdırlar. Axtarın!

Bir neçə nəfər könülsüz olaraq ağacların arasını axtarmağa başladı.

Kim isə donquldandı:

– Pullar bizdədir, daha nə lazımdır?

– Görünür, kağızı gizlədiblər, – deyə başqa birisi əlavə etdi, – Pyu, götür pulları, özündən çıxma.

Pyu lap hirsləndi. Quldurların etirazı onu lap dəli etmişdi. Dəyənəyini qaldırıb sağa-sola hərləyərək yoldaşlarının başına endirirdi. Onlar da kora ağızlarına gələni deyir, dəyənəyi əlindən almaq istəyirdilər.

Bu savaş bizi xilas etdi. Savaşın qızğın vaxtı kənd tərəfdən, təpənin üstündən atların tappıltısı eşidildi. Həmin dəqiqə də uzaqda atəş səsi gəldi.

Quldurlar hərəsi bir tərəfə qaçmağa başladı. Yarım dəqiqə keçməmiş Pyu yolun ortasında tək qalmışdı. O, yolu tamam itirdi, dənizə tərəf getmək əvəzinə kəndə sarı qaçmağa başladı.

Təpənin döşü ilə çapan atların səsi lap yaxınlaşırdı. Bu yerdə kor da hiss etdi ki, düz getmir. Bərkdən söyüş söyərək geri döndü və elə o an da yol kənarındakı xəndəyə yuvarlandı. Ancaq tez qalxıb dırmaşaraq yola çıxdı. Bu dəfə isə qabaqda çapan atın düz qabağına düşdü. Atlı onun böyründən ötmək istəsə də, bacarmadı. Atın ayaqları altında qalıb xurd-xəşil oldu. Pyu palçığın içində üzüüstə çevrilib hərəkətsiz qaldı.

Mən yerimdən sıçrayıb atlıları səslədim. Onlar atların cilovunu çəkib durdular. Mən onların hamısını tanıdım. Ən arxada həkim Livsinin dalınca gedən oğlan gəlirdi. O biri atlılar isə sahil mühafizə dəstəsinin atlıları idi.

Pyunun canı o saat çıxmışdı. Anamı kəndə apardıq, üzünə soyuq su vurduqdan sonra bir az özünə gəldi. Keçirdiyi sarsıntılara baxmayaraq, kapitanın pullarından bizə çatacaq məbləği götürə bilmədiyi üçün şikayətlənirdi.

Mühafizə dəstəsinin rəisi Dans atlıları ilə limana çapdı. Amma quldurların gəmisi artıq sahildən aralanmışdı.

Mister Dans dedi:

– Yalnız bir şeydən razıyam ki, cənab Pyu cəzasına çatdı.

Quldurlar evi bərbad hala salmışdılar. Onlar kapitanın pul kisəsindən başqa, bizim kassamızdakı bir neçə gümüş pulu da aparmışdılar.

Mister Dans uzun müddət bir şey başa düşə bilmədi. Buna görə də məni sorğu-suala tutdu:

– Sən deyirsən, pulları yığıb aparmışlar. Houkins, onda məni başa sal görüm, istədikləri başqa nə idi? Məgər ayrı pullar da var?

– Xeyr, ser. Pul üçün gəlməmişdilər. Onların axtardıqları şey burada, mənim yan cibimdədir. Doğrusu, mən bunu etibarlı bir yerə qoymaq istəyirəm.

– Düz deyirsən, oğlum. Ver onu mən gizlədim.

– Mən onu həkim Livsiyə vermək istərdim.

– Lap yaxşı, düz eləyirsən. Gərək mən özüm də onun yanına gedib baş vermiş əhvalat barədə müfəssəl məlumat verim. Gəl bir yerdə gedək.

Biz yola düzəlib həkim Livsinin evinə yollandıq.

Kapitanın kağızları

Bütün yolu çaparaq həkim Livsinin evinə çatdıq. Qapını qulluqçu qız açdı. Həkimin yaxınlıqda, skvayr Treloninin malikanəsində olduğunu söylədi və bizi oraya apardı. Biz içəri girəndə həkimlə skvayr gurhagur yanan ocağın qırağında oturub çubuq çəkirdilər.

Skvayr kübarlara xas təmkin və ləyaqətlə dilləndi:

– Buyurun, mister Dans, axşamınız xeyir.

Həkim də salamlaşdı:

– Axşamınız xeyir, Dans. Cim, dostum, səni də xoş gördük. Siz hara, bura hara?

Mühafizə dəstəsinin rəisi şax dayanıb başımıza gələn əhvalatı təfsilatı ilə onlara danışdı. Skvayr dedi:

– Mister Dans, qəddar quldurun axırına çıxmaqla siz şərəfli bir iş görmüsünüz. Belə adamları tarakan kimi əzmək lazımdır. Zənnimcə, Cim Houkins özü də cəsarətli oğlandır.

– Cim, deməli, onların axtardıqları şey indi səndədir?

– Bəli, budur! – deyib müşəmbəyə bükülü bağlamanı ona uzatdım.

Həkim bağlamanı nəzərdən keçirdi. Üzündən görünürdü ki, açıb içinə baxmaq istəyir. Lakin özünü saxlayıb təmkinlə cibinə qoydu və dedi:

– Skvayr, Dans iş başına qayıtmalıdır. Cim Houkins isə gecəni mənim yanımda qalacaq. Onun etdikləri yaxşı bir şam yeməyinə layiqdir.

– Əlbəttə, Houkins daha böyük mükafata layiqdir, – deyə skvayr Treloni cavab verdi.

Beləcə, mənə bir böyük nimçədə göyərçin qızartması gətirdilər. Çox acmışdım. İştahla yedim.

Həkim skvayrdan soruşdu:

– Flint haqqında eşitmisən?

– O bu vaxta kimi dənizdəki quldurların ən qaniçəni idi. Flintlə müqayisədə Qara Saqqal uşaqdır.

– Yaxşı, onun pulu vardımı?

– Pulumu? – skvayr ucadan soruşdu. – Əgər o, qarət etdiklərini qumarda uduzmayıbsa, onun puluna İngiltərənin ən zəngin adamları belə həsəd apara bilərlər. Ancaq onun pulları harada gizlətdiyini heç kim bilmir.

– Yaxşı, fərz edək ki, Flintin gizlətdiyi dəfinənin yerini göstərən xəritə əlimdəki bağlamanın içindədir. Məncə, mehmanxanaya hücum edən quldurları maraqlandıran yalnız bu ola bilərdi.

– Qulaq asın! – skvayr qışqırdı. – O dəfinənin xəritəsi sizin dediyiniz kimi əlimizdə olsa, mən Bristol gəmiçilərindən bir gəmi kirayəyə alıb sizi də, Houkinsi də özümlə dəfinəni axtarmağa apararam.

– Çox yaxşı, əgər Cim etiraz etmirsə, gəlin bağlamanı açaq.

Bağlamada iki şey var idi: bir dəftər və bağlı bir zərf.

– Əvvəlcə gəlin dəftərə baxaq, – deyə həkim təklif etdi.

Birinci səhifədə cürbəcür cızma-qara sözlər var idi. Sanki kimsə qələminin ucunu yoxlamaq üçün səhifəni qaralamışdı. Amma kapitanın qoluna döydürdüyü “Billi Bonsun arzusu yerinə yetsin”, “Şturman, mister U.Bons”, “Bəsdir, o qədər rom içdin” kimi mənası anlaşılmayan cümlələr də var idi.

– Bu səhifədən bir şey anlamaq olmur, – deyib o biri səhifəni çevirdi.

Bundan sonrakı on-on iki səhifə mühasibat hesabatlarına oxşar səhifələr idi. Sətrin bir başında tarix, o biri başında isə pulun məbləği qeyd olunmuşdu. Arabir yer adları, uzunluq və en dairələri qeyd olunmuşdu. Tarixlərdən görünürdü ki, bu hesabat təxminən iyirmiillik bir müddətdə aparılmışdı. Lap axırda isə beş və ya altı yanlış hesablama pozulub təzədən düzəldilmiş, nəticə yekunlaşdırılmış və “Bonsun qazancı” sözü yazılmışdı.

– Mən buradan bir şey başa düşmürəm, – dedi.

– Hər şey gün kimi aydındır! – deyə skvayr dilləndi. Bu həmin yaramazın haqq-hesab dəftəridir. Gəlin indi də o birisinə baxaq.

Zərf bir neçə yerindən möhürlənmişdi. Həkim möhrü üsulluca qırdı. İçindən bir adanın xəritəsi çıxdı. Burada adanın uzunluq və en dairəsini, dənizin sahilə yaxın yerlərində dərinliyi göstərən rəqəmlər, limanların, təpələrin və burunların adları qeyd olunmuşdu.

Ada on beş kilometr uzunluğunda, 8 kilometr enində idi. Özü də dal ayaqları üstünə qalxmış bir əjdahanı xatırladırdı. Hər cür fırtına və qasırğadan qorunan iki körfəz və bu körfəzlərin arasında – “Müşahidə borusu” adlanan bir təpə nəzərimizi cəlb etdi.

Xəritədə sonradan qoyulmuş müxtəlif işarələr var idi. Qırmızı mürəkkəblə edilmiş üç xaç işarəsindən biri adanın şimalında, biri isə cənub-qərbində idi. Üçüncü xaç işarəsinin yanında isə aydın, xırda hərflərlə bu sözlər yazılmışdı: “Dəfinənin əsas hissəsi buradadır”.

Xəritənin arxa tərəfində isə izah verilmişdi:

“Müşahidə borusu”nun şimal yamacında uca bir ağac. Şimal-şərq istiqamətində.

Skelet adasında. Cənub-şərqə sarı on fut.

Gümüş külçələr. Şimal cinahdakı çalada, şərq tərəfdəki təpənin döşündədir. Üzü qayaya sarı dursan, Qara Qayadan cənuba doğru on sajin getmək lazımdır.

Silahları Şimal burnunun şimal ucunda qumsal təpədə tapmaq olar. Bunun üçün dörddə bir kompas şimala meyil edərək şərqə getmək lazımdır. C.F.”

Məlumat bununla bitirdi.

– Livsi, mən sabah səhər Bristola gedirəm. On gündən sonra bütün İngiltərədəki ən yaxşı gəmilərdən biri öz seçmə heyəti ilə birlikdə bizim ixtiyarımızda olacaq. Houkins də bizimlə gedəcək. Siz gəminin həkimi, mən isə admiral olacağam. Biz Redrutu, Coysu və Günteri də özümüzlə götürərik. Bu xəritənin köməyi ilə dəfinəni tapmaq o qədər çətin olmayacaq. Biz qızıl pullar içində üzəcəyik.

– Treloni, mən sizinlə getməyə hazıram. Güman edirəm ki, Cim də etiraz etməz. Amma mən bir şeydən qorxuram…

– Nədən? – deyə skvayr ucadan soruşdu.

– Mən sizdən qorxuram, çünki sizin ağzınızda söz qalmır. Bu kağızların varlığı barədə bizdən başqa bilənlər də var. Onlar dəfinəyə sahib olmaq üçün əllərindən gələni edəcəklər. Əgər bizim məqsədimizi bilsələr, hansı təhlükələrlə üzləşəcəyimizi təsəvvür edirsinizmi? Biz yola düşənə kimi evdən çölə tək çıxmamalı, çox ehtiyatlı olmalıyıq. Mən Cimlə burada qalıram, siz isə Coysla Günteri götürüb Bristola gedin. Bu barədə heç kimə bir kəlmə belə demək olmaz.

– Livsi, siz həmişə olduğu kimi, yenə də haqlısınız. Mən dilimə qıfıl vurub lal-kar olacağam. Mən Bristola gedirəm.

Mən Bristola gedirəm

Yol hazırlığına skvayrın fikirləşdiyindən daha çox vaxt getdi. Planlarımızda xeyli dəyişiklik oldu. Livsi özünü əvəz edəcək həkim tapmaq üçün Londona getməli oldu. Skvayr Bristolda idi. Mən isə qoca ovçu Redrutun nəzarəti altında ev dustağı olmuşdum. Kəşf olunmamış adalar və dəniz macəralarının xəyalı ilə yaşayırdım. Xəritə qabağında o qədər durmuşdum ki, onu əzbərləmişdim.

Beləcə, həftələr ötüb-keçirdi. Nəhayət, həkim Livsiyə bir məktub gəldi. Zərfin üzərində bir qeyd var idi: “Əgər həkim Livsi qayıtmamışsa, zərfi Tom Redrut və ya Cim Houkins açsın”. Məktubu açıb aşağıdakını oxuduq:

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра – распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2

Данное произведение размещено по согласованию с ООО “ЛитРес” (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Оплатили, но не знаете что делать дальше?

Refibeyli Rena

Belə ki,”Admiral Benbour”mehmanxanasında ana-oğil işləməkdədirlər..ancaq bir gün qəribə bir kapitanın mehmanxanaya gəlməsi həyatları tamamilə dəyişir..Dəniz qulduru olan flintinin gizlətdiyi dəfinən xəritəsi qoca dəniz quldurundadr..O isə heç kimə yoxuşmaz xarakterə sahib olsa da Cimə(mehmanxananın sahibinin oğlu)hərşeyi etraf edir..Ölüm ayağında ikən Puy tərəfindən öldürülərkən hər şeyi Cimə deyir..və macera başlayır..Dəniz quldurları bu dəfə isə xəritəyə sahib olan Cimi ələ keçirməyə çalışırlar..

Heyyət və Dəfinələr adasına səfər!!
Aleksandr Smollet-kapitan
Devid Livsi-həkim
Abrahim Qrey-dülgər köməkçisi
Con Treloni-gəmi sahibi
Con Hinter və Riçerd Roys-gəmi sahibinin həmyerliləri..

Bu şəxslər gəmi heyyətindəki o şəxslərdir ki,insanlıq boeclarına sahib qalaraq xəyanət etmirlər..Aşbaz Silver Con və onun quldur heyyəti xəyanət edirlər..Çünki onlara birər quldurdular..və onlara xəritə lazımdır..

Əsər bir azcıq qeyri-real olsa da oxunaqlıdır..nə mənada qeyri-real desəniz,yəni Cim Hkinsin balaca olmasına baxmayaraq bu dərəcədə qorxmaz və şücaətli olması bir azcıq qeyri-realdır..və ən əsası isə onun bəxti həmişə gətirir..Ah bu necə bəxtdir ki,mən də yoxdur 🙂

Əsəri oxuduqca insan hadisələrin nə yöndə dəyişiləcəyini,hadislərin nələri douracağını maraq edir..Həm insana həyəcan verir,həm də çoxlu yeni-yeni gəmi ilə bağlı terminlər 🙂

Cimin şücaətləri :

Gəmidə alma çəlləyinin içərisində oturduu vaxt gizlicə Silverin gizli söhbətlərini eşidərək hər şey ianlaması,gəminin lövbərini kəsməsi,gəmisəki adamları tək başına öldürməsi və gəmini gizlətməsi,Ben Hannla tanış olması və s..

Comments are closed, but trackbacks and pingbacks are open.