Böyüklərdəki qurdlar: simptomlar, müalicə
Qurdlarla baş verən infeksiyanın əsas yolu fekal-ağızdır. Bu halda, helmint yumurtaları insan bədəninə qida və su ilə daxil olur. Nadir hallarda, helmintik işğallar böcək ısırmaları zamanı baş verir.
Yaradıcılığı
Dünya mədəniyyəti gənc yazıçının təşəkkülünə, kamilləşməsinə kömək edən bir amil, fikir xəzinəsi olsa da, onun fikrincə hər bir milli mədəniyyətin öz qiyməti, öz gözəlliyi vardır. Müasirlərindən bəzilərinin milli nihilizmindən, yəni öz mədəniyyətinə dodaq büzüb xarici mədəniyyəti göylərə qaldırılmasından fərqli olaraq Mirzə Cəlil və məsləkdaşları üçün birinci növbədə doğma klassiklər, onların irsi, ənənələri əziz və qiymətli idi; dünya mədəniyyəti isə onlara doğma mədəniyyəti daha uğurla inkişaf etdirmək, dünya miqyasına çıxmaq üçün lazım idi. O aydın görürdü ki, vətənində “Pəhləvani-zəmanə”, “Bəxtsiz cavan”, “Nadir şah”, “Gəlinlər həmayili”, “Səyahətnameyi-İbrahim bəy” kimi əsərlər yazılmaqda, səhnəyə qoyulmaqda, nəşr olunmaqdadır. Əhali arasında savadlılar artdıqca yazıçıların qədir-qiyməti, onların qarşısında qoyulan tələblər də artır. Xüsusilə doğruçu, xalqa sədaqətli yazıçılara ehtiyac çox böyükdür.
Onu ədəbiyyat, incəsənət və mətbuata bağlayan digər mühüm amil vətənin, xüsusilə Naxçıvanın ziyalılar mühiti idi.
Ədəbiyyata və mətbuata gəlişi. İlk mətbu əsəri 1902-ci il martın 2-də Bakıdakı “Kaspi” qəzetində çıxmış məqaləsidir. Jurnalist Məmmədquluzadə məqaləsində öz məfkurəvi simasının bəzi mühüm tərəflərini, ən əvvəl, xalqa bağlılığını ifadə etmişdi. O, “zəhmətkeş insanların” alın təri axıtmaları, “öz qabarlı, kobud əlləri” ilə saldıqları meyvə bağlarını əldə saxlamaq üçün çəkdikləri əzab-əziyyəti göstərmişdi.
XX əsrin ilk illərində azadlıq, demokratiya, mədəni tərəqqi uğrunda mübarizələrin sürətlə yüksəlməsi dövrün yüzlərlə, minlərlə xadimləri, yazıçı və mütəfəkkirləri kimi, Məmmədquluzadə üçün də o vaxta qədərki bütün ideya hazırlığından qat-qat güclü, əhəmiyyətli oldu.
Zaman ədibi xalqına daha da yaxınlaşdırdı. Sadə, əməkçi insanın duyğu və düşüncələri, arzu və dərdləri, bugünü və sabahı, bir sözlə, taleyi ilə bağlı mövzular, problemlər artıq aydın bir şəkildə onun yaradıcılığının ana xəttinə çevrilirdi. Bu baxımdan ədibin ilk mətbu hekayəsi “Poçt qutusu”dur. Dünya ədəbiyyatında hekayə janrının ən gözəl nümunələrinin sayılan, bir neçə dildə nəşr edilib yayılan bu hekayə C.Məmmədquluzadəni sadə Azərbaycan kəndlisinin dostu və xeyirxahı kimi məşhurlaşdırır.
Hekayənin məzmunu da, quruluşu da cazibəlidir, təzədir. Süjeti ustalıqla inkişaf etdirilən bu əsər qeyri-adi bir sonluqla qurtardığından bir sıra alim və oxucuların “Poçt qutusu”n novella hesab etmələrində həqiqət yox deyil.
Baş surətlər olan Xan və onun rəiyyəti Novruzəli müəllifin satirik məramla qəsdən “İtqapan” adı verdiyi kənddəndirlər. Zahirən sakit, qayğısız görünən bu kəndin həyatı, adamların məişəti, bir-biriləri ilə rəftarı o zamankı kəndin tipik mənzərəsini canlandırır. Burada, bir el məsəlində deyildiyi kimi, “bəyin bəy yeri var, kəndlinin kəndli yeri”. Bu, insanların danışığında, bir-birinə müraciətində, rəftarlarında da hiss olunur. Xüsusilə Novruzəlinin kəlməbaşı xana “qadan alım”, “xan başına dönüm”, “sənsiz mənim bir günüm olmasın!…”, “qurban olum sənə” deməsi onun xarakterinin açılmasına çox kömək edir.
Novruzəli o qədər avamdır, dünyadan o qədər bixəbərdir ki, bəyin məktubunu poçt qutusuna salandan sonra bilmir çıxıb getsin, ya dayanıb qutunun keşiyini çəksin. Elə bu vaxt rus poçtalyonun gəlib poçt qutusundakı məktubları aparması ilə başlanan konflikt onun həbs olunması ilə nəticələnir: “Yazıq Novruzəli bir neçə dustaqlar ilə oturub … uşaq kimi ağlayır, gözünün yaşını ətəyi ilə silir”.
Xanın xahişi ilə buraxılan Novruzəli olub keçən əhvalatı məzlum-məzlum nağıl eləyib “Başına dönüm, xan, … bir kətdi adamam, mən nə bilirəm kağız nədi, qutu nədi, poçt nədi?” – deyəndə və hadisəni “İşdi, belə oldu. Bunlar hamısı Allahdandı. Gərək belə olaymış” kimi mömin müsəlman şüuru ilə bağlayanda, kiçik bir parçada nə qədər mətləbə toxunulur.
Novruzəli avamdır, itaətkardır, səmimidir, Allaha inanandır və i.a.
Mirzə Cəlilin çox oxunan, çox sevilən əsərləri arasında “Qurbanəli bəy”, “İranda hüriyyət” (1907), “Quzu” (1914), “Zırrama” (1923), “Xanın təsbehi”, “Konsulun arvadı”, “Buz”, “Yan tütəyi”, “Şərq fakültəsi” (1924), “Bəlkə də qaytardılar” (1926), “Proletar şairi” (1928) və s. hekayələri də var. Həmin əsərlərin hərəsi müəllifin o illərdəki dünyagörüşününü mühüm bir cəhətini əks etdirmişdir.
Ustalıqla yazılmış bu hekayələrin ideya məzmunu müxtəsərcə belə qeyd oluna bilər: “İranda hüriyyət”, adından da göründüyü kimi, 1905-ci ildə başlanmış İran inqilabının Qafqazdakı cənublu fəhlələr arasında oyatdığı fikirlərə, “Usta Zeynal” şəriət əsiri olan müsəlmanların “paklıq” və “murdarlıq” barədə təsəvvürlərinin məişətdəki gülünc nəticələrinə, “Qurbanəli bəy” tüfeyli çar məmurlarının, harın, lovğa, həm də yaltaq mülkədar və bəylərin həyat tərzinə, əxlaq normalarına satirik gülüş oyadır.
Nasir Məmmədquluzadəni mətbuatda ilk dəfə qiymətləndirib ona xüsusi məqalə həsr edən böyük Azərbaycan alimi, pedaqoq və müəllim Firidun bəy Köçərli 1906-cı ildə “Usta Zeynal” hekayəsi barədə yazmışdı ki, bu gözəl əsərində müəllif dini mövhumatın müsəlmanlara necə böyük ziyan verdiyini maraqlı süjet vasitəsilə göstərir; o, Usta Zeynalların tənbəl, “fəaliyyətsiz, cəsarətsiz və axmaqcasına sadəlövh” olduqlarını dərin təəssüf və can yanğısı ilə qələmə alır.
Hekayələrində Mirzə Cəlil özünəməxsus səmimi, təbii təsvir yolu ilə babası və övladı, qardaşı və bacısı sayıb halına qaldığı sadə insanlara demək istəyirdi ki, bu gedişlə, bu xasiyyətlə yaşamaqdan əl çəkməsəniz, sizi ağır günlər gözləyir. Dünayaya ayıq, iti gözlə baxmaq, ağıllı, fəal olmaq vaxtıdır.
Ədibin hekayələrində gülüşlə, komizmlə bərabər, göz yaşı, müsibət də vardı; bunlar üzvi surətdə birləşirdi.
Dramaturgiyası.
Cəlil Məmmədquluzadə, eyni zamanda, realist səhnə əsərləri ilə milli ədəbiyyatın inkişafına misilsiz xidmət göstərmiş dramaturq idi. Onun teatra şövqü cavanlıqdan başlamışdı. Seminariyada dünya dramaturgiyası ilə tanışlıqdan əlavə, tələbə dostları ilə Qori və Tiflisdə bir neçə səhnə əsərinə tamaşa eləmişdilər. Səksəninci illərdə isə Naxçıvan və İrəvanda Axundzadə komediyalarında oynayan həvəskar artistlərdən biri o olmuşdur. Cavanlıqda yazdığı “Çay dəstgahı”nın alleqorik dram şəklində olması da, sözsüz ki, onun bu sahədəki gələcək inkişafının rüşeymlərindən idi.
Həmin inkişaf uzun illər ləngimişdi. Səbəbi ümumiyyətlə milli teatrın bina, aktyor qüvvələri, rejissor, səhnə ləvazimatı, geyim və s. cəhətdən təmin olunmaması, senzuranın törətdiyi maneələr idi. Amma bütün bunlar Mirzə Cəlili 1909-cu ildə, yəni “Molla Nəsrəddin” jurnalının artıq şöhrətləndiyi bir vaxtda “Ölülər” əsərini yazmaq fikrindən döndərə bilmədi.
1909-cu ilin iyun ayında tamamlanan “Ölülər” M.F.Axundzadə və N.V.Qoqol ənənələri əsasında yetişib kamala çatmış realist bir sənətkar dühasının yaratdığı möcüzəyə bərabər əsər idi.
Ötən əsrin axırı, yeni əsrin əvvəlindəki Azərbaycan həyatı üçün tipik və səciyyəvi lövhələr, təsirli, ibrətamiz hadisələr, canlı bədii surətlər, bütün bunların ifadə etdiyi humanist fikir və hisslər – “Ölülər” kimi qeyri-adi, ciddi, düşündürücü adı olan pyesin mündəricəsi belə idi.
Çox mənalı və əhəmiyyətlidir ki, alimlərdən çoxunun, adətən, “komediya” hesab etdikləri bu əsəri müəllif özü əlyazmasında “faciə” adlandırmışdır. Əsərini yazandan yeddi il sonra Bakıda tamaşaya qoydura bildikdə o, “Ölülər”ə facianə rejissor-artist şərhi verilməsinə xüsusi çalışmışdı. Nə üçün? Ona görə ki, doğurdan da, “Ölülər” ədibin hərarətli oğul məhəbbəti ilə sevdiyi hacı həsənlərin, kərbalayı fatmaların qayğıları, sıxıntı və məhrumiyyətləri haqqında, vətənin gözəl, ağıllı, qabaqcıl, qeyrətli övladlarının – isgəndərlərin, nazlıların işıqlı mənəvi aləmi haqqında, dərdləri, xəyalları, arzu və diləkləri haqqında faciədir; təravətini bu gün də saxlayan, öz işini görən bir faciə.
Bütün yaradıcılığında olduğu kimi, “Ölülər”də də Mirzə Cəlili “müsəlman qardaşları”ın bir çox sosial, mədəni sahələrdəki geriliyi, mənəvi ehtiyacları, bəzən hətta aşkar gözə çarpan şikəstliyi, eybəcərliyi, habelə onların bu vəziyyətdən qurtarmaları, ağ günə çıxmaları tərəqqi və xoşbəxtliyi maraqlandırıb məşğul edirdi. Ədib acı həqiqətlərdən şirin xəyallar naminə danışırdı. Belə olmasaydı, heç onun narahatlıq və təşvişinin də mənası olmazdı. Nə dini xürafat, savadsızlıq, qəflət yuxusunda “ölülük” dərəcəsinə çatmış Hacı Həsən, Məşədi Oruc, Kərbalayı Fatma, Hacı Kərim barədə acı atmacaların xeyri olardı, nə də səhərdən axşama kimi evdə oturub anasından “bozbaş bişirmək dərsi” alan, günün işığından, bağçanın ətrindən, çəmənin ürəkaçan mənzərəsindən binəsib qalmış “gözəl Nazlı” barədə qəmli şikayətlərin… Nə xalqdan çox uzaq olan “mənsəb sahibləri” heydər ağalar, mirbağır ağalar barədə tikanlı sözlərin, nə müqəddəslik pərdəsi altında camaatın “başını piyləyən” rəzil, əxlaqsız Şeyx Nəsrullah, Şeyx Əhməd barədə qəzəbli ittihamların, nəhayət, nə də sevimli, “biçarə” həmvətənlərinin dərdindən şəraba qurşanıb “ölülər” dünyasına matəm marşı oxuyan İsgəndər barədə yanıqlı səhnələrin…
Publisistikası.
Nasir, dramaturq Məmmədquluzadə, eyni zamanda, dövrünün istedadlı, fəal, məşhur publisisti idi. Ilk məqaləsini 1902-ci ildə “Kaspi” qəzetində nəşr etdirən ədib bu sahədə otuz il çalışmışdır. Onun bədii yaradıcılığı kimi, publisist irsi də janr və forma cəhətdən orijinal, rəngarəngdir. Məmmədquluzadə dühası burada müxtəlif, bir-birindən uğurlu, bir-birindən təsirli və ibrətamiz məzmun çalarları, üslub xüsusiyyətləri almışdır. O, dərin məzmunlu, məzəli, zarafatyana, düşündürücü, qəmli felyetonları, süjetli oçerkləri, kəsərli, işgüzar məktubları, kiçik miniatürləri, sual-cavab şəklində yazıları ilə dövrünün Azərbaycan milli publisistika məktəbinin ən görkəmli siması olmuşdur. O, yeni dövrün Azərbaycan Molla Nəsrəddini idi.
Publisist Məmmədquluzadənin yazılmamış, amma iş zamanı yaranmış mükəmməl proqramı vardı ki, oraya, məsələn, bu cür vəzifələr, mövzular, işlər daxildi: ədəbiyyat və mətbuat aləmində “yazı yazmağın ən birinci qanunu” hər bir kəsin “asan və tezliklə” başa düşə biləcəyi əsərlər yaratmaqdır. Vəzifə: xalqı vətən yolunda “əlahiddə səy və qeyrət göstərməyə” ruhlandırmaqdır. Vəzifə: “müsəlman qardaş”ın novruzəlilik və usta zeynallığına, yəni gerilik, avamlıq və mövhumatçılığına son qoymaq, onun mənəvi qüvvələrini inkişaf etdirməkdir; Molla Nəsrədddin kimi “haqq və həqiqəti dost tutmaq”, “böyükləri özündən incitmək”dən qorxmamaqdır; təkcə köhnəliyi dağıtmaqla yox, eyni zamanda, yeniliyi qurmaqla məşğul olmaq, xalqa “nicat yolu”nu göstərməkdir.
- Ədibin publisist əsərləri “Kaspi”, “Kafkaz”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Vozrojdeniye” və s. mətbuat orqanlarında, ən çox isə “Molla Nəsrəddin” jurnalında nəşr olunmuşdur.
- Məmmədquluzadə publisistikası həm həyati, həm də elmi-nəzəri bünövrə üzərində yaranıb inkişaf etmişdir. O, XIX əsrin və öz zəmanəsinin məşhur publisist və nəzəriyyəçilərinin mətbuat məsələlərinə dair qiymətli əsərləri ilə tanış idi və yeri düşdükcə onları hörmətlə yad edirdi.
- Milli mətbuatda publisistikanın müasir problemlərinin əməli həllinə, xüsusilə “Molla Nəsrəddin”də böyük yer verirdi. Onun “Azərbaycan”, “Millət”, “Mikroblar”, “Mustafa bəy Əlibəyov”, “Füyuzat”, “Necə qan ağlamasın daş bu gün”, “Filosoflar”, “Əhməd bəy Ağayev cənablarına”, “Rəhbər”, “İrşad”, “Tərcümanın fitvası”, “Tarix”, “Haman söz”, “Qəzetlərdən”, “İrani-nov”, “Hacı İbrahimov” və s. məqalələri bu jurnalda nəşr olunmuşdur.
- Bu əsərlərdə irəli sürülən və böyük ustalıqla şərh olunub əsaslandırılan çoxlu problemlərin burada ancaq bir qismini göstərmək mümkündür. Ədibin fikrincə, hər bir qələm sahibinin “öz müqəddəs vəzifəsi var: birinci növbədə, millətin xoşbəxtliyi yolunda xidmət etmək”. Vətənin və xalqın halına qalıb qayğısını çəkmək, oxucuya tərəqqi və demokratiya uğrunda mübarizə ideyaları aşılamaq hər bir vicdanlı qələm sahibinin borcudur. Daxili siyasətində məzlum millətlərin düşməni olan, onların arasına ayrı-seçkilik, ögey-doğmalıq salan imperiya əleyhinə başlanmış mübarizədə qeyrətlə, fədakarlıqla iştirak etmək lazımdır. Hər bir millət öz həyatını özü istədiyi kimi, ədalətli əsaslarla qurmalıdır.
- Söz yox ki, buna nail olmaq çox çətin, mürəkkəb məsələ idi və bunu Məmmədquluzadə yaxşı bilirdi. O yazırdı ki, “müsəlman qardaşlar”ın böyük bir hissəsi istiqlaliyyət və konstitusiyaya nail olmağın yollarını bilmədiyindən, hətta dost-düşmənin tanımadığından ən əvvəl onların siyasi görüşlərinin inkişafı barədə fikirləşmək lazımdır. Bizim qulağımızı lap uşaqlıqdan, beşikdə olanda “şeytan”, “xortdan”, “cin”, “qulyabanı” kimi mövhumi sözlərlə doldurublar. Çoxumuzun cəmiyyət qanunları barədə təsəvvürümüz ya yoxdur, ya da tamam zəifdir. Çoxumuz həyatda rastlaşdığımız yaramazlıqları “Allah işi”, ya da “Allahın bizə qəzəbi” kimi başa düşürük ki, bu, başımızın altına yastıq qoyur.
- Cəmiyyətin ümumi mənzərəsini, ümumi dərdlərini göstərməklə bərabər, Məmmədquluzadə və qələm dostları konkret müqəssirlər, xatakarlar, “qarnıyoğunlar” barədə də kəsərli yazılar və karikaturalar çap etdirirdilər. Jurnalda deyilirdi ki, “Balaxanıda Talışxanov fəhlənin hər birinə üç yumruq və 17 qəpik muzd verir”; “Bakıda mağaza satıcılarının məvacibi az, zəhməti həddən artıq və rahatlığı əbədən yoxdur”; “İrəvanda Baxşəli xanın otuz iki para kəndi var; Naxçıvanda elə mülkədar var ki, ildə otuz min, qırx min manat mədaxili gəlir”; əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə, … on hissəsini də qlava və pristava rüşvət və divan xərci”; “genə bahar fəslinə bərəkət! O səbəbə ki, baharda ot bitir və acların dəxi Bakı milyonçularına ehtiyacı olmur…”
- Beləliklə, dövrün bu cür acı həqiqətləri Məmmədquluzadənin həm “Molla Nəsrəddin” jurnalında, həm də şəxsi yaradıcılığında “aclıq”, “ölülər”, “matəm”, “faciə” kimi mövzuları dönə-dönə işləməsinə səbəb olur, bu isə onun ancaq ilk baxışda şən və ürəkaçan görünən gülüşünə çox vaxt bir qüssə, kədər gətirirdi. Satirasının bu cəhətini ədib özü yaxşı izah etmişdir: “Nə bilim, bu nədir – torpaq məsələsi; bu nədir – əmələlər acdırlar, kəndlilər torpaqsızdırlar, kəndlər şkolsuzdurlar; viran olub vətənimiz, elimiz … əzilib əngimiz, sınıb belimiz; bəs biz ağlamayaq, kimlər ağlasın?!” (“Molla Nəsrəddin”, 1907, №41).
- Publisist Məmmədquluzadənin bəzi əsərləri vətənin və xalqın dərdlərinə göz yuman eqoist ziyalılara həsr olunmuşdur: “Batdağ”, “Xənnas”, “Məryəm xanım”, “Fərrux bəy Vəzirov” və s.
- Bu silsiləyə daxil olan “qəhrəmanlar” məsləksiz “intelligent” Mustafa bəy Əlibəyov, Avropanın məşhur Derpt universitetini qurtarıb elmi dərəcə ilə vətənə qayıdan həkim Əbdülxalıq Axundov, kef əhli olan mühəndis Fərrux bəy Vəzirov, dini-siyasi məcaraları ilə tanınan tatar xadimi Hacı Əbdürrəşid İbrahimov və b. idi. Məmmədquluzadə bu kimi ağaların pulu və ya qələmi ilə çıxan mətbuatın səciyyəvi xüsusiyyətini “böyüklər”ə tərifnamələr oxumaqda, yaltaqlıq, yalançılıq, ikiüzlülük etməkdə görürdü; belələrinə “məsləkini qara pula satanlar” deyirdi.
- Oxucuya bir ağsaqqal, bir müəllim kimi müraciətlərində ədib üçün ana dili məsələsi ən ciddi məsələlərdən idi. Bunun səbəbi o idi ki, ölkədəki mürəkkəb şəraitdə dilə müxtəlif, hətta bir-birinə zidd münasibət yaranmışdı. Özgə dillərdən alınma sözlərin sürətlə artması mütərəqqi, vətənpərvər ziyalıları bərk narahat etməyə başlamışdı.
- Belə bir şəraitdə meydana çıxan “Molla Nəsrəddin”in xidməti o oldu ki, ilk nömrəsindən ana dilinin heç bir güzəştə getməyən, ardıcıl bayraqdarı oldu. Məmmədquluzadə jurnalın oxucularının çoxunun savadsız, avam olduğunu nəzərə alıb sadə, aydın dildə yazmağın vacibliyini möhkəm dərk etmişdi. Sonralar o öz xatiratında yazırdı ki, məqsədimiz “dərdi-dilimizi hal-hazırda camaat başa düşən dildə ona yetirmək idi”. Jurnalın dil siyasəti onun qonşu və qardaş Şərq xalqları, habelə Rusiya müsəlmanları arasında yayılmasına da imkan yaratdı. Ədib yazır ki, “… məcmuəmiz türk ölkələrinə çox asanlıqla dağılıb öz sözünü onlara çox asan vəchlə yetirə bildi. Bunun səbəbi məhz məcmuənin asan dilidir. Onunçün də bu yolda biz bərk durmuşuq”.
- “Meymunlar” (1906) felyetonunda ədib həm məktəblərdə ana dilinin öyrədilməsinə yol verməyən hökuməti, həm də ana dilinə xor baxan yerli dövlətliləri başa salıb ayıltmaq üçün təkidlə belə suallar verirdi: “Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək. Tutaq ki, bizi hökumət qoymur. Bəs ana dilimizi istəməyi,ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?… Bəs kim bizi öz dilimizdən utanmağa və öz dilimizlə danışmağı ar bilməyə vadar edir? Məgər bunu da hökumət edir?”
- Ömər Faiqlə birlikdə “Molla Nəsrəddin”də dil məsələsinə necə ciddi yanaşdıqlarını və jurnalın bu sahədə mövqeyini nece düzgün müəyyənləşdirdiklərini ədib “Xatiratım” əsərində belə izah etmişdir: “Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmaqdıq. Birinci nömrəmizin baş məqaləmizdə yazmışıq ki, “Açıq ana dilində, açıq türk dilində yazmaq eyibdir, çünki yazanın savadının azlığına dəlalət edir” Arif oxucular, söz yox ki, xatiratdakı bu qeydlərin kinayə ilə yazıldığına və “utanmaz” mollanəsrəddinçilərin dil məsələsi kimi böyük məsələni düzgün həll etdiklərinə inanmışdılar.
- Məmmədquluzadə həm mənşəyi, həm həyatı, həm bədii yaradıcılığı, həm də publisistikasının əsas problemləri ilə daim Arazın o tayında yaşayan cənublu qardaş və bacıları ilə bağlı olmuşdur. Onun üçün bu bir neçə cəhətdən əhəmiyyətli idi.
- İrana həsr etdiyi bədii və publisist əsərlərdə ədib bir tərəfdən qan qardaşlarına ağıllı məsləhətlər verir, o biri tərəfdən məharətlə Rusiya müsəlmanlarının “öz” dərd və ehtiyaclarına işarələr edirdi. “Təbrizdə dul övrətlərin, yetim və fəqirlərin” acından “torpaq yeməsi”, “Tehranda hüriyyət mücahidlərinin qanunlarının küçələrdə su yerinə axması” münasibətilə o, “İranlılara”, “İran fəhlələrinin pulu hara gedir?”, “Məhəmmədəli şah və bütpərəstlər” kimi kəskin ruhlu felyeton və məqalələr yazmışdır. Bu əsərlərdən üçüncüsündəki “Heyf olsun sənə, ey mənim gözəl vətənim!” sözləri isə böyük yazıçının vətən məhəbbəti ilə birlikdə vətən dərdi də çəkdiyini göstərir.
Nəsr əsərləri:
- Zırrama (hekayə)
- Oğru inək (hekayə)
- Şərq fakültəsi (hekayə)
- Şəhər və kənd (hekayə)
- Proletar şairi (hekayə)
- Konsulun arvadı (hekayə)
- Nağaraçılıq (hekayə)
- Quzu (hekayə)
- Saqqallı uşaq (hekayə)
- Usta Zeynal (hekayə)
- Poçt qutusu (hekayə)
- Kişmiş oyunu (pyes)
- Danabaş kəndinin əhvalatları (povest)
Dramaturgiyası:
Publisistikası:
- Fəqirlər davası
- Sizi deyib gəlmişəm
- Necə qan ağlamayım?!
- Niyə məni döyürsünüz?!
- Millət
- Qondarma bəylər
- Cümhuriyyət
- Xoşbəxtlik
- Azadeyi-vicdan
- Təzə paltar
- Azərbaycan
- Yer yoxdur
Böyüklərdəki qurdlar: simptomlar, müalicə
Qurdlar insan orqanizmində parazit olan və orqan və sistemlərin disfunksiyasına səbəb olan qurdlar qrupundan qurtlar. Yetkinlərdə pinworms və dəyirmi qurdlar tez-tez rast gəlinir. Maşyalara aid müxtəlif növ zəncirlər də ola bilər. Hər halda, helminthiasis əlamətləri görünür zaman, dərhal effektiv müalicə təyin edən bir həkim müraciət etməlidir.
Xəstəliyin səbəbləri
Bədənində helminth infeksiyasının bir neçə qaynağı vardır:
- Helminthiasis – bu vəziyyətdə qurdlar insan vücuduna torpaq və su vasitəsilə daxil olur. O, həmçinin heyvanlarla təmasda və sineklərin yumurta köçürülməsi zamanı baş verə bilər.
- Əlaqə yolu – qurdlar şəxsdən şəxslərə ötürülür. Beləliklə pinwormlar yayılır və infeksiya riski çox yüksəkdir.
- Biohelminthiasis – qurdlar xam və yarım bişmiş ət və ya balıq yeməkdən sonra bədənə daxil olur.
- Böyrək ısırığı . Çox tez-tez qurdlar daşıyıcısı mosquitoes var.
Qurdlarla baş verən infeksiyanın əsas yolu fekal-ağızdır. Bu halda, helmint yumurtaları insan bədəninə qida və su ilə daxil olur. Nadir hallarda, helmintik işğallar böcək ısırmaları zamanı baş verir.
Yetkinlərdə qurdların simptomları
İnfeksiya əlamətləri bədəndə qurdların lokallaşdırılmasından asılıdır. Parazitlərin ən böyük koloniyaları – ascaris, pinwormlar və zəncirlər bağırsaqdadır, lakin bəzi qurdlar bədən ətrafında hərəkət edə bilərlər. Məsələn, yuvarlak qurdlar əvvəlcə mədəə, oradan isə ağciyər və ya qaraciyərə qan axını ilə daxil ola bilərlər. Orada üç həftə ərzində inkişaf edir, sonra bağırsaq və ya mədə daxil olurlar.
Pinworms tez-tez anus yerləşir, ağır qaşınma səbəb olur. Qadınlarda, cinsiyyət orqanlarında da lokalizasiya edilə bilər. Pişik və ya qaraciyər flukası kimi parazitlər tez-tez qaraciyər və pankreastlarda yaşayır. Echinococci, əzələləri və sümüklərini və zəncirləri təsir edə bilir – hətta beynə nüfuz edir. Həm də solğun tənəffüs orqanlarında bəzi qurdlar, davamlı bir öskürəyə səbəb ola bilər.
Yerdən asılı olaraq, helminthiasisin aşağıdakı təzahürləri baş verir:
- Qəbizlik . Böyük ölçülü qurdlar kafedranın pozulmasına səbəb olan bağırsaq lümenini bağlaya bilər. Kabızlık iki gündən çox davam edə bilər.
- Diareya . Bəzi parazitlər çoxlu su ilə yanaşı, süzülməmiş qida zibillərini azad etmək üçün bədəni stimullaşdıran xüsusi bir maddə çıxarır.
- Düzgünlük . Bəzi qurdlar quruluşu, kiçik bağırsaqda şişməyə səbəb olur, bu da qazların həddən artıq formalaşmasına səbəb olur. Vaxt qurdlardan qurtulmasa, susuzluq bir neçə aya qədər davam edə bilər.
- Irritabl bağırsaq sindromu . Helminlər bağırsaqlarda iltihabın inkişafına səbəb ola bilər ki, bu da qida maddələrinin sarsıdıcı və qeyri-müntəzəm bir nəcibə səbəb olur.
- Əzələ və oynaqlarda ağrı . Qurdlar vücudun hər hansı bir hissəsində lokallaşdırıla bilər. Əllər və ya əzələlərə daxil olsalar, toxumalarını məhv etməyə başlayırlar. Nəticədə, bədənin parazitin həyati fəaliyyətinə reaksiyası olan ağrı hissi var.
- Allergiya . Helminth sekresiyası vücudun spesifik eozinofil hüceyrələrini çıxarmasına səbəb ola bilər. Onlar allergik reaksiyaların inkişafına səbəb olan toxuma iltihabına səbəb olurlar.
- Dəri xəstəlikləri Nəticədə bir adamın sızması, qırışları, ürtiker , akne və hətta papilloması vardır. Bəzən qurdlar ilə əlaqədar infeksiya dırnaqların və saçın kövrəkliyini artırır.
- Anemiya Bəzi qurd quruluşları bağırsaq divarlarına sadəcə qidalanma deyil, qan da qəbul edə bilərlər. Nəticədə bir adam anemiya inkişaf etdirir.
- Çəki dəyişir . Ən çox hallarda, helminth infeksiya dramatik bir kilo itkisinə səbəb olur. Əslində budur ki, parazitlər insan bədəninə qidalandıran qida maddələrindən çox miqdarda qidalanır. Bundan əlavə, qurd infestation varlığı tez-tez iştah itirmək gətirib çıxarır. Lakin, bəzi hallarda, bir şəxsin bədən çəkisi artdıqda – bu proses qurdların azad edilməsinə bədənin qoruyucu reaksiyasıdır.
- Sinir sisteminin işlədilməsi problemləri . Bədəndə qurdların olması sinir sisteminin vəziyyətinə mənfi təsir göstərir. Nəticədə, bir insan narahatlıq, narahatlıq yaradır, hətta depressiya başlayır.
- Uyku bozukluğu Bir adam yuxu ortasında hər gecə oyanırsa, bu bir qurd infestation göstərə bilər. Bu anda qaraciyər qurdlar tərəfindən çıxarılan toksinlərdən təmizlənir. Adətən gecə, parazitlər anus vasitəsilə bədən tərk edə bilər və bu proses ağır qaşınma hissi ilə müşayiət olunur.
- Xroniki yorğunluq sindromu . Bu vəziyyət depressiya, apatiya, zəiflik şəklində özünü göstərir. Bu problemin səbəbi bədənin tərkibində qidalanmanın olmamasıdır. Bir nəfər yaddaş itkisi, hissi stress yaşayır.
- İmmunitet sisteminin anormallıqları . Helminth infeksiyası immunitetə yol aça bilər. Nəticədə, bir insan viral xəstəliklərə sahib olma ehtimalı daha çoxdur. Tanıdılmış qidalara qarşı allergik reaksiyalarla qarşılaşa bilər. Disbakterioz və ya kolit tez-tez bağırsaqlarda inkişaf edir, üzdə isə sızanaq dırnaqları və herpes görünür.
- Onkoloji patoloji . Helminlər vücudu belə pis bir şəkildə zəhər edə bilər ki, toxunulmazlıq bu prosesi başa düşməyəcəkdir. Nəticədə müxtəlif xarakterli fəsadlar, o cümlədən malign şişlərin görünüşünə kömək edənlər inkişaf edir.
- Hava yollarında iltihab prosesi . Helminlər müxtəlif orqanlarda sərbəst hərəkət edə bilər və əlbəttə, tənəffüs sistemi istisna ola bilməz. Qurdlar tənəffüs yollarını maneə törədə bilərlərsə, tənəffüs prosesində çətinliklər görünə bilər. Həmçinin bir insanda tez-tez öskürək var və bədən istiliyini artırır. Helmintiasisin olduqca təhlükəli bir komplikasiyası bronxial astmanın inkişafıdır.
Helmintiasis diaqnozu metodları
Bir yetkin bədənin qurdlarını müəyyən etmək üçün ovoskopiya ən çox istifadə olunur. Bu tədqiqat həzm sistemində orqanizmə parazit olan qurdların yumurtalarına olan nəcisin analizindən ibarətdir. Təəssüf ki, 100% nəticə əldə etmək həmişə mümkün deyil, çünki bütün qurdlar sistemli olaraq yumurta qoyurlar.
Həssas nəcisin nəcis hissələrinin mikroskopik müayinəsindən ibarət olan histoloji kopraqramın köməyi ilə daha dəqiq nəticə əldə edilə bilər. Bu tədqiqat sayəsində solucanların bir hissəsini və onların yumurtalarını dəqiq təsvir etmək mümkündür. Nəticədə, yalnız helminthiasis diaqnozu qoymaqla yanaşı müəyyən edilmiş parazitlərin növünü müəyyən etmək də mümkündür.
Ağciyərlərdə helmintlərin lokallaşdırılmasının şübhəsi varsa, radyoqrafiya göstərilir. Bundan əlavə, balgam müayinəsi aparılır. Qaraciyər, beyin və ya böyrəklərdə parazitləri müəyyən etmək üçün bilgisayarlı tomoqrafiya və ultrasəs tətbiq edilir. Qandakı helmintlərin diaqnozu üçün tam qan sayını verin. Bu məqsədlə immunoloji testlər də edilə bilər.
Böyüklərdəki qurdların müalicəsi
Terapiyanın mümkün qədər təsirli olmasını təmin etmək üçün bir parazitoloqla əlaqə saxlamalı və onun tövsiyələrinə riayət etməlisiniz. Mütəxəssis yalnız müayinənin nəticələrinə görə müalicə edir. Müstəqil olaraq antihelmintik dərmanları ala bilməz, çünki insan bədəninə toksik təsir göstərirlər. Bundan əlavə, müxtəlif helminth infeksiyaları ilə müxtəlif müalicə rejimi tələb olunur ki, unutmayın. Dərman dozasını seçərkən şəxsin yaşı və çəkisi də eyni dərəcədə vacibdir.
Pinworms və ya ascaris aşkar edildikdə, aşağıdakı preparatlar müalicə üçün istifadə olunur:
- piperazin;
- mebendazol;
- levamisol;
- albendazol;
- carbendacim
Bir çox narkotik qurdlar və qurdlar yumurta qarşı təsirsizdir. Bundan əlavə, pinworms ilə self-infeksiya olduqca böyük bir təhlükə var. Buna görə 2-3 həftədən sonra müalicənin gedişi təkrarlanmalıdır.
Qurdlar ilə mübarizə aparan xalq üsulları arasında balqabaq toxumu və çəmən tansy yayılır. Toxum və toxum arasında olan ince bir filmin qorunması və yemək üçün toxumların özləri təmizlənmələri tövsiyə olunur.
Qurdlardan qurtarmaq üçün bu məhsulun 300 qrını əzmək, bal ilə qarışdırmaq və yemək lazımdır. Bunu sabah etmək yaxşıdır. Sonra 3-4 saat yeməkdən çəkinməlisiniz. Bu müddətdən sonra bir xəmir etmək lazımdır. Müalicə bir neçə həftə sonra təkrarlana bilər.
Qurdlar üçün ən məşhur üsullardan biri tansydir. Çörəkləri hazırlamaq üçün 3 çörək qaşığı otlar bir stəkan qaynar su ilə tökülməlidir və 1 saatdan sonra buraxılmalıdır, sonra onu qurudulmalıdır. Vasitə bir çorba kaşığı gündə 3-4 dəfə sərxoş olmalıdır.
Toksinlərlə mübarizə aparmaq və qurdları məhv etmək acı bir zövqə malik məhsullara kömək edəcəkdir. Bu məqsədlə yovşan və qarğıdalılar tövsiyə olunur. Bundan əlavə, demək olar ki, bütün qurdlar acidic bir mühit dözmək yoxdur. Buna görə də, ləzzət, alma sirkesi, qidalandırılmış tərəvəzlərdən və meyvələrdən təbii şirələr də daxil olmaqla solucanlarla öhdəsindən gələ bilərsiniz.
Bədənində qurdlar varlığına dair bir şübhə varsa, diyetə çox sayda təravətli havuç daxil etməlisiniz. Təbii havuç suyu və huş qönçələrinin bir infuzionu içmək də çox faydalıdır. Hazırlanması üçün çay qaşığı xammalın bir stəkan su ilə doldurulması və yarım saat ərzində buxar banyosuna qızdırılması lazımdır. İki saatdan sonra infuziya yeməyə hazırdır. Gündə iki dəfə məhsulun yarım stəkanına tövsiyə olunur. Tedavi kursu 1 həftədir.
Worm qarşısının alınması
Helmint infeksiyasının xoşagəlməz təsirləri ilə məşğul olmamaq üçün profilaktik tədbirlər görülməlidir. Bunu etmək üçün, bulaqlardan və ya quyulardan xam suyun istifadəsindən imtina etmək lazımdır. Yalnız qaynadılmış və ya süzülmüş su içə bilərsiniz.
Yerlə təmasda olduqdan sonra əlləri sabunla yaxşı yuyun. Tərəvəz, otlar, meyvələr və giləmələri daha az yaxşı yuyun. Ət, balıq və quş əti istismar etmək üçün çox vacibdir. Quru, duzlu və xammalı qidaların qan miqdarı ilə istifadəsi tövsiyə edilmir.
Göletlərdə üzgüçülükdən sonra duş almaq vacibdir. Heyvanların dilində mövcud ola biləcəyi kimi, heyvanların əllərini və ya üzlərini yalamaqlarına icazə verməyin. Heyvanlarla əlaqə qurduqdan sonra əlləri tamamilə yuyun. Bundan əlavə, bir heyvanın parazitlə təmizlənməsini həyata keçirmək lazımdır.
Hamiləlik zamanı helminth infeksiyalarının axınının xüsusiyyətləri
Heç kim qurdlara yoluxmamaqdan immun deyil, əlbəttə, hamilə qadınlar istisna deyil. Bundan əlavə, doğuş zamanı immunitet sistemi əhəmiyyətli dərəcədə zəiflədilir və bu səbəblə helminthiasis inkişafı təhlükəsi artır. Bunun baş verməsinin qarşısını almaq üçün xəstəliyin qarşısının alınmasına diqqət yetirməlisiniz – tualetdən və ya heyvanlarla təmasdan sonra əllərinizi yaxşı yuyun, yeməkdən əvvəl tərəvəzləri, bitkiləri və meyvələri diqqətlə müalicə edin.
Əgər infeksiya hələ də baş verərsə, dərhal həkimə müraciət edin. Hamiləlik dövründə qurdlar üçün hər bir dərman qəbul edilə bilməz. Bu dövrdə yalnız piperazin istifadə edilə bilər. Ascaris ilə yoluxan zaman, doz 1,5-2 q, müalicə kursu 2 gündür, yeməkdən əvvəl saatda 2 dozada. Hamilə qadınlarda pinwormlar diaqnoz qoyulursa, dərmanı eyni dozada alaraq, 5 gün davam etdirilməlidir.
Qurdlar böyüklərdən olduqca yaygındır və bir çox orqan və sistemin işində ciddi pozuntuya səbəb olur. Təhlükəli ağırlaşmaların inkişafının qarşısını almaq üçün helminthiasisin qarşısını almaq lazımdır. Parazitlər hələ də bədənə daxil olsalar, dərhal təsirli dərman təyin edən bir həkimlə əlaqə saxlayın.
Həmçinin baxın:
- Uşaqlarda qurdlar: simptomlar və müalicə, qarşısının alınması
- Ascariasis: simptomlar, böyüklərdə ascariasis müalicəsi
- İnsanlarda qurdlar: fotolar, simptomlar, müalicə
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Həkimlər tez-tez belə bir ifadə istifadə edir: “diabet xəstəlik deyil, həyat tərzidir”.
Bu o deməkdir ki, insan müəyyən qaydalara əməl etdikdə, xəstəliyin onun həyatına olan mənfi təsirini minimuma çatdıra bilər.
Lakin əgər xəstə bu qaydalara əməl etməzsə və şəkərin səviyyəsi onun qanında daim yüksək olarsa, orqanizmin bir çox orqan və sistemlərində (böyrəklər, gözlər, qara ciyər, ürək-damar, sinir sistemi və s.) müxtəlif ağır pozulmalar inkişaf edəcək. Şəkərin qanda çox yüksək səviyyədə olması komaya səbəb ola bilər.
Pəhriz şəkərli diabet xəstələrin müalicəsində ən önəmli rollardan birini oynayır. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilməz.
Xəstə mütləq və dəqiq bilməlidir, hansı qidaları qəbul edə bilər, hansı qidaları – yox və bu qaydalara ömrünün sonuna kimi ciddi riayət etməlidir. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür.
Beləliklə, şəkərli diabet xəstəliyi olan insan qidalanmada bu kimi ümumi qaydalara riayət etməlidir:
– Ac qalmaq olmaz. Bu qanda şəkərin kəskin enməsinə səbəb ola bilər ki, bunun nəticəsində xəstə koma vəziyyətinə düşə bilər.
– Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.
– Adi şəkər və fruktoza qidalanmadan tam çıxarılmalıdır. Tərkibində şəkər və fruktoza olan qənnadı məmulatları da belə xəstələr üçün əks-göstərişdir. Nəzərinizə çatdıraq ki, dükanlarda satılan xüsusi diabetik məhsulları arasında tərkibində fruktoza olan mallar da var. Hal hazırda fruktoza da diabet xəstələri üçün uyğun məhsul sayılmır. Tərkibində xüsusi şəkər əvəzediciləri olan (sorbit, ksilit, aspartam, saxarin və s.) məhsullar da şəkərli diabet xəstələri üçün tam ziyansız adlandırmaq olmaz. Bu məhsullar kiçik miqdarlarda və yalnız nadir hallarda qəbul edilə bilər.
Konfetlər, peçenye, mürəbbə, djem, şokolad, dondurma qidalanmadan çıxarılır. Bal çox faydalı məhsuldur. Lakin diabet xəstələri bu məhsuldan imtina etməlidir.
– Yağlı və qat-qat xəmirdən hazırlanmış un məmulatları (bulka, pirojki, pirojnalar və s.), yağlı kremlərlə olan tortlar və pirojnalar, milli şirniyyatlarımız qəti şəkildə əks-göstərişdir.
– Təbii meyvə şirələri qidalanmadan tam çıxarılmalıdır. Dükanlarda satılan və hətta bağlamada “şəkərsiz” yazısı olan şirələri də qəbul etmək olmaz.
– Meyvələri gün ərzində 200-300 qr olmaqla qəbul etmək olar. Meyvə və giləmeyvələri (şirin olmayan alma, portağal, narıngi, nar, heyva, qarağat, albalı) əsas qida qəbullardan ayrı, qida qəbulları arasında yemək olar. Banan, üzüm, əncir, xurma, yemiş, quru meyvələr qidalanmadan çıxarılır.
– Makaron, sıyıqları (manna sıyıqdan əlavə) qəbul etmək olar. Makaron yalnız buğdanın bərk növlərindən (“из твердых сортов пшеницы”) ola bilər. Sıyıqların arasında qarabaşaq və yulaf yarmasından hazırlanmış sıyıqlar xüsusilə xeyirlidir.
– Ət, toyuq, balıq şəkərli diabet xəstənin pəhrizində mütləq olmalıdır. Lakin onlar yağsız olmalıdır. Yağlı ət bulyonları qidalanmadan çıxarılmalıdır. Toyuğun dərisini yemək olmaz.
– 1 həftədə 2 yumurta (bişmiş və ya omlet şəklində) qəbul etmək olar.
– Kolbasa, sosiska və s. bu kimi məhsullar (hətta ən az yağlı növləri) qidalanmadan tam çıxarılır.
– Süd məhsulları (süd, kəsmik, kefir, qatıq, pendir) arasında yalnız yağlılığı az olanları seçmək lazımdır. Xama, qaymaq, mayonez, marqarin kimi məhsullar qidalanmadan çıxarılır. Kərə yağı yalnız çox kiçik miqdarlarda qəbul etmək olar.
– Bitki yağları (zeytun, qarğıdalı, günəbaxan) qəbul etmək olar. Lakin onların qəbulu da gündə bir neçə xörək qaşığına kimi məhdudlaşdırılır.
– Bütün qidalar suda bişmiş və ya buğda hazırlanmış şəkildə olmalıdır. Qızarmış qidaları qəbul etmək olmaz.
– Duzlu, acı, konservləşdirilmiş, hisə verilmiş qidalar qidalanmadan çıxarılır.
– Tərəvəzləri hər qida qəbulunda yemək olar. Kartofun qəbulunu kəskin məhdudlaşdırmaq lazımdır. Xiyar, yunan qabağı, badımcan, kələm, göbələk, soğan, pomidor, göyərti xeyirlidir.
– Spirtli içkilər şəkərli diabet xəstələri üçün əks-göstərişdir.
– Qara çörək qəbul etmək olar. Ağ çörək əks-göstərişdir.
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.