Press "Enter" to skip to content

Dilçiliyə giriş

Məlumdur ki, heç bir elm təkcə öz qanunları əsasında, təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Bu, bütün təbiət və cəmiyyət hadisələrinə aiddir. Hər bir fərd cəmiyyətin üzvü kimi yaşayır və inkişaf edir. Cəmiyyətin başqa üzvləri ilə əlaqəsini itirmiş adam sosial həyatın fəal üzvü ola bilməz. Beləliklə, cəmiyyətin struktur sistemindən çıxmış olar. Amma bu, o demək deyil ki, hər bir adam bütün insanlarla əlaqədə və münasibətdə olmalıdır. İnsan yalnız yaxın adamlarla təşkil olunmuş cəmiyyətin fəal üzvü olub, dünyanın bütün adamları ilə əlaqə və münasibət qura bilər. Elm də belədir. Hər bir elm öz obyekt və predmetini və sərhədlərini müəyyən etdikdən sonra başqa elmlərin elmi uğurlarından istifadə etməklə daha da inkişaf edir. Burada da hər bir elmin özünə yaxın — uyğun olan elmlərlə əlaqəsi daha möhkəm, başqa elmlərlə əlaqəsi isə nisbətən zəif olur.

Üslubi fiqurlar

Nitq mədəniyyəti müstəqil fənn kimi çox qədim tarixə malikdir. Nitq mədəniyyəti — Ritorika qədim Yunanıstanda, Romada, Ərəbistanda, Çində geniş yayılmışdı (Bu haqda irəlidə bəhs ediləcək). Azərbaycanda isə nitq mədəniyyətinin -ritorikanın bu və ya digər elementi dağınıq halda min ildən bəridir ki, mövcuddur. Azərbaycanın şair və mütəfəkkirləri nitqin gözəlliyi, ekspressivliyi, təmizliyi, konkretliyi və s. cəhətləri haqqında çox bəhs etmişlər. Lakin bir müstəqil sahə olaraq nitq mədəniyyəti Azərbaycanda XX əsrin ortalarında diqqəti cəlb etmiş, Elmlər Akademiyasının Dilçilik İnstitutu nəzdində nitq mədəniyyəti şöbəsi açılmış, 80-ci illərdən başlayaraq bəzi ali məktəblərdə tədris planına salınmışdır. 1969-cu ildən başlayaraq Azərbaycan dilinə diqqət artdığı kimi, nitq mədəniyyəti məsələlərinə də diqqət artırılmışdır. Müstəqillik illəri dilimizin, sosial həyatımızın bütün sahələrində işlənməsi ilə əlamətdar olduğu kimi, dilçiliyimizin də inkişafına gündəlik dövlət qayğısının göstərilməsi ilə əlamətdardır. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanında Azərbaycan dilinin indiyədək misli görünməmiş səviyyədə yüksək qiymətləndirilməsi ilə yanaşı, onun demək olar ki, bütün problemləri şərh edilir. Eyni zamanda qarşıda duran elmi və təşkilati problemlər göstərilir. Orada deyilir: «Çox qəribə görünsə də, Azərbaycan dilçiliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşmüşdür və bu sahədə bir durğunluq müşahidə olunur. Azərbaycan nitq mədəniyyəti məsələlərinin tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur».
Bu fərman dilçiliyimizin bütün sahələri qarşısında geniş inkişaf perspektivləri açdığı kimi, Azərbaycan nitq mədəniyyəti problemlərinə yanaşmanı da kökündən yaxşılaşdırmağı tələb edir. Buna görə də bir fənn olaraq nitq mədəniyyəti təhsil sistemininən aktual problemlərindən biri olmalıdır. ADU-da Azərbaycan nitq mədəniyyəti müstəqil fənn kimi tədris edilmir (Azərbaycan filologiyası bölməsi istisna edilir).
Buna görə də Azərbaycan dilinin hər hansı bir bölməsini tədris edərkən həmin sahənin nitq mədəniyyəti problemləri ilə əlaqəli öyrənilməsi lazım gəlir.

RİTORİKANIN BAŞQA ELMLƏRLƏ ƏLAQƏSİ

Məlumdur ki, heç bir elm təkcə öz qanunları əsasında, təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Bu, bütün təbiət və cəmiyyət hadisələrinə aiddir. Hər bir fərd cəmiyyətin üzvü kimi yaşayır və inkişaf edir. Cəmiyyətin başqa üzvləri ilə əlaqəsini itirmiş adam sosial həyatın fəal üzvü ola bilməz. Beləliklə, cəmiyyətin struktur sistemindən çıxmış olar. Amma bu, o demək deyil ki, hər bir adam bütün insanlarla əlaqədə və münasibətdə olmalıdır. İnsan yalnız yaxın adamlarla təşkil olunmuş cəmiyyətin fəal üzvü olub, dünyanın bütün adamları ilə əlaqə və münasibət qura bilər. Elm də belədir. Hər bir elm öz obyekt və predmetini və sərhədlərini müəyyən etdikdən sonra başqa elmlərin elmi uğurlarından istifadə etməklə daha da inkişaf edir. Burada da hər bir elmin özünə yaxın — uyğun olan elmlərlə əlaqəsi daha möhkəm, başqa elmlərlə əlaqəsi isə nisbətən zəif olur.

Ritorika da humanitar elm sahəsi olduğu üçün ilk öncə bu elmlərlə əlaqədardır:
1) Dilçilik;
2) Ədəbiyyat — Ədəbiyyatşünaslıq;
3) Üslubiyyat;
6) Estetika;
7) Psixologiya;
8) Pedaqogika;
9) Fiziologiya;
10) məntiq və s.
Ritorika və dilçilik.

Nitq fəaliyyəti tamamilə dilə əsaslanır. Dil nitqin bazası, nitq isə dilin ifadə formasıdır. Dil nitqi formalaşdırdığı kimi nitq də dili yaşadır. Bu, o deməkdir ki, bilmədiyin dildə danışa bilməzsən. Dil də nitq şəklində fəaliyyət göstərməsə, ölər. Nitq özü tamamilə dil bazasında yarandığı kimi, bəlağətli nitq (ritorika) da dil normaları əsasında yaranır. Dil normalarından kənarda heç bir ritorik akt yarana bilməz. Dil normalarını tənzimləyən, onları ümumiləşdirən elm dilçilik olduğu üçün tamamilə dil qanunlarına əsaslanan ritorika dilçiliyin bir bölməsi hesab edilir. Dilçiliyin fonetika, leksikologiya, frazeologiya, morfologiya bölmələri ritorikanı da əhatə edir. Belə ki, Azərbaycan dilinin fonetik qanun və vasitələri nitqin ekspressivliyini artırdığı üçün hər bir ritor bu prosodik vasitələrdən bacarıqla istifadə edə bilməlidirr. Eləcə də dilimizin leksik tərkibini mükəmməl surətdə mənimsəmiş, geniş söz ehtiyatına malik olan adam lüğəvi vahidlərdən yerində və bacarıqla istifadə edə bilər. Sözlərin seçilməsi, onların nominativ və məcazi mənalarından mahir ritor bacarıqla istifadə edir. Bu, onun nitqinin bütün ritorik tələblərini təmin edir. Əksinə, leksik normalardan kənara çıxan (loru, jarqon, vulqar sözlər işlədən) adam dərhal dinləyicinin marağının sönməsinə səbəb olur. Eyni sözləri frazeoloji vahidlərdən istifadə edə bilmək qabiliyyəti haqqında da demək olar. Məlumdur ki, paremioloji vahidlər nitqin effektini artırır. Məsələn,

Yoruldum — əldən düşdüm.
İnanmıram — Gözüm su içmir.
Gizli saxla — bir daş altda, bir daş üstdə və s.

Çox asanlıqla inanmaq olar ki, birinci-nominativ mənada işlənən sözlərdən istifadə edən adi, ikincilərdən istifadə edən isə ritor (əsl natiq) hesab olunur.

Dilin morfoloji normaları da belədir. Qrammatik forma və kateqoriya şəklində sabitləşmiş qrammatik məna ifadəçiləri normativ sistem təşkil edir. Bu normativ sistemi mənimsəmək, onları nitqdə yerli yerində işlətmək ritorikanı dilin formal sistemi ilə əlaqələndirir. Dilin sintaktik səviyyəsini, oradakı müxtəlif dil xüsusiyyətlərini (fonosintaktik cəhətləri, aktual üzvlənməni, fonetik-ritmik qruplara ayırmanı dərindən bilmək ritorun ən başlıca vəzifəsidir. Beləliklə, aydın olur ki, ritorika tamamilə dilçilik çərçivəsində fəaliyyət göstərir.

Ritorika və ədəbiyyat — ədəbiyyatşünaslıq.
Ritor — əslində danışdığı dildə yaranmış olan ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslığı da bilməlidir. Ədəbi janrların poeziya, nəsr, dram janrlarının əsas xüsusiyyətlərini bilməyən bir natiq nə şeirin poetik siqlətini, nə nəsrin fikir axarını, nə dramın dialoji çoxcəhətliliyini dinləyiciyə yüksək səviyyədə çatdıra bilər. Xüsusilə əruz vəznində yazılmış şeirləri oxumaq, dinləyiciyə çatdırmaq üçün natiqdən — ritordan bu sahəni yaxşı bilmək tələb olunur. İstər heca vəznində, istər sərbəst vəzndə yazılmış şeir olsun, onu ifadəli şəkildə düzgün oxumasan, əsərin dəyərini, düşündüyün kimi, dinləyicini də razı sala bilməzsən. Nəsr və dram əsərlərinin xüsusiyyətlərini də dərindən mənimsəmək lazımdır. Nağil ilə oçerki eyni tonda, eyni ahəngdə oxumaq olmaz. Eləcə də dramatik əsərlə komik əsəri eyni formada oxumaq natiq üçün qüsurdur.

QOŞMA (Q.B.Zakir).

Badi-səba mənim dərdi-dilimi,
Ol Büti-zibayə dedin, nə dedi?
Ahu-naləm asimanə yetdiyin,
Gərdəni minayə dedin, nədedi?
Düşüb ayağına sən o zalımın,
Söylədinmi necəliyin halımın?
Onun Həsrətindən rəngi-alımın,
Döndüyün heyvayə dedin, nə dedi?
Görsə idin varmı məni-bimarə,

Nüsxeyi-hüsnündə onun bir çarə;
Dildə iztirab, təkdə buxarə,
Şərimdə sevdayə dedin, nə dedi?

Qəm əlindən payı-bəstə olduğum,
Hali pərişan, dil şikəstə olduğum,
Bəstəri möhnətdə xəstə olduğum,
Gözləri səhlayə dedin, nə dedi?

Sərasər fələyin şəmsü-mahına,
Tamam yer üzünün qibləgahına,
Zakirin əhvalın xublar şahına,

Ağlaya-ağlaya dedin, nə dedi?

Ritorika və tarix.
Ritorikanın tarixlə əlaqəsini ritorika tarixi ilə eyniləşdirmək olmaz. Bunlar nə qədər yaxın olsalar da, bir-birinin eyni deyil. Ritorikanın tarix elmi ilə əlaqəsi dedikdə ritorun tarix elmini yaxşı bilməsi nəzərdə tutulur. Azərbaycanın sovet dövrü tarixindən danışan bir natiq bu dövrün hadisələrini yaxşı bilməkdən əlavə, həmin hadisələrin görünməyən tərəflərini də bilməli və milli mövqedən çıxış etməyi bacarmalıdır. Əgər, ritor tarixi hadisələri — onların səbəblərini, gedişini, nəticələrini yaxşı bilməsə, onun nitqi inandırıcı olmayacaq, inamsız danışacaq, dinləyicini özünə cəlb edə bilməyəcək. Məsələn, Azərbaycanda sovet hakimiyyəti qurulması tarixini götürək. Neçə il bundan əvvəl natiqlər bolşevik platformasından yazılan tarixi hadisələri zövq və şövqlə danışırdı. İndi isə həmin hadisə haqqında milli dövlətçiliyimizin məhv edilməsi, xalqımızın milli müstəqilliyinin, azadlığının əlindən alınması kimi danışmaq lazım gələcək. Bu hadisəni yüksək pafosla, zövq və şövqlə nəql etmək olarmı? Şübhəsiz, natiq bu zaman təəssüf hissi ilə, aramla, astadan, pauzalarla danışmalı olacaqdır.

Ritorika və etika.
Etika fəlsəfi termin olub, yunanca etos — əxlaq, xarakter. Adət deməkdir.40 Natiq nitqində etik problemlərin hamısına əməl etməlidir. Xüsusilə sözseçimi ritorun ən başlıca vəzifəsidir. Ritor çıxış etdiyi bütün auditoriya qarşısında öz ləyaqətini saxlamaq üçün bütün etik normalara riayət etməlidir. Ritor unutmamalıdır ki, onun geyimi, xarici görkəmi, əl-qolunu yerli-yersiz, mənalı və mənasız qaldırıb salması onun nüfuzunu müəyyən edir. Ritorun işlətdiyi bircə ədəbsiz söz onun daxili aləminin puç olduğunu sübut edər və ona heç kəs qulaq asmaz. Məlumdur ki, vulqar sözlər poetik sözlərə nisbətən daha ekspressiv olur. Nə qədər yüksək səviyyədə banışırsa-danışsm, hansı hadisəni necə gözəl şərh edirsə etsin, sonda bircə ədəbsiz ifadə işlətsə, ritorun bütün nitqi mənasızlığa yuvarlanar, dəyərdən düşər. Vulqar sözlər bədii ədəbiyyatda personajın daxili aləmini açmaq, onun kobud və ədəbsiz olduğunu göstərmək üçün işlədilir. Müəllifin və ritorun dilində belə sözlər işlətmək olmaz. Ritorun auditoriyaya — dinləyicilərə münasibəti də əsas etik problemlərdəndir. Dinləyicilərlə ritor arasında vəzifəcə nə qədər böyük fərq olursa-olsun, ikinci birincilərə hörmətlə yanaşmalı və hətta tənqidi məqamlarda belə etik normalardan kənara çıxmamalıdır. Ritorun nitq zamanı hərəkətləri də etik normalar çərçivəsindən kənara çıxmamalıdır. O, heykəl kimi dayanıb, yeknəsək ahənglə, sürətli danışığı ilə dinləyicini bezikdirməməlidir. Eyni zamanda yerli-yersiz saçını sığallamamalı, qalstukunu, pencəyini düzəltməməlidir. Təsəvvür edin ki, bir adlı-sanlı natiq üzü tüklü, köynəy çirkli və yaxalığı əzik şəkildə, rəngləri müxtəlif olan paltar və ayaqqabıda auditoriya qarşısında çıxış edir, əlindəki kitabı, karandaşı, təbaşiri tez-tez ya stola çırpır, ya da göyə qaldıraraq diqqəti onlara cəlb edir. Belə bir çıxış nə qədər zəngin olsa da, heç kəsdə müsbət təsir buraxmaz.

Ritorika və estetika.
Estetika termini də mənşəcə yunan dilinə aid olub -aisthetikos sözündəndir.Mənası hiss edilən, həssas deməkdir. XVII əsrdən başlayaraq müstəqil fəlsəfi anlayış kimi işlənməkdədir. XX əsrdə estetika sözü öz ilkin mənasından əlavə zövq, gözəllik, səliqəlilik kimi mənalarda işlənmişdir. Hətta texniki estetika termin birləşməsi də işlənməkdədir ki, bu da istehsalatda səliqəlilik, dəqiqlik, hər şeyin öz yerində olmasını tələb edir. İnsanın estetik tərbiyəsi dedikdə isə onun xarici formasından tutmuş daxili aləminə qədər zövqlü, gözəl və biçimli olması nəzərdə tutulur. Natiqlik sənətində isə estetika etika ilə vəhdətdə götürülür. Əgər ritor etik normaların hamısına cavab verən bir şəkildə çıxış edirsə, deməli, estetika da onun içərisində əks olunmuşdur. Çünki estetika təkcə zahiri görkəmi nəzərdə tutmur, habelə, dilin gözəlliklərini məharətlə dinləyiciyə çatdırmağı nəzərdə tutur. Estetika geniş mənada gözəllik aləmi deməkdir. Əgər, ritorun nitqi bütün cəhətlərdən gözəldirsə, deməli, estetik kateqoriyalar gözlənilmişdir.

Ritorika və psixologiya.
«Dilçiliyə giriş» fənnindən məlumdur ki, dilçiliklə (dillə) psixologiya bir-biri ilə sıx əlaqədədir. Psixologiya insanların səciyyəvi xüsusiyyətlərini öyrənir. Bu elm insanların (hətta heyvanların) fəaliyyətini və davranışını öyrənir. Qədim zamanlarda psixologiya ruh haqqında elm kimi dəyərləndirilirdi. XIX əsrdə artıq müstəqil elm kimi formalaşdı.
İnsan nitqi (dili) bilavasitə təfəkkür ilə bağlı olduğu üçün psixologiya ilə də bağlıdır. Təfəkkür insanın dili ilə psixologiyasının birləşdiyi nöqtədir. İnsan düşünəndə və danışanda onun bütün beyin qabığı fəaliyyətdə olur. Bu prosesdə nitq mərkəzi xüsusi fəaliyyətdə olmalıdır ki, səs siqnallarını analiz edərək onu mənalandıra bilsin. Bu proses həm dinləmə, həm də danışma zamanı fəal surətdə davam edir. İnsanın danışıq zamanı hansı psixi prosesin təsiri altında olması həlledici rola malikdir. Əgər ritor müsbət emosiyaların təsiri altmdadırsa, onda onun psixolinqvistik mexanizmi açıq olur, nəticədə nitqi gözəl olur. Əksinə, mənfi emosiyaların təsiri altında olduqda psixolinqvistik mexanizm sanki bağlı olur. Bu vaxt hər bir adam bildiyini də danışa bilmir. Bunu hər bir adam öz şəxsi həyatında dəfələrlə sınaqdan çıxarmışdır ki, bildiyini danışa bilmir. Məsələn, başına bədbəxt hadisə gəlmiş heç bir natiq, heç bir mövzunu sövqlə danışa bilməz. Və yaxud, ritorun çıxışınınən yaxşı məqamında bir qeyri-adi hadisə baş versə, o nitqini əvvəlki kimi davam etdirə bilməyəcək.
Bundan əlavə, ritor qarşısında çıxış etdiyi auditoriyanın psixologiyasını da bilməlidir (nəzərə almalıdır) .

Ritorika və pedaqogika.
Pedaqogika deddikdə, hər şeydən əvvəl, təlim prosesi nəzərdə tutulur. Yunan dilindən götürülmüş bu terminin mənası insanı tərbiyələndirmək deməkdir. Pedaqogika tərbiyənin mahiyyətini, məqsədini, vəzifələrini və qanuna uyğunluqlarını öyrənir. Pedaqogika habelə təlim və təhsil prosesində və həyatda şəxsiyyətin rolunu müəyyənləşdirir. Pedaqogika cəmiyyət üçün çox lazımlı bir sənətdir. Buna görə də o, qədim Yunanıstanda e.ə. V-IV əsrlərdə meydana gəlmişdir. Müasir dövrdə təlim və təhsil sistemini pedaqoji atributsuz təsəvvür etmək çətindir. Bu gün pedaqogika təkcə təlim və tərbiyə məsələləri ilə məhdudlaşmır. Cəmiyyətdə hər bir üzvün tərbiyəsi, əxlaqi davranışı, o cümlədən başqaları ilə mədəni rəftarı kimi vacib məsələləri öyrənir. Tədris prosesində müəllimin nitqinin gözəlliyi tələbəni (şagirdi) cəlb etmək, elmi sevdirmək üçün əsas cəhətdir. Böyük rus pedaqoqu K.D.Uşinski nahaq deməmişdir ki, müəllim şəxsiyyəti tərbiyədə hər şeydir. Müəllim öz bəlağətli nitqi ilə tədris etdiyi fənninin incəliklərini tələbə və şagirdlərinə sevdirdiyi kimi, bir şəxsiyyət kimi özünə hörmət və nüfuz da qazanır.
Yeni yetişən nəslin və gənc mütəxəssislərin nitq mədəniyyəti, əsasən, ali və orta məktəb müəllimlərinin fəaliyyətindən asılıdır. Ali məktəb tələbələri ədəbi dilin bütün normalarını bilməli və ona əməl etməlidir. Bu vəzifənin təməli orta məktəbdə qoyulmalı, ali məktəbdə isə bu iş tamamlanmalıdır. Bu işdə bütün fənn müəllimləri iştirak etməlidir. Tələbələrin əksəriyyəti burjua, sosial, demokrat və s. kimi sözlərin vurğusunu düzgün tələffüz etmirlər. Bu sözlər daha çox tarix dərslərində işlədilir. Əlbəttə, tarix müəllimi buna biganə qala bilməz.
Məlumdur ki, hər bir adamın nitqi onun keçirdiyi psixoloji proseslərdən və emosiyalardan asılıdır. Məsələn, mənfi emosiyaların təsiri altında olan tələbənin nitqinin psixo-linqvistik mexanizmi sanki bağlı olur. O, istədiyi fikri ifadə edə bilmir. Bu onun səsinin ahəngində, intonasiyasının pozulmasında, sözləri təhrif etməsində, dil vahidlərini bəzən düzgün seçə bilməməsində hiss olunur. Müəllim bu vaxt tələbinin səhvlərini düzəltməli, onun dil xətalarını təshih etməlidir.

Nitq mədəniyyəti problemi daha çox dil və bununla bağlı elmlər (ümumi dilçilik, dil tarixi, müasir dil və s.) və ədəbiyyatşünaslıqla bağlıdır.
Dil qanunlarını öyrənmək birinci növbədə dilçiliyin vəzifəsidir. Dilçilikdən dərs deyən müəllim ilk növbədə tələbənin nitqindəki dialektizmlərlə mübarizə aparmalıdır.
Ədəbi tələffüz, yüksək nitq mədəniyyəti normaları ədəbiyyat dərslərində daha böyük zərurət kəsb edir. Bədii sözün estetik duyumu, onun ekspressiv siqləti, induktiv təsiri məhz onu yüksək ədəbi dillə çatdırmağı tələb edir.
Klassik ədəbiyyatımızdakı əruzun bütün bəhrlərini təfılələri üzrə düzgün mənimsəmədən klassik şeiri nə demək, nə də tədris etmək olar.
Şeirin xüsusiyyətlərindən, daxili məzmunundan, onun hansı auditoriyada deyilməsindən çox şey asılıdır. Burada şablondan istifadə etmək olmaz.
Müəllim özü tələbənin nitq mədəniyyətinin formalaşmasında nümunə olmalıdır. Müəllim nitqi mühazirə ilə seminarda, birinci kursla beşinci kursda, milli auditoriya ilə qeyri-milli auditoriyada eyni ola bilməz.

Ritorika və fiziologiya.
Məlumdur ki, şifahi nitq səsli dildir. Burada səsin böyük rolu vardır. Ritorun səs telləri (bütövlükdə səs cihazı) sağlam olmalıdır. Nə qədər gözəl sözlər işlədirsə işlətsin, səsi xırıltılı, dili pəltək olan natiq heç bir uğur qazana bilməz. Fizioloji qüsur olaraq kəkələmək də nitqin eybəcərliyinə gətirib çıxarır.
Danışıq səslərinin düzgün tələffüzü, orfoepiya qaydalarına riayət etmək nitqi gözəlləşdirən amillərdən biridir. Bəzən elə adamlara rast gəlmək olur ki, nitq axını prosesində sanki ilişmələr baş verir. Buna görə də istər-istəməz danışanın nitqi qırılır. Bu, həm onun özünə, həm də dinləyiciyə pis təsir edir. Nitqin fizioloji qüsurlarını aradan qaldırmaq üçün Loqopediya adlanan elm sahəsi mövcuddur (loqos — yunanca söz, pediya -təlim deməkdir). Əgər nitqi qüsurlu uşağın eşitmə qabiliyyəti varsa, onun nitq qüsurlarını aradan qaldırmaq mümkündür. Eşitmə qabiliyyəti də nitqin bəlağətli alınmasında əhəmiyyətli rol oynayır. Əgər, ritorun özü zəif eşidirsə, o, qışqıra-qışqıra danışacaq. Onda bəlağətli nitqin keyfiyyətlərindən biri aradan çıxmış olacaqdır. Belə nitqə heç kəs qulaq asmaz.

Ritorika və məntiq.
Məntiq sözü ərəbcə nitq sözündəndir. Ritorun nitqinin effekti onun məntiqiliyindən asılıdır. Ritor öz nitqini elə qurmlıdır ki, məntiqin heç bir qanunu pozulmasın. Məntiqin dillə əlaqəsi o qədər möhkəmdir ki, XIX əsrdə Avropa dilçiliyində məntiqizm cərəyanı yaranmışdı. Onlar dil qanunlarını məntiqlə eyniləşdirirdilər. Halbuki onları eyniləşdirmək olmaz. Ritorikanın məntiqlə əlaqəsinə gəldikdə göstərmək lazımdır ki, məntiqə əsaslanmayan heç bir cümlə obyektiv gerçəkliyi əks etdirə bilməz. Başqa sözlə desək, qrammatik cəhətdən düzgün qurulmuş söz birləşməsi (qarpız kababı, günəş küftəsi və s.) və cümlə (Sumqayıt günəşin anasına şikayət etdi ki, əlimə su tökməyib) obyektiv gerçəkliyi əks etdirmir. Yəni məntiqi cəhətdən düzgün deyil, insan təfəkkürünə sığmır.

Hər bir ritor məntiqi cəhətdən cümləsini düzgün qurmalı olduğu kimi, sübutlardan faktlardan düzgün və yerində istifadə edə bilməlidir. Onun mülahizə və mühakimələri düzgün və konkret olmalı, əqli ümumiləşdirməsi dinləyicini razı salmalıdır.
Ritor məntiqi sillogizmlərdən öz nitqində geniş istifadə edə bilməli, onları dinləyiciyə çtdırmağı bacarmalıdır. Habelə hökmün silloqistik ifadələrindən düzgün istifadə edə bilməlidir. Onlar aşağıdakılardır:

1) Barbara — Ümumi iqrarı hökm — Bütün tələbələr insandır.
2) Selarent — Xüsusi iqrarı hökm — Bəzi tələbələr əlaçıdır. Yasəmən bəzi tələbələrdəndir.

Deməli, Yasəmən əlaçıdır, əlaçı olduğu üçün tələbədir, tələbə olduğu üçün insandır.
Belə silloqistik hökmlərin nəticələri həmişə düzgün olur.

Təfəkkürün bütün (eyniyyət, ziddiyyət, kafi əsas, üçüncünü istisna) qanunları dildə öz əksini tapdığı üçün ritor bunlardan istifadə edə bilməli və ya onları nəzərə almalıdır. Məqsəddən uzaq düşməmək üçün kafi əsas qanununun nitqdə roluna baxaq. Bu qanun tələb edir ki, fikrini sübut üçün kafi əsas olduqda onu əlavə dəlillərlə yükləmək olmaz. Bu haqda A.Bakıxanov deyirdi:

Müddəanı sübut üçün eldə belə məsəl var,
Artıq sözlər küfrə dönər, məsələni gəl qutar.

Bir qədim rəvayət də bu haqda dəyərli material kimi verilir. Orada deyilir:

Bir nəfər öz dostu — hökmdarın evinə qonaq gedəndə həmişə böyük təntənə ilə qarşılanırmış. Bir dəfə də dostu gilə gedəndə onu heç kəs qarşılamır. İçəri ginib bunun səbəbini soruşduqda dostunun arvadı deyir: Ərimin sizi təntənə ilə qarşılamamağmm düz 86 səbəbi var. Qoy onları sayım:

Birinci — ərim artıq ölmüşdür.

Dostu təəssüflə deyir:
— Daha 85 səbəb lazım deyil.

Əgər müəllim ən yaxşı ritor olsa belə, «isim» bəhsini keçəndə bütün adları sadalasa, üç günə qurtarmaz. Onda ona heç kəs qulaq asmaz.




Müəllif: Adil Babayev
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). “Gənclik” nəşriyyatı, Bakı,2015. 572 səh.

  • Teqlər:
  • azərbaycan dili
  • , nitq mədəniyyəti
  • , müasir Azərbaycan dili
  • , ritor məntiqi
  • , ritorika
  • , pedaqogika
  • , ümumi dilçilik
  • , psixologiya
  • , məntiq

Dilçiliyə giriş

Oktyabrın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) Auditoriya+ şöbəsinin təşkilatçılığı ilə universitetin Ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin “Dilçiliyə giriş” kitabının təqdimat mərasimi keçirilib.

Açılış nitqi ilə çıxış edən Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov Dilçiliyə giriş fənninin Azərbaycan, rus və ingilis dillərində tədris olunduğunu qeyd edib. O,həmin fənninəhəmiyyətindən danışaraq onun dilçiliyin öyrənilməsində böyük rol oynadığını bildirib.

Kitabın müəllifi F.Veysəlli iştirakçıları salamlayıb və onlara tədbirə qatıldıqları üçün təşəkkür edib. Daha sonra “Dilçiliyə giriş” kitabı haqqında məlumat verən professor müəllifi olduğu dərs vəsaitinin xüsusiyyətləri, müraciət etdiyi mövzulardan söz açıb. O, qeyd edib ki, kitabı hazırlayarkən dünya dilçilik irsinin Azərbaycana gətirilməsi, azərbaycanlı tələbələri elmin yeni nailiyyətləri ilə tanış etmək, onlara dilçiliyin əsaslarını çatdırmaq, eyni zamanda nəzəriyyə ilə təcrübəni əlaqələndirmək məqsədlərini ön plana çıxarıb. F.Veysəllinin sözlərinə görə, 20 fəsildən ibarət olan kitabda müasir dilçiliyin problemlərinin həlli araşdırılıb, həmçinin kitaba 100 test tapşırığı əlavə olunub.

Digər çıxışçılar “Dilçiliyə giriş” kitabını dilə geniş nəzəri müddəalar gətirən, dilçilik elmini ictimaiyyətə çatdıran, tələbələr və tədqiqatçılar üçün çox böyük təcrübi əhəmiyyətə malik olan, dilə insan nöqteyi-nəzərindən yanaşan təqdirəlayiq bir dərs vəsaiti kimi qiymətləndiriblər. Onlar müəllifə yaradıcılığında uğurlar arzulayıblar.

Tədbirin sonunda Auditoriya+ şöbəsinin müdiri Bədirə Kərimova F.Veysəlliyə uğurlarının davamlı olmasını arzulayıb və ona hədiyyə təqdim edib.

Qeyd edək ki, “Dilçiliyə giriş” kitabı dilin və dilçiliyin yaranması, dilin strukturu və sistemi, dilçiliyin şöbələri və başqa elmlərlə əlaqəsi məsələlərini, dilçiliyin obyekt və predmetini, onun tədqiqat metodlarınıişıqlandırır, dilin daxili strukturunu açıb göstərir,söz və cümlə semantikasını müasir nəzəriyyələr baxımından şərh edir.

Dilçiliyə giriş

Yüklənir. Zəhmət olmasa gözləyin.

Azərbaycan Dillər Universitetində “Dilçiliyə giriş” kitabının təqdimatı keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ şöbəsinin təşkilatçılığı ilə bu ali məktəbin ümumi dilçilik kafedrasının professoru, eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin “Dilçiliyə giriş” kitabının təqdimat mərasimi keçirilib.
Kafedranın müdiri, professor Azad Məmmədov dilçiliyə giriş fənninin Azərbaycan, rus və ingilis dillərində tədris olunduğunu söyləyib. Bu fənnin əhəmiyyətini qeyd edən professor onun dilçiliyin öyrənilməsində böyük rol oynadığını diqqətə çatdırıb.
Kitabın müəllifi F.Veysəlli “Dilçiliyə giriş” dərs vəsaiti haqqında məlumat verib, nəşrin xüsusiyyətləri, müraciət etdiyi mövzular barədə danışıb. O qeyd edib ki, kitabı hazırlayarkən dünya dilçilik irsini Azərbaycana gətirmək, azərbaycanlı tələbələri elmin yeni nailiyyətləri ilə tanış etmək, onlara dilçiliyin əsaslarını çatdırmaq, eyni zamanda, nəzəriyyə ilə təcrübəni əlaqələndirmək məqsədlərini ön plana çıxarıb. F.Veysəllinin sözlərinə görə, iyirmi fəsildən ibarət olan kitabda müasir dilçiliyin problemlərinin həlli araşdırılıb, həmçinin kitaba 100 test tapşırığı əlavə olunub.
Digər çıxış edənlər də “Dilçiliyə giriş” kitabını dilə geniş nəzəri müddəalar gətirən, dilçilik elmini ictimaiyyətə çatdıran, tələbələr və tədqiqatçılar üçün çox böyük təcrübi əhəmiyyətə malik olan, dilə insan nöqteyi-nəzərindən yanaşan təqdirəlayiq bir dərs vəsaiti kimi dəyərləndirib, müəllifə uğurlar arzulayıblar.
Qeyd edək ki, “Dilçiliyə giriş” kitabı dilin və dilçiliyin yaranması, dilin strukturu və sistemi, dilçiliyin şöbələri və başqa elmlərlə əlaqəsi məsələlərini, dilçiliyin obyekt və predmetini, onun tədqiqat metodlarını işıqlandırır, dilin daxili strukturunu açıb göstərir, söz və cümlə semantikasını müasir nəzəriyyələr baxımından şərh edir.


ADU-nun Mətbuat xidməti

  • Baxış: 6528
    Xəbərin tarixi: 27.10.2017 / 13:52

Comments are closed, but trackbacks and pingbacks are open.