Diplomatiya və diplomatik xidmət
Bakı, 2 may (AzərTAc). Qərb Universitetinin professoru, tanınmış politoloq Fikrət Sadıxovun “Diplomatiya və diplomatik xidmət. Əsaslar, prinsiplər, təcrübə” adlı yeni kitabı çapdan çıxmışdır.
Diplomatik xidmətin əsasları və prinsiplərinin təhlilinə həsr edilmiş kitabda diplomatiyanın yaranması və inkişaf tarixi, diplomat peşəsi üçün zəruri olan xüsusiyyət və keyfiyyətlər, dövlətlərin xarici siyasət idarələrinin, xaricdəki diplomatik nümayəndəliklərin quruluşu və fəaliyyəti, dövlətlərarası diplomatik münasibətlərin yaradılması təcrübəsi müasir dövrün tələbləri baxımından geniş şərh olunmuşdur.
Kitabda, həmçinin Azərbaycanın xarici siyasəti və diplomatiyası məsələlərinə də yer verilmişdir.
Beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisasları üzrə təhsil alanlar, habelə beynəlxalq münasibətlər sistemi və diplomatiya ilə maraqlananlar üçün nəzərdə tutulmuş kitab on fəsildən ibarətdir.
Əsərin ilk fəslində diplomatiya və diplomatik xidmət anlayışından bəhs olunur. Müəllif yazır ki, diplomatiya dövlətin xarici siyasətinin həyata keçirilməsi üçün vasitə olub, konkret şərait və yerinə yetirilən vəzifələrin xarakteri nəzərə alınmaqla tətbiq edilən qeyri-hərbi praktik tədbirlərin, üsul və metodların məcmusudur. Onun əsas vasitəsi isə danışıqlardır.
Diplomatiyanın yaranma və inkişaf tarixinə həsr olunmuş fəsildə qədim dövrlərdən günümüzədək diplomatiyanın inkişafı təhlil olunmuşdur. Fəsildə qədim Şərq diplomatiyasına aid Manu qanunları, habelə qədim Misir, Babilistan, Çin, Roma, Bizans diplomatiyasından, eləcə də müasir diplomatiyadan söhbət açılmışdır. Bu fəsildə Azərbaycanın Ağqoyunlu və Səfəvilər dövlətlərinin diplomatiyası da geniş təhlil edilmişdir. Qeyd olunmuşdur ki, Ağqoyunlu və Səfəvilər dövlətlərinin Qərb ölkələri ilə, o cümlədən Papalıq (Vatikan), Rodos dövləti, Venesiya, Macarıstan və digər dövlətlərlə geniş diplomatik münasibətləri olmuşdur.
Növbəti fəsildə diplomat sənətinin əsas xüsusiyyətlərindən, zəruri keyfiyyətlərindən, bu sənətin yaranma tarixindən söz açılmışdır. Bu fəsildə Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları haqqında da ətraflı məlumat verilmişdir.
Kitabın maraqlı bölmələrindən biri “Xarici əlaqə orqanları. Xarici işlər idarəsi – dövlətin xarici siyasətini həyata keçirən təşkilatdır” adlı fəsildir. Burada ayrı-ayrı ölkələrin, o cümlədən Azərbaycan, ABŞ, Almaniya, Böyük Britaniya, Yaponiya, Fransa, Çin və digər ölkələrin xarici siyasət idarərlərinin strukturundan, fəaliyyətindən danışılmışdır.
Növbəti fəsildə dövlətlərin tanınması və diplomatik münasibətlərin yaranmasından, diplomatik nümayəndənin təyin edilməsi və geri çağırılması qaydalarından, müxtəlif ölkələrdə etimadnamələrin təqdimetmə mərasimlərinin xüsusiyyətlərindən bəhs olunmuşdur.
Müəllif “Xaricdəki diplomatik nümayəndəliklərin strukturu, vəzifələri, funksiyaları” fəslində daimi diplomatik nümayəndəlik, səfirlik və konsulluqların fəaliyyətini şərh etmişdir. Qeyd edilmişdir ki, 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq səfirlər dövlət başçısının yanında, diplomatik nümayəndələr hökumət başçısının yanında, müvəqqəti işlər vəkili isə xarici işlər naziri yanında akkreditə olunurlar.
Fəsildə diplomatik nümayəndəliyin hüquqi statusu və heyəti, səfirliyin strukturu, işinin forma və metodları, diplomatik sənədlər və rütbələr haqqında ətraflı məlumat verilmişdir.
Növbəti fəsillərdə diplomatik korpus və diplomatik korpusun duayeni, diplomatik protokol qaydaları, qəbulların təşkili və konsul xidməti geniş təhlil edilmişdir.
Kitabda, həmçinin diplomatik əlaqələr haqqında Vyana Konvensiyası, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu da verilmişdir.
Nəşrin hazırlanmasında “İlham Əliyev: Azərbaycanıma inanıram” kitabından, habelə müxtəlif elmi mənbələrdən, lüğətlərdən istifadə olunmuşdur.
Təhsil Nazirliyinin əmri ilə kitabdan ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilməsi tövsiyə olunmuşdur. Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Həsən Əlibəylidir.
Diplomatiya və diplomatik xidmət
Hüquqi dövlət quruculuğunda diplomatiyanın rolu
Beynəlxalq münasibətlər və diplomatiya bir-biri ilə sıx əlaqədədir. Müvafiq ədəbiyyatda � diplomatiya � və � diplomatiya tarixi � anlayışları haqqında geniş bəhs edilib . Aydındır ki , diplomatiya tarixinin predmeti diplomatiya ilə müəyyən olunur . Lakin diplomatiyaya dair çoxsaylı ədəbiyyatda, hələlik, hamı tərəfindən qəbul edilən vahid tərif yoxdur . Qeyd edək ki , diplomatiya � diplom � ( yunan dilində diploma – ikiqat yığılmış sənədlər deməkdir) sözündəndir. Diplomatiya və diplomatik anlayışları isə XVII əsrdə tətbiq edilib . İngiltərədə ilk dəfə 1645-ci ildə � diplomatiya � anlayışından istifadə olunub , məşhur alim Q.V.Leybnistin (1646-1716) diplomatik hüquq külliyyatından (1693) sonra diplomatik anlayışı dövriyyəyə daxil edilib . Lakin � diplomatiya � anlayışı müasir anlamda ilk dəfə fransız diplomatı Fransua Kalyerin 1716-cı ildə çap olunmuş kitabında (� Hökmdarlarla danışıqlar aparılmasının üsulları�) yanaşma və yüksək əxlaqi prinsiplərə əsaslanan elm və sənət kimi baxılır. Diplomatiya və diplomatik fəaliyyətin genişlənməsi bu sahədə elmi-təcrübi fəaliyyəti də canlandırır.
Qeyd edildiyi kimi , diplomatiyanın hamı tərəfindən qəbul edilən tərifi yoxdur . Hətta vaxtilə SSRİ Xarici İşlər Nazirliyi tərəfindən buraxılan diplomatiya lüğətinin müxtəlif nəşrlərində eyni anlayış müəyyən qədər fərqli verilmişdir . Bununla birgə diplomatiyanın əsas məzmunu və mahiyyəti üzrə mövqelər eynidir . Diplomatiya beynəlxalq münasibətlər elmi , dövlətlərin xarici siyasəti qarşısında duran məqsəd və vəzifələri dinc yol ilə həyata keçirən danışıqlar sənətidir. Buradan beynəlxalq münasibətlər və diplomatiya arasındakı mühüm əlaqə ortaya çıxır. Ədəbiyyatlardan birində göstərildiyi kimi diplomatiya çox vaxt və səhvən beynəlxalq münasibətlərlə eyniləşdirilir. Əslində, diplomatiya özlüyündə bu münasibətlər üzərində � üstqurum �.
Beynəlxalq münasibətlər və diplomatik fəaliyyət zəngin tarixi irs yaradıb. Bu sahədə xeyli nəşrlər vardır. Diplomatiyanı dövlət özündə həll edilən vəzifənin konkret şərait və xarakterini nəzərə almaqla tətbiq edilən praktik tədbirlərin, üsul və metodların məcmusunu, dövlət və hökumət başçılarının, xüsusi xarici əlaqələr orqanlarının dövlət maraqların ı əks etdirən rəsmi fəaliyyətini əks etdirən dövlətin xarici siyasətini həyata keçirən xüsusi vasitə kimi də səciyyələndirirlər.
XVIII-XIX əsrlərdə Qərbi Avropada – dövlətlərinin diplomatiyasının xüsusiyyətlərindən bəhs edərkən buraya xarici bazarların əldə olunması, dünyanın yenidən bölünməsi, dünya iqtisadiyyatı və siyasi hökmranlıq uğrunda mübarizəni daxil edirlər. Yeni dövrün diplomatiyası demokratik dəyişikliklərin həyata keçirilməsində hüquqi dövlətlərin yaranmasında da əsaslı rol oynadı.
1961-ci ildə diplomatik münasibətlər haqqında Vyana Konvensiyası əsasında həyata keçirilən diplomatiyanın əsas formalarına diplomatik protokol , etimad qramotaları, diplomatiyanın funksiyalarına diplomatik ünsiyyət və yazışmaları diplomatiyasının metod və vasitələrinə rəsmi səfərlər və danışıqlar, diplomatik qurultaylar , konfranslar , müşavirəl ər və görüşlər, ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin hazırlanması və bağlanması, beynəlxalq təşkilatların işində iştirak , diplomatik sənədlərin nəşrini aid edirlər. Beynəlxalq hüquq diplomatik nümayəndələrin olduqları ölkələrin daxili işlərinə qarışmağı qadağan edir . Diplomatik xidməti yerinə yetirən orqanlar və məsul şəxslər olduqları ölkələrdə ümumi qəbul etmiş hüquqlardan və diplomatik imtiyazlardan ( diplomatik heyət və binanın toxunulmazlığı, şifrəli yazılmaq və diplomatik örtülü əlaqələrdən istifadə hüququ , dövlət bayraqlarının qaldırılması, gömrük imtiyazlar ı və s .) istifadə edirlər.
Azərbaycanda beynəlxalq münasibətlər və diplomatiya tarixinin öyrənilməsi digər ölkələrdən fərqli inkişaf yolu keçib . Bu sahədə müəyyən işlər görülməsinə baxmayaraq , tədqiqatlar uzun dövr ərzində kompleks xarakterdə olmayıb. SSRİ-nin dağılması və Azərbaycanın Dövlət � Müstəqilliyini bərpa etməsindən sonra vəziyyət dəyişdi. Müstəqil dövlət kimi Azərbaycan Respublikasını beynəlxalq münasibətləri və diplomatik əlaqələri genişləndi. Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutudu , dövlətin mənafeyini tam əks etdirən xarici siyasət konsepsiyası hazırlandı. Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi ilə beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyi daha da möhkəmlənib, güclü diplomatik xidmət formalaşdırılıb. İlham Əliyev Azərbaycan Respublikasın ın diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsində (2008-ci il 7 iyul ) demişdir : � Bu müşavirələr artıq ənənəvi xarakter daşıyır və hamımız yaxşı bilirik ki , müşavirələrin çox gözəl nəticələri olur . Təbii ki , bizim xarici siyasətimiz çox açıqdır. Aydındır, çox səmimidir və bizim bütün bəyanatlarımız, atdığımız addımlar bütün ictimaiyyət üçün aydındır. Amma , eyni zamanda , müəyyən mərhələlərdə, daha dəqiq siyasi kursun müəyyənləşməsi əhəmiyyət kəsb edir �. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki fəal rolu və diplomatik əlaqələri problemin tarixinə də marağı genişləndirdi. Artıq bu sahə tədqiqat istiqaməti kimi hərtərəfli inkişaf etməkdədir.
Azərbaycanın beynəlxalq münasibətləri və diplomatiya tarixinin intensiv tədqiqi ilə müqayisədə onun sənəd və materiallarından ibarət bazasının yaradılması nisbətən geridə qalır. Bu boşluğu aradan qaldırmaq məqsədilə xeyli müddətdən bəri aparılan məqsədyönlü iş sahəsində əldə edilmiş sənəd və materialların bir hissəsi çap olunur .
Məlumdur ki , dövlətlərarası müqavilələr həm diplomatiyada , həm beynəlxalq münasibətlər tarixində, həm də beynəlxalq hüquqda öyrənilir. Bu , Azərbaycanda da belədir. Lakin dövlətlərarası müqavilələr Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir . Bu da təsadüfi deyil . Belə ki , yalnız dövlətlərarası müqavilələr beynəlxalq münasibətlər və Azərbaycanın diplomatiya tarixini ardıcıl və sənədli şəkildə ortaya çıxarmağa imkan verir . Bu sahənin tarixinin rekonstruksiyasını bilavasitə bu sənədlər əsasında həyata keçirilməsi daha real görünür . Dövlətlərarası müqavilənin istər Azərbaycan, istərsə də, digər dövlətlərin xarici siyasətinin fundamental sənədləri ilə birlikdə nəzərdən keçirilməsi qeyd edilməlidir.
Azərbaycan diplomatiyasının inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olmuş və İlham Əliyev tərəfindən də uğurla davam etdirilir . V.Abdullayev �Heydər Əliyevin diplomatiyası dövlət müstəqilliyimizin rəhmidir� məqaləsində yazır: �Heydər Əliyev səriştəli siyasətçi və təcrübəli dövlət xadimi kimi yaxşı dərk edirdi ki , xalqın xüsusilə, son 70 ildə onsuz da totalitar rejimli �ehkamçı mühitində formalaşmış� mənlik şüuru , tarixi yaddaşı yeni reallıqların ziddiyyətləri ilə üzləşəcək və əgər onun iradəsi düzgün məcraya istiqamətləndirilməsə, labüd fəlakətlər baş verəcəkdir. Belə də oldu . Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasına, xalqın demokratik hüquq və azadlıqlar əldə etməsi üçün real şəraitin yaradılmasına baxmayaraq , ölkənin hansı çətinliklərlə üzləşəcəyini yalnız Heydər Əliyev zəkası dərk edə bilərdi. Odur ki , rəhbərliyə yenidən qayıdarkən Onun dirçəlişi və diqqəti naminə bütün səy və bacarığını əsirgəmədi. Çünki başqa yol qalmamışdır: iqtisadiyyatı bərbad vəziyyətdə görməsi Onun qəlbini ağrıtmışdı. Xalqın yoxsul vəziyyətə düşm ə si siyasi qüvvələrin qarşıdurmasının gərgin şəkil alması cəmiyyətdə hərc-mərcliyin baş alıb getməsi Onun az qala bütün varlığını sarsıtmışdı. Bəşər svilizasiyasının inkişaf məntiqi dəfələrlə sübut etmişdir ki , keçmişdə olduğu kimi , indi də milli azadlıq hərəkatında ən ülvi , ən ağrılı məqamlar – azadlıq idealı naminə tökülən qanlar , əvəzsiz qurbanlar , insan kədərinin miqyası, verilən maddi və mənəvi itkilər xalqların yadadşından heç zaman silinmir . Bəlkə də tarixin ibrət dərsinin müdrikliyi bundadır ki , hər bir millətin sosial təfəkkürünü məhz onun tarixi gerçəkliyinin ağrılı səhifələri formalaşdırır, tarixi qüsurları vaxtında aradan qaldırmaq immunitenti yaradır, gələcəyə nikbin baxmaq potensialın ı artırır�.
Hüquqi dövlət bazar iqtisadiyyatını və demokratik vətəndaş cəmiyyəti quruculuq yolunu tutmuş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin möhkəmlənməsi uğurlu diplomatiyadan asılıdır. Ulu Öndər Heydər Əliyev deyirdi : �Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən hesab edirəm. Bu sahədə mən daim çalışacağam ki , və heç kəsin şübhəsi olmasın ki , ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun , yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq , bildirmək istəyirəm ki , Mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyi itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq , heç bir başqa dövlətin əsarəti altına düşməyəcək�.
Dünyanın ən uzaqgörən diplomatı olan Heydər Əliyev hüquqi dövlət quruculuğunu diplomatik fəaliyyətlə uğurla uzlaşdırırdı. Uzaqgörən siyasətçi Heydər Əliyev ölkədə daxili sabitliyin təmin olunmasını ön plana çəkməklə, cəmiyyətdə əmin-amanlıq yaratmağı mühüm milli vəzifə hesab etməklə, məhz bu əsas üzərində Azərbaycanın xarici ölkələrə normal əlaqələrinin yaradılmasını vacib şərt sayırdı. İkinci qayıdışa qədər ölkədə sabitliyin olmaması üzündən, hətta Orta Asiyanın istiqlaliyyət qazanmış türk xalqlarının dövlətləri də Azərbaycanla əlaqələrini faktik olaraq kəsmişdilər. Bir sözlə, Heydər Əliyevin ölkənin rəhbərliyinə gəlməsinə qədər respublikanın mənəvi-siyasi durumu ciddi və yeni diplomatik fəaliyyətə ehtiyac yaratmışdır. Görkəmli diplomat başa düşürdü ki , ölkənin daxili , özü də ağır iqtisadi-siyasi problemlərinin həlli dünya birliyinə səriştəli xarici siyasətlə çıxmaq Avropa , Amerika və Asiya ölkələri ilə geniş hərtərəfli və məhsuldar əlaqələr qurmaq lazımdır. Belə ki , diplomatiyanın əsasında isə demokratiya və sülh siyasəti qurmalı, bəşəri dəyərlərə xüsusi yer ayrılmalı idi .
Heydər Əliyevin siyasi-diplomatik fəaliyyətində dövlətçilik siyasəti diplomatiyasında demokratik prinsiplərin bərqərar olması əsas yer tutur . V.Abdullayev bunun əsas səbəblərini belə izah edir : �Əvvəla, ona görə ki , bunun tarixi zəmini vardır. Əsrlər boyu qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşamış xalqların həyat tərzi bunu aşkar nümayiş etdirir . İkincisi , tarixin amansız gedişatı nətic əsində vaxtı ilə Şərqdə ilk demokratik respublika qurulmuş Azərbaycan xalqının iradə və istəyindən asılı olmayaraq , ölkədə yenicə cücərməyə başlayan demokratik proseslər dayandırılmışdır. Lakin tarix uzun məşəqqətlər hesabına olsa da , xalqımıza müstəqilliyini bərpa etmək imkanı vermiş , qədim mədəniyyəti ilə müasir sivilizasiya məkanına qovuşmasına real şərait yaratmışdır. Heydər Əliyev diplomatiyasının başlıca prinsipi Azərbaycanı dünyaya tanıtmaq, fövqəldövlətlərlə və dünya dövlətlərilə diplomatik münasibətləri xalqımızın milli mənafeyini nəzərə almaqla daha da yaxşılaşdırmaq və inkişaf etdirmək idi . Heydər Əliyevin diplomatik fəaliyyətini sovet dövrü , Moskva dövrü və müstəqillik dövrü olmaqla üç mərhələyə ayırırlar. Üçüncü mərhələ Heydər Əliyev diplomatiyasının ən önəmli dövrü hesab olünür �.
Heydər Əliyevin müdrik siyasəti sübut edir və etməkdədir ki , məhz bu təcrübəli dövlət xadiminin diplomatik fəaliyyəti dövründə suveren Azərbaycan Respublikasının Qərb ölkələri, xüsusilə, ABŞ-la həm diplomatik , həm də iqtisadi münasibətləri geni ş vüsət almışdır.
Bu gün iftixarla demək olar ki , Ulu Öndər Heydər Əliyevin ideyaları ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və günü-gündən genişlənməkdədir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2011.- 30 dekabr.- S.13.
DİPLOMATİYA VƏ DİPLOMATİK XİDMƏT HAQQINDA DƏYƏRLİ ƏSƏR
Bakı, 2 may (AzərTAc). Qərb Universitetinin professoru, tanınmış politoloq Fikrət Sadıxovun “Diplomatiya və diplomatik xidmət. Əsaslar, prinsiplər, təcrübə” adlı yeni kitabı çapdan çıxmışdır.
Diplomatik xidmətin əsasları və prinsiplərinin təhlilinə həsr edilmiş kitabda diplomatiyanın yaranması və inkişaf tarixi, diplomat peşəsi üçün zəruri olan xüsusiyyət və keyfiyyətlər, dövlətlərin xarici siyasət idarələrinin, xaricdəki diplomatik nümayəndəliklərin quruluşu və fəaliyyəti, dövlətlərarası diplomatik münasibətlərin yaradılması təcrübəsi müasir dövrün tələbləri baxımından geniş şərh olunmuşdur.
Kitabda, həmçinin Azərbaycanın xarici siyasəti və diplomatiyası məsələlərinə də yer verilmişdir.
Beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisasları üzrə təhsil alanlar, habelə beynəlxalq münasibətlər sistemi və diplomatiya ilə maraqlananlar üçün nəzərdə tutulmuş kitab on fəsildən ibarətdir.
Əsərin ilk fəslində diplomatiya və diplomatik xidmət anlayışından bəhs olunur. Müəllif yazır ki, diplomatiya dövlətin xarici siyasətinin həyata keçirilməsi üçün vasitə olub, konkret şərait və yerinə yetirilən vəzifələrin xarakteri nəzərə alınmaqla tətbiq edilən qeyri-hərbi praktik tədbirlərin, üsul və metodların məcmusudur. Onun əsas vasitəsi isə danışıqlardır.
Diplomatiyanın yaranma və inkişaf tarixinə həsr olunmuş fəsildə qədim dövrlərdən günümüzədək diplomatiyanın inkişafı təhlil olunmuşdur. Fəsildə qədim Şərq diplomatiyasına aid Manu qanunları, habelə qədim Misir, Babilistan, Çin, Roma, Bizans diplomatiyasından, eləcə də müasir diplomatiyadan söhbət açılmışdır. Bu fəsildə Azərbaycanın Ağqoyunlu və Səfəvilər dövlətlərinin diplomatiyası da geniş təhlil edilmişdir. Qeyd olunmuşdur ki, Ağqoyunlu və Səfəvilər dövlətlərinin Qərb ölkələri ilə, o cümlədən Papalıq (Vatikan), Rodos dövləti, Venesiya, Macarıstan və digər dövlətlərlə geniş diplomatik münasibətləri olmuşdur.
Növbəti fəsildə diplomat sənətinin əsas xüsusiyyətlərindən, zəruri keyfiyyətlərindən, bu sənətin yaranma tarixindən söz açılmışdır. Bu fəsildə Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları haqqında da ətraflı məlumat verilmişdir.
Kitabın maraqlı bölmələrindən biri “Xarici əlaqə orqanları. Xarici işlər idarəsi – dövlətin xarici siyasətini həyata keçirən təşkilatdır” adlı fəsildir. Burada ayrı-ayrı ölkələrin, o cümlədən Azərbaycan, ABŞ, Almaniya, Böyük Britaniya, Yaponiya, Fransa, Çin və digər ölkələrin xarici siyasət idarərlərinin strukturundan, fəaliyyətindən danışılmışdır.
Növbəti fəsildə dövlətlərin tanınması və diplomatik münasibətlərin yaranmasından, diplomatik nümayəndənin təyin edilməsi və geri çağırılması qaydalarından, müxtəlif ölkələrdə etimadnamələrin təqdimetmə mərasimlərinin xüsusiyyətlərindən bəhs olunmuşdur.
Müəllif “Xaricdəki diplomatik nümayəndəliklərin strukturu, vəzifələri, funksiyaları” fəslində daimi diplomatik nümayəndəlik, səfirlik və konsulluqların fəaliyyətini şərh etmişdir. Qeyd edilmişdir ki, 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq səfirlər dövlət başçısının yanında, diplomatik nümayəndələr hökumət başçısının yanında, müvəqqəti işlər vəkili isə xarici işlər naziri yanında akkreditə olunurlar.
Fəsildə diplomatik nümayəndəliyin hüquqi statusu və heyəti, səfirliyin strukturu, işinin forma və metodları, diplomatik sənədlər və rütbələr haqqında ətraflı məlumat verilmişdir.
Növbəti fəsillərdə diplomatik korpus və diplomatik korpusun duayeni, diplomatik protokol qaydaları, qəbulların təşkili və konsul xidməti geniş təhlil edilmişdir.
Kitabda, həmçinin diplomatik əlaqələr haqqında Vyana Konvensiyası, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu da verilmişdir.
Nəşrin hazırlanmasında “İlham Əliyev: Azərbaycanıma inanıram” kitabından, habelə müxtəlif elmi mənbələrdən, lüğətlərdən istifadə olunmuşdur.
Təhsil Nazirliyinin əmri ilə kitabdan ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilməsi tövsiyə olunmuşdur. Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Həsən Əlibəylidir.
Bizi sosial şəbəkələrdə izləyin
Diplomatiyanın mənası
Videonuz: Müharibədə qazandıqlarımızı diplomatiyada uduzuruq.
MəZmun
Diplomatiya nədir:
Kimi tanınır diplomatiya üçün bəzi xalqların maraqları və digərləri ilə əlaqələri haqqında bilik. Ayrıca, diplomatiya kimi görülür dövlətlərin beynəlxalq münasibətlərdəki xidməti.
Diplomatiya, Beynəlxalq Hüququ tanıyan beynəlxalq hüququn bir subyekti kimi görülür. Bundan əlavə, diplomatiya, xidmət göstərildiyi məqamlara çatmaq məqsədi ilə icraedici və alət xarakteri daşıyır.
Diplomatiyanın mövcudluğu Çində, Hindistanda və Misirdə qədim dövrlərdən başlayır və ibtidai təcrübəsi Qədim Yunanıstan və Romada institusionalizasiya olunur. Bununla birlikdə, on yeddinci əsrdə diplomatik prosedurların qurulduğu bir kod ortaya çıxdı və Vyana Konvensiyasında 1961-ci ildə diplomatik toxunulmazlıq kimi digər məqamlar quruldu, digərləri arasında diplomatik əlaqələr qarşılıqlı razılaşma ilə quruldu.
Beləliklə, diplomatiya bir dövlətin və ya hökumətin mənfəətlərini alıcı olaraq bilinən başqa bir xarici dövlətə və ya hökumətə qarşı irəli sürmək sənətidir. Diplomatiyanın əsas funksiyası Sülh razılaşmalarına və ya hər iki dövlət üçün maraqlı olan digərlərinə nail olmaq məqsədi ilə beynəlxalq münasibətlərin danışıqlar yolu ilə idarə olunmasıdır.
Yuxarıda göstərilənlərə istinad edərək, diplomatik münasibətlərdə iştirak etmək imkanına malik olan şəxslər və ya təşkilatlar beynəlxalq ictimaiyyət tərəfindən səfirlər, elçilər, dövlət başçıları, hökumət, xarici işlər naziri və ya diplomatik agentlər kimi tanınan şəxslərdir.
Məcazi mənada diplomatiya belədir aşkar və maraqsız nəzakət.
Digər tərəfdən, müddət diplomatik dövlət işlərinə qarışan şəxsə aiddir. Diplomat, mənafelərini qorumaq üçün gəldiyi dövləti dinc danışıqlar yolu ilə təmsil etmək və dövlətlər arasında diplomatik münasibətləri inkişaf etdirməklə xarakterizə olunur.
Etimoloji cəhətdən, diplomatiya sözü “sözləri ilə formalaşan Yunan mənşəlidir.diplo “ “ikiyə ikiqat” mənasını verən və şəkilçi “-ma”“ Bir hərəkətin nəticəsini ”ifadə edən.
Protektorata da baxın.
Xüsusi diplomatiya
Xüsusi diplomatiya, beynəlxalq məsələlərə və ya spesifikliyinə və müddətinə görə diplomatik nümayəndəliklər tərəfindən həll edilməyən məsələlərin həlli ilə xarakterizə olunur. Yuxarıda deyilənlərlə əlaqəli olaraq, müvəqqəti diplomatiya özünəməxsusluğu, müddəti və mənşəyi ilə xarakterizə olunur, həmçinin inkişafı və nəticəsi dövlətlərarası razılaşma ilə müəyyən edilir.
Parlament diplomatiyası
Parlament diplomatiyası hökumətlərarası təşkilatların üzv dövlətləri ilə təşkilatların özləri arasında inkişaf etdirilir. Hökumətlərarası bir təşkilata üzv dövlətlər, məsələn Birləşmiş Millətlər Təşkilatı sistemi inkişaf etdirmək məqsədi ilə daimi diplomatik nümayəndəliklər qururlar.
Korporativ diplomatiya
Korporativ diplomatiya, bir şirkətin istehsalı, satışı, alışı ilə əlaqəli və şirkət daxilində olanların hamısını bu və ya digər şəkildə təsir edə biləcək bütün münasibətlərdə mükəmməl bir tarazlığı qoruyub saxlaya biləcəyi fəaliyyətlər, fəaliyyətlər və qayğıdır. sözügedən şirkətin fəaliyyəti.
Sözügedən hərəkətlər, bir şirkətin bu tarazlığı qorumalı və “maraqlı tərəfləri” heç birinə mənfi təsir göstərməməli olduğu qərarların qəbul edilməsi və risk təhlilinə diqqət yetirilməsini tələb edir, bunun üçün protokol və müəyyən bir intizama tab gətirmələri lazımdır. ” korporativ diplomatiya.
Comments are closed, but trackbacks and pingbacks are open.