Press "Enter" to skip to content

Diqqət və hafizə

Ümumi psixologiya ixtisaslaşması üzrə:

Diqqət və hafizə

BDU-nun fakultələrində bakalavr və magistratura pillələrinin /Azərbaycan və rus bölimələrində/ əyani və qiyabi şöbələrində “Psixologiya” fənni, “Sosial elmlər və psixologiya” fakültəsinin psixologiya şöbəsində (bakalavr pilləsində) isə aşağıda qeyd edilən fənlər tədris edilir:

  1. Ümumi psixologiya (Psixologiyaya giriş)
  2. Ümumi psixologiya (Duyğu və qavrayış)
  3. Ümumi psixologiya (Diqqət və hafizə)
  4. Ümumi psixologiya (Nitq və təfəkkür)
  5. Ümumi psixologiya (Şəxsiyyət və fərdiyyət)
  6. Ümumi psixologiya (Emosiya və motivasiya)
  7. Psixologiyanın əsasları
  8. Psixologiya
  9. İnkişaf və yaş psixologiyası
  10. Psixofiziologiya
  11. Klinik psixologiya
  12. Xüsusi psixologiya
  13. Zoopsixologiya və müqayisəli psixologiya
  14. Psixogenetika
  15. Hüquq psixologiyası
  16. Psixologiya tarixi
  17. Psixologiyanın tədrisi metodikası
  18. Anomal inkişafın psixologiyası
  19. İnkişafdan geri qalan uşaqların psixologiyası
  20. Görmə funksiyasının pozulması və onun psixokorreksiyası
  21. İmkanları məhud uşaqların psixodiaqnostikası
  22. Əqli gerilik və onun psixokorreksiyası
  23. Autizmli uşaqlarda emosional iradi sferanın xüsusiyyətləri
  24. Daun sindromlu uşaqlarda nitq inkişafının xüsusiyyətləri və korreksiyası
  25. Xüsusi müəssisələrdə uşaqların seçilməsinin psixopatoloji müayinə metodları
  26. Eşitmə pozğunluqlarının psixokorreksiyası
  27. Hiperaktiv uşaqlarda diqqətin pozulması
  28. Sağlamlıq imkanları məhdud uşaqlarda pedaqoji diaqnostikanın əsas kriteriyaları
  29. Asperger sindromunun pedaqoji psixoloji xüsusiyyətləri
  30. Psixi sağlamlıq
  31. Ailə psixologiyası
  32. Yaş psixologiyası
  33. Şərq ölkələrinin etnopsixologiyası

Magistratura pilləsində müxtəlif ixtisaslar üzrə tədris edilən fənnlər:

  1. Psixologiya elminin müasir problemləri
  2. Psixologiya
  3. Psixologiya elminin tarixi və metodoloji problemləri
  4. Peşəseçmənin psixoloji məsələləri

Ümumi psixologiya ixtisaslaşması üzrə:

  1. Psixologiya elminin müasir problemləri
  2. Psixologiya elminin tarixi və metodoloji problemləri
  3. Peşəseçmənin psixoloji məsələləri
  4. Psixoloji elmlər sistemi: nəzəri və metodoloji məsələlər
  5. Psixoloji eksperiment: nəzəriyyə və praktika
  6. Psixologiyada idrakın səviyyələri və formaları
  7. Şəxsiyyətin psixologiyası
  8. Ümumi psixologiyada şüur və şüursuzluq problemi
  9. Ünsiyyət psixologiyası
  10. Psixi vəziyyət: nəzəriyyə və tətbiqi məsələlər
  11. XX əsr psixologiyasının nəzəri məktəbləri
  12. Təfəkkür psixologiyası, müasir vəziyyəti və inkişaf perspektivləri
  13. Yaradıcılığın ümumpsixoloji məsələləri
  14. Psixi proseslərin formalaşması və idarə olunması
  15. Azərbaycanda psixoloji fikrin təşəkkülü və inkişaf meylləri

Klinik psixologiya ixtisaslaşması üzrə:

  1. Beyin, psixika, psixi inkişaf
  2. Müasir klinik psixologiyanın strukturu
  3. Anomal uşaqların diaqnostikası və onlarla iş metodları
  4. Psixoloji diaqnostika, korreksiya, məsləhət və reabilitasiya problemləri
  5. İnsan psixikasının patoloji pozuntularının müasir problemləri.
  6. Psixoterapiyanın aktual məsələləri.
  7. Şəxsiyyətin anomaliyası problemi
  8. Neyropsixologiyanın müasir problemləri
  9. Somatik xəstəliklərin klinik psixologiyası problem
  10. Klinik deontologiyanın psixoloji əsasları
  11. Xəstələrin psixoloji korreksiyası və sosial əmək reabilitasiyasıeıe psixoloji cəhətləri
  12. Deprivasiya problemi: nəzəriyyə və təcrübə

Hüquq psixologiyası ixtisaslaşması üzrə:

  1. Kriminal psixologiya
  2. Məhkəmə psixiatriyası
  3. Hüquq psixologiyasının tədqiqat metodları
  4. Yeniyetmələrin hüquqazidd davranışının profilaktikası
  5. Məhkəmə patopsixologiyası
  6. Cinayət hüququ və kriminalogiyanın əsasları
  7. Əməliyyat axtarış fəaliyyətinin psixoloji əsasları
  8. İslah psixologiyası
  9. Məhkəmə psixoloji ekspertizası
  10. Cinayi davranış və psixi anomaliya
  11. Caninin psixologiyası və öyrənilməsi
  12. İbtidai istintaqın psixoloji əsasları
  13. Məhkəmə-psixoloji ekspertizası

Uşaq və yaş psixologiyası ixtisaslaşması üzrə:

  1. Azərbaycanda uşaq və yaş psixologiyası problemlərinin tədqiqi meylləri
  2. Müxtəlif yaş dövrlərində idrak proseslərinin formalaşması problemi
  3. Yeniyetməlik: ziddiyyətləri, problemləri, xüsusiyyətləri
  4. Uşaq və yeniyetmələrin cinsi tərbiyəsinin psixoloji problemləri
  5. Gənclik yaşının psixoloji problemləri
  6. Müasir yaş psixologiyası
  7. Uşaqların psixi inkişafının tədqiqi məsələləri
  8. Uşaq və yaş psixologiyasının aktual problemləri
  9. Psixi inkişafının dövrləşməsinin psixoloji problemləri
  10. Psixologiyada inkişaf prinsipi: nəzəri və metodoloji məsələlər
  11. Oyun fəaliyyətinin psixoloji problemləri
  12. Uşaqlarda tənqidi təfəkkürün inkişaf xüsusiyyətləri

İnkişaf psixologiyası ixtisaslaşması üzrə:

  1. İnsan davranışının genetikası
  2. Təlim və inkişaf problemi
  3. İnkişaf psixologiyasının tarixi
  4. Müxtəlif yaş dövründə psixi inkişaf
  5. İnkişaf və istedad
  6. İnsan dəyişən dünyada
  7. İnsanın psixi inkişafı: bioloji və sosial amillər
  8. Psixi inkişafda risk faktorları
  9. Müxtəlif yaş dövründə psixi inkişaf
  10. İnkişafın psixopatologiyası
  11. Qerontopsixologiyanın əsasları
  12. Aktiv təlim üsulları
  13. İnkişafın psixoloji diaqnostikası və inkişaf qüsurlarının korreksiyası

Hafizə

1. Hafizə haqqında anlayış.
2. Hafizə növləri və tipləri.
3. Hafizə prosesləri və mnemotexniki üsullar.

1-ci sual. Hafizə şəxsiyyətin psixi həyatının əsasıdır. Odur ki, insan hafizəsinin qanunlarının öyrənilməsi psixoloji elmlərin çox mühüm bölmələrindən biridir. Məlumdur ki, bizim hər bir hissimiz, yaşantılarımız, hərəkətlərimiz müəyyən izlər qoyurlar ki, bu uzun müddət saxlanılır, müvafiq şəraitdə yenidən təzahür edir və şüurun predmeti olur. Ona görə də hafizə dedikdə, keçmiş təcrübənin nəqşləndirilməsi, yadda saxlanması və yada salınması başa düşülür. Bu insana imkan verir ki, informasiya toplasın, keçmiş təcrübənin izləri ilə bu təcrübəni doğuran hadisə yox olduqda da iş aparıla bilsin. Hafizə hadisələri eyni dərəcədə emosional sahəyə və qavrayış sahəsinə, hərəki proseslərin və intellektual təcrübənin möhləmləndirilməsinə də aiddir.
Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyükdür. Əgər hafizə olmasaydı hər şey insana həmişə yeni görünərdi. Hafizə olmasaydı insan “əbədi olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı.”(İ.Seçenov). Bütün psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin vahidliyini və tamlığını təmin edir.

2-ci sual. Hafizənin növlərini ayrı-ayrı meyarlara görə təsnif etmək olar:
1. Genetik meyara, yəni mənşəyinə görə hafizənin 4 növünü qeyd etmək olar: 1) surət hafizəsi və ya obrazlı hafizə (ardıcıl surətlər, əyani (eydetik) surətlər, təsəvvür surətləri); 2) hərəkət hafizəsi; 3) emosional hafizə; 4) sözlü-məntiqi hafizə.
Surət hafizəsi gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasıdır.
Hərəkət hafizəsi müxtəlif hərəkətlərin və onların sisteminin yadda saxlanılması, hifz olunması və yada salınmasıdır.
Emosional hafizə yaranmış hisslərin, şəxsi emosional vəziyyətin və affektlərin yadda saxlanılması və yada salınmasıdır.
Sözlü-məntiqi hafizə fikirlərin, anlayışların yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarətdir.
2. Fəaliyyətin məqsədindən və hafizənin ixtiyari surətdə tənzimedilmə səviyyəsindən asılı olaraq hafizənin qeyri-ixtiyari və ixtiyari növlərini fərqləndirirlər.
Əgər bu və ya digər materialın yadda saxlanması, xatırlanması üçün qarşıya xüsusi məqsəd qoyulmursa və onlar sanki öz-özünə, müəyyən yol və vasitələrdən istifadə etmədən, heç bir iradi cəhd göstərilmədən yadda qalırsa bu qeyri-ixtiyari hafizə adlanır.
Əgər insan qarşısına xüsusi yaddasaxlama məqsədi qoyur və lazım olan materialı yadda saxlamaq üçün iradi səy göstərirsə, üsul və qaydalardan istifadə edirsə bu ixtiyari hafizə adlanır.
3. Materialın möhkəmlənməsi və yadda saxlanması müddətindən asılı olaraq hafizənin qısa müddətli, uzun müddətli və operativ növləri qeyd edilir. Qısamüddətli hafizədə bilavasitə qavradığımız cisim və hadisələri müəyyən müddət ərzində görməkdə, eşitməkdə və s. davam edirik. Qısamüddətli hafizə çox az müddət (bir neçə saniyə və ya dəqiqə) davam edən bir prosesdir. İndicə hiss üzvlərimizin verdiyi məlumatı operativ surətdə tutmağa, dəyişdirməyə və canlandırmağa qısamüddətli hafizə deyilir.
Operativ hafizə insanın bilavasitə həyata keçirdiyi aktual iş və əməliyyatlara xidmət edən mnemik prosesdir. Adətən insan müəyyən məsələni həll edərkən ona lazım olan məlumatları xatırlayır və ondan istifadə edir. Əməliyyatlar qurtardıqdan sonra həmin məlumat yenidən beyində hifz olunur. Bu proses operativ hafizə ilə əlaqədardır.
Uzunmüddətli hafizə isə qavranılan materialın möhkəm və uzun müddət yadda saxlanılması ilə xarakterizə olunur. Uzunmüddətli hafizə ilə bağlı toplanmış materiallar göstərir ki, onun həcmi və müddəti demək olar ki, hüdudsuzdur.

Hafizənin tipləri. Hər bir insanın hafizəsinin fərdi xüsusiyyətləri hafizə tiplərində özünü daha aydın göstərir. Adətən, psixologiyada əyani-obrazlı, sözlü-mücərrəd və aralıq hafizə tipləri qeyd olunur.
Hafizənin əyani-obrazlı tipi müxtəlif təəssüratı yadda saxlamaqda analizatorlardan hansının daha çox məhsuldar olmasında özünü göstərir.
Görmə tipinə malik olanlar ən çox gördüklərini, eşitmə tipinə malik olanlar eşitdiklərini, hərəki tipə mənsub olanlar hərəki analizatorların iştirak etdiyi materialları daha yaxşı yadda saxlayıb yada sala bilirlər. Ancaq bu tiplərə təmiz halda çox az rast gəlmək mümkündür. Həyatda ən çox qarışıq tipə: görmə-eşitmə, görmə-hərəki, eşitmə-hərəki tiplərə rast gəlmək mümkündür.

3-cü sual. Dərk olunan cisim və hadisələrin yadda saxlanması, hifz olunması, yada salınması və tanınması hafizə prosesləri adlanır. Yaddasaxlama -gerçəkliyin cisim və hadisələrin təsiri ilə duyğu və qavrayış prosesində beynimizdə əmələ gələn təəssürat və surətlərin möhkəmləndirilməsi prosesidir. Yaddasaxlamanın üç əsas forması var: əksinialma və ya nəqşləndirmə, qeyri-ixtiyari və ixtiyariyaddasaxlama. İxtiyari yaddasaxlamanın xüsusi bir növü öyrənmədir. Öyrənmə planlı və müəyyən üsullardan istifadə etməklə xüsusi təşkil edilən yaddasaxlamadır.
Unutma olduqca mürəkkəb bir prosesdir. Unutma əyrisi hər şeydən əvvəl materialın yadda saxlanılmasından dərhal sonra ilk saatlarda sürətlə aşağı düşməklə xarakterizə olunur. Məlum olmuşdur ki, mənimsənilmiş informasiya ilk 9 saatda daha nəzərə çarpacaq dərəcədə azalır. O, ilk 9 saatda 100% -dən 35%-dək enir, informasiya itkisi əvvəlki həcmin 2/3-dən çoxunu təşkil edir. Bu baxımdan Q.Ebbinhauzun təcrübəsi maraqlıdır. O, sübut edir ki, öyrənilən materialın 40%-i yarım saat sonra, 66%-i bir gündən sonra, 75%-i üç gündən sonra, 79%-i bir aydan sonra unudulur.
Psixologiyada unutmanın 3 növünü ayırd edirlər:
1. İstifadə edilmədiyi üçün informasiyanın itkisi
2. İnterpretasiya nəticəsində informasiyanın itirilməsi
3. Motivasiya ilə şərtlənmiş unutma
Unutma ilə reminissensiya prosesləri fərqlidir. Unutma zamanı keçmiş təcrübənin ümumiyyətlə yada salınması qeyri-mümkündür. Reminissensiya zamanı isə keçmiş təcrübə qısa müddətdə sanki unudulur, amma sonradan yada düşür.
Yadasalmanın 3 səviyyəsini qeyd etmək olar:tanıma, xüsusi yadasalma və xatırlama. Tanıma cismin təkrarən qavranılmasına istinad edir. Əgər material xüsusi çətinlik çəkmədən canlandırılırsa, bu xüsusi yadasalmadır. Yadasalma niyyətli və niyyətsiz olur. Xatirə keçmişimizin məkan və zamanla məhdudlaşan surətlərinin yada salınmasıdır. Bunun mərkəzində şəxsin özü və onun başına gələn hadisələr durur.
Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya yaradaraq yaddasaxlamanı da qeyd edirlər. Bu cür yaddasaxlama mnemonik yaddasaxlama adlanır. Məsələn, 20.07 rəqəmini yaddasaxlamaq üçün 2007 ilini yada salmaq kifayətdir. Yaxud yeni tanış olduğumuz adamın adını həmin adda olan yaxın adamımızın adı ilə yeni olduğuna görə yadda saxlayırıq.

İstifadə olunmuş ədəbiyyat
1. Bayraməv Ə.S. Əlizadə Ə.Ə. Psixologiya. Bakı: 2003
2. Məmmədov A.İdrak prosesləri. Bakı: 2005
3. Немов Р.С. Психология. М: 2001
4. Маклаков С.Я. Общая психология. М: 2006
5. Лурия А.Р. Внимание и память. М., 1975
6. Рубинштейн С.Л. Основы общей психологии. М., 1989

Diqqət və hafizənin psixologiyası

1. Diqqət haqqında anlayış və diqqətin funksiyaları.
2. Diqqətin fizioloji əsasları.
3. Diqqətin növləri.
4. Diqqətin əsas xüsusiyyətləri.
5. Hafizə haqqında anlayış.
6. Hafizə növləri və tipləri.
7. Hafizə prosesləri və mnemotexniki üsullar.
1-ci sual. Psixologiyada diqqətin mahiyyəti ilə bağlı çoxlu sayda tədqiqatlar aparılmışdır. Bu tədqiqatlar həm diqqətin psixoloji mahiyyətini, həm onun fizioloji əsasını, həm də növlərini və xüsusiyyətlərini araşdırmaqla məşğuldur. Bu tədqiqatlarda əsasən diqqət idrak prosesi kimi götürülmüş və onu bu aspektdə təhlil etmişdilər. Lakin sonralar bununla bağlı tədqiqatlarda fikir dəyişdirildi. Çünki diqqət digər idrak proseslərindən fərqli olaraq həmin idrak proseslərinə daxil olur və onların yaranmasında bilavasitə iştirak edir. Əgər bu aspektlərdən məsələyə baxsaq görərik ki, diqqət özü xüsusi bir proses olaraq idrak proseslərinin (duyğunu, qavrayışın, təfəkkürün) yaranmasına şüurlu nəzarət edir. Məsələn, hər hansı bir duyğunun əmələ gəlməsi üçün və ya hər hansı bir obyektin qavranılması üçün hökmən ona diqqət yetirmək lazımdır. Bütün bunlar diqqətin bir psixi proses olaraq insan həyatında necə mühüm əhəmiyyətə malik olmasını göstərir.
Diqqət fəaliyyət zamanı insanın idrak proseslərinə qoşulur, onların daha müvəffəqiyyətli cərəyanı üçün zəmin yaradır. Çünki bütün idrak prosesləri seçici xarakter daşıyır, müəyyən obyektə yönəlmiş olur. Yəni diqqət psixi fəaliyyətin seçici səciyyə daşımasında ifadə olunur. Bu mənada diqqət cismin, hadisənin inikası olmayıb psixi fəaliyyətin obyektinin aydın, aşkar əks olunmasının təmin edir.
Diqqət şüurumuzun müəyyən obyekt üzərinə yönəlməsindən və mərkəzləşməsindən ibarət olan psixi prosesdir. Bu tərifdən çıxış edərək diqqətin aşağıdakı funksiyalarını fərqləndirə bilərik:
1. İnsana çoxlu sayda qıcıqlandırıcılar təsir edir. Lakin o, onlardan ən vacib olanını seçir, digərlərini kənar edir. Bu diqqətin seçmə funksiyasıdır.
2. Diqqətin müəyyən obyekt üzərində saxlanılması funksiyası. Bu zaman insan qarşıya qoyduğu məqsədə müvafiq olaraq şüurunu müəyyən obyekt üzərində saxlayır.
3. Diqqətin nəzarət və tənzimetmə funksiyası. Bu zaman diqqət insan fəaliyyətini tənzimetmə funksiyasını həyata keçirir.
2-ci sual. Diqqətin fizioloji əsasları ilə bağlı nəzəriyyələrin 3 qrupunu göstərmək olar:
1) Geştalt psixoloqların fikrincə, diqqətin həcmi və istiqaməti bütövlükdə struktur qavrayışın qanunları ilə müəyyən olunur. Onu yaxşı bilməklə diqqətin fizioloji əsasını izah etmək mümkündür.
2) İkinci qrup psixoloqlar diqqətin “emosional nəzəriyyəsi”mövqeyində dayanırlar. Bu psixoloqlar belə güman edirlər ki, diqqətin istiqaməti bütövlükdə həvəs, təlabat və emosiyalarla bağlıdır. Amerikan biheviorist psixoloqlarının əksəriyyəti praktik olaraq bu mövqedə dayanırlar.
3) Nəhayət, problemə “diqqətin motor nəzəriyyəsi” mövqeyindən yanaşan üçüncü qrup psixoloqlar diqqətə hər bir iradi aktın əsasında duran motor ustanovkaların təzahürü kimi baxırlar. Belə hesab edirlər ki, diqqətin mexanizmi hər bir gərginliyi xarakterizə edən əzələ səyi siqnalıdır.
Asanlıqla görmək olar ki, bu nəzəriyyələrdən hər biri diqqətin tərkibinə daxil olan müəyyən komponenti ayırır, lakin praktiki olaraq diqqətin əsasında duran ümumi fizioloji mexanizmlər haqqında məsələyə yanaşmağa cəhd etmirlər. Diqqətin ümumi fizioloji əsasları haqqında hipoteza irəli sürən fizioloqlar qarşısında nəzərə çarpacaq çətinliklər meydana gəlmişdir. Ən ilkin cəhdlərdən biri məşhur inglis fizioloqu Şerrinqtonun hipotezi idi ki, sonralar çox məşhur ad almışdı: “ümumi hərəki sahə nəzəriyyəsi” , yaxud da “Şerrinqton qıfı”. Onurğa beyninin arxa buynuzlarında sensor neyronların hərəki neyronlardan çox olması faktını müşahidə edərək Şerrinqton belə bir vəziyyəti bildirdi ki, heç də hər bir hərəki impuls özünün hərəki sonluğuna çata bilmir və çox sayda sensor oyanmalar özünün “ümumi hərəki sahə”sinə malik olur.
Diqqəti adətən sinir sistemlərinin müxtəlif səviyyələrində yerləşən “süzgəc”ə bənzədirlər və bu funksiyanın əsasən retikulyar formasiyanın – yəni törəməli şaxənin həyata keçirdiyi təsdiq olunmuşdur.
Hələ vaxtilə akademik İ.P.Pavlov diqqətin fizioloji əsasını birinci növbədə bələdləşmə refleksi ilə izah etmişdir. Adətən qarşılaşdığımız hər bir yeni cisim və hadisə,yenilik bizi maraqlandırır, onunla tanış olmağa, bələdləşməyə sövq edir.
Diqqətin fiziolji əsaslarını başa düşməyə İ.P.Pavlovun kəşf etdiyi “optimal oyanma ocağı” haqqında təlim çox kömək göstərmişdir. Bu təlimə görə baş beyin yarımkürələrində hər an oyanma üçün optimal şəraitin olması ilə xarakterizə olunan yüksək oyanma ocağı mövcuddur. İnsana xaricdən və daxildən təsir edən qıcıqlandırıcılar içərisindən həmin sahəyə təsir edənləri daha tez və asanlıqla oyanma əmələ gətirir.
Bundan başqa diqqətin fizioloji əsaslarının aydınlaşdırılması üçün A.A.Uxtomskinin irəli sürdüyü “dominant oyanma sahəsi” haqqında təlim böyük rol oynamışdır. Dominant oyanma sahəsi optimal oyanma sahəsindən özünün yüksək davamlılığı ilə fərqlənir. Belə dominant (üstün) oyanma sahəsi nəinki yeni əmələ gələn oyanma ocaqlarını ləngidir, həm də onların hesabına daha da güclənə bilir.
3-cü sual. Psixologiyada diqqətin daha çox iki növünü fərqləndirirlər: qeyri-ixtiyari və ixtiyari diqqət. Bəzi psixoloqlar diqqətin üçüncü növünü, ixtiyari diqqətdən sonrakı diqqət növünü də ayırd edirlər. Qabaqcadan qarşıya qoyulmuş məqsədlə, heç bir xüsusi niyyətlə bağlı olmayan və iradi cəhd tələb etməyən diqqət qeyri-ixtiyari diqqət adlanır. Qeyri-ixtiyari diqqətin yaranmasının iki səbəbi var: obyektiv və subyektiv səbəb. Qeyri-ixtiyari diqqətin əmələ gəlməsinə təsir edən qıcıqlandırıcılar bir sıra spesifik xüsusiyyətlərə malik olmalıdır:
1. Qıcıqlandırıcının qüvvəsi və gözlənilmədən təsiri (qüvvətli səs, kəskin iy, güclü işıq və s.).
2. Qıcıqlandırıcının yeniliyi və qeyri-adiliyi.
3. Obyektin hərəkətdə olması.
Qeyri-ixtiyari diqqət insanın emosional vəziyyətindən (əhval-ruhiyyəsi, sağlamlıq dərəcəsi, maraqları, təlabatı və s.) asılı olaraq da əmələ gəlir.
İxtiyari diqqət yalnız insana məxsusdur. İnsanın xüsusi niyyəti, məqsədilə bağlı olaraq əmələ gələn və xüsusi səy tələb edən diqqətə ixtiyari diqqət deyilir. İxtiyari diqqət daha çox fəaliyyət prosesində əmələ gəlir və fəaliyyətin tənzim olunmasına yönəlmiş olur. Davamlı diqqətin əmələ gəlməsi bir sıra şərtərdən asılıdır:
1. Borc və məsuliyyəti aydın dərk etmək.
2. Fəaliyyətin konkret məqsədini aydın dərk etmək.
3. Adəti iş şəraitinin olması.
4. Əlavə maraqların yaranması.
İxtiyari diqqətdən sonrakı diqqət isə iki mərhələyə ayrılır. Birinci mərhələdə məqsədə müvafiq olaraq fəaliyyəti yerinə yetirmək üçün iradi səy göstərilir, ikinci mərhələdə isə işlə maraqlanmağa başlayır və bu zaman iradi səy vasitəsiz maraqla əvəz olunur.
4-cü sual. Diqqətin 5 əsas xüsusiyyəti ayırd edilir: diqqətin mərkəzləşməsi, davamlılığı, həcmi, keçirilməsi və paylanması.
Diqqətin mərkəzləşməsi dedikdə şüurumuzun müəyyən bir obyektə yönəlməsi və başqalarından uzaqlaşması başa düşülür.
Diqqətin davamlılığı dedikdə ümumi bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq saxlanılması başa düşülür.
Diqqətin həcmi dedikdə eyni vaxtda əhatə olunmuş,aydın dərk olunan obyektlərin miqdarı başa düşülür.
Diqqətin paylanması dedikdə eyni vaxtda iki və daha artıq müxtəlif işi yerinə yetirmək bacarığı başa düşülür.
Diqqətin keçirilməsi onun şüurlu surətdə bir obyektdən digər obyektə, bir fəaliyyətdən digər fəaliyyətə keçirilməsidir. Diqqətin keçirilməsi məqsədli prosesdir.
Diqqətin tərəddüdü insanın şüurunun əsas obyektindən kənar obyektə yönəlməsi və yenidən əsas obyektə qayıtmasında ifadə olunur.
Diqqətin yayınması onun hazırda qarşıda duran məqsədlə əlaqədar olmayan cisim və hadisə üzərinə yönəlməsində ifadə olunur. Diqqətin əsas xüsusiyyətlərindən biri də onun dalğınlığıdır. Dalğınlıq əqli fəaliyyətlə məşğul olanlarda özünü biruzə verir.
5-ci sual. Hafizə şəxsiyyətin psixi həyatının əsasıdır. Odur ki, insan hafizəsinin qanunlarının öyrənilməsi psixoloji elmlərin çox mühüm bölmələrindən biridir. Məlumdur ki, bizim hər bir hissimiz, yaşantılarımız, hərəkətlərimiz müəyyən izlər qoyurlar ki, bu uzun müddət saxlanılır, müvafiq şəraitdə yenidən təzahür edir və şüurun predmeti olur. Ona görə də hafizə dedikdə, keçmiş təcrübənin nəqşləndirilməsi, yadda saxlanması və yada salınması başa düşülür. Bu insana imkan verir ki, informasiya toplasın, keçmiş təcrübənin izləri ilə bu təcrübəni doğuran hadisə yox olduqda da iş aparıla bilsin. Hafizə hadisələri eyni dərəcədə emosional sahəyə və qavrayış sahəsinə, hərəki proseslərin və intellektual təcrübənin möhləmləndirilməsinə də aiddir.
Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyükdür. Əgər hafizə olmasaydı hər şey insana həmişə yeni görünərdi. Hafizə olmasaydı insan “əbədi olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı.”(İ.Seçenov). Bütün psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin validliyini və tamlığını təmin edir.
6-cı sual. Hafizənin növlərini ayrı-ayrı meyarlara görə təsnif etmək olar:
1. Genetik meyara, yəni mənşəyinə görə hafizənin 4 növünü qeyd etmək olar: 1) surət hafizəsi və ya obrazlı hafizə (ardıcıl surətlər, əyani (eydetik) surətlər, təsəvvür surətləri); 2) hərəkət hafizəsi; 3) emosional hafizə; 4) sözlü-məntiqi hafizə.
Surət hafizəsi gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasıdır.
Hərəkət hafizəsi müxtəlif hərəkətlərin və onların sisteminin yadda saxlanılması, hifz olunması və yada salınmasıdır.
Emosional hafizə yaranmış hisslərin, şəxsi emosional vəziyyətin və affektlərin yadda saxlanılması və yada salınmasıdır.
Sözlü-məntiqi hafizə fikirlərin, anlayışların yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarətdir.
2. Fəaliyyətin məqsədindən və hafizənin ixtiyari surətdə tənzimedilmə səviyyəsindən asılı olaraq hafizənin qeyri-ixtiyari və ixtiyari növlərini fərqləndirirlər.
Əgər bu və ya digər materialın yadda saxlanması, xatırlanması üçün qarşıya xüsusi məqsəd qoyulmursa və onlar sanki öz-özünə, müəyyən yol və vasitələrdən istifadə etmədən, heç bir iradi cəhd göstərilmədən yadda qalırsa bu qeyri-ixtiyari hafizə adlanır.
Əgər insan qarşısına xüsusi yaddasaxlama məqsədi qoyur və lazım olan materialı yadda saxlamaq üçün iradi səy göstərirsə, üsul və qaydalardan istifadə edirsə bu ixtiyari hafizə adlanır.
3. Materialın möhkəmlənməsi və yadda saxlanması müddətindən asılı olaraq hafizənin qısa müddətli, uzun müddətli və operativ növləri qeyd edilir.
Qısamüddətli hafizədə bilavasitə qavradığımız cisim və hadisələri müəyyən müddət ərzində görməkdə, eşitməkdə və s. davam edirik. Qısamüddətli hafizə çox az müddət (bir neçə saniyə və ya dəqiqə) davam edən bir prosesdir. İndicə hiss üzvlərimizin verdiyi məlumatı operativ surətdə tutmağa, dəyişdirməyə və canlandırmağa qısamüddətli hafizə deyilir.
Operativ hafizə insanın bilavasitə həyata keçirdiyi aktual iş və əməliyyatlara xidmət edən mnemik prosesdir. Adətən insan müəyyən məsələni həll edərkən ona lazım olan məlumatları xatırlayır və ondan istifadə edir. Əməliyyatlar qurtardıqdan sonra həmin məlumat yenidən beyində hifz olunur. Bu proses operativ hafizə ilə əlaqədardır.
Uzunmüddətli hafizə isə qavranılan materialın möhkəm və uzun müddət yadda saxlanılması ilə xarakterizə olunur. Uzunmüddətli hafizə ilə bağlı toplanmış materiallar göstərir ki, onun həcmi və müddəti demək olar ki, hüdudsuzdur.
Hafizənin tipləri. Hər bir insanın hafizəsinin fərdi xüsusiyyətləri hafizə tiplərində özünü daha aydın göstərir. Adətən, psixologiyada əyani-obrazlı, sözlü-mücərrəd və aralıq hafizə tipləri qeyd olunur.
Hafizənin əyani-obrazlı tipi müxtəlif təəssüratı yadda saxlamaqda analizatorlardan hansının daha çox məhsuldar olmasında özünü göstərir.
Görmə tipinə malik olanlar ən çox gördüklərini, eşitmə tipinə malik olanlar eşitdiklərini, hərəki tipə mənsub olanlar hərəki analizatorların iştirak etdiyi materialları daha yaxşı yadda saxlayıb yada sala bilirlər. Ancaq bu tiplərə təmiz halda çox az rast gəlmək mümkündür. Həyatda ən çox qarışıq tipə: görmə-eşitmə, görmə-hərəki, eşitmə-hərəki tiplərə rast gəlmək mümkündür.
7-ci sual. Dərk olunan cisim və hadisələrin yadda saxlanması, hifz olunması, yada salınması və tanınması hafizə prosesləri adlanır. Yaddasaxlama – gerçəkliyin cisim və hadisələrin təsiri ilə duyğu və qavrayış prosesində beynimizdə əmələ gələn təəsürat və surətlərin möhkəmləndirilməsi prosesidir. Yaddasaxlamanın üç əsas forması var: əksinialma və ya nəqşləndirmə, qeyri-ixtiyari və ixtiyari yaddasaxlama. İxtiyari yaddasaxlamanın xüsusi bir növü öyrənmədir. Öyrənmə planlı və müəyyən üsullardan istifadə etməklə xüsusi təşkil edilən yaddasaxlamadır.
Unutma olduqca mürəkkəb bir prosesdir. Unutma əyrisi hər şeydən əvvəl materialın yadda saxlanılmasından dərhal sonra ilk saatlarda sürətlə aşağı düşməklə xarakterizə olunur. Məlum olmuşdur ki, mənimsənilmiş informasiya ilk 9 saatda daha nəzərə çarpacaq dərəcədə azalır. O, ilk 9 saatda 100% -dən 35%-dək enir, informasiya itkisi əvvəlki həcmin 2/3-dən çoxunu təşkil edir. Bu baxımdan Q.Ebbinhauzun təcrübəsi maraqlıdır. O, sübut edir ki, öyrənilən materialın 40%-i yarım saat sonra, 66%-i bir gündən sonra, 75%-i üç gündən sonra, 79%-i bir aydan sonra unudulur.
Psixologiyada unutmanın 3 növünü ayırd edirlər:
1. İstifadə edilmədiyi üçün informasiyanın itkisi
2. İnterpretasiya nəticəsində informasiyanın itirilməsi
3. Motivasiya ilə şərtlənmiş unutma
Unutma ilə reminissensiya prosesləri fərqlidir. Unutma zamanı keçmiş təcrübənin ümumiyyətlə yada salınması qeyri-mümkündür. Reminissensiya zamanı isə keçmiş təcrübə qısa müddətdə sanki unudulur, amma sonradan yada düşür.
Yadasalmanın 3 səviyyəsini qeyd etmək olar: tanıma, xüsusi yadasalma və xatırlama. Tanıma cismin təkrarən qavranılmasına istinad edir. Əgər material xüsusi çətinlik çəkmədən canlandırılırsa, bu xüsusi yadasalmadır. Yadasalma niyyətli və niyyətsiz olur. Xatirə keçmişimizin məkan və zamanla məhdudlaşan surətlərinin yada salınmasıdır. Bunun mərkəzində şəxsin özü və onun başına gələn hadisələr durur.
Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya yaradaraq yaddasaxlamanı da qeyd edirlər. Bu cür yaddasaxlama mnemonik yaddasaxlama adlanır. Məsələn, 20.07 rəqəmini yaddasaxlamaq üçün 2007 ilini yada salmaq kifayətdir. Yaxud yeni tanış olduğumuz adamın adını həmin adda olan yaxın adamımızın adı ilə yeni olduğuna görə yadda saxlayırıq

Comments are closed, but trackbacks and pingbacks are open.