Press "Enter" to skip to content

Dirçəliş xxi əsr

Aparılan tədqiqatlar göstərir ki, Heydər Əliyevin bilavasitə fəaliyyəti nəticəsində Azərbaycan və Türkiyə arasında əməkdaşlıq yeni keyfiyyət mərhələsinə daxil olmuş, zənginləşmiş və inkişaf etmişdir. Müxtəlif sahələrdə əməkdaşlıq hər iki ölkəyə fayda vermişdir.

Dirçəliş xxi əsr

Aydın Əlizadənin səhifələri

Elmi məqalələr/ Научные статьи

Fəlsəfə tarixi / История философии

  1. Матуридизм в ортодоксальном исламском мировоззрении // Казань, сайт «Тюркско-татарский мир» Института Истории АН Татарстана, 2004.
  2. Философия, история и терминология суфизма // М.: Литературно-философский журнал «Топос», 2004.
  3. Мутазилиты – основатели философского рационализма в Исламе // М.: Литературно-философский журнал «Топос», 2004.
  4. История и правовые методы ханафитского мазхаба // Казань, сайт «Тюркско-татарский мир» Института Истории АН Татарстана, 2004.
  5. Абуль-Хасан Маварди о рождении, сущности, структуре и функциях государства // Sosial-siyasi problemlər. AMEA Fəlsəfə və Siyasi- Hüquqi Tədqiqatlar institutu, “Politologiya” şöbəsi. XI buraxılış. Bakı, 2004, s. 186-189.
  6. Историко-философские аспекты ашаризма в Исламе // AMEA Şərqşünaslıq institutunun Elmi Araşdırmaları (elmi-nəzəri toplu). VI buraxılış. Bakı, 2004, s. 360-362.
  7. Hüseyn Cavidin İslam dini haqqında fəlsəfi düşüncələrinə bir nəzər // Fəlsəfə. Elmi-nəzəri jurnal № 1. AMEA Fəlsəfə və Siyasi- Hüquqi Tədqiqatlar institutu. Bakı, 2005, s. 211-220. (M. B. Ağayevlə həmmüəlliflikdə)
  8. Воззрения Такиаддина Ахмада ибн Теймии о мусульманском государстве // М.: Литературно-философский журнал «Топос», 2005.
  9. İsgəndəriyyəli Filonun fəlsəfəsinin xüsusiyyətləri // // Dirçəliş XXI əsr. Azərbaycan dövlət quruculuğu və Beynalxalq münasibətlər institutu. № 93, Bakı, 2005, s. 66-70.
  10. Доктрина терпения (сабр) по отношению к нечестивой власти в исламской доктрине // Keçid dövründə Azərbaycan respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. AMEA Fəlsəfə və Siyasi- Hüquqi Tədqiqatlar institutu. 13-cü buraxılış. Bakı, 2005, s. 23-25. (Z. Qasımovla həmmüəlliflikdə)
  11. Pavlikian təriqətinin sosial mahiyyəti barədə // Elmi axtarışlar (Folklorşünaslıq: filologiya, fəlsəfə, tarix, incəsənət və nəzəriyyə aspektləri). AMEA Folklor institutu. XV buraxılış. Bakı, 2005, s. 637-640. (Z. Qasımovla həmmüəlliflikdə)
  12. M. F. Axundovun ismaili təlimində sosial islahatlar haqqında fikirləri // Elmi axtarışlar (Folklorşünaslıq: filologiya, fəlsəfə, tarix, incəsənət və nəzəriyyə aspektləri). AMEA Folklor institutu. XVI buraxılış. Bakı, 2005, s. 158-162. (Z. Qasımovla həmmüəlliflikdə)
  13. Представления об идеальном обществе в хариджизме // AMEA Şərqşünaslıq institutunun Elmi Araşdırmaları (elmi-nəzəri toplu). VII buraxılış. Bakı, 2006, s. 541-543. (Y. Abdulla ilə həmmüəlliflikdə)
  14. Допустимость восстания против «нечестивой» власти (тамаккун) в исламской доктрине // Bakı. Tarix və onun problemləri №3, 2006, s. 49.
  15. Попытки осмысления проблемы божественной власти хариджизме // Elmi əsərlər (elmi-nəzəri jurnal) №1 (3), Bakı, 2006, s. 19-23. (M. Ağayevlə həmmüəlliflikdə).
  16. Религиозные ценности в контексте взаимодействия культур российского и азербайджанского народов // Взаимодействие культур в условиях глобализации. Москва, 2010. С. 511-517.
  17. Общественно-политическая мысль татар на рубеже XIX-XX веков // Elmi əsərlər. Beynalxalq elmi-nəzəri jurnal №2 (19), Bakı, 2012, s. 90-94. (N. X. Həmzinlə həmmüəlliflikdə).
  18. Философская дисскуссия в прошлом и настоящем // Диалог культур в условиях глобализации. Материалы Бакинского форума, посвященного памяти Гейдара Алиева. Москва, 2012. С. 524-536.
  19. Философский анализ школ калама в Исламе // Müasir dövrdə dinşünaslığın və mədəniyyətin aktual problemləri. II buraxılış. AMEA Fəlsəfə və Hüquq institutu, Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsi, Bakı, 2013, s. 58-79.
  20. Klassik yunan fəlsəfəsi: Aristotel və Platon fəlsəfəsi // Elmi əsərlər. №1 (24), Bakı, 2015, s. 43-55.
  21. Sokratöncəsi yunan fəlsəfəsi: Milet məktəbindən Elea məktəbinə qədər // Dövlət və din. İctimai fikir toplusu. № 6 (35). Bakı, 2015, s. 89-104. (E. Səmədovla həmmüəlliflikdə)
  22. Antik atomçuların və epikürçülərin fəlsəfəsi // Dövlət və din. İctimai fikir toplusu. № 9 (38). Bakı, 2015, s. 51-61.
  23. Ellinizm və Roma dövrlərində dini-fəlsəfi təlimlər // Bakı: Din və dövlət № 1 (42) Yanvar 2016, s. 66-78.
  24. Qədim yunan mifologiyası və dünagörüşü // Dövlət və din. İctimai fikir toplusu. № 03 (44). Bakı, 2016, s. 40-48.
  25. Ellinizm və Roma dövrlərində dini-fəlsəfi təlimlər // Multikulturalizm. Ədəbi elmi, elmi-publisistik jurnal. № 2 (14). Bakı, 2019, s. 63-71.
  26. Краткий обзор мировоззрения первого мусульманского философа Аль-Кинди.
  27. Мусульманский модернизм в XIX – XX веках.
  28. Hind fəlsəfəfi (mühazirə)

Dirçəliş xxi əsr

İxtisas: 5503.02 – Vətən tarixi

Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın

A V T O R E F E R A T I

DİSSERTASİYA İŞİNİN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Tarixi təcrübə sübut edir ki, xalqın özünə lider seçdiyi tarixi şəxsiyyətlər dövlətin daxili və xarici siyasət xəttinin müəyyənləşdirilməsi və həyata keçirilməsində böyük məsuliyyət daşıyırlar. Ən mühüm qərarlar məhz onların son sözündən sonra qəbul olunur. Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət və siyasi xadim, Ulu öndər Heydər Əliyev belə bir tarixi şəxsiyyətdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi, əbədi, daimi və dönməzliyi, xarici siyasətinin formalaşdırılması da məhz onun dərin biliyi, böyük dövlətçilik təcrübəsi, bacarığı və fitri istedadı nəticəsində mümkün olmuşdur. Bu baxımdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993- 2003-cü illərdə Azərbaycan Respublikasının türk dövlətləri ilə münasibətlərinin inkişaf etdirilməsində tarixi fəaliyyət göstərmişdir. Həmin fəaliyyətin tədqiq edilməsi elmi-nəzəri, tarixi və praktik siyasət baxımından aktual və mühümdür.

Məlum olduğu kimi, tarix boyu Azərbaycan türk dünyasını birləşdirən körpü rolunu oynamışdır. Lakin müəyyən dövrlərdə türk dünyası arasında əlaqələr bir sıra səbəblərdən qırılmışdır. XX əsrin 20- ci illərindən etibarən Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan SSRİ tərkibində sovet respublikaları kimi mövcud olaraq münasibətlər saxlamışlar. Türkiyə Respublikası isə türk dünyasının yeganə müstəqil dövləti olmuşdur. 1920-1923-cü illərdə sovet Azərbaycanı ilə Türkiyə arasında geniş olmasa da, Mərkəzi hakimiyyətin müəyyənləşdirdiyi çərçivədə əlaqələr saxlanılmışdır. Sovet dövrünün 30-50-ci illərində Azərbaycanın Türkiyə ilə əlaqələri demək olar ki, mövcud deyildi. 60-80-ci illərdə sovet sistemi şəraitində bu əlaqələrdə irəliləyişlər oldu.

Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etməsi türk dövlətləri ilə münasibətlərin inkişafında da yeni bir dövr açdı. Türkiyə Respublikası hələ SSRİ dağılmamış, 1991-ci il noyabrın 9-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı. SSRİ dağıldıqdan sonra isə türk dünyasının yeni müstəqil dövlətləri olan Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan beynəlxalq hüququn subyektinə çevrildilər. Azərbaycan Respublikasının Türkiyə və digər türk dövlətləri ilə münasibətlərinin qurulması üçün ilk addımlar atıldı. Lakin bu münasibətlərin qurulması və inkişafında bəzi problemlər mövcud idi.

Belə bir şəraitdə digər amillərin də təsiri altında beynəlxalq aləmdə Azərbaycana olan inam azalırdı. Dərin sosial-siyasi, iqtisadi böhrana düşmüş Azərbaycan dövlətçiliyinin taleyi təhlükə altında idi. Azərbaycan xalqı ölkəni fəlakətdən qurtara biləcək təcrübəli, nüfuzlu dövlət və siyasi xadimə ehtiyac duyurdu. Belə bir tarixi şəxsiyyət Heydər Əlirza oğlu Əliyev oldu.

1993-cü ilin iyununda Naxçıvandan Bakıya dəvət olunan Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra gərgin siyasi fəaliyyəti, qətiyyəti, bacarığı nəticəsində Azərbaycanda hökm sürən hərc-mərcliyə son qoyuldu, sabitlik yaradıldı, dövlətçilik məhv olmaqdan xilas edildi, xarici siyasət strategiyası müəyyənləşdirilərək həyata keçirilməyə başlandı.

Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri türk dövlətləri ilə münasibətlərin yeni təməl üzərində qurulması oldu. Heydər Əliyevin yürütdüyü ardıcıl, uğurlu beynəlxalq siyasi fəaliyyət nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən türk dövlətləri ilə münasibətlərdə əsaslı dönüş yaranmağa başladı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrə ilk səfərlərindən biri 1994-cü ilin fevral ayında məhz Türkiyəyə oldu. O, Azərbaycan və türk xalqı arasında qədim zamanlardan bəri dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan bəhs edərək deyirdi: “Bizim ölkələrimiz dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən – əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır”(Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I cild. Bakı, 1997, s.359).

Səfər zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli siyasi, ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutan bir sıra mühüm sənədlər imzalandı. Bütün bunlar Heydər Əliyevin iki ölkə arasında münasibətlərin yeni təməl üzərində qurulmasında və bütövlükdə türk dünyası qarşısında tarixi xidməti idi. Bununla bağlı olaraq professor Ə.Muxtarova yazır: “. Azərbaycan – Türkiyə münasibətləri Heydər Əliyevin səyləri nəticəsində iki dövlət arasında mövcud olan protokol səciyyəli əlaqələr müstəvisindən inkişaf edərək bütövlükdə türk dünyasına nümunə olacaq səviyyəyə çatmışdır” (Muxtarova Ə.İ. Türk dünyasının əbədiyaşar lideri // Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. Xüsusi buraxılış. Bakı, 2004, s.128).

Qeyd etmək lazımdır ki, bu istiqamətdə Heydər Əliyevin tarixi rolu indiyədək Azərbaycan tarixşünaslığında ayrıca tədqiqat obyekti olmamışdır. Ona görə də Türkiyə ilə münasibətlərin yeni təməl üzərində qurulması və inkişaf etdirilməsində Heydər Əliyevin rolunun tarixi baxımdan araşdırılması mühüm elmi və siyasi aktuallıq kəsb edir.

Azərbaycan Respublikasının Orta Asiyanın türk dövlətləri ilə münasibətlərinin yeni əsas üzərində qurulması Heydər Əliyevin fəaliyyət istiqamətlərindən biri olmuşdur. Məlum olduğu kimi, Heydər Əliyev hakimiyyətə gələrkən türk dövlətləri ilə münasibətlər normal deyildi. İkitərəfli münasibətlərdə soyuqluq hökm sürürdü. Qarşılıqlı münasibətlərdəki soyuqluq məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində tədricən aradan qaldırıldı. Orta Asiyanın türk dövlətləri ilə münasibətlərin qarşılıqlı fayda əsasında inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.

Heydər Əliyev hakimiyyətə gələrkən Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərdə subyektiv amillər səbəbindən soyuqluq mövcud idi. Çoxlu problemlər həllini gözləyirdi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həmin problemlərin həlli üçün ciddi səylərə başlanıldı. 1996-cı il mayın 27-də “Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə”nin imzalanması ilə münasibətlərin yeni təməl üzərində inkişafı üçün zəmin yarandı. İkitərəfli münasibətlərin inkişafını nəzərdə tutan digər sənədlər də imzalandı (Azərbaycan – Özbəkistan: dostluğumuz daim yaşayır və möhkəmlənir. “Azərbaycan” qəz., 1996, 30 may, №101 (4370). Həmin sənədlər iki ölkə arasında münasibətlərin inkişafına təkan verdi. İki ölkə arasında münasibətlərin normallaşması və inkişafı Heydər Əliyevin tarixi xidməti oldu. Bu fəaliyyətin də araşdırılması və müvafiq ümumiləşdirilmiş elmi nəticələrin çıxarılması vacibdir.

Heydər Əliyev hakimiyyətə gələrkən Qırğızıstan Respublikası ilə münasibətlərdə də soyuqluq mövcud idi. Azərbaycan Respublikasının Prezidenti bu vəziyyətə son qoymaq üçün fəaliyyətə başladı. 1997-ci ildə iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığa dair saziş imzalandı. Sonrakı illərdə digər sahələrdə də münasibətlər tənzimləndi və qarşılıqlı faydalı əməkdaşlıq quruldu. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin inkişaf etdirilməsində Heydər Əliyevin fəaliyyətinin araşdırılması aktuallıq kəsb edir.

Heydər Əliyev hakimiyyətə gələrkən Qazaxıstan Respublikası ilə münasibətlərdə də müəyyən problemlər mövcud idi. Azərbaycan rəhbəri belə vəziyyətin yolverilməz və ziyanlı olduğunu bilərək konkret əməli fəaliyyət göstərməyə başladı. Azərbaycan Respublikası Prezidentinin 1997-ci ilin iyun ayında Qazaxıstana rəsmi səfəri qarşılıqlı münasibətlərdə dönüş oldu. Səfər zamanı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında bəyannamə və Qazaxıstan neftinin beynəlxalq bazarlara daşınmasında əməkdaşlıq haqqında memorandum imzalandı (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri. “Azərbaycan” qəz., 1997, 13 iyun, №120 (1641)). Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər bütün sahələrdə inkişaf etməyə başladı. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində Heydər Əliyevin rolunun öyrənilməsi ciddi elmi əhəmiyyət kəsb edir.

Heydər Əliyev Türkmənistan Respublikasına xüsusi diqqət yetirərək hərtərəfli əlaqələrin qurulub inkişaf etdirilməsi üçün mühüm rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti 1994-cü ilin oktyabr ayında Türkmənistana rəsmi səfər etdi (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkmənistana səfəri. “Azərbaycan” qəz., 1994, 29 oktyabr, №211 (975)). Öz növbəsində Türkmənistan Respublikasının Prezidenti Saparmurad Niyazov 1996-cı ilin mart ayında Bakıda rəsmi səfərdə oldu (Türkmənistan Respublikasının Prezidenti Saparmurad Niyazovun Azərbaycana səfəri. “Azərbaycan” qəz., 1996, 19 mart, №53 (1322)). Səfərlərin nəticəsində ikitərəfli siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra vacib sənədlər imzalandı. Həmin sənədlərin imzalanması ilə iki ölkə arasında soyuqluğun tədricən aradan qaldırılmasına başlandı, bəzi ən mühüm məsələlərə dair ümumi razılaşma əldə olundu. Azərbaycan Respublikasının Türkmənistan ilə münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyevin fəaliyyətinin araşdırılması da aktual olaraq qalır.

Heydər Əliyev Azərbaycan Respublikasının türk dövlətləri ilə qarşılıqlı münasibətlərinin çoxtərəfli əsasda (TÜRKSOY, türk xalqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları, türk dövlət başçılarının zirvə görüşləri) həyata keçirilməsində müstəsna rol oynamışdır. Türk dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsinin vacibliyindən danışarkən Heydər Əliyev deyirdi: “Mən türkdilli dövlətlər birliyinə daxil olan Azərbaycan Respublikası adından onu demək istəyirəm ki, bu birlik lazımdır. Biz bu birliyi yaşatmalıyıq. Biz burada çox şeylərə nail olmuşuq. Birliyin əsas məqsədi odur ki, iqtisadi, mənəvi, elmi, mədəni sahələrdə, tarixi köklərimizin, dinimizin, dilimizin bir olduğuna və başqa məsələlərə görə biz bir-birimizlə daha da yaxınlaşaq, qovuşaq. Bu, təbiidir. Ancaq kənardan buna başqa cür baxırlar. Ona görə də bu birlik yaşamalıdır. O, öz bəhrələrini, nəticələrini verəcəkdir”(Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Beynəlxalq Atatürk Sülh mükafatı təqdim olunmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi // Dirçəliş – XXI əsr. 1999, №21-22, s.11.).

Problemin araşdırılması tarixi proseslərdə, dövlətlərarası münasibətlərin inkişaf etdirilməsində dövlət rəhbərlərinin, görkəmli tarixi şəxsiyyətlərin rolunu müəyyənləşdirməyə imkan verir.

Türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət 2003-cü ildən sonra da göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il sentyabrın 18-də Türkiyənin Antalya şəhərində türkdilli dövlətlərin və topluluqların 10- cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında etdiyi nitqində demişdir: “Biz türk dünyasını daha da mütəşəkkil şəkildə birləşdirməliyik və türk dünyasında gedən proseslərə biganə qalmamalıyıq. Daim bir-birimizə dəstək olmalıyıq, bir-birimizin problemlərinin həllində iştirak etməliyik” (Əliyev İ.H. Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı // Dirçəliş – XXI əsr. 2006, № 102/103, s.37.).

Ümumiyyətlə, yuxarıda qeyd olunan amillər 1993-2003-cü illərdə Azərbaycanın türk dövlətləri ilə münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyevin rolunun kompleks şəkildə dərindən araşdırılmasını elmi-tarixi və praktik siyasət baxımdan aktual edir. Bu təcrübənin öyrənilməsi və müvafiq elmi ümumiləşdirilmiş nəticələrin çıxarılması əhəmiyyətlidir.

Problemin öyrənilmə səviyyəsi. Artıq qeyd edildiyi kimi, mövcud problem indiyədək Azərbaycan tarixşünaslığında ayrıca kompleks tədqiqat işi olmamışdır. Azərbaycanın Türkiyə və digər türk dövlətləri ilə qarşılıqlı münasibətlərinə həsr edilmiş bir neçə əsər, dissertasiya işi və elmi məqalə yazılsa da onların heç birində Heydər Əliyevin rolu xüsusi tədqiqat obyekti olmamışdır.

Bununla belə, bir sıra Azərbaycan alimlərinin əsərlərində tədqiq olunan problemin bu və ya digər tərəflərinə toxunulmuşdur. Azərbaycan Respublikasının xarici siyasəti, onun həyata keçirilməsində, o cümlədən türk dövlətləri ilə münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyevin fəaliyyəti R.Mehdiyevin (Mehdiyev R. Demokratiya yolunda: irs haqqında düşünərkən. Bakı, 2008; Yenə onun. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə. I – II cildlər. Bakı, 2006- 2007) və Ə.Həsənovun (Həsənov Ə. Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991- 1996). Bakı, 1998; Yenə onun. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005) əsərlərində ümumi baxımdan işıqlandırılmışdır.

Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyi tarixində tutduğu müstəsna tarixi rol, ölkənin xarici siyasətinin qurulması və həyata keçirilməsində fəaliyyəti İ.Hüseynovanın əsərlərində hərtərəfli araşdırılmışdır(Hüseynova İ. Dövlətçilik naminə. Bakı, 2001; Yenə onun. Müstəqilliyimizin təminatçısı. Bakı, 2003;).

Dissertasiya işi yazılarkən Azərbaycanın Türkiyə və digər türk dövlətləri ilə münasibətlərinə həsr edilmiş əsərlər öyrənilmişdir. Bu baxımdan İ.Vəliyev və K.Muxtarovun əsəri diqqəti cəlb edir. Müəlliflər türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq sahəsində Heydər Əliyevin göstərdiyi məqsədyönlü fəaliyyəti ümumi şəkildə işıqlandırmışlar (Vəliyev İ., Muxtarov K. Heydər Əliyev və türk dünyası. Bakı, 2003.).

M.Qasımovun (Qasımlı) monoqrafiyasında Azərbaycan Respublikasının 1991-1995-ci illərdə beynəlxalq münasibətlər sistemində tutduğu yer, həmçinin Türkiyə ilə diplomatik-siyasi münasibətlərin qurulub inkişaf etdirilməsi məsələləri öyrənilmişdir (Qasımov (Qasımlı) M. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1991- 1995-ci illər). Bakı, 1996;). Müəllifin digər bir monoqrafiyasında Azərbaycan dövlətinin xarici siyasətinin konseptual məsələləri, o cümlədən Türkiyə ilə münasibətləri tədqiq edilmişdir. Lakin bu əsərlərin heç birində Azərbaycan ilə Türkiyə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsində Heydər Əliyevin rolu ayrıca tədqiqat obyekti deyildir.

Y.Mahmudov (Mahmudlu) əsərlərində Azərbaycan tarixində Heydər Əliyevin oynadığı tarixi rol öyrənilmişdir (Mahmudov (Mahmudlu) Y. Azərbaycan–Şərqlə Qərb arasında qızıl körpü // Azərbaycan diplomatiyası, Bakı, 1993, №1, s.2-7;).

Ə.Qasımov zəngin arxiv materialları və rəsmi sənədlər əsasında 1969- 2003-cü illərdə Heydər Əliyevin Naxçıvana göstərdiyi diqqəti araşdırmış və ümumiləşdirmələr aparmışdır (Qasımov Ə.Q. Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri). Bakı, 2009;).

N.Xudiyevin məqaləsində Heydər Əliyevin 1999-cu ilin may ayında TRT-1 televiziya kanalına verdiyi müsahibə təhlil edilmişdir (Xudiyev N. Heydər Əliyev. Zəmanəmizin Atatürkü // Dirçəliş – XXI əsr. Bakı, 1999, №14, s.19). Məqalədə Heydər Əliyevin türk dünyasına dair baxışları şərh edildiyindən dissertasiya yazılarkən istifadə olunmuşdur.

K.Haqverdiyevanın məqaləsində türk dünyasında gedən inteqrasiya prosesləri, xüsusən iqtisadi əlaqələr öyrənilmişdir (Haqverdiyeva K. Türk dünyası inteqrasiya prosesləri // Qanun, Bakı, 2001, №11-12 (91-92), s.32).

Dissertasiya işi yazılarkən S.Ruintənin Azərbaycanın türk dövlətləri ilə siyasi əlaqələrinə həsr edilmiş əsərlərinə də diqqət yetirilmişdir (Ruintən S. Dövlət başçılarının zirvə toplantıları türk dövlətləri arasında siyasi əlaqələrin forması kimi // Tarix və onun problemləri. Bakı, 2000, №3-4, s.141- 143;). Müəllif türk dövlət başçılarının zirvə görüşlərinin mahiyyətini, məqsədlərini, fəaliyyətini və digər çoxtərəfli əlaqələrini araşdırmışdır.

N.Məmmədli türk dünyasının mədəni əməkdaşlığı məsələlərini şərh etmişdir (Məmmədli N. Türk dünyasının mədəni körpüsü: problemlər, reallıqlar // Dirçəliş – XXI əsr. Bakı, 2003, №60, s.156-162). Müəllif türk xalqları arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin zəruri olduğunu vurğulamışdır.

N.Cəfərovun məqaləsində Heydər Əliyevin türk dünyasına münasibətdə baxışları təhlil edilmiş və türk dövlətləri arasında əlaqələrin inkişafında xidmətləri öyrənilmişdir (Cəfərov N. Türk dünyasının birliyi strategiyası: Heydər Əliyevdən İlham Əliyevə // Dirçəliş – XXI əsr. Bakı, 2004, №74-75, s.235-244.).

Ə.Əhmədov türk dövlətləri ilə Azərbaycanın münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyevin tarixi roluna diqqət yetirmişdir (Əhmədov Ə. Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərinin genişləndirilməsində Heydər Əliyevin rolu // Dirçəliş – XXI əsr. Bakı, 2004, №74-75, s.244-266).

Ə.Muxtarovanın məqaləsində türk dünyasının lideri kimi Heydər Əliyev şəxsiyyəti öyrənilmiş və tarixi xidmətləri göstərilmişdir (Muxtarova Ə. Türk dünyasının əbədiyaşar lideri // Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. Xüsusi buraxılış. Bakı, 2004, s.114-129).

Dissertantın məqalələrində Azərbaycanın türk dövlətləri ilə qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyevin rolu öyrənilmişdir.(Bax: Müəllifin nəşr olunmuş məqalələrinin siyahısı.)

Dissertasiya işi yazılarkən TÜRKSOY-un sədri Polad Bülbüloğlunun “Avrasiya etüdleri“ jurnalında çap edilmiş TÜRKSOY-un yaradılması və fəaliyyətindən bəhs edən məqaləsindən istifadə olunmuşdur (Bülbüloğlu P. Türk dünyasında kültür işbirliği // Avrasiya etüdleri. Ankara, 1996, №3, s.45-46).

Türkiyədən olan tədqiqatçılar İdris Balın məqaləsində Türkiyənin türk dövlətləri ilə iqtisadi və ticarət əlaqələri (İdris B. Türkiyenin Türk Cumhuriyetleri ile ekonomik ve ticari ilişkileri // Avrasiya etüdleri. Ankara, 2001, №20, s.37-59), Ramazan Özeyin məqaləsində isə türk dünyasının geosiyasi əhəmiyyəti və başlıca problemləri tədqiq edilmişdir.(Ramazan Ö. Türk dünyasının jeopolitik önemi ve başlıca problemleri // Avrasiya etüdleri. Ankara, 2001, №20, s.83-93)

Reha Yılmazın məqaləsində türk dövlətlərinin iqtisadi birliyi haqqında bəzi mülahizələr irəli sürülmüşdür(Yılmaz Reha. Türkdilli dövlətlərin iqtisadi birliyi haqqında bəzi mülahizələr // Dirçəliş – XXI əsr, 2003, № 61, s.124-128). Müəllif türk ölkələrinin iqtisadi potensialını araşdırmış və iqtisadi inteqrasiyaya dair müəyyən təkliflərini vermişdir.

Dissertasiya işi yazılarkən Türkiyənin digər alimlərinin türk dünyası problemlərinə həsr edilmiş əsərlərinə də diqqət yetirilmişdir. Bu baxımdan Bilal N.Şimşir (Şimşir N.Bilal. Yeni Türk Cumhuriyetleri ve Türkiye. 1991 yılındakı gelişmeler // Degişen dünyada Türkiye ve türk dünyası sempozyumu (bildiriler). Hacettepe Üniversitesi Atatürk ilkeleri ve inkilap tarihi enstitüsü. Ankara, 13 Nisan 1992. Ankara, 1993, s.59-98), Suat İlham (Suat İlhan. Jeopolitik açıdan türk dünyası // Degişen dünyada Türkiye ve türk dünyası sempozyumu (bildiriler). Hacettepe Üniversitesi Atatürk ilkeleri ve inkilap tarihi enstitüsü. Ankara, 13 Nisan 1992. Ankara, 1993, s.99-107), Dursun Yıldırım (Dursun Yıldırım. Türk dünyasına toplu bakış // Degişen dünyada Türkiye ve türk dünyası sempozyumu (bildiriler). Hacettepe Üniversitesi Atatürk ilkeleri ve inkilap tarihi enstitüsü. Ankara, 13 Nisan 1992. Ankara, 1993, s.109-116), Emin Çarıkçı Emin Çarıkçı. Türk Cumhuriyetlerinin ekonomik durumu ve sosyo-ekonomik potansiyelleri // Degişen dünyada Türkiye ve türk dünyası sempozyumu (bildiriler). Hacettepe Üniversitesi Atatürk ilkeleri ve inkilap tarihi enstitüsü. Ankara, 13 Nisan 1992. Ankara, 1993, s.117-129 ()5 və b. məqalələri faydalı olmuşdur.

Ümumiyyətlə, mövcud ədəbiyyatın öyrənilməsi göstərir ki, Azərbaycan Respublikasının türk dövlətləri ilə münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyevin rolu indiyədək ayrıca tədqiqat obyekti olmadığından araşdırılması aktualdır.

Dissertasiya işinin mənbəşünaslıq bazası. Dissertasiya mövzusuna dair ayrıca tədqiqat işi yazılmadığından problem başlıca olaraq aşağıdakı ilk mənbələr əsasında araşdırılmışdır:

-Heydər Əliyevin nitq, çıxış və əsərləri;

-Azərbaycan Respublikasının nazirlik, idarə və təşkilatlarının cari arxiv sənədləri;

-digər türk dövlətlərinin mənbələri.

Dissertasiya işi yazılarkən ilk növbədə Heydər Əliyevin əsərləri və nitqləri dərindən öyrənilmişdir. Heydər Əliyevin xarici ölkələrə səfərlərinə dair materialların toplandığı külliyyatlar türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsində onun tarixi xidmətlərini və yürüdülmüş siyasəti öyrənməyə imkan verir (Azərbaycan beynəlxalq aləmdə. I-V cildlər. Bakı, 1996-2000).

Türk dünyasına münasibətdə Heydər Əliyevin baxışlarını öyrənmək üçün dəyərli mənbə həmin ölkələrə səfərləri zamanı etdiyi nitq və çıxışlarının toplandığı kitablardır (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar /H.Əliyev; burax. məs. R.Mehdiyev. I – XXXXVI cildlər. Bakı, 1997-2013). Heydər Əliyevin Türkiyəyə səfərləri və etdiyi nitqlər altı cildlik kitabın üç cildində toplanmışdır.(Heydər Əliyev və Şərq. Altı cilddə. Türkiyə. I-III kitab. Bakı, 2005) Həmin nitqlər Heydər Əliyevin Türkiyəyə münasibətdə baxışlarını və iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində fəaliyyətini öyrənmək üçün qiymətli mənbədir. Altı cildliyin altıncı kitabı Heydər Əliyevin digər türk dövlətlərinə səfərlərinə həsr edilmişdir. (Heydər Əliyev və Şərq. Altı cilddə. Türk dünyası. VI kitab. Bakı, 2005)

Heydər Əliyevin 1997-ci il martın 5-8-də Türkiyəyə rəsmi səfərinə dair materialların toplandığı külliyyat iki ölkə arasında münasibətlərin inkişaf dinamikasını izləməyə imkan verir (Azərbaycan – Türkiyə: dostluq, strateji əməkdaşlıq. Bakı, 1997). Kitabda Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə keçirdiyi görüşlər, nümayəndə heyətləri arasında aparılan danışıqlar, sənədlərin imzalanması mərasimi, prezidentlərin bəyanatları və s. materiallar toplanmışdır.

Türk dövlət başçılarının zirvə görüşlərinin materialları problemi öyrənməkdə mənbə rolunu oynamışdır. Bu baxımdan ilk növbədə Bakıda keçirilən VI zirvə görüşünün materialları qeyd edilməlidir (Крепкая дружба и тесное сотрудничество наших братских стран и народов – веление времени и объективная необходимость VI Саммит глав тюркоязычных государств в Баку // Возрождение – XXI век. Баку, 2000, №4, с.3;). Həmin toplantıda Heydər Əliyevin etdiyi nitq problemi və türk dünyasına münasibətdə baxışlarını öyrənməkdə başlıca mənbələrdən biridir (Речь Президента Азербайджанской Республики Гейдара Алиева на VI саммите глав тюркоязычных государств // Возрождение – XXI век. Баку, 2000, №4, с.4-7).

Türk dövlət başçılarının VII zirvə görüşünün materialları problemi öyrənməkdə mühüm mənbə rolunu oynamışdır (Türkdilli ölkələrin dövlət başçılarının VII zirvə görüşü haqqında məlumat // Dirçəliş – XXI əsr. Bakı, 2001, №4, s.36-37). Zirvə görüşündə Heydər Əliyevin nitqi və dövlət rəhbərləri ilə keçirdiyi görüşlər, apardığı müzakirələr onun türk dövlətləri ilə əlaqələrin inkişafına verdiyi diqqətin göstəricisidir.

Heydər Əliyevin 2001-ci ildə Türkiyəyə səfəri zamanı Böyük Millət Məclisində etdiyi nitqdən geniş istifadə olunmuşdur (Türkiyə Böyük Millət Məclisində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. // Dirçəliş – XXI əsr. Bakı, 2001, №4, s.3-12.).

Azərbaycan Respublikasının türk dövlətləri ilə müxtəlif sahələrdə əməkdaşlığının inkişaf dinamikasını öyrənmək üçün cari arxiv materiallarına dа diqqət yetirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının xarici əlaqələr şöbəsinin materialları elmi əlaqələr sahəsində münasibətlərin inkişaf dinamikasını müqayisəli şəkildə araşdırmağa imkan verir (Azərbaycan Milli Elmlər Akademiyasının xarici əlaqələr şöbəsinin cari arxivi. 1993-2003-cü illər).

Türk dövlətləri ilə təhsil sahəsində əlaqələri araşdırmaq üçün Təhsil Nazirliyinin Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin materialları öyrənilmişdir (Azərbaycan Respublikası Təhsil Nazirliyi xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin cari arxivi. Türkiyə və digər türkdilli dövlətlərlə əlaqələrə dair qovluqlar. 1992-2003-cü illər).

Azərbaycanın türk dövlətləri ilə mədəni əlaqələrinin inkişaf etdirilməsində Heydər Əliyevin rolunu öyrənməkdən ötrü Mədəniyyət Nazirliyinin xarici əlaqələr şöbəsinin materialları əhəmiyyətli olmuşdur (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi xarici əlaqələr şöbəsinin cari arxivi. 1991-2003-cü illər).

Azərbaycanda çap olunan qəzet və jurnalların materiallarından geniş istifadə edilmişdir. “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Ədəbiyyat qəzeti”, “Mədəniyyət” qəzetlərinin, “Tarix və onun problemləri”, “Dirçəliş – XXI əsr”, “İpək yolu” və s. jurnalların materialları araşdırılan problemin mahiyyətini açmağa imkan verir.

Dissertasiya işində TÜRKSOY təşkilatının orqanı olan “Türk dünyası” jurnalında dərc edilmiş məqalələr elmi dövriyyəyə gətirilmişdir.

Azərbaycan Respublikasının türk dövlətləri ilə münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyevin rolu haqqında bəzi dövlət xadimləri fikirlərini söyləmişlər. Bu baxımdan Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin Azərbaycan televiziyasına verdiyi müsahibə əhəmiyyətlidir (Heydər Əliyev dünyada tanınan şəxsiyyətdir. Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəlin Azərbaycan televiziyasına müsahibəsi // Dirçəliş – XXI əsr. 2001, №41, s.28-33.).

Ümumiyyətlə, mənbələrin təhlili göstərir ki, problem indiyədək öyrənilmədiyindən tədqiq olunması aktualdır.

Dissertasiya işinin metodoloji əsasını tarix elmində qəbul olunmuş ümumi elmi metodlar təşkil edir. Müəllif problemə dair çoxlu materialları və faktları toplayaraq sistemləşdirmiş, müqayisəli təhlil, şərh etmiş və elmi ümumiləşdirilmiş nəticələr çıxarmışdır.

Tədqiqatın obyekti 1993-2003-cü illərdə Azərbaycan Respublikasının türk dövlətləri ilə münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyevin rolunun tarixi baxımdan araşdırılmasıdır.

Tədqiqatın predmeti Azərbaycan ilə Türkiyə və Orta Asiyanın türk dövlətləri arasında ikitərəfli diplomatik-siyasi münasibətlərin, ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar əməkdaşlığın, çoxtərəfli əlaqələrin inkişaf etdirilməsində Heydər Əliyevin roludur.

Tədqiqatın xronoloji çərçivəsi 1993-2003-cü illərdə Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illəri əhatə edir. Mövcud xronoloji çərçivə Azərbaycan Respublikasının türk dövlətləri ilə münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyevin tarixi rolunu araşdırmağa imkan verir.

Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiya işində qarşıya qoyulan başlıca məqsəd Azərbaycan Respublikasının türk dövlətləri ilə münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyevin tarixi rolunun araşdırılmasıdır. Həmin məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsinə cəhd edilmişdir:

– Heydər Əliyev hakimiyyətə gələrkən Azərbaycan Respublikası ilə türk dövlətləri arasında münasibətlərin ümumi vəziyyətini öyrənmək;

– Azərbaycanın Türkiyə ilə qarşılıqlı münasibətlərinin müqaviləhüquqi əsaslarının inkişaf etdirilməsində Heydər Əliyevin fəaliyyətini təhlil etmək;

– iki ölkə arasında diplomatik-siyasi münasibətlərin inkişafında Heydər Əliyevin rolunu şərh etmək;

– Azərbaycan və Türkiyə arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni, humanitar əməkdaşlığın inkişaf etdirilməsində Heydər Əliyevin rolunu araşdırmaq;

– Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə diplomatik-siyasi munasibətlərinin yenidən qurulmasında Heydər Əliyevin fəaliyyətini öyrənmək;

– həmin ölkələrlə ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar əməkdaşlığın yenidən qurulması və inkişafında Heydər Əliyevin rolunu açmaq;

– türk dövlətləri ilə çoxtərəfli münasibətlərin inkişafında Heydər Əliyevin fəaliyyətini təhlil etmək.

Dissertasiya işinin elmi yeniliyi. Dissertasiya işinin elmi yeniliyi əsasən aşağıdakı müddəalarda öz əksini tapmışdır:

– tarixşünaslıqda ilk dəfə olaraq Azərbaycan Respublikasının türk dövlətləri ilə münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyevin rolu elmi-nəzəri və tarixi baxımdan kompleks şəkildə araşdırılmışdır;

– əməkdaşlığın inkişafında Heydər Əliyevin rolunu konkret faktlarla əsaslandırmaq üçün bir sıra mənbə və ədəbiyyatlar öyrənilmiş və ilk dəfə olaraq elmi dövriyyəyə cəlb edilmişdir;

– Azərbaycanın türk dövlətləri ilə münasibətləri təhlil edilərək belə bir ümumi nəticə çıxarılmışdır ki, Heydər Əliyev hakimiyyətə gələnədək ikitərəfli və çoxtərəfli münasibətlərin səviyyəsi tərəflərin imkanlarından aşağı olmuş, mənafelərinə cavab verməmişdir;

– belə bir qənaətə gəlinmişdir ki, yaranmış böhranlı şəraitdə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev türk dövlətləri ilə münasibətlərin yeni, real təməllər üzərində qurulması üçün səylər etmiş, mövcud problemlər tədricən həll olunmuşdur;

– vurğulanmışdır ki, Azərbaycanın türk dövlətləri ilə diplomatiksiyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar əməkdaşlığı məhz Heydər Əliyevin səyləri sayəsində yenidən qurularaq inkişaf etdirilmiş və qarşılıqlı fayda vermişdir;

– belə bir nəticəyə gəlinmişdir ki, Heydər Əliyevin səyləri sayəsində Azərbaycanın türk dövlətləri ilə çoxtərəfli əsasda əməkdaşlığına dinamizm gəlmiş, bu, tərəflərə fayda vermiş və bu əməkdaşlığın böyük potensialı vardır.

Dissertasiya işinin praktik əhəmiyyəti. Elmi-nəzəri, tarixi və praktik əhəmiyyət daşıdığından dissertasiya işinin əsas müddəaları və nəticələrindən istifadə edilə bilər:

– Azərbaycan tarixinə, Ümumi tarixə və Beynəlxalq münasibətlər tarixinə həsr edilmiş ümumiləşdirilmiş əsərlərin, dərslik və dərs vəsaitlərinin yazılmasında;

– ali məktəblərin müvafiq fakültələrində mühazirələrin oxunmasında və seminar məşğələlərinin keçirilməsində;

– Azərbaycan Respublikasının türk dövlətləri ilə münasibətlərinin inkişaf etdirilməsində iştirak edən dövlət, hökumət və ictimai təşkilatların fəaliyyətində;

– Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin təbliğində.

Dissertasiya işinin aprobasiyası. Dissertasiya işi Gəncə Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının 29 noyabr 2013-cü il tarixli iclasında (protokol 4) müzakirə olunaraq müdafiəyə buraxılmışdır. Dissertantın Azərbaycanda və xarici ölkələrdə mövzuya dair məqalə və tezisləri dərc edilmişdir. İşin əsas müddəaları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci və hakimiyyətə qayıdışının 21-ci ildönümünə həsr olunmuş “Milli mənəvi dəyərlərin qorunması qloballaşan dünyamızın aktual problemidir” elmi-praktik konfransda məruzə olunmuşdur.

Dissertasiyanın strukturu. Dissertasiya işi giriş, yarımfəsillərdən ibarət üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

DİSSERTASİYA İŞİNİN ƏSAS MƏZMUNU

Girişdə mövzunun aktuallığı əsaslandırılmış, istifadə olunmuş mənbə və ədəbiyyatlar təhlil edilmiş, dissertasiya işinin məqsəd və vəzifələri müəyyənləşdirilmiş, xronoloji çərçivəsi, nəzəri-metodoloji əsası, elmi yeniliyi və praktik əhəmiyyəti göstərilmişdir.

Birinci fəsil “Azərbaycan ilə Türkiyə arasında münasibətlərin inkişaf etdirilməsində Heydər Əliyevin fəaliyyəti” adlanır. İki yarımfəsildən ibarət olan bu fəslin “Diplomatik-siyasi münasibətlərin inkişaf etdirilməsi” adlanan birinci yarımfəslində Azərbaycan Respublikasının Türkiyə ilə diplomatik-siyasi münasibətlərinin inkişaf etdirilməsi məsələləri araşdırılmış və qeyd olunmuşdur ki, Heydər Əliyevin hakimiyyətinin ilk aylarında iki ölkə arasında münasibətlərdə müəyyən qədər ehtiyatlılıq mövcud idi. Heydər Əliyevin səyləri nəticəsində ikitərəfli diplomatik-siyasi münasibətlər yeni təməl üzərində qurulmağa başlandı və şüarçılıqdan imtina edildi. İlk növbədə müxtəlif səviyyəli qarşılıqlı səfərlər həyata keçirildi. 1994-cü il fevralın 8-11-də Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı iki ölkə arasında vacib sənədlər imzalandı (Azərbaycan beynəlxalq aləmdə, I c., s.62). Sonrakı səfərlər ikitərəfli diplomatik-siyasi münasibətlərin inkişafında mühüm addımlar oldu. Səfərlərin yekununda ticarət-iqtisadi, elmi-texniki, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə sənədlər imzalandı.

Heydər Əliyevin 1998-ci ilin fevral ayında Türkiyəyə səfəri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına kömək etdi. Danışıqlarda Azərbaycan Prezidenti iki ölkə arasında münasibətlərdə qazanılmış təcrübəni qoruyub saxlamağı, zənginləşdirməyi və inkişaf etdirməyi tövsiyə etdi (Azərbaycan beynəlxalq aləmdə, IV c., s.33.).

Həmin ilin sentyabr ayında TRASEKA proqramı çərçivəsində keçirilən beynəlxalq konfransda iştirak edən Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə görüşündə Heydər Əliyev türk dövlətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi etdi (Qardaş türk xalqının bayramı Azərbaycan xalqı üçün də əziz gündür. “Azərbaycan” qəzeti, 1998, 5 noyabr, №258 (2067)). Onlar türk dünyası arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladılar.

Araşdırma göstərir ki, Heydər Əliyev Türkiyə ilə siyasi münasibətlərin inkişaf etdirilməsində parlamentlərarası əməkdaşlığa xüsusi diqqət yetirmişdir. Türkiyəyə səfərləri zamanı o, parlamentdə nitq söyləmiş, Azərbaycan – Türkiyə münasibətlərinə, o cümlədən türk dünyası problemlərinə də toxunmuşdur. 1999-cu ilin noyabr ayında Türkiyəyə səfəri zamanı TBMM-də çıxış edən Heydər Əliyev türk dövlətləri arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğuladı. Türkiyə mətbuatı Azərbaycan rəhbərinin nitqini və münasibətlərin inkişafında rolunu yüksək qiymətləndirdi.

Heydər Əliyevin Türkiyəyə 2001-ci ildəki səfəri zamanı iki ölkə arasında bir neçə müqavilə, saziş və protokol imzalandı. Məhz Heydər Əliyevin səyləri nəticəsində ikitərəfli diplomatik-siyasi münasibətlər yeni təməl üzərində qurularaq inkişaf etdirildi.

Qarşılıqlı münasibətlərin ən mühüm məsələləri Türkiyə dövlət və hökumət nümayəndə heyətlərinin Azərbaycana səfərləri zamanı geniş müzakirə edilmişdir. Heydər Əliyev Türkiyə ilə diplomatik-siyasi münasibətlərin möhkəmləndirilməsinə Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi baxmışdır.

“Ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar əlaqələrin inkişafında Heydər Əliyevin rolu” adlanan ikinci yarımfəsildə Azərbaycan ilə Türkiyə arasında ticarət-iqtisadi əlaqələrin yeni təməl üzərində qurulması və genişləndirilməsində Heydər Əliyevin rolu tədqiq edilmişdir. Qeyd edilmişdir ki, Heydər Əliyev Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair yaradılmış beynəlxalq konsorsiumda Türkiyənin fəal iştirakına çalışırdı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanarkən Türkiyənin payı 1,75 % idi. Ancaq sonralar Azərbaycan öz payından Türkiyənin payına əlavə etdi (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Beynəlxalq Atatürk Sülh mükafatı təqdim olunmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi // Dirçəliş – XXI əsr. 1999, №21-22, s.8.).

Heydər Əliyevin səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının işlənilməsində “Türk petrolları” şirkəti çalışmağa başladı. Heydər Əliyev Xəzər dənizinə türk dövlətləri birləşdirən amil kimi baxır və enerji ehtiyatları sahəsində onların əməkdaşlığını yüksək qiymətləndirirdi. Onun səyləri nəticəsində sonrakı illərdə bütövlükdə Azərbaycan neftinə dair müqavilələrdə Türkiyənin payı 35% təşkil etdi” (Türkiyə Böyük Millət Məclisində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi // Dirçəliş – XXI əsr. Bakı, 2001, №4, s.8.).

1998-ci il oktyabrın 29-da Ankarada Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinə dair bəyannamənin imzalanması Heydər Əliyevin türk dünyası qarşısında mühüm tarixi xidməti oldu. Heydər Əliyev hesab edirdi ki, iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan–Türkiyə münasibətlərinə bir sıra siyasi üstünlüklər verir. Onun fikrincə, bu boru kəməri layihəsinin həyata keçirilməsi Türkiyənin iqtisadiyyatının dirçəldilməsində, yeni iş yerlərinin açılmasında vacib rol oynamaqla yanaşı, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.

Yarımfəsildə vurğulanır ki, Heydər Əliyev Azərbaycan və Türkiyə arasında elmi-texniki, mədəni və humanitar əməkdaşlığa xüsusi diqqət yetirirdi. Bu diqqət özünü konkret olaraq əməli fəaliyyətdə göstərmişdir. Türkiyə ilə elm və təhsil sahəsində əməkdaşlıqda təhsil nazirlərinin və topluluqlarının təhsil təmsilçilərinin konfransları mühüm yer tutmuşdur. Konfranslarda türk dünyasının təhsil problemləri, ortaq dil, ortaq tarix və ədəbiyyat dərsliklərinin yazılması və b. məsələlər müzakirə edilmişdir. Dissertasiya işində həmin sahədə əməkdaşlıq şərh və təhlil edilmişdir.

Heydər Əliyevin tövsiyəsi ilə iki ölkə arasında ədəbi əlaqələr də yüksək səviyyədə inkişaf etdirilmişdir. Şair, yazıçı və jurnalistlərin qarşılıqlı səfərləri; kitabxanalar arasında əlaqələr; şeir festivalları; kitab tərcüməsi və çapı; birgə konfranslar və ədəbi məclislər; türk və Azərbaycan yazıçılarının qurultayında qarşılıqlı iştirak; Azərbaycan gecəsinin keçirilməsi və s. mədəni əlaqələrdə əhəmiyyətli formalar olmuşdur.

İki ölkə arasında teatr, kino, rəssamlıq və musiqi incəsənəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsini Heydər Əliyev tövsiyə etmişdir. Yarımfəsildə həmin məsələlər də şərh olunmuşdur.

Aparılan tədqiqatlar göstərir ki, Heydər Əliyevin bilavasitə fəaliyyəti nəticəsində Azərbaycan və Türkiyə arasında əməkdaşlıq yeni keyfiyyət mərhələsinə daxil olmuş, zənginləşmiş və inkişaf etmişdir. Müxtəlif sahələrdə əməkdaşlıq hər iki ölkəyə fayda vermişdir.

İkinci fəsil “Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə münasibətlərinin yenidən qurulması və inkişafında Heydər Əliyevin rolu” adlanır. İki yarımfəsildən ibarət olan fəslin “Heydər Əliyev və Özbəkistan və Qırğızıstan ilə münasibətlər” adlanan birinci yarımfəslində vurğulanır ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan – Özbəkistan münasibətlərində soyuqluq mövcud idi. Qarşılıqlı münasibətlərdə etimadsızlıq hökm sürürdü. Bütün bunların nəticəsində hətta “Bakı – Daşkənd” hava xətti bağlanmışdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra diplomatik-siyasi münasibətlərin yenidən qurulması istiqamətində qətiyyətli addımlar atdı. Əvvəlki illərdə buraxılan səhvlər düzəldildi. Səfirliklər açıldı. Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan ilə Özbəkistan arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar əməkdaşlıq quruldu. Qarşılıqlı səfərlər reallaşdırıldı. Səfərlərin gedişində imzalanan sənədlər münasibətlərin müqavilə-hüquq bazasını təşkil etdi, istiqamətlərini və formalarını müəyyənləşdirdi. Dissertasiya işində zəngin fakt və materiallara istinad edilərək iki ölkə arasında münasibətlərin yenidən qurulması və inkişaf etdirilməsində Heydər Əliyevin rolu tədqiq edilmişdir.

Yarımfəsildə qeyd edilir ki, Heydər Əliyev hakimiyyətə gələrkən Azərbaycan Respublikası ilə Qırğızıstan arasında münasibətlər soyuq idi. Belə vəziyyətin yolverilməz olduğunu görən Heydər Əliyev qətiyyətli addımlar atdı. İkitərəfli diplomatik-siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar əlaqələr yenidən quruldu. Qarşılıqlı səfərlərin nəticəsində münasibətləri tənzimləyən sənədlər imzalandı. Həmin sənədlərdə müxtəlif sahələrdə əməkdaşlığın forma və istiqamətləri, perspektivləri müəyyənləşdirildi. Yürüdülən siyasət nəticəsində həyata keçirilən müxtəlif sahələrdəki əməkdaşlıq qarşılıqlı fayda verməyə başladı. Yarımfəsildə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin inkişaf etdirilməsində Heydər Əliyevin rolu konkret fakt və materiallarla əsaslandırılmışdır.

Fəslin “Qazaxıstan və Türkmənistan ilə münasibətlərin inkişaf etdirilməsində Heydər Əliyevin fəaliyyəti” adlanan ikinci yarımfəslində vurğulanır ki, Heydər Əliyev Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin yeni təməl üzərində qurulmasının təşəbbüskarı və memarı oldu. Qarşılıqlı səfərlərin nəticəsində diplomatik-siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar əməkdaşlığa dair bir sıra sənədlər imzalandı. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi üstündə Azərbaycan ilə Qazaxıstan arasında mövcud olan fikir ayrılıqları aradan qaldırıldı. İki ölkənin münasibətləri nümunəvi bir forma aldı. Dissertasiya işində yuxarıda qeyd edilən məsələlər ən mötəbər mənbələrə əsasən araşdırılmışdır.

Yarımfəsildə Heydər Əliyevin Türkmənistan ilə qarşılıqlı münasibətlərdə mövcud olan soyuqluğu aradan qaldırmaq üçün etdiyi səylər tədqiq edilmişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyev iki ölkə arasında diplomatik-siyasi, ticarət-iqtisadi, mədəni və b. sahələrdə əməkdaşlığın yeni təməl üzərində qurulmasına çalışmışdır. Qarşılıqlı səfərlər zamanı müxtəlif sahələrdə əlaqələrin inkişafına dair sənədlər imzalanmışdır. Bununla belə, tədqiq olunan illərdə Azərbaycan– Türkmənistan münasibətlərində həll olunmamış problemlər qalmışdır.

Aparılan tədqiqatlar göstərir ki, Heydər Əliyev Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığında reallığa əsaslanmış və konkret işləri həyata keçirməyin tərəfdarı olmuşdur. O, münasibətlərin qarşılıqlı fayda əsasında möhkəm maddi təməl üzərində qurulması istiqamətində fəaliyyət göstərmişdir. Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə qarşılıqlı münasibətlərinin yaxşılaşdırılması və inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyev türk dövlətlərinin əməkdaşlığına çalışaraq, region siyasətində onların söz sahibi olmaları istiqamətində fəaliyyət göstərmişdir.

İki yarımfəsildən ibarət olan üçüncü fəsil “Heydər Əliyev və türk dövlətləri ilə çoxtərəfli münasibətlər” adlanır. “TÜRKSOY, türk xalqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları çərçivəsində əməkdaşlıqda Heydər Əliyevin fəaliyyəti” adlanan birinci yarımfəsildə aparılmış tədqiqatlardan aydın olur ki, Heydər Əliyev TÜRKSOY-un fəaliyyətinə xüsusi qayğı göstərmişdir. Məlum olduğu kimi, bu təşkilat türk dövlətlərinin mədəniyyət nazirlərinin hələ 1992-ci ildə İstanbulda və Bakıda apardıqları danışıqlar zamanı əldə olunmuş razılığa əsasən yaradılmışdı. Heydər Əliyevin xarici siyasət fəaliyyətində türk dövlətləri arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi mühüm yer tutmuşdur. O, türk xalqları arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirmiş və TÜRKSOY-un fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyələrini vermişdir. Türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlıq çoxtərəfli əsasda inkişaf etmişdir.

Yarımfəsildə Heydər Əliyevin türk xalqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultaylarının keçirilməsinə xüsusi diqqət yetirməsi, təbrik məktubları göndərməsi və s. məsələlər araşdırılmışdır. Qeyd edilmişdir ki, bu qurultaylar kütləvi olub, təkcə müstəqil türk dövlətlərini deyil, türk xalqları və topluluqlarını da əhatə etmişdir.

“Türk dövlət başçılarının zirvə görüşləri səviyyəsində əməkdaşlıqda Heydər Əliyevin rolu” adlanan ikinci yarımfəsildə vurğulanır ki, Heydər Əliyev türk dövlət başçılarının zirvə görüşlərinə xüsusi diqqət yetirmiş, onlara fikir mübadiləsinin aparılmasında, ümumi problemlərin həlli yolunda mühüm vasitə kimi baxmışdır. Heydər Əliyev türk dövlət başçılarının zirvə görüşlərində iştirak etmiş, nitq söyləmiş, əməkdaşlığı daha da dərinləşdirmək istiqamətində tövsiyələrini vermiş, Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığına dünyada gedən inteqrasiya proseslərinin tərkib hissəsi kimi baxmışdır. Dissertasiya işində bu və ya digər məsələlər konkret fakt və materialların əsasında tədqiq edilmişdir.

Dissertasiya işinin “Nəticə” hissəsində aparılan tədqiqata yekun vurulmuş, müvafiq elmi ümumiləşdirmələr aparılmışdır.

Dissertasiya işinin əsas məzmunu müəllifin çap edilmiş aşağıdakı elmi əsərlərində öz əksini tapmışdır:

  1. Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərinin inkişafında Heydər Əliyevin rolu (ümumi baxış) // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı, 2005, № 5, s.192- 194.
  2. Müasir dövrdə Azərbaycan – Türkiyə iqtisadi əməkdaşlıq münasibətlərinə dair // Gəncə Dövlət Universiteti. Elmi əsərlər məcmuəsi. 2005, № 1, Bakı, Nurlan, 2005, s. 159-163.
  3. Müasir dövrdə Azərbaycan – Türkiyə ticarət, elmi-texniki, mədəni əməkdaşlıq münasibətlərinə dair // Gəncə Dövlət Universiteti. Elmi əsərlər məcmuəsi. Humanitar və təbiət elmlər seriyası, 2005, № 2, s. 94-95.
  4. Heydər Əliyev və türk dövlət başçılarının zirvə görüşü // Sumqayıt Dövlət Universiteti Elmi Xəbərləri. Sosial və humanitar elmlər bölməsi. Sumqayıt, 2006, cild 2, № 2, s. 36-39.
  5. Heydər Əliyev və türk xalqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları // Azərbaycan Dillər Universiteti Elmi Xəbərləri. Bakı, 2006, № 4, s. 249-251.
  6. Heydər Əliyev və türkdilli dövlətlərin TÜRKSOY çərçivəsində əməkdaşlığı // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı, 2006, № 2, s.232-237.
  7. Деятельность Гейдара Алиева по развитию азербайджано-турецких политико-дипломатических отношений в 1993-2003 гг. // Журнал научных публикаций аспирантов и докторантов. Москва, 2009, № 7, с.54-56.
  8. Роль Гейдара Алиева в возобновлении взаимоотношений между Азербайджаном и тюркоязычными государствами Средней Азии (1993-2003 гг). // Актуальные проблемы гуманитарных и естественных наук. Журнал научных публикаций. Москва, 2009, № 6, с.68-70.
  9. Azərbaycanın Özbəkistan ilə münasibətlərinin yenidən qurulmasında və inkişafında Heydər Əliyevin rolu // Gəncə Dövlət Universiteti. Elmi Xəbərlər. Fundamental, humanitar və təbiət elmlər seriyası. Gəncə, 2012, № 3, s. 114-119.
  10. Роль Гейдара Алиева в развитии многостороннего сотрудничества с тюркскими государствами // Казахский Национальный Педагогический Университет имени Абая. Дискуссионные проблемы истории Казахстана. Серия “Исторические и социально-политические науки”. Алматы, 2012, № 3(34), с. 75-78.
  11. “Azərbaycanın türk dövlətləri ilə münasibətlərinin inkişafında Heydər Əliyevin rolu (1993-2003-cü illər)” probleminin tarixşünaslığı // Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. Xüsusi buraxılış. Bakı, 2013, №2, s.173-179.
  1. Azərbaycan – Qazaxıstan münasibətləri (1993-2003-cü illər) // Geostrategiya. Bakı, 2014, iyul-avqust, №4 (22), s.47-51.
  2. Heydər Əliyev və Azərbaycan – Özbəkistan münasibətləri (1993- 2003-cü illər) // Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. Bakı, 2014, №3, s.158-164.
  3. Heydər Əliyev və Azərbaycan – Türkmənistan münasibətləri (1993-2003-cü illər) / Milli mənəvi dəyərlərin qorunması qloballaşan dünyamızın aktual problemidir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci və hakimiyyətə qayıdışının 21-ci ildönümünə həsr olunmuş elmi-praktik konfransının materialları. Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 2014, s.237-241.

Национальная Академия Наук Азербайджана

2. Ayten Mustafayeva, Vugar Mammadov. “How Genetically Modified Products are Reflected in Food Legislation of Different CIS countries”. World Congress on Medical Law. 8-12 August 2010 Zagreb, Croatia.

3. Ayten Mustafayeva. “Legal aspects of Bioethical Norms”. World Congress on Medical Law. 8-12 August 2010 Zagreb, Croatia.

4. Aytən Mustafayeva. “Ən yeni texnologiyalar və insan hüquqlarına təhdid”. “Heydər Əliyev və Azərbaycan Respublikasının Beynəlxalq Əməkdaşlıq Siyasətinin Əsas İnkişaf Tendensiyaları” mövzusunda 06-07 may 2010-cu il tarixində keçirilmiş Elmi-Praktiki Konfransın Materialları. Bakı, 2010.

5. Aytən Mustafayeva. “Bioetika, insan hüquqları və milli maraqlar”. Beynəlxalq hüquq və inteqrasiya problemləri. 2009. № 4 (20). Səh. 13-15

6. Aytən Mustafayeva. “Bioetika və müasir cəmiyyət”. Beynəlxalq hüquq və inteqrasiya problemləri. 2009 №3 (19). Səh. 26-30

7. Aytən Mustafayeva. “Elmi tədqiqatlarda etik meyarlar”. Beynəlxalq hüquq və inteqrasiya problemləri. 2010 № 2 (22). Səh.24-29

8. Mustafayeva A.I., Mammadov V.Q. “Patient Rights in the Health System of Azerbaijan”. 10th Indo-Pacific Congress on Legal Medicine and Forensic Science. 25th-30th October, 2010

9. Айтен Мустафаева, Вугар Мамедов. «Трансплантология Международный опыт и этико-правовые аспекты». Право и Политология. № 15, December, 2010, Tbilisi. Səh.14-20

10. Айтен Мустафаева, Рауф Караев. «Правовые Аспекты Возмещения Ущерба Азербайджану в результате агрессии со стороны Армении». Право и Политология. № 15, December, 2010, Tbilisi

11. Aytən Mustafayeva. “Elmi əməkdaşlıq və inteqrasiya yollarında”. Nəqliyyat Hüququ № 4, Bakı, 2011

12. Мустафаева А. «Защита прав человека в контексте развития новейших технологий». Право і суспільство: науковий журнал. № 3, 2010. Səh.216-221

13. А.И. Мустафаева. «Право на охрану здоровья: соотношение международно-правовых и национальных норм». Azerbaijan and Azerbaijanis. Азербайджан и Азербайджанцы. № 1-2. Vol. 105-106, Baku, 2010. Səh.64-73

14. Aytən Mustafayeva, Vüqar Məmmədov. “Dini təlimlər və bioetikanın əxlaqi-hüquqi meyarları”. Tarix, İnsan və Cəmiyyət. Elmi-nəzəri və elmi-metodik jurnal. № 1, 2011, Bakı. Səh.85-93

15. A.Mustafayeva. “Milli ideya: məqsəd Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirməkdir”. Nəqliyyat Hüququ, № 3, Bakı, 2011

16. Aytən Mustafayeva. “Bioetik normaların hüquqi aspektləri”. Nəqliyyat Hüququ. № 1, Bakı, 2010. Səh.103-106

17. Айтен Мустафаева, Рауф Караев. «Правовые аспекты возмещения ущерба Азербайджану в результате агрессии со стороны Армении». Dirçəliş XXI əsr. 149-150, 2010.

18. Айтен Мустафаева, Вугар Мамедов, Нигар Агакишиева. «Актуальные биоэтические проблемы». Dirçəliş XXI əsr. 149-150, 2010. Səh. 201-218

19. Айтен Мустафаева, Вугар Мамедов, Ирина Галаева. «Права человека в медицине». Dirçəliş XXI əsr. 149-150, 2010. Səh. 219-231

20. Aytən Mustafayeva, İsmət Əhmədov, Rövşən Xəlilov. “Nanobiotexnologiyanın insan cəmiyyətində rolu”. Dirçəliş XXI əsr, 143-144, 2010. Səh.116-131

21. Aytən Mustafayeva, Vüqar Məmmədov. “Yeyinti məhsulları haqqında Azərbaycan Respublikası Qanununun MDB ölkələrinin analoji qanunları ilə müqayisəli təhlili”. Dirçəliş XXI əsr, 143-144, 2010. Səh. 190-200

22. Aytən Mustafayeva, Vüqar Məmmədov, Rüstəm Məmmədov. “Beynəlxalq konvensiya təcrübəsi və bioetika haqqında Azərbaycan Respublikası milli qanunvericiliyin yaradılması”. Dirçəliş XXI əsr, 153-154, 2011. Səh.196-207

23. Aytən Mustafayeva, İsmət Əhmədov, Vüqar Məmmədov. Rövşən Xəlilov. “Nanotexnologiyanın etik məsələləri”, Dirçəliş XXI əsr, 151-152, 2010. Səh.260-270

24. Aytən Mustafayeva. “Elmi tədqiqatlarda etik meyarlar”. Bioetika, Tibbi Hüquq və Yeni Texnologiyalar. Bakı. 2011

25. Айтен Мустафаева, Вугар Мамедов, Нигяр Агакишиева. «Актуальные биоэтические проблемы». Bioetika, Tibbi Hüquq və Yeni Texnologiyalar. Bakı. 2011

26. Айтен Мустафаева, Рауф Мамедов, Вугар Мамедов. «Религиозные учения и морально-правовые критерии биоэтики». Bioetika, Tibbi Hüquq və Yeni Texnologiyalar. Bakı. 2011. Səh.39-47

27. Aytən Mustafayeva, Vüqar Məmmədov, Rüstəm Məmmədov. “Beynəlxalq konvensiya təcrübəsi və bioetika haqqında Azərbaycan Respublikası milli qanunvericiliyinin yaradılması”. Bioetika, Tibbi Hüquq və Yeni Texnologiyalar. Bakı. 2011

28. Айтен Мустафаева, Вугар мамедов, Нигар Агакишиева. «К вопросу о распределнии донорских ресурсов в трансплантологии». Bioetika, Tibbi Hüquq və Yeni Texnologiyalar. Bakı. 2011. Səh. 90-106

29. Айтен Мустафаев, Вугар Мамедов, Ирина галаева. «К вопросу реализации прав человека в системе зравоохранения и ее роль в демократизации страны». Bioetika, Tibbi Hüquq və Yeni Texnologiyalar. Bakı. 2011. Səh. 107-121

30. Aytan Mustafayeva, Vugar Mammadov. “Informed consent is one of the important principles of respect for human rights and freedoms”. Bioetika, Tibbi Hüquq və Yeni Texnologiyalar. Bakı. 2011

31. Aytan Mustafayeva, Vugar Mammadov. “The rights of elderly people in society”. Bioetika, Tibbi Hüquq və Yeni Texnologiyalar. Bakı. 2011. Səh. 131-140

32. Aytən Mustafayeva. “Milli genofondumuz təhlükə altındadır”. Bioetika, Tibbi Hüquq və Yeni Texnologiyalar. Bakı. 2011

33. Aytən Mustafayeva, Vüqar Məmədov. “Yeyinti məhsulları haqında Azərbaycan Respublikası qanunun MDB ölkələrinin analoji qanunları ilə müqayisəli təhlili”. Bioetika, Tibbi Hüquq və Yeni Texnologiyalar. Bakı. 2011

34. Aytən Mustafayeva, İsmət Əhmədov, Vüqar Məmmədov, Rövşən Xəlilov. “Nanotexnologiyanın etik məsələləri”. Bioetika, Tibbi Hüquq və Yeni Texnologiyalar. Bakı. 2011

35. Aytən Mustafayeva, İsmət Əhmədov, Rövşən Xəlilov. “Nanobiotexnologiyalar və müasir cəmiyyət”. Bioetika, Tibbi Hüquq və Yeni Texnologiyalar. Bakı. 2011

36. Aytan Mustafayeva, Vugar Mammadov. “CIS countries on the issue of genetically modified products”. Bioetika, Tibbi Hüquq və Yeni Texnologiyalar. Bakı. 2011

37. A.Mustafayeva, V.Mammadov. “Organ Transplantation: Its legislative Bases in Azerbaijan”. AmericanCollege of Legal Medicine, 51st Annual Meeting, February 24-27, 2011, Las Vegas, Nevada

38. A.Mustafayeva, V.G.Mammadov. “Conventionl International Practice and the Formation of National Legislation for the AzerbaijanRepublic”. AmericanCollege of Legal Medicine, 51st Annual Meeting, February 24-27, 2011, Las Vegas, Nevada

39. A.Mustafayeva, V.G.Mammadov. “The Correct Attitude toward Genetically Modified Products is one of the Startegic Components of Food Security”. AmericanCollege of Legal Medicine, 51st Annual Meeting, February 24-27, 2011, Las Vegas, Nevada

40. Ayten Mustafayeva, Vugar Mammadov. “Teaching Legal Aspects of Bioethical Norms in High Education System of Azerbaijan”. UNESCO Chair in Bioethics. International Conference on Bioethics Education: Contents, Methods, Trends. Canaan Spa, Zefat, Israel, May 2-5, 2010

41. Айтен Мустафаева. «Правовые аспекты Биоэтики: Международный опыт и Азербайджан». Право и Политология. № 3(8), September, 2010, Tbilisi. Səh. 6-9

42. Aytən Mustafayeva. “Erməni etnokorporasiyaları və siyasiləşdirilmiş miflər” 23 aprel 2009-cu ildə AMEA-nın İnsan Hüquqları İnstitutunda “Ermənilik: mif və gerçəkliklər” mövzusunda keçirilmiş elmi-praktiki konfransda çıxış. Dirçəliş XXI əsr. 133-134. 2009

43. Aytən Mustafayeva. “Elmi tədqiqatlarda etik meyarlar”. Dirçəliş XXI əsr. 139-140. 2009. Səh 367-373

44. Aytan Mustafayeva, Vugar Mammadov. “The Legislation of CIS countries on the issue of genetically modified products”. Medicine and Law. World Assication for medical Law. Theme Issue. Volume 30, Number 4. December, 2011

45. A.I.Mustafayeva, V.Q.Mammadov and M.P. Zeynalov. “Ethnic and Religious roots of regional conflicts in the Caucasus”. Contemporary International Relations. Vol. 22, No.1. January/February 2012

46. Aytən Mustafayeva. “Ümummilli liderin Azərbaycanı dünyaya tanıtma kursu və Heydər Əliyev Fondu”. Dirçəliş XXI əsr. 168, Xüsusi buraxılış, 2012.

47. Айтен Мустафаева, Вугар Мамедов. «Права человека в медицине: право на информированное согласие пациента». Dirçəliş XXI əsr. 166-167. 2012. Səh. 226-235

48. Aytən Mustafayeva. “Bioetik normaların hüququi aspektləri”. Bioetika və cəmiyyət. Məqalələr toplusu. Bakı. 2006

49. Aytən Mustafayeva. “Bioetika və insan Hüquqları milli maraqlar kontekstində”. Bioetika və cəmiyyət. Məqalələr toplusu. Bakı. 2006

50. Aytən Mustafayeva. “Elmi tədqiqatlarda etik problemlər”. Bioetika və cəmiyyət. Məqalələr toplusu. Bakı. 2006

51. Aytən Mustafayeva. “Müasir cəmiyyətdə etik problemlər”. Bioetika və cəmiyyət. Məqalələr toplusu. Bakı. 2006

52. Aytən Mustafayeva. “Azərbaycan Qanunvericiliyi və xarici ölkələrin qanunvericilik aktlarında bioetikaya dair betnəlxalq hüquqi normalar”. Bioetika və cəmiyyət. Məqalələr toplusu. Bakı. 2006. Səh. 47-57

53. Aytən Mustafayeva. “Milli genofondumuz təhlükə altındadır”. Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi. Məqalələr toplusu. Elm və təhsil. Bakı. 2010

54. Айтен Мустафаева. «Защита гражданского населения в период вооруженных конфликтов в международном гуманитарном праве и законодательстве Азербайджанской Республики». Nurlar. Баку. 2008

55. Айтен Мустафаева. «Права человека и угроза киберпреступности». İnformasiya Müharibələri və Kompüter cinayətkarlığı. Bakı. 2011

56. Aytən Mustafayeva. “Müstəqillik illərində Azərbaycanda İnsan Hüquqlarının inkişafı”. Müstəqil Azərbaycan 20 il.Dövlət Ailə,Qadın və Uşaq siyasəti.Nurlar.Bakı. 2012

57. Vugar Mammadov, Aytan Mustafayeva, Fidan Rustamova, Fatima Aliyeva, Nigar Galandarli, Ervin Agayev. “Legal Responsibility for Violations of Law by Medical Workers in Azerbaijan”. AmericanCollege of Legal Medicine, 53rd Annual Meeting, February 21-24, 2013, Las Vegas, Nevada

58. Aytən Mustafayeva,Vüqar Məmmədov. ”MDB və Qərb ölkələrinin Konstitusiyalarında Sağlamlığın qorunması hüququ”Hüquq elminin müasir problemləri mövzusunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90-illik yubileyinə həsr olunmuş III Respublika elmi-nəzəri konfransın materialları. Bakı.2013.

59. Вугар Мамедов, Айтан Мустафаева, Лала Джафарова. Этико-правовые и религиозные нормы проблем искусственного оплодотворения. Hüquq elminin müasir problemləri mövzusunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90-illik yubileyinə həsr olunmuş III Respublika elmi-nəzəri konfransın materialları.Bakı.2013.

60. Aytən Mustafayeva. “İnsan Hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planı dövlətin bu sahəyə diqqətinin göstəricisidir”.Nəqliyyat hüququ, Bakı.2013

61. Vugar Mammadov, Aytan Mustafayeva. Strengthening the Legal Profession and Access to Justice in Azerbaijan. Rule of Law and Development. Beijing.2012

62. Aytan Mustafayeva, Samira Garamollayeva. History of Development of Concepts of Human Rights and Rights of Child. Rule of Law and Development. Beijing.2012

63. Aytan Mustafayeva. UNESCO Bioethics Teachers Training in Azerbaijan. World Association For Medical Law. 2013.

Член Европейской Ассоциации Медицинского Права (EAHL),

Comments are closed, but trackbacks and pingbacks are open.