Press "Enter" to skip to content

Hər gün yeni bir kitab

Kaş ördək Luvr ucsuz-bucaqsız su səltənətinin ortasında torpağın yaranması ilə dünyada necə bir çətinlik əmələ gələcəyini bilmiş olaydı. Axı torpaq yaranandan bəri dəniz rahatlıq tapmır. O vaxtdan bəri dəniz quruyla çarpışır, quru da dənizlə. İnsan da qalıb bu ikisinin arasında. Quru ilə dənizin, dənizlə qurunun arasında qalmaq isə insan üçün bəzən çox çətin olur. İnsan da torpağa çox bağlı olduğundan dəniz onu sevmir.

Dəniz kənarı ilə qaçan alabaş (Чингиз Айтматов)

1977-ci ildə yazılmış “Dəniz kənarıyla qaçan Alabaş” əsərində dörd ovçunun dənizə çıxmasından, hadisələrin onların gözlədiklərindən tamamilə fərqli cərəyan etməsindən və Kirisk adlı oğlanın keçdiyi ağır sınaqlardan bəhs olunur.

слушать книгу

Оставить комментарий Отменить ответ

Жанры аудиокниг:

  • Автомобили и ПДД
  • Анекдоты
  • Античная литература
  • Архитектура
  • Афоризмы и цитаты
  • Банковское дело
  • Биографии и Мемуары
  • Биология
  • Боевая фантастика
  • Боевики: Прочее
  • Боевое фэнтези
  • Военное дело, спецслужбы
  • Воспитание детей
  • География
  • Героическая фантастика
  • Городское фэнтези
  • Детективная фантастика
  • Детская проза
  • Детская психология
  • Детская фантастика
  • Детские детективы
  • Детские приключения
  • Детские стихи
  • Документальная литература
  • Дом и Семья: прочее
  • Домашние Животные
  • Драматургия
  • Древневосточная литература
  • Европейская старинная литература
  • Журналы
  • Зарубежная деловая литература
  • Зарубежная драматургия
  • Зарубежная классика
  • Зарубежная компьютерная литература
  • Зарубежная образовательная литература
  • Зарубежная прикладная и научно-популярная литература
  • Зарубежная психология
  • Зарубежная публицистика
  • Зарубежная справочная литература
  • Зарубежная старинная литература
  • Зарубежная фантастика
  • Зарубежная эзотерическая и религиозная литература
  • Зарубежное фэнтези
  • Зарубежные боевики
  • Зарубежные детективы
  • Зарубежные детские книги
  • Зарубежные любовные романы
  • Зарубежные приключения
  • Зарубежные стихи
  • Зарубежный юмор
  • Здоровье
  • Изобразительное искусство, фотография
  • Иностранные языки
  • Интернет
  • Иронические детективы
  • Историческая литература
  • Историческая фантастика
  • Исторические детективы
  • Исторические любовные романы
  • Исторические приключения
  • Историческое фэнтези
  • История
  • Киберпанк
  • Кинематограф, театр
  • Классики психологии
  • Классическая проза
  • Классические детективы
  • Книги для детей: прочее
  • Книги о войне
  • Книги о Путешествиях
  • Книги про вампиров
  • Книги про волшебников
  • Компьютеры: прочее
  • Контркультура
  • Короткие любовные романы
  • Корпоративная культура
  • Космическая фантастика
  • Криминальные боевики
  • Критика
  • Крутой детектив
  • Кулинария
  • Культурология
  • Литература 18 века
  • Литература 19 века
  • Литература 20 века
  • Личностный рост
  • Личные финансы
  • Любовно-фантастические романы
  • Любовное фэнтези
  • Малый бизнес
  • Маркетинг, PR, реклама
  • Медицина
  • Мифы. Легенды. Эпос
  • Морские приключения
  • Музыка, балет
  • Научная фантастика
  • О бизнесе популярно
  • Общая психология
  • Остросюжетные любовные романы
  • Очерки
  • Педагогика
  • Повести
  • Поиск работы, карьера
  • Политика, политология
  • Политические детективы
  • Полицейские детективы
  • Попаданцы
  • Поэзия
  • Приключения: прочее
  • Природа и животные
  • Программирование
  • Программы
  • Прочая образовательная литература
  • Психотерапия и консультирование
  • Публицистика: прочее
  • Путеводители
  • Развлечения
  • Рассказы
  • Религиоведение
  • Религиозные тексты
  • Религия: прочее
  • Руководства
  • Русская классика
  • Русское фэнтези
  • Самиздат
  • Самосовершенствование
  • Секс и семейная психология
  • Сказки
  • Словари
  • Советская литература
  • Современная зарубежная литература
  • Современная русская литература
  • Современные детективы
  • Современные любовные романы
  • Социальная психология
  • Социальная фантастика
  • Социология
  • Спорт, фитнес
  • Справочная литература: прочее
  • Справочники
  • Старинная литература: прочее
  • Техническая литература
  • Триллеры
  • Ужасы и Мистика
  • Управление, подбор персонала
  • Учебная литература
  • Физика
  • Философия
  • Фэнтези про драконов
  • Химия
  • Хобби, Ремесла
  • Ценные бумаги, инвестиции
  • Шпионские детективы
  • Эзотерика
  • Экономика
  • Энциклопедии
  • Эротика, Секс
  • Эротическая литература
  • Юмор: прочее
  • Юмористическая проза
  • Юмористическая фантастика
  • Юмористические стихи
  • Юмористическое фэнтези
  • Юриспруденция, право
  • Языкознание

Библиотека электронных книг “Семь Книг” – admin@7books.ru

Dəniz kənarıyla qaçan Alabaş

Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Ç.Aytmatov üçün ədəbiyyatda bir “böyük mövzu” – insan mövzusu var. Dəniz kənarıyla qaçan Alabaş” romanında oxucular həyatın çətinliklərinə sinə gərən, ürəklərində işıq daşıyan, xeyirxahlığa çalışan insanların maraqlı taleyi ilə tanış olurlar.

Oxşar kitablar

Qoca və dəniz

Ernest Heminquey

Cild : Yumşaq

Sonuncu Mogikan

Ceyms Fenimor Kuper

Cild : Yumşaq

Koroğlu dastanı

Nəşriyyat

Cild : Yumşaq

Pollianna

Elinor Porter

Cild : Yumşaq

Sirli bağ

Frensis Börnet

Cild : Yumşaq

Stokda yoxdur

Göy Yaqut – Şerlok Holms (Sherlock Holmes) macəraları

Artur Konan Doyl

Cild : Yumşaq

Mauqli

Redyard Kipling

Cild : Yumşaq

Persi Cekson və Titanın lənəti

Rick Riordan

Cild : Yumşaq

Dördlərin işarəsi- Şerlok Holms (Sherlock Holmes) macəraları

Artur Konan Doyl

Cild : Yumşaq

Treysi Bikerin hekayəsi

Jaklin Vilson

Cild : Yumşaq

BMA – böyük və mehriban Azman

Roald Dahl

Cild : Yumşaq

Tom Soyyerin macəraları

Mark Tven

Cild : Yumşaq

Nikkinin gündəliyi

Reyçel Rene Rassel

Cild : Yumşaq

Doktor Moronun adası

Herbert Corc Uells

Cild : Yumşaq

Şahzadə və dilənçi

Mark Tven

Cild : Yumşaq

Ebbi-qreyncdə qətl –Şerlok Holms (Sherlock Holmes) macəraları

Artur Konan Doyl

Cild : Yumşaq

Ceyms və nəhəng şaftalı

Roald Dahl

Cild : Yumşaq

Hekayələr

Cəlil Məmmədquluzadə

Cild : Yumşaq

Stokda yoxdur

Doktor Cekil və cənab Haydın qəribə hekayəsi

Robert Louis Stevenson

Cild : Yumşaq

The Adventures of Tom Sawyer

Mark Tven

Cild : Yumşaq

Mustafa Kamal Atatürk

Qanun Nəşriyyatı

Cild : Yumşaq

Hekayələr

Əbdürrəhim Bəy Haqverdiyev

Cild : Yumşaq

Qorxu Vadisi – Şerlok Holmes (Sherlock Holmes) macəraları

Artur Konan Doyl

Cild : Yumşaq

Stokda yoxdur

Baskervillərin İti – Şerlok Holms (Sherlock Holmes) macəraları

Artur Konan Doyl

Cild : Yumşaq

Rəylər

PUBG LİTE 7 January 2021

Bu kitabı oxumaq istəyirəm

Elmar Abdulhemidov 11 January 2020

Eserin tehlili geniş ve xoşagelen olsun

Текст книги “Dəniz kənarı ilə qaçan alabaş”

Canına dənizin rütubəti və soyuğu çökmüş zülmət gecədə Oxot dənizinin sahili boyunca, quru ilə dənizin üz-üzə gəldiyi hər yerdə təbiətin iki qüvvəsinin əbədi mübarizəsi gedirdi – quru dənizin qarşısını alır, dəniz isə qurunun üstünə hücum çəkməkdən usanmırdı.

Dəniz qaranlıqda sıldırım qayalara çırpılıb çiliklənərək uğuldayır, özünü əldən salırdı. Daş kimi bərkimiş torpaq isə dənizin zərbələrini dəf edərək ağır-ağır nəfəs alırdı.

Onlar ilk yaranışdan – gündüzlə gecənin yarandığı vaxtdan bəri beləcə çarpışır və bu çarpışma bundan sonra da, nə qədər ki torpaqla su var, gecəli-gündüzlü, əbədi olaraq davam edəcəkdir. Gecəli-gündüzlü…

…Daha bir gecə əriyib gedirdi. Ertəsi gün onların ova çıxacaqları gecə. Həmin gecə o yatmadı. Ömründə ilk dəfə yuxusu qaçaq düşdü, ömründə ilk dəfə yuxusuzluğun nə olduğunu bildi. Çox istəyirdi ki, səhər tez açılsın. O, nerpa1 1
Nerpa – suitilərin bir növü

[Закрыть] dərisi üzərində uzanaraq torpağın dəniz zərbələrindən güclə seziləcək dərəcədə titrəməsini, dalğaların körfəzdə guruldamasını və sakitləşməsini hiss edir, eşidirdi. O, gecəni dinşəyir, yatmırdı…

Amma bir vaxtlar hər şey başqa cür olmuşdu. İndi bunu heç təsəvvürə gətirmək də mümkün deyil. İndi bu heç kəsin ağlına da gəlmir, heç kəs başa da düşmür ki, o qədim zamanlarda ördək Luvr olmasaydı, dünya tamam başqa cür qurula bilərdi. Quru suya qarşı, su da quruya qarşı durmazdı. Axı dünyanın əzəl başından təbiətdə torpaq olmayıb, onun heç tozu da olmayıb, hər tərəf göz işlədikcə su imiş, yalnız su! Su cərəyan etdiyi qaranlıq girdablarda, hədsiz burulğanlarda öz-özündən əmələ gəlib və dalğalar o vaxtkı yan-yörəsiz dünyanın hər tərəfinə axıb yayılıb.

Elə indi də başımızın üstündən dəstə-dəstə ötüb keçən adi çöl ördəklərindən olan ördək Luvr o vaxt dünya üzərində tək-tənha uçur, yumurta qoymaq üçün yer tapa bilmirmiş. Dünyada sudan başqa heç nə yox imiş. Hətta bir qamış belə yox imiş ki, ördək ondan yuva qursun.

Ördək Luvr həyəcanla uçurmuş. O, yumurtasını saxlaya bilməyəcəyindən, onu dibsiz dənizə salacağından çox qorxurmuş. Hansı tərəfə üz tutub uçurdusa, yenə də özünü dalğalanan sular üzərində qanad çalan görürmüş, çünki hər yan ucu-bucağı olmayan su imiş. Ördək Luvr yorulub əldən düşüb və anlayıb ki, bu gen dünyada yuva qurulası bir yer yoxdur.

Əlacsız qalan ördək Luvr suyun üzünə qondu, sinəsindən lələklər qopararaq özünə yuva qurdu. Həmin üzən yuvadan da torpaq əmələ gəldi, böyüdü və cürbəcür canlılara məskən oldu. İnsan isə bu məxluqat içərisində hamını ötüb keçdi. O, vəhşi heyvan ovlayaraq, balıq tutaraq özünü dolandırdı, nəsil artırdı.

Kaş ördək Luvr ucsuz-bucaqsız su səltənətinin ortasında torpağın yaranması ilə dünyada necə bir çətinlik əmələ gələcəyini bilmiş olaydı. Axı torpaq yaranandan bəri dəniz rahatlıq tapmır. O vaxtdan bəri dəniz quruyla çarpışır, quru da dənizlə. İnsan da qalıb bu ikisinin arasında. Quru ilə dənizin, dənizlə qurunun arasında qalmaq isə insan üçün bəzən çox çətin olur. İnsan da torpağa çox bağlı olduğundan dəniz onu sevmir.

Səhər açılırdı. Daha bir gecə çəkilib gedir, daha bir gündüz gəlirdi.

Bir-birindən güclü dalğalar qumun üstüylə, boz, sürüşkən daşların arasıyla şığıyaraq var qüvvə ilə yuxarı qalxıb quru üzərinə hücum çəkir və axır nəfəsdə şappıltı ilə çırpılaraq bir anda yoxa çıxan köpüklər və yosun qoxusunu sahildə qoyub geri çəkilirdi.

Qaranlıq çəkilib gedirdi. Səhər səxavətlə nura bələnirdi. Torpağın ümumi cizgiləri yavaş-yavaş aydın görünür, dənizin üzü get-gedə açılırdı.

Gecə küləyinin coşdurduğu dalğalar sahilə yaxın yerlərdə hələ köpüklənsə də, dəniz öz dərinliklərində artıq sakitləşir və daha coşub-çağlamırdı. Dəniz üzərindəki qara buludlar isə sahil təpəliklərinə doğru sürünürdü.

Həmin yerdə, Alabaş buxtasının yaxınlığında çəpəki ucalan dağlıq yarımadada ən çox nəzərə çarpan və uzaqdan baxanda dəniz kənarıyla baş alıb qaçan nəhəng ala-bula köpəyi xatırladan bir qaya var. Yan-yörəsində ağac və kollar olan, başında sallaq qulağa oxşayan iri qar talasını, quzey çuxurunda isə ondan da iri bəyaz qar zolağını yayın qızmar günlərinədək qoruyub saxlayan Alabaş qaya dənizdən də, meşədən də hər zaman aydın görünürdü.

Sübh tezdən, günəş iki qovaq boyu qalxanda buradan – Alabaş buxtasından bir nivx2 2
Nivxlər – Amur çayının aşağı tərəfində və Saxalin adasında yaşayan xalq

[Закрыть] kayakı3 3
Kayak – biryerli, ikiyerli və ya üçyerli avarlı qayıq

[Закрыть] ayrılıb dənizə yol aldı. Qayıqda üç ovçu və bir oğlan uşağı vardı. Daha cavan və qüvvətli olan iki kişi hərəsi iki kürəklə avar çəkirdi. Kişilərdən ən yaşlısı – qəhvəyi sifətli, arıq, irihülqumlu, üz-gözünü, ələlxüsus da boynunu dərin qırışlar basmış, iri kələ-kötür əlləri çat-çat olmuş qoca, qayığın arxa tərəfində oturub çubuğunu ağır-ağır sümürərək sükanı idarə edirdi. Saç-saqqalı çallaşmış, demək olar, ağarmışdı. Qəhvəyi çöhrəsində çal qaşları gendən seçilirdi. Qoca sulanan, qızarmış gözlərini adəti üzrə qıymışdı – axı o, ömrü boyu günəş şüalarını əks etdirən sulara baxmalı olmuşdu. On bir-on iki yaşlı qaragözlü oğlan isə o biri başda, qayığın lap burnunda oturaraq altdan-altdan böyüklərə baxır, zəhmli ağsaqqal ona acıqlanmasın deyə özünü güclə yerində saxlayır, yıxılmamağa çalışırdı.

Oğlan həyəcan keçirirdi. Onun burun pərləri qalxıb-yatır, üzündə xəfif çillər görünürdü. Bu ona anasından keçmişdi. Anası çox sevinəndə üzündə belə xəfif çillər əmələ gələrdi. Oğlanın həyəcanlı olmasının səbəbi vardı. Bu dəniz səfəri onun üçün, onu ovçuluq peşəsinə alışdırmaq üçün düşünülmüşdü. Elə buna görə də Kirisk cüllüt kimi başını o tərəf-bu tərəfə çevirir, ətrafa sonsuz maraq və səbirsizliklə baxırdı. Kirisk ömründə birinci dəfə idi ki, dədə-baba qayığında açıq dənizə peşəkar ovçularla əsl ova gedirdi. Oğlan yerindən qalxmaq, avar çəkənləri tələsdirmək, dəniz heyvanlarını ovlayacaqları adalara tez çatmaq üçün, az qala, özü kürəklərdən yapışmaq istəyirdi. Fəqət uşaq istəkləri təmkinli adamlara gülməli görünə bilərdi. O bundan ehtiyat edərək var gücü ilə hissini büruzə verməməyə çalışırdı. Lakin buna heç də tam müyəssər olmurdu. Öz xoşbəxtliyini gizlətmək onun üçün çətin idi; sağlam, qarabuğdayı yanaqları qıpqırmızı olmuşdu. Ən çox da vəcdə gəlmiş fərəhli, saf uşaq gözləri onun qəlbini coşduran sevinc və qürurunu gizlədə bilmirdi. Axı önündə dəniz vardı, qarşıda onu ov gözləyirdi!

Qoca Orqan onu başa düşürdü. O, gözlərini qıyaraq qayığın dənizdə istiqamətinə baxa-baxa səbirsizlikdən yerində qurcalanan oğlanın halını hiss edirdi. Qocanın baxışları hərarət saçırdı. O, “Eh, uşaqlıq, uşaqlıq!” deyə gülümsəmək istədi, lakin yarısönmüş çubuğuna dərin qullab vurub sümürməklə xəfif təbəssümünü vaxtında gizlətdi. Təbəssümü büruzə vermək olmazdı. Oğlan onlarla dəniz səfərinə əyləncə üçün çıxmamışdı. O öz dəniz ovçusu həyatına qədəm qoymalı idi. O bu həyata onu günlərin bir günü elə dənizdə başa vurmaq üçün başlamalı idi. Neyləmək olar?! Çörəyini dənizdən çıxaran adamın taleyi belədir, çünki dünyada dəniz ovçuluğundan çətin və təhlükəli iş yoxdur. Ona gərək uşaq yaşlarından alışasan. Elə buna görə də atalar deyiblər: “Ağıl – göydən, səriştə – uşaqlıqdan”. Atalar belə də deyiblər: “Çörək gətirməyən oğul nəslə yükdür”. Deməli, çörək gətirmək, ailəni dolandırmaq üçün kişi xeylağı erkən çağlarından özünə bir peşə seçməlidir. Kiriskin də belə bir peşə öyrənmək çağıydı. Ona ovçuluğu öyrətmək vaxtı gəlib çatmışdı.

Bu barədə hamı bilirdi. Alabaş dağının ətəyində məskən salmış Balıq-qadın qəbiləsinin hər bir üzvü bilirdi ki, bugünkü dəniz səfəri gələcəyin ailə başçısı, evinə ruzi gətirəni – Kiriskin xətrinədir. Adət belədir ki, hər bir kişi xeylağı uşaq yaşlarından dənizlə dostlaşmalıdır ki, dəniz onu tanısın, o da dənizə ehtiram bəsləsin. Buna görə də qəbilənin başçısı qoca Orqan özü və iki ən mahir ovçu – oğlanın atası Əmrayin və atasının əmisi oğlu Mılğunla yaşlıların kiçiklər qarşısında, bu dəfə onun, bu gündən həmişəlik olaraq dənizlə qaynayıb-qarışmalı olan Kiriskin qarşısında borclarının yerinə yetirərək dəniz səfərinə çıxmışdılar.

Nə olsun ki, Kirisk hələ ağzından süd iyi gələn uşaqdır? Bəlkə, Kirisk bir gün özü qəbilənin başçısına çevriləcək? Bu elə belə də olmalıdır, bu, nəsilbənəsil, kökbəkök beləcə davam edir. Ancaq bu barədə heç kim danışmaz. İnsan bu haqda ürəyində fikirləşir, amma dilinə gətirmir. Ona görə də oralarda, Alabaş dağının ətəklərində Balıq-qadının adamlarından heç kəs bu hadisəyə – Kiriskin ilk dəfə dənizə ova çıxmasına elə bir əhəmiyyət vermədi. Əksinə, adamlar çalışırdılar ki, onun böyük ovçularla birlikdə dənizə getdiyini hətta görməzliyə vursunlar. Sanki bu təşəbbüsü ciddi iş saymırdılar.

Onu təkcə anası yola salırdı. Kirisklə anası qarşıdakı dəniz səfəri barədə heç bir söz demədən və buxtaya çatmadan xudahafizləşdilər. Anası dənizə deyil, meşə-yə tərəf baxaraq oğluna bilə-bilə ucadan və aydın şəkildə: “Get meşəyə! – dedi. – Amma odun quru olsun, özün də meşədə azma ha!” O bunu izi azdırmaq üçün, oğlunu kinrlərdən – cinlərdən qorumaq üçün deyirdi. Ana onun atası barədə də bir söz demədi. Elə bil Əmrayin heç ata deyildi, elə bil Kirisk dənizə atası ilə deyil, başqası ilə gedirdi. Anası bu barədə də qəsdən danışmadı ki, kinrlər Əmrayinlə Kiriskin ata-oğul olduğundan agah olmasınlar. Ata-oğul bir yerdə ova çıxanda kinrlərin onları görməyə gözü olmur. Kinrlər onlardan birini tələf edə bilərlər ki, o birinin gücünü və iradəsini qırsınlar, o birisi də dənizə getməyə, meşəyə ayaq basmağa tövbə eləsin. Bu kinrlər xaindirlər, fürsət gözləyirlər ki, insanları bir bəlaya salsınlar.

Kirisk cinlərdən qorxmur, amma anası qorxur. Elə düşünür ki, lənətə gəlmiş cinlər uşaqlara nə qədər əzab verir, uşaqları cürbəcür xəstəliyə düçar edir, şikəst qoyurlar ki, onlardan ovçu çıxmasın.

Ana bir anlığa səssiz-səmirsiz dayanıb durdu, qorxusunu da, yalvarışını da, ümidini də bu səssizlikdə gizlədərək dəniz tərəfə bir kərə də baxmadan, əri barədə bircə kəlmə də demədən geri qayıtdı. Sanki əri ilə oğlunun haraya getdiyini heç bilmirdi. Halbuki dünəndən onlara yol tədarükü görmüşdü. Üçgünlük dəniz səfəri üçün azuqə hazırlamışdı.

Ana buxtaya çatmadan geri qayıtdı. Oğul isə anasının tapşırdığı kimi, kolların arası ilə dövrə vura-vura, izini azdıra-azdıra, gözə görünməyən kinrlərdən gizlənə-gizlənə qaçaraq xeyli qabaqda gedən kişilərin arxasınca yüyürdü.

Kirisk onlara tez çatdı. Çiyinlərində yük, silah, ov ləvazimatı olan kişilər tələsmədən gedirdilər: qabaqda ağsaqqal Orqan, qədd-qaməti və boy-buxunu ilə seçilən enlikürək, saqqallı Əmrayin və ayaqlarını yan basa-basa yeriyən iriçiyinli, kötük kimi möhkəm və yastı Mılğun. Onlar aşılanmış dəridən və göndən tikilmiş, dəniz üçün əlverişli, isti saxlayan, su keçirməyən nimdaş paltar geyinmişdilər. Kirisk isə onlara nisbətən geyimli-kecimli görünürdü. Anası zəhmətə qatlaşmış, onun dəniz paltarını çoxdan hazırlamışdı. Kiriskin torbasının da, üst geyiminin də kənarına naxış vurulmuşdu. Dəniz səfərində belə geyimin yeri deyildi. Ancaq ana – anadır.

Kirisk onlara çatdıqda Mılğun istehza ilə:

– Paho, biz elə fikirləşdik ki, sən qalası oldun. Elə bildik ki, əlindən tutub evə apardılar! – deyə özünü təəccüblənibmiş kimi göstərdi.

– Evə? Niyə ki? Mən ki… – deyə Kirisk inciklikdən az qaldı boğulsun.

– Di yaxşı, zarafat da başa düşmürsən. Dənizdə bir-birimizdən başqa kiminlə zarafat etməliyik?! Yaxşısı budur, al götür bunu! – deyə Mılğun öz vinçesterini4 4
Vinçester – XIX əsrin ikinci yarısında ABŞ-da istehsal olunan tüfəng növlərinin ümumi adı

[Закрыть] ona verdi. Oğlan bu etimaddan məmnun olub Mılğunla yanaşı addımladı.

Əgər işləri yaxşı gətirsə, evə əlidolu dönsə bilsələr, oğlana layiqincə izzət-ehtiram göstəriləcək. Gənc ovçu ilə görüş büsatı qurulacaq, bayram olacaq, cəsur ovçuların şəninə mahnılar oxunacaq. Mahnılarda Balıq-qadın qəbiləsinin ulu nənəsi Balıq-qadın tərif ediləcək. Nağaralar ağcaqayın çubuqlarının zərbələri altında gurlayacaq, şaman5 5
Şaman – ruhlara, möcüzələrə inanan bəzi xalqlarda falçı, cadugər, sehrbaz

[Закрыть] isə Kirisk barəsində Torpaqla, Suyla danışacaq, dua edəcək ki, Torpaq və Su həmişə onun hamisi olsun. Qoy o, böyük qazanc gətirən olsun, uğur həmişə yol yoldaşı olsun, əldə olan neməti qocalar və körpələr arasında ədalətlə bölmək vəzifəsi qoy həmişə ona nəsib olsun. Müdriklər müdriki şaman ulu Balıq-qadının nəsli artsın deyə Kiriskin çoxlu uşağı olması və hamısının sağ qalması, Balıq-qadın tayfasının uzunömürlü olması üçün dua edəcək:

Ulu Balıq-qadın, harda üzürsən?
Sənin isti bətnin – həyat mənbəyi.
O isti bətnindən törəmişik biz –
Dəniz kənarında göz açmışıq biz.
Dünyada ən yaxşı yer – isti bətnin.
Ulu Balıq-qadın, harda üzürsən?
Nerpa başı kimi bəyaz döşündən
Bizə süd vermisən sahil boyunda.
Ulu Balıq-qadın, harda üzürsən?
Üzəcək yanına ən güclü kişi:
Bətnin zaman-zaman barlansın deyə,
Nəslin zaman-zaman çoxalsın deyə…

Bayramda belə mahnılar oxunduqdan sonra Kirisk üçün başqa bir mühüm tamaşa da olacaq. Şövqlə rəqs edən şaman onun ovçu taleyini göydəki ulduzlardan birinə tapşıracaq. Axı hər ovçunun onu bəd nəzərdən qoruyan öz bəxt ulduzu olur. Amma Kiriskin taleyinin hansı ulduza tapşırıldığını heç vaxt heç kim bilməyəcək. Bu təkcə şamana, bir də o bəxt ulduzunun özünə məlum olacaq. Başqa heç kimə.

Əlbəttə, anası və bacısı hamıdan çox sevinib şadlanacaq, daha ucadan oxuyacaq, daha şövqlə oynayacaqlar. Atası Əmrayin də fərəh və qürur hissi keçirəcək.

İndi isə o, ata sayılmır. Dənizdə ata-oğul olmur, dənizdə hamı bərabərdir və hamı böyüyə tabedir. Böyük nə deyərsə, o da olmalıdır. Qayda belədir.

Bir də, çox güman ki, uşaq vaxtı birlikdə oynadığı Muzluk adlı qız da çox sevinəcək. Amma onlar, yəqin ki, bundan sonra daha birlikdə oynamazlar. Ovçu hara, oyun hara…

Qayıq dalğalara yüngülcə baş vura-vura irəliləyirdi. Alabaş buxtası çoxdan arxada qalmışdı. Ovçular uzun burunu keçib dənizə çıxdıqda gördülər ki, burada dalğa körfəzdəkindən zəifdir. Belə sabit dalğaların üstü ilə yeyin üzüb getmək olardı.

Nəhəng qovaq ağacının gövdəsindən oyulub düzəldilmiş qayıq sükana rahatlıqla tabe olaraq həm öndən, həm də yandan gələn dalğalara qarşı dayanıqlı idi.

Qoca Orqan artıq sönmüş çubuğunu hələ də sümürərək qayığın rahat hərəkət etməsindən ləzzət alır və qəlbində elə hislər keçirirdi ki, elə bil buz kimi dənizdə üzən qayıq elə onun özüdür. Sanki o özü qayığın bəndlərinin rəvan cırıltısına və kürəklərin ahəngdar şappıltısına qoşularaq dənizin qoynunda üzürdü, elə bil qarşıya çıxan dalğaları özü sinəsi ilə yarır, suların zərbə və təkanlarından yüngülcə silkələnib irəliləyirdi. Qayıq onun çox xoşuna gəlirdi. Axı qovaq ağacından olan bu qayığı özü rəndələmiş, özü oymuşdu. O işin öhdəsindən nəinki bir, heç dörd-beş adam da gələ bilməzdi. Qovaq ağacını yıxmaqda ona kömək etsələr də, sonrakı işləri tək özü görmüşdü. Ağacı üç il sərasər qurudub oymuş və ağlına gəlmişdi ki, bu onun ömrü boyu düzəltdiyi kayaklar içərisində ən yaxşısı olacaq. Ancaq bu barədə fikirləşdikcə qeyri-ixtiyari olaraq kədərlənirdi; bu, bəlkə, onun həyatında axırıncı kayakdır? Nə ola, hələ bir az da yaşayaydı, yenə də dənizə çıxa biləydi. Nə qədər ki gözü işıqlıdır, tükü tükdən seçir, saf-çürük etməyi bacarır, daha bir-iki kayak da yonub düzəldəydi. Və o belə fikirləşə-fikirləşə xəyalən kayakla söhbət edirdi. Kayaka: “Mən sənə inanıram, qardaşım kayak, – deyirdi. – Sən dənizin, dalğaların dilini bilirsən, sənin gücün elə bundadır. Sən tərifəlayiq kayaksan, mənim yonub düzəltdiyim kayakların ən yaxşısısan. Sən böyük kayaksan – sənə iki suiti və bir dənə də nerpa sığır. Sən bizə uğur gətirəcəksən!

Əgər mən ölsəm, sən çox yaşa, çox gəz, ovla zəngin olan uzaq yerlərə səfərlərə çıx. Əgər mən ölsəm, dənizə gənc və güclü ovçularla çıx. Onlara da mənə etdiyin kimi xidmət et. Sən ömrü başa vurmağa tələsmə, qardaşım kayak, gözlə ki, bax, o burun tərəfdə oturan, başını bulayan, özünü güclə saxlayan bizim bu uşaq da böyüsün, o da uzaq-yaxın səfərlərə səninlə getsin. Bu gün isə o bizimlə ilk dəfədir ki, dənizə çıxıb. Belə lazımdır. Qoy öyrənsin. Biz dünyadan köçüb gedəcəyik, onun ömrü isə hələ qabaqdadır. Əgər atasına – Əmrayinə çəkərsə, deməli, fərasətli adam olacaq, daha boşboğazın biri yox. Əmrayin indiki ovçular arasında, bəlkə də, ən mahir ovçudur. Qıvraq, işbacaran oğlandır. Bir vaxtlar mən də eləydim. Lap gənc vaxtlarımdı. Mənə elə gəlirdi ki, ömrün sonu yoxdur. Fəqət çox gec başa düşürsən ki, belə deyil. Cavanlar isə bunu bilmək istəmirlər. Bax, Əmrayin və Mılğun bu barədə, yəqin ki, hələ fikirləşmirlər. Eybi yoxdur. Bir vaxt başa düşərlər. Amma onlar cəld və sürətlə avar çəkirlər. Qayıq sanki öz-özünə, oynaya-oynaya gedir. Lakin bu, adama belə gəlir. Dənizdə qolların gücünə gedirsən. Qarşıda isə hələ nə qədər yol var, hələ nə qədər qol gücü sərf olunacaq, nə qədər avar çəkmək lazım gələcək. Bu gün, yəqin ki, qaranlıq düşənə kimi üzməliyik. Sabah da bütün günü.

Sən məni eşidirsən? Sən məni başa düşürsən, qardaşım kayak? Sən bizi aparıb Üçəmcək adalarına, bolluca ov yerinə çatdırmalısan. Biz məhz ov üçün səfərə çıxmışıq. Orada, adaların sahillərində nerpalara rast gələcəyik. Onlar adalarda sürü-sürü yığışıblar ki, kürü töksünlər.

Sən məni başa düşürsən, qardaşım kayak? Mən səni meşədəki böyük qovaq ağacının bətnindən azad etmişəm. Bir vaxt mən bu dünyada olmayanda məni yaddan çıxartma, qardaşım kayak, hər dəfə dənizdə üzəndə məni yada sal…”

Orqan sahil kənarında əsas səmt göstəricisi olan Alabaş qayadan dənizə, düzünə istiqamət götürərək belə düşünürdü. Bu qayanın bir qəribə xüsusiyyəti olduğunu dəniz səfərinə gedənlərin hamısı danışırdı: açıq havada adam ondan uzaqlaşdıqca o sanki böyüyürdü. Elə bil Alabaş geridə qalmaq istəməyib özü sənin dalınca düşüb gəlirdi. Sahildən uzaqlaşdıqca bu qaya uzun müddət görünür, sonra isə birdən-birə gözdən itirdi. Deməli, Alabaş öz damına girib, deməli, torpaq çox-çox uzaqlarda qalıb…

Həmin an Alabaşın hansı səmtdə qaldığını yaxşı-yaxşı yadda saxlamaq lazımdır. Küləyin istiqamətini, ləpə ilə müqayisədə günəşin vəziyyətini yadda saxlamaq, buludlara diqqət yetirmək və ucsuz-bucaqsız dənizdə azmamaq üçün bütün dəniz səfəri boyunca Alabaşın yerini yadda saxlayaraq hərəkət etmək lazımdır.

Onlar, demək olar, birgünlük məsafədə olan adalara yola düşmüşdülər. Daşlı-qayalı o kiçik, kimsəsiz adacıqlar dənizdən qara əmcək kimi çıxmış üç parça quru yer idi. Buna görə də adalara Üçəmcək adı verilmişdi: Kiçik Əmcək, Orta Əmcək, Böyük Əmcək. Onlardan bir az o yana həddi-hüdudu olmayan, adını bilmədikləri okean başlanırdı – dünya yaranan gündən ördək Luvrun yuva qurmaq üçün balaca bir yer sora-ğında hay-həşirlə uçduğu və onu tapmadığı bir aləmdə lap o vaxtlardan mövcud olan əsrarəngiz Böyük Su.

Nerpalar bu yaz günlərində okean sərhədində olan həmin o adalarda məskən salmışdılar. Ovçular da elə oraya gedirdilər.

Oğlan heyrətlənirdi: dəniz heç də onun təsəvvür etdiyi kimi – Alabaşın sıldırım dərələrində oynayarkən onun təsəvvür etdiyi kimi deyil, hətta körfəzdə qayıq gəzintisi zamanı olduğu kimi də deyil, sən demə, tamam başqa cür imiş. Onlar körfəzdən çıxdıqda dəniz gözlə görünən hər yanı sulara qərq edib dünyanın bölünməz, ucsuz-bucaqsız yeganə varlığına çevrildikdə o bunu daha aydın hiss etdi.

Dəniz Kiriski heyrətə saldı. O belə bir mənzərə görəcəyini ağlına gətirmirdi. Hər yan yalnız su və yüngül, əlçatmaz bəyaz buludlar dolaşan səmadan ibarət idi. Burada nə qış bilinirdi, nə də yay, nə dərə vardı, nə də təpə. Dünyanı başdan-başa su bürümüşdü.

Qayıq dalğalara baş vura-vura gedirdi. Bol ov intizarında olan oğlan üçün bu səfərə yollanmaq maraqlı və fərəhli idi. Ancaq o, ətrafda – suyun altında və üstündə gördüyü, müşahidə etdiyi hər şeyi bu dəfə ani olaraq, etinasız surətdə dərk edirdi, çünki onun qəlbi başqa təəssüratlar həsrətilə döyünürdü. Onun bircə istəyi vardı – adalara çatmaq! Tezliklə işə başlamaq!

Lakin az sonra oğlan özünü o yerə qoymasa da, əhvalı yavaş-yavaş dəyişməyə başladı. Onlar torpaqdan uzaqlaşdıqca, xüsusən Alabaş birdən-birə gözdən itdikdən sonra o, dənizdən doğan dumanlı bir qorxu duymağa başladı və özünün bütünlüklə dənizdən asılı olduğunu, böyük təbii qüvvə qarşısında özünün son dərəcə aciz və son dərəcə köməksiz olduğunu hiss etdi.

Onun üçün bu yeni bir duyğu idi. Yalnız dənizin ağuşunda ikən o başa düşdü ki, yamaclarında qayğısız-qorxusuz oynadığı, başına dırmanaraq dənizə tamaşa etdiyi Alabaş onun üçün nə qədər əziz imiş. O, indi başa düşürdü ki, Alabaş nə qədər güclü, xeyirxah, yenilməz və qüdrətli imiş.

İndi o, quru ilə dəniz arasındakı fərqi başa düşdü. Torpağın üstündə olanda torpaq haqqında düşünmürsən. Dənizdə isə daim dəniz haqqında düşünürsən. Bu kəşf oğlanı duruxdurdu. Dənizin adamı onun haqqında daim düşünməyə vadar etməsində nə isə bir əsrarəngizlik, təkidlilik, amiranəlik gizlənmişdi…

Lakin böyüklər özünə əmin görünürdülər. Əmrayin və Mılğun yenə də əvvəlki qayda ilə avar çəkir, müntəzəm təkanlarla qayığa asan və sərbəst hərəkət vermək üçün kürəkləri bacardıqca qaldırıb uzaqdan çalır, başlarını aşağı əyərək eyni anda yığılır, eyni anda da düzəlirdilər. Kirisk onların çiyinlərinin necə qalxıb-endiyini görürdü. Onlar çox nadir hallarda bir-biri ilə kəlmə kəsirdilər. Ata, doğrudur, hərdən dönüb arxaya baxır, oğluna bığaltı gülümsəyirdi, sanki “Hə, necəsən. ” soruşurdu.

Kirisk iki dəfə gah Mılğunla, gah da atası ilə qoşa avar çəkmək istədi. Avarçılar həvəslə kürəklərdən birini ona verdilər ki, o da bir az işləsin. O, kürəyi iki əli ilə hərlətsə də, çox davam gətirə bilmədi: qayıq onun üçün həddən artıq ağır, kürək isə böyük idi. Amma buna görə heç kim onu məzəmmət etmədi. Avarçəkənlər yenə kürəkləri əllərinə alıb səssizcə işləməyə da-vam etdilər.

Ancaq Alabaş birdən-birə gözdən itdikdə hamı eyni anda hərəkətə gəldi. Atası dedi:

– Alabaş getdi evə!

– Hə, getdi, – deyə Mılğun təsdiqlədi.

Qoca Orqan da o tərəfə baxıb:

– Doğrudan? Hə, deyəsən, gedib, – dedi. – Belədirsə, deməli, işimiz yaxşı gedir. Sonra üzünü oğlana tutub bic-bic: – E-hey, Kirisk, – dedi, – sən, bəlkə, Alabaşı çağırasan? Bəlkə, qayıdar, hə?

Hamı güldü, Kirisk də güldü. Sonra o, bir anlıq fikrə gedib bərkdən dedi:

– Geriyə dönmək lazımdır, onda o qayıdar!

– Nə tez geri qayıtmaq istədin! – dedi. – Yaxşısı budur, gəl işlə məşğul olaq. Keç yanıma. Dənizə boş-boşuna tamaşa etdiyin bəsdir.

Kirisk qayığın burun tərəfindəki yerini tərk edib qayığın dibindəki əşyaların – maral dərisinə bükülmüş bir cüt vinçester, qarpun6 6
Qarpun – iri dəniz heyvanlarını ovlamaq üçün nizə, qarmaq

[Закрыть] , kəndir yumağı, balaca su çəlləyi, azuqə torbası və daha başqa bağlama və paltarların üstündən adlayaraq qayıq boyunca yeriyib avarçəkənlərin yanından keçdikdə kişi tərini və kəskin tütün qoxusunu duydu. Atası dənizdə olanda onun köhnə kürkünü anasının götürüb qoxlamağı xoşladığı həmin ata paltarının qoxusunu hiss etdi…

– Yanımda əyləş, – Orqan qabarlı əli ilə onun çiyninə toxunaraq yer göstərdi. – Sən, deyəsən, bir az qorxmusan, hə? Əvvəlcə qorxmamışdın, ancaq sonra…

Kirisk pörtdü. Demək, qoca Orqan başa düşüb… Bununla belə, qəti etiraz etdi:

– Yox-yox, atkıçx7 7
Atkıçx – baba

[Закрыть] , əsla qorxmamışam! Nədən qorxacağam?!

– Axı birinci dəfədir ki, dənizdəsən.

– Nə olsun ki, birinci dəfədir?! – Kirisk təslim olmadı. – Mən heç nədən qorxmuram.

– Onda, əhsən sənə. Amma mən birinci dəfə dənizdə üzməyə başlayanda, çoxdankı əhvalatdır, boynuma alıram ki, bərk qorxmuşdum. Bir də baxanda görmüşdüm ki, sahil görünmür və Alabaş da harasa çıxıb gedib. Ətrafda yalnız dalğalardır. Evə getmək istədim. İstəyirsən, lap Əmrayinlə Mılğundan soruş, gör ilk dəfə dəniz ovuna çıxanda əhvalları necə olub?

Cavabında onlar söhbəti duyurmuş kimi gülümsədilər, sinələrini kürəklərinin üzərinə gərərək başları ilə təsdiq etdilər.

– Mənsə qorxmuram! – Kirisk dediyindən dönmədi.

– Əgər belədirsə, onda əhsən! – Qoca dilləndi. – İndi isə mənə de görüm, Alabaş ha tərəfdə qaldı?

Kirisk gözlənilməz sualdan fikrə getdi, sonra əlini irəli uzadaraq göstərdi:

– Sən əminsən? Elə bil əlin əsir…

Oğlan özünü ələ alıb bu dəfə sağ tərəfi göstərdi:

– Hə, bax indi dəqiq oldu! – deyə Orqan razılaşdı. –Bəs əgər qayıq burnunu bu tərəfə döndərsə, onda Alabaş harada olar?

– Bəs əgər külək bizi o tərəfə döndərsə?

– Yaxşı, indi isə de görüm, bunu necə təyin edirsən, axı ətrafda gözə heç nə görünmür, hər yan sudur? İzah edə bilərsənmi? – Orqan soruşdu.

– Mənim başqa gözlərim də var, – deyə Kirisk cavab verdi.

– O nə gözdür elə?

– Bilmirəm. O gözlər, yəqin, mənim qarnımdadır və onlar baxmaya-baxmaya görürlər.

Onun bu cavabı hamını güldürdü.

– O da düzdür, – Orqan dedi. – Belə gözlər var. Ancaq onlar qarında yox, başda olur.

– Mənimsə qarnımdadır. – Kirisk belə bir gözün başda olması ilə artıq razılaşmış olsa da, öz dediyində durdu.

Bir müddət keçdikdən sonra qoca Kiriski yenidən imtahana çəkdi və bu dəfə onun dənizin səmtlərini yadda saxlamağı bacardığına tam əmin oldu. Burnunun altında mızıldandı:

– Hə, qarnındakı gözlər pis deyil.

Tərifdən xoşallanmış Kirisk özlüyündə Alabaşın yerini müəyyən etməyə davam edirdi. O, Alabaşı gö-zünün önünə gətirərək onu əhatə edən başqa kiçik dağlar haqqında fikirləşməyə bilmir və qeyri-ixtiyari olaraq evlərini yadına salırdı. Onun gözünün qabağına sahil boyu uzanan dağlar arasında balaca bir vadi gəlirdi. Meşə kənarındakı o vadidə isə çayın sahilində yerləşmiş köçəri düşərgəsindən səslər gəlirdi, tonqalların tüstüsü havaya qalxırdı. Anası ilə bacısı Psulk da or-daydı. Anası, yəqin ki, onun, atasının və dənizdə olan ovçuların hamısının fikrini çəkir. Amma qorxur ki, cinlər onun fikirlərini başa düşərlər, onun qorxduğundan agah olarlar. Onun haqqında fikirləşən başqa bir adam varsa da, bu, şübhəsiz, Muzlukdur. Muzluk, ola bilsin ki, indi Psulkun yanına oynamağa gəlib.

Qayıq dalğalara ehmalca baş vura-vura öz qaydasınca üzürdü. Nivxlər günortadan sonra birinci adacıq olan Kiçik Əmcəyə çatmağı və orada ova başlamağı nəzərdə tutmuşdular. Sonra onlar qaranlıq çökməmiş ikinci adacığa – Orta Əmcəyə üzməli və sahilində qayığı saxlamaq üçün əlverişli yer olduğuna görə elə orada gecələməli idilər. Səhər tezdən isə yenə də dənizə çıxmalı, birdəfəyə üç iri nerpa tuta bilsələr, yubanmadan geriyə istiqamətlənməli idilər. Aydındır ki, dənizi nə qədər tez tərk etsən, bir o qədər yaxşıdır. Qoca Orqan bütün bunları nəzərə almışdı. Onun köməkçiləri – Əmrayin və Mılğun da Üçəmcəyə birinci dəfə getmirdilər. Özləri hər şeyi əla bilirdilər.

Qoca Orqan dəniz səfərlərinə yalnız ehtiyac üzündən deyil, həm də dəniz onu hər zaman özünə çəkdiyi üçün çıxırdı. Dənizin ənginlikləri qocanı dərin xəyallara daldırırdı. Dənizdə heç nə ona öz aləminə qapılmağa mane olmurdu. Quruda gündəlik qayğılar arasında fikirləşməyə vaxt tapmadığı hər şey haqqında dənizdə yaxşı-yaxşı düşünməyə imkan var idi. Burada heç nə Orqanı böyük düşüncələrdən yayındırmırdı. Burada o özünü dənizə və səmaya yaxın hiss edirdi.

O anlayırdı ki, sonsuz dənizlə müqayisədə qayıqda olan insan heç nədir. Lakin insan düşünür, özü də bununla dəniz və səma böyüklüyü kəsb edir, bununla da, əbədi fəlakətlər müqabilində özünü təsdiq edir; bununla da, o, dünyaların dərinliyi və ucalığı fövqündə dayanır. Elə buna görə də nə qədər ki insan sağdır, o, ruhən dəniz kimi qüdrətli, səma kimi nəhayətsizdir, çünki onun düşüncəsinin həddi-hüdudu yoxdur. O öləndən sonra isə davamını bir başqası düşünəcək, ondan sonra daha bir başqası və bu beləcə davam edəcək.

O başa düşürdü ki, ölüm labüddür. Bilirdi ki, ölümlə hər şey bitəcək. Bununla belə, inanırdı ki, qəlbindəki ən əziz şey – Balıq-qadın haqqındakı ülvi yuxuları ölümündən sonra da onunla birlikdə qalacaq. O öz yuxularını başqasına verə bilməzdi, yuxular verilmir və buna görə də belə hesab edirdi ki, onlar izsiz olaraq yoxa çıxa bilməz… Ulu Balıq-qadın ölməzdir, deməli, onun haqqında olan yuxular da ölməz olmalıdır.

O, dənizdə ikən bu barədə tez-tez düşünərdi. Xeyli susardı, yol yoldaşları ilə heç bir söhbətə qoşulmayaraq öz aləminə qapılardı. O, dənizə baxa-baxa kiməsə müraciətlə yalnız bir şeyi xahiş edərdi: Ulu Balıq-qadın haqqında yuxuları onunla qalsın. Sonra da Balıq-qadınla bağlı yuxularını bir-bir xatırlayardı…

…Çox qədim zamanlarda Alabaş qayasına yaxın olan sahil boyunda üç qardaş yaşayırdı. Böyük qardaş əldən iti idi, hər şeyə vaxt tapırdı, çox səriştəliydi, hər işdə uğur qazanırdı. Bir gün o, maralçı qızına evləndi, maral naxırlarının sahibi oldu və tundraya köçüb getdi. Elə o gedən oldu. Kiçik qardaş ləpirçi və mahir atıcı idi. O, meşə adamlarının qəbiləsindən bir qız aldı, tayqaya çıxıb getdi və bir daha qayıtmadı. Ortancıl qardaş isə anadangəlmə çolaq idi. Yazığın bəxti gətirməmişdi, səhər erkən durar, gec yatardı, amma nə xeyri?! Bu vəziyyətdə o, ov edə bilmirdi. Mahalda heç kim qızını ona ərə vermək istəmədi, qardaşlar onu atıb getdilər və o, mavi dənizin sahilindəcə tək-tənha qaldı. O özünü balıq tutmaqla birtəhər dolandırırdı.

Bir gün bu çolaq qardaş tilov ipini dənizə ataraq öz qayığında oturmuşdu, birdən əlində tilov qarğısının bərk titrədiyini hiss etdi. Sevindi ki, tilova iri balıq düşüb. O, tilovu qayığa doğru çəkməyə başladı. Tilova nə düşsə, yaxşıdır?! Qadın sifətli bir balıq. O, quyruğunu suya çırpıb qıvrılır, xilas olmaq istəyirdi. Gümüşü rəngə çalan bədəni çox gözəl idi, gözləri isə yaşıl alov saçırdı. O, Balıq-qadını qollarının altından yapışaraq sudan çıxardı, Balıq-qadın onu qucaqladı və onlar qayığa uzandılar. Bu səadətdən çolaq qardaş bihuş oldu. Başına nə iş gəldiyini bilmirdi, amma ona elə gəldi ki, qayıq göyə qalxdı. Dəniz çalxalanıb göyə, göy də cilvələnib dənizə qovuşdu. Sonra isə hər şey qəflətən sakitləşdi. Sanki fırtına yatdı. Balıq-qadın qayıqdan dənizə atılaraq üzüb uzaqlaşdı. Çolaq qardaş yerindən sıçradı, onu çağırmağa başladı, yalvardı ki, geri qayıtsın, lakin o hay verməyərək dənizin dərinliklərində gözdən itdi.

Dəniz kənarında atılıb tənha qalmış çolaq qardaşın başına belə bir macəra gəldi və o həmin gündən qəribsədi, xiffət eləməyə başladı. O gündən etibarən gecə-gündüz sahil boyunca ağlar gəzdi, hey Balıq-qadını səslədi, ona and-aman edib yalvardı ki, heç olmasa, uzaqdan görünsün.

Dəniz qabaranda gəzdi, oxudu:
Ulu Balıq-qadın, harda üzürsən?
Dəniz çəkiləndə gəzdi, oxudu:
Ulu Balıq-qadın, harda üzürsən?
Aylı gecədə gəzdi, oxudu:
Dəniz – qəm yoldaşımdır,
Bu sular – göz yaşımdır.
Zülmət gecələrdə gəzdi, oxudu:
Torpaq – tənha başımdır!
Ulu Balıq-qadın, harda üzürsən?

Çolaq qardaş Balıq-qadının yolunu gözləməkdə ikən qış ötdü, bahar gəlib keçdi və yay günlərinin birində zavallı çolaq qardaş ləpədöyəndə dizəcən suya girib o yan-bu yana ağır-ağır gedərək Balıq-qadını görəcəyini ümidlə gözlədiyi vaxt qulağına ağlayan uşaq səsi gəldi. O, səs gələn tərəfə yüyürdü və… gözlərinə inanmadı. Suyun lap dayaz yerində bir körpə lümlüt oturmuşdu. Körpə onu yuyub geri çəkilən dalğalara məhəl qoymadan ağlayır və qışqıra-qışqıra təkrar edirdi: “Kimdir mənim atam? Haradadır mənim atam?” Çolaq qardaş lap mat qaldı, binəva bilmədi nə etsin. Körpə isə onu görən kimi dedi: “Sənsən mənim atam! Məni öz yanına apar, mən sənin oğlunam!”

Comments are closed, but trackbacks and pingbacks are open.